Ardını oxu...
Xəbər verdiyimiz kimi, Lənkəranda piyada səkilərinin üstündə dükan tikilməsi tendensiyası davam edir.Camaat arasında MTS adlanan məhəllənin girişində,Füzuli küçəsi ilə Şəhid Əli Mehdizadə küçəsinin kəsişməsində səkinin üstündə, böyük problemlərə əsas olacaq, 8-9 kvadrat metrlik xırda bir dükan tikilir.

”Yeni Gundem”in məlumatına görə, bu dükan 2 saylı poçt şöbəsinin divarına dirənməklə yanaşı,həm də məhəlləyə gedən qaz və elektrik xətlərinin altında inşa edilir.Dükanın tikilməsi məhəllə sakinlərinin piyada gediş-gəlişi üçün əməlli-başlı əngələ çevrilmişdir.

Həmin ərazidə ki, tikinti ilə bağlı sakinlər Prezident İlham Əliyevə və dövlət qurumlarına müraciət ünvanlayıb.Həmin müraciəti olduğu kimi təqdim edirik.

Lənkəranda camaat arasında MTS adlanan məhəllənin girişində, Füzuli küçəsi ilə Şəhid Əli Mehdizadə küçəsinin kəsişməsində – səkinun üstündə, məhəlləyə gedən qaz və elektrik xətlərinin altında xırda bir dükan tikilir.Bu obyekt məhəllə sakinlərinin piyada gediş-gəlişini çətinləşdirir.Piyadalar məcburiyyət qarşısında avtomobil yoluna çıxmalı olurlar ki, bu da onların həyatlarını təhlükəyə atır.

Qeyd etmək lazımdır ki, 9il qabaq obyekt daha böyük tikilməsi üçün söküldükdə, məhəllə camaatının haqlı narazılıqları və şikayətlərinə baxılmış, Lənkəran ŞİH başçısı hörmətli Taleh Qaraşovun göstərişi ilə tikintisinə icazə verilməmişdi.

Müvafiq qurumların bu qanundankənar tikiliyə münasibət bildirməsini və qanunauyğun tədbir görülməsini xaiş edirik:

Qeyd edək ki, sakinlərinin verdiyi məlumata görə, dükanı tikən Lənkəran Şəhər icra hakimiyyətinin başçı Taleh Qaraşovun müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mikayıl Cəfərzadənin əmisidir.

Qeyd: Məktuba mövcud vəziyyəti əks etdirən şəkilləri əlavə edirik.

Qarşı tərəfin növqeyini dərc etməyə hazırıq.

Yenigundem.az
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

 
Ardını oxu...
Bakının Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində, IV Masazır və Svetlana Məmmədova küçələrində yaşayan sakinlər məişət tullantılarını birbaşa yol kənarına atırlar.

Bu barədə Oxu.Az-ın redaksiyasına şikayət daxil olub.

Şikayətdə qeyd olunur ki, adıçəkilən küçələrdə zibil konteynerlərinin olmaması yol kənarının zibilliyə çevrilməsinə səbəb olub. IV Masazır küçəsi həm də ərazidəki 30 nömrəli məktəbin yoludur və bəzən şagirdlər küçəyə atılan zibil torbalarının üstündən keçib getməli olurlar. Əraziyə ən yaxın zibil konteyneri isə Mirzə Məmmədxan küçəsində yerləşir.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 

Ardını oxu...
Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında ("Papanin hospitalı" kimi tanınır) hərbçilərlə yanaşı, mülki şəxslərə də tibbi xidmət göstərilir. Ancaq hərbçilərdən fərqli olaraq, mülki vətəndaşlara xidmət ödənişlidir. Qiymətlər də "Müdafiə Nazirliyinin hərbi tibb müəssisələrində göstərilən ödənişli (pullu) tibbi xidmət növlərinin qiymət cədvəli"ndə müəyyənləşdirilib. Bu cədvəl müdafiə nazirinin 1 aprel 2019-cu il tarixli qərarı ilə təsdiqlənib.

Hərbi Hospitalın onkologiya şöbəsinin rəisi İslam Məmmədov və bu şöbənin həkimi Pərvanə Rüstəmova orada onkoloji xəstəliklərdən əməliyyat olunanlardan cədvəldə göstəriləndən bir neçə dəfə çox pul almaqda suçlanırlar. İddia olunur ki, məsələn, süd vəzi xərçəngindən əziyyət çəkən qadının yaxınlarından 1500 manat alıblar. Bunun cəmi 300 manatını kassaya ödəyib, qalan 1200 manatı aralarında bölüblər. Yaxud qalxanabənzər vəzin əməliyyatından ötrü 1200 manat alınıb, bu vəsaitdən 320 manat kassaya köçürülüb. Daha bir xəstə onkoloji əməliyyatdan sonra dörd dəfə kimyaterapiya proseduru keçib və hər birinə görə 350 manat pul verib. Bu prosedurlardan ötrü alınan 1400 manatdan hospitala cəmi 40 manat (hər birinə görə 10 manat) köçürülüb.

50 yaşlı İ.Məmmədov və 40 yaşlı P.Rüstəmova haqqında cinayət işinin materiallarında 10-a yaxın onkoloji əməliyyatda xəstələrin ailə üzvlərindən artıq pul alınmasından bəhs olunur.

Polkovnik-leytenant İ.Məmmədov həm də rəhbərlik etdiyi şöbədə analıq məzuniyyətinə gedən tibb bacısının yerinə işə götürülən başqa birindən 1500 manat pul almaqda suçlanır.

Şöbə rəisi və həkim haqqında vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə cinayət işi başlansa da, həbs olunmayıblar. Onlar həm istintaq, həm də məhkəmə dövründə azadlıqda olublar. Sadəcə, barələrində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib. Tibb bacısından 1500 manat aldığına görə İ.Məmmədova dələduzluq ittihamı da verilib.

"İslam müəllim icazə verdi ki..."
Polkovnik-leytenant İ.Məmmədov məhkəmədə dindiriləndə özünü təqsirli bilmədiyini söyləyib. Onun sözlərinə görə, xəstələrdən əlavə pul alıb, özlərinə götürsələr və bir sıra hallarda bölüşdürsələr də, bölgüdə kimə nə qədər çatacağı haqda öncədən qayda olmayıb.

Hərbi hospitalda əməliyyat zamanı artıq pul ödəmiş şəxslər bu cinayət işində zərərçəkmiş qismində tanınıblar. İ.Məmmədov vurğulayıb ki, zərərçəkmişlərə vurduqları ziyan istintaq dövründə ödənilib. O, hərəkətlərindən peşman olduğunu da dilə gətirib.

Eyni zamanda "Ege Hospital"ın həkimi olan digər təqsirləndirilən P.Rüstəmova məhkəmədə danışıb ki, Baş Klinik Hospitalda tibbi xidmətlərin qiyməti başqa tibb ocaqlarından daha ucuzdur. Bu üzdən çoxsaylı onkoloji xəstələr müayinə və müalicədən ötrü ora üz tuturdular. Onun sözlərinə görə, qiymət cədvəlində göstərilən qiymətlərlə müalicə və əməliyyatlar həkimlərə sərfəli deyildi: "Ona görə də İslam müəllim icazə verdi ki, müayinə və müalicədən ötrü gələn mülki şəxslərdən cədvəldəkindən daha artıq pul alınsın. Hansısa xəstədən alınmış artıq pulun konkret hansı qaydada bölünməsi haqda danışmamışdıq. Adətən, hərəmiz öz xəstələrimizdən aldığımız pulu özümüzə götürür, amma bir xəstəyə hər ikimiz tibbi xidmət göstərəndə pulu aramızda bölürdük".

Zərərçəkmiş qismində tanınanların heç biri məhkəmədə onlardan şikayətçi olmayıb. Əksinə, aralarında elələri olub ki, özünü, ümumiyyətlə, zərərçəkmiş saymadığını deyib.

Məhkəmə polkovnik-leytenant İ.Məmmədova 3 il şərti cəza verib. Baş leytenant P.Rüstəmova isə təqsirli bilinsə də, 1000 manat cərimə edilib.

AzadlıqRadiosu ©
 
Ardını oxu...
Məlumdur ki, mənzil-kommunal təsərrüfatı müəssisələrinin əsas vəzifə və funksiyaları mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətini həyata keçirməkdən, kommunal təsərrüfatının və mənzil-istismar sahələrinin idarə olunmasını təşkil etməkdən, mənzil fondunun uçot qaydasını müəyyən etməkdən, mənzil kirayə haqlarının və məişət tullantılarının daşınması haqlarının yığılmasını, mühəndis qurğularının və kommunikasıyaların saxlanılmasını və istismarını, mənzil fondunun yaşayış sahələrinin müəyyən edilmiş sanitariya və texniki norma və qaydalarına uyğun saxlanılmasının istismarını, əməyin mühafizəsi, texniki təhlükəsizlik qaydaları və yanğından mühafizə sahəsində tədbirlərin həyata keçirilməsini, əhatə etdiyi ərazidəki küçə və meydanların, parkların təmizliyini və çoxmənzilli binaların ümumi istifadə olan hissələrinin süpürülməsini, əhatə etdiyi ərazidə məişət tullantılarının daşınmasını və s. təmin etməkdən ibarətdir
O halda sual oluna bilər ki, görəsən Mənzil Kommunal Təsərrüfatı Müəssisələri, o cümlədən Cəlilabad Rayon Mənzil Kommunal Təsərrüfatı Müəssisəsi üzərinə düşən vəzifə borcunu lazımi səviyyədə yerinə yetirirmi, yoxsa “ağa nəzərəm, belə gəzərəm” prinsipini əsas tutur. Bu yöndə apardığımız araşdırmalar zamanı bəlli oldu ki, 19 oktyabr 2022-ci il tarixdən Cəlilabad Rayon MKTM-nə (Komxoza) İslam İsgəndərov rəhbərlik edir və ötən müddət ərzində o, elə bir formada idarəçilik həyata keçirir ki, bu dövlət qurumunda çalışan Həmzə Sadıqov adlı şəxs, az qalır ki, fərdi qaydada öz rəhbərinin yarıtmaz idarəçiliyinə qarşı “sosial inqilab”a başlasın. Yəni, bunu 21 dekabr 2023-cü il tarixdə Həmzə Sadıqovun Facebook səhifəsində yayımladığı paylaşımdan da görmək mümkündür. Paylaşıma diqqətlə diqqət yetirdikdə onu da müəyyən etmək olur ki, bu şəxs İslam İsgəndərovun rəzalətindən, hədələrindən cana doyduğundan, təhqiramiz ifadələri ilə üzüzə qaldığından o, möhtərəm Prezidentdən, Birinci vitse-prezidentdən, Baş Prokurordan və digər vəzifə sahiblərindən imdad diləyir. Məsələnin daha çox diqqəti cəlb edən tərəfi odur ki, Həmzə Sadıqov yayımladığı paylaşımında İslam İsgəndərovun ona dediklərini, yəni “Mən heç kimdən qorxmuram, get kimə, hara istəyirsən de, mənim adamım var” ifadələrini dilə gətirir. Bəli bu cür ifadələr, həqiqətən də hər kəsi düşündürən ifadələrdir. Çünki, Cəlilabad Rayon MKTM-nin rəhbərliyi bu cür yanaşması ilə, məhz Azərbaycan Respublikasının dövlət qurumlarını və dövlət qurumlarına rəhbərlik edən vəzifə sahiblərini saya salmır. Əcəba, bu necə ola bilər? Bu cür yanaşma onu söyləməyə əsas verir ki, İslam İsgəndərov ona verilmiş vəzifə səlahiyyətlərindən sui-istifadə edir. Yəni, CM-nin 308.1. maddəsinin tələblərinə uyğun addımlarını atır. Bir sözlə, İslam İsgəndərov xidməti vəzifələrinin icrası ilə əlaqədar, özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edir. CM-nin 308.1. maddəsinin tələblərinə əsasən, belə bir əmələ qol qoyan şəxs şərti maliyyə vahidinin min mislindən iki min mislinədək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə və ya iki ilədək müddətə islah işləri və ya əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Məsələnin daha maraqlı, daha düşündürücü tərəfi ondan ibarətdir ki, Cəlilabad Rayon MKTM rəhbərliyinin qanunsuzluğa söykənən əməlləri ilə bağlı Həmzə Sadıqov, bir neçə gündən sonra Facebook səhifəsində fərqli formada yeni paylaşım yayımlayır. O, budəfəki paylaşımında İslam İsgəndərovu “aydan arı, sudan duru” olan vəzifə sahibi olaraq qeyd edir. Bu paylaşımdan sonra ehtimal etmək olar ki, İslam İsgəndərovun “misri qılınc”ı Həmzə Sadıqovun başı üzərində elə bir formada “fırladılır” ki, ayda 326 manat əməkhaqqı almağa möhtac olan MKTM-nın fəhləsi, sanki əvvəlki paylaşımındakı danışdıqlarına kor-peşman edilir. Yəni, Cəlilabad Rayon MKTM rəisinin daşıdığı vəzifəsinin imkanları Həmzə Sadıqovu elə bir formada kor-peşiman edir ki, o, əvvəlki mövqeyindən 100% daşınmağa məcbur olur. Bütün bunlar qalsın bir yana, İslam İsgəndərovun bəzi şəxslərin vasitəsilə ayrı-ayrı media qurumlarına “yol tapması” da, hal-hazırda daha çox müzakirə olunan mövzulardandır. Çatdırılan məlumatlara görə, adı çəkilən bu vəzifə sahibi Həmzə Sadıqovun ikinci paylaşımından sonra, məhz öz maraqlarına uyğun addımlarını atmaq qərarına gəlir. Yəni, İslam İsgəndərov öz işçisinin ikinci paylaşımını bir neçə media qurumunda yayımlatdırır və bir növ özünün heç bir günah sahibi olmadığını sübuta yetirməyə çalışır. Amma, bu şəxs növbəti dəfə də bəzi addımlarına görə günah sahibi olur. Bəli, bütün bunlar İslam İsgəndərovun hansı amal və əməl sahibi olduğunu göstərməyə imkan verir. Düşünürük ki, bu məqalənin yayımlanmasından sonra Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafiq Cəlilov, MKTM rəisinin bu cür çirkin əməllərinin “saf-çürük” olunması istiqamətində lazımi addımlarını atacaq. Yəqin ki, o halda hər kəsə aydın olacaq ki, İslam İsgəndərov öz işçisinə qarşı atdığı addımların bənzərini, məhz digər şəxslərə qarşı da atır. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

Mövzuya yenidən qayıdacağıq.
Gundemxeber.Az
 
Ardını oxu...
Mingəçevir şəhər sakini olan Əliyev Səkinə şəhərin sağ sahilində Yaşar Muradov küçəsi 64a ünvanında yerləşən obyektinin yaxınlığında olan obyekti şəhərdə fəaliyyət göstərən “Osmanbəyli” MMC-nin sahibi Əzizov Osman adlı şəxs tərəfindən alınaraq tikinti işləri aparılmışdı. Aparılan tikintinin qanunsuz aparılması və tikinti aparılan zaman ətrafda olan yaşıllıqa ziyan vurulmuşdu. Bu barədə FHN-nə və Ekologiya və təbii sərvatlər nazirliyinin qaynar xəttinə müraciət etmişəm. Bundan sonra tikintinti dayandırıldı. Amma xeyir biz elə sanmışıq. Obyektin tikintisi davam etdirilmişdi. Sizə təqdim etdiyimiz fotolarda yay aylarında ətrafda ağacların olduğu açıq şəkildə görsənir. icra hakimiyyətinin rəsmi fesybuk hesabı ilə verilmiş cavabda obyektin fəaliyyətinin dayandırıldığı bildirlsədə indi sizə təqdim etdiyimiz fotolarda ərazidə tikibtinin aparıldığı açıq aşkar görsənir. Bizə maraqlı olan məsələ isə budur ki, şəhərdə hansısa bir şəxs ailəsinə bir tikə çörək aparmaq üçün nəisə bir şey satmaq istəyən zaman anında vətəndaşın başının üstünü kəsən Mingəçevir şəhər icra hakimiyyəti başçısının 2 sahə inzibati ərazi dairə üzrə nümayəndəliyi nə üçün təxmini 600 kv-lik bir obyektin tikintisinin aparıldığını görməmişdi? Bəlkədə görməməsi üçün nələrsə mane olmuşdu?
Məsələ ilə bağlı Mingəçevir şəhər İcra Hakimiyyəti açıqlama verərək bildirmişdi ki, şəhər icra hakimiyyətinin Memarlıq və Tikinti şöbəsindən verilən məlumata əsasən Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 2 nömrəli Səhə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 01.08.2023-cü il tarixdə Yaşar Muradov küçəsi 64A ünvanında aparılan qanunsuz tikinti-quraşdırma işləri aşkarlanaraq sahibkar Əzizov Osman Əziz oğluna tikintinin dayandırılması ilə bağlı rəsmi xəbərdarlıq verilmişdir. Amma bundan sonra “Osmanbəyli” MMC-nin sahibi Osman Əzizov tərəfindən verilən açıqlamada obyektin sənədlərinin qaydasında olduğunu bildirilmişdi. Cənab İcra başçısı ikili iş gördüyünüzü özünüz və ya sizə yaxınlığı ilə bilinən Osman Əzizov tərəfindən verilən açıqlamada aydın görünür. Sizin rəhbərlik etdiyiniz qurum bildirir ki, aparılan qanusuz tikili dayandırılmışdı. “Osmanbəyli” MMC-nin sahibi Osman Əzizov isə verdiyi açıqlamada Yaşar Muradov 64a ünvanında ona məxsus olan ərazidə aparılan tikinti ərazsinin sənədlarinin qaydasında olduğunu bildirmişdi. Necə olur ki, sənədləri qaydasında olan bir tikintini dayandırsınız? Yox əgər tikintinin sənədləri qaydasında deyilsə necə olur ki, Osman Əzizov sənədlərinin qaydasında olduğunu bildirir?
Ardını oxu...
Əlavə olaraq onu da bildirək ki, Mingəçevir şəhər icra hakimyyətinin rəsmi feysbuk hesabından bildirilir ki, 01.08.2023-cü il tarixdə Yaşar Muradov küçəsi 64A ünvanında aparılan qanunsuz tikinti-quraşdırma işləri aşkarlanaraq sahibkar Əzizov Osman Əziz oğluna tikintinin dayandırılması ilə bağlı rəsmi xəbərdarlıq verilmişdir.
Çox hörmətli İlham İsmayılov aşağıda qeyd etdiyimiz fotolar sizin dırnaqarası tikintinin dayandırdığınız tarixə aiddi..
Ardını oxu...
Bunlar isə 24.01.204-cü il tarixinə aiddi. İndi görək nə kimi bir absurd bir açıqlama verəcəksiniz? Açıqlamanızda bildirmisiniz ki, Səkinə Əliyev yalan deyir. Bəs bu fotolarla sizin yalan dediyinizi sübut etmir?
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

 
      
Ardını oxu...
Qazax rayon Müalicə Diaqnostika Mərkəzində xəstəxananın istilik sistemi işləmir.

32gun.az-a daxil olan məlumata görə, xəstəxanada çalışan Afiq adlı şəxs xəstəxanada işləyən həkimlərin otağına daxil olub və otaqda olan elektrik enerjisi ilə işləyən "qızdırıcı sobaları" yığışdıraraq başqa bir otağa qoyaraq otağın qapısını bağlayıb.

Verilən məlumata görə, həmin xəstəxanada istilik sistemi olan "kondisioner" işləmir. Elə ona görə də orada çalışan işçilər (həkimlər) qızdırıcı sobadan istifadə etmək məcburiyyətində qalıb.

Əlavə onu da qeyd edək ki, Milyonlarla pul xərclənən Qazax Müalicə Diaqnostika Mərkəzinin binası çox keçmədən yarasız hala düşüb. Şəkildən də gördündüyü kimi yaxın bir nəçə il bundan əvvəl tikilib istifadəyə verilmiş olan və dəyəri milyonlarla ölçülən Diaqnostika Mərkəzi çox keçmədən bərbad vəziyyətə düşüb.

Bu gün sağlamlığımızı etibar etdiyimiz həkimlərin görünür ki, özlərinin sağlam yaşaması üçün,yaxşı şəraitdə işləməsinə böyük ehtiyac var.

Qışın bu şaxtalı çağında xəstəxananın istilik sisteminin işləməməsi sözün əsl mənasında biabırçılıqdır!

Qazax rayon Mərkəzi Xəstəxanasının Direktoru Sevda Məmmədova bu barədə nə düşünür görəsən?

Öz otağının isti olması və kreslosu rahat olan Sevda xanım, deyəsən ətrafına nəzər yetirmək, onların problemləri ilə maraqlanmaq ağlının belə ucundan keçmir?! Əsas odur "müdür"ün yeri rahat olsun,digərləri soyuqdan donsa da olar.

Digər biabırçı vəziyyət isə Diaqnostika Mərkəzinin sanuzel və sanitar qovşağından bağlıdır. Görüntülərdən də aydın olur ki, Sistem Dağılıb su öz-özünə yerə dağılıb.

Hörmətli TƏBİB! Qazax Müalicə Diaqnostika Mərkəzində istilik sistemi işləmir, bəs siz bu barədə nə düşünürsüz??
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
Ardını oxu...
Əsabil Qasımov NƏ İSTƏDİYİNİ EDİR... - FOTO, VİDEO
Tarix: Bu gün, 16:26 | Çap et | Redaktə et
Əsabil Qasımov NƏ İSTƏDİYİNİ EDİR...
Bu günlərdə “Dəryaz” qəzeti redaksiyasına daxil olmuş məlumata görə, “un kralı” kimi tanınan biznesmen — eks deputat Əsabil Qasımova məxsus “İnvest M. Construction” MMC tikinti şirkəti Nəsimi rayonunun köhnə İcra Hakimiyyəti binasının arxa tərəfindəki 100-dən artıq çoxillik ağacı kökündən çıxararaq məhv edib. Bildirilir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Ərazi Ekologiya İdarəsi və Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi müvafiq icazə olmadan məhv edilmiş 37 ağac üçün 234000 (iki yüz otuz dörd min) manat məbləğdə cərimə protokolu tətbiq etmiş, cərimə məhkəmə qaydasında tikinti şirkətinə ödətdirilmişdir. Qalan 500-dən çox ağac isə hər gün su və başqa maye töküılməklə qurudularaq məhv edilib, kökündən çıxarılıb atılıb.
Məsələ ilə bağlı Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərovla telefon əlaqəsi saxlayıb hansı işlər görüldüyünü soruşduq. Agentliyin rəhbəri bildirdi ki, «Bu layihə qiymətləndirilməyib, nərəy veriməyib, çoxlu ağac olduğuna görə.
Nazirliyin ETX-i sənədləşdirmə aparıb və Baş prokurorluğa göndərib.
Daha dürüst məlumatı onlardan əldə edin».
Ağacların məhv edildiyi ünvana gedib çəkiliş aparmaq istəyəndə icra olunan tikinti işlərinə nəzarət edən Şahin adlı şəxs özünün qoçu dəstəsi ilə qarşımızı kəsdi və əda ilə yaxınlıqdakı polis işçilərinə qışqıraraq əmr verdi: “Davay, bunları çıxarın burdan!”

Çox güman ki, peşə fəaliyyətimizə mane olan həmin şəxs “İnvest M. Construction” MMC tikinti şirkətinin icraçı direktoru, Əsabil Qasımovun qardaşı oğlu Şahin Qasımov idi. Yeri gəlmişkən, bir ay əvvəl şirkətin Nəsimi rayonu, Mirqasımov 4 ünvanda yaşayan yüzlərlə sakinin mülkiyyət hüququnu pozması, hətta məhkəmə qərarını belə saya almadığı barədə mediada tənqidi məqalələr dərc olunub

Görün, oliqarx eks deputatın qoçuların qudurğanlığı hansı həddə çatıb ki, onlar sanki polisi özlərinin dəyənəyi hesab edirlər.

Müşahidələr, bu mövzuda qələmə alınan tənqidi məqalələrdən çıxarılan ümumiləşdirilmiş qənaət göstərir ki, Əsabil Qasımova məxsus tikinti şirkətləri tərəfındən yaşıllıqların qanunsuz götürüldüyü aşkarlananda inzibati orqanlar hər vəchlə çalışırlar ki, şirkətlərin yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.08.2016-cı il tarixli 321 saylı qərarının tələblərini pozduqları qeydə alınsın ki, bu da onların barəsində yalnız inzibati cəza tətbiqini nəzərdə tutur. Adətən “ağaclarm kök qalıqlarının və gövdələrinin ərazidə müəyyən edilmədiyi, həmin ağaclarm diametrlərinin ölçülüb qiymətləndirilməsinin mümkün olmaması» əsas götürülərək, ağaclarm götürülməsində Cinayət Məcəlləsinin 259-cu maddəsində nəzərdə tutulan cinayətin əlamətlərinin mövcud olub-olmaması müəyyən edilməsi mümkünsüz hesab olunur. Bu səbəbdən şirkətlər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilir. Halbuki, Cinayət Məcəlləsinin 259-cu maddəsində meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kollarm və ya digər yaşıllıqlarm, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqlarm qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda cinayət məsuliyyətinə səbəb olur. Yuxarıda qeyd etdiyimiz kimi, kəsilən ağacların sayının, kəsilmə tarixinin, diametrlərinin (kök boğazının ölçüləri) qeyri-müəyyən olması dövlətə hansı məbləğdə ziyan vurulmasını müəyyən etməyə mane olur, o üzdən toplanmış araşdırma materialı üzrə cinayət işinin başlanması rədd edilir. Bir sözlə, hər vəchlə çalışırlar ki, qanunsuz götürülən ağacların, yaşıllıqların həcmini cinayət tərkibi yaradacaq qədər, yəni yaşıllığa vurulan ziyanı külli miqdarda göstərməsinlər, Cinayət Məcəlləsinin 259-cu maddəsində nəzərdə tutulan cinayətin əlamətləri müəyyən edilməsin. Əks təqdirdə həmin faktla bağlı Cinayət Məcəlləsinin 259.2.3 (qanunsuz ağac kəsmə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə), 259.2.4 (qanunsuz ağac kəsmə, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılmalıydı. Razılaşın ki, hüquq-mühafizə və cinayət təqibi orqanları heç kəsə belə iltifatı quru “sağ ola” göstərmirlər. Bakı şəhəri, Nəsimi rayonu Akademik Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində yaşayan sakinlər bir tikinti şirkətinin onların gününü «göy əsgiyə bükməsindən” şikayətçidir.

Sakinlər bildirirlər ki, hələ sovetlər vaxtından paytaxtın «Yaşıl vadi” adlanan məhəlləsində 5-6 ay öncəyədək firavan yaşasalar da, onların dincliyini «İnvest M. Construction” adlı tikinti şirkəti pozmaqda davam edir.
Mirqasımov 4 ünvanda yaşayan narazı sakinlərin dediyinə görə, “İnvest M. Construction” MMC-nin icraçı direktorlarə Mahir Mirzoyev və Şahin Qasımovdur. Və sakinlərlə danışığşı şirkət adından bu iki şəxs aparır.

Yəqin ki, Şahin Qasımovun kimliyi bəlli oldu. O, məşhur biznesmen, sabiq deputat Əsabil Qasımovun qardaşı oğludur.

Yeri gəlmişkən, Bakının tikintti sarıdan ən problemli rayonları olan olan Nəsimi, Nərimanov, Yasamal rayonlarında tikintiyə Əsabil Qasımovun qardaşı oğlanları nəzarət edir.

Nəsimidə Şahin Qasımov, Yasamalda Elvin Qasımov ( “Bizim Ev” MTK), Nərimanovda başqa bir qardaşı oğlu….

Fikir verdinizmi, Qasımovlar az qala Bakını zəbt edib.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Mövzunu davam etdirəcəyik
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Deryaz.az
 
Ardını oxu...
"DogruXeber.az" xəbər verir ki, hər gün olduğu kimi, bu gün də dövlət satınalma portalında 10-larla tender müqaviləsi barəsində məlumat yer alıb və onlardan bir neçəsinin - Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Üzrə Dövlət Agentliyi ilə "Deepfive" MMC, Bakı Sağlamlıq Mərkəzi ilə"Kommunal Xidmətlər Müəssisəsi" MMC və "Y.A.P.D."MMC arasında, Maliyyə Nazirliyi Yanında Maliyyə Elm-Tədris Mərkəzi ilə "tender fəalı" "Sınam" MMC arasında, "Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanası" Publik Hüquqi Şəxsi ilə "Azərbaycan Metrologiya İnstitutu " Publik Hüquqi Şəxsi arasında , "Masallı Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsi, "Cəlilabad rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsi və "Şirvan Şəhər Mərkəzi Xəstəxanası " Publik Hüquqi Şəxsi ilə "Frekans Construction and Energy Company" MMC arasında bağlanan müqavilələr və digər bağlanan bir çox müqavilələr barəsində ətraflı məlumat bölməsi ümumiyyətlə boş saxlanılıb ki, bu da toplumda milyonlarla manat məbləğin taleyinin sual altında olmasının göstəricisidir.

Bağlanan müqavilələr arasında daha çox diqqət cəlb edən bir gündə 3 rayonun mərkəzi xəstəxanası ilə müxtəlif məbləğlərdə - "Masallı rayon Mərkəzi Xəstəxanası" Publik hüquqi şəxsi ilə "əsas fondlara xidmət haqqı" üçün 10.761,6 (on min yeddi yüz altmış bir, altmış) AZN, 3 mərtəbəli "Cəlilabad Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsi ilə "Liftlərə servis xidmətinin satınalınması" üçün 16.299, 58 (on altı min iki yüz doxsan doqquz, əlli səkkiz) AZN, 4 mərtəbəli "Şirvan Şəhər Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsi ilə isə "liftlərə aylıq servis xidməti" üçün isə 7.788 (yeddi min yeddi yüz səksən səkkiz) manat məbləğin xərclənəcəyi qeyd olunub.

Qeyd edək ki, "servis" sözü Azərbaycan dilinə tərcümədə "xidmət" deməkdir. Maraqlıdır ki, yeni direktorunu təzəcə qarşılamış Şirvan şəhər mərkəzi xəstəxanasının, haqqındakı məlumatlar "sirr saxlanılan" tender müqaviləsində xidmətin adında "servis xidməti" sözü yer alır. Üstəlik də, bir gündə 3 xəstəxananın güya elan etdiyi tenderlərin hamısının "qalibi olan" və bunlardan ikisi barəsindəki məlumatları ictimaiyyətdən "gizlədən" "Frekans Construction and Energy Company" MMC -nin nə fəaliyyəti barəsində, nə şirkətin özü haqqında internet üzərindən heç bir məlumat tapa bilmədik.

Nizamnamə kapitalı cəmi 10 manat olan bu MMC 2009-cu ildə yaranıb. Əvvəlki hüquqi ünvanı Yasamal rayonu Ələsgər Ələkbərov küçəsi ev 93 olub, hüquqi şəxs Ömərov Qüdrət Bayram oğlu rəhbərliyi ilə 2023-cü ilin noyabr ayına qədər "Şəhərgah" MMC adı ilə, 2023-cü ilin noyabr ayından isə dəyişdirilərək, adı "Frekans Construction and Energy Company" MMC olub, hüquqi ünvanı Xətai rayonu Məhəmməd Hadi küçəsi ev 23 m, 137, hüquqi şəxs isə Məsimov Adil Bəhlul oğlu olub.

Hüquqi şəxslərin də hər ikisi barəsində heç bir məlumata rast gəlmədik. Lakin, internet üzərindən haqqında heç bir məlumatın olmadığı bu MMC-nin adı isə yarandığı vaxtdan bu vaxta qədər yalnız yüzlərlə müxtəlif tenderlərin qalibi kimi satınalma portalında tez-tez qeyd olunub.

Yeri gəlmişkən, biz bu barədə məlumat almaq üçün adları çəkilən xəstəxanaların üçünün də xidmət nömrələri ilə əlaqə saxlamağa çalışdıq, dəstəyi qaldıran olmadı.

Xatırladaq ki, "Şirvan şəhər Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsinin direktoru Pərviz Rüstəmbəyov 3 avqust 2023-cü il tarixində bu vəzifəyə təyinat alıb. Təyinata qədər isə TƏBİB -in ixtisaslı tibbi yardım departamentində ixtisaslaşmış tibbi yardım xidmətinin təşkili şöbəsinin baş mütəxəssisi vəzifəsində çalışıb.

"DogruXeber.az"
 
Ardını oxu...
Bu günlərdə ölkənin ən qocaman və nüfuzlu ali məktəbi olan Bakı Dövlət Universiteti haqda iki xəbər yayıldı: birinci informasiyada deyilirdi ki, 2024-cü il üçün BDU-nun tədris və inzibati binalarının, eləcə də ərazilərin mühafizəsi üçün “Gesco” ASC-yə 717 min 274 manat ayrılıb. İkinci məlumatda isə bildirilirdi ki, universitetdə yeni tikiləcək qazanxana üçün “A.E.S – Trading” MMC -yə 2 milyon, 498 min manat ödəniləcək. Çox qəribədir ki, mühafizə üçün ötən illə müqayisədə eyni şirkətə 200 min manat artıq ödənilib. Habelə, qazanxana tenderinin maliyyə pozuntusuna görə məhkəmə tərəfindən cərimələnən həmin şirkətə yeni vəsait verilməsi kifayət qədər ciddi suallar yaradır. Necə ki, yeni təmirdən çıxmış I korpusda və ötən il istiliyi üçün 78 min manat pul xərclənmiş II korpusda qış aylarında istiliyin olmaması da suallar doğurur: maxinasiyadırmı, korrupsiyadırmı?
Heç şübhəsiz ki, bu faktlar və detallar, sual doğuran məqamlar həm də BDU rektoru Elçin Babayevin fəaliyyətini gözlər önünə sərir. 2019-cu ilin martında nisbətən gənc, müasir düşüncəli və xarizmatik təəssürat yaradan Elçin Babayevin Bakı Dövlət Universitetinə rektor təyin edilməsi çoxlarını sevindirmiş və böyük ümidlər yaratmışdı. Bəs, ötən 5 il ərzində gənc rektor nə ilə yadda qaldı? Bununla bağlı cumhuriyyet.az olaraq bildirək ki, Elçin Babayev universitetin yeməkxanasını Bakının ən bahalı məkanlarından biri olan “Demirchi Tower”dəki “Gate 25” restoranının sahibi Eldar Daşdıyevə icarəyə verib. BDU-da ümumi şöbənin müdiri olan Ləman Hüseynbəyli ilə birgə tez-tez getdikləri həmin restoranın sahibi də universitetdə şəxsi hesabından etdiyi təmir işlərinin pulunu tələbələrdən çıxarmaqdadır.
Daha sonra rektor bacısının həyat yoldaşı, indiyədək Naxçıvan aeroportunda polis nəfəri kimi çalışan, davranışları heç də xoş təəssürat yaratmayan Fikrət Heydərov kimi adamı özünə müşavir gətirib. Ömründə təhsil müəssisəsində heç tələbə kimi də olmayan bu adam elə bilir ki, tələbə qızlar buna görə belə səliqəli geyinirlər. Heydərovdan başqa heç bir rəhbər işçinin kabinetində divan olmaması da müəmmalı məsələdir. Bəlkə bu davranış da iki dəfə həyat yoldaşını boşayan rektordan götürülən nümunədir?! Adamın Allahı var, Fikrət Heydərov tək deyil ki, adam “lənət şeytana” deyib sakitcə gözləsin. Araşdırmalara əısasən cumhuriyyet.az bildirir ki, bu bir il ərzində Elçin Babayevin BDU rəhbərliyinə gətirdiyi kadrların heç birinin elmi dərəcəsi, elmi adı, təhsillə əlaqəsi yoxdur. Bu akademiklərin, professorların “can qoyduğu” elm-təhsil məbədgahının günahı nədir ki, ona “alayarımçıq” ali təhsil diplomu olan, ya olmayan Fikrət Heydərov(polis işçisi), Əliş Ağamirzəyev (özəl nəşriyyat əməkdaşı), Mirzə Mirzəyev(Qaradağ rayon Maliyyə İdarəsinin rəisi) , Elçin Məmmədov (Metropoliten əməkdaşı), Rəşad Cabbarov(Azərseldə telefon meneceri), Ləman Hüseynbəyli (Elm fondunda mütəxəssis) kimi adamlar rəhbərlik etsinlər? Demə, günah Universitet ziyalılarında deyilmiş, hörmətli rekrtorun özü “kandidat nauk” olduğu üçün ətrafına özündən əskikləri toplayır ki, “hündür” görsənsin. 100 il bundan əvvəl Universitet yarananda ona rektorluq etməyə Rusiyadan professor Razumovskini gətirmişdilər ki, belə müəssisənin rəhbəri sanballı adam olmalıdır. Tariximizin ən çətin məqamlarında, alimlərin barmaqla sayıldığı illərdə Yusif Məmmədəliyev, Abdulla Qarayev, Şəfayət Mehdiyev, Cəfər Xəndan kimi akademiklərin, professorların rektorluq etdiyi bir məbədgaha XXI əsrdə elmlər namizədi rəhbərlik etməlidir? Elmlər namizədi akademikləri, professorları qabağına yığıb onlara elmdən, təhsildən dərs deməlidir, onları öyrətməlidir?
30 il Akademiya sistemində işləyən və hələ də doktorluq dissertasiyası müdafiə edə bilməyən, cəmi 7 nəfərlə fəaliyyət göstərən Elm fondunu – o Elm fondu 10 il ərzində Dövlət büdcəsinin 70 milyon manat pulunu “xərcləyib”, ancaq nə həyata keçirilən bir elmi layihə var, nə istehsalatda tətbiq edilən bir təklif – nəzərə almasaq indiyədək heç bir quruma rəhbərlik etməyən bir adamın 100 yaşlı, 25 minlik bir kollektivə rəhbərliyi elə belə də olmalıydı.

 
Ardını oxu...
Azərbaycan Dövlət Dəniz Akademiyası Publik Hüquqi Şəxsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Qüdrət 055” MMC adlı şirkət olub. Bu barədə məlumat dövlət satınalmalarının vahid internet portalında yerləşdirilib. Məlumatda bildirilir ki, Dövlət Dəniz Akademiyası iaşə xidmətinin satınalınması məqəsdiylə “Qüdrət 055” MMC-yə 557 min 500 manat ödəyəcək.

Tender müsabiqəsinin şərtlərinə görə, qalib şirkət Dövlət Dəniz Akademiyasının sifarişi ilə 25 min nəfər üçün səhər, 100 min nəfər üçün isə nahar yeməyi təqdim edəcək. Müsabiqə ilə bağlı diqqət çəkən məqamlardan biri odur ki, dövlət satınalmalarının vahid internet portalında adı keçən “Qüdrət 055” MMC barəsində Vergilər Xidmətinin reyesterində heç bir məlumat mövcud deyil. Hal-hazırda dövlət qeydiyyatında “Qüdrət 055” MMC adlı şirkət yoxdur.
Ardını oxu...
“Qüdrət 055” MMC adlı şirkət 17 sentyabr 2018-ci il tarixində qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Binəqədi rayonu, Biləcəri ŞTQ, Ordubadi ev 9V-də yerləşib. Daha sonra (2021-ci ilin fevral ayından əvvəl) şirkətin adı dəyişdirilərək “Doydum Catering” MMC olub. Maraqlı haldır ki, 3 il əvvəl adı dəyişdirilən şirkət 557,5 min manatlıq tender müsabiqəsində mövcud olmayan ad altında iştirak edib və qalib olub.

Başqa bir maraqlı məqam isə odur ki, “Doydum Catering” MMC-nin rəsmi saytında şirkətin 1994-cü ildə təsis olunduğu qeyd edilib. Onu da bildirək ki, tenderi keçirən Dövlət Dəniz Akademiyasının rektoru sabiq kənd təsərrüfatı naziri və Hesablama Palatasının keçmiş sədri Heydər Əsədovdur.

Onu da qeyd edək ki, ötən ilin dekabr ayına olan məlumata görə Qida Təhlükəsizliyi Agentliyi “Doydum Catering” MMC –nin qida təhlükəsizliyi qeydiyyatından imtina edib. Səbəb kimi sahibkarlıq subyektində müvafiq sanitar norma və qaydaların tələblərinə əməl etmədiyi göstərilib./Yeniavaz.com
 

Dünyapress TV

Xəbər lenti