Ardını oxu...
Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Elgün Həbibullayev yaxın zamanlarda işdən çıxarıla bilər.

Bu barədə Qlobal.az-ın əldə etdiyi məlumatda bildirilir.

Məlumata görə oliqarx məmurlardan sayılan Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Elgün Həbibullayevin işdən çıxarılmasına səbəb özünü hazırkı vəzifədə doğrulda bilməməsidir.

İcra başçısının hədəfə gəlməsinin digər səbəbi isə Nərimanov rayon İcra Hakimiyyətindən Prezident Administrasiyasına ünvanlanan şikayətlərin çoxalmasıdır.

Bir çox yerlərdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun kadrı olduğunu deyən E.Həbibullayevin milyonluq mülklərə sahib olduğu deyilir.
Ardını oxu...
Ardını oxu...
Belə ki, Bakıda məşhur biznes şəbəkələrindən biri olan “Panda Kids”-in Nərimanov rayon İcra Hakimiyyətinin başçısına məxsus olduğu qeyd edilir.

E.Həbibullayevin bulvarın kənarında olan məzilinin qiymətinin isə 2 milyon manatdan çox olduğu vurğulanır.

Qeyd edək ki, Elgün Həbibullayev 2000-ci illərin əvvəllərində Bakı şəhərinin Nizami rayon icra hakimiyyətində şöbə müdiri, 2003 – 2011-ci illərdə Gəncə şəhər icra hakimiyyəti başçısının köməkçisi, sonra aparat rəhbəri, 2011-ci ildən Sumqayıt şəhər icra hakimiyyəti başçısının müavini,
20 sentyabr 2018-ci il tarixdən isə Bakı şəhər icra hakimiyyəti aparatının rəhbəri vəzifəsində çalışıb.

E.Həbibullayev 18 fevral 2022-ci il tarixdən Bakı şəhəri Nərimanov rayon icra hakimiyyətinin başçısı vəzifəsində çalışır.

Nərimanov rayon icra hakimiyyəti yazıya mövqe bildirmədi.
 

Ardını oxu...
Bakının Nizami rayonundakı qanunsuz hallar, sabiq məmurların bu rayonda özbaşınalıqla məşğul olması, İcra Hakimiyyətinin isə dövlətin sahubkarlığın inkişafı ilə bağlı həyata keçirdiyi siyasətlə uzlaşmayan davranışları son günlər medianın gündəmindədir. Təkcə elektron KİV-lər deyil, hətta aparıcı televiziya kanalları Nizami rayonundakıözbaşınalıqlardan bəhs edən reportajlar yayırlar. Buna misal olaraq, ATV, “Xəzər”, “Space” kimi kanalların yayımladığı materialları göstərmək olar. Nə baş verir? Nizami rayonunun adı niyə hələ də “əlləm-qəlləm” işlərdə hallanır? Belə çıxır ki, Coşqun Cəbrayılovun vəzifəsinin öhdəsindən gələ bilməməsi, rayonu sabiq məmurların ticarət meydançasına çevirməsi, özünün nüfuz sarıdan ciddi korluq çəkməsi barədə iddialar həqiqətə söykənir.
Hər halda rayon əhalisi arasında Coşqun Cəbrayılovun qara kassası, canlı postterminalı kimi tanınan İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Tural Cavadovun xüsusən sahibkarların, tikinti işləri ilə məşğul olan iş adamlarının cibini soymasına şərait yaratmazdı… Maraqlıdır ki, Tural Cavadov ünsiyyətdə olduğu vətəndaşlarla söhbətində tez-tez Bakı şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun adını çəkir və elə təsəvvür yaratmağa çalışır ki, Coşqun Cəbrayılov iş instruktajını məhz Eldar müəllimdən alır. Görəsən Coşqun Cəbrayılovun bundan xəbəri varmı? Və yaxud Eldar Əzizovun özü bilirmi ki, Tural Cavadov adlı xırda məmur öz əməllərini məhz onun adı ilə sığortalamağa çalışır. Hər halda biz inanmırıq ki, Nizami rayonunda tikinti şirkətlərindən yığılan puldan, bunun müqabilində yaşıllıqların məhv edilməsindən hörmətli Eldar müəllimin xəbəri var. Odur ki, diqqətini Nizami rayonuna, başçının yeriyən “mİlli ön”, “e – manat” kimi istifadə etdiyi Tural Cavadovun əməllərinə yönəltsə yaxşıdır.
Yazının əvvəlində təsadüfən qeyd etmədik ki, Nizami rayonu İcra Hakimiyyətinin davranışları dövlət siyasəti ilə uzlaşmır. Hər halda Tural Cavadov kimi "məmur qırığ"ının hərəkətləri bilavasitə cənab Prezidentin vətəndaşlara xidmətlə bağlı çağırışlarına ziddir. Yaxşı olar ki, Nizami İcra Hakimiyyəti “qara-qura” işlərdə ad çıxarmaqdansa, 7 fevral növbədənkənar prezident seçkisində ən aşağı seçici fəallığı göstərən rayon olmasının səbəbləri barədə düşünsün. Coşqun Cəbrayılov işləyə bilmirsə, getsin Yasamal və Nərimanovun başçılarından öyrənsin ki, dövlətə, xalqa necə xidmət olunur… Yoxsa Tural Cavadov kimi pul yiğmaqdan əllərinin “mazol” olması heç bir halda dövlətə xidmət deyil.
Əlimizdə Tural Cavadovun tikinti şirkətlərinin təmsilçiləri ilə pul söhbərləri aparmasını təsdiq edən səs yazıları da var. Növbəti dəfə onları açıqlayacağıq.
Tural Cavadovun bu günlərdə özünə Şahin dlı köməkçi pulyığan işə götürməsi diqqəti yayındırmaq cəhdindən başqa bir şey deyil. Pulu indi Şahin yığsa da “ana kassa”nın kim olduğu hamıya məlumdur.
Yazıdakı iddialarla bağlı, əlaqədar şəxslərin cavab haqqını tanıyırıq.
xəbəral.az
 
Ardını oxu...
Omedia.az:- 24 avqust tarixində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti “Epidbiomed” MMC ilə toplam maliyyə dəyəri 499.730 AZN təşkil edən satınalma müqaviləsi imzalayıb.
“Epidbiomed” MMC Səfərbərlik Xidmətinin tələbatı üçün narkotestlərin və ləvazimatların satınalınması üzrə tenderin qalibi olub.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə “Epidbiomed” MMC 19 noyabr 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 6-da yerləşir.
MMC-nin qanuni təmsilçisi Əliyev Məmməd Əli Sabir oğludur.
Məmməd Əli Əliyevdən əvvəl şirkətin qanuni təmsilçisi Mustafayev Surxay Tahə oğlu olub. 2019-cu ildə onu Məmməd Əli Əliyev əvəzləyib. Bu da səbəbsiz deyil. Çünki 2018-ci ildə “Epidbiomed” MMC-nin təsisçisi Namiq Əliyev və Surxay Mustafayev barəsində cinayət işi başlanıb. Onlara qarşı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətindən sui-istifadə), 200-1.2.2-ci və 200-1.2.3-cü (dərman vasitələrinin qanunsuz dövriyyəsi) maddələri ilə ittiham elan olunub.
Baş Prokurorluğun bununla bağlı yaydığı məlumatdan aydın olur ki, “Epidbiomed” MMC dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olub. Eyni zamanda araşdırmalar zamanı bu şirkətin ölkəyə saxta dərmanlar idxal etdiyi üzə çıxıb.
Namiq Əliyev və digərləri barəsində cinayət işinin məhkəmə istintaqı Bakı Ağır Cinayətlərində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə aparılıb. Lakin açıq mənbələrdə məhkəmənin nəticəsi barədə heç bir məlumata rast gəlinmir.
Beləliklə, aydın olur ki, “Epidbiomed” MMC ölkəyə saxta dərmanlar idxal edirmiş. Keçmişi qaranlıq olan belə bir şirkət SHXÇDX kimi strateji bir qurumun etimadını necə qazanıb bəlli deyil.
Həmçinin qeyd etmək lazımdır ki dövlət xidmətinin sifariş etdiyi say kifayət qədər böyük saydır.
Hər birindən 55 min ədəd olmaqla narkotest, tibbi əlcək, və iki adda analiz qabı sifariş olunub.
Araşdırmamız zamanı məlum olub ki, dövlət xidmətinin 600 nəfərə qədər hərbi qulluqçusu, 800 nəfərə qədər isə mülki işçisi var və dövlət xidməti indiyə qədər yalnız Bakı qarnizonuna daxil olan idarə və şöbələrdə çalışan hərbi qulluqçuları narkotestdən keçirib.
Ümumilikdə isə dövlət xidmətinin bu qədər narkotesti nə üçün aldığı açıqlanmır.
Qeyd: Yazıda adı keçən qurumların mövqeyini dərc etməyə hazırıq.
 
