Ardını oxu...
Naxçıvan “canişin”liyinin ən unikal kadrı Culfa rayon Mərkəzi xəstəxanasının icraçı direktoru Bayram Mikayılovdur.

Bəs kimdir bu adam? Yəqin ki, siz də maraq etdiniz.

Elə isə buyurun, tanış olun.

Bayram Mikayılov 2017-ci ildə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Saatlı rayon şöbəsinin müdiri işləyərkən rayon sakini, ahıl yaşlarında olan Elşən Allahyarovu öz iş otağında aşağılayıcı sözlərlə təhqir edib. Hadisənin videogörüntüsü sosial şəbəkələrdə geniş yayıldığı üçün işdən uzaqlaşdırılıb.

Həmin il Bakının Xətai rayonu ərazisində həyat yoldaşı Gülnarə Cəbrayılovanı bıçaqladığına görə Xətai rayon Polis İdarəsində barəsində Cinayət Məcəlləsinin 221.3-cü maddəsiylə cinayət işi başlanıb. Fəqət qəhrəmanımız, daha doğrusu “canişin” əfəndinin Bakıdan xüsusi reys ilə gətirdiyi göz bəbəyi bu dəfə də hansısa yolla məsuliyyətdən yayınıb.

2019-cu ildə isə o, DSMF-nin Sabirabad rayon şöbəsinə rəis təyin edilib. Di gəl ki, əli yenə dinc durmayıb. Vətəndaşların pensiyasıyla bağlı külli miqdarda pul mənimsəmədə iittiham olunaraq növbəti dəfə işdən çıxarılıb. Hətta onun əməlinə hüquqi qiymət verilməsi üçün barəsində toplanmış materiallar Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib və qısamüddətli həbs edilib.

Buna baxmayaraq, tale onun üzünə yenə gülümsəyib. 2022-ci ilin ortalarında hansısa yolla TƏBİB-in qılığına girə bilib. TƏBİB onu Sabirabad Rayon Mərkəzi Xəstəxanasına direktorun maliyyə işləri üzrə müavini vəzifəsinə təyin edib. Amma bu səfər də onunku gətirməyib. Bəzi mərdümazar media qurumları məsələ ilə bağlı TƏBİB-ə müraciət edib. Qurum hal-qaziyədən xəbər tutan kimi “canişin” həzrətlərinin göz bəbəyini yenə işdən qovub.

Bu dəfə isə “canişin”in idarə etdiyi Naxçıvan torpağında bəxtini sınamağa çalışıb və istəyinə də nail olub. “Canişin”in Səhiyyə naziri Samiq Sadıxov bu əvəzsiz kadra Culfa rayon Mərkəzi xəstəxanasının icraçı direktoru vəzifəsini bəxs edib.

Ən maraqlısı isə odur ki, həm Culfa, həm də Ordubad sakinlərinin sağlamlığına baxan Bayram Mikayılov öz işlədiyi kollektivdən belə familiyasını gizlədirmiş. Görünür, kimliyinin faş olacağından əmin imiş.

Canınız yanmasın, “canişin” əfəndi, bu qeyri-adi kadrları hardan tapırsınız? Amma sizə bir məsləhətim var: Naxçıvana "yaxşı kadrı" Sabirabaddan və ya Saatlıdan axtarmayın. Azərbaycan balaca yerdir, həmən tüstüsü göyə bülənd olar və bütün bilinməzlər ortaya çıxar. Siz ən yaxşısı özünüzə uyğun kadrları Afrika cəngəlliklərindən gətirin. Necə olsa, oralarda sənəd-sünədlə əlləşən yoxdur və sizin gözdə kadrlarınızın adı heç bir dəftərə düşməz.

Qaynaqlar:
Nazir arvadını bıçaqlayan məmuru işdən qovdu - cinayət işi açıldı - Foto

TƏBİB nöqsanlara görə işdən çıxarılan, həyat yoldaşını bıçaqlayan şəxsə yüksək vəzifə verib
Ovqat.com
Ardını oxu...
DogruXeber.az: - Səbail rayonunun Badamdar bələdiyyəsinin sədri Təzəxan Məmmədovun keçmiş peşəsinə sadiq qalaraq maklerlik fəaliyyəti, torpaq alqı-satqısı, ev və obyekt inşası məsələsində əsl rüşvət piramidası formalaşdırması bəlli olub. Belə ki, cumhuriyyet.az-a daxil olan məlumata görə Təzəxan Məmmədov sadəcə torpaqların satışı ilə deyil, həm də onların üzərində ev və obyekt inşası ilə də məşğul olur. Bələdiyyə sədri ondan torpaq alan hər bir müştəriyə torpaq üzərində ev, yaxud obyekt inşa etdirəyi halda bəlli məbləğ qarşılığında tikinti inşasına nəzarət edən bütün lazımi adamlarla anlaşma yaradacağını təklif edir. Başqa sözlə desək, bələdiyyə sədri əlavə ödəniş müqabilində Badamdar ərazisində istənilən obyektin qaçaq inşaasını təmin edir ki, bu da Təzəxan Məmmədov “vahid pəncərə” modeli formalaşdırdığını göstərir. Yəni sadəcə bələdiyyə sədrinə ödəniş etməklə torpaq alqı-satqısındna tutmuş, ev və obyekt inşasına qədər bütün məsələlərdə qanuni prosedurlardan yan keçməklə məqəsəd “daha ucuz” şəkildə nail olmaq mümkündür.

Baş verənlərlə bağlı cumhuriyyet.az-ı məlumatlandıran mənbənin sözlərinə görə, Bu prosesdə isə Təzəxan Məmmədovun əsas güvəndiyi şəxs icra başçısının birinci müavini Vüqar Şıxməmmədovdur. Bələdiyyə sədrinin əsas himayədarı kimi tanınan Şıxməmmədov üç ildir bu vəzifəyə təyin olunub və bu gün rayonun “qara kassası” kimi tanınır. Öz yaxınlarını Badamdar bələdiyyəsində və DOST xidmətinin sahələrində işə düzəldən müavin sədrlə birgə bələdiyyə büdcəsini tam ələ keçirib. Badamdarda şəhid baralyevlərinin mərmər adı ilə sənədləşdirilib, adi daşdan düzəldilməsi də bu prosesin tərkibidir. Məhz bu maxinasiyaların nəticəsidir ki, yeni il bayramında bələdiyyə işçilərinin maaşı verilməyib.

Təzəxan Məmmədovun Vüqar Şıxməmmədovun himayəsi altında fəaliyyətində xüsusi diqqət çəkən məqam müştərilərdən daha çxo pul qazanmaq üçün həm də icra başçısını gözdən salan xüsusi metoddan istifadə etməsidir. Mənbə cumhuriyyet.az-a bildirir ki, bələdiyyə sədri, bütün alqı-satqılarda müştridən əlavə 500 manat pul tələb edir və bildirir ki, icra başçısının “verən əli yoxdur” və ona bu alqı-satqılardan bir manat belə çatmır. Təzəxan Məmmədovun daha bir gəlir kəşfi isə “paket” oyunudur. Bələdiyyə sədri razılaşdığı alqı-satqılar və icazə sənədləri ilə bağlı əlavə ödəniş almaq üçün müştərilərin sənədlərini məqsədli şəkildə ləngidir və bu sənədlərlə maraqlanan şəxslərə bildirir ki, icra başısının yanına girmək, ona bu sənədi imzalatmaq üçün daha bir neçə oxşar işin yığılmasını gözləyir. O, hər sənəd üçün ayrılıqda başçını naraaht edə bilməz. Qeyri-müəyyən gözləmə mövqeyindən bezən, yaxud gözləmək imkanı olmayan şəxslər məcburiyyət qarşısında bələdiyyə sədrinə əlavə ödəniş etməli olur. Məhz bundan sonra Təzəxan Məmmədov “humanistlik” edərək paket sənədin yığılmasını gözləmədən icra başısının qəbuluna gedərək lazımi sənədi imzalayır.

Ardını oxu...
Qobustan şəhər sakini Mustafayev Əziz Əzizxan oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, onun adına sənədləşdirilmiş torpaq sahəsi Bələdiyyə tərəfindən qanunsuz yollarla ələ keçirilib və satılıb. Saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Cənab Prezident!

Mən, Mustafayev Əziz Əzizxan oğlu, 4 ildən artıqdır ki, mənə məxsus 3.50 hektar torpaq sahəsinin (JN 538, kod 30700028 saylı Dövlət Aktına əsasən ayrılmış) 0.06 ha hissəsi üzərində idman kompleksi tikilmişdir. Buna baxmayaraq, indiyədək dövlət ehtiyacı üçün istifadə olunmuş həmin torpaq sahəsi ilə bağlı mənə nə kompensasiya ödənilir, nə də əvəzinə Qobustan şəhəri daxilində həmin torpaq sahəsi ölçüsündə başqa torpaq sahəsi verilir.

Bu məsələ ilə bağlı Qobustan Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Məmmədova dəfələrlə müraciət etsəm də, vəzifəli şəxs hər dəfə məsələnin yaxın vaxtlarda həll ediləcəyi barədə mücərrəd söz verməklə kifayətlənir.

Cənab Prezident!

Problemin həlli ilə bağlı illərlə davam edən süründürməçiliyə son qoyulmasının yeganə yolunu Sizin şəxsən müdaxilənizdə görürəm. Odur ki, qiymətli vaxtınızdan ayırıb, məni qəbul etməyinizi xahiş edirəm”.

Məsələ ilə bağlı İcra Hakimiyyəti ilə əlaqə saxlaya bilmədik, zənglərimiz cavabsız qaldı.


Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Şikayət☝️
Security Opereyşin Services MMC(SOS) rəhbəri cənab Anar Məmmədov:
Bir neçə gün əvvəl SOCAR Neftqazelmitədqiqatlayihə insititutunun 3 nəfər xanım işçisi institutun qarlı həyətində şəkil çəkdirmək istədilər.Bu zaman institutun mühafizə xidmətində çalışan Muradov Elcin şəkil çəkən xanıma yanaşıb, telefonu onun əlindən almağa cəhd edib. Səbəbini isə ;institutun həyətinin "strateji əhəmiyyətli " obyekt olması ilə izah edib(????) Və xanımın rəfiqələri ilə birlikdən çəkdirdiyi həmin şəkli silməyə məcbur edib.Başqa xanım səbəbini soruşub,bu halın onun vəzifə səlahiyyətinə ,təlimata aid olub olmamasını, xəbər alib.Cavabında mühafizəçi xanımı nalayiq söyüşlərlə təhqir edib.( xanımın bəxti gətirib ki,mühafizəçi onu döyməyib). Xanım institut rəhbərliyinə şikayət etsə də hələlik mühafizəçinin xətrinə dəyən olmayıb.Yəqin qorxurlar ki,söyüşlərin ardı onlara da çatar. Hikkəli mühafizəçi xanımı məhkəməyə verəcəyi ilə hədələyir
Ardını oxu...
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri (2005–2019) Əli Həsənovun qızı Safiyə Mehbalıyeva Birləşmiş Ərəb Əmirliklərində daha bir qızıl mağazasını açıb. "RUMI JEWEL" Dubayda Əli Həsənovun ailə biznesinin ikinci ünvanıdır.
TEREF yazır ki, bunu müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli yazır. Daha sonra Cavanşir Həsənli yazdıqlarını şərh edərək davam edir:
Bundan əvvəl Safiyə Mehbalıyeva ötən il BƏƏ--də MOANDSONS (MƏHƏMMƏD VƏ OĞULLARI) GENERAL TRADING LLC üzərindn "GEMAEE" zərgərlik məmulatları mağazasını açıb. Şirkət Dubaydakı RASİS BUSINESS CENTER-də fəaliyyət göstərir. Əli Həsənovun oğlu Şamxal Həsənli isə il yarım əvvəl ABŞ-da SOLIS DEVELOPMENT LLC-ni təsis edib.
Ardını oxu...
Safiyə Mehbalıyeva 24 ildən bəridir Milli Məclisin deputatı, 31 ildən bəri Həmkarlar ittifaqları Konfederasiyasının sədri kreslolarında oturan Səttar Möhbalıyevin gəlinidir.
Sə\hifəmiz hamının üzünə açıqdır.
TEREF: Xocanın Blogu
 
Ardını oxu...
Azərbaycanda hökumətin prioritet hesab etdiyi sahələr sırasında təhsil xüsusi yer tutur. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması üçün hər il dövlət büdcəsindən yüz milyonlarla manat vəsait ayrılması bunun bariz nümunəsidir.

Hökumətin bu istiqamətdə həyata keçirdiyi işlərdən biri də Təhsil Nazirliyi sistemində son illər aparılan struktur və kadr islahatları, keyfiyyət və əhatəliliyə əsaslanan strateji təşkilatların yaradılmasıdır. Belə təşkilatlardan biri də Prezident İlham Əliyevin 2021-ci il iyunun 17-də imzaladığı 1367 saylı Fərman əsasında Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılan Təhsil Tələbə Krediti Fondudur.

Təhsil almaq istəyən vətəndaşlara bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədi ilə yaradılan bu fond hazırda Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərməyinə baxmayaraq, müstəqil olaraq dövlət satınalmaları həyata keçirir. Ancaq yayğın iddialara əsasən, fondun hər il müəyyən lotlar üzrə gerçəkləşdirdiyi satınalmaların bəziləri qeyri-şəffaflığına görə dövlət büdcəsindən maliyyələşən müxtəlif qurumların satınalmalarına bənzəyir.

Yenicag.az Təhsil Tələbə Krediti Fondunun şəffaflığı şübhə doğuran satınalmaları barədə araşdırma aparıb. Bu araşdırmada fondun keçirdiyi tender qalib gələn təşkilatın Fondun rəhbərliyinə bağlılığını göstərən ciddi faktlar ortaya çıxır.

Qalib şirkət Fond sədrinə məxsusdur?

Araşdırmalarımız zamanı Təhsil Tələbə Krediti Fondunun 2023-cü ilin noyabr ayının 22-də keçirdiyi satınalma diqqətimizi çəkdi. Fondun “Təhsil Tələbə Krediti Fondunun fəaliyyəti ilə bağlı ictimai sorğunun keçirilməsi xidmətinin satın alınması” lotu üzrə keçirdiyi 53 min 100 manatlıq satınalmada “PRİMA CONSALTİNG” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) qalib olub.

“PRİMA CONSALTİNG” MMC 2013-cü ildə təsis edilib. Qurum təsis edilərkən onun ilk qanuni təmsilçisi Əliyeva Nigar Namiq qızı olub. Sonradan qanuni təmsilçi statusu Əliyev Famil Möhübəli oğlu keçib. Lakin hazırda şirkətin qanuni təmsilçisi Mənsimova Cəmilə Eldar qızıdır. Burada diqqəti çəkən qaranlıq məqamlardan biri “PRİMA CONSALTİNG” MMC-nin Təhsil Tələbə Krediti Fondunun fəaliyyəti ilə bağlı göstərilən xidmətlərə dair əhalinin məmnunluq səviyyəsinin qiymətləndirilməsi məqsədilə sosioloji sorğunu hansı məkanlarada və neçə respondentin iştirakı ilə keçirməsidir. Bu barədə məlumatın Fondla sözügedən MMC arasında bağlanan satınalma üzrə müqavilənin predmetini təşkil edib-etmədiyi məlum olamasa da, açıq mənbələrdə həmin informasiyaya rast gəlinmir.

Ancaq bu da şübhə doğuran məqamların sonuncu “bənd”i deyil. İddialara əsasən, haqqında danışılan tenderdə qalib gələn “PRİMA CONSALTİNG” MMC məhz Təhsil Tələbə Krediti Fondunun sədrinə məxsusdur. Bununla bağlı səslənən iddialarda Təhsil Tələbə Krediti Fondunun sədrinin vaxtilə özəl sektorda fəaliyyət göstərdiyi zaman bu təşkilatın dövlət satınalmalarında iştirakına və qalib gəlməsinə dəstək verdiyi bildirilir.

