Ardını oxu...
Fövqəladə hallar naziri Kəməladdin Heydərovun bacısının adının cinayət əməlində hallandığı bildirilir.

"Criminal.az"ın əldə etdiyi məlumata görə, nazirin bacısı Ayna Heydərova öz həyat yoldaşının köməkçisinin külli miqdarda pulunu mənimsəyib.

Ardını oxu...

A.Heydərova həyat yoldaşı Eynar Məmmədovun İlkin adlı sabiq köməkçisindən 110 min dollar alaraq mənimsəyib.

Sayt məsələ ilə bağlı daha ətraflı məlumatı təqdim edəcəyini qeyd edib.

arqument.az

Ardını oxu...

Ardını oxu...
Oğuzun Calut kəndinin bir qrup sakini bələdiyyə sədrindən şikayətçidir.

Onlar deyirlər ki, illər öncə bələdiyyədən torpaq alıblar və xeyli pul ödəyiblər. Amma bir neçə ildir ki, həmin torpaqlara sənəd verilmir: "Bizə demişdilər ki, torpağın sənədləri 3 aya, ən geci 6 aya sizə təhvil veriləcək. Amma artıq 6 ildən çoxdur ki, bu söz havada qalıb”.

Sakinlər "Arqument.az"a deyiblər ki, 2017-ci ildən bəri həmin torpaqlara görə, 40-a yaxın insandan külli miqdarda pul alınıb və mənimsənilib.

Bələdiyyə sədri Adil Şükürov isə illərdir ki, problem həll olunacaq deyə vəd verir: "Adil Şükürov sənəd tələb edənlərə deyir ki, Nazirlər Kabinetindən satış üçün icazə ala bilmirəm. Gah bizə sənədi təmin edəcəyini deyir, gah da çıxış yolu deyir ki, yığışıb məni məhkəməyə verin. Mən də sizin şikayətlərinizi əlimdə rəhbər tutaraq Nazirlər Kabinetinə müraciət edim, işin ciddiyyətini nəzərə alıb işi sürətləndirsinlər. Bunu da yalandan edir və sonra aradan çıxır".

"Bizdə olan məlumata görə, Adil Şükürov qanunsuz şəkildə, yalan vədlərlə aldığı pulları mənimsəyib, həmin məbləğdən dövlətə aid olan rüsumu ödəməyib, ona görə də torpaq üçün satış icazəsi ala bilmir", - sakinlər belə deyiblər.

Sakinləri isə narahat edən odur ki, Adil Şükürov bu il keçiriləcək bələdiyyə seçkilərindən seçilə bilməyəcək və verdikləri pullar batacaq, çünki yeni sədr məsuliyyəti Adil Şükürovun üstünə ata bilər: "Adil Şükürov seçilməyəcəyi təqdirdə bu qədər insanın taleyi necə olacaq? Pulları da getdi, torpaqsız da qalacaqları qaçılmazdır. Bəs o torpaqların aqibəti necə olacaq? Bəs verilən pullar? Kimə reallığı necə sübut edəcəklər? Kim qarantiya verir ki, illərdir dəridən-qabıqdan çıxıb zülmlə, kreditlərlə torpağını ev etməyə çalışan, hasar çəkmiş bu insanlar sabah haqlı ikən haqsız duruma düşürülməyəcək? Həmin əraziləri qanunsuz şəkildə mənimsəmiş kimi məsuliyyətə cəlb edilməyəcəklər?".

Vəziyyətin ciddiliyindən narahat olan sakinlər onu da qeyd edir ki, onlar hər dəfə sədrdən torpaq sənədi, ən azından bir parça kağız tələb edəndə Adil Şükürov müxtəlif bəhanələr gətirir: "Bizi əmin edir ki, narahat olmayın, siz gedib bünövrə qoyub ev tikin, yaşayın rahat, sizi kimsə oradan çıxara bilməz. Əksinə, nazirlik məcbur qalıb sizin torpaqların satışı üçün proseduru sürətləndirəcək".

Calut bələdiyyəsinin sədri Adil Şükürov isə "Arqument.az"a deyib ki, sakinlərin torpaq problemi ilə bağlı Nazirlər Kabinetinə müraciət edib, bununla bağlı sərəncam da hazırdır, lakin sənədlərin verilməsi gecikdiririlir.

Ardını oxu...
Bələdiyyə sədri Adil Şükürov

"Bu, bizdən asılı məsələ deyil. Nazirlər Kabinetinin qərarı var, nazir də sərəncam imzalayıb. Biz də bütün sənədləri təqdim etmişik və 5 ildir ki, cavab gözləyirik. Bizə bəlli olmayan səbəbdən sənədlərin verilməsi gecikdirilir. Çalışırıq ki, problemi həll edək", - deyə o qeyd edib.

Bələdiyyə sədri sakinlərin ona külli miqdarda pul verdikləri ilə bağlı iddialarını bölüşmür. O deyir ki, bu torpaqlara görə heç kəsdən pul almayıb: "Müraciət ediblər, mən də sənədləri göndərmişəm. Pul almamışam. Belə bir iddia doğru deyil".

Sakinlər isə bələdiyyə sədrinin yalan danışdığını deyirlər və onların əlində pul verdikləri ilə bağlı sübutların olduğunu vurğulayıblar.

Calud kəndində 125 hektar yaşayış, 30 hektar bağ-əkin, 325 hektar isə örüş-meşə sahəsi var.

Oğuz rayonunun Calut kəndinin 2000-ə yaxın sakinindən 47 nəfər ev tikmək məqsədilə bələdiyyəyə müraciət edib.

Torpaq sahəsi almaq istəyən sakinlər müraciətlərindən 5 il keçdiyini, amma heç bir nəticənin olmadığını bildirirlər.

Məsud
Fotolar: "Arqument.az"ındır

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Paytaxda yerləşən “ADA” Universitetinin yeni korpusu üçün tikinti işinin aparılması məqsədi ilə Bakı şəhəri, Nərmanov rayonu, Tələt Şıxaəliyev 18 ünvanında yerləşən evlər kompensasiya qarşılığında vətəndaşlardan alınır. Vətəndaşlara verilən kompensasiya ilə bağlı narazılıqlar yaranıb. Məlumata görə söküntü işinə nəzarət edən Nərmanov rayon icra başçısının keçmiş birinci müavini Şahmar İbadov vətəndaşlara “ADA” Universiteti adından hədə-qorxu gələrək, istdəyi kompensasiyanı ödəyir. Bununla bağlı bir video müraciəti diqqətinizə çatdırırıq.
Bəs kimdir bu Şahmar İbadov? Uzun illər Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş İbadov hazırda Prezident Adminstrasiyasının İşlər İdarəsində sektor müdiri vəzifəsində çalışır. Şahmar İbadov var-dövləti ilə seçilən məmurlardandır. Onun obyektləri və özünə tikdirdiyi villalar buna misal ola bilər. Məsələn qalmaqallarda adı hallanan “Ariva” hotelin, Nərimanov rayonunda “Çanaqqala”, “Pürrəngi”, Nərimanov parkının içində yerləşən obyektlərin onun təsir dairəsində olduğu bildirilir. Onu da qeyd edək ki, cənab İbadov biznes fəaliyyətinə hələ 90-cı ilin əvvəllərində Binəqədidə (“pasyolka kirov”da) başlayıb. Kifayət qədər geniş maddi imkanlara malik olan İbadovun adı ölkədəki FETÖ şəbəkəsi ilə də hallanıb. Bununla bağlı GundemXeber.Az bildirir ki, Şahmar İbadovun Gülənin Azərbaycanda fəaliyyət göstərən “komandasının” rəhbərlərindən birinın olması ilə bağlı hətta türk mətbuatı da geniş məqalə dərc etmişdi. Bundan başqa Şahmar İbadovun Elnur Aslanov və Ceyhun Osmanovla ilişkilərinin olması da artıq sübut olunub.

Parlament sədrinin köməkçisi vəzifəsindən, Nərimanov İcra Hakimiyyətinə şöbə müdiri təyinatı və ən qısa zamanda icra başçısının I müavini təyin olunması, burdan uzaqlaşan kimi isə Prezident Adminstrasiyasında vəzifə alması da onun hansısa qüvvələr tərəfindən himayə olunduğunu düşünməyə əsas verir. Bu imkanlar qalmaqallı məmurun övladlarına təsir edib. Şahmar müəllimin oğlu Elmar İbadov 2017-ci il avqustun 22-də idarə etdiyi “Range Rover” markalı avtomobillə yaşlı qadını vurub. Bir neçə gündən sonra qadın ölüb. Abşeron Rayon Məhkəməsinin hökmü ilə Elmar İbadov 5 il müddətinə azadlıqdan məhrum olunub. Məhkəmə onun cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi haqqında qərar qəbul edib. Daha sonra Sumqayıt Apellyasiya Məhkəməsi ona tam bəraət alıb. Hakim Məhəmmədəli Rzayevin məhkəmə-hüquq sisteminin tarixinə “qızıl” hərflərlə “imza” atdığı bu qərara Şahmar İbadovun zərərçəkmişin ailəsinə hədiyyə etdiyi təzə avtomobil mühüm rol oynayıb. Şahmar İbadovun o biri Totu ləqəbli oğlunun isə 555 qeydiyyat nişanlı milyon manatlıq avtomobil kolleksiyası var. Bir sözlə, Şahmar İbadov və oğlanları bu məmləkətdə nə lazımdırsa edirlər. Bunlar üçün qayda-qanun-zad kağız üstündədir. Məlumata görə qalmaqallı tarixçəyə malik İbadov rayonların birinə icra başçısı və ya nazir müavini getməyə hazırlaşır.

GundemXeber.Az
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, daha bir uşaq, Astara rayonunun Maşxan kənd sakini, 4 yaşlı Yusif Əliyev qızılcadan dünyasını dəyişib. Valideynləri onu Astara Rayon Mərkəzi Xəstəxanasına aparıb.

Müayinə edən həkim vəziyyətinin yaxşı olduğunu bildirərək ev şəraitində müalicə təyin edib. Bir gün sonra uşağın vəziyyəti daha da pisləşib. Təcili yardım xidməti ilə xəstəxanaya aparılıb və orada vəfat edib.

6 yaşlı uşağın valideynləri övladlarının ölümünə görə həkimləri günahlandırırlar.

Yusif Əliyevin anası Tahirə Əmirova Bizim.Media-ya açıqlamasında övladının vəziyyətinin ağır olduğu halda niyə evə buraxıldığını anlamadığını deyib:

“Bazar günü olduğu üçün Maşxan kənd Tibb məntəqəsinin həkimi İstiqbal Bağırova müraciət etdik. O, uşağa bir sürü resept yazdı. Qızdırmasalıcı dərmanlar verirdik. Uşağımın vəziyyəti pis olanda isə xəstəxanaya apardıq. Əgər vəziyyəti ağır idisə, niyə bildirmədilər, infeksion şöbəyə yönləndirmədilər?!

Uşağımı verib, arxayın saldılar ki, heç nə yoxdur. Həkim yönləndirməli idi. Mənim başım çıxsaydı özüm evdə müalicə edərdim, bəs həkimlər nə üçündür? Uşağıma yaxşıdır deyib, yola salan Elgün həkim indi haradadır, niyə ortalıqda yoxdur?! Həmin həkim xəstəxanada təcili tibbi yardım şöbəsində idi, ilk yardım olundu, iki iynə (qarışıq, smes), bir sistem qoşub evə yolladı”.

Ana övladının qızılcaya qarşı bir yaşında peyvənd olunduğunu, uşağın 6 yaşının isə gələn ay tamamlanacağını qeyd edib.

Xatırladaq ki, qızılcaya qarşı peyvənd əsasən uşaqlıq dövründə (12-15 ay və 6 yaşda) vurulur.

Uşağın ölümü ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə Bizim.Media-ya 6 yaşlı Yusifin peyvənd olunmadığı bildirilib.

6 yaşlı uşağı qəbul edən, iynə vuran, vəziyyətinin yaxşı olduğunu deyib, ev şəraitində müalicə olunmasını tövsiyyə edərək yola salan həkimlə bağlı da araşdırma apardıq.

Məlum olub ki, Elgün Məlikov Astara rayon Mərkəzi Xəstəxanasının Şua Diaqnostikası üzrə həkimidir. 2009-2012-ci illərdə Astara Rayon Mərkəzi Xəstəxanaında Həkim-Rentgenoloq kim, 01.06.2020-ci il tarixdən Astara Rayon Mərkəzi Xəstəxanasın Publik Hüquqi Şəxsində Şua Diaqnostikası şöbəsinin Şua Diaqnostikası üzrə həkimi kimi fəaliyyət göstərir.

4 yaşlı Yusif Əliyevi müayinə edən həkim Elgün Məlikovun vəziyyəti ağır olan uşağı xəstəxanaya niyə yerləşdirməməsi isə sual olaraq qalır.

Həkimlə əlaqə yaratmaq cəhdimiz baş tutmasa da, onun da mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
Ardını oxu...
 
Azərbaycanın mərc bazarında özünü “qanuni mərc operatoru” kimi təqdim edən “Misli”dən şikayətlər artmaqda davam edir…

Görünən odur ki, “Misli” sahib olduğu monopolist mövqeyindən yararlanaraq müşətilərin, mərc həvəskarlarının hüquqlarını pozmaqda davam edir.

Belə hüquq pozuntusu halları ilə bağlı az qala hər həftə redaksiyamıza şikayətlər daxil olur. Oxucularımızdan biri öz müraciətində bildirir ki, “Misli”yə ünvanladıqları şikayətlər zamanı mücərrəd bəhanələrlə rastlaşırlar, mübahisəni bir qədər dərinləşdirib, ətraflı izahat tələb edəndə isə şirkətin operatorları onları bloka atır.
Ardını oxu...
Bir müddət əvvəl idman jurnalisti Ağa Dadaşzadənin sosial şəbəkə hesabı vasitəsiylə yaydığı şikayəti sizə təqdim etmişdik. Görünən odur ki, digərləri kimi onun da şikayətlərini dinləyən tapılmayıb. Bu yaxınlarda idman jurnalisti öz hesabı vasitəsiylə yeni videomüraciət paylaşıb.

Sitat: “Misli”nin tətbiqi son günlər bilavasitə və dolayısı ilə insanların pulunu mənimsəyir. Bu tətbiqdə son günlər ciddi problemlər yaşanır. Şirkət də problemə biganə yanaşaraq, insanların pullarının əldən çıxmasına şərait yaradır, elə edirlər ki, onların pulu əldən çıxsın. “Misli”nin tətbiqi vasitəsiylə canlı oyunlara pul qoyuluşu edərkən oyunların sırası, yeri sürüşür. Bunun da nəticəsində insanlar yanlış təxminə pul qoyurlar, nəticədə də onlar pullarını itirirlər. Üç gündən çox davam edən bu problem hələ də yerində qalır. Özünüz düşünün ki, bu müddət ərzində nə qədər müştəri pulunu uduzur. “Misli” buna cavabdehlik daşımalıdı, şirkət öz ampluasında qalır. İtirilən pulların bədəli verilməlidir. Buna çox təəssüf edirəm. “Misli” insanları göz-görəsi aldadır”.

Mövzuyla bağlı araşdırmalarımızı davam etdirdikcə yeni faktlarla, bitməyən şikayətlərlə rastlaşırıq.

Araşdırmalarımız davam edəcək…

Poliqon.info
 

“Azercell Telecom”un internet xidmətindən şikayətlər bitmir. Abunəçilər “Azercell”i oğurluqda günahlandırır.

Tribunainfo.az xəbər verir ki, sözügedən provayder abunəçisi Elnarə Sultanova “Azercell”i oğurluqda günahlandırır:

“Özü də əməlli-başlı oğurluq edirlər. Bilmirəm nə qələt edirlərsə, 10, 15 manata götürdüyüm internet heç bir həftəni görmür. Youtube filan girmirəm, videoları açmıram, yenə də göz açıb yumunca bitir. Əvvəl belə deyildi, çox yaxşı yadımdadı. Bu oğurluqlarını sübut edib kütləvi şəkildə məhkəməyə verib təzminat almaq lazımdı, yoxsa, düzələn deyil bu oğru yığını. Bizdən oğurladıqları hər manat, hər qəpik haram, haram xoşları olsun inşallah”.
Ardını oxu...
 
Ardını oxu...
“Turan Hospital” uzun müddətdir çalışmayan xidməti ilə klinikada müayinəyə gələnləri yola verir.

Tribunainfo.az yazır ki, “Turan Hospital” klinikada analiz verənlərin işini asanlaşdırmaq üçün uzun müdddətdir ki, bir xidmət istifadəyə verib. Belə ki, klinikanın saytında analiz verənlərin cavablarını QR (küar) kod ilə əldə edə bilməsi üçün “müayinə nəticəsini əldə et” pəncərəsi qoyulub. Ancaq xidmət uzun müddətdir ki, işləmir.

Bir neçə aydır çalışmayn xidmətlə bağlı klinikanın verdiyi cavab isə təəcccüb yaradır. Klinikadan bildirilib ki, texniki problem səbəbindən xidmət işləmir. Maraqlıdır ki, uzun müddət keçməsinə baxmayaraq texniki problemi aradan qaldırmaq mümkün deyil.

Klinikanın mövqeyini işıqlandırmağa hazırıq.
 
Ardını oxu...
Oğluna 120 minlik maşın almaqla, bələdiyyə sədri olan baısı oğluna iki vəzifə verdirməklə adından söz etdirən Qazax rayon icra icra başçısının birinci müavini Məmməd Alıyevlə bağlı saytımıza daha bir məlumat və görüntülər daxil olub.
32gun.az-ın redaksiyasına daxil olan məlumata görə, Rəcəb Babaşovun I müavini Qazaxda qaydaları növbət dəfə "çeynəyərək" çay hövzəsində byük bir "obyektr tikdirib. Belə ki, çay hövzəsi və selin qarşısında riskli ərazidə hər hansı bir tiklinin həyata keçirilməsi rəsmi olaraq izn verilmir.

Redaksiyamıza daxil olan məlumata görə, Qazax - Ağstafaçay hövzəsi boyunca Cəfərli kəndinə doğru gedən yolun kənarında meşə zolağının içərisində böyük bir ərazi icra başçısının müavini tərəfindən zəbt edilib.

Heyvandarlıqla məşğul olmaq üçün tikilmiş böyük yataq yeri Hikmət adında I Qarabağ döyüşlərinin iştirikçısının adına rəsmiləşdirilib.

Həmin şəxs də M.Alıyevin şərikdir. Videoda da göstərilən ərazidə M.Alıyevin heyvanlarının saxlanılması üçün tikilib. Sözügedən tikili meşəni və çay kənarını zəbt edib.

Digər zəbt edilən ərazidə isə Məmməd Alıyevə məxsus olan fermanın bir hissəsi yerləşir və orada həmçinin balıq biznesi ilə məşğul olunur.

32gun.az-a daxil olan görüntünü təqdim edirik:

Qarşı tərəfin mövqeyini işıqlandıra bilərik...
 
 
Ardını oxu...
 

Nümayəndəlikdə mühasib olmuş Zərifə Abbasova özünü qismən təqsirli bilir, amma qalan pullar...

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin mühasibi olmuş Zərifə Abbasovanın cinayət işi üzrə məhkəmə prosesi davam edir. Z.Abbasovaya qarşı 1 milyon manata yaxın vəsaitin mənimsənilməsi ittihamı irəli sürülüb. 

Məhkəmədə üzə çıxan faktlar onu deməyə əsas verir ki, Abbasovaya qarşı irəli sürülən ittiham kifayət qədər əsaslı deyil, ittihamı şübhə altına alan tutarlı faktlar var. 

Bəs necə olub ki, 3 nəfərin imzası ilə Azərbaycan Beynəlxalq Bankından çıxan 1 milyon manata yaxın vəsaitə görə təkcə onu məsuliyyətə cəlb ediblər? 

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesin gedişatı, ittihamla bağlı Zərifə Abbasovanın fikirlərini öyrənmişik.  

Abbasovanı nədə ittiham edirlər? 

İttihama görə, Zərifə Abbasova 2017-2022-ci illər ərzində Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyində mühasib vəzifəsində işləyərkən nümayəndəliyin bank hesabında olan pul vəsaitlərini nağdlaşdırıb, saxta ödəniş tapşırıqları vasitəsilə müxtəlif vaxtlarda vəsaitləri öz əmək haqqı kartına köçürərək təşkilata məxsus 983 min 254 manatı mənimsəyib. İstintaq sənədlərinə görə, qeyd olunan pul vəsaitini Zərifə Abbasova müxtəlif vaxtlarda Beynəlxalq Bankın bankomatlarından çıxarıb. 

Məhkəmədə ittihama münasibət bildirən Zərifə Abbasova özünü qismən təqsirli bilib. Deyib ki, nümayəndəliyə məxsus 46 min 700 manat vəsaiti müalicə xərclərinə sərf edib. 

Zərifə Abbasova Bakı Dövlət Universitetinin riyaziyyat fakültəsini bitirib, 1 may 2008-ci ildən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinə mühasib vəzifəsinə təyin edilib. Deyir ki, nümayəndəliyin əvvəlki illərində əksər maliyyə əməliyyatları nağd şəkildə aparılıb. Bu ödəniş üsulu ilə Avropa İttifaqının nümayəndəliyi 2019-cu ilin dekabrına qədər davam edib. Onun sözlərinə görə, Avropa İttifaqının mühasibat sistemi tam online struktura malikdir. Yəni bütün aparılan əməliyyatlar 3 elektron imza ilə (viza) həyata keçirilib. Hər hansı bir əməliyyatı 2 imza olmadan tək imza ilə sistemə salmaq və yaxud təsdiq etmək qeyri-mümkündür: “Mühasib olaraq, hər hansı bir tranzaksiyanı sistemə salmaq və onun ilkin qeydiyyatını aparmaq mənim vəzifəm idi. 2022-ci ilin sentyabrında mən son dəfə Brüsselə ezamiyyətə getmişdim. Və oradan qayıdandan sonra, 7 oktyabr 2022-ci ildə məni təcili işdən uzaqlaşdırdılar və çox qəti surətdə artıq-əskik danışmamaq şərti ilə tezliklə işə qaytaracaqlarına söz verdilər. Lakin  Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlayan sorğulardan anladım ki, məni əsas təqsirləndirilən şəxs qismində göstərib və bütün "aşkar" olunan qeyri-rəsmi əməliyyatların məsuliyyətini üzərimə atıblar. Gözləmədiyim halda aldığım zərbə çox ağır oldu - mən iflic keçirtdim, xəstəxanaya düşdüm, aylarla müalicə aldım. Hələ də sol gözümdə assimetriya hiss olunur. Buna baxmayaraq, halsız vəziyyətdə məhkəmə qarşısına çıxdım və saysız-hesabsız ifadələr verdim. Məhkəmədə də, istintaqda da demişəm ki, çalışdığım nümayəndəlikdə mənə 50 min manata yaxın pul verməlidirlər. Ana olmaq arzusu ilə müalicəm üçün həmin 50 min manatın yazılı surətdə müraciət etməklə mənə verilməsini xahiş etmişdim. Lakin mənə öz pulumu vermədilər. Məcbur olub müalicə xərcləri üçün mənə ödənməli olan məbləğ civarında vəsaiti götürmüşəm. Həmin pulu da mənimsəmək niyyətim olmayıb. Bunu nümayəndəliyin rəhbərliyi də bilirdi.   

Zərifə Abbasova bildirib ki, müalicəsi üçün borc olaraq götürdüyü 46 min 700 manat cəmi vəsaiti müalicələrinə xərcləyib: “Qalan 936 min 554.02 manat məbləğindən xəbərim yoxdur, çünki onu birbaşa rəhbərliyə təhvil vermişəm. Təlimatları birbaşa onlardan almışam. Dediyim kimi, onların sistemdə elektron imzası olmadan mən heç bir maliyyə əməliyyatını sistemdə tamamlaya bilməzdim, bu texniki baxımdan imkansız idi".

“İşçı müdiriyyətə hədə-qorxu gəlib ki, ya buna izahat verin, ya da Brüsselə yazacaq”

Zərifə Abbasova işin bu nöqtəyə gəlməsinin səbəbini də açıqladı: “Əməkdaşlardan biri masamın üzərindən bir sənədi görmüşdü. Həmin sənədi mən və Zoltan Szalai imzalamışdıq. Bütün baş verənlər də əməkdaşın o bank sənədini görməyindən başlandı. Dediyim sənədlər üzərindən həmin işçı müdiriyyətə hədə-qorxu gəlib ki, ya buna izahat verin, ya da Brüsselə yazacaq. Bu məlumatı mən baş mühasib cənab Olivier Klemensatdan öyrəndim. O, mənə demişdi ki, sən niyə sənədləri masanın üstündə unutmusan? Mən cavab verdim ki, onlar Zoltana imzaya verilmişdi, deməli, o, imzadan sonra onları mənim masama geri qoyub. Uzun müzakirələrdən sonra məni işdən müvəqqəti olaraq uzaqlaşdırmaq, bu işi yayındırmaq və yenidən məni işə qaytarmaq qərarı verdilər. Szalai mənə tapşırmışdı ki, artıq-əskik danışma, biz tezliklə bu işi bağlayıb səni işə qaytaracağıq. Mənim idarədən borc götürdüyüm məbləğdən şəxsən baş mühasib cənab Olivier Klenmensatın xəbəri var idi, onlar həmin məbləğ civarında məsuliyyəti üzərimə götürməyi tapşırmışdılar".

Bakıdakı nümayəndəlik yoxlanıbsa, o qədər pul  necə mənimsənilib? 

Ardını oxu...

Zərifə Abbasova bildirib ki, ona ittiham son 5 illik dövr üçün verilib. Guya 5 il ərzində ittihamda qeyd olunan məbləği mənimsəyib. Onun sözlərinə görə, əslində bu mümkünsüzdür: “İşlədiyim dövrdə hər ildə 6 dəfə onlayn yoxlama olub. Yəni Avropa İttifaqının Belçikada olan baş ofisinin Ex-post-kontrol şöbəsi tərəfindən təsadüfi seçim nəticəsində seçilmiş ödənişlərin və onlara aid olan müvafiq sənədlərin birbaşa Avropa İttifaqının baş ofis sistemindən yoxlanılması aparılırdı. Son yoxlama 2022-ci ilin iyul ayında aparılmışdı. Hər 4 ildən bir, Avropa İttifaqının Baş Ofisinin Ex-post-kontrol şöbəsinin inspeksiya bölməsindən, auditorlardan ibarət olan müvafiq qrup Bakıya gəlib yerində həm mənim işlədiyim sistemi, həm mövcud olan bütün sənədlərin yoxlanılmasını aparırdılar. Yoxlamaların nəticələri (yoxlama aktları) Avropa İttifaqının Baş ofisi tərəfindən hazırlanırdı və nümayəndəliyə də bir nüsxəsi göndərilirdi. Son yoxlama 2019-cu ilin fevral ayında aparılmışdı. Hər ilin əvvəlində, Avropa İttifaqının  Belçikada olan baş ofisi tərəfindən, nümayəndəliyin bank hesabı olan Azərbaycan Beynəlxalq Bankına sorğu göndərərək, onlardan nümayəndəliyə məxsus olan bank hesablarındakı keçmiş ilin dekabr ayının 31-nə kimi son balansları təqdim etməyə tələb edirdilər. Son sorğu 2022-ci ilin yanvar ayında göndərilmişdi. Bu yoxlamaların nəticələri haqda Baş Ofisdə məlumatlar var. Əgər 5  il ərzində mənimsəmələrə yol verilsəydi, təbii ki, bu faktlar yoxlamalar zamanı üzə çıxardı". 

“Həqiqətin üzə çıxması mümkünsüz hala gəlib”

Zərifə Abbasova istintaq üçün maraqlı ola biləcək bir məqama da toxunub: “Pandemiya dövründə evdən işlədiyimə görə iş kompüterimdə olan bütün sənədləri ev kompüterimə köçürmüşdüm və işlədiyim müddət ərzində nümayəndəliyin rəhbərliyinə göndərdiyim hesabatları saxlamışdım. Üzləşdiyim haqsız təqibdən sonra  kompüterimdə bu məlumatların olmasını xatırladım. Mənim öz tərəfimdən keçirilən hesablamalara görə, nağdlaşdırılan pullardan cəmi 46 min 700 manat mənim şəxsi müalicə ilə bağlı xərclərimi təşkil edib. Avropa İttifaqının mühasibatlığında mənə məxsus olan 27 min 640 avro və mənim iş otağımda şəxsi dolabımda olan 6 min civarındakı vəsait götürdüyüm pulu tam ödəyir. Lakin bütün bu faktların aşkar olunmasına və mənim hüquqlarımı müdafiə edən vəkil cənab Əlövsət Abasovun yuxarıda göstərilən faktların yenidən yoxlanılması üçün vəsatətlərin Bakı Ağır Cinayətlər Məhkəməsi təmin etdi, lakin səbəbsiz şəkildə icra etmədi. Halbuki, sadəcə, 2 vəsatət üzrə addımlar atılsa, bütün verdiyim ifadələr öz təsdiqini tapacaq.

Həmin vəsatətlər bunlardır:

Azərbaycan Beynəlxalq Bankına Avropa İttifaqına hər il Baş Ofisin müraciətləri əsasında göndərilən hesabatların məhkəmə sorğusu əsasında alınması (Həmin hesabatları almaq üçün vəkilim banka sorğu verdi. Bankdan bildirildi ki, həmin sorğu məhkəmədən göndəriləcəyi təqdirdə verilə bilər).