 
 
Ardını oxu...
Yasamal rayonunda daha bir küçədə səki zəbt edilib.

Oxu.Az-ın məlumatına görə, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Belə ki, Süleyman Dadaşov küçəsində səki üzərində tikili inşa edilib. Eyni zamanda, işıq dirəyi də yerləşdirilib.

Piyadalar isə yolun avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş hissəsi ilə hərəkət edirlər.

Qeyd edək ki, ötən gün də Yasamal rayonu, Zivər bəy Əhmədbəyov küçəsindəki səki üzərində tikilinin inşa edilməsi, səkidə metaldan hasar qurulması barədə məlumat paylaşılıb.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Diasporla iş Üzrə Dövlət Komitəsi sədrinin müavini Valeh Hacıyev Kiprdə şirkət qurub.
Bu barədə AFN.az-a məlumatlı mənbə bildirib. Qeyd edilir ki, sədr müavininin Kiprdə qurduğu işə oğlu Orxan Hacıyev rəhbərlik edir. Belə ki, atanın dəstəyindən yararlanan oğulun rəhbərlik etdiyi “Qarabağlı” şirkəti alkoqollu içkilərin satışını həyata keçirir. Mənbənin bildirdiyinə görə, V.Hacıyev təmsil olunduğu vəzifənin yaratdığı üstünlükdən istifadə edərək, oğlunu Şimali Kipr prezidenti Ersin Tatarla belə görüşdürüb. Görüş zamanı prezident Ersin Tatar Azərbaycanla Şimali Kipr arasında ticarət potensialının
inkişafı üçün yeni layihələrin həyata keçirilməsinin və investisiya mühitinin
yaxşılaşdırılması istiqamətində hər iki ölkənin iş adamlarının qarşılıqlı əməkdaşlığının
təmin edilməsinin vacibliyini qeyd edib.
Rəsmi görüşdə iş adamlarından söhbət getsə də, bu əməkdaşlıq təklifindən nədənsə diaspor sahəsində kifayət qədər yüksək vəzifə daşıyan məmur Valeh Hacıyevin oğlu O.Hacıyev daha çox yararlanıb. Belə ki, O.Hacıyev Kiprdə tək alkoqollu içkilərin satışı ilə məşğul olmur, eyni zamanda onun Kiprdə daşınmaz əmlak və turizm biznesi də var.
Görünür V.Hacıyev özünün köhnə peşəsindən əl çəkmək niyyətində deyil. Necə deyərlər, “Naxırçı övladının könlü naxır əppəyində olar”. Belə ki, AFN.az-ın araşdırması zamanı onun əvvəllər də - 1991-2001-ci illərdə biznes fəaliyyəti ilə məşğul olduğu məlum olub. Biznesdən birbaşa İqtisadi İnkişaf Nazirliyində mütəxəssis vəzifəsinə təyinat alan V.Hacıyev 1 il burada fəaliyyət göstərdikdən sonra 2002-ci ildə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsində idarə rəisi vəzifəsinə gəlib. 2004-cü ilədək bu vəzifədə çalışdıqdan sonra Azərbaycan Respublikasının Prezidentinin 23 fevral 2004-cü il tarixli sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi sədrin birinci müavini, 13 iyul 2017-ci il tarixli sərəncamı ilə isə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsinə təyin olunub.
“Tərəqqi” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qeyd edək ki, V.Hacıyevin komitə və diaspora daxilindəki fəaliyyəti də kifayət qədər narazılıq yaradır. Bu haqda növbəti yazımızda.
Qarşı tərəfin mövqeyini verməyə hazırıq.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Paytaxtın Nərimanov rayon Əhməd Rəcəbli ünvanda yerləşən "Sahra" restoranı haqqında ictimaiyyətə dəfələrlə məlumat vermişik. Bu restoranın icəradarı Elçin Allahverdiyev restoranı Azərbaycan qanunları ilə yox, sanki Zinbabve qanunları ilə idarə edilir.

Restoran rəhbərinin hərci-mərcliyi, özbaşınalığı, işçilərlə kobud davranma kimi problemlər barədə dəfələrlə oxuculara məlumat vermişik. Ölkə başçısı çıxışında da bildirir ki, harada hansısa neqativ hal qanun pozuntusu gördünüzsə dərhal ictimailəşdirin.

Onu araşdırmaq isə aidiyyəti qurumların üzərinə düşür çünki ictmai qınaq olmadır, fərqi yoxdur istər sahibkar olsun, istər məmur olsun, xalqa xidmət etmək hər kəsin borcudur.

Saytımıza isə sözügedən restoranla bağlı bəzi məlumatlar daxil olub. Adının çəkilməsini istəməyən məlumatlı mənbə bildirir ki, sözügedən məkanda müştəriyə təqdim olunan hesabla yekunda ödənilən hesabın arasında 30 %dən artıq fərq olur.

Qiymət daha yüksək yazılır, hələ üstəlik şou proqram və servis haqqın demirik...

Restoranda ödəniş etmək üçün post-terminal yoxdu, kartla ödəniş etmək istəyəndə hesabı kartdan-karta atmaq məsləhət olur bu da sonda vergidən yayınmaqa gətirir çıxarır.

Restoranda işləyən çoxsaylı işçilərlə əmək müqaviləsi bağlanılmır, müştərilərə təqdim olunan qidaların kefiyyətsizliyindən tez-tez narazlığ yaranır, bundan əlavə restoranda qalmaqallarla davalarla rastlaşmaq olur, sosial şəbəkə və media üzərində axtarış etsək sözü gedən məkanın adını kifayət qədər qalmaqallarda rast gəlmək olar.

Adının açıqlanmasın istəməyə mənbə bildirir ki, təxminən bir neçə ay bundan öncə restoranın ünvanda dəşiklik olunub, Restoran sahibi Elçin Allahverdiyev əvvələr pandemiya qaydaların pozduğu üçün həbsxana həyatı yaşamış kulublar kıralı Dilsuz Dəmirçiyevə sığınıb belə ki ona məxus olan "Elipis" kulubu icarəyə götürərək "Sahra" Restoranı edib.

Elçin Allahverdiyev haqqında qısa araşdırma aparsaq onun barəsində bəzi neqativ düşüncələr söylənilir. Bir neçə gün bundan öncə restoranda şou proqramın ifaçısı ikinci vətən müharibəsinin qazisi ilə aralarında anlaşılmamazlıq olub.

Anlaşılmamazlıqı aradan qaldrmaq üçün qazi ona zəng edib əvəzidə isə gözləmədiyi təhqirləri eşidib analoji hal isə bir neçə gün bundan əvvəl restoranın xanım mügənnilərindən birinin başına gəlmişdi.

"Azərbaycan Reallığı" olaraq bizim hansısa məmurla istər sahibkarla heç bir problemimiz yoxdur.Yuxarda qeyd etdiymiz kimi biz yalnız daxil olaninformasıyaları ictimailəşdiririk. Araşdırıb hər hansı tədbir görmək isə aidiyyəti qurumların səlahiyyətindədir.

"TEREF olaraq adı çəkilən şəxslərin və məkanın mövqeyini dərc etməyə hazırıq
 
Ardını oxu...
Bakının “Gənclik” metrosunun yaxınlığında, Fətəli Xan Xoyski 8 ünvanında yerləşən “The Roof” restoranı ilə bağlı redaksiyamıza şikayət məktubu daxil olub. Nərmin Həsənova tərəfindən cumhuriyyet.az-a daxil olan məktubda deyilir:

“Hömətli redaksiya!

Şikayətim “Gənclik” metrosunun yaxınlığında yerləşən “The Roof” restoranındandır. Restoran görünüş baxımından müasir görünsə də, öz qiymətləri ilə “əl yandırır”. Burada hər şeyin qiyməti digər kafe və restoranlardan əhəmiyyətli dərəcədə bahadır. Qiymətlər o dərəcədə bahadır ki, burada çay içmək üçün alınan pulla digər restoranlarda yemək yemək mümkündür. Lakin bu, yeganə şikaytət doğuran məqam deyil. Restoranla bağlı narazılıq doğuran əsas məqam menyüdə göstərilən qiymətlərlə real qiymət arasında ciddi təzadın olmasıdır. Məsələn, hər hansı bir yemək menyüdə 10 manatdırsa, hesabı ödəyəndə məlum olur ki, sizdən 13-15 manat pul alıblar. Niyə belə olduğunu soruşanda isə fərqli cavablar verirlər. Gah deyirlər ki, qiymət yeni qalxıb, menyü isə dəyişilməyib, gah da deyirlər ki, xidmət haqqı da bura daxil edilib. Bir sözlə, vətəndaşın aldadılmasına müxtəlif cür haqq qazandırmağa çalışırlar.

Xahiş edirəm ki, əlaqədar qurumlar “The Roof”dakı qiymət artımı və vətəndaşların aldadılması fakltı ilə bağlı araşdırma aparsınlar. Bu özbaşınalıqların aradan qaldırılması istiqamətində addımlar atsınlar. Xalqın pulu ilə milyon qazanaraq xalqı aldadanlar başa düşsünlər ki, heç bir fırıldaq cəzasız qalmır”.
 

Ardını oxu...
Naxçıvan şəhəri, Sədərək rayon sakini Qədimov Nurəddin Məhərrəm oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, rəsmi qurumlar ona qarşı haqsızlıq edir:

“Mən, Qədimov Nurəddin Məhərrəm oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Məlumat verim ki, 2011-ci ildə ağciyər xəstəliyi diaqnozu ilə, II qurup üzrə pensiyaya çıxdım. 2021-ci ildə - növbəti komissiyanın vaxtında qəbul şöbəsində olan İlqar həkimin yanında yoxlanıldım. Lakin bu zaman xəstəliyimlə bağlı sənədlərimi vermək üçün məndən 2 min manat pul istədilər.

Keçən ilin mart ayında həmin xəstəxananın baş həkimi Günay xanım məni bir də komissiyaya göndərdi. Yenidən mənim II qrup əlilliyim təsdiqləndi. Komissiyadan keçən zaman bildirdilər ki, get dispanserdən sənəd al, apar Şərur rayon komissiyasına ver. Lakin İlqar həkim və Günay həkimə 2 min manat pul vermədiyim üçün pensiyam kəsildi.

Qeyd edim ki, şəxsən adlarını çəkdiyim şəxslərin özləri məndən o qədər pul istədilər.

İndi hara şikayət edəcəyimi bilmirəm, artıq yorulmuşam. Aidiyyəti qurumlardan xahiş edirəm ki, mənim əlilliyim araşdırılıb, yenidən qiymətləndirilsin. Necə olur ki, 2 min manat pul versəydim əlil olacaqdım, vermədim deyə əlil olmadım?!”
 
Ardını oxu...
Bərdə rayonu, Bahadır Hacıyev küçəsi, ev 16-da yaşayan Hüseynov Natiq Şahməmməd oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Milli Məclisin sədri Sahibə Qafarovaya, DTX sədri Əli Nağıyevə və Baş prokuror Kamran Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Hörmətli Prezident!

Bildirmək istəyirəm ki, Bərdə səhər XDS İcraiyyə Komitəsinin 16.06.1986-ci il tarixli, 9 saylı sərəncamı, Bərdə Rayon İcra Hakimiyyəti 07.05.1998-ci il tarixli 20 saylı çıxarışı ilə Ağdam-Bərdə rayonlararası “avtotexxidmət” stansiyası üçün ayrılmış torpaq sahəsində öz şəxsi vəsaitim hesabına tikili tikməyim barədə razılıq verilmişdir. Hətta 14.7 ha torpaq sahəsi mənim adıma keçirilmişdir.

1998-ci ildə mülkiyyətim dövlət qeydiyyatına alınıb, texniki pasport almişam və obyekt tikdirmişəm. Lakin mənə məlum olmayan səbəbdən Bərdə rayon 7 saylı Dövlət Reyestr Xidməti ilə icra başçısı Vidadi İsayev qanunsuz olaraq mənə məxsus torpağa ikinci saxta sənəd verərək, satıblar.

Məhkəmələr icra başçısının təsir və təzyiqi ilə mənim sənədlərimi görməzdən gəldi. Belə ki, sifarişlə cəmi 2 dəqiqəlik məkəmə prosesi keçirildi, torpaqşunaslıq və texniki ekspertiza təyin etməkdən yayınaraq, qorxmadan, çəkinmədən saxta yolla verilmiş ikinci sənədi qüvvədə saxladılar. Məhkəmələr dövlət adından qəbul etdikləri sifarişli qətnamələrlə xalqı, milləti Prezidentdən narazı salmağa çalışırlar. Amma inanırı ki, haqq və ədalət hər zaman qalib olduğundan, mənə qarşı edilən bu haqsızlıq da ört-basdır edilməyəcək.

Cənab Prezident!

Xahiş edirəm ki, əmlakımı saxta sənədlə ələ keçirən vəzifəli şəxslər haqqında müvafiq araşdırma aparılmasına göstəriş verib, mənə məxsus torpağın qaytarılmasına köməklik edəsiniz”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti