Binəqədi İcra Hakimiyyəti Xocasəndə qanunsuz tikilinin qarşısını ala bilmir –
Azərbaycan Respublikası qanunvericiliyinə görə hər hansı bir tikili işləri aparmaq üçün müvafiq icra hakimiyyəti orqanlarının razılığı olmalıdır. Əks halda tikili qanunsuz sayılır və sökülməlidir? Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə edə bilməz. Onun tikintiyə dair sərəncam vermək – onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

Qanunsuz formada tikilən obyekt odur ki, ya torpağın sənədi yoxdur, ya tikilməsi üçün vacib qurumdan icazə alınmayıb və yaxud hansısa torpaq sahəsi zəbt olunub, onun üzərində tikinti işləri aparılır. Əlbəttə ki, belə olan halda müvafiq qurumlar tərəfindən həmin qanunsuz tikintilərlə bağlı tədbirlər görülür. Ya söküntüsü, ya da tikintinin dayandırılması həyata keçirilir. Bundan əlavə, inzibati tədbirlər görülür.
Aktualinfo.org-a verilən məlumatlara görə belə qanunsuz tikintilərdən biri də Binəqədi rayonu, Xocasən qəsəbəsi, Elçin Əzizov küçəsində həyata keçrilir.
Verilən məlumata görə sözügedən tikinti işlərinin aparılmasına dair aidiyyəti dövlət qurumlarının lazımi icazəverici sənədləri alınmadığı, tikinti işlərinin aparıldığı ərazinin üzərindən yüksək gərginlikli elektrik xətlərinin keçdiyi, hətta ərazinin ARDNŞ-nin balansında olduğu, inşası həyata keçirilən tikiliyə aid müxtəlif işlər görülərkən normativ tələblərə riayət olunmadığı, ətraf ərazilərə xoşagəlməz səs-küy yayıldığı, yaxın yerlərdə yaşayan sakinlərin narazılıq etdikləri bildirilir. Ətrafda yaşayan sakinlər görülən işlərin tikintiyə icazə alınmadan, şəhərin müvafiq ərazisinin memarlıq, estetik görünüşünə xələl gətirməklə, təhlükəsizliyə, eləcə də qanunvericiliyin digər tələblərinə riayət etmədən həyata keçirildiyini və qanunsuz tikintinin sökülərək ərazinin əvvəlki vəziyyətinə qaytarılmasını tələb edirlər.
O da qeyd olunur ki, bu tikinti bir müddət dayandırılsa da, tikintini aparan şəxs yuxarılarla “hansı yollasa dil tapa bilib” və dayandırıldığı bildirilən tikilinin inşası davam etdirməkdədir. Tikinti aparan şəxs heç bir sənədi qanunun tələb etdiyi kimi qaydasına salmamışdır. Biz də öz növbəmizdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Binəqədi rayon İcra Hakimiyyətinin və digər aidiyyatı qurumların bu məsələyə mövqeyini öyrənməyə çalışacağıq. Öyrənməyə çalışacağıq ki, bu qanunsuz tikintiyə hansı qurum icazə verib. Mövzuya qayıdacağıq.

Aktualinfo.org
 

Bölmənin digər xəbərləri

21 Noyabr 2024 Şəmkir sakini sosial yardımından 90 manat tutulmasına etiraz edir – ŞİKAYƏT
21 Noyabr 2024 DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR - Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? (Araşdırma)
20 Noyabr 2024 ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
20 Noyabr 2024 Marketin adını “Zəfər” qoyub, su soyuducularına səkidə “düzülüş” verən sahibkar - FOTO
20 Noyabr 2024 COP29 günlərində Bakıda “yaşıl soyqırım” - Nərimanov sakinləri icra hakimiyyətini və tikinti şirkətini ittiham edirlər
19 Noyabr 2024 Göyçayda Şəhadət kənd sakininin pay torpağına göz dikən vəzifəli şəxslər kimlərdir – MÜRACİƏT
19 Noyabr 2024 Goranboy rayon MKTİB rəisinin “qara-qura” əməllərinin pərdəarxası gizlinləri
19 Noyabr 2024 Azərbaycan səhiyyəsinin “ölüm korpusu”, “təhlükəli üçlük” və qazinin ölümlə çarpışan həyat yoldaşı
19 Noyabr 2024 Xırdalanın “pulgir yolları” – Abdin Fərzəliyev hər il şübhəli şirkətlərə yol təmir etdirir
19 Noyabr 2024 “İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” – Vətəndaşdan haqlı narazılıq
19 Noyabr 2024 Göygöldə moruq festifalı təşkil edən “TASK HUB” MMC-nin Zəfər Qurbanovla nə kimi əlaqəsi var
19 Noyabr 2024 Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
18 Noyabr 2024 ADAU-da `EGE YEYİNTİSİ`... - İTTİHAM VAR...
18 Noyabr 2024 Kollecdə qalmaqal : Müəllimlər məhkəməyə,həmkarların sədri polisə müraciət etdi
18 Noyabr 2024 DYP əməkdaşı barədə vətəndaş PREZİDENT və Daxili İşlər Nazirinə AÇIQ MÜRACİƏT ETDİ FOTOLAR
18 Noyabr 2024 Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
18 Noyabr 2024 "Unibank"-ın rəhbəri Eldar Qəribovun Fransa "sevgisi" - FOTO
17 Noyabr 2024 Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
17 Noyabr 2024 ' Dövlətin dərmanları qara yollarla apteklərə verilir'
17 Noyabr 2024  "Belə tibbi xidmətlə xəstəni yalnız öldürmək mümkündür" - BU NƏDİ BELƏ?..

Dünyapress TV

Xəbər lenti