Ardını oxu...
“Yeni müsavat” qəzetinin 9 yanvar 2024-cü il tarixli sayında “Millət vəkili Vüqar İskəndərov ABŞ haqqında şok məlumatları araşdırdı...”
https://www.musavat.com/news/millet-vekili-vuqar-iskenderov-abs-haqqinda-sok-melumatlari-arasdirdi_1035443.html

başlıqlı məqaləsində 113 saylı Şəki şəhər seçki dairəsindən deputat seçilmiş cənab Vüqar isgəndərlinın adından yazılmış araşdırmaya diqqət yetirdikdə adamda əvvəlcə elə təsəvvür yaranır ki, yazı müəllifi yüksək intellectual zəkaya malik, ən azı tarix elmlər doktoru elmi dərəcəsinə sahib olan bir peşəkar siyasətçi tərəfindən yazılıb. Cənab V.İsgəndərli tərəfindən “qələmə alınan” belə araşdırma məqalələrə son illərdə ən çox azpolitika.info saytında rast gəlmək olur. Doğrudur, 2020-ci ilin əvvəllərində, daha dəqiq desək, Milli Məclisə növbədənkənar seçkilər ərəfəsində həmin azpolitika.info saytrı aktualinfo.org saytına istinad edərək deputatlığa namizəd olmuş V. İsgəndərlinin hansı yollarla diplom aldığını, hərbi xidməti yarımçıq qoyub Azərbaycan Ordusunda davam etdirməməsindən, zəif zəka olmasından və s. faktlara istinad edərək tənqid etmişdi. Sonradan nə oldusu həmin sayt son 3 ildir ki, deputatın adından çox ciddi məqalələr yazıb cəmiyyətə sırımaqla məşğuldur. Bəs görəsən real həyatda cənab V.İsgəndərlinin Milli Məclisin masası arxasından nəinki normal sərbəst danışmasını eşidən olubmu? Yəni onun ictimaiyyətə təqdim etdiyi araşdırma yazılarla MM-in tribunasındakı çıxışlarındakı məntiqlər üst üstə düşürmü? Bu suala aşağıdakı videokadrlara nəzər yetirməklə əmin olmaq olar:


Bəli, bir daha həm Milli Məclisdəki çıxışlarında, həm də ölkə ictimaiyyəti üçün yazdığı esselərdəki fikirlərində nə dərəcədə səmimi, nə dərəcədə yüksək intellect sahibi olmasını təsdiq edən həyat yoluna bir d aha nəzər salmaqla onun reallıqda olduğu kimi görünməsinin şahidi ola bilərik: Beləliklə millət vəkili V.İsgəndərli barədə aktualinfo.org saytının apardığı “Karateçi deputat Vüqar İskəndərov özünü bir daha belə ifşa etdi -İLGİNC FAKTLAR” başlıqlı
araşdırmanı bir daha oxucuların nəzərəinə çatdırırıq:

https://yenixeber.org/arasdirma/124334-karateci-deputat-vuqar-skenderov-ozunu-bir-daha-bele-ifsa-etdi-.html

“2020-ci ildə, deputat seçkiləri ərəfəsində, 113 saylı Şəki şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Vüqar Yapon oğlu İskəndərovun tərcümeyi-halında bir sıra ciddi çatışmazlıqların olduğu barədə araşdırma məqalə yaymışdıq. Tərcümeyi-halındakı şübhəli məqamlara həmin dövrdə nə Vüqar İskəndərov, nə YAP, nə də Mərkəzi Seçki Komissiyası heç bir aydınlıq gətirmədi. Nəticədə Vüqar İskəndərov akademek Yaqub Mahmudovdan “güclü” çıxaraq VI çağırış Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçildi. Hazırda Hüquq siyasəti və dövlət quruculuğu, gənclər və idman kömitələrinin üzvü kimi fəaliyyətini davam etdirir.
Üstündən bir il keçdikdən, yəni Milli Məclisdə yerini möhkəmləndirdikdən sonra deputat Vüqar İsgəndərov dövrü mətbuatda tərcümeyi-halındakı qaranlıq məqamlara aydınlıq gətirən açıqlamalar verib. Amma zənimizcə bu açıqlama ilə karateçi deputat özünü bir daha ifşa etmiş olub.
Əvvəlcə Vüqar İskəndərovun “Vikipedia”ya yerləşdirdiyi tərcümeyi-halının növbəti hissəsinə nəzər salaq. Vüqar İskəndərovun birinci problemi təhsili ilə bağlıdır. O tərcümeyi-halında göstərir ki, 1996-cı ildə Gürcüstan Respublikası Laqodexi Elmi Tədris institutunun hüquq fakültəsinə daxil olmuş, 2001-ci ildə həmin institutu hüquqşünas ixtisası üzrə bitirmişdir. 2012-ci ildə isə Azərbaycan Dövlət Aqrar Universitetinin İqtisadiyyat fakültəsinə daxil olmuş, 2014-cü ildə həmin universiteti iqtisadçı ixtisası üzrə bitirmişdir. Vüqar İsgəndərovun 1996-cı ildə Gürcüstanın Laqodexi Elmi Tədris İnstitutunun Hüquq Fakültəsində qiyabi təhsil aldığı, həmin institutin isə Təhsil Nazirliyinin Nostrifikasiya (Xarici diplomların tanınması və ekvivalentliyinin müəyyən edilməsi) İdarəsinin 16.05.2017-ci il tarixli siyahısında yer almadığı qeyd edilir. Bəri başdan qeyd edilməlidir ki, Gürcüstan Respublikası ərazisində təhsil boloniya sistemi üzrə aparıldığından ali məktəblərdə qiyabi təhsil ləğv edilmişdir. Buna baxmayaraq Gürcüstan Respublikasının Laqodexi Elmi-Tədris İnstitutunun diplomu Azərbaycan Təhsil Nazirliyi tərəfindən vaxtı ilə tanınıb. Bu barədə axar.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib.
Nazirlikdən qeyd edilib ki, Laqodexi Elmi-Tədris İnstitutunun 1992-2005-ci illər ərzində akkreditasiyası olub.
Qeyd edək ki, ötən yazılarda deputat Vüqar İsgəndərovun ilk təhsil aldığı məkanın o qədər də tanınmayan ali məktəb olduğunu, diplomunun isə hazırda tanınmadığını bildirmişdik.
Deputat Vüqar İsgəndərovun tərcümeyi-halında onun 1996-cı ildə Gürcüstan Respublikası Laqodexi Elmi Tədris İnstitutunun Hüquq fakültəsinə daxil olduğu və qiyabi təhsillə 2001-ci ildə həmin institutu hüquqşünas ixtisası üzrə bitirdiyi göstərilib.
Beləliklə, onun təhsil aldığı dövrdə sözügedən ali məktəbin diplomu Azərbaycan Təhsil Nazirliyi tərəfindən tanınırmış, hazırda isə doğrudan da tanınmır.
Bir müddət öncə cənab deputat təhsili ilə bağlı xəbərlərə də münasibət bildirib. O, diplomlarının təsdiq edildiyini bildirərək sənədləri göndərib: “Laqodexidə Dövlət İnstitutunun hüquq fakültəsini qiyabi bitimişəm. 2011-ci ildə diplomum Təhsil Nazirliyi tərəfindən tanınıb.

Ardını oxu...
Göründüyü kimi, doğrudan da deputat Vüqar İsgəndərovun mətbuata təqdim etdiyi diplom tanınıb. Bu Təhsil Nazirliyi tərəfindən 2011-ci ildə ona təqdim edilmiş şəhadətnamədən də görünür. Lakin buradan ortaya suallar çıxmağa başlayır. Əgər Vüqar İskəndərovun diplomu 2011-ci ildə tanınıbsa, deməli onun Laqodexi Elmi-Tədris İnstitutundan 2001-ci ildə əldə etdiyi diplomu 10 il heç bir hüquqi statusa malik olmayıb. Belə olan halda cənab V.İsgəndərovun əmək fəaliyyətinə yenə diqqət yetirmək zorunda qalırıq.
· 1999-cu ilin 1 aprelindən 2000-ci ilin 3 yanvarına kimi Şəki rayon Kooperativlər İttifaqında aparıcı hüquqşünas, 2001-ci ilin 7 fevralından 2005-ci ilin 26 dekabrına kimi Şəki MRX-nın hüquq məsləhətçisi vəzifələrində çalışmışdır.
· Vüqar İskəndərov 2005-ci il 29 dekabr tarixindən Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi təyin olunmuşdur. O, Yeni Azərbaycan Partiyasının Şəki Təşkilatı sədrinin müavini, Şəki şəhər İcra Hakimiyyəti başçısı yanında şuranın üzvü, 2010–2015 ci ildə Şəki Pedaqoji Kollecin Dövlət İmtahan Komissiyasının sədri olmuşdur.
Bax bu yerdə təbii suallar ortalığa çıxır: Necə olur ki, adam 1999-cu ildən 2011-ci ilədək, yəni diplomu Azərbaycan Respublikasında hüquqi status alanadək müxtəif dövlət orqanlarında əvvəlcə hüquqşünas kimi, 2005-2020-ci ilədək Şəki şəhər İcra Hakimiyyəti Aparatında Gənclər və İdman İdarəsinin rəisi və bu illər ərzində Şəki şəhər İH-ti başçısı yanında şuranın üzvü, 2010-cu ildən isə Şəki Pedaqoi Kollecin Dövlət İmtahan Komissiyasının sədri seçilmişdir? Bir az da olsa düşünməyə dəyər, cənablar! Vaxtilə Gürcüstanın 9 min nəfər əhalisi olan bir qəsəbəsində 200 tələbəsi belə olmayan bir təhsil müəssisəsinə adını yazdıran və 1999-2011-ci ilədək ən mühüm dövlət idarələrində vəzifələr tutan, lakin diplomu rəsmən tanınmayan birisinə bu qədər etimad etmək o qədər vacib idimi? Əsla.
Qayıdaq Vüqar İskəndərovun “Vikipedia”ya yerləşdirdiyi tərcümeyi-halının növbəti hissəsinə. Vüqar İskəndərovun ikinci problemi isə hərbi xidmətlə bağlıdır.
Ardını oxu...
Yəni, Vüqar İskəndərovun hərbi xidmətdə olmadığı da iddia edilirdi. Daha doğrusu onun Azərbaycan Ordusunda xidmət etmədiyi bildirilir. “Qafqazinfo” xəbər verir ki, sözügedən xəbərlərlə bağlı deputat Vüqar İskəndərovla əlaqə saxlanılıb. O bildirib ki, 1991-ci ildə Moskva şəhərində əsgərlikdə olub: “1992-c ilin sonunda hərbi xidmətdən qayıtmışam. Hərbi xidmətdə olmasaq, Milli Məclisdə nə işimiz var? Bunlar açıq məsələlərdir”.
Bəli, Vüqar İsgəndərov hərbi xidmətlə bağlı mətbuata da verdiyi açıqlamada bildirir ki, o 1 il Rusiya Federasiyasının Moskva şəhərində hərbi xidmətdə olmuşdur. Xatırlatmaq yerinə düşərki, o vaxtlar istər Rusiyada, istərsə də Azərbaycanda hərbi xidmət 2 il nəzərdə tutulurdu. Həqiqətən də araşdırmalarımız zamanı məlum olmuşdur ki, 1991-ci ilin okryabrın 18-də Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra müstəqil ordu quruculuğuna da start verilmişdir. 1992-ci ilin “Xocalı soyqrımı”ndan sonra formalaşan Milli Ordumuz yayda Dağlıq Qarabağın xeyli ərazisini düşmən qüvvələrindən azad etmişdir. Bu arada milli hökümət tərəfindən Rusiya və digər ölkələrdə xidmət edən azərbaycanlıların Vətənə qayıdaraq hərbi xidmətlərini davam etdirilməsi barədə rəsmi tapşırıqlar verilmişdir. 1992-ci ilin sonundan rəsmən Azərbaycana qayıtmış minlərlə çağırışçı əsgərimiz öz xidmətlərini Milli Ordu sıralarında davam etdirmiş və 1996-cı ilədək xidmətlərini ləyaqətlə başa vurmuşlar, təkcə bu günkü deputat Vüqar İsgəndərlidən başqa. Məlumata görə o da digər azərbaycanlılar kimi Vətənə qayıtdıqdan sonra yaşadığı yer üzrə Hərbi Komissarlıqda qeydiyyata düşmək əvəzinə, asanlıqla Milli Ordu sıralarına qatılmaqdan yayınmışdır. Cənab İsgəndərovun mətbuata təqdim etdiyi hərbi biletin 1-ci səhifəsinə nəzər saldıqda asanlıqala oxunur ki, bu hərbi bilet onun reallıqda xidmət etdiyi, həmin dövrdə SSRİ Silahlı Qüvvələri tərəfindən deyil, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən əvəzedici ( “dublikat”) sənəd kimi verilmişdir. Qısası bu deputat Sovet ordusu tərəfindən verilmiş hərbi bileti ortadan çıxarmış, əvəzinə artəşkəs rejimi qüvvəyə mindikdən sonra milli hərbi bilet əldə edilmişdir.
Bir daha qeyd edək ki, Vüqar İskəndərov VI çağırış parlamentin Yeni Azərbaycan Partiyasından seçilmiş üzvüdür və 4 ildir deputat kimi fəaliyyət göstərir. (aktualinfo.org)
İfadetv.com-un araşdırma qrupu
 
Ardını oxu...
Mikayıl Cabbarovun rəhbərlik etdiyi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində daxili qarşıdurma pik həddə çatıb. Buna səbəb Xidmət rəisinin müavini Elçin Yusubovun öz rəisi Mətin Eynullayevi devirmək cəhdidir. Bununla bağlı cumhuriyyet.az-a verilən məlumata görə tutduğu postun imkanlarından istifadə edərək özünə oliqarxlardan ibarət çoxsaylı dost qazanan Elçin Yusubov hesab edir ki, artıq Əmlak Məsələləri Dövlət Xidmətində birinci adam olmağın vaxtıdır və buna onun ağlı da, əlaqələri də imkan verir. Mətin Eynullayevin Elçin Yusubova yetərincə səlahiyyət tanımasına baxmayaraq, rəis müavini bununla kifayətlənmək niyyətində deyil. Xidmət daxilində bir çox aparıcı mütəxəssisi və şöbə müdirini öz tərəfinə çəkməyə nail olan Elçin Yusubov, Mətin Eynullayevi həm siyasi, həm də pxixoloji baxımdan təkləməyə çalışır. Rəis müavininin bu məsələdə ən çox güvəndiyi şəxslər isə Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin müdir müavini, şöbə müdiri vəzifəsini icra edən Eldəniz Qafarov və Dövlət əmlakının icarəyə verilməsi və dövlət ehtiyacları şöbəsinin müdiri vəzifəsini icra edən Taleh Bəşirovdur.

Nə qədər inanılmaz görünsə də, Elçin Yusubov nisbətən “aşağı eşalon”dan olan bir çox şəxsi də öz tərəfinə çəkməyi, onların Mətin Eynullayevə qarşı səflərdə yer almasını vacib bilib.
Rəis müavini öz məqsədinə çatmaq üçün Mətin Eynullayevin “kabinet məmuru” obrazını yaratmağa da xüsusi səy göstərir. Prezident İlham Əliyevin məmurları aktiv olmağa, xalqla bilavasitə təmas qurmağa, xalqın “ayağına getməyə” səsləməsi fonunda Mətin Eynullayevin klassik məmur obrazının yaradılması Xidmət rəisini ali siyasi hakimiyyət qarşısıdna gözdən salmağa hesablanıb. Xidmət rəisinin müavini Elçin Mustafa oğlu Yusubovun ətrafında formalaşdırdığı komandanın əməlləri dəhşət yaradır. Elçin Yusubovun komandasının ən ciddi fiqurlarında biri də “Dövlət əmlakının icarəyə verilməsi və dövlət ehtiyacları şöbəsi”nin müdiri vəzifəsini icra edən Taleh Arif oğlu Bəşirovdur. Elçin Yusubovun himayəsi ilə Taleh Bəşirov da milyonçuya çevrilib. Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə Taleh Bəşirovun dövlət torpaqlarını məmurlara peşkəş etməsi qarşılığında aldığı Range Rover zamanla özü nəhəngliyində problemə çevrilməkdədir. Şöbə müdiri lovğalıq edərək ona tam məxfi ortamda təqdim edilən avtomobillə bağlı yaxın çevrəsinə açıq məlumat verməsi onunla yanaşı, ona həmin avtomobili hədiyyə edən şəxsi də çətin vəziyyətə salıb. Belə ki, Taleh Bəşirova məlum avtomobil general rütbəli məmurlardan birinin qardaşı tərəfindən bağışlanılıb ki, həmin şəxs adının bu məsələdə hallanmasını istəmir. Bu isə o deməkir ki, Taleh Bəşirov fərqinə varmadan özü ilə yanaşı, kölgədəkli milyoneri də çətin vəziyyətə salıb. Taleh Bəşirova avtomobil bağışlayan şəxsin kimliyi bəlli olarsa, o zaman həmin şəxs bu suallara cavab verməli olacaq: Taleh Bəşirova avtomobili niyə, şöbə müdirinin hansı xidmətlərinə görə bağışlayıb? Bu “ürəyiaçıqlığın” Taleh Bəşirovun onun adına keçirdiyi torpaq sahələri ilə nə kimi əlaqəsi var?

Bu arada Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Elçin Yusubovun və sözügedən qurumun şöbə müdiri Taleh Bəşirovun Novxanı çimərliyi yaxınlığındakı “Metallurq” qaçqın düşərgəsini zəbt etməsi məcburi köçkünlər arasında ciddi narazılığa səbəb olub. Hadisəylə bağlı cumhuriyyet.az-ın əldə etdiyi məlumata görə, artıq zəbt olunmuş ərazidə məcburi köçkünlərə məxsus 4 yardımçı təsərrüfat sökülüb. Həmin təsərrüfatın içindəki əşya və avadanlıqlar isə ortalıqda qalıb və məcburi köçkünlər onları qoymağa yer tapa bilmir. Ərazidəki bir evin taleyi isə sual altıdnadır. Belə ki, evin sahibindən evi təcili şəkildə tərk etmək tələb olunub. Bildirilib ki, “ev plana düşüb” və buna görə də ən qısa zamanda söküləcək. Evdə məskunlaşan məcbur köçkünə isə məsləhət görüblər ki, özünə kirayə axtarsın və əşyalarını ən qısa zamanda buradan çxıarılsın. Hazırda zəbt edilən ərazinin hasaralanması prosesi gedir. Artıq hər tərəfdən ərazinin iki metrə yaxın hündürlükdə daş hasarlıa əhatələndiyi bildirilir. Tikinti işi gecə saatlarında projektor işığında belə davam dir ki, bu da əraziyə əl qoyan iş adamının hasarlama prosesini mümkün qədər tez bir zamanda başa çatdırmaq istəyindən xbəər verir.

Baş verənlərlə bağlıı cumhuriyyet.az-a məlumat verən etibarlı mənbənin sözlərinə görə, məcburi köçkünlər Əmlak Məsələləri Dövlət Xidmətinin harınlamış məmurlarından ölkə başçısına şikayət etməyə hazırlaşır. Məcburi köçkünlər əmindilər ki, “dərə xəlvət tülkü bəy” prinsipi ilə hərəkət edən məmurların bu özbaşınalığı haqqında məlumat Prezident İlham Əliyevə çatacağı təqdirdə dövlət başçısı dərhal onları cəzalandıracaq, məcburi köçkünlərin ikinci dəfə qaçqın həyatı yaşadanlara lazımı dərs verəcək. Mənbənin məlumatına görə, ölkə başçısına ediləcək müarciətlə bağlı imzatoplama kampaniyasının həftə sonuna kimi başa çatdırılması nəzərdə tutulub. Bazar ertəsinə kimi Elçin Yusubov və Taleh Bəşirovun əməllərindən narazı olan məcburi köçkünlər imzatoplama kampaniyasını başa çatdıraraq dövlət başçısına müraciət edəcək.

Xatırladaq ki, bir müdət bundan öncə Bakının Novxanı çimərliyindəki “Sarıqaya” yaşayış massivinin “Metallurq” qaçqın düşərgəsinin bir hissəsi ƏMDX-nin yetkililəri – Elçin Yusubov və Taleh Bəşirov tərəfindən məşhur iş addamlarından birinə satılıb. Ərazini satın alan iş adamı ƏMDX məmurlarının köməyi ilə məcburi köçkünlərə məxsus bəzi ev və yardımçı təsərrüfatları dağıdıb, avtomobil və piyada yolunu bağlayıb. Məcburi köçkünlərin etirazına məhəl qoymayan məmurların məcburi köçlünlərin yaşadığı digər evlərə də əl qoyacağı ehtimal edilir. Məlumat üçün cumhuriyyet.az olaraq qeyd edək ki, məlum prosesdə xüsusi aktivliyi ilə diqqət çəkən isimlərdən biri olan Taleh Bəşirovun adı ölkə mətbuatında ilk dəfə iş adamlarının birindən “Rance Rover” markalı avtomobil hədiyyə alması ilə gündəmə gəlib. Həmin vaxt yayılan məlumata görə Taleh Bəşirov dövlət əmlakını dəyər-dəyməzinə iş adamlarından birinə peşkəş etdiyi üçün bu cür bahalı hədiyyəyə layiq görülüb. Onun Türkiyədə də geniş biznes şəbəkəsinə malik olduğu iddia edilir.