Bankdan alınan sənədlərlə mənim aşkar etdiyim hesabatların üzərindən yeni yoxlamanın (müstəqil auditin) keçirilməsi. 

Məhkəmə hər iki vəsatəti qəbul etsə də, bunu etmək niyyətində deyil deyə həqiqətin üzə çıxması da mümkünsüz hala gəlib". 

“Mənim iştirakımla yeni bir yoxlamanın keçirilməsi nə qədər çətin bir qərardır?”

Zərifə Abbasova deyir ki, 6 noyabr 2023-cü il tarixində Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinə rəsmi müraciət göndərib. Müraciətində son illərdə apardığım əlavə hesabatların və iş dolabımda aşkar olunmuş şəxsi pullarının  - 6 min manat civarında pulun kimə verildiyi barəsində məlumat istəyib: “Onların məhkəməyə göndərdiyi cavabda belə bir hesabatların olmaması və mənə məxsus olan pulun mənə geri qaytarılması haqqında yazılıb. Halbuki bu hesabatlar həmişə olub və pulun qaytarılması üçün ən azı təhvil-təslim aktının mövcud olması zəruridir. Mənim üçün daha bir ağır məqam odur ki, məni imza saxtalaşdıraraq bank sənədlərinin hazırlanmasında ittiham ediblər. Halbuki belə bir ağır təqsirləndirmə üçün vacib olan bütün məsuliyyətli şəxslərin imzalarının ekspetizası keçirilməli idi. Bunları nəzərə alaraq, həmin tərtib olunmuş ittiham aktının əsasında məni 10-14 il azadlıqdan məhrum edə bilərlər. Bu səbəbdən, mənim iştirakımla yeni bir yoxlamanın keçirilməsi nə qədər çətin bir qərardır? Azərbaycan vətəndaşı olaraq, belə bir ədalətsiz və birtərəfli yanaşmanı bu səviyyədə olan dövlət qurumundan gözləmirəm. Mən həqiqətin üzə çıxmasını, konkret əməlimə qiymət verilməsi üçün bir daha xahiş edirəm ki, məhkəmə ədalətli qərar verə bilməsi üçün Azərbaycan Beynəlxalq Bankına sorğu verib nümayəndəliyin illik hesabatı və 2017-ci ildən 2022-ci il 31 dekabr tarixlərinə olan maliyyə balansının sonucları barədə Brüsselə göndərilən aktların nüsxələrini alsın. Çünki vəkilim cənab Əlövsət Abasovun eyniməzmunli sorğusuna bankdan cavab verildi ki, məhkəmənin bu haqda sorğusuna cavab verilə bilər. 

“Ədalət naminə, həqiqətin üzə çıxması üçün iştirakımla audit yoxlaması keçirilsin”

Bir daha xahiş edirəm ki, ədalət naminə, həqiqətin üzə çıxması üçün iştirakımla audit yoxlaması keçirilsin. Tərəfimdən tərtib olunan sənədlər tədqiq olunsun. Həmin sənədləri məhkəməyə təqdim etmişik. Məhkəmə sənədləri qəbul edib. Lakin həmin sənədlər üzrə əlavə yoxlama aparılması barədə vəsatət qəbul olunmayıb. 

Mənə sənədlərin saxtalaşdırılması ittihamı verilib. Guya nümayəndəliyin rəhbəri Peter Mixalko və müşaviri Zolotan Szalainin imzaları saxtalaşdırılıb. Lakin imzaların saxta olması barədə ekspertiza rəyi işdə mövcud deyil. Qanunla isə ekspertiza rəyi olmadığı təqdirdə, mənə ittiham verilə bilməzdi. Fakt odur ki, mən 46 min 700 manat cəmi vəsaiti müalicələrimə xərcləmişəm və bunu da inkar etmirəm. Həmin vəsaiti də qaytarmağa hazıram. Qalan 936 min 554.02 manat məbləğindən xəbərim yoxdur. Həmin məbləği kim götürübsə, o şəxslər müəyyən edilsin və onlar məhkəmə qarşısında cavab versinlər". 

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

 
 
 

Ardını oxu...
Cəlilabad rayon sakini Məmmədov Fərid Oqtay oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, anasını saxta sənədlərlə aldadıb, torpağını əlindən alıblar:

“Mən, Məmmədov Fərid Oqtay oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Cəlilabad rayonu Qarazəncir, Ocaqlı kənd İnzibati ərazi dairəsi üzrə sabiq nümayəndə Bayramov Məhərrəm Ağabala oğlu, Cəlilabad rayon İcra Hakimiyyətinin Arxitektura Şöbəsi ilə əlbir olaraq, anam Məmmədova Nüşabə Sabir qızına məxsus olan fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,12 ha torpaq sahəsini ələ keçiriblər.

Belə ki, Bayramov Məhərrəm Ağabala oğlu vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, həmin torpaq sahəsini saxta sənədlərlə yeznəsi Ağayev Həbib Ağacəfər oğlunun adına sənədləşdiriblər.

Maraqlı faktlar onan ibarətdir ki, Ağayev Həbib Ağacəfər oğluna saxta sənədləşmələr əsasında verilən sənəd üzərində olan möhür, ştamp, öz zamanına görə 2000-2005-ci il arxivində olmalıdır. Lakin sənəddə 2000-2005-ci ilin möhürü vurulub.

1995-ci il tarixində anama məxsus olan torpaq sahəsini Ağayev Həbib Ağacəfər Oğluna satırlar. Əlimdə əsaslı faktlar olmasına baxmayaraq, Cəlilabad rayon prokuroru Vahid Məmmədov, Cəlilabad rayon Polis Şöbəsi şikayətimə ətraflı baxmayarq, başlarından ediblər. 7 dəfə qeyri -obyektiv araşdırma aparıldığından, həmin qərar rədd edilmişdir.

16.01.2024-cü ildə yenidən araşdırmanın davam etdirilməsi üçün Baş Prokurorluğun yazlı göstərişləri əsasında, 8-ci dəfə Cəlilabad rayon Polis Şöbəsinin istintaqına verilmişdir. Dəfələrlə araşdırma getməsinə baxmayaraq, polis bildirir ki, vəzifə səlahiyyətlərinən sui-istifadə halları var, amma bizim səlahiyyətmiz buna imkan vermir ki, cinayət işi açılsın, bu, Cəlilabad Rayon Prokurorluğunun səlahiyyətlərinə aid məsələdir. Yəni Prokurorluq bu işi başından edir, bizim üstümüzə atır.

Cəlilabad Rayon İcra Hakimiyyəti də saxta sənədləşmələrin ortaya çıxmamasına görə, prokurora, polisə təzyiq göstərir. Sözügedən məsələ ilə bağlı əlimdə əsaslı faktlar var. Səlahiyyətli dövlət orqanlarından xahiş edirəm ki, mənə kömək etsinlər”.
 
Ardını oxu...
Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Elçin Yusubovun və sözügedən qurumun şöbə müdiri Taleh Bəşirovun Novxanı çimərliyi yaxınlığındakı “Metallurq” qaçqın düşərgəsini zəbt etməsi məcburi köçkünlər arasında ciddi narazılığa səbəb olub.

Məsələ ilə bağlı redaksiyamıza məlumat verən etibarlı mənbənin sözlərinə görə, məcburi köçkünlər Əmlak Məsələləri Dövlət Xidmətinin harınlamış məmurlarından ölkə başçısına şikayət etməyə hazırlaşır. Məcburi köçkünlər əmindirlər ki, “dərə xəlvət tülkü bəy” prinsipi ilə hərəkət edən məmurların bu özbaşınalığı haqqında məlumat Prezident İlham Əliyevə çatacağı təqdirdə dövlət başçısı dərhal onları cəzalandıracaq, məcburi köçkünlərin ikinci dəfə qaçqın həyatı yaşadanlara lazımı dərs verəcək.

Mənbənin məlumatına görə, ölkə başçısına ediləcək müarciətlə bağlı imzatoplama kampaniyasının həftə sonuna kimi başa çatdırılması nəzərdə tutulub. Bazar ertəsinə kimi Elçin Yusubov və Taleh Bəşirovun əməllərindən narazı olan məcburi köçkünlər imzatoplama kampaniyasını başa çatdıraraq, dövlət başçısına müraciət edəcək.

Xatırladaq ki, bir müdət bundan öncə Bakının Novxanı çimərliyindəki “Sarıqaya” yaşayış massivinin “Metallurq” qaçqın düşərgəsinin bir hissəsi ƏMDX-nin yetkililəri – Elçin Yusubov və Taleh Bəşirov tərəfindən məşhur iş addamlarından birinə satılıb. Ərazini satın alan iş adamı ƏMDX məmurlarının köməyi ilə məcburi köçkünlərə məxsus bəzi ev və yardımçı təsərrüfatları dağıdıb, avtomobil və piyada yolunu bağlayıb. Məcburi köçkünlərin etirazına məhəl qoymayan məmurların məcburi köçlünlərin yaşadığı digər evlərə də əl qoyacağı ehtimal edilir.

Onu da qeyd edək ki, məlum prosesdə xüsusi aktivliyi ilə diqqət çəkən isimlərdən biri olan Taleh Bəşirovun adı ölkə mətbuatında ilk dəfə iş adamlarının birindən “Rance Rover” markalı avtomobil hədiyyə alması ilə gündəmə gəlib. Həmin vaxt yayılan məlumata görə, Taleh Bəşirov dövlət əmlakını dəyər-dəyməzinə iş adamlarından birinə peşkəş etdiyi üçün bu cür bahalı hədiyyəyə layiq görülüb. Onun Türkiyədə də geniş biznes şəbəkəsinə malik olduğu iddia edilir.

Muxalifet.az

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 
 
 

Dünyapress TV

Xəbər lenti