Beyləqan İcra Hakimiyyətində nə baş verir?..
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 17 oktyabr 2015-ci il tarixdə imzaladığı sərəncamla MTN rəhbəri Eldar Mahmudovun tutduğu vəzifədən kənarlaşdırılması ölkənin ictimai–siyasi həyatında böyük rezonans yaratdı. Məlum oldu ki, sabiq nazir ona göstərilən yüksək etimaddan öz çirkin məqsədləri üçün istifadə edərək, ətrafina topladığı cinayətkar dəstə vasitəsilə sahibkarlara, o cümlədən imkanlı şəxslərə qənim kəsilərək, soyğunçuluqla məşğul olub.

Hər gün Eldar Mahmudovun dəstəsinin üzvləri tərəfindən külli miqdarda vəsaiti talanan sahibkarların yeni şikayətlərinin şahidi oluruq. Vəzifə səlahiyyətlərindən sui-istifadə istifadə edən MTN əməkdaşlarının, o cümlədən generalların işdən qovulması və həbs olunmaları az qala bütün dünyaya səs salsa da, Eldar Mahmudovun cinayətkar dəstəsinin hələlik cəzadan kənarda qalan üzvləri öz çirkin əməllərindən əl çəkmirlər.

MTN-də illərdir kök salmış cinayətkar dəstənin qurbanlarından biri də AMA ASC–nin sahibkarı və səhmdarlarıdır. Səhmdarların AzPolitika-ya verdikləri məlumata görə, üç ildir AMA ASC (köhnə Sabunçu Bazar -5) səhmdarların illik ümumi yığıncağını keçirmir. Səhmdarların hüquqları ASC-ni zəbt edən bir qrup mütəşəkkil cinayətkar dəstənin üzvləri tərəfindən kobud şəkildə pozulub. 2013-cü ilin oktyabr ayında AMA ASC-nin İdarə Heyətinin sədri Rəşad Əlizadə səhmdarların növbədənkənar iclasını ASC-nin inzibati binasında deyil, küçədə keçirməli olub. R.Əlizadə səhmdarlara bildirib ki, 6 avqust 2013–cü ildə gündüz saat 11-12 radələrində idmançı Fariz Məmmədov 25 nəfərin müşaiyyətilə AMA ASC-nin ərazisini zəbt ediblər. Həmin günün səhəri yenidən Fariz Məmmədovun rəhbərliyilə, altısı dünya çempionu olmaqla, 55 nəfər idmançı ASC-nin inzibati binasına hücum edərək, İH-nin sədri R.Əlizadəyə, baş mühasibi Allahverdi Mahmudova və digər işçilərə zor tətbiq edərək, döyə-döyə ASC-nin ərazisindən qovub çıxarıblar. Hadisəylə əlaqədar 102 xidmətinə edilən müraciət əsasında əraziyə gələn polis əməkdaşları da cinayətkar dəstə barədə heç bir inzibati tədbir görməyib. Qanuna zidd olaraq, ASC-nin inzibati binasını zəbt edərək xəzinədarın otağına daxil olan F.Məmmədov və dəstənin digər üzvləri cəmiyyətin möhürü və külli miqdarda vəsait olan seyfi ələ keçiriblər. Dəstə F.Məmmədovun rəhbərliyilə, qeyri–qanuni olaraq, cəmiyyətin iş rejimini və əməkdaşların əmək fəaliyyətini dayandırıblar. Nəticədə AMA ASC–nin Vergilər Nazirliyinə və əlaqədar dövlət təşkilatlarına külli miqdarda borcu yığılıb qalıb. Məlumata görə, ASC-yə basqın edən idmançıların içərisində qaydasız döyüş üzrə dünya çempionları Şəhriyar və Bəxtiyar qardaşları da iştirak ediblər. R.Əlizadənin səhmdarlara dediyinə görə, ara sakitləşəndən sonra F.Məmmədovla aparılan danışıqlar zamanı o, bəzi etiraflar edib. Deyib ki, idmançılardan ibarət dəstə “BAKU STEEL COMPANY” MMC-nin Müşahidə Şurasının sədri Rasim Məmmədovun göstərişilə hərəkət edir. Məqsəd düşünülmüş plan əsasında özünün və əlbir olduğu bəzi “yüksək vəzifəli şəxslərin” maraqlarını təmin etməkdir. Belə ki, bir-biri ilə qohumluq əlaqələri olan Səfər Süleyman oğlu Əliyev, onun oğlu, MTN Astara rayon şöbəsinin sabiq rəisi (Bugünlərdə işdən çıxarılıb-red) Ceyhun Səfər oğlu Əliyev, yaxın qohumluq əlaqələri olan Novruzəli Qaraş oğlu Əsgərov, Sahib Əli oğlu Həşimov və o, təklif əsasında AMA ASC–ni zəbt ediblər. Deyilənə görə, “BAKU STEEL COMPANY” MMC-nin Müşahidə Şurasının sədri Rasim Məmmədov özü şəxsən bildirib ki, AMA ASC 400 000 (dörd yüz min) manata sabiq MTN əməkdaşı, hazırda həbsdə olan Ceyhun Əliyevin atası Səfər Əliyev və Sahib Həşimov tərəfindən alqı-satqı yolu ilə alınıb.

“Hətta bizə hədə-qorxu gələrək öz cinayətkar əməllərini pərdələmək üçün deyilib ki, guya bu məsələ PA-nın rəhbəri Ramiz Mehdiyev və oğlu Timur Mehdiyevin nəzarəti altindadir. Lakin biz düşünürük ki, bu sabiq nazir Eldar Mahmudovun ətrafindakı dəstənin Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə və onun yaxınlarına, ailə üzvlərinə qarşı məqsədli şəkildə düşünülmüş təxribatıdır”, deyə səhmdar bildirib.

Dövlət məmurlarının adlarından öz çirkin məqsədləri üçün istifadə edərək, 6 avqust 2013-cü il tarixdən bu günədək Fariz Məmmədovun rəhbərliyi ilə idmançılardan ibarət dəstə AMA ASC-nin gəlirlərini mənimsəməklə, həm dövlətə, həm də səhmdarlara külli miqdarda ziyan vurmaqla məşguldurlar. Sabiq nazir Eldar Mahmudovla isti münasibətlərdə olan MTN-in Astara Rayon Şöbəsinin sabiq rəisi Ceyhun Səfər oğlu Əliyev və atası Səfər Süleyman oğlu Əliyev (Türkiyənin Antalya şəhərində otel tikintisi ilə məşğuldur), Sahib Əli oğlu Həşimov və xalası oğlu Novruzəli Qaraş oğlu Əsgərov, Aydın Əhmədov (vasitəçi Mərdəkan Broyler ASC-də rəhbər vəzifədə çalışıb), Vidadi Orucov (ləqəbi “Vadim”, RF-nın vətəndaşıdir, Moskva şəhərində OMON-da işləyir), qardaşı Ramiz Orucov və kriminal aləmdə Alik ləqəbiyiə tanınan, özünü MTN-nin polkovniki kimi təqdim edən Allahverdi Abbasov və Məzahir adli şəxs qabaqcadan əlbir olaraq, AMA ASC-ni ələ keçiriblər.

Deyilənə görə, Allahverdi Abbasovun həyat yoldaşı Ədliyyə Orqanlarında çalışır. Zərərşəkmiