Tovuz "MERO"-sunda nə baş verir?
Qazax rayonu, Quşçu Ayrım kənd sakini Hacıyev Orxan Çingiz oğlu Huriyyet TV-nin efirində Tovuz rayon Qeydiyyat İdarəsi və Avtomobillərin Texniki Baxış şöbəsində (el arasında MERO) üzləşdiyi rüşvətxorluq, süründürməçilik hallarından danışıb.

Vətəndaş yanvarın 22-də Tovuz "MERO"ya şəxsi avtomobilinin qeydiyyatı üçün müraciət etdiyini açıqlayıb.

Canlı efirdə danışan Orxan Hacıyevin sözlərinə görə, şöbədə onu polis baş leytenantı Elçinin yanına yönləndiriblər: "Mənə bildirildi ki, avtomobilin mühərrikində blok dəyişdirilib, sonra bir vərəq verərək ödəniş etməyimi istədi. Mən həmin kağız parçası əsasında 11 manat ödəniş etdim. Sonra maşının mühərrik bloku dəyişdiyi üçün məndən qeyri-rəsmi, heç bir qəbz vermədən 1100 manat aldılar. Bu pulu mən rəsmi rüsum kimi ödəməmişəm".

Şikayətçi deyib ki, daha sonra avtomobilin qeydiyyatı üçün ayrıca pul tələb olunub.

Onun sözlərinə görə, özü ilə yanaşı daha bir nəfərin də maşınını qeydiyyatdan keçirmək lazım idi. Hacıyev iki maşın üçün 650 manat rüşvət istənildiyini bildirib. Lakin həmin vəsaitdən 50 manat çatmayıb və şöbə rəisinin qəbuluna gedərək ondan güzəşt etməsini xahiş edib.

Amma Hacıyev deyib ki, şöbə rəisi onunla quru, kobud danışıb, məbləği 700 manata qaldırıb, polis əməkdaşına isə qəbuluna gələn vətəndaşı çölə çıxarmağı əmr edib.

Şikayətçi qeyd edib ki, bu pulu da vermək məcburiyyətində qalıblar. Beləcə, üst-üstə 1800 manat rüşvət alınıb, qarşılığında nə dövlətin büdcəsinə bir manat köçüb, nə qəbz var, nə rüsum. Bunun ardınca O. Hacıyev Prezident İlham Əliyevə, Dövlət Təhlükəsizlik Xidmətinə, Tovuz rayon Prokurorluğuna müraciət edib.

Vətəndaşın sözlərinə görə, onu prokurorluq çağırıb, baş müstəntiq şikayətini dinləyib.

Vətəndaş qəbuldan razı qaldığını açıqlayıb.
 

Bölmənin digər xəbərləri

22 Noyabr 2024 Şüşün kənd sakini Köhünlü bələdiyyə sədrinin "fitri istedadı"ndan yazır...
22 Noyabr 2024  İcra başçısının ünvanına AĞIR İFADƏLƏR... - "Bu intriqada uduzacağını yaxşı bilir..."
22 Noyabr 2024 Hacıqabulda və Beyləqanda COP29 nədir - bilmirlər - Tərəflər Konfransına hazır olmayan təzə icra başçıları CƏZALANACAQLARMI?
22 Noyabr 2024 Naxçıvandakı həbsə İLGİNC REAKSİYA - Vasif Talıbovun kadrı imiş...
22 Noyabr 2024 Dövləti sayan kimdir: QARDAŞLAR BELƏ YEYİR... - DƏLİXANADIR, VALLAH...
22 Noyabr 2024 Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu
22 Noyabr 2024 “ADAU-da nələrin baş verdiyi göz önündədir, di gəl ki,..” MÜRACİƏT /VİDEO
21 Noyabr 2024 Şəmkir sakini sosial yardımından 90 manat tutulmasına etiraz edir – ŞİKAYƏT
21 Noyabr 2024 DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR - Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? (Araşdırma)
20 Noyabr 2024 Binəqədi İcra Hakimiyyəti Xocasəndə qanunsuz tikilinin qarşısını ala bilmir – Bəs Arxitektura Komitəsi hara baxır?
20 Noyabr 2024 ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
20 Noyabr 2024 Marketin adını “Zəfər” qoyub, su soyuducularına səkidə “düzülüş” verən sahibkar - FOTO
20 Noyabr 2024 COP29 günlərində Bakıda “yaşıl soyqırım” - Nərimanov sakinləri icra hakimiyyətini və tikinti şirkətini ittiham edirlər
19 Noyabr 2024 Göyçayda Şəhadət kənd sakininin pay torpağına göz dikən vəzifəli şəxslər kimlərdir – MÜRACİƏT
19 Noyabr 2024 Goranboy rayon MKTİB rəisinin “qara-qura” əməllərinin pərdəarxası gizlinləri
19 Noyabr 2024 Azərbaycan səhiyyəsinin “ölüm korpusu”, “təhlükəli üçlük” və qazinin ölümlə çarpışan həyat yoldaşı
19 Noyabr 2024 Xırdalanın “pulgir yolları” – Abdin Fərzəliyev hər il şübhəli şirkətlərə yol təmir etdirir
19 Noyabr 2024 “İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” – Vətəndaşdan haqlı narazılıq
19 Noyabr 2024 Göygöldə moruq festifalı təşkil edən “TASK HUB” MMC-nin Zəfər Qurbanovla nə kimi əlaqəsi var
19 Noyabr 2024 Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...

Dünyapress TV

Xəbər lenti