Ardını oxu...
18 fevral 2022 – ci ildə Prezidentin sərəncamı Coşqun Adil oğlu Cəbrayılov Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Qeyd edək ki, C.Cəbrayılov bu vəzifəyə təyin olunana qədər Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri olub. O, bu vəzifəyə 2018-ci ilin sentyabrında təyin olunmuşdu.
Coşqun Cəbrayılov daha əvvəl isə Səbail Rayon İcra Hakimiyyətində və Sumqayıt Şəhər İcra Hakimiyyətində Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışıb.
Reallıq.tv-yə daxil olan məlumatda qeyd olunur ki, Coşqun Cəbrayılov ötən müddətdə icra başçısı kimi ümidləri doğrultmayıb. İcra başçısı ayda bir dəfə səyyar görüşlər təşkil etmək adı ilə “JEK” işçilərini icra hakimiyyətinin zalına toplayaraq şəkillər çəkməklə işini yekunlaşdırmış hesab edir.

Nizami rayonunda qalaq-qalaq yığılan problemlərin həllində maraqlı görünməyən Cəbrayılovun qəbuluna düşmək çətin vəzifəyə çevrilib. Coşqun Cəbrayılovun vətəndaşları qəbul etməməsi ciddi narazılıq yaratdığı bir zamanda özünə ev tikmək istəyən vətəndaşlardan qanunsuz tələbdə bulunması etirazlara səbəb olub. Nizami rayonunda özünə ev tikmək istəyən vətəndaşlar icra başçısının haqqını vermədən daşı daş üstə qoya bilməzlər. Bu qanunsuz tələb tikintinin mərtəbəsi və otaqların sayına uyğun olaraq müəyyən edilir. Redaksiyamıza müraciət edən vətəndaş Asif Əliyev bildirir ki, o, qanuni torpağında birmərtəbəli ev tikmək üçün 8 min manat rüşvət verməli olub.
Reallıq.TV-yə daxil olan məlumatda o da qeyd olunur ki, Coşqun Cəbrayılov istəklərini yerinə yetirməyən vətəndaşları qanunsuz yollarla susdurur. Onun idarəetmə üsulu hazırda Bakının Nizami rayonunda böyük narazılığa səbəb olub. İcra başçısı obyekt sahiblərini də öz qanunsuz tələblərinə uyğun cəzalandıra bilir.
Rayonda yerləşən park və istirahət yerlərini biznes ocağına çevirən icra başçısının qanunsuz əməllərindən bəhs edən ərizələrdə qeyd olunan faktlar hazırda Reallıq.tv əməkdaşları tərəfindən araşdırılır. Qısa zamanda bu barədə ətraflı məlumat verəcəyik.

 
Ardını oxu...
Qızılca peyvəndi izləyici yazır" Medera klinikasinda çəkilib. Deməli üzünü bağladığım uşaq mənim qızımdı. Yalannan iynə vurur iluziyasını yaradan isə Pediator DR. Nərmin Məmmədovadır.
Ölkəmizdə qızılça xəstəliyinin bu dərəcə pis yayıldığı dövürdə bu pediatər fürsətçilik edir. Deməli menim 2 övladım var və hər ikisi üçün 155 manatdan vaksin üçün + 50 manatdanda həkim müayınəsi üçün ödəmişəm (Toplam 410 manat). Tam şans əsəri olaraq yoldaşım qızıma iynə vurulma anını kadra alıb ( təbiiki həkimdən icazə alinib) və mənə göndərib ki “atası bax qızın iynədən qorxmur”. Video görüntünü daha dəqiq incələdikdə bəlli olur ki həkim Nərmin Məmmədova iynənin içinə hansısa mayəni doldurur uşaqın qoluna yaxınlaşdırır, vurmur və sonram isə kuşetkaya boşaldır.
TEREF yazır ki bunu sosial şəbəkə fəali Cavid Dəmirli öz səhifəsində yazır. Daha sonra Cavid bəy yazır:
Bu adam məlumat yaymışdır ki bunda Belçika istehsalı olan GSK Priorix vaksini var. Ama belə görsənir ki yox imiş və Nərmin həkim valideynlərdən pul yığıb sadəcə illuziya yaradıb.
Dəhşətdir!!!
Bu Nərmin xanım haqqında sizin fikirlərinizi bilmək maraqlı olardı. Bu əxlaqsız küçə qadını insan taleyi ilə oynayır.. Bu klinikanın vicdansız rəhbərliyi də məsuliyyətə cəlb edilməlidir.
Cavid Dəmirli
TEREF: Xocanın Blogu
 
 
Ardını oxu...
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sabiq sədri Ramin Bayramlı yeni şirkətlər yaradıb.

Həmin şirkətlər "EPISOM" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 3104592941), "SAĞLAM HƏYAT" MMC (VÖEN: 4400102811) və "ASMEDİCAL" MMC-dir (VÖEN: 1007166811).

"Demokrat.az"ın yaydığı məlumata görə, sözügedən şirkətlər tibbi labaratoriya və diaqnostik xidmətlər sahəsində fəaliyyət göstərir və TƏBİB-in dövlət xəstəxanalarındakı labaratoyalarının milyonluq işlərini həyata keçirir.

Ramin Bayramlı yaxın adamları hesab olunan Yavər Hacısoy və Taleh Əliyevlə bərabər yaratdıqları "Azərbaycan Klinik Laboratoriya Mütəxəssisləri” İctimai Birliyi vasitəsilə isə yeni təsis etdiyi bu şirkətlərə lobbiçilik edirlər.

Məlumata görə, TƏBİB heç bir tender keçirmədən "EPISOM" MMC və "SAĞLAM HƏYAT" MMC şirkətləri birbaşa müqavilələr bağlayıb.

Sözügesən 2 şirkətin təchizat işlərini isə digər yaradılan "ASMEDİCAL" MMC (bu şirkətin qanuni təmsilçisi Ramin Bayramlının yaxını Yavər Hacısoyun qardaşı Qədim Hacıyevdir) vasitəsilə görülür.
Ardını oxu...
TƏBİB rəhbəri Vüqar Qurbanov əsas vəzifəsi olan dövlət xəstəxanalarının işini təmin etmək əvəzinə, o, ölkə üzrə bütün dövlət xəstəxanalarının labaratoriyalarını və digər diaqnostik xidmətlərini heç bir hüquqi əsası olmadan və tender təşkil etmədən birbaşa müqavilələr bağlamaqla özünə yaxın olan şirkətlərə həvalə etmişdi.

Bu şirkətlərin başında Vüqar Qurbanovun yaxın adamı hesab olunan Xansiyar Babayevin idarə etdiyi "Referans” klinik labaratoriyalar şəbəkəsi gəlir.

Ramin Bayramlı 2019–2021-ci illərdə TƏBİB İdarə Heyətinin sədri vəzifəsində çalışıb.
 

Səhiyyə Nazirliyi Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsədzadənin fəaliyyəti ilə bağlı AzToday.az-a ilginc məlumatlar daxil olub.

Məlumatlarda bildirilir ki, Cəbrayıl Əsədzadə səhiyyənin İKT sahəsində inkişaf etdirmək əvəzinə öz vəzifə səlahiyyətlərindən sui-istifadə edir. Belə ki, tender və digər yollarla mənimsədiyi pullarla aldığı əmlakları xarici şirkətdə işləyən (KCA Deutag) qardaşı Anar Əsədov Tofiq oğlunun və digər yaxın qohumlarının adına keçirməklə saxtakarlıq edir.

Dövlət qurumunu şəxsi şirkətinə çevirmiş Cəbrayıl Əsədzadə oğlu Rüfət Əsədzadəni və başqa qohumlarını Mərkəzin ştatına işə götürdüyü bildirilir.

 
Ardını oxu...Cəbrayıl Əsədzadə və oğlu Rüfət Əsədzadə

İddialara görə, digər işçilərin də yaxın qohumlarını ştata götürməklə maaş kartlarını ələ keçirib ordan pullar mənimsənilir:

“Satınalmalardan “otkat” yolu ilə əldə etdiyi pullar ona kifayət etmədiyi üçün qeyri-rəsmi şəkildə özünə məxsus “çətir şirkət” olan Medsys MMC şirkətini qurub. Saxtakarlıq yolu ilə əldə edəcəyi vəsaitin həqiqi mənbəyini gizlətmək üçün Medsys MMC-şirkətini yaxın əlaqələr qurduğu türk şirkəti olan AKGÜN əmakdaşı Emil Hüseynovun adına qeydiyyatdan keçirib. AKGÜN şirkətinin Azərbaycan nümayəndəliyinində qeyri-rəsmi rəhbəri Cəbrayıl Əsədzadədir. Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi və Medsys MMC-şirkəti arasındakı bütün pul köçürmələri yalnız Cəbrayıl Əsədzadənin nəzarətindədir. Buradan da aydın olur ki, rəsmi olaraq direktor olduğu Mərkəzin pullarını qeyri-rəsmi rəhbər olduğu Medsys MMC şirkətin hesabına köçürür.

Aşağıdakı məlumatlara nəzər yetirsəz görərsiz ki, AKGÜN və Medsys şirkətin veb saytında yerləşdiyi ünvan, Plaza, mərtəbə və telefon nömrəsi eynidir.

Medsys ünvanı:
https://www.medsys.az/support
Telefon: +994552315007
email: office@medsys.az
Ünvan: Əhməd Rəcəbli 1 küç., 8., Adore Plaza (4-cü mərtəbə)

AKGÜN Azərbaycan ofisinin ünvanı:
https://www.akgunyazilim.com.tr/en/iletisim/ofisler
Azerbaijan
Narimanov, Ahmad Rajabli 1st Street 8 Adore Plaza / 4rd Floor
BAKU / AZERBAIJAN
Your Phone Number: +994 55 231 50 00 +994 55 231 50 07
Fax: +99 412 310 03 48
Ardını oxu...

Ardını oxu...
MEDSYS MMC şirkətinin Cəbrayıl Əsədzadənin qeyri rəsmi olaraq öz adına olduğunu medsys.az domeninin məlumatlarında da əksini tapıb. Domendə elektron poçt adı və ünvan Əsədzadələrə aiddir.

Email: ajabrail@gmail.com
Voice phone: +994.552315007
Street addr: Narimanov rayonu,Qarabag,ev8,m.105

“MEDSYS” MMC-nin VÖEN-i 1504329251 Cəbrayıl Əsədzadənin qeydiyyatda olduğu ünvan(Nərimanov rayonu,Qarabağ küç,ev8,m.105) göstərilmişdir.
Ardını oxu...
Bu arada qeyd edək ki, bir-neçə gün əvvəl domen məlumatlarına dəyişiklik edilərək, elektron poçt və ünvan gizlədilib.

Məlumatda daha sonra bildirilir ki, müxtəlif adlar altında fəaliyyət göstərən şirkətlər dövlət tenderləri və kotirovka sorğuları zamanı öz aralarında süni rəqabət təşkil edərək yalnız N-Link MMC, Halal-P MMC və.s şirkətlərin qalib gəlməsini Cəbrayıl Əsədzadə özü şəxsən təşkil edir. Tenderdə qalib gəlmiş şirkətlər üzərindən küllü miqdarda “otkat” götürülür. Demək olar ki SİM PHŞ uzun illər iş gördüyü digər şirkətlərlədə bağladığı müqavilələrin hamısından “otkat” dediyimiz yolla pullar əldə etmişdir. Onlardan bəzilərini nəzərinizə çatdırmaq istəyirəm.
N-Link MMC şirkəti SİM PHŞ üçün proqram təminatları üzrə texniki dəstək adı altında bağlanmış müqavilə əsasında rəsmi olaraq işlər görür kimi göstərilir, əslində isə həmin proqramlar SİM PHŞ-nin ştatında olan əməkdaşlar tərəfindən yazılır və hazırda da əməkdaşlar tərəfindəndə texniki dəstək göstərilir. N-Link MMC bu prosesdə yalnız pulu qəbul edir və nəğdləşmiş formada rəhbərliyə qaytarır.

Saxta təhvil-təslim aktları imzalanmış N-Link MMC-nin texniki dəstək verdiyi proqram təminatlarının adları aşağıdakı kimidir.

1. Vahid Səhiyyə İnformasiya Sistemi
2. Sertifikasiya Mərkəzinin proqramı
3. Vətəndaşların Elektron Sağlamlıq Kartı Sistemi
4. Kadrların avtomatlaşdırılması uçot sistemini

Halal-P MMC-dən alınan Tibbi müayinə kartları və digər mallar nəzərdə tutulmuş illik tələbdən dəfələrlə çox alınır və ya sayı çox göstərilməklə alınmış kimi göstərilir. Kartların tələbdən çox alınmasında məqsəd şirkətdən daha çox “otkat” götürməkdir.

AzToday.az Cəbrayıl Əsədzadənin fəaliyyəti ilə bağlı yayılmış məlumatları dəqiqləşdirmək məqsədi ilə Səhiyyə Nazirliyinə sorğu ünvanlayıb. Nazirlik hələlik sorğuya cavab verməyib. Səhiyyə Nazirliyinin və Cəbrayıl Əsədzadənin mövqeyini də işıqlandırmağa hazırıq.

Orxan Məmmədli

AzToday.az

Ardını oxu...
Lənkəranda fermerlərə çəltik əkməyə icazə verilmir.

Qaynarinfo-ya daxil olan məlumata görə, səbəb Lənkəranın icra başçısı Taleh Qaraşovun oğlu Samir Qaraşovun bu sahəni inhisara alması ilə bağlıdır.

Bildirilir ki, Samir Qaraşovun rəhbəri olduğu "Green East" MMC-nin Girdəni, Göyşaban, Veravul, Ürgə, Hirkan, Xolmili, Şıxəkəran, Siyavar, Separadi və digər yaşayış məntəqələrinə yaxın ərazilərdə çəltik sahələri var. Həmin sahələrdən əldə edilən məhsul "Avanqard", "Haşimi", "Okean", "Besta", "Meko", "Qara düyü" adları altında satılır.

İddialara görə, şirkətə məxsus çəltik sahələri 800 hektardan çoxdur.

"Green East" MMC-nin düyü biznesi ilə məşğul olmasından dolayı şirkətə məxsus çəltik sahələrinə yaxın kəndlərdə bu bitikinin əkilməsinə icazə verilmir. Yalnız şirkətin maraqlarını təmin edən fermerlərin bu işlə məşğul olmasına şərait yaradılır.

Məlumat üçün deyək ki, dünyanın ekoloji cəhətdən ən təmiz düyüləri sırasıda yer alan Lənkəran düyüsü "Made in Azerbaijan" brendi altında yerli və xarici bazarlarda satılır.

Apardığımız araşdırmaya görə, "Green East" MMC 7 aprel 2017-ci ildə Bakı şəhəri Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, ev 61-də qeydiyya alınıb. Qaraşov Samir Taleh oğlu isə MMC-nin ilk qanuni təmsilçisi və böyük payçısı olub.

30 sentyabr 2019-cu ildə şirkətin hüquqi ünvanı və təmsilçisi dəyişib. Hazırda şirkət Lənkəran rayonu, Velədi kəndində qeydiyyatdadır. 5 dekabr 2022-ci ildə Samir Qaraşov Zeynalov Teymur Nazim oğlu ilə əvəzlənib.

"Green East” MMC-nin istehsal etdiyi düyü "Veravul”, "Girdəni”, "Green East" və digər markalarla satışa çıxarılır.

Ardını oxu...
Teymur Zeynalov Lənkəranda düyü istehsalı ilə məşğul olan "Cənub Aqro" MMC-nin də qanuni təmsilçisidir. Güman edilir ki, bu şirkət də Qaraşovların nəzarətindədir.

Ardını oxu...
Xatırladaq ki, Samir Qaraşov 2022-ci ilə kimi Fövqəladə Hallar Nazirliyinin (FHN) Nəzarət-Təftiş İdarəsinin rəis müavini vəzifəsində çalışıb. Aydın olur ki, Samir Qaraşov məmur olmasına rəğmən biznes fəaliyyəti ilə mışğul olub. Halbuki, Azərbaycan qanunvericiliyi bunu qadağan edir.

Qaynarinfo bu iddialarla bağlı Lənkəran Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışıb. Lakin qurumdan zənglərimizə cavab verən tapılmayıb.

Qeyd edək ki, Taleh Qaraşov 2012-ci ildən Lənkərana rəhbərlik edir. Onun icra başçısı kimi kareyarsı isə 1996-cı ildən başlayır.
 
Ardını oxu...
"Milla" süd zavodunun istehsal etdiyi südün tərkibinə təhlükəli maddələrin qatdığı bildirilir.

Bu barədə "Arqument.az"a şirkətdə çalışanlar məlumat veriblər.

Bildirilir ki, "Milla" şirkəti südtoplama məntəqələrində əsasən əhalidən yağsız və üzsüz südün toplanmasına üstünlük verir.

