PİYADA KEÇİDİNDƏ AZYAŞLI OĞLANI VURDU, “PUL VERİB HƏBSDƏN XİLAS OLDU”... - Övladı avtomobil qəzasında ölən Qusar sakini fəryad edir / FOTO
Qusar şəhəri, Yeni yaşayış massivi, Ziya Bünyadov küçüəsi, ev 25 A ünvanından yaşayan Xamədov Kamran Xalıq oğlu (Eləcə də qızı Xamədova Yeganə – red.) tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, rayon sakini İsrafilov Ruslan Natiq oğlu azyaşlı övladını maşınla vuraraq öldürüb, məhkəmə işə ədalətli baxmır. Şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Mən, Xamədov Kamran Xalıq oğlu, yazaraq sizdən xahiş edirik ki, bizim dərdimizi ictimailəşdirəsiniz.
Ailəli olmuşam, həmin nigahdan 1 qızım və 1 oğlum olub. Müəyyən səbəblərdən boşanmışıq. Məhkəmənin qərarı ilə qızım mənimlə, oğlum isə anası ilə qalırdı. Amma oğlumu hər zaman görürdüm.
18.06.2024-cü il tarixində oğlum bizimlə görüşə gələrkən yolda maşın vurması nəticəsində dünyasını dəyişdi. Hadisə gözümüzün qabağında oldu.
Maşını sürən yaxınlıqdakı kafenin sahibi İsrafilov Ruslan Natiq oğlu idi. O, qabağındakı maşını ötmək üçün yolu dəyişdi və oğlumu vəhşicəsinə öldürdü.
Hadisə günü polis çağırıb izahatı alındıqdan sonra atası tərəfindən zamin pulu verilib, azadlığa buraxılıb. Körpə uşaq ölüb, amma onların pulu var deyə polis və məhkəmə tərəfindən cəzalandırılmırlar.
Oğlum ölən gündən heç nə olmamış kimi, öz işlərində, güclərində oldular. Düzdür, dəfələrlə gəlib xeyli miqdarda pul təklif etsələr də, qəbul etməmişik. Mənim dünyam dağılıb, mən o pulu nə edirəm?!
Uşağımın qırxı belə çıxmamışdı, gördüm ki, oğlumu öldürən şəxs işlətdiyi kafenin qabağında özü üçün kef məclisi qurub. Bu, mənə ağır təsir etdi və özümü saxlaya bilməyib gedib dalaşdım. Bunun üstündə polis bizi get-gələ saldı ki, adamın kafesində gedib dava salmısan. Bəs, mənim canım yanır, oğlumu öldürən şəxs gərək gözümün qabağında özünə kef məclisi qura?! Onun kafedə kef çəkməsi bizə təsir edir...
Belə çıxır ki, piyada keçidi yalandan çəkilir. Yüksək surətlə uşaq vurulub öldürülür, lakin cinayəti törədən azadlıqdadır. Hətta özləri bir neçə nəfərə deyiblər ki, külli miqdarda pul verib canımızı qutardıq.
Kamera görüntüsündə də var, qabaqda olan maşın oğluma yol verir ki, keç, bu isə arxadan “avqon” edərək, uşağı vurub.
Cinayəti törədən şəxsin atası deyir ki, “get kimə, hara istəyirsən şikayət et, mənim oğlumu heç kəs cəzalandıra bilməz”.
Daha sonra işə oğlumun anası qarışır və gedir polisə bildirir ki, şikayətçi deyiləm. Yəqin ki, mənə təklif olunan məbləği uşağın anası götürüb. Mən və qızım pul istəmirik, yeganə istəyimiz odur ki, oğlumun qanı yerdə qalmasın, cinayəti törədən şəxs həbs olunsun, cəzasını çəksin.
4 aydan çox keçməsinə baxmayaraq, hələ məhkəmə prosesləri təxirə salınır. Niyə bu qədər insafsız davranırlar? Əlimdə hadisə ilə bağlı çoxlu videolar var. İşimə baxılmasa, məcbur qalıb Prezident Aparatına qəbula yazılacam. Yəqin ki, övladı ilə sınanmış biri çıxar qarşıma və məni başa düşər. Mən kimsədən artıq-əskik heç nə istəmirəm, oğlumu öldürən şəxsə cəza verilməsini istəyirəm”.
Jalə FAMİLQIZI
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-11_1731255085_2.jpg
 

Bölmənin digər xəbərləri

14 Noyabr 2024 “Kristal Abşeron”-un özbaşınalığına "dur" deyən olacaq? - "Deyirəm ki, söküb dağıtmaq, məhəlləni zibilxanaya çevirmək abadlıqdır? "
14 Noyabr 2024 Azərbaycan elminin "Gülümsərov"ları: Səkkiz alim niyə sinifdə qaldı?
13 Noyabr 2024 Niyazi Bayramovun Aqibət Məmmədovla 25 milyonluq işbirliyinin nəticəsi Gəncədə özünü göstərdi
13 Noyabr 2024 “Küçə ticarəti üçün sahibkarlara basqı edib, istədikləri rüşvəti ala bilirlər”
13 Noyabr 2024 "Sübut etmək TSEK-nın borcudur, AMMA..."
12 Noyabr 2024 Mavi kostyumluların qara addımları… – Rüşvət, talan və kontrabasçı
12 Noyabr 2024 Kollec direktorunun xınayaxdıda "hakışta" deyən tələbələrinə fərqli münasibəti -FOTOLAR/VİDEO
12 Noyabr 2024 Plastik cərrahın daha bir qurbanı: — “Soyundurun, görün, nə fəsad var?”
12 Noyabr 2024 Burda baş həkimin QOÇUSU MEYDAN SULAYIR... - NARAZILIQ VAR...
11 Noyabr 2024 Zaur Mikayılovdan dövlətı sabotaj : əhalinin müraciətlərinə baxmır
11 Noyabr 2024 Abşeron RMX-da uşaq ana bətnində öldü - HƏKİM NƏ EDİB?
11 Noyabr 2024 Yoldaş İsayev bununla nə demək istəyir ki?.. - SAĞ OL SƏNİ...
11 Noyabr 2024 Dərs saatının azlığından nazirə şikayət etdi, direktor 1 saatını da kəsdi... – NAXÇIVAN SAKİNİ RƏSMİ QURUMLARDAN KÖMƏK İSTƏYİR
09 Noyabr 2024 “Uniklinika”nın mərkəz rəhbəri vətəndaşı aldadıb.. - NARAZILIQ VAR...
09 Noyabr 2024 Həqiqi hərbi xidmətə çağırılanların tibbi yoxlanışında müəmma: ƏƏSMN işçilərini himayə edir?
09 Noyabr 2024 Satışda zəhərli uşaq paltarları aşkarlandı — Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
09 Noyabr 2024 Aslan Quliyev daha bir vətəndaşın evini yerlə-yeksan etdi - “Məhkəmə qərarını saya salmır”
08 Noyabr 2024 Deputatın oğlu ilə 1,1 milyonluq sövdələşmə – Adı çirkli pulların yuyulmasında hallanan Orxan Cavanşir tenderdə qalib elan edildi
08 Noyabr 2024 “Deluxe Electric Azerbaijan”la ŞÜBHƏLİ İŞBİRLİYİ - İLGİNC FAKTLAR...
08 Noyabr 2024 Dövlət Vergi Xidməti Nazirlər Kabinetinin qərarını icra etmir? - SİYAHI

Dünyapress TV

Xəbər lenti