Ardını oxu...
Yazıya Şəmkir rayon İcra Hakimiyyətinin hazırda həbsdə olan keçmiş İcra başçısı Alimpaşa Məmmədovun 24 noyabr 2022-ci ildə Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilmiş prosesdə prokuror müttəhimin barəsində açıqladığı ittihamları bir daha xatırlatmaqla başlamaq istərdik.

İttihama görə, Alimpaşa Məmmədov 2014-2022 ci illərdə Şəmkir rayon İcra Hakimiyyəti tərəfindən keçirilən dövlət satınalma müsabiqəsinin qailibi olmuş bir çox şirkətlərdən rüşvət alıb. Şəmkir rayonunun abadlıq işlərinə, Şəmkir şəhər Mənzil istismar kontorunun balansında olmayan fərdi yaşayış evlərinin dam örtüyünün sərf edilməsinə yüz minlərlə manat dövlət vəsaiti rəsmiləşdirilib.

İttihama görə, Alimpaşa Məmmədov eləcə də Şəmkir rayon Mədəniyyət və Turizm, Gəncələr və İdman İdarəsi, Şəmkir rayon Mərkəzi Xəstəxaması, Şəmkir rayon Təhsil Şöbəsi, Şəmkir rayon İcra Hakimiyyəti başçısının Çinarlı, Təzəkənd, Düyərli, Çənlibel, Əliyaqublu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində, İcra hakimiyyəti başçısının Şəmkir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin balansında olan Şəmkir şəhərində yerləşən çoxmənzili binaların təmiri, şəhər, qəsəbə, kənd əraziləri üzrə nümayəndəliklərdə görlən işərə görə Alimpaşa Məmmədov icra başçısı olduğu dövrdə ümumilikdə 6.804.613,62 manat ələ keçirdiyi məlum olub.

Bu qəsəbələrin arasında Şəmkir rayon İcra Hakimiyyətinin başçısının Dəllər qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin də adı keçir. Alimpaşa Məmmədov 2016-cı ildə Dəllər qəsəbəsi, Nərimanov küçəsi 4 saylı binada yerinə yetirilmiş təmir işlərinə görə 17.521 manat, Dəllər qəsəbəsi, Nərimanov küçəsi 3 saylı binada yerinə yetirilmiş təmir işlərinə görə 18.271 manat rüşvət alıb. Dəllər qəsəbəsi, Nərimanov küçəsi 6 saylı binada yerinə yetirilmiş təmir işlərinə görə tenderdə qalib gəlməsi üçün 10 117 manat, həmin qəsəbənin Nərimanov küçəsi 6 saylı binada yerinə yetirilmiş təmir işlərinə gorə, 17.436 manat, Dəllər qəsəbəsi, Nərimanov küçəsi 5 saylı binada yerinə yetirilmiş təmir işlərinə görə 15.831 manat, “Qərb TT” MMC tərəfindən Dəllər qəsəbəsi Nərimanov küçəsi 2 saylı binada yerinə yetirilmiş təmir-tıkıntı işlərinə görə həmin MMC-nın faktiki sahibi Turan Saidovdan 20.681 manat rüşvət alıb. 2017-cı ildə Şəmkir rayon İcra hakimiyyəti başçısının Dəllər qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən keçirilən dövlət satınalma müsabiqələrinin qalibi olmuş ”SAF SERVİS” MMC tərəfindən Dəllər qəsəbəsi, M. Hüseynzadə küçəsi 9, Dəllər qəsəbəsi M. Rahim küçəsi 11a Dəllər qəsəbəsi, M Rahim küçəsi 13a və Dəllər qəsəbəsi. M. Rahim küçəsi 15 saylı binalarda əsaslı və carı təmir işlərinin görülməsinə görə MMC-nin sahibindən rüşvət alıb.

Aktualinfo.org Şəmkir rayon İcra Hakimiyyətinin başçısının Dəllər qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən son illər keçirilmiş satınalmalar ətrafında yeni araşdırmalar aparıb.Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumata görə Dəllər qəsəbə nümayəndəliyi 2023-cü ildə iki satınalma keçirib.

Şəmkir rayonu, Sarıtəpə kəndində yerləşən binaların dam örtüklərinin əsaslı təmiri işlərinin satın alınması üzrə keçirilmiş kotirovka sorğusunun qalibi “PROQRESS İNŞAAT EN” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və tərəflər arasında 21.548,81 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 26.12.2023-cü il tarixdə açıqlanmışdır.

Şəmkir rayonu, Sarıtəpə kəndində yerləşən binaların dam örtüklərinin əsaslı təmiri işlərinin satın alınması üzrə keçirilmiş açıq tenderin qalibi “PROQRESS İNŞAAT EN” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və tərəflər arasında 53.249,73 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 14.11.2023-cü il tarixdə açıqlanmışdır.

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “PROQRESS İNŞAAT EN” Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 29.11.2021-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı cəmi 1000.00 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, PİVƏ ZAVODU, ev 24/6, qanuni təmsilçisinin isə İslamov Nazim Əli oğlu olduğu göstərilir. Reyestrinə daxil edilmiş məlumatlarda 07-07-2022-ci il tarixədək MMC-nin qanuni təmsilçisi Şirinov Eldar Bəhlul oğlu olub.

Qeyd edək ki, cəmi iki il əvvəl yaradılmasına baxmayaraq “PROQRESS İNŞAAT EN” MMC 2023-cü ilin ancaq oktyabr – noyabr aylarında müxtəlif dövlət qurumları tərəfindən ayrı-ayrı lotlar üzrə keçirilmiş 36 satınalma prosedurunun qalibi seçilib. Respublikanın ayrı ayrı yerlərində tenderlər udan bu MMC-nin eyni vaxtda bu kimi işləri hansı işçi qüvvəsi ilə həyata keçirməsi elə özü şübhə doğurur.

Bundan başqa, Şəmkir rayon İcra Hakimiyyətinin başçısının Dəllər qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 2022-ci ildə də Sarıtəpə kəndində mövcud fərdi yaşayış evlərinin damlarının cari təmiri üzrə daha bir kotirovka sorğusu keçirib. Bu prosedurda isə “MM İNŞAAT GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və tərəflər arasında 32.857,8 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 23.12.2022-cü il tarixdə açıqlanmışdır.

Dəllər qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 2021-ci ildə də bir satınalma keçirib. Mənzil fondunun əsaslı təmiri üzrə keçirilmiş kotirovka sorğusunun qalibi “”BAKU BUİLDİNG” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və tərəflər arasında 48.497,28 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 25.08.2021-ci il tarixdə açıqlanmışdır.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlardan da göründüyü kimi Şəmkir rayon İcra Hakimiyyətinin başçısının Dəllər qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 23.12.2022-ci il tarixdən 26.12.2023-cü il tarixə qədər, yəni bir il ərzində Sarıtəpə kəndində yerləşən binaların dam örtüklərinin əsaslı təmiri işlərinin satın alınmasına ümumi olaraq 107 655 manat dövlət vəsaiti xərcləyib. Bu da görülən işlərin ehtimal olunan qiymətinin düzgün müəyyən edilmədiyinə, qiymətlərin süni şəkildə şişirdilməsinə və bir sıra qanun pozuntularına yol açmasına əsaslı şübhələr yaradır.

Rəsmi mənbələrdən, “Xalq qəzeti”ndə verilmiş elanlardan məlum oldu ki, Dəllər qəsəbə nümayəndəliyi 2017-ci ildən bəri hər il Sarıtəpə kəndində dam ötüklərinin dəyişdirilməsinə vəsait ayırır. Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatda 2020-ci ildə bir tenderin ləğv edildiyi göstərilir. Yerli sakinlərdən əldə etdiyimiz məlumata görə kəndə binaların dam örtüyünün yenilənməsinə ötən ildən başlanılıb və 10-15 fərdi yaşayış evinin damı yenilənib. Buradan belə çıxır ki, Alimpaşa Məmmədovun başçılığı dövründə Sarıtəpə kəndində dam örtüklərinin dəyişdirilməsinə ayrılan pullar formal olub, vəsaitin böyük hissəsi mənimsənilib.

Qeyd edək ki, hazırda Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyevdi. O, Prezident İlham Əliyevin 14 sentyabr 2021-ci il tarixli Sərəncamı ilə təyin olunub. Görsənən odur ki, Rəşad Tağıyev də sələfi Alimpaşa Məmmədov kimi dövlət vəsaitlərini qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində təmir işləri adı altında təyinatından kənarlaşdırır.

Aktualinfo.org
 
Ardını oxu...

Fevralın 23-də İcra Hakimiyyətində koridorla gedərkən Faiq Qürbətovla qarşılaşdım. Faiq Qürbətov mənə bildirdi ki, bəs deyirdin mənim ərazimdən indiyə kimi oğuluq olmayıb, heç kim də oğurluq edə bilməz. Sənin özünün atını oğurlayıblar ki. Mən Faiq Qürbətova bildirdim ki, “mənim atımı həyətimdən deyil, Mahmudçala adlanan dövlət qoruğundan oğurlayıb aparıblar. Bir halda ki, bu barədə məlumatlısınız, demək, bu işdə Sizin də əliniz var”. deyil, Mahmudçala adlanan dövlət qoruğundan oğurlayıb aparıblar. Bir halda ki, bu barədə məlumatlısınız, demək, bu işdə Sizin də əliniz var”.

Azərbaycan dövlətinin başçısı cənab İlham Əliyev dəfələrlə səslənib ki, dövlət məmurlarının məsuliyyəti artmalıdır: “Dövlət məmurları xalqa xidmət edir və etməlidirlər. Dövlət məmuru cəmiyyətdə hər bir vətəndaş üçün nümunə olmalıdır. Təvazökarlıq, saflıq və vətənə xidmət nümunəsi. Dövlət məmurları seçilmiş insanlar olmalıdır. Onların həm peşəkarlığı, həm də mənəvi keyfiyyətləri yüksək səviyyədə olmalıdır. Məmur-vətəndaş münasibətləri hörmət əsasında qurulmalıdır. Harada ki, nöqsanlar, pozuntular vardır, əlbəttə ki, tədbirlər görülür və bu proses bundan sonra da davam etdiriləcəkdir”.

Amma ölkə başçısı dəfələrlə bu məsələyə toxunsa da, məmurlara müxtəlif xəbərdarlıqlar etsə də, xalqa sədaqətlə xidmət etməyi onların qarşısında bir nömrəli vəzifə kimi qoysa da, bir çox məmurlar hələ də öz vəzifə səlahiyyətlərini aşmaqda davam edirlər. Arzuolunmaz hal budur ki, məmurların öz arasında da çəkişmə gedir, xüsusilə də aşağı manqanı təşkil edən dövlət qulluqçuları iyerarxiya nərdivanının daha yuxarı pilləsində duranların məkrli niyyətlərinin qurbanı olurlar. Belə xaincəsinə “vurulmuş”, lakin haqqı-hüququ uğrunda mübarizəsindən əl çəkməyən məmurlardan biri də Biləsuvar rayonunun Ovçubərə kəndində yaşayan Mikayılov Ağadin Baba oğludur. Ağadin müəllim məruz qaldığı haqsızlıqdan Azərbaycan Respublikası Birinci Vitse-Prezidenti Mehribvan Əliyevaya ünvanladığı şikayətinin bir nüsxəsini də “Dəryaz” qəzeti redaksiyasına göndərərək, açıq müraciətnamə kimi dərc olunmasını xahiş etmişdir. “Deryaz.az” saytı olaraq həmin şikayət ərizəsini oxuculara təqdim edirik:

Ə R İ Z Ə

Bildirirəm ki, mən 03 oktyabr 2007- ci il tarixdən 03 may 2021- ci il tarixə kimi Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Ovçubərə kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsiııdə işləmişəm. Işlədiyim müddətdə bütün tapşırıqları layiqincə yerinə yetirmişəm. Siyasi kompaniyalarda fəal və təşəbbüskar olmuşam. Yeni Azərbaycan Partiyasının üzvüyəm. 05 may 2011-ci il tarixdə Mahir Quliyev Biləsuvar rayon İcra Hakimiyyətinə başçı təyin olundu. Mahir Quliyev İcra başçısı təyin olunduqdan sonra İcra Hakimiyyətində bir neçə şöbə müdiri və aparat işçisi mənə qarşı qərəzli və ədalətsiz hərəkətlər etməyə başladılar. Xüsusi ilə də İcra Hakimiyyəti Aparatında Ərazi idarəetmə və bələdiyyələrlə iş şöbəsinin ( keçmiş) müdiri Zakir Şahbazov və Vətəndaşların Qəbulu və Sənədlərlə İş Şöbəsinin müdiri Elşən Astanov 11 noyabr 2011-ci il tarixdə İcra Başçısı Mahir Quliyevin keçirdiyi hesabat yığıncağında mənə qarşı ilk qərəzli və ədalətsiz addımlarını atdılar. Ərazi idarəetmə və Bələdiyyələrlə İş Şöbəsinin müdiri Zakir Şahbazov həmin iclasda məruzə ilə çıxış etdi. Çıxışı zamanı bildirdi ki, Ovçubərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi idarəyə gələn kənd sakinlərini, hətta öz tabeliyində olan işçiləri də söyüb — təhqir edir. İcra Hakimiyyətinin Vətəndaşların Qəbulu və Sənədlərlə İş şöbəsinin müdiri Elşən Astanov iclasın qərar layihəsini oxuyarkən, mənim işdən azad olunmağımı elan etdi. Lakin İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev onların mənim barəmdə qəbul etdiyi qərarı ləğv etdi. Əməllərindən əl çəkməyən şöbə müdirləri və digər icra aparatı işçiləri kənd sakinlərini öyrətməklə məndən şikayət elətdirdilər. 2013-cü ildə Ovçubərə kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyində hesabat yığıncağı keçirilərkən öyrədilmiş olan Ovçubərə kənd sakini iclasın gedişinə müdaxilə etdi, lakin iclasın pozulmasına nail ola bilmədi. Həmin iclasda Biləsuvar rayon İcra Aparatı tərəfindən Biləsuvar rayon Maliyyə İdarəsinin müdir müavini Şahin Hüseynov məsul şəxs kimi iştirak edirdi.

2015-ci ilin fevral ayının 17-də İcra Hakimiyyəti Aparatının şöbə müdirləri və kənd sakinləri məqsədlərinə nail oldular. Məndən yuxarı təşkilatlara edilmiş şikayət əsasında Regional Maliyyə İdarəsi Ovçubərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində bir ay araşdırma apardı. 269 (iki yüz altımış doqquz) nəfər mülkiyyətçidən izahat alındı. 5 nəfər kənd sakinindən arayış almaq məqsədi ilə hər arayışa 100 (bir yüz) manat pul aldığımı və digər mülkiyyətçinin subsidiya kartı vasitəsi ilə 35,60 manat pulunu bankomatdan çıxardığımı bildirməklə mənə şər atdılar.Yoxlama qurtardıqdan sonra yekun akt mənə verilmədi və bütün yoxlama materiallarını əvvəlcə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə, oradan da Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərdilər. Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən mənə 5 (beş) maddə ilə, yəni 308.1, 313, 29, 179.1 və 179.2.3 maddələri ilə cinayət işi başlandı. 2015-ci ilin fevral ayının əvvəlində Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Biləsuvar rayon İcra Hakimiyyətinə arayış təqdim etdi. Buna görə də 17 fevral 2015-ci il tarixdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevin sərəncamı ilə vəzifədən kənarlaşdırıldım. Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin istintaq qrupu üç dəfə Ovçubərə kəndinə gəldi, 269 (iki yüz altımış doqquz) mülkiyyətçidən ifadə aldı. Araşdırma zamanı heç nə sübut olunmadı və həmin maddələr ləğv edildi. 17 fevral 2015-ci il tarixdən 31 avqust 2017-ci il tarixə kimi işsiz qaldım. Şirvan İnzibati- İqtisad Məhkəməsi məni işimə bərpa etdi və işsiz qaldığım müddətin əmək haqqını, mükafat və məzuniyyət pulumu aldım. 29 aprel 2020-ci il tarixdə Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev həbs edildi. 24 avqust 2020-ci il tarixdə Faiq Qürbətov Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı təyin olundu. 25 avqust 2020-ci il tarixdən mən məzuniyyətdə oldum. Sentyabr ayının 30-da rnəzuniyyətdən qayıtdım. Məlum edirəm ki, 16 oktyabr 2019-cu il tarixdə keçmiş icra başçısı Mahir Quliyev Ovçubərə kənd sakinləri ilə səyyar görüş-qəbul keçirmişdi. Həmin görüşdə qaldırılan problemli məsələlər həll edilməmişdi. Bu məqsədlə 2020-ci ilin oktyabr ayında İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətovla görüşdüm. Həll olunmamış problemlər barədə məlumat verdim. Faiq Qürbətov məni dinlədikdən sonra Vətəndaşların Qəbulu və Sənədlərlə İş Şöbəsinin müdiri Elşən Astamovu çağırdı. Ona tapşırıq verdi ki, həmin sənədləri məndən götürsün, aidiyyatı təşkilatlara məktubla müraciət edərək kənd sakinləri tərəfindən qaldırılan problemlərin həll edilməsini təmin etsin. Mən həmin sənədlərin surətini Elşən Astanova verdim. İki aydan artıq vaxt keçməsinə baxmayaraq, heç bir problem həll edilmədi. 2021-ci ilin fevral ayının birinci on günlüyündə təkrar olaraq İcra başçısı Faiq Qürbətovla görüşdüm. Faiq Qürbətov bir saatdan artıq mənimlə kənd barədə, mənimlə bağlı baş vermiş hadisələrlə əlaqədar söhbət apardı. Mən İcra Hakimiyyəti Başçısına ətraflı məlumat verdim, bildirdim ki, işlədiyim dövrdə Ovçubərə kəndində heç bir oğurluq hadisəsi, əxlaqsız və digər qanuna zidd hərəkətlər olmayıb. Mən icra başçısına bildirdim ki, 02 iyul 2018-ci ildə mənim şəxsi təsərrüfatımda olan atımı oğurlayıb apardılar. Bu barədə Biləsuvar rayon hüquq- mühafizə orqanlarına müraciət etdim. 11 iyul 2018-ci il tarixdə mənim oğurlanmış atımı buraxdılar. Bundan əlavə, kənddə bir başsız qadının 3 (üç) baş qoyununu oğurlamışdılar. Həmin günün səhəri hadisə yerinə polis şöbəsindən polis işçilərini dəvət etdim. Biləsuvar rayon Polis Şöbəsindən CAB-nin əməkdaşı Turab Əsgərov (hal-hazırda Cəlilabad rayon Polis Şöbəsinin rəis müavinidir) və sahə müvəkkili hadisə yerinə gəldilər. Araşdırma apardılar, həmin günü axşam saat bir tamamda polis işçiləri oğurlanmış qoyunları, oğurluq edən uşaqları və həmin qoyunları alan şəxsi gətirdilər. Qoyunları sahibinə qaytardılar.

İcra başçısı ilə söhbətimizdən bir neçə gün sonra, 2021-ci il fevral ayının ikinci ongünlüyündə Mahmudçala adlanan dövlət qoruğunda otlayan kənd sakinlərinin atlarından İbarət olan ilxıdan mənim bir rəs atımı oğurlayıb apardılar. Fevralın 23-də İcra Hakimiyyətində koridorla gedərkən Faiq Qürbətovla qarşılaşdım. Faiq Qürbətov mənə bildirdi ki, bəs deyirdin mənim ərazimdən indiyə kimi oğuluq olmayıb, heç kim də oğurluq edə bilməz. Sənin özünün atını oğurlayıblar ki. Mən Faiq Qürbətova bildirdim ki, “mənim atımı həyətimdən deyil, Mahmudçala adlanan dövlət qoruğundan oğurlayıb aparıblar. Bir halda ki, bu barədə məlumatlısınız, demək, bu işdə Sizin də əliniz var”.