Şikayətçilərin dediyinə görə, "Milla" şirkəti bu əməli daha çox Lənkəran rayonunda fəaliyyət göstərən südtoplama məntəqəsində həyata keçirir.

Şirkət əhalidən 30 qəpiyə topladığı üzsüz südün tərkibinə təhlükəli maddələr qataraq südün yağlılığını 2.5 faizə çatdırır.

Məntəqə müdiri Mais Talışxanovun bu əməllərinin isə şirkət rəhbərliyi tərəfindən "ört-basdır" edildiyi bildirilir.

""Milla" şirkətində əhalidən toplanmış üzsüz südə "Sun 17" yağı əlavə edərək südün yağlılığını "Qamogen" deyilən aparatla 2.5 faizə qaldırır", - şikayətçi deyir.

O bildirib ki, dünya stantdarlarına görə, süd qəbulu zamanı "Rozalin"dən istifadə olunmalıdır: "Bu da ona görə edilir ki, südün tərkibində kimyəvi maddələr var, yoxsa yox. Və spirtlə yoxlanılır ki, südün xarab olub-olmadığı aydın olsun. Amma burada südün PH dərəcəsinə baxırlar. Aşağı olanda ona soda və pates kimi kimyəvi maddələr qatırlar ki, PH qaldırılsın. Xahiş edirik ki, komissiya təşkil olunub zavodu yoxlasınlar. Əgər yoxlasalar, dediklərimizə şahid olacaqlar", - şikayətçi vurğulayıb.

Şikayətçilərin sözlərinə görə, hazırda sözügedən südtoplama məntəqəsində süd antisanitar vəziyyətdə toplanılır, məntəqədə südün tərkibi yoxlanılmır: "Çünki heç bir lobaratoriya və antibiotik yoxlayan aparat yoxdur. Südün tərkibi yoxlanılmadan bərbad vəziyyətdə Bakıya göndərilir".

"Milla" şirkətindən məsələyə münasibət öyrənmək mümkan olmayıb.

"Milla" süd zavodu "AZ FP CO” LTD MMC olaraq 2011-ci ildə fəaliyyətə başlayıb.

Zavod gün ərzində 250 ton süd məhsulu istehsal etmək gücünə malikdir.

Şirkətin qeyri-rəsmi fövqəlada hallar naziri Kəmaləddin Heydərova məxsus olduğu bildirilir.
 
Ardını oxu...
Azərbaycanda elm və təhsil sahəsinin inkişafı dövlətin strateji hədəflərindən biri olub. Ulu Öndər heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra məhv edilmiş təhsil sahəsi yenidən nəfəs almağa, dirçəlməyə başladı. Növbəti illərdə Prezident İlham Əliyevin məqsədyünlü siyasəti nəticəsində təhsil sahəsə daha da inkişaf etdirilərək müasir standartlara uyğunlaşdırıldı.

Prezident İlham Əliyevin 2022-ci ilin iyul ayında "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” imzaladığı Fərmanla Təhsil nazirliyinin bazasında Elm və Təhsil nazirliyi yaradıldı.

Prezidentin bu Fərmanı ilə Təhsil sistemində ciddi struktur və kadr dəyişiklikləri başladı.

AzFakt.com xəbər verir ki, dövlət təhsilin inkişafı sahəsində aparıdğı pozitiv siyasəti təəssüflər olsun ki, zamanla adları müxtəlif korrupsiya və digər qaranlıq məsələlərdə hallanan şəxslər öz mənafeləri üçün alət halına çevirdilər.

Təhsil sahəsinə heç bir aidiyyatı olmayan, pedoqoji fəaliyyəti bilinməyən şəxslər təhsil sitemində aparılan kadr islahatlarından yararlanmağa, yüksək vəzifələr tutmağa başladılar.

Təhsildən, pedaqogikadan anlayışları olmayan şəxslər müəmmalı formada təhsil sitemində yüksək vəzifələrə gətirildi.

Belə məmurlardan biri də Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyevdir.

Bəs kimdir Coşqun Əliyev?

Dörd yüzdən artıq təhsil müəssisəsini özündə birləşdirən Quba-Xaçmaz Regional Təhsil İdarəsinin yeni müdiri Coşqun Əliyev təhsil sisteminin rəhbərliyinə kənardan gələn, nağıllarda deyildiyi kimi "hazırca kökə tapan" məmurlardandır.

Adı uzun illərdir ölkə mətbuatında müxtəlif qalmaqallarda, korrupsiya hadisələrinə çəkilib.

Coşqun Əliyevin atası Vidadi Əliyev uzun illər Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfat Departamentində rəis müavini işləyib.

Hacıbala Abutalıbovun dövründən başlayaraq müxtəlif korrupsiya yolu ilə özünə sərmayələr toplayaraq dəyəri milyonlarla ölçülən biznes şəbəkəsi yaradıb.

Coşqun Əliyev də bir müddət Bakı meriyasında işləyən atası Vidadi Əliyevin büdcə pulları hesabına yaratdığı şirkətlərdə çalışıb.

Coşqun Əliyev sonradan Bakı Şəhər icra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

O, bu idarədə çalışarkən Bakı şəhər İcra başçısı Eldar Əzizovun şərikliyi ilə şəhər ərazisində olan parkinqləri ələ keçirib.

Həmin illər ərzində Coşqun Əliyevin rəhbərlik etdiyi İdarə Bakı küçələrindəki parkinqlərdən milyonlarla manat gəlir əldə ediblər. Lakin bu gəlirlərin hamısı dövlət büdcəsindən yayındırılıb.

Sonradan parkinq işini Bakı şəhər icra hakimiyyətindən alınaraq Bakı Nəqliyyat Agentliyinə verilməsi Coşqun Əliyevi və onun himayədarlarını bu sahədən uzaqlaşmağa məcbur etdi.