 
 
 

Ardını oxu...
Tezadlar.az-a Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikro rayon, Süleyman Sani Axundov küçəsi, 3123-cü məhəllə, 3A (poçt ünvanı), 12 mərtəbəli, bir bloklu, 36 mənzilli eksperimental layihəli binanın sakinləri adından Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova ünvanlanmış müraciəti daxil olub.

Müraciətdə deyilir:

"Hörmətli Fuad müəllim!

Bildiririk ki, 29 dekabr 2023-cü il tarixdə nümayəndəmiz Məmmədov Sahib Mikayıl oğlu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin əməkdaşı tərəfindən qəbul edilmiş, üzləşdiyimiz problemlə bağlı ona ətraflı məlumat verilmişdir. Eyni zamanda, məsələ ilə əlaqədar sizə rəsmi məktubla müraciət olunması tövsiyə edilmişdir.

Bununla əlaqədar bildiririk ki, 1985-ci ildə istismara verilən monolit tökmə betonlu birbloklu binamızın zirzəmisinin divarında 2010-cu ildə Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin o vaxtkı rəisi Rəşad Yusifov qanunsuz olaraq qapı boşluğu açdırmış, nəticədə binanın əsas konstruksiyasına ciddi ziyan dəymişdir.

Eyni zamanda, zirzəmidə binanın müvafiq layihəsinə uyğun olaraq çəkilən kommunikasiya xətlərinin yeri dəyişdirilmiş, 1 və 2 otaqlı mənzillərin ventilyasiya xətləri kərpiclə hörülərək havalandırma sistemi iflic vəziyyətə salınmış, divarlarda iri çatlar əmələ gəlmişdir. Çatlar binanın beşinci mərtəbəsinədək çataraq sakinlərin yaşayışı üçün ciddi təhlükə yaranmışdır. Hesab edirik ki, özbaşına aparılan söküntü və tikinti işləri aparılaraq dövlət əmlakına qəsdən zərər vurulması, insanların həyat və sağlamlığı üçün real təhlükə yaradılması cinayət tərkibli əməllərdir və bunun səbəbkarları Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cəzalandırılmalıdır.

Qanunsuz görülmüş işlərə qanuni don geydirmək istəyən Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin keçmiş rəisi Rəşad Yusifov saxta sənədlər əldə edərək sübut etməyə çalışırdı ki, guya binanın layihəsində qapı nəzərdə tutulmuşdur. Bu, azmış kimi, o, hətta 2012-ci ildə həyat yoldaşı Xumarə Mədət qızı Yusifovanın adına müvafiq Çıxarış da almışdır. Hesab edirik ki, həmin Çıxarışın qanuniliyi hüquq-mühafizə orqanları tərəfindən yoxlanılmalıdır.

Ardını oxu...
Ardını oxu...

Təəssüflər olsun ki, 5 ildən çoxdur müvafiq dövlət orqanlarına, o cümlədən Azərbaycan Respublikasının Baş prokurorluğuna, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə yazılan məktub və müraciətlərimizə baxmayaraq, heç bir tədbir görülməmişdir. Binəqədi Mənzil Kommunal Təsərrüfat Departamentinə ünvanlanmış və 36 mənzildə yaşayan sakinlərin maraqları heçə sayılaraq problem həll edilməmişdir. Belə ki, Binəqədi Mənzil Kommunal Təsərrüfat Departamenti zirzəminin özəl olduğunu, zirzəmidə heç bir dəyişikliyin baş vermədiyini və binanın qəzalı vəziyyətdə olmadığını bildirmişdir. Ancaq biz məsələyə yerində baxılması üçün dəfələrlə müvafiq orqanların əməkdaşlarını dəvət etsək də, bu baş verməmişdir.

Hörmətli Fuad müəllim!

Bununla əlaqədar baş verə biləcək xoşagəlməz hadisələrin qarşısını almaq məqsədilə məsələyə qanun çərçivəsində baxılmasını və monolit binanın zirzəmisinin ilkin vəziyyətə gətirilməsinə köməklik göstərməyinizi sizdən xahiş edirik.

Hörmətlə,

3 A binanın sakinləri".
 
Ardını oxu...
Mikayıl Cabbarovun rəhbərlik etdiyi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində daxili qarşıdurma pik həddə çatıb. Buna səbəb Xidmət rəisinin müavini Elçin Yusubovun öz rəisi Mətin Eynullayevi devirmək cəhdidir. Bununla bağlı cumhuriyyet.az-a verilən məlumata görə tutduğu postun imkanlarından istifadə edərək özünə oliqarxlardan ibarət çoxsaylı dost qazanan Elçin Yusubov hesab edir ki, artıq Əmlak Məsələləri Dövlət Xidmətində birinci adam olmağın vaxtıdır və buna onun ağlı da, əlaqələri də imkan verir. Mətin Eynullayevin Elçin Yusubova yetərincə səlahiyyət tanımasına baxmayaraq, rəis müavini bununla kifayətlənmək niyyətində deyil. Xidmət daxilində bir çox aparıcı mütəxəssisi və şöbə müdirini öz tərəfinə çəkməyə nail olan Elçin Yusubov, Mətin Eynullayevi həm siyasi, həm də pxixoloji baxımdan təkləməyə çalışır. Rəis müavininin bu məsələdə ən çox güvəndiyi şəxslər isə Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin müdir müavini, şöbə müdiri vəzifəsini icra edən Eldəniz Qafarov və Dövlət əmlakının icarəyə verilməsi və dövlət ehtiyacları şöbəsinin müdiri vəzifəsini icra edən Taleh Bəşirovdur.

Nə qədər inanılmaz görünsə də, Elçin Yusubov nisbətən “aşağı eşalon”dan olan bir çox şəxsi də öz tərəfinə çəkməyi, onların Mətin Eynullayevə qarşı səflərdə yer almasını vacib bilib.
Rəis müavini öz məqsədinə çatmaq üçün Mətin Eynullayevin “kabinet məmuru” obrazını yaratmağa da xüsusi səy göstərir. Prezident İlham Əliyevin məmurları aktiv olmağa, xalqla bilavasitə təmas qurmağa, xalqın “ayağına getməyə” səsləməsi fonunda Mətin Eynullayevin klassik məmur obrazının yaradılması Xidmət rəisini ali siyasi hakimiyyət qarşısıdna gözdən salmağa hesablanıb. Xidmət rəisinin müavini Elçin Mustafa oğlu Yusubovun ətrafında formalaşdırdığı komandanın əməlləri dəhşət yaradır. Elçin Yusubovun komandasının ən ciddi fiqurlarında biri də “Dövlət əmlakının icarəyə verilməsi və dövlət ehtiyacları şöbəsi”nin müdiri vəzifəsini icra edən Taleh Arif oğlu Bəşirovdur. Elçin Yusubovun himayəsi ilə Taleh Bəşirov da milyonçuya çevrilib. Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə Taleh Bəşirovun dövlət torpaqlarını məmurlara peşkəş etməsi qarşılığında aldığı Range Rover zamanla özü nəhəngliyində problemə çevrilməkdədir. Şöbə müdiri lovğalıq edərək ona tam məxfi ortamda təqdim edilən avtomobillə bağlı yaxın çevrəsinə açıq məlumat verməsi onunla yanaşı, ona həmin avtomobili hədiyyə edən şəxsi də çətin vəziyyətə salıb. Belə ki, Taleh Bəşirova məlum avtomobil general rütbəli məmurlardan birinin qardaşı tərəfindən bağışlanılıb ki, həmin şəxs adının bu məsələdə hallanmasını istəmir. Bu isə o deməkir ki, Taleh Bəşirov fərqinə varmadan özü ilə yanaşı, kölgədəkli milyoneri də çətin vəziyyətə salıb. Taleh Bəşirova avtomobil bağışlayan şəxsin kimliyi bəlli olarsa, o zaman həmin şəxs bu suallara cavab verməli olacaq: Taleh Bəşirova avtomobili niyə, şöbə müdirinin hansı xidmətlərinə görə bağışlayıb? Bu “ürəyiaçıqlığın” Taleh Bəşirovun onun adına keçirdiyi torpaq sahələri ilə nə kimi əlaqəsi var?

Bu arada Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Elçin Yusubovun və sözügedən qurumun şöbə müdiri Taleh Bəşirovun Novxanı çimərliyi yaxınlığındakı “Metallurq” qaçqın düşərgəsini zəbt etməsi məcburi köçkünlər arasında ciddi narazılığa səbəb olub. Hadisəylə bağlı cumhuriyyet.az-ın əldə etdiyi məlumata görə, artıq zəbt olunmuş ərazidə məcburi köçkünlərə məxsus 4 yardımçı təsərrüfat sökülüb. Həmin təsərrüfatın içindəki əşya və avadanlıqlar isə ortalıqda qalıb və məcburi köçkünlər onları qoymağa yer tapa bilmir. Ərazidəki bir evin taleyi isə sual altıdnadır. Belə ki, evin sahibindən evi təcili şəkildə tərk etmək tələb olunub. Bildirilib ki, “ev plana düşüb” və buna görə də ən qısa zamanda söküləcək. Evdə məskunlaşan məcbur köçkünə isə məsləhət görüblər ki, özünə kirayə axtarsın və əşyalarını ən qısa zamanda buradan çxıarılsın. Hazırda zəbt edilən ərazinin hasaralanması prosesi gedir. Artıq hər tərəfdən ərazinin iki metrə yaxın hündürlükdə daş hasarlıa əhatələndiyi bildirilir. Tikinti işi gecə saatlarında projektor işığında belə davam dir ki, bu da əraziyə əl qoyan iş adamının hasarlama prosesini mümkün qədər tez bir zamanda başa çatdırmaq istəyindən xbəər verir.

Baş verənlərlə bağlıı cumhuriyyet.az-a məlumat verən etibarlı mənbənin sözlərinə görə, məcburi köçkünlər Əmlak Məsələləri Dövlət Xidmətinin harınlamış məmurlarından ölkə başçısına şikayət etməyə hazırlaşır. Məcburi köçkünlər əmindilər ki, “dərə xəlvət tülkü bəy” prinsipi ilə hərəkət edən məmurların bu özbaşınalığı haqqında məlumat Prezident İlham Əliyevə çatacağı təqdirdə dövlət başçısı dərhal onları cəzalandıracaq, məcburi köçkünlərin ikinci dəfə qaçqın həyatı yaşadanlara lazımı dərs verəcək. Mənbənin məlumatına görə, ölkə başçısına ediləcək müarciətlə bağlı imzatoplama kampaniyasının həftə sonuna kimi başa çatdırılması nəzərdə tutulub. Bazar ertəsinə kimi Elçin Yusubov və Taleh Bəşirovun əməllərindən narazı olan məcburi köçkünlər imzatoplama kampaniyasını başa çatdıraraq dövlət başçısına müraciət edəcək.

Xatırladaq ki, bir müdət bundan öncə Bakının Novxanı çimərliyindəki “Sarıqaya” yaşayış massivinin “Metallurq” qaçqın düşərgəsinin bir hissəsi ƏMDX-nin yetkililəri – Elçin Yusubov və Taleh Bəşirov tərəfindən məşhur iş addamlarından birinə satılıb. Ərazini satın alan iş adamı ƏMDX məmurlarının köməyi ilə məcburi köçkünlərə məxsus bəzi ev və yardımçı təsərrüfatları dağıdıb, avtomobil və piyada yolunu bağlayıb. Məcburi köçkünlərin etirazına məhəl qoymayan məmurların məcburi köçlünlərin yaşadığı digər evlərə də əl qoyacağı ehtimal edilir. Məlumat üçün cumhuriyyet.az olaraq qeyd edək ki, məlum prosesdə xüsusi aktivliyi ilə diqqət çəkən isimlərdən biri olan Taleh Bəşirovun adı ölkə mətbuatında ilk dəfə iş adamlarının birindən “Rance Rover” markalı avtomobil hədiyyə alması ilə gündəmə gəlib. Həmin vaxt yayılan məlumata görə Taleh Bəşirov dövlət əmlakını dəyər-dəyməzinə iş adamlarından birinə peşkəş etdiyi üçün bu cür bahalı hədiyyəyə layiq görülüb. Onun Türkiyədə də geniş biznes şəbəkəsinə malik olduğu iddia edilir.
 
Ardını oxu...
Göyçay rayonu Qaraman kənd sakini Mustafayev Rəvan Aydın oğlu tərəfindən

ŞİKAYƏT

Hörmətli cənab Prezident! Yazaraq bildirmək istəyirəm ki, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində özbaşınalıq tuğyan edir. Baxmayaraq ki, adı "Təhsil "ocağı"dır, həqiqətdə isə bura "Korrupsiya yuvası"dır. Hazırda direktor səlahiyyətlərini Şahin Əliyev icra edir. O, 40 ilə yaxındır ki, burada müxtəlif yüksək vəzifələrdə çalışıb. Şahin Əliyev bu illər ərzində öz kürsüsünü kifayət qədər möhkəmləndirmişdir. Rüşvətxorluqla milyonlar əldə edib. Göyçay rayonunun müxtəlif yerlərində böyük malikanələri, bahalı avtomobilləri var. Hansıki gündəlik gözdən pərdə asmaq üçün işə "Tofas -Şahin" markalı avtomobillə gəlib-gedir. Bundan əlavə, Bakı şəhərində və ölkəmizin digər regionlarında evləri, mülkləri var. Bir neçə bahalı aqrotexnikalar (traktor, kombayn) alıb, icarəyə verib. Əslində onun varidatının siyahısı daha genişdir. Şübhəsiz ki, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində direktor müavini işləyən şəxsin aylıq maaşla bir belə var-dövlət əldə etməsi mümkünsüzdür. Şahin Əliyev öz yaxın və uzaq qohum-əqrəbalarını kollecdə işlə təmin edib. Kollecin qarajında istismar müddəti başa çatmış avtomobil və texnikalar mövcuddur. Onlar qeyri-işlək vəziyyətdə olsa da, aylıq yanacaq pulu yazılır və həmin vəsait Şahin Əliyevlə aidiyyəti işçilər arasında bölüşdürülür. Burada təxminən 1200-1300 tələbə sayı var, onları əksəriyyəti qiyabi oxuyur və ya maddiyyat qarşılığında aylığa buraxılıblar. Bütün smestirlərdə tələbələr rüşvət verərək imtahandan yüksək nəticə əldə edirdilər. Bəzi müəllimlərlə daxildə baş verən anlaşılmazlıq səbəbilə bu smestir Şahin Əliyev şəxsən özünə müraciət edən tələbələrə köməklik göstərir, haqqı deyən müəllimlərin xahiş etdiyi tələbələr isə imtahandan kəsilmiş hesab edilir. Hazırda Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində Şahin Əliyevə qarşı böyük narazılıq yaranıb. Özünü süddən çıxmış ağ qaşıq kimi göstərməyə çalışan Şahin Əliyev məgər yaxın keçmişini nə tez unutdu? Sanki tələbələrdən rüşvət tələbinə dair sabiq direktor İrşad Abbasovla yanaşı sosial şəbəkələrdə səs yazıları paylaşılan Şahin Əliyev deyil. Eyni zamanda, kollecdə uzun illərdir baş mühasib işləyən Mətanət adlı qadın sanki ailə ansambılı yaradıb. Özü, qızı, oğlu, kürəkəni hamısı yüksək vəzifələrdədir.
Mən mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən çox xahiş edirəm, Baş Prokurorluğa, Maliyyə Nazirliyinə, Elm və Təhsil Nazirliyinə və aidiyyəti orqanlara tapşırıq verəsiniz ki, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində şəffaf və obyektiv araşdırmalar aparılsın, korrupsiyaya bulaşmış Şahin Əliyev və digər şəxslər məsuliyyətə cəlb edilsinlər.
Tel: 0515450187
TEREF: Xocanin Blogu hamının üzünə açıqdır

 
 

 


Ardını oxu...
Elgizin reklam etdiyi Benjamin həkim gözümü kor etdi – Müxtəlif televiziya proqramlarında məşhur aparıcıların reklam etdiyi həkimlərdən zaman-zaman şikayətlər gəlir.
Bakupost.az xəbər verir ki, növbəti şikayət ARB kanalında aparıcı Elgiz Əkbərin “Elgizlə izlə” verilişində 100 % tutulmuş gözləri açan həkim kimi təqdim olunan Benjamindəndir.
Əsl adı Azər Kərimov olan həkimə müraciət edən Salyan rayon sakini Gülşən Adışirinova əməliyyatdan sonra gözünün kor olduğunu iddia edir.
Ardını oxu...
Fotoda: Həkim Benjamin Azər Kərimov
Bakupost.az -a müraciət edən hər iki gözündən əlil Gülşən Adışirinova Elgiz Əkbərin həkimi tərifləməsindən sonra gözünü ona etibar etmək qərarına gəlib. Verilişə dəvət olunan qadına gözünün sağalacağını deyib, onu müayinə və əməliyyata alıblar.

Hətta qadına və ailə üzvlərinə kanal tərəfindən bir müqavilə imzaladılıb, şərtlərə görə əməliyyatdan sonra çıxıb həkim barədə xoş sözlər deməlidir. Əgər bundan boyun qaçırsa, cərimə ediləcəyi bildirilib.
Nəhayət, gözünün xilas olacağı ümidilə Kəpəz Hospitala gələn xəstə bundan sonra başına gələnləri Bakupost.az -a müsahibəsində danışıb.
Gülşən Adışirinova özünün və oğlunun başına gətirilənləri açıqlayıb.
Ətraflı videomüsahibədə izləyin.
Ardını oxu...
Ardını oxu...
Müsahibədə ünvanına kəskin ittihamlar səsləndirilən, Kəpəz Hospitalda çalışan Azər Kərimovla əlaqə saxlayaraq, onun məsələyə münasibətini öyrənmək istədik.
Həkim açıqlama verməsə də, özünü onun meneceri kimi təqdim edən Elturan adlı şəxs həkimə şər-böhtan atıldığını bildirdi:
“Həmin xanıma sadəcə, linza əməliyyatı olunub. Xəstədə yüksək şəkər olduğu üçün sonradan torlu qişada qopmalar olub. Bunun əməliyyata heç bir dəxli yoxdur. Ekspertizanın rəsmi rəyi var. Prokurorluq məsələni araşdırıb, iş bağlanıb. İndi məhkəmə işi gedir. Danışdıqlarının böyük hissəsi yalandır. Məqsəd həkimi şantaj etməkdir. Nə həkim, nə Kəpəz Hospital ona transplantasiya və pul vədi verib. Bütün bunlar onun istəyidir. Biz onun gözünü zədələməmişik. Hazırda məhkəmə prosesi gedir, qərarı gözləyirik”.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
2022-ci ilin son günlərində Respublika Klinik Xəstəxanasına direktor təyin olunan Elviz Qasımovdan narazılıqlar artmaqda davam edir. Son məlumatlara görə, Elviz Qasımov illərdir xəstəxanada çalışan 250 nəfərdən çox həkim və tibb işçisini işdən uzaqlaşdırıb. Əvəzində isə 300-dən çox işçini işə qəbul edib.

AzToday.az-a daxil olan məlumatlara görə, tanınmış həkimləri işdən uzaqlaşdıran direktordan TƏBİB-ə edilən şikayətlər isə araşdırılmır. Məsələn, ginekologiya şöbəsinin cərrah mama-ginekoloqu Bahar Novruzovanın Elviz Qasımovun qanunsuz əməllərindən etdiyi şikayətlərlə bağlı heç bir tədbir görülməyib.

Xəstəxanada həkimlər mühafizə xidməti tərəfindən əməlli başlı yoxlanılır. Mühafizə xidməti bir növ həkimlər üçün kabusa çevrilib. Həmçinin, hər bir şöbədə baş həkimə xəbər çatdıran işçilər yerləşdirilib. Maraqlı məqam isə odur ki, həmin işçilərin ixtisaslarının işə uyğunluğuna isə əhəmiyyət verilmir.

Şikayətlərdə bildirilir ki, xəstəxanada əvvəlki vaxtla müqayisədə heç nə dəyişməyib. Yenə şöbələr üçün nəzərdə tutulan dərmanlar və başqa məhsullar şöbələrə verilmir.

Qeyd edək ki, bir müddət əvvəl “Respublikanski xəstəxana”dan edilən şikayətlərdə bildirilirdi ki, Elvis Qasımov 1962-ci ildən akademik Əziz Əliyev adını daşıyan Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutu ilə xəstəxana arasında illər əvvəl bağlanmış birgə fəaliyyət müqaviləsini yoxmuş kimi sayır. Kafedra işçilərini RKX bazasında yerləşən həkim otaqlarından kobudca qovmağa və həmin otaqlara həkimlər arasında gizli qeyri-qanuni videoçəkilişlər aparan, gizli səsyazılırı edən aparan və həkim kollektivi arasında idarəolunan intriqalar yaradan savadsız, təcrübəsiz cavan qızlar otuzdurulur. ADHTİ rektoru Nazim Qasımov isə Elviz Qasımova qarşı dirəniş göstərmir. Elviz öz ambisiyaları arxasında, Nazim isə öz kreslosunun hayındadır. Nəticədə nə baş verir:

1) 15-20 il ərzində gərgin iş şəraitində işləyərək praktiki təcrübə qazanmış reanimatoloq, kardioloq, mama-ginekoloq və s kimi həkimlər üzgün və pərişan halda RKX-nın dəhlizlərində nə edəcəklərini bilmirlər.

2) Əslən Qərbi Azərbaycandan olan TƏBİB-in nümayəndəsi direktor Elviz Qasımov əslən Qaxdan olan Səhiyyə Nazirliyi nümayəndəsi rektor Nazim Qasımovu ciddiyə almır. Çünki Elvizs Qasımov gözqorxutmaq üçünmü, yaxud lovğalanmaq üçünmü özü yaydığı yalan məlumata görə, guya “Mərkəzi Klinik Xəstəxanası”ında sıravi həkim işlədiyi vaxtdan ölkə rəhbərliyində çalışan şəxslərin travmotolq-həkimi olub, ona görə də onu əvvəlcə “Elmi Tədqiqat Ortopedik və Travmotologiya” İnstitutuna, ordan da indiki “Respublika Klinik Xəstəxanası Publik Hüquqi Şəxs”ə direktor təyin ediblər. Hərçənd Elviz Qasımov RKX-ya gəldikdən sonra idarəçilikdə baş verən səriştəsizlik göz önündədir”, – deyə narazı tibb işçiləri bildiriblər.

Onların sözlərinə görə, Elviz Qasımov kafedra həkimlərini bir-bir çağırıb: “Sizə ehtiyacımız yoxdur, ərizənizi yazın!” – deyir…

Şikayətlərlə bağlı Respublika Klinik Xəstəxanasından münasibət öyrənmək cəhdlərimiz alınmadı…
 
 


 
Ardını oxu...
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə fiziki şəxs Emil Vidadi oğlu Orucov arasında qeyri-yaşayış sahəsinin icarəsi üzrə bağlanmış 320.067 manat məbləğində satınalma müqaviləsi elektron medianın gündəmindən hələ düşməyib. Bu dəfə hamı Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecin direktoru, 1956-cı il təvəllüdlü Vidadi Ömər oğlu Orucovun oğlu Emil Vidadi oğlu Orucovun belə bir obyekti hansı vəsaitlər hesabına əldə etdiyini yazır. Həqiqətən də, ildə üç yüz min manat gəlir gətirən bir obyektin ərsəyə gəlməsinə güman ki, az pullar xərclənməyib. Bəs Emil Vidadi oğlu Orucov bu pulları necə əldə edib?

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının seçicilərin siyahısında Emil Vidadi oğlu Orucovun 1987-ci ildə anadan olduğu göstərilir. Bu o deməkdir ki, onun hazırda 37 yaşı var. Hesabladıqda Emil Orucov ömrünün ən az 26-27 ilini təhsilə (orta məktəb, ali təhsil, magistratura, aspirantura) verib. Hərbi xidməti də buraya əlavə etsək bu 28 il edir. 2018-ci ildə “Milli ərzaq təhlükəsizliyi sisteminin inkişafının iqtisadi aspektləri” mövzusunda Kənd Təsərrüfatı Nazirliyinin Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutunda iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiyasını müdafiə etdikdə onun cəmi 31 yaşı olub. Bir sözlə ömrünün çoxunu elmə həsr etmiş bir şəxsin birdən-birə uğurlu bir biznesmenə çevrilməsi Azərbaycanda mümkündürmü?

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlara fiziki şəxs Emil Vidadi oğlu Orucov son üç ildə icarə xidmətinin satın alınması üzrə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə ümumi olaraq 928 561 manat məbləğində satınalma müqaviləsi bağlayıb. 12.02.2024-cü ildə 320.067 manat, 20.12.2022-ci ildə 318.622,07 manat, 14.11.2020-ci ildə 289.872 manat. Göründüyü kimi Emil Orucov icarəyə verdiyi yerdən son üç il ərzində kifayət qədər böyük gəlir əldə edib. Buradan Dövlət Agentliyinin rəsmilərinə qaytarılan “otkat”ı və vergi rüsumlarını çıxsaq belə az pul qalmır. İndi siz deyin, Azərbaycan reallığında gənc ömrünün çoxunu elmə həsr etmiş (hərçənd bunun özü də sual altındadır – bunlar atasının pulları ilə də əldə oluna bilər) bir şəxsin bu qədər böyük gəlirlər əldə etməsi mümkündürmü? Qətiyyən mümkün deyil.

Amma onun atası, 68 illik ömrünün 27 ilini direktor vəzifəsində işləmiş Vidadi Ömər oğlu Orucov bunu edə bilər. Qeyd edək ki, Vidadi Orucov 1992–1997-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ali və Orta İxtisas Təhsili idarəsində mütəxəssis vəzifəsində işləmiş, 1997–2016-cı illərdə Bakı Sənaye-Pedaqoji Kollecinin direktoru olmuş, 2016-cı ildən isə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecin direktoru vəzifəsində çalışır.

Odur ki, Vidadi Orucov belə bir obyektə, hətta bundan da böyük obyektlərə sahib ola bilər və göründüyü kimi sahibdir də. Təbii ki, o bunları aylıq maaşıyla edə bilməzdi. Vidadi Orucov uzun illərdir rəhbəri olduğu kolleclərdən yaxşı pul yığıb. İmtahanlarda rüşvətxorluğun tüğyan etdiyi vaxtlarda. Həmin rüşvətlərdən əldə etdiyi pulları da Vidadi Orucov daşınmaz əmlaka yatırıb. Qeyd edək ki, indi kolleclərə qəbula nəzarət gücləndirilib, imtahanlarda rüşvətin qarşısı qismən alınıb. Amma Vidadi Orucov 1997–2016-cı illərdə Bakı Sənaye-Pedaqoji Kollecinin direktoru olarkən nə qədər qanunsuzluqlara yol verib, nə qədər saxtakarlıqlara imza atıb, kim bilir? Hələ koleclərə ayrılan dövlət vəsaitləri də var burada. Cari təmir işlərinə, əsaslı təmir işlərinə, dəftərxana və təsərrüfat mallarına, maşın və avadanlıqlara, inventarların alınmasına ayrılan dövlət vəsaitlərini demirik hələ. Vidadi Orucov küllü miqdarda pulları da bu yollarla qazanıb.