Qeyd edək ki, Fondun keçirdiyi tenderdə qalib olan bu MMC-nin sifarişçi təşkilatın rəhbərinə məxsus olmasına dair iddialar Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanununun əsas müddəalarının kobud şəkildə pozulması anlamına gəlir.

Təhsil Tələbə Krediti Fondunun keçirdiyi tenderlə bağlı yuxarıda qeyd olunan iddianın ciddiliyini nəzərə alaraq, həmin məqama aydınlıq gətirilməsi xahişi ilə fonda rəsmi sorğu ilə müraciət etdik. Ancaq təəssüf ki, göndərdiyimiz sorğuya verilən ümumi xarakterli cavabda vurğulanan iddiaya hər hansı formada münasibət bildirilməyib. Cavabda sadəcə olaraq, fondun keçirdiyi tenderlərin müvafiq qanunvericilik əsasında təşkil edildiyi və təsdiqləndiyi qeyd olunub:

“Müraciətinizdə qeyd etdiyiniz məsələ ilə bağlı bildiririk ki, Fondun hər il üçün təsdiq edilmiş xərclər smetasında nəzərdə tutulmuş vəsaitlər hesabına malların (işlərin, xidmətlərin) satın alınması “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq satınalma planına əsasən elektron qaydada dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə elan verilməklə həyata keçirilir. Satınalmalar zamanı dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, müsabiqə və aşkarlıq əsasında bütün malgöndərənlərə bərabər rəqabət mühiti yaradılması prinsipləri əsas götürülür. Həmçinin, elektron satınalma portalı vasitəsi ilə həyata keçirilən satınalma prosesləri müvafiq dövlət qurumu tərəfindən nəzarət olunmaqla tamamilə aşkarlıq, şəffaflıq, bərabərlik və rəqabətlilik prinsipləri əsasında təşkil edilmişdir.

Satınalmaların yekununda Tender komissiyasının təsdiq etdiyi yekun protokollar münasibət bildirilməsi və rəy alınması məqsədi ilə dövlət satınalmalarına nəzarət edən müvafiq icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə göndərilir, həmin qurumun müvafiq rəyindən və təsdiqindən sonra qalib təşkilatlarla müqavilələr rəsmiləşdirilir. Satınalmaların yekunu ilə bağlı məlumatlar müvafiq qaydada həm elektron satınalma portalında, həm də Fondun rəsmi saytında yerləşdirilir. Bir daha müraciətinizə görə təşəkkür edərək bildiririk ki, qeyd etdiyiniz iddialar həqiqəti əks etdirmir. Hər-hansı əlavə sualınız yaranarsa hər zaman suallarınızı cavablandırmağa və məsələlərə aydınlıq gətirməyə hazırıq”.

Göründüyü kimi, cavabda Təhsil Tələbə Krediti Fondunun keçirdiyi məlum tenderdə qalib elan olunan MMC-nin faktik sahibinin kimliyi və onun sifarişçi ilə əlaqələrinə dair şübhəli məqamların üzərindən sükutla keçilib, “arzuedilməz” nüanslara toxunulmayıb. Ancaq bu taktika faktların biurdəfəlik ortadan qalxması, yaxud da onların mahiyyətinin dəyişməsi üçün yetərli deyil.

Mövzunu davam etdirəcəyik..
Ardını oxu...
Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru İbrahim Cəfərov bu günlərdə elektron mediaya rəhbəri olduğu qurumun keçirdiyi satınalmalarla bağlı bir açıqlama verib. O, açıqlamasında bildirib ki, “dövlətin nəzdində olan universitet və elmi -tədqiqat institutunun normal fəaliyyət göstərməsi üçün müəssisəyə müvafiq vəsaitlərin açılması və onun xərclənməsi təbii haldır.

“Mən institut direktoru işləyərkən bir il ərzində heç bir tender keçirilməyib, kotirovka sorğuları olub və İqtisadiyyat Nazirliyi yanında Antinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin icazəsi alındıqdan sonra kotirovkalara uyğun satınalmalar həyata keçirilib,”- İbrahim Cəfərov qeyd edib.

Bu açıqlamanın dolayısı ilə kimə ünvanlandığı bizə məlumdur. Çünki son vaxtlar Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun satınalmalarda yol verdiyi qanunsuzlaqları ictimaiyyətə Aktualinfo.org açıqlayıb. Odur ki, biz də ona cavab vermək qərarına gəldik. İbrahim Cəfərovun diqqətinə çatdırmaq istərdik ki, tender də, kotirovka da satınalmanın bir növüdür. Düzdü İnstitutda tender keçirilməyib, amma kotirovka sorğuları keçirilib.

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu tərəfindən 2023-cü ildə keçirilmiş və tamamlanan kotirovka sorğuları bunlardır. “Avadanlıqlar”ın satın alınması üzrə “ATLANTİS CONSTRUCTİON GROUP” MMC ilə 9.968,64 manat məbləğində satımalma müqaviləsinin planlaşdırıldığı 11.12.2023-cü il tarixdə, “Elmi-tədqiqat işləri üçün mal və xidmətlər”in satın alınması üzrə “ATLANTİS CONSTRUCTİON GROUP” MMC ilə 29.944,86 manat məbləğində satımalma müqaviləsinin planlaşdırıldığı 11.12.2023-cü il tarixdə, “Kimyəvi və aktiv maddələr”in satın alınması üzrə “NUR GENERAL SUPPLIER” MMC ilə 29.978,49 manat məbləğində satımalma müqaviləsinin planlaşdırıldığı 11.12.2023-cü il tarixdə, mənzil, məişət, kommunal, təmir işləri üçün mallar və əsaslı təmir işləri”nin satın alınması üzrə “ATLANTİS CONSTRUCTİON GROUP” MMC ilə 46.197 manat məbləğində satımalma müqaviləsinin planlaşdırıldığı 30.11.2023-cü il tarixdə, maşın və avadanlıq mallarının satınalınması üzrə “NUR GENERAL SUPPLIER” MMC ilə 29.977,9 manat məbləğində satımalma müqaviləsinin planlaşdırıldığı 20.10.2023-cü il tarixdə, dəftərxana mallarının satınalınması üzrə “NUR GENERAL SUPPLIER” MMC ilə 14.992 manat məbləğində satımalma müqaviləsinin planlaşdırıldığı 07.04.2023-cü il tarixdə dövlət satınalmalarının vahid internet portalında açıqlanıb.

Bunlardan yalnız biri ilə, dəftərxana mallarının satınalınması üzrə “NUR GENERAL SUPPLIER” MMC ilə 14.992 manat məbləğində satımalma müqaviləsinin bağlanıldığı 09.08.2023-cü il tarixdə açıqlanıb. Dövlət Vergi Xidmətinin rəsmi portalında olan məlumatlara görə “NUR GENERAL SUPPLIER” Məhdud Məsuliyyətli Cəmiyyəti 16.10.2023-cü il tarixdən Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən riskli vergi ödəyicilərin siyahısına daxil edilib. MMC-nin hazırkı günə 31 174.23 manat vergi borcu var.

“ATLANTİS CONSTRUCTİON GROUP” MMC-yə gəlincə. Necə olur ki, bu MMC həm avadanlıqların, həm elmi-tədqiqat işləri üçün mal və xidmətlərin, həm də kimyəvi və aktiv maddələrin satın alınmasında ayrı-atrı lotlar üzrə satınalma prosedurlarının qalibi seçilir?

Qeyd edək ki, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun Mil Təcrübə Stansiyası da “NUR GENERAL SUPPLIER” MMC ilə “Kimyəvi maddələr”in satın alınması üzrə 39.200 manat məbləğində satımalma müqaviləsinin bağlamaq istədiyini 28.09.2023-cü il tarixdə açıqlayıb.

Göründüyü kimi apardığımız kiçik bir araşdırmada Elmi-Tədqiqat İnstitutu iki MMC ilə ayrı-ayrı lotlar üzrə bir neçə kotirovka sorğusunun qalibi seçməsi yol verilən qanun pozuntuları ilə bərabər açıq-aydın görsənir. Hansıki, bu MMC-lərin barəsində açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. MMC-lərin potensialı, texniki və kadr imkanlarının olması belə şübhə döğurur. Dövlət Vergi Xidmətinin rəsmi məlumatları da bunu təsdiqləyir. Amma deyəsən bütün bunlardan Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru İbrahim Cəfərovun heç xəbəri yoxdu. Xəbəri olsaydı verdiyi açıqlamada tenderə yox, keçirilmiş bu kotirovka sorğularında yol verilən qaranlıq məqamlara aydınlıq gətirərdi.

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun keçirdiyi satınalmalarla bağlı bu qədər. Keçək İnstitutun direktoru İbrahim Cəfərovun fəaliyyətinə. Qeyd edək ki, İbrahim Cəfərov hal hazırda həm də 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsi Dairə Seçki Komissiyasının sədridir. Hələ 2023-cü ilin fevralında 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsi Dairə Seçki Komissiyasının iclası keçirilib. Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov İbrahim Cəfərovun 37 saylı Nizami birinci (Gəncə) dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü seçilməsinin təklif olunduğunu bildirib. Qeyd edib ki, İ.Cəfərov 1956-cı ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. Kənd təsərrüfatı elmləri doktorudur. Əvvəllər də 37 saylı DSK-da çalışıb və bu sahədə təcrübəsi var. İclasda İbrahim Cəfərov DSK-nın yeni sədri seçilib.

Maraqlıdır, İbrahim Cəfərov eyni anda iki vəzifəni necə tuta bilər? Məgər Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov bilmir ki, seçki komissiyasının həlledici səs hüquqlu üzvü qanunda göstərilən hallar istisna olmaqla, dövlət və bələdiyyə qulluğunda ola bilməz? İbrahim Cəfərov Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsindən azad edildikdən cəmi bir ay sonra, 6 oktyabr 2022-ci ildə keçmiş kənd təsərrüfatı naziri İnam Kərimovun əmri ilə Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifəsinə gətirilib. Direktor olaraq da 6 fevral 2023-cü il tarixdə, yəni 5 ay sonra da 37 saylı Nizami birinci (Gəncə) secki dairəsi Dairə Secki Komissiyasının sədri seçilib. İbrahim Cəfərov qanunla bu vəzifələrdən birini tutmalı deyilmi? Bəs necə olur ki, İbrahim Cəfərov eyni zamanda iki vəzifəni icra edir?

Qeyd edək ki, İbrahim Cəfərovun fəaliyyəti ilə bağlı hələ Dövlət Aqrar Universitetinin rektoru olduğu zamanlar da çox yazılıb. Onun rəhbəri olduğu yerlərdə qohumlarına, yaxınlarına şərait yaratması barədə yayılan məlumatlar çoxdu. Məlumatlara görə elə kürəkəni Samir də aylarla işə gəlmədiyi halda Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutundan əmək haqqı alır. Məlumatlara görə İbrahim Cəfərovun özünə köməkçi-katibə gətirdiyi xanıma da Elmi-Tədqiqat İnstitutunda elmi iş yazmağa köməklik edir. Hələ digər xanımlarla kabinetində saatlarla nələri müzakirə etdiyini demirik. Məlumatlara görə İbrahim Cəfərovun institutdakı iş rejimi də bəlli deyil. Özünə məxsus 100 minlik maşınla işə istədiyi vaxt gəlir, istədiyi vaxt gedir. İnstitutun keçirdiyi satınalmalardan hardan xəbəri olsun?

Bütün bunları Aktualinfo.org redaksiyasına bir müddət əvvəl “Şirvan Təcrübə Stansiyası talananda İbrahim Cəfərov hara baxırmış” başlıqlı məqalə yayıldıqdan sonra Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutundan adının hallanmasını istəməyən işçiləri deyir.

Beyləqandan zəng edib deyirlər ki, Mil Təcrübə Stansiyasının ümumi sahəsi 185 hektardır. Hər il stansiyaya aid sahədə hektarlarla arpa və buğda əkilir. Bol məhsul əldə edilir, lakin bu məhsullar hara gedir bilinmir. Ucardan zəng edib deyirlər ki, stansiyadan 136 ton taxılın yox olması ortaya çıxıb. Məlumata görə keçmiş direktor Qəhrəman Qəhrəmanov 100 ton arpanı, 36 ton buğdanı sataraq pulunu mənimsəyib. Fakt üzrə hazırda yoxlama aparıldığı deyilir. Həmçinin deyirlər ki, Ucar Dayaq Məntəqəsində 20 ildən çoxdur ki, bir ailənin iki üzvü, ər-arvad Elmi-Tədqiqat İnstitutundan əmək haqqı alırlar. Deyirlər ki, əslində burada elm adamı olmalıdır. Pambıq, tərəvəz, dənli-taxıl bitkilərinin zərərverici, xəstəlik və alaq otlarına qarşı mübarizə tədbirləri hazırlamalıdr.

Bir də zəng edib deyirlər ki, iş görən yalnız Abşeron Təcrübə Stansiyasıdır. Çünki buranın direktoru Cəbrayıl Ağayev elm adamıdır. Burada bitki zərərvericilərinə qarşı mübarizədə bəzi müşahidələr aparılır, laboratoriya şəraitində tədqiqatlar aparılır. Məlumatlara görə İbrahim Cəfərov Elmi-Tədqiqat İnstitutuna direktor gəldikdən sonra bəzi məsələlərə görə Cəbrayıl Ağayev arasında mübahisə olub. Direktorların mühisələri elmi məsələlərlə bağlı olmayıb və bu gündə onların arasında olan intriqa davam etməkdədir-deyirlər.

Məlum olduğu kimi bu gündən Azərbaycanda növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına başlanılır. Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru İbrahim Cəfərov həm də 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsi Dairə Seçki Komissiyasının sədridir. Rəhbərlik etdiyi İnstitutdakı satınaılmalardan xəbəri olmayan, qeyri müəyyən açıqlamalar verən İbrahim Cəfərov görəsən seçkilərdə Dairə Seçki Komissiyasının sədrliyini necə icra edəcək?

Aktualinfo.org
Ardını oxu...
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən dövlət satınalmalarında yol verilən qanun pozuntuları barədə elektron mediada son dövrlər kifayət qədər geniş məlumalatlar yayılmaqdadır. Bu məlumatlarda Dövlət Xidmətinin satınalma müqaviləsi bağladığı şirkətlərin əksəriyyətinin fəaliyyəti şübhəli məqamlarla doludur.

Aktualinfo.org elə Dövlət Sərhəd Xidmətinin nəzdində olan “Sərhədçi” İdman Olimpiya Mərkəzi tərəfindən keçirilmiş satınalmalarda yol verilən bəzi belə şübhəli məqamları araşdırıb.

Dövlət Sərhəd Xidməti “Sərhədçi” İdman Olimpiya Mərkəzi Xovlu dəsmalların satınalınması üzrə 03.10.2023-cü il tarixdə başladığı kotirovka sorğusu müsabiqəsinə yekun vurub və “ME.GA.AN” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 12.01.2024-cü il tarixində 20.119 manat məbləğində satınalma müqaviləsi bağladığını elan edib.

Kotirovka sorğusunun şərtlər toplusuna görə “ME.GA.AN” MMC müqavilə bağlanıldıqdan sonra 15 bank günü müddətində “Sərhədçi” İdman Olimpiya Mərkəzi xovlu dəsmallarla təmin etməlidir. Satınalmaların vahid internet portalına yerləşdirilmiş məlumatlarda müqavilənin başlanma tarixi 25.11.2023-cü il, bitmə tarixi isə 31.12.2023-cü ilə göstərilib. Sual yaranır. “Sərhədçi” İdman Olimpiya Mərkəzi nədən kotirovka sorğusu yekunlaşdıqdan dərhal sonra deyil, mallar alındıqdan sonra elan edir.

Eyni əməllərə İdman Olimpiya Mərkəzi maşın və avadanlıqların (kompyuter, printer və digər avadanlıqların) satınalınması üzrə keçirdiyi kotirovka sorğusunda da yol verib. Mərkəz 24.10.2023-cü il tarixdə başladığı kotirovka sorğusu müsabiqəsinə yekun vurması və “TECHNO GROUP AZERBAIJAN” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 9.272,69 manat məbləğində satınalma müqaviləsi bağladığını 12.01.2024-cü il tarixdə açıqlayıb. Satınalmaların portalına yerləşdirilmiş məlumatlarda isə müqavilənin başlanma tarixi 26.12.2023-cü il, bitmə tarixi isə 31.12.2023-cü ilə göstərilib.

“Sərhədçi” İdman Olimpiya Mərkəzi tikinti və avadanlıqların cari təmir ilə bağlı mal-materiallarının satınalınması üzrə keçirdiyi kotirovka sorğusuna 04.07.2023-cü il tarixdə başlayıb. Kotirovkanın nəticələrini isə 25.12.2023-cü il tarixdə elan edib ki, “AZTTT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 48.997,85 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Müqavilənin başlanma tarixi 25.11.2023-cü il, bitmə tarixi isə 31.12.2023-cü ilə göstərilib.

Dövlət Vergi Xidmətinin vergi ödəyicilərinin məlumat bazasında isə “AZTTT” MMC (VÖEN 3300767501) -nin 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 17.11.2023-cü il tarixdən riskli vergi ödəyicilərinin siyahısına salınıb. MMC-nin VÖEN-i isə ləğv edildiyini göstərir.

Maraqlıdır “Sərhədçi” İdman Olimpiya Mərkəzi ləğv edilmiş bir MMC ilə satınalma müqaviləsini nə vaxt bağlayıb? Bununla bağlı İdman Olimpiya Mərkəzinin mühasibatlağından bizə bildirdilər ki, sözügedən müqavilə bağlanılmayıb. Buradan sual yaranır. Müqavilə bağlanılmayıbsa dövlət satınalmalarının vahid internet portalına niyə yerləşdirilib?

Qeyd edək ki, “Sərhədçi” İdman Olimpiya Mərkəzi satınalma müqaviləsinin bağlanıldığını göstərdiyi tarixdə MMC artıq riskli vergi ödəyicilərinin siyahısında olub. Belə qısa bir zaman ərzində MMC-nin ləğv edilməsi əsaslı şübhələrə yol açmırmı? MMC satınalmalardan əvvəl ləğv edilibsə, müqavilələr necə bağlanıb? Müqavilə bağlanıldıqdan sonra ləğv edilibsə İdman Olimpiya Mərkəzinin göstərilən lotlar üzrə əvvəllər də verdiyi sifarişlər necə yerinə yetiriləcək? Mərkəzin Satınalma Kommissiyası bununla bağlı nə üçün heç bir bildiriş verməyib?

Bu “Sərhədçi” İdman Olimpiya Mərkəzi ilə “AZTTT” MMC arasında bağlanan tək müqavilə deyil. Mərkəz bina və tikililərin şüşələrinin yuyulması və təmizlənməsi, xalçaların, jalüzların kimyəvi maddələrlə yerində yuyulması və qurudulması xidməti üzrə 24.990,6 manat, dəftərxana və təsərrüfat mallarının satınalınması üzrə 48.997,99 manat məbləğində iki satınalma müqaviləsi bağladığını da 26.09.2023-cü ildə açıqlayıb.

“Sərhədçi” İdman Olimpiya Mərkəzi ilə “AZTTT” MMC arasında olan işbirliyi bunlarla da bitmir. Mərkəz xalçaların kimyəvi maddələrlə yerində yuyulması və qurudulması xidməti üzrə 04.11.2022-ci ildə başladığı kotirovka sorğusunun nəticəsini 07.08.2023-cü il tarixdə açıqlayıb, 9 ay sonra.

Satınalmaların vahid internet portalına yerləşdirilmiş məlumatlarda tərəflər arasında 2022-ci ildə də 3 satınalma müqaviləsinin bağlanıldığı görsənir. Dezinfeksiya edici maddələrin satın alınması üzrə 19.995 manat məbləğində 21.11.2022-ci ildə, dəftərxana və təsərrüfat mallarının satınalınması üzrə 36.992,7 manat məbləğində 04.11.2022-ci ildə, tikinti və avadanlıqların cari təmir ilə bağlı mal-materiallarının alınması üzrə 36.585,3 manat məbləğində 04.11.2022-ci ildə tarixdə satınalma müqavilələrinin bağlanıldığı açıqlanıb.

Maraqlıdır, “Sərhədçi” İdman Olimpiya Mərkəzinin yeganə tərəfdaşı “AZTTT” MMC 2023-cü ildə niyə riskli vergi ödəyicilərinin siyahısına salınıb, MMC nədən ləğv olunub?

Ümumiyyətlə, “Sərhədçi” İdman Olimpiya Mərkəzi tərəfindən keçirilmiş şübhəli məqamlar çoxdur. Məsələn Mərkəz 2023-cü il üzrə alınacaq malların və xidmətlərin satınalma planlarına 9 kotirovka sorğusu daxil edib, onlardan yalnız 5 kotirovkanın nəticələrini açıqlayıb. 2022-ci ildə satınalma planlarına 5 kotirovka sorğusu daxil edib 3-nün nəticələrini açıqlayıb. Bu isə Mərkəzin Tender Komissiyası tərəfindən bir çox kotirovka sorğularının təşkilini qanunla müəyyən edilmiş qaydada həyata keçirilmədiyindən xəbər verir. Bu da keçirilmiş kotirovka sorğusu prosedurlarında saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır.

Qeyd edək ki, Dövlət Sərhəd Xidməti “Sərhədçi” İdman Olimpiya Mərkəzinin rəisi polkovnik Elşən Mirzəyevdir. Onun bu vəzifəyə nə vaxt təyin olunması barədə açıq mənbələrdə heç bir məlumat yoxdur.

Aktualinfo.org
 
Ardını oxu...
Son günlər Bakıya yağan qar hər il olduğu kimi bu il də bu sahəyə məsul olan qurumların bacarıqsızlığını ortaya qoydu. Hər il olduğu kimi, bu il də dövlət büdcəsindən külli miqdarda vəsait ayrılmasına baxmayaraq küçələrə nə duz səpildi, nə də qar təmizləndi. Bəs dövlət büdcəsindən hər il küçələrin qardan təmizlənməsi, yolların buz bağlamamasına görə texniki duzun səpilməsi üçün nə qədər vəsait ayrılır, bu vəsait kimlər tərəfindən necə xərclənir?

AzFakt.com xəbər verir ki, Bakıya yağan qarın təmizlənməsi, küçələrə texniki duzun səpilməsinə cavabdeh qurum Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentidir. Departamentin tabeliyində olan Sanitariya və Texniki Təmizlik İdarəsinə yolların təmiz saxlanması üçün hər il dövlət büdcəsindən milyonlarla vəsait ayrılır.

Lakin bu vəsaitlər uzun illərdir Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehraliyev və onun komandası tərəfindən mənimsənilir.

Qeyd edək ki, Rəfail Mehraliyev rəhbərlik etdiyi qurumun ən "yağlı" təşkilatına Sanitariya və Texniki Təmizlik İdarəsinə öz qohumu, həmyerlisi Mübariz Hüseynovu təyin edib.

Bu qohumlar illərdir ki, əl-ələ verib büdcəni talamaqla - ayrılan vəsaitləri mənimsəməklə məşğuldurlar.

Məlumata görə Departamentin və eləcə də Sanitariya və Texniki Təmizlik İdarəsi tenderlərini əsasən ölkədə "tender kralı" kimi ad çıxarmış Ramazan Mirzəyevin şirkətlərinə verir.

Ramazan Mirzəyevə məxsus olan şirkətlər uzun illərdir Bakı şəhər İcra Hakimiyyətinin tenderlərində birmənalı olaraq qalib edilir.

Rəfail Mehralıyevlə yaxın dost və həm də şərik olan Ramazan Mirzəyevin tenderlərdə qalib etdirdiyi MMC-lər əsasən kasıb-kusubun, fəhlələrin adlarına rəsmiləşdirilir.

Lakin bəzi MMC-lər Ramazan Mirzəyevə yaxınlarının, qohumlarının, həmkəndlilərinin adlarına olur.

Belə təşkilatlardan biri də Sanitariya və Texniki Təmizlik İdarəsinin üst-üstə 4 milyon manatlıq tenderində qalib olan Fidan-TM şirkətidir.

Fidan TM şirkəti 15 ildən artıqdır fəaliyyət göstərir.

Şirkət ancaq Rəfail Mehraliyevin rəhbərlik etdiyi Departamentdə olan müəssisələrlə tender yolu və ya birbaşa müqavilələrlə əməkdaşlıq edir.

Şirkət rəsmi olaraq Ramazan Mirzəyevin həmkəndlisi Ələsgər Hüseynovun adına olsa da faktiki olaraq Ramazan Mirzəyevin komandası tərəfindən idarə edilir.

Son olaraq Sanitariya və Təmizlik idarəsi Fidan Tm şirkətinə avtomaşınların təmiri və texnizi duzun alınması üçün yarım milyon manatdan artıq vəsait ayrılıb.

Hazırda Bakıya yağan qarın küçələrdən təmizlənməməsi və küçələrə duzun səpilməməsi isə ayrılan vəsaitin mənimsənildiyi barədə səslənən fikirlərin həqiqiliyini göstərir.

Ardını oxu...
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin ərazisində ağaclar kütləvi şəkildə qırılır...

Poliqon-a daxil olan məlumata görə, 11 saylı mərkəzin direktoru Nəsimi Nəsibov başda olmaqla ekologiya işçiləri meşələrimizə qənim kəsilib. Aşağıda təqdim etdiyimiz videodan da açıq şəkildə görünür ki, meşələrimizin qənimi məhz elə meşəni qorimaqla vəzifəli olan şəxslərdir. Çünki vidoçarxda gördüyünüz ağacların qırılması meşə gözətçilərinin iştirakı və razılığı olmadan faktiki olaraq mümkün deyil.

Maraqlı olan başqa bir məsələ isə sosial şəbəkələrdə yayılan bu görüntülərin ETSN rəsmilərinin görməmələridir. Doğrudanmı ETSN rəsmiləri baş verənləri və yayımlanan görüntüləri görmür, ya da da görmək istəmirlər? Bu da başqa bir problemdir və ETSN rəsmiləri meşələrimizdə baş verənləri görməmələri və yaxud görmək istəməmələri əslində çox şeydən xəbər verir...

Qeyd edək ki. sosiaı şəbəkələrdə yayılan görüntülərdən belə çıxır ki, non bir neçə ayda Cəlilabad, Masallı və Yardımlı rayonlarının meşələrində minlərlə ağac qanunsuz kəsilib. Məsələnin ilginc tərəfi odur ki, kəsilən ağaclar arasında yüzlərlə “Qırmızı Kitab”a düşən nadir ağac növləri var.



Poliqon.info

Dünyapress TV

Xəbər lenti