Əldə etdiyimiz məlumata görə Coşqun Əliyevin Quba-Xaçmaz Regional Təhsil İdarəsinə müdir təyin edilməsində xüsusi rolu olan şəxslərdən biri də Bakı şəhər icra Hakimiyyətinin başçısı Eldar Əzizov olub.

Küçədən pul yığmaq kimi təcrübəsi olan bir şəxsin böyük bir regionun təhsil sisteminə rəhbər gətirilməsi isə dövlət başçsının təhsil sistemində apardığı siyasətə ciddi zərbə vurmaqdır.

Bir gün də olsun pedoqoji fəaliyyəti olmaya, pedaqogikanın nə olduğunu bilməyən, həyatı yalnız pul yığmaqdan və saymaqdan ibarət olan bir şəxsin belə bir strateji vəzifəyə təyin edilməsinin əsl səbəbi görəsən nədir?

AzFakt.com
 
Ardını oxu...
Son illər Mədəniyyət Nazirliyində korrupsiya faktı, vəzifə səlahiyyətlərindən sui istifadə, vəzifə səlahiyyətlərini aşmaqda bir çox vəzifə tutmuş şəxs, həbs olundu.

Sevindik ki, bu özbaşınalığa, anarxiya edən, vəzifə tutan şəxslər bir daha aramızda Mədəniyyətimizdə yer tutmayacaq.

Amma təəssüflər olsun ki, yenə korçivan kimi, haramızdasa çıxdılar.

Təəssüflənirik ki, bu şəxslər Mədəniyyət sahəsində metastaz veribdir hələdə kökləri və ya qol budağı qalıbdır.

Söhbət etdiyimiz, nəzərdə tutduğumuz o şəxsdir ki, müşavir vəzifəsində çalışır, lakin özünü Nazir hesab edir.

Mədəniyyət Nazirinin Müşaviri İlham Hüseynov tərəfindən idarə olunan, Gəncə-Daşkəsən Region Mədəniyyət İdarəsinin İnzibati-Təşkilatı müdiri Muraz Məmmədov öz maraqları ilə idarəçilikdə çirkin addımları ilə gündəmə gəlibdir.

Onun Mədəniyyət İdarəsinin tabeçiliyində olan direktorların, müəllim kollekivinin kobud rəftarları, pis münasibətləri, təhdit və təhqirləri kollektivdə pik həddə çatıbdır.

Əldə etdiyimiz məlumatlara görə Muraz Elman oğlu Məmmədova bu hökmü Mədəniyyət Nazirinin müşaviri İlham Hüseynov veribdir ki, o da əldə etdiyimiz məlumata görə sonuncunun yaxın qohumudur.

İddia olunur ki, hər gün iş sonunda Mədəniyyət Nazirinin müşavirinə danos ötürü ki, regionda nələr baş veribdir.

Bununlada Mədəniyyət Nazirinin və ya Nazirliyinin iş prinsiplərinə kölgə salınır.

Nəzərinizə çatdıraq ki, Daşkəsən Mədəniyyət İdarəsində işləyən İsax Məmmədov, Korrupsiya idarəsində çinayət işi açılaraq tutduğu vəzifədən azad olunmuşdur.

Lakin sonradan Mədəniyyət Nazirinin müşaviri İlham Hüsynovun köməkliyi ilə Goranboy rayon Mədəniyyət İdarəsinə Baş Məsləhətçi gətirilir.

Bu barədə sorğumuz Baş Prokurorluq yanında Korrupsiya İdarəsinə göndərilib və onların cavabı bizə çox maraq doğurur.

Əldə etdiyimiz digər məlumatlara görə, Gəncə Şəhər bir saylı uşaq məktəbinin direktoru Aida Əmiraslanova, Gəncə Şəhər iki saylı uşaq musiqi məktəbinin sabiq direktoru işləyən, hal-hazırda Mədəniyyət Nazirinin müşaviri İlham Hüseynovun, Gəncə Mədəniyyət İdarəsinin İnzibati-Təşkilatı müdiri Muraz Məmmədovun xətti ilə İncə sənət məktəbinə şef təyin olunan Qahirə Məmmədova, dörd saylı uşaq məktəbinin direktoru Aynur Şıxıyeva adlı şəxslərin adları maliyyə pozuntusunda iddia olunur ki, onlar dövlət büdcəsinə külli miqdarda maliyyə pozuntusu edərək, yazıda adları göstərilən şəxslərə şapka verirlər. Bu da müəyyən yola araşdırılmalıdır ki, nəyin qarşılığında baş verir.

Diqqətinizə çatdıraq ki, adları yazıda göstərilən İlham Hüseynov DTX-nin səlahiyyətli əməkdaşı, atası Gəncə Şəhərində yerləşən Müdafiə Nazirliyinin zavodunun müdiri “QIZIL BAŞ” ləqəbli Rasim Hüseynovun oğludur.

Muraz Məmmdədovun atası isə Daşkəsən İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Elman Məmmədovdur.

Mədəniyyət Nazirliyinin son illər sturuktur dəyişikliyi, əmək məcəlləsinin qanunlarını kobud şəkildə pozması, yol verilməzdir.

Adil Kərimli Mədəniyyət Naziri yeni təyin olunanda, düşündük ki, haqq-ədalət öz yerini tapacaqdır. Təəssüflər olsun ki, yeni nazirin yeniliyi heç də ürək açan olmadı.

Beləki, əldə olunan məlumatlara görə Mədəniyyət Nazirliyinin ölkədə, Şəhər və rayonlarda işləyən vəzifə tutmuş şəxslərini və digər əməkdaşları 3 aylıq müqaviliyə salıblar. Bu da İnsan Hüquqlarının kobud şəkildə pozulmasıdır.

Belə ki, əmək məcəlləsinin Maddə 45 -in 5 -inci bəndində yazılanlar budur ki, Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Bu maddə yeni işə götürülən sınaq müddəti olan şəxslərə həvalə olunur.

Lakin Mədəniyyət Nazirliyi bu qanunu kobud şəkildə pozaraq 5 ildən artıq iş stajı olan şəxsləri, hətta 10-20-30 ildən artıq iş stajları olan direktor və müəllim kollektivini müqaviliyə salaraq onların hüquqlarını kobud casına pozublar. Buna bir ad vermək olar, özbaşınalıq.

Adları yuxarıda göstərilən, Mədəniyyət Nazirliyinin səlahiyyətli nümayəndəsi olan şəxslərin, təhdit və təziqləri nazirliyin əməkdaşlarına, şəhər və rayonlarda işləyən əməkdaşlara hədə qorxu gəlinir ki, Prezident seçkiləri başa çatdıqdan sonra, onların müqavilələrinə xitam veriləcəkdir.

Mədəniyyət Naziri Adil Kərimlinin bu məsələlərdən xəbəri olmasına inanılmazdır. Amma bu səlahiyyətləri o şəxslərə verməsi yolverilməzdir.

Nəzərinizə çatdıraq ki, təhdit və təziq olunan şəxslərin içində, seçki dairəsinin müdiri, məntəqə sədri, müəllim kollektivi var ki, o şəxslər hal-hazırda, Prezident seçkilərində Dövlətə olan xidmətləri danılmazdır.

Aidiyyəti üzrə qurumların yazıda, yazılanları araşdırması öz təsdiqini tapacaqdır.

Müxbir Ofeliya

Ardı var…

Mövzuya qayıdacayıq….
https://www.sizin.media/2024/01/22/ozunu-nazir-kimi-gor%c9%99n-musavir/
 
Ardını oxu...
Lənkəran şəhər İcra Hakimiyyəti Lənkəran şəhər və rayon ərazisindəki küçə, park və xiyabanlarda aparılacaq bir sıra işlərin satınalınması üzrə 18.05.2023-cü il tarixdə başladığı açıq tender müsabiqəsinə yekun vurması və “MARS CONSTRUCTION” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 699.284,57 manat məbləğində satınalma müqaviləsinin bağladığını dövlət satınalmalarının vahid internet portalında 17.01.2024-cü il tarixdə açıqıayıb.

Qeyd edək ki açıq tenderin şərtlər toplusunda təkliflərin son təqdim olunma tarixi 21.06.2023-cü il, zərflərin açılış tarixi və vaxtı 22.06.2023-cü il tarixə müəyyən edilib. Tenderin başlanma tarixi 01.09.2023-cü il, bitmə tarixi isə 30.12.2023-cü il göstərilir. Satınalmaların portalında tender müsabiqəsinin 15.08.2023-cü il tarixdə tamamlandığı açıqlanır. Tenderin zərflər paketinin açılma tarixi ilə başlanma tarixlərinə baxdıqda görsənir ki, satınalma müqaviləsi bu dövrdə artıq bağlanmış olub.

Bəs Lənkəran şəhər İcra Hakimiyyəti sentyabrda bağlanmış müqaviləni nə üçün qanunla müəyyən edilmiş qaydada, müqavilə bağlanıldıqdan 5 bank günü ərzində deyil, 5 ay sonra ictimaiyyətə açıqlayıb?

Qeyd etdiyimiz kimi tenderin qalibi “MARS CONSTRUCTION” MMC olub və tərəflər arasında bağlanılmış satınalma müqaviləsinin maliyyə dəyəri 699.284,57 manat təşkil edib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “MARS CONSTRUCTION” MMC 10.08.2009-cu ildə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinda dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, ALI MUSTAFAYEV, ev 37, m. 21-də yerləşir. MMC-nin qanuni təmsilçisi Kamranov Kamran Bilal oğludur.

Dövlət Vergi Xidmətinin reystr məlumatlarına edilən dəyişiklikdə isə göstərilir ki, MMC ilk olaraq “MARS-B” kimi dövlət qeydiyyatına alınıb. MMC-nin ilk hüquqi ünvanı MIŞLİ RAYONU, GÖBƏKTALA, ilk qanuni təmsilçisi isə Abbasov Ərşad Qniyaz oğlu olub. MMC-nin adı 10.20. 2022-ci ildə dəyişərək “MARS CONSTRUCTION” olub. MMC-yə daha sonra Məmmədov Elçin Əlizamin oğlu, (fiziki şəxs kimi çığorta sahəsində fəaliyyət göstərir) Səmədov Elməddin Telman oğlu, (ictimai iaşə sahəsində çalışan sahibkar kimi 2023-cü ilin noyabrında qida təhlükəsizliyi qeydiyyatı ləğv edilən sahibkarlıq subyektlərinin siyahısına salınıb) Feyzullayev Anar Məzahim oğlu kimi şəxslərin də rəhbərlik etdiyi göstərilir. MMC-nin son qanuni təmsilçisi Kamran Kamranov da daxil bu şəxslərin haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir.

Yalnız Dövlət Vergi Xidmətinin məlumatlarında maraqlı məsələlər var. Belə ki, “MARS CONSTRUCTION” MMC operativ vergi nəzarəti üzrə – Pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına və malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura əsasında alınması nəticələri haqqında AKT-a əsasən 15 577.47 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Operativ vergi nəzarəti üzrə – Pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına və malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura əsasında alınması nəticələri haqqında AKT-a əsasən 2468.87 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan başqa Vergi öhdəlikləri üzrə bəyannamələri vaxtında təqdim etməməyə görə MMC-yə dəfələrlə maliyyə sanksiyası tətbiq edilmişdir. Hazırki günə isə MMC-nin dövlətə 924 307.35 manat vergi borcu var.

Qeyd edək ki, “MARS CONSTRUCTION” MMC digər dövlət qurumlarının keçirdiyi açıq tender və kotirovka sorğularının da qalibi olub.

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində abadlaşma işlərinin satınalınması üzrə keçirilmiş açıq tender in qalibi “Mars Construction” MMC olub tərəflər arasında 84.805,44 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 25.07.2023-cü il tarixdə açıqlanmışdır.

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində cari təmir işlərinin satınalınması üzrə keçirilmiş açıq tenderin qalibi “Mars Construction” MMC olub tərəflər arasında 60.069,33 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 13.09.2023-cü il tarixdə açıqlanmışdır.

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi tərəfindən cari təmir işləri in satınalınması üzrə keçirilmiş kotirovka sorğusunun qalibi “Mars Construction” MMC olub tərəflər arasında 29.376,15 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 05.10.2023-cü il tarixdə açıqlanmışdır.

Göründüyü kimi “MARS CONSTRUCTION” MMC 2023-cü ilin iyun-oktyabr aylarında çox da böyük məbləğləri olmayan 3 satınalmanın qalibi olub. Maraqlıdır Lənkəran şəhər İcra Hakimiyyəti birdən-birə 700 min manat dəyəri olan bir tenderi bu MMC-yə necə həvale edib. Qeyd etdiyimiz kimi hazırda MMC-nin dövlətə 924 307.35 manat vergi borcu var. Bu isə bir neçə ay ərzində əmələ gələn borc deyil. Lənkəran şəhər İcra Hakimiyyəti MMC ilə satınalma müqaviləsi bağlayanda bu borclar olub. Odur ki, tenderin nəticəsini işlər görülüb qurtardıqdan sonra, yəni pullar bölüşdürüldükdən sonra açıqlayıb.

Yuxarıda qeyd etdiyimiz kimi, “MARS CONSTRUCTION” MMC nə özü, nə də qanuni təmsilçiləri barədə açıq mənbələrdə heç bir məlumat yoxdur. Bu isə onu göstərir ki, MMC hansısa bir yüksək çinli övlət məmuruna bağlıdır. Belə olmasaydı bir molyon manata yaxın vergi borcu olan bir şirkətin satınalmalarda iştirakı qəti mümkün olmazdı.
Aktualinfo.org
Ardını oxu...
Yanvarın 1-dən Azərbaycanda “Dövlət satınalmaları haqqında” yeni qanunun tətbiqinə başlanılıb. Yeni qanunda satınalmanın yalnız portal vasitəsilə həyata keçirilməsi, təkliflərin cəlb edilməsi barədə elanların portalda yerləşdirilməsi, məxfi məlumatlarla əlaqəli satınalmaların və bu satınalmalarla bağlı prosedurların kağız daşıyıcılarında həyata keçirilməsi nəzərdə tutulub.

Deyilənlərə görə bu həm satınalan təşkilatların, həm də sahibkarların dövlət satınalmalarında iştirakını asanlaşdıracaq, eyni zamanda, sağlam rəqabət mühitinin təmin olunmasına öz töhfəsini verəcək. Amma yeni qanun hələ qüvvəyə minməmişdən də satınalan təşkilatlar, yəni dövlət qurumlarının rəsmiləri satınalmaların elektron qaydada keçirildiyini, qalib olan şirkətlərlə heç bir əlaqələrinin olmadıqlarını bildirdilər. Buna adamın heç inanmağı gəlmirdi. Çünki satınalmalarda sağlam rəqabət mühitinin olmaması elə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin portalında özünü göstərir.

Son vaxtlar Azərbaycanda bir çox dövlət qurumları tərəfindən keçirilmiş açıq tenderlərin qalib olan müxtəlif, mənası bilinməyən adlara malik şirkətlər barədə çox yazılıb. Belə şirkətlərin böyük əksəriyyətinin arxasında gözügörünməz qüvvələrin olduğu barədə də həmçinin. Yəni, bu gün heç kimə sirr deyil ki, adlarından başqa demək olar, heç nəyi olmayan belə MMC-lər hər həftə bir və ya bir neçə satınalmaların qalibi olurlar.

Belə şirkətlərdən biri də “HARMONY İNDUSTRİAL CONSTRUCTİON AND ENGİNEERİNG GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Bu şirkət 2019-2023-cü illər ərzində satınalmalarda bir çox dövlət qurumlarının ölkə boyu keçirdikləri 162 tender və kotirovka sorğularının qalibi olub. Apardığımız araşdırmalar zamanı məlum oldu ki, “Harmony İndustrial Construction and Engeering Group” MMC əsasən tibb müəssisələrinin keçirdiyi satınalma müsabiqələrində öndə gedir. Liftlərə texniki servisi xidmətindən tutmuş dezinfeksiya xərcləri, tikili və avadanlıqların cari təmiri, maşın və avadanlıqların əsaslı təmirnə qədər, inzibati binalarının qazlaşdırılması işlərindən tutmuş, Şəki şəhərində yolların asfalt-betonla əsaslı təmiri işlərinə, Laçın rayonu, Ərdəşəvi yaşayış məntəqəsində yerləşən vacib obyektlərin elektrik enerjisi ilə təmin olunmasından tutmuş bir çox tender və kotirovkaların qalibi olub. Əsasən də Səhiyyə Nazirliyinə tabeli tibb müəssisələrinin texniki xidmətin göstərilməsi və ehtiyyat hissələrinin satınalınmasını həyata keçirib.

Bəs bu şirkət kimə məxsusdur?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “HARMONY İNDUSTRİAL CONSTRUCTİON AND ENGİNEERİNG GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin 28.02.2005-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, CEYHUN HACIBƏYLİ, ev 52, m. 20, qanuni təmsilçisi kimi isə Orucov Əlövsət Bilal oğlu qeyd olunub.

Dövlət Vergi Xidmətinin reystr məlumatlarına edilən dəyişiklikdə isə göstərilir ki, MMC ilk olaraq “PİRAMİDA-F.R.” kimi dövlət qeydiyyatına alınıb. MMC-nin adı 19.06. 2020-ci ildə dəyişdirilərək “HARMONY İNDUSTRİAL CONSTRUCTİON AND ENGİNEERİNG GROUP” olub. Buna səbəb isə çox güman ki, “PİRAMİDA-F.R.” MMC-nin adının bir sıra şübhəli satınalmalarda hallanması olub. “Piramida F.R” MMC-nin təkcə 2020-ci ildə dəyəri 1 milyon manatdan çox olan atınalma müqaviləsi imzalayıb. Maraqlıdır ki, həmin vaxt şirkətin 542 min manat vergi borcu olub. Bu barədə yerli mediada da yazılıb.

Bundan başqa, internet resurslarında apardığımız araşdırma zamanı bəlli olub ki, 2018-ci ildə Azərbaycanın ən böyük sement istehsalçısı olan “Holcim” ASC “Piramida-F.R.” MMC-ni məhkəməyə verib. “Piramida-F.R.” MMC “Holcim” ASC-yə olan borcunu ödəməməkdə təqsirli bilinib və borcun hissə-hissə ödənilməsi barədə qərar verilib.

2019-cu ildə isə Dövlət Əmək Müfəttişliyi Xidməti “Piramida-F.R.” MMC barədə protokol tərtib edib. Xətai Rayon Məhkəməsi bu protokola əsasən, şirkətin İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərini (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) pozmaqda təqsirli bilərək 20 min manat cərimə edilməsi barədə qərar çıxarıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin MMC -yə vergi öhdəliklərini vaxtında təqdim etməməyə görə dəfələrlə maliyyə sanksiyası tətbiq edilmişdir. Səyyar vergi yoxlamaları üzrə – Səyyar vergi yoxlaması üzrə məsuliyyətə cəlbetmə qərarının nəticəsində 1 622 631.02 manat əlavə vergi, 878 867.47 manat maliyyə sanksiyası hesablanmışdır. Bundan başqa vergi bəyannamələrini vaxtında təqdim etməməyə görə MMC -yə dəfələrlə maliyyə sanksiyası tətbiq edilmişdir. Hazırki günə isə MMC-nin dövlətə 1 473 252.55 manat vergi borcu var.

Göründüyü kimi MMC-nin üzərində vergi yoxlamaları və maliyyə sanksiyaları ilə birgə 2 501 495.49 manat yerinə yetirilməmiş vergi öhdəliyi var. Vergi borcu ilə birgə üzərində 3 974 748.04 manat vergi öhdəliyi olan bir MMC-nin satınalmalarda iştirakına kimlər yol verir?

MMC-nin ən son bağladığı satınalma müqavilələrinə diqqət yetirin. Azərişıq”ASC tərəfindən 29 sentyabr 2023-ci il tarixində “Kəlbəcər rayonu Cermux, Laçın rayonu Cağazur, Tərtər rayonu Talış(Ağuçuq), Ağdam rayonu Çullu və Goranboy rayonu ərazisində yerləşən hərbi hissələrin elektrik enerjisi ilə təmin olunması məqsədilə elektrik veriliş xəttinin çəkilməsi və KTM-lərin quraşdılması işlərinin” təkliflər sorğusu üsulu ilə satın alınmasına dair müsabiqədə iştirak edən “Harmony İndustrial Construction and Engineering Group” MMC şirkəti qalib elan olunmuş və müvafiq satınalma müqaviləsi bağlanmışdır. Satınalma müqaviləsinin dəyəri 7.132.240,66 manat təşkil edib.

“Azərişıq”ASC-nin rəsmiləri satınalma müqaviləsi bağladığda bu MMC-nin başdan ayağa risk olduğunu görməyiblərmi? Tək “Azərişıq” deyil, bunları Səhiyyə Nazirliyinə tabeli tibb müəssisələrinin hər biri görməli idi. Amma göründüyü kimi bütün dövlət qurumları bu MMC-nin yerinə yetirilməmiş vergi öhdəliklərini görməzdən gəlir. MMC də Azərbaycanın satınalma bazarında at oynadır.

Digər tərəfdən. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu qədər vergi borcu olan MMC-nin hansı əsalarla satınalmalara buraxır? Bu bir ilin borcu deyil. Elektron medianın yazdığına görə MMC hələ “PİRAMİDA-F.R.” adını daşıyanda dövlətə 542 min manat vergi borcu olub. Bəs dövlətə külli miqdarda vergi borcu olan və durmadan borcu artan bu MMC-nin qarşısı niyə alınmır? Bütün yuxarıda qeyd olunanları mətbuat görür, əlinda geniş araşdırma səlahiyyətləri olan Dövlət Xidməti görmür? Dövlət Vergi Xidmətindən vergi borcunun olub,olmaması barədə arayışı bu MMC-yə kimlər verir? Vergi borcu barədə arayışlar kimlər tərəfindən saxtalaşdırılır? Respublika Hesablama Palatası bunları görmürmü? Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti dövlətin ayırdığı milyonlarla manat vəsaitə nəzarət etmirmi? Bütün bunlar Baş prokurorluq yanında Korupsiyaya qarşı Mübarizə Baş İdarəsinin dərhal hərəkətə keçməsinə və korrupsiyyay bulaşmış bu MMC-nin barəsində təcili və təxirəsalınmaz tədbirlər görməyə əsas vermirmi?



Aktualinfo.org

Dünyapress TV

Xəbər lenti