Həmin pullara da Vidadi Orucov övladlarının adına obyektlər tikdirib. Oğlu Emil Orucovun adına olan bəlli oldu. Digər oğlu, Tural Orucovun adına görəsən harda, nə var? Göründüyü kimi vaxtı ilə rüşvət hesabına tikdirdiyi obyektlər Vidadi Orucova indi dividentlər gətirir. Yəni çirkli pulları Vidadi Orucov leqallaşdırıb edib tər-təmiz. İndi rüşvətdən qazana bilməsə də, pullar ona havayı gəlir, göydən yağır, sağdan-soldan gəlir, oğlunun adına olsa da belə. Bu pulların mənbəyini isə ondan soruşan yoxdu. Heç olmayacaq da. Biz bir mətbuat orqanı olaraq soruşmağa cəhd etdik. Vidadi Orucovun elektron poçtuna məktub göndərdik, mobil telefonu vaitəsi ilə oğlunun icarəyə verdiyi yerlə bağlı yayılan məlumatlara münasibət öyrənməyə çalışdıq. Faydası olmadı, düz məlumatlara Vidadi Orucov nə kimi münasibət göstərə bilərdi ki?

Qeyd edək ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi də qeyri-yaşayış sahəsinin icarəsi üzrə keçirmiş olduğu tenderdə bir sıra qanunsuzluqlara yol verib. Tenderin şərtlər toplusunda icarəyə götürülən obyektin ünvanını açıq şəkildə göstərməyib. Halbuki, “Dövlət Satınalmaları Haqqında” Qanuna görə bunlar açıq şəkildə qeyd olunmalıdır. Odur ki, bəzi araşdırmalardan sonra bu mövzuya bir daha qayıdacağıq?

Aktualinfo.org
 
Ardını oxu...
Son zamanlar Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevin şəxsi avtomobili gündəmdədir. Sosial şəbəkələrdə icra başçısının "Range Rover" markalı avtomobilinin qiyməti 450000 manat civarında hesablanaraq, sual doğuran və şübhə altında olan bu qədər maliyyənin, icra başçısının büdcəsində hardan olduğu maraq doğurur.

Xaçmaz rayon icra başçısının 3 milyon manatdan çox pulu hara xərcləyib? - TENDERLƏR

Gəlin, görək Xaçmaz rayonuna ayrılan bu qədər tender layiqincə xərclənib, yoxsa tenderlərin pulları "Range Rover"dədir...

Elnur Rzayevin başçı olduğu Xaçmaz Rayon İcra Hakimiyyətinin tenderlərdə payladığı pulllar sözün əsl mənasında dodaq “uçuqladır”. Bu dəfəki yazımızda 2020-ci ildə Xacmaz Rayon İcra Hakimiyyətinin həyata keçirdiyi tender müsabiqələr və bağlanan müqavlilələrlə bağlı ümumi məlumat verəcəyik. Sözügedən icra hakimiyyəti 2020-ci ildə tenderdə 3 milyon manatdan çox pul xərcləyib. Bağlanan tender müqavilələrinin siyahısını təqdim edirik:
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Xaçmaz Rayon İcra Hakimiyyəti - "SDS GROUP" MMC - Xaçmaz şəhərində Mərkəzi İstirahət Parkının və Şəhidlər Xiyabanının abadlaşdırılması və təmiri işlərinin satınalınması - 1.534.655,95 AZN

Bildirmək yerinə düşər ki, qalib MMC-nin nizamnamə kapitalı cəmi 100 AZN-dir. Bu şirkətin də qanuni təmsilçisi isə SƏXAVƏT BƏŞİROV DİLQƏM OĞLUdur.

Xaçmaz Rayon İcra Hakimiyyəti - "TALEH-A.T." MÜƏSSİSƏSİ - Xaçmaz şəhər daxili küçələrin təmiri və yenidən qurulması - 189.870 AZN. Bildirək ki, yol-tikinti şirkəti olan "Taleh-AT" Müəssisəsinin nizamnamə kapitalı 8633200 AZN-dir, qanuni təmsilçisi isə Əliyev Məhəmmədəli Heydər oğludur.

Xaçmaz Rayon İcra Hakimiyyəti - "BAKU BUILDING" Məhdud Məsuliyyətli Cəmiyyəti Çoxmənzilli yaşayış binalarının təmiri - 255.075,79 AZN AZN. Bildirək ki, qalib MMC-nin nizamnamə kapitalı cəmi 10 AZN-dir. Bu şirkətin də qanuni təmsilçisi isə SAMİR HÜSEYNOV RAFİQ OĞLUdur.

Xaçmaz Rayon İcra Hakimiyyəti - “TALEH - A.T.” müəssisəsi - Xaçmaz şəhər daxili küçələrin təmiri və yenidən qurulması - 953.054,14 AZN. Bildirmək yerinə düşər ki, qalib MMC-nin nizamnamə kapitalı cəmi 8633200 AZN-dir. Bu şirkətin də qanuni təmsilçisi isə MƏHƏMMƏDƏLİ ƏLİYEV HEYDƏR OĞLUdur.

Xaçmaz Rayon İcra Hakimiyyəti - “ASBELLA-GM"MMC - Katirovka sorğusu - 40000AZN. Qalib MMC-nin nizamnamə kapitalı cəmi 5 AZN-dir. Qanuni təmsilçisi isə İSMAYIL MUSAYEV FİRDOVSİ OĞLUdur.

Xaçmaz Rayon İcra Hakimiyyəti - “ALYANS MT"MMC - Katirovka sorğusu - 49.960 AZN.

Xaçmaz Rayon İcra Hakimiyyəti - “ALYANS MT"MMC - Katirovka sorğusu - 43.230 AZN. Bildirmək yerinə düşər ki, qalib MMC-nin nizamnamə kapitalı cəmi 5 AZN-dir. Bu şirkətin də qanuni təmsilçisi isə İSMAYIL MUSAYEV FİRDOVSİ OĞLUdur.

Onu da vurğulayaq ki, Xaçmaz Rayon İcra Hakimiyyəti 2021-ci ildə cəmi 1 dənə tenser müqaviləsinə imza atıb. "Osmanlı İnşaat" MMC ilə Xaçmaz və Xudat şəhərlərində aparılacaq abadlaşdırma işlərinin layihə-smeta sənədlərinin hazırlanmasına görrə 26.275 AZN-lik müqavilə imzalanıb. “Osmanlı İnşaat” MMC-nin isə nizamnamə kapitalı 10 AZN, qanumi təmsilçisi AQİL HÜSEYNOV CEYFUN OĞLUdur.

Baş Prokurorluq, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi, Maliyyə Nazirliyi, Hesablama Palatası, Prezident Administrasiyası sosial şəbəkələrdə gedən yazının araşdırılmasını nəzarətə götürüb, yazılanların həqiqətə uyğun olub-olmadığına aydınlıq gətirməlidir.

Azər,

Hurriyyet.az
 

Dünyapress TV

Xəbər lenti