Mahmudçala adlanan dövlət qoruğu yaşadığım Ovçubərə kəndindən 1-1,5 km məsafədədir. Bir daha nəzərinizə çatdırmaq istyirəm ki, 1992-ci ilin aprel ayında iki baş atımızı oğurladılar. Oğurluq maddəsi ilə cinayət işi Biləsuvar rayonunda qaldırıldı. Lakin həmin iş açılmamış qaldı. Mahmudçala Cəlilabad rayonunun ərazisidir. Mənim atımı Cəlilabad rayon Günəşli kənd sakini Həsənov Elməddin Gülüm oğlunun fermasından oğurlayıblar. Həsənov Elməddin Gülüm oğlu cənab Prezidentimiz İlham Əliyevin köməkçisi Kərəm Həsənovun və Milli Məclisin deputatı Malik Həsənovun əmisi oğludur. Mən bu barədə cənab Prezident İlham Əliyevə teleqramla müraciət etdim ki, Prezidentin köməkçisi Kərəm Həsənovun və Milli Məclisin deputatı Malik Həsənovun havadarlığı hesabına əmisi oğlanlarə quldurluqla məşğuldur. Bundan sonra mənə qarşı Biləsuvar rayon İcra Hakimiyyəti və icra aparatı işçiləri tərəfindən təzyiqlər edilməyə başlandı. İcra nümayəndəliyinə aid olmayan məsələlərlə bağlı kənd sakinləri şikayət etməyə başladılar. Kənd sakinlərindən Əliyeva Adilə Böyxan qızı qayınanaslı ilə ailədə yola getmədiyinə görə 2016-cı ildə məhkəməyə müraciət etmişdi. Onun müraciəti əsasında bütün əmlakı — yəni evi, həyətyanı sahəni, mal-qaranı böldülər. Təkcə pay torpaqları bölünməmiş qalmışdı ki, bu da məhkəmə qaydasında və ya Daşınmaz Əmlakın Reyestr Xidməti tərəfindən həll edilməli məsələ idi. Adilə Əliyevanın qayınanası və baldızı rəhmətə gedəndən sonra bütün əmlakın sahibsiz qaldığını görən Adilə Əliyeva şikayət etməyə başladı ki, həmin əmlakı ələ keçirsin. Bu məqsədlə Adilə Əliyeva İcra Hakimiyyətinə müraciət etmişdi. Məni İcra Hakimiyyətinə çağırdılar. İcra Hakimiyyətinin işçisi İlqar Abbasov məni bu məqsədlə qəbul etdi. Bu zaman Adilə Əliyeva İlqar Abbasovun xidməti otağında idi. Mən vəziyyəti olduğu kimi danışdım. İlqar Abbasov Adilə Əliyevaya başa saldı ki, onun nə İcra hakimiyyətinə, nə də icra nümayəndəliyinə aid işi yoxdur. Onun işi məhkəməyə və Daşınmaz Əmlakın Reyestr Xidmətinə aiddir. Adilə Əliyeva miras əmlakdan pay almaq məqsədi ilə Biləsuvar rayon məhkəməsinə müraciət etdi. Lakin Biləsuvar rayon məhkəməsi onun iddiasını təmin etmədi. Biləsuvar rayon məhkəməsinin pay torpağının bölünməsi ilə əlaqədar qətnamə çıxarmasına baxmayaraq, Adilə Əliyeva pay torpağının Cəlilabad rayon Reyestr Xidmətindən gələn işçilər tərəfindən bölünməsinə imkan vermir. Ovçubərə kənd sakini Məmmədov Məmmədağa Feyruz oğlu və oğlu Məmmədov Ələkbər əmim nəvəsi Mikayılov Əli Siyab oğlu və onun oğlu Mikayılov Araz Əli oğlu ilə dalaşmışdı. Onlar DİN-nin “102”qaynar xəttinə müraciət etmişdilər. Bu məsələ Biləsuvar rayon Polis Şöbəsinin təhqiqat bölməsində araşdırılmış və İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə hər biri 500 (beş yüz) manat cərimə olunmuşlar. Bu məsələnin icra nümayəndəliyinə heç bir aidiyyəti yoxdur. Nüşabə Kərimova və onun əri İsmayılov Rəfail Yolçu oğlunu görməmişəm, onlarla mubahisə etməmişəm, mən onları söyüb-təhqir etməmişəm. Buna baxmayaraq, Kərimova Nüşabə Mənsim qızının adından Azərbaycan Respublikası Təhlükəsizlik Xidmətinə ərizə yazılmışdır. Həmin ərizədə qeyd edilmişdir ki, Ovçubərə kənd İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəsi ilə Kərimova Nüşabə Mənsim qızı arasında xoşagəlməz halların qarşısı alınsın və onun təhlükəsizliyi təmin olunsun. Həmin ərizə Azərbaycan Respublikası Təhlükəsizlik Xidmətindən Biləsuvar rayon Polis Şöbəsinə göndərilmiş, orada protokol tərtib edilərək Biləsuvar rayon İcra Hakimiyyətinə göndərilmişdir. İsmayılov Rəfail Yolçu oğlu və onun arvadı Kərimova Nüşabə Mənsim qızı mənim yerimə təyin olunmuş İsmayılov Fəzail Yolçu oğlunun qardaşı və qardaşı arvadıdır. İsmayılov Fəzail bədən tərbiyə müəllimidir. O, 2014-cü il tarixdə Ovçubərə kənd icra nümayəndəliyinə Biləsuvar rayon İcra Hakimiyyəti tərəfindən mühasib kimi təsdiq edilmişdir. 21 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Vilayət Eyvazov Şirvan şəhərində vətəndaşları qəbul edəcəkdi. Bu məqsədlə mən də cənab nazirə teleqramla müraciət edərək, məni şəxsən qəbul etməyini xahiş etmişdim. Müraciət etdiyimə görə Biləsuvar rayon Polis Şöbəsinin rəisi Nəsib Məmmədov məni qəbul etdi. Onun qəbulunda olarkən onunla müəyyən qədər söhbət etdik. Nəsib Məmmədov mənə dedi ki, sənin işdən çıxmağının səbəbkarı mənəm. Çünki, kənd sakinləri şikayətə gedərkən sən onların qarşısını ala bilərdin, lakin bunu etmədin. Sənin barəndə protokol tərtib edərək İcra Hakimiyyətinə göndərmişəm, bununla da səni işdən çıxarıblar. Mən 21.06.2022-ci il tarixdə Daxili İşlər Naziri Vilayət Eyvazovun qəbulunda olarkən ona dedim ki, mənim şəxsi təsərrüfatımda olan bir rəs atımı sifarişlə oğurlayıb aparıblar. Vilayət Eyvazov tabeçiliyində olan işçilərə tərəf dönərək onlardan soruşdu. İndi də oğurluq var?

Onun sorğusuna cavab verən olmadı. M.Çürrükov “DOST”İŞ Mərkəzinin işçisi kimi Ovçubərə kənd icra nümayəndəliyinə 01.10.2020-ci il tarixdə göndərilmiş, 30.10.2020-ci il tarixdə Lənkəran şəhərinə hərbi təlimə aparılmışdır.10.11.2020-ci il tarixdə müharibə qələbə ilə başa çatdıqdan sonra 26.12.2020-ci il tarixdə hərbidən tərxis olunmuşdur. Onun noyabr, dekabr ayları üzrə əmək haqqı tam şəkildə ödənilmişdir. Yanvar ayında işdə olmuş, ona verilən tapşırıqları yerinə yetirmişdir. 2020-ci ilin fevral ayında işdə olmadığı üçün ona əmək haqqı buraxılmamışdır. Mart ayında İcra Hakimiyyətindən verilən tapşırığa əsasən işə gəlməklə Çürrükova əmək haqqı buraxılmış, təkrar olaraq aprel ayında işə gəlmədiyinə görə ona əmək haqqı buraxılmamışdır. M.Çürrükov verilən tapşırıqları icra etmirdi, icra nümayəndəliyinə gələrək bizim işləməyimizə mane olurdu. M.Çürrükov mənim səsimi yazıb icra hakimiyyətinə vermişdi. 21 mart 2021-ci il tarixdə bayram günü olmasına baxmayaraq, Biləsuvar rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xanlar Məmmədov və Vətəndaşların Qəbulu və Sənədlərlə iş şöbəsinin müdiri Elşən Astanov məni İcra Hakimiyyətinə çağırdılar. Mən nümayəndəliyin mühasibi Nadir Mənsimovla onların çağırışına getdim. Onlar mənə dedilər ki, sən vətəndaşı söyüb-təhqir etmisən. Vətəndaş bu barədə bizə səs yazılmış disk təqdim etmişdir. Onların hər birinə bildirdim ki, mən heç kimi söyüb-təhqir etməmişəm. Onların əlində olan diski kompüterə qoyaraq səs yazısına qulaq asdılar. Səs yazısından aydın oldu ki, mən M.Çürrükovu söyüb-təhqir etməmişəm. Ona qarşı heç bir kobud rəftarım olmayıb. Bu barədə mən onlara izahat verdim və bildirdim ki, MPM-nin 95.2 maddəsi ilə gizli yolla əldə edilmiş səs və video yazısı sübut sayıla bilməz və adlarını göstərdiyim kənd sakinlərinin heç birini söyüb təhqir etməmişəm. Nəzərinizə çatdırmaq istəyirəm ki, mən işdən azad edildikdən sonra M.Çürrükov hər gün işə gedir, hər gün verilən tapşırıqları yerinə yetirir. Bir neçə gündən sonra mənə məlum oldu ki, İcra Hakimiyyətinin başçısı tərəfindən mənə töhmət verilmişdir. 2021-ci ilin aprel ayının sonunda Vətəndaşların Qəbulu və Sənədlərlə İş Şöbəsinin müdiri Elşən Astanov məni İcra Hakimiyyətinə çağırdı ki, gəl verilmiş töhmətin surətini götür. Mən İcra Hakimiyyətinə gedərək Elşən Astanovdan töhmətin surətini götürdüm. Bu zaman Elşən Astanova zəng gəldi. O, mənə dedi ki, birinci müavin Xanlar Məmmədov səni otağında gözləyir. Onunla koridorda görüşdük. Məni xidməti otağına dəvət etdi və bildirdi ki, başçının tapşırığıdır. Sən ərizə verib işdən getməlisən. Mən Xanlar Məmmədova və icra başçısı Faiq Qürbətova ərizə verməyəcəyimi bildirdim. Onların bu haqsız hərəkətlərindən istifadə edən İcra Hakimiyyətinin işçiləri, eyni zamanda Biləsuvar rayon hüquq-mühafizə orqan rəhbərləri mənə qarşı qanunsuz hərəkətlərə yol vermişlər. 2021-ci ilin aprel ayında bir neçə kənd sakini İcra Hakimiyyətinə mənim işdən çıxarılmağımı təmin etmək məqsədi ilə müraciət etmişdir. Öyrədilmiş olan bu adamlar Biləsuvar rayon İcra Hakimiyyətində məqsədlərinə nail ola bilmədikdə Biləsuvar rayon Polis Şöbəsinə gələrək şöbəsinin rəisi Nəsib Məmmədovla görüşmüşlər. Nəsib Məmmədovdan məni işlədiyim Ovçubərə kənd icra nümayəndəsi vəzifəsindən azad edilməyimə kömək etməyini xahiş etmişlər. Nəsib Məmmədov onlara söz vermişdir ki, mənə bir həftə, on gün vaxt verin, icra nümayəndəsinin işdən çıxarılmasına kömək edəcəyəm. Nəsib Məmmədov sözünün üstündə durdu. 21 aprel 2021-ci il tarixdə Biləsuvar rayon İcra Hakimiyyətinin Şəhid ailələri və hərbi məsələlərlə məşğul olan şöbənin müdiri Zamiq Mənsimli və Ərazi idarəetmə və bələdiyyələrlə iş şöbəsinin baş məsləhətçisi Sahil Hüseynzadə Ovçubərə kənd icra nümayəndəliyinə gələrək şikayətçi olan Əliyeva Adilə Böyxan qızından, onun oğlu Möhübbət Qurbanovdan, Məmmədağa Məmmədov və onun oğlu Ələkbər Məmmədovdan izahat aldı. Zamiq Mənsimli Möhübbət Qurbanovdan izahat alarkən onu məcbur edirdi ki, yazsın, icra nümayəndəsi telefon vasitəsi ilə ona zəng edərkən mənə “küçük” dedi. Zamiq Mənsimli kənd sakinlərindən izahat alarkən Ovçubərə kənd sakini Möhübbət Qurbanov mənə dedi ki, sən ermənisən, erməniyə oxşayırsan, sənin o stolda oturmağa haqqın yoxdur. Bütün bu deyilənlərə icra aparatının şöbə müdiri və şöbənin baş məsləhətçisi heç bir reaksiya vermədilər. Mən vəziyyəti belə görəndən sonra Möhübbət Qurbanovdan otaqdan çıxmasını tələb etdim və onları otaqdan çıxardım. Ovçubərə kənd sakinləri İsmayılov Rəfail Yolçu oğlu və onun həyat yoldaşı Nüşabə Kərimova nümayəndəlivə çağırılmadı. Onlardan izahat almaq üçün onların evinə getdilər və izahat alınarkən mənim orada iştirakım təmin edilmədi. Zamiq Mənsimli icra nümayəndəliyində akt tərtib etmədi, İcra Hakimiyyətinə getdikdən sonra orada izahat vermişdi ki, güya mən onu şillə ilə vurmuşam. Əgər mən nümayəndəlikdə İcra aparatının şöbə müdiri olan Zamiq Mənsimlini şillə ilə vurmuşdumsa o, nə üçün Biləsuvar rayon prokurorluğuna, rayon polis şöbəsinə və rayon məhkəməsinə müraciət etmirdi. Bu barədə yalnız icra başçısına müraciət edirdi. İcra Hakimiyyətində tərtib etdiyi aktı imzalamaq üçün məni İcra aparatına çağırdılar. Həmin aktı düzgün yazılmadığına, saxta olduğuna görə imzalamadım. Sosial media vasitəsi ilə müraciət edirəm ki, mənim valideyinlərim əsl azərbaycanlı olaraq halal zəhməti ilə yaşayaraq ömrünü tapşırmışdır. Mən də onların övladı kimi təmiz azərbaycanlıyam, erməni deyiləm. Lakin bu barədə ölçü götürülmədiyinə görə erməni olduğumu qəbul edərək bu şərəfsizlərlə və onları öyrədən dövlət məmurları ilə bir cəmiyyətdə yaşamağı özümə və ailə üzvlərimə yönələn təhqir hesab edirəm. Dövlət başçısından tələb edirəm ki, məni ailə üzvlərimlə birlikdə Azərbaycan Respublikası vətəndaşlığından azad etsin. Ermənistan Respublikasının rəhbərliyinə müraciət edəcəyəm ki, erməni olduğumu nəzərə alıb Ermənistanda yaşamağıma şərait yaratsın. Bu ölkədə alçalıb — təhqir olunmaqdansa, düşmən qapısında alçalıb təhqir olunmağı daha şərəfli hesab edirəm. Öyrədilmiş adamlar mənim barəmdə böhtan xarakterli izahatlar verərək mənim işdən çıxarılmağıma nail oldular. Mənim tutduğum vəzifədən çıxarılmağımı tələb edən öyrədilmiş Ovçubərə kənd sakinlərinin Biləsuvar rayon İcra Hakimiyyətində qəbul olunmamalarına səbəb mənim 2015-2017-ci illərdə məhkəmə yolu ilə işimə bərpa olunmağım, eyni zamanda 2005-ci ildə dövlətə xəyanət edən adamlarla bağlı Azərbaycan Respuliksının Təhlükəsizlik Nazirliyinin, Azərbaycan Respublikasının Baş Prokurorluğunun və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin işçilərinə izahat verməyim olmuşdur. Buna görə də kifayət qədər düşmən qazanmışdım. Məhkəmə yolu ilə işimə bərpa olunmağım nə İcra Hakimiyyətinin, nə də Biləsuvar rayon hüquq-mühafizə orqanlarının işçiləri, eyni zamanda Ovçubərə kəndinin bir qrup sakini tərəfindən həzm olunmurdu. Bu məqsədlə də həmin kənd sakinlərini Biləsuvar payon Polis Şöbəsinə göndərmişdilər. Bu işi, yəni mənim tutduğum vəzifədən çıxarılmağımın polis rəisi tərəfindən təşkil edilməsini istəmişlər. Biləsuvar rayon İcra Hakimiyyətində yaxşı bilirlər ki, işdən qanunsuz çıxarılmağım barədə aidiyyatı məhkəməyə müraciət edəcəyəm. Buna görə də öyrədilmiş kənd sakinlərini polis rəisinin yanına göndəriblər. Çünki Biləsuvar rayon Polis Şöbəsinin rəisi Nəsib Səyyad oğlu Məmmədovun qardaşı Məmmədov Xəqani Səyyad oğlu Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının sədridir.

Bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, 1987-ci il tarixdə institutu bitirmişəm. Müxtəlif təşkilatlarda ayrı-ayrı vəzifələrdə işləmişəm. İşlədiyim bütün təşkilatlarda həmkarlar təşkilatının üzvü olmuşam. Üzv olduğum üçün üzvlük haqqı ödəmişəm. Lakin tutduğum vəzifədən çıxarılarkən Biləsuvar rayon İcra Hakimiyyəti ilk həmkarlar təşkilatı və Biləsuvar rayon Həmkarlar Konfederasiyası iclas keçirmiş, həmin iclasda mənim iştirakım təmin edilməmişdir. Buna baxmayaraq, həmin iclasda mənim barəmdə qərar qəbul edilərək işdən çıxarılmağıma razılıq verilmişdir. Biləsuvar rayon İcra Hakimiyyəti ilk həmkarlar təşkilatının sədri Kamil Qurbanov 2011-ci il tarixdən İcra Hakimiyyəti başçısının sərəncamı ilə Ovçubərə kənd icra nümayəndəliyinə məsul şəxs kimi təhkim olunmuşdur. Kamil Qurbanov hər həftənin beşinci günü Ovçubərə kəndində fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri və mənim iştirakımla kənd sakinlərindən ibarət olan şikayətçiləri qəbul edirdik. Bütün siyasi kompaniyalarda bir yerdə olurduq. Əgər mənim kənd sakinləri ilə hər hansı bir problermim var idisə, Kamil Qurbanov nə üçün mənim barəmdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısına müraciət etmirdi. Kamil Qurbanov 28 aprel 2021-ci il tarixdə Biləsuvar rayon İcra Hakimiyyətində Biləsuvar rayon Həmkarlar Təşkilatının sədri Qeyrətəli Əsgərlini nümayəndə kimi dəvət etməklə İcra Hakimiyyəti ilk Həmkarlar təşkilatının iclasını keçirmiş, həmin iclasda mənim iştirakım təmin edilməmişdir. Keçirilən bu formal iclasda mənim tutduğum vəzifədən azad olunmağıma və əmək müqaviləmə xitam verilməsinə razılıq verilmişdir.

Məlumat üçün bildirmək istəyirəm ki, mən qanunsuz olaraq işdən çıxarılmağım barədə Şirvan İnzibati Məhkəməsinə müraciət etdim. Hakim Samir Həsənov əvvəlcə prosesi çox dəqiqliklə aparırdı. Hakim Samir Həsənov məhkəmə prosesinin birinci günü, yəni məhkəmə prosesinin hazırlıq mərhələsində iki saatdan artıq danışıqlara yol verdi. Biləsuvar rayon İcra Hakimiyyəti başçısının etibarnaməsi ilə məhkəmə prosesində iştirak edən, İcra Hakimiyyətində hüquq şöbəsində işləyən Qurban Nuriyev proses zamanı hakimə müraciət edərək dedi ki, “möhtərəm hakim, Ağadin Mikayılov 14 (on dörd) ildir ki, Ovçubərə kəndində icra nümayəndəsi işləyir. İcra aparatının işçiləri qorxusundan onun otağına girib vərəqin qırağını qaldırmayıb ki, görək altında nə var? Hakim Samir Həsənov Qurban Nuriyevə dedi ki, hazırlıq mərhələsi on dəqiqəlik işdir. Ona görə bu qədər vaxtda danışıqlara yol verdim ki, növbəti proseslərdə kimləri çağıracağımı dəqiqləşdirim. Bir il müddətində araşdırma aparıldı. Bütün dəlil-sübutları, şahid ifadələrini (notariatda təsdiq olunmuş qaydada) məhkəməyə təqdim etdim. Hakim Samir Həsənov təqdim etdiyim dəlil-sübutları, notaritda təsdiq edilmiş şahid ifadələrini qəbul etsə də, qaldırdığım vəsatəti və şahidlərin proses zamanı dindirilməsini təmin etmədi və mənə qarşı ədalətsiz qərar qəbul etdi. Sonuncu məhkəmə prosesində Samir Həsənov mənə dedi ki, sənin bütün dəlil sübutlarını qəbul edirəm, lakin səninlə bağlı ədalətli qərar qəbul edə bilmirəm. Bununla da mənim barəmdə ədalətsiz qərar qəbul etdi. Şirvan Apellyasiya Məhkəməsində hakimlər kollegiyası eyni qaydanı təkrar etdilər. Azərbaycan Respublikasının Ali Məhkəməsində də hakimlər Şirvan İnzibati Məhkəməsinin və Şirvan Apellyasiya Məhkəməsinin qərarlarını qüvvədə saxladı. Son ümid yerim olan Konstitutsiya Məhkəməsinə müraciət etmişdim. Verdiyim ərizəm 25 iyul 2023-cü il tarixdə müzakirə edilərək icraata götürülməsindən imtina edilmişdir. Xahiş edirəm, bununla əlaqədar olaraq mənə köməklik edəsiniz. Qabaqcadan sizə təşəkkürümü və minnətdarlığımı bildirirəm”.

Ağadin Mikayılov həmçinin qeyd edir ki, problemi ilə əlaqədar 2021-ci və 2022-ci illərdə yerli deputat Bəhruz Məhərrəmovla iki dəfə görüşüb. Daha sonra xronoloji ardıcıllıqla, 21.06.2022-ci ildə daxili işlər naziri Vilayət Eyvazovla, 01.07.2022-ci ildə Prezidentin köməkçisi Fuad Ələsgərovla, 19.07.2022-ci ildə baş prokuror Kamran Əliyevlə, 18.01.2023-cü ildə ədliyyə naziri Fokrət Məmmədovla, 15.02.2023-cü ildə təkrar daxili işlər naziri Vilayət Eyvazovla, 18.07.2023-cü ildə yenidən baş prokuror Kamran Əliyevlə görüşmüşdür. 07.12.2023-cü il tarixdə Şirvan şəhərində Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədri, Məhkəmə Hüquq Şurasının sədri İnam Kərimovun qəbulunda olmuş, lakin heç bir nəticə olmamışdır. Diqqət yetirilməsi gərəkən daha bir məqam budur ki, A.Mikayılovun sözlərinə görə, 22 fevral 2023-cü il tarixdə daxili İşlər Nazirliyində görüşdüyü general Arzu Daşdəmirov ona təklif edib ki, işinə bərpa ediləcək, bir şərtlə ki, daha at oğurluğunun adını tutmasın. Lakin o, razı olmayıb.

İmza: Mikayılov Ağadin Baba oğlu

01.01.2024-cü il.


Ardını oxu...
Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Elçin Yusubovun və sözügedən qurumun şöbə müdiri Taleh Bəşirovun Novxanı çimərliyi yaxınlığındakı “Metallurq” qaçqın düşərgəsini zəbt etməsi məcburi köçkünlər arasında ciddi narazılığa səbəb olub. Hadisəylə bağlı cumhuriyyet.az-ın əldə etdiyi məlumata görə, artıq zəbt olunmuş ərazidə məcburi köçkünlərə məxsus 4 yardımçı təsərrüfat sökülüb. Həmin təsərrüfatın içindəki əşya və avadanlıqlar isə ortalıqda qalıb və məcburi köçkünlər onları qoymağa yer tapa bilmir. Ərazidəki bir evin taleyi isə sual altıdnadır. Belə ki, evin sahibindən evi təcili şəkildə tərk etmək tələb olunub. Bildirilib ki, “ev plana düşüb” və buna görə də ən qısa zamanda söküləcək. Evdə məskunlaşan məcbur köçkünə isə məsləhət görüblər ki, özünə kirayə axtarsın və əşyalarını ən qısa zamanda buradan çxıarılsın. Hazırda zəbt edilən ərazinin hasaralanması prosesi gedir. Artıq hər tərəfdən ərazinin iki metrə yaxın hündürlükdə daş hasarlıa əhatələndiyi bildirilir. Tikinti işi gecə saatlarında projektor işığında belə davam dir ki, bu da əraziyə əl qoyan iş adamının hasarlama prosesini mümkün qədər tez bir zamanda başa çatdırmaq istəyindən xbəər verir.

Baş verənlərlə bağlıı cumhuriyyet.az-a məlumat verən etibarlı mənbənin sözlərinə görə, məcburi köçkünlər Əmlak Məsələləri Dövlət Xidmətinin harınlamış məmurlarından ölkə başçısına şikayət etməyə hazırlaşır. Məcburi köçkünlər əmindilər ki, “dərə xəlvət tülkü bəy” prinsipi ilə hərəkət edən məmurların bu özbaşınalığı haqqında məlumat Prezident İlham Əliyevə çatacağı təqdirdə dövlət başçısı dərhal onları cəzalandıracaq, məcburi köçkünlərin ikinci dəfə qaçqın həyatı yaşadanlara lazımı dərs verəcək. Mənbənin məlumatına görə, ölkə başçısına ediləcək müarciətlə bağlı imzatoplama kampaniyasının həftə sonuna kimi başa çatdırılması nəzərdə tutulub. Bazar ertəsinə kimi Elçin Yusubov və Taleh Bəşirovun əməllərindən narazı olan məcburi köçkünlər imzatoplama kampaniyasını başa çatdıraraq dövlət başçısına müraciət edəcək.

Xatırladaq ki, bir müdət bundan öncə Bakının Novxanı çimərliyindəki “Sarıqaya” yaşayış massivinin “Metallurq” qaçqın düşərgəsinin bir hissəsi ƏMDX-nin yetkililəri – Elçin Yusubov və Taleh Bəşirov tərəfindən məşhur iş addamlarından birinə satılıb. Ərazini satın alan iş adamı ƏMDX məmurlarının köməyi ilə məcburi köçkünlərə məxsus bəzi ev və yardımçı təsərrüfatları dağıdıb, avtomobil və piyada yolunu bağlayıb. Məcburi köçkünlərin etirazına məhəl qoymayan məmurların məcburi köçlünlərin yaşadığı digər evlərə də əl qoyacağı ehtimal edilir. Məlumat üçün cumhuriyyet.az olaraq qeyd edək ki, məlum prosesdə xüsusi aktivliyi ilə diqqət çəkən isimlərdən biri olan Taleh Bəşirovun adı ölkə mətbuatında ilk dəfə iş adamlarının birindən “Rance Rover” markalı avtomobil hədiyyə alması ilə gündəmə gəlib. Həmin vaxt yayılan məlumata görə Taleh Bəşirov dövlət əmlakını dəyər-dəyməzinə iş adamlarından birinə peşkəş etdiyi üçün bu cür bahalı hədiyyəyə layiq görülüb. Onun Türkiyədə də geniş biznes şəbəkəsinə malik olduğu iddia edilir.
 
Ardını oxu...
Özlərini əvvəllər “Çarbağ”, daha sonra “Marbel Construction” MMC kimi təqdim edən MTK işçiləri heç bir yazılı bildiriş göndərmədən Nazirlər Kabinetinin 86 saylı qərarını əsas gətirərək qeyri-qanuni söküntü işləri ilə məşğuldurlar. Qəsdən və qərəzli şəkildə yaşadığım evin ətrafında narahatlıq yaradıb, telefon, su, kanalizasiya xəttlərinə zərər vururlar. Hətta su xəttlərinin zədələnməsi nəticəsində günlərlə su yola axıb və evimin altına su dolub. MTK bizə problem yaradır və narahatçılıq verir.

Bu sözləri Tribunainfo.az-a Bakı şəhəri, Nərimanov rayonu, Xəlil Rza Ulutürk küçəsi, ev 33 Q ünvanında yaşayan Məsumova Şəfiqə Bəhlul qızı bildirib. O qeyd edib ki, MTK onların rahat yaşamaq hüququnu əllərindən alıb:

“Mən 1999-cu ildən Nərimanov rayonu, Elçin İsaqzadə küçəsi, Məzahir Məmmədov adına 37 nömrəli tam orta məktəbdə Azərbaycan dili və Ədəbiyyat müəllimi işləyirəm. Vətənə, millətə layiq savadlı gənclərin yetişməsində bir vətəndaş-müəllim kimi öz vəzifə borcumu layiqincə yerinə yetirirəm. Ümumilikdə 33 illik pedaqoji stajım var. 2000-ci il tarixindən Yeni Azərbaycan Partiyasının (YAP) üzvüyəm.
2003-cü il tarixindən Bakı şəhəri, Nərimanov rayonu, Xəlil, Rza Ulutürk küçəsi, ev 33Q ünvanında oğlum Nurlan Məsum və Hacılı Lamiyə ilə qeydiyyatda yaşayırıq. Hazırda yaşadığım evin ətrafında özlərini əvvəllər “Çarbağ”, daha sonra “Marbel Construction” Məhdud Məsuliyyəti Cəmiyyəti kimi təqdim edən MTK işçiləri heç bir yazılı bildiriş göndərmədən Nazirlər Kabinetinin 86 saylı qərarını əsas gətirərək qeyri-qanuni söküntü işləri ilə məşğuldurlar. Qəsdən və qərəzli şəkildə yaşadığım evin ətrafında narahatlıq yaradıb, telefon, su, kanalizasiya xəttlərinə zərər vururlar. Hətta su xəttlərinin zədələnməsi nəticəsində günlərlə su yola axıb və evimin altına su dolub.
Söküntünün qalıqlarını hər gün məktəbə gedib gəldiyim yola və evimin qarşısına tökmüş, indi isə evimin qarşısını heç bir haqqları və əsasları olmadan hasarlamaq istəyirlər. Öz evimizdə rahat yaşamağa maneçilik törədilir. Azərbaycan Respublikasının Konstitutsiyasına əsasən hər kəs normal şəraitdə, sağlam ətraf mühitdə yaşamaq hüququ var. Adı çəkilən (Marbel Construction) MTK bizim normal yaşamaq hüququmuzdan məhrum edir. 27 Yanvar 2024 tarixində evimin qarşısında qanunsuz hasarlama üçün dirəklərin basdırılmasına etirazımı bildirdikdə isə “hara istəyirsən şikayət et” deyirlər.
Ardını oxu...
Əlavə olaraq qeyd etmək istəyirəm ki, eyni zamanda oğlum Məsum Nurlan (36 yaş), qızım Hacıyeva Lamiyə (38 yaş), azyaşlı nəvələrim Hacılı Almila (6yaş) və Hacılı Altay (2yaş) mənimlə birlikdə yaşayır. Yeni Azərbaycan Partiyasının üzvü kimi hesab edirəm ki, qarşıdan gələn prezident seçkiləri ərəfəsində belə “işgüzar” sahibkarlar öz qeyri-qanuni hərəkətləri ilə seçkiqabağı Yeni Azərbaycan Partiyasının nüfuzuna, apardığı siyasətə qarşı, vətəndaşların sosial rifahına, firavanlığına xələl gətirirlər.

Yuxarıda qeyd olunanları nəzərə alaraq bu özbaşınalığın qarşısını almaq üçün bir Azərbaycan vətəndaşı, bir müəllim olaraq bununla bağlı müvafiq qəti tədbirlərin tərəfinizdən görülməyini, evimin hasarlanaraq blokada şəraitinə salınmasının qarşısının alınması üçün dövlət qurumlarına müraciət edirəm”.

Şikayətçi bildirib ki, ərazi hasara balındığı üçün vahiməli vəziyyət yaranıb:

“Evimizin qarşısından keçə bilmirik. Hərəkət etməyə yer qalmayıb. Axşam saatlarında göz-gözü görmür. Olduqca vahiməli və təhlükəli vəziyyət yaranıb”.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.






 
 
 
Ardını oxu...
Azərbaycanın əczaçılıq sahəsində aparıcı şirkətlərdən olan “Avromed Company” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası arasında qalmaqal yaranıb. Qaynarinfo xəbər verir ki, qalmaqalı kökündə tərəflər arasındakı alqı-satqı müqaviləsinə dair mübahisə dayanır. Məlumata görə, “Avromed Company” QSC klinikaya tibb məhsulları satıb. Lakin pulun ödənilməsində problem yaranıb və bu mübahisəyə çevrilib. “Avromed Company” QSC bu üzdən məhkəməyə müraciət edib.
İşə Bakı Kommersiya Məhkəməsində baxılacaq. Fevralın 22-nə iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. İclas hakim Zaur Pirverdiyevin sədrliyi ilə keçiriləcək. “Avromed Company” QSC 20 dekabr 2001-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 57 000 AZN-dir. Şirkətin qanuni təmsilçisi İskəndərov Kamran İnqilab oğludur. Kamran İskəndərov “Coca Cola” şirkətinin Ukrayna və Moldova üzrə nümayəndəliyinin baş meneceri vəzifəsində işləyib. 2022-ci ildən isə “Avromed Company”nin baş direktorudur. Lakin mediada gedən məlumatlara görə, şirkətin sahibi Milli Məclisin deputatı Cavanşir Feyziyevdir. Cavanşir Feyziyevin tərcümeyi halında qeyd edilib ki, o, 2002-2010-cu illərdə QSC-nin baş direktoru vəzifəsində işləyib. Buna rəğmən, deputat 2013-cü ildə İngiltərəyə səfər etmək üçün viza müraciəti zamanı özünü “Avromed Company” QSC-nin baş direktoru kimi təqdim edib. Bu barədə İngiltərədə Cavanşir Feyziyevin ailəsinə məxsus 5.6 milyon funt-sterlinqin müsadirə olunması ilə bağlı materiallarda bildirilir.
Ölkədə dərman bazarında hökmranlıq edən “Avromed”in bazarı inhisara alması səbəbindən bu gün Azərbaycanda dərmanların qiyməti nəinki Avropa ölkələri, eləcə də qonşu ölkələrlə müqayisədə xeyli bahadır. “Avromed”ə rəhbərlik edən deputat Cavanşir Feyziyevdir, apteklərə mal paylayan yenə həmin şirkətdir, bahalığın, inhisarın baiskarı da onlardır, prezidentin tənqidlərini qulaqardı edən də biznesmen-deputatdır. Məlumat üçün cumhuriyyet.az olaraq bildirək ki, b həmin deputatdır ki, “Quska” ləqəbli keçmiş deputat, həbsdə olan Hüseyn Abdullayevdən 10 milyonluq obyekt alması, müğənni Gülyazın adına rəsmiləşdirməsi ilə gündəmə gəlmişdi. 2014-cü ildə Hüseyn Abdullayevin mərhum atasının adına olan və Üzeyir Hacıbəyov küçəsində yerləşən 786 kvadratmetr qeyri-yaşayış sahəsini millət vəkili Cavanşir Feyziyev öz oğluna alıb. Cavanşir Feyziyevin ondan az əvvəl də ölümlə nəticələnən qəzada adı keçmişdi. “Porsche Cayenne GTS” markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasında deputat Cavanşir Feyziyev olubmuş.
Ardını oxu...
Cavanşir Feyziyev 2002-ci ildən “Tour İnvest” şirkətinin təsisçisidir. Bu şirkətin Şəkidə yerləşən dördulduz ”Şəki Saray Hotel”in direktoru Rüstəm Bəşir oğlu Cavanşirdir. Deyilənə görə, deputat Cavanşir Feyziyevin əmisi oğludur. Rüstəm Bakıdakı “Novo Trade” Qapalı Səhmdar Cəmiyyətinin, Şəkidəki “Asel Aqro Park” şirkətinin də direktorudur. Bu aqropark 2020-ci ildə yaradılıb. Şəki şəhərində, Olimpiya Kompleksinin arxasında ucsuz-bucaqsz qoz bağları salıb. Əlavə olaraq cumhuriyyet.az bildirir ki, Cavanşir Feyziyevin digər əmisi oğlu Elman Cavanşir Sumqayıtda 2018-ci ildə istifadəyə verilən, sərmayəsi 78 milyon manat olan “Tabaterra” şirkəti¬nin siqaret zavodunun direktorudur. Sumqayıt Kimya Sə¬naye Parkının rezid¬enti olaraq fəaliyyətə başlayan müəssisədə 8 ədəd istehsal xətti fəaliyyət gös¬tərir ki, bunların illik istehsal həcmi 14 milyard ədəd siqa¬ret təşkil edir. Ha¬zırda müəssisədə həm “Tabaterra” şirkətinə məxsus brendlər, həm də dünyanın ən böyük istehsalçıları olan “British Am¬erican Tobacco”, “Ja¬pan Tobacco İnternat¬ional” və “İmperial Tobacco” kimi şirkə¬tlərə məxsus beynəlx¬alq brendlər istehsal olunur.
Elman Cavanşir 2021-ci ildə “Azərtütün” Açıq Səhmdar Cəmiyyəti özəlləşdirməyə çıxarıldığı zaman “Tabaterra Leaf” Qapalı Səhmdar Cəmiyyəti təsis edir. Nizamnamə kapitalı 5 min manat, qanuni təmsilçisi isə Elman Bəşir oğlu Cavanşir, Sumqayıt şəhəri, Sülh küçəsi, 18 ünvanında – “Xovlu İpək Fabriki”nin ərazisində qeydiyyatdan keçən şirkət Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən “Azərtütün” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin 85 faizini alıb. Xatırladaq ki, Elman Cavanşir in də adı Böyük Britaniyada çirkli pulların yuyulması qalmaqalında hallandırılmışdı. “The Evening Standard” qəzeti yazmışdı ki, Böyük Britaniyanın Milli Kriminal Agentliyinin tələbi ilə bank hesabları dondurulan Feyziyev ailəsi üzvlərindən biri də Elman Cavanşirdir, onun bank hesabında 1 milyon funt sterlinqdən bir az çox vəsait aşkar edilmişdi.

cumhuriyyet.az


 
Ardını oxu...

 


Sosial şəbəkələrdə Moskva vilayətinin Dolqoprudnı şəhərindəki Azərbaycan diasporunun rəhbəri Namus Nağıyevin oğlu Yaşar Nağıyevin yanvarın 20-də erməni restoranında ad gününü keçirdiyi və erməni musiqisinin sədaları altında rəqs etdiyi ilə bağlı görüntülər yayılıb.

Kadrlar Azərbaycan cəmiyyətində narazılıqla qarşılanıb və görüntülər paylaşılaraq tənqid olunub.

Məsələ ilə bağlı N.Nağıyev Baku TV-yə açıqlama verib.

“Yanvarın 20-də oğlum anadan olub. Xalqımız üçün matəm günü olduğuna görə biz heç vaxt həmin tarixdə ad günü keçirmirik, həmişə yanvarın 21-də qeyd edirik. Oğlum kürd dostunun obyektində doğum gününü qeyd edib. Bütün dostları orada olub, erməni də olub. Gedib oynamağa, elə bilib ki, gürcü musiqisidir. Mən də heç bilməmişəm ki, səsləndirilən erməni musiqisidir”, – o söyləyib.

Namus Nağıyevin sözlərinə görə, videonu təhrif olunmuş formada onu və ailəsini istəməyənlər qəsdən yayıblar.


Telegram kanalımız
Ardını oxu...
Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutu “Gravity Construction” MMC ilə satınalma müqaviləsi imzalayacaq. Qaynarinfo xəbər verir ki, şirkət Elmi-Tədqiqat Kardiologiya İnstitutunda cari təmir işlərinin satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi olub. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 315 167,47 AZN-dir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Gravity Construction” MMC 25 may 2022-ci il tarixdə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Suraxanı rayonu, “D” yaşayış sahəsi, ev 29, mənzil 112-dəı yerləşir. MMC-nin qanuni təmsilçisi Quliyev Rəcəb Sabir oğludur.

Açqı mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rast gəlinmir. Şirkətin iki veb-səhifəsi olsa da, işlək deyil. Araşdırmalarımız zamanı məlum olub ki, şirkət əsasən təmir və dizayn işləri ilə məşğul olur. Mediada gedən məlumatlarda iddia edilir ki, “Gravity Construction” MMC Səhiyyə Nazirliyinə yaxın şirkətdir. Şirkətin konkret olaraq Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələr Müdriyyətinin direktoru Elşad Hacıyevə məxsus olduğu iddia edilir. Dövlət satınalmalarının vahid elektron portalına yerləşdirilən elanlardan məkum olur ki, şirkət ötən il Səhiyyə Nazirliyi ilə maliyyə dəyəri 145 100,88 AZN təşkil edən satınalma müqaviləsi imzalayıb. Müqavilədə tikili və avadanlıqların cari təmiri nəzərdə tutulur.

Heç bir idarəetmə təcrübəsi olmadığı halda böyük bir instituta rəhbər təyin olunan (bunun necə baş verdiyindən az sonra bəhs edəcəyik), bu da azmış kimi uzun illər elm ocağında can qoyan təcrübəli əməkdaşlara qarşı savaş açaraq onları işdən uzaqlaşdıran, əvəzində özü kimi təcrübəsiz kadrları vəzifələrə təyin edən bilən C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşovanən “qoruyucu mələyi” haqqında cumhuriyyet.az olaraq ilginc məlumatlar əldə etmişik. Keçmiş səhiyyə naziri O.Şirəliyevlə qohumluq əlaqələrinə güvənərək böyük bir elm-səhiyyə ocağını məhvə sürükləyən G.Dadaşova bu gün də eyni ampuladadır. Ölkə qanunlarının heçə sayıldığı, bir qrupun maraqlarına tabe edilən Kardiologiya İnstitutu Azərbaycan səhiyyəsinin alınmaz qalasına çevrilib. Bütün dünya ürək-damar xəstəliklərinin cavanlaşması prosessinin qarşısını almaq, yeni yollar, müasir müalicə üsulları axtardığı halda, ölkəmizdəki Elmi –Tədqiqat Kardiologiya İnstitutunda ürək ağrıdan mənzərə davam etməkdədir. Çünki, nə qanunlar, nə nazirlər G.Dadaşovanın “ürəyinə toxuna bilmir” .

Xatırlatmaq yerinə düşər ki, ölkənin bir nömrəli kardioloqu G.Dadaşova bu vəzifəyə keçmiş nazir O. Şirəliyevlə olan qudalığın “şirinliyi” oplaraq təyinat alıb. Belə ki, cumhuriyyet.az-a daxil olan məlumata görə, G.Dadaşova ”Sobsan Boya” şirkətinin rəhbəri olan Cavid bəyin əmisi qızıdır. O.Şirəliyev oğlunu ikinci dəfə evləndirərkən qohum olduğu yeni qudası da “Sobsan Boya” şirkətinin əsas payçılarından, şəriklərindən biridir. Beləcə keçmiş nazir özü istəməsə də “Sobsan”ın boyalarına bulanmaq məcburiyyətində qalmış və nəticədə Gülnaz xanımın Kardiologiya İnstitutunun rəhbərliyinə gedən yolu açılmışdı. Məsələ ilə bağlı cumhuriyyet.az olaraq əldə etdiyimiz məlumatlara görə Kardiologiya İnstitutunda aparılan son yoxlamalar zamanı ciddi qanun pozuntuları aşkarlanıb. Hətta üzə çıxarılan nöqsanlar o qədər dəhşətli olub ki, göstərilən çabalara baxmayaraq ört-basdır etmək mümkün olmayıb. Ən acınacaqlısı odur ki, Gülnaz xanım yoxlama nəticəsində aşkarlanan nöqsanıları düzəltmək əvəzinə onları pulla batırmaq qərarına gəlib. Necə deyərlər, üzrü günahından betər olan bu əməliyyata görə isə İnstitutda kütləvi pul toplama aparılır.

Məlumatlara görə, İcbari Tibbi Sığorta Agentliyinin Hikmət adlı yüksək vəzifəli şəxsi ölkənin baş kardioloquna “ürəyini buz kimi saxlamağı” tapşırıb. Məhz onun yüksək himayədarlığı G.Dadaşovanın ölkə qanunlarına meydan oxumasına səbəb olur. Hikmət müəllimin himayədarlığı altında aparılan yoxlamanın nəticələri ört-basdır edilir, lazımi instansiyalara çatmasına imkan verilmir. Heç kimə sirr deyil ki, qos-qoca institut G.Dadaşova və bir neçə nəfər qohumunun qazanc mənbəyinə çevrilib, sadə insanlar üçün tibbi xidmətlər əlçatmaz həddə qaldırılıb, savadlı kadrlar müxtəlif yollarla işdən uzaqlaşdırılır, dərman mafiyası at oynadır, saxta ürək əməliyyatları və arayışların verilməsi üçün bazar açılıb, amma baş verənlər heç kimin umurunda belə deyil.

Verilən məlumatlara görə, Kardiologiya institutunda korrupsiya və rüşvət son həddə çatıb. G.Dadaşovanın gəlişindən sonra qiymətlər dəfələrlə bahalaşıb. Başqalarının uzun illərə əldə etdiklərini az vaxtda qazanmağı qarşısına məqsəd qoyan G.Dadaşova öz komandasına hər gün daha amansız olmağı tapşırır. Nəticədə Kordiologiya İnstitutu artıq sadə insanlar üçün əlçatmaz olub.İcbari tibbi sığortanın tətbiqindən sonra vəziyyətin dəyişəcəyinə ümid bəsləyənlər isə yenə də yanılıblar. Belə ki, pulsuz səhiyyə xidmətləri göstərilməli olan Kardiologiya institutunda qiymətlər bir az da bahalaşıb. Deyilənlərə görə, buradakı qiymət artımları o həddədir ki, hətta Tarif Şurası belə təəccübünü gizlətmir. Göründüyü kimi, Kardiologiya İnstitutunda baş verənləri ürək ağrısız oxumaq olmur. Amma, nədənsə bütün bu qanunsuzluqlar, özbaşınalıqlar sanki Səhiyyə Nazirliyinin ürəyincədir. Görünür, G.Dadaşova ürək üzrə mütəxəssis olduğu üçün hamının ürəyini ram etməyi yaxşı bacarır. Yəqin bu səbəbdəndir ki, heç kim onun ürəyini qırmır. Hər halda bu işin içində böyük bir Hikmət var. Bu Hikməti çözmək isə əlaqədar qurumların vəzifəsidir!
 
Ardını oxu...
Bu gün Mərkəzi Bankın sədri deyib ki, “Premium Bank”ın gəliri az olan vətəndaşa 2,5 mln manat məbləğində istehlak krediti verməsində problem görmür. Əslində, orada bir yox, bir neçə böyük problem var. Sadəcə məsələ Elman Rüstəmovun (iddia var ki, həmin pulu elə o mənimsəyib) dövrünə təsadüf etdiyi üçün yəqin ki, Taleh Kazımovda bununla bağlı tam məlumat yoxdur (məsələn, deyir ki, həmin kredit 2018-ci ildə verilib, halbuki 2013-cü ildə verilib və s.).

AzToday.az xəbər verir ki, bunu tanınmış vəkil, bank məsələləri üzrə ekspert Əkrəm Həsənov yazıb. O, məsələnin detalları ilə bağlı ətraflı məlumat verib: “Deməli, 2010-cu ildə Nizami Kərimov adlı vətəndaş tikilən binada «Aqana Servis» şirkətindən qeyri-yaşayış sahəsi alıb (hazırda həmin sahə “Metropol” restoranı kimi fəaliyyət göstərir). Şirkətin sahibi Azad Nağıyev həmin sahəni qanunsuz olaraq qohumunun adına rəsmiləşdirib girov qoyaraq 2013-cü ildə “Premium Bank” vasitəsilə faktiki olaraq Mərkəzi Bankdan 2,5 mln manat məbləğində kredit götürüb. Əslində, iddia edir ki, krediti o yox, tikintidə şəriki olan Elman Rüstəmov (o cümlədən Rəşad adlı xalası oğlu) götürüb, yəni mənimsəyib.

Hər bir halda ortada olan odur ki, “Premium Bank” Mərkəzi Bankdan 5,25%-lə 2,5 mln manat kredit götürüb və dərhal da onu 6,25%-lə normal rəsmi gəliri olmayan Nağıyevə verib (Kərimova məxsus restoranı qanunsuz girov qoymaqla). Kreditin təyinatı kimi “maliyyə ehtiyaclarının qarışılanması” göstərilib. Yəni əslində kreditin heç bir təyinatı olmayıb, çünki göstərilən “təyinat” amorfdur. Kredit müddəti ərzində də Nağıyev yalnız faizləri ödəməli imiş, əsas borcu isə sonda. Bir müddət faizlər ödənilib, sonra dayandırılıb və kreditin qaytarılmasını tələb etmək əvəzinə Mərkəzi Bank faiz dərəcəsini 3,7%-ə, “Premium Bank” isə 4,7%-ə endirərək müddəti uzadıblar.

Lakin sonradan restoranın mülkiyyətçisi Kərimov məsələdən hali olub və məhkəməyə müraciət edərək əmlakı qanunsuz mənimsəmiş şəxsin adından çıxartdırıb. Bununla belə, “Premium Bank”ın və Mərkəzi Bankın həmin əmlaka girov (ipoteka) hüququ hələ də ləğv olunmayıb. Onlar deyir ki, guya vicdanlıdırlar və əmlakın Kərimova məxsus olmasını bilmirdilər. Hazırda bununla bağlı Yasamal rayon məhkəməsində proses gedir: “Premium Bank” və Mərkəzi Bank qanunsuz verdikləri kreditin müqabilində Kərimovun əmlakını əlindən almaq istəyirlər. Yeri gəlmişkən, Elman Rüstəmov da Mərkəzi Bankın sədri olduğu son dövrdə şəriki Nağıyevin azadlıqdan məhrum olunmasına nail olub. İndi də hər şeyi Nağıyevin üstünə atırlar. Nağıyev isə məhkəmədə iştirak imkanından belə məhrumdur.

İndi isə qayıdaq bu kreditin niyə qanunsuz olması məsələsinə. Kredit veriləndə Mərkəzi Bankın təsdiqlədiyi “Banklarda kreditlərin verilməsi Qaydaları” qüvvədə idi. Həmin Qaydaların 3-cü bəndinə əsasən “Premium Bank” kreditin məqsədi və ödənişlərin mənbəyini müəyyən etməli, 4.1.8-ci bəndə görə Nağıyev gəlirlərini təsdiqləyən sənəd təqdim etməli, bank da müştərini daim monitorinq etməli idi. Bütün bunlar üzrə sənədlər də bankın tərtib etməli olduğu kredit dosyesində saxlanılmalı idi. Məhkəmə prosesi əsnasında bank qəti olaraq kredit dosyesini təqdim etməkdən imtina edir. Niyə? Çünki qorxur. Qanunsuz, qeyri-sağlam kredit verdiyini bilir. Kreditin məqsədi yoxdur, borcalanın gəliri haqda sənəd yoxdur, monitorinq aparılmayıb və s. və i.a.

Bəlkə kimsə deyəcək ki, nə olsun, gəliri yoxdur, amma o boyda girovu var (başqasına mənsub olaraq qanunsuz girov qoyulsa da). Xeyr, bu arqument yanlışdır! Qaydaların 4.1.7-ci bəndində deyilir: “Təminatın dəyəri bankı kredit əməliyyatı üzrə dəyən zərərdən qorumaq üçün kifayət etməli, eyni zamanda kreditlərin qaytarılması üçün yeganə və əsas mənbə olmamalıdır. Kreditin qaytarılması üçün əsas borcalanın sağlam maliyyə vəziyyəti və fəaliyyəti dövründə əldə etdiyi pul vəsaiti olmalıdır.”

Beləliklə, Mərkəzi Bank və “Premium Bank” qanunsuz, qeyri-sağlam kredit veriblər. Əmlakın da başqa şəxsə mənsub olduğunu biliblər. Buna görə də Mərkəzi Bankın indiki rəhbərliyi belə krediti problem saymaya bilməz. Əks halda, Elman Rüstəmovdan miras qalan bank sistemimizdə “Muğan Bank” kimi fəlakətli müflisləşmələr hələ çox olacaq. Belə banklara qarşı tədbir görülməlidir!”

Qeyd edək ki, həmin üzrə işə 13 fevral saat 12.00-da Yasamal rayon məhkəməsində proses keçiriləcək. Hakim Ayşən Sultanova-Məmmədovanın sədrliyi ilə bu kredit üzrə işə baxılacaq.

Ə.Həsənov qeyd edib ki, əslində, Elman Rüstəmovun bu cür biznes şəriklikləri və verdiyi qanunsuz kreditlər çoxdur: “Onlar haqda tədricən yazacam. Dilənçi kimi ondan kredit istəyənə özünü şərik kimi sırıyırdı. Nəticədə çoxsaylı zərərçəkənlər var. Onlara müraciət edirəm. Çəkinməyin! Birləşin! Rüstəmovun iç üzünü açın! Haqqınızı tələb edin! Bununla həm özünüzə, həm cəmiyyətimizə, həm də Mərkəzi Bankın indiki rəhbərliyinə kömək etmiş olacaqsınız!”
 
Ardını oxu...
Nərimanov rayon Ağa Neymətulla küçəsi 72-də yerləşən "BOSS BAKU LOUNGE" kimi tanınan restoranda bir qurup şəxs məkana hücum çəkərək "tanınmış müğənni Aynur Nəbiyeva" ya hücum çəkərək ağır xəsarət yetiriblər.
"Azərbaycan Reallığı" hadisəni törədən şəxslərin kimliyi barədə məlumat əldə edib. Hadisəni təşkil edən Rəqqasə Səma, onun yaxınları Leyla, Fidan adlı şəxslər olub.
Onlar mügənninin oturduqu kobinetə hucum edərək, onu döyərək xəsarət yetiriblər. Hadisədən sonra mügənni 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Məsələ ilə bağlı huquq-mühavizə orqanlarına şikayət edilib. Hal-hazırda hadisənin təsüratları ilə bağlı araşdırmalar aparılır.

 
 
 
Ardını oxu...
Son illər Səhiyyə Nazirliyinin Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşovanın fəaliyyəti ilə bağlı mətbuatda dəfələrlə tənqidi yazılar dərc olunsa da, bu, elm ocağında vəziyyət düzəlmir ki düzəlmir.
Hətta kollektivin davamlı narazılığı və şikayətləri, İnstitutdan xaric edilən professor və işçilərin mətbuatda dərc olunan qalmaqallı müsahibələrindən sonra Səhiyyə Nazirliyi Kardiologiya İnstitutuna yoxlama komissiyası göndərsə də, bu da nəticə vermədi. İnstitut kollektivinin bildirdiyinə görə, himayədarları bu dəfə də Gülnaz Dadaşovanı cəzalandırılmaqdan sığortalaya bildilər.
Görünür elə bu cəzasızlıq İnstitutun direktorunu necə deyərlər, yeni-yeni "qəhrəmanlıqlara" həvəsləndirir.

Bakupost.az -a daxil olan məlumata görə, İnstitutun kollektivi öz problemləri ilə bağlı direktorun qəbuluna düşə bilmir. İşçilər İnstitutdakı problemlərlə bağlı onunla görüşmək üçün kollektiv şəkildə müraciət etsələr də, direktor onların bu istəyini də geri çevirib.
Kollektivin əsas narazılıqlarından biri İnstitutdakı mühit, iş rejimi, elmi işçilərə sayğısız münasibətlə bağlıdır. Belə ki, işçilərin bildirdiyinə görə, İnstitut direktorunun müavini Azər Mirzəxanlı "burda mənəm, Bağdadda kor xəlifə" ədası ilə davranır. Qeyd edək ki, bu barədə əvvəllər də tez-tez mətbuatda müxtəlif məlumatlar yayılır, Gülnaz Dadaşovanın geniş səlahiyyətlər verdiyi A.Mirzəxanlının əsassız olaraq, bəzən isə xırda məsələlərə görə işçilərə izahat yazdırdığı qeyd olunurdu. Kardiologiya İnstitunun elmi işçilərindən biri bu inzibatçılığa münasibət bildirərkən, "sanki elmi-tədqiqt institutunda deyil, "konslagerdə" çalışırıq" demişdi.
Kollektivin bildirdiyinə görə, direktor müavini Azər Mirzəxanlı açıq şəkildə Prezidentin 14 yaşına qədər uşaqları olan həkimlərin növbətçiliyi haqqında fərmanının onu maraqlandırmadığını deyir. Onun institutun əməkdaşlarını həmin fərmana pozmağa məcbur etdiyi bildirilir.

İnstitutda çalışanlar Gülnaz Dadaşovanı bu elm ocağında qoçu dəstəsi saxlamaqda da ittiham edirlər:
"Direktor institutda öz məsələlərini həll etmək üçün qoçu dəstəsi saxlayır. Bu adamlar onun sürücüsünün qohumlarından ibarətdir. Gülnaz Dadaşova onların hərəsinə bir iş verib. Həmin adamlar kabinetlərə daxil olur, direktorun göstərişlərini həkimlərə çatdırırlar".
Qeyd olunur ki, İnstitutda kapital təmirə ehtiyac var. Belə ki, hər dəfə isitmə sistemi sıradan çıxır və həkimlər onu öz vəsaitləri hesabına təmir etdirirlər.

Bundan başqa, direktor bu yaxınlarda bir neçə həkimin otaqlarını əllərindən alması narazılığa səbəb olub:
"Bu günlərdə isə direktorun ağlına yeni ideya gəlib: angioqrafiya şöbəsi açmaq. Bunun üçün bir neçə həkimlərin kabinetini onların əlindən alıb. Nəticədə virus infeksiyalarının tüğyan etdiyi indiki vaxtda həkimlər 5-5, 6-6 qruplaşdırılır və 5 kvadratmetr sahəsi olan ordinaturada oturmağa məcbur edilirlər. Biri-birinin üzərinə asqıra-asqıra, öskürə-öskürə dar otaqlarda işləməyə məcbur olurlar. Uzun tənqidlərdən sonra açılan yeganə duş kabinəsi, həmçinin stasionarda müalicə olunanlar üçün nəzərdə tutulan qadın tualeti angioqrafiya şöbəsi ideyasına görə sökülüb. Hazırda ikinci mərtəbədə qadınlar və kişilər eyni tualetdən istfadə etməyə məcburdur.
Direktor özünüreklam xatirinə Qocalar evində aksiyalar keçirir, bununla bağlı videoçəkliş apartdırıb qocalara qarşı "xeyirxah" olduğunu nümayiş etdirir, ancaq öz institunda yaşlı alimlər və həkimlər sayğısız, aşağılayıcı münasibətə məruz qalırlar. Onun müavini Mirzəxanlı isə tez-tez deyir ki, bu yaşlı professorlar bizim nəyimizə lazımdır, onları pensiyaya göndərmək daha yaxşıdır".

Qeyd olunan narazılıqlarla əlaqədar Kardiologiya İnstitutu ilə əlaqə saxladıq. Oradan İnstituda angioqrafiya şöbəsinin açıldığını Bakupost.az -a təsdiqlədilər. Qeyd etdilər ki, bu məsələ Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir.
Həkimlərin kabinetlərinin əllərindən alınmasına və 5-6 həkimin dar bir otaqda yerləşdirilməsinə gəlincə, İnstitutdan bildirdilər ki, angioqrafiya şöbəsinin açılması ilə əlaqədar təmirə aid olan hissədə dəyişiklik aparılıb və bununla bağlı heç bir problem yoxdur:
"Hazırda bütün həkimlər müvafiq otaqlara yerləşdirilib və fəaliyyətlərini davam etdirirlər".
İnstitutda çalışan və himayəsində 12-14 yaşa qədər azyaşlı uşağı olan tibb işçilərinin gecə növbəsinə salınması haqda sualımıza isə belə cavab verdilər:
"Bu məsələ tam olaraq hüquqi cəhətdən tənzimlənir. Əmək Məcəlləsinin 242-ci və 98-ci maddələrinə görə, belə halda əməkdaşlar yalnız öz yazılı razılığı ilə cəlb edilir. Onlarla bağlanmış müqavilədə buna yazılı razılıq veriblər".
BakuPost
 

Dünyapress TV

Xəbər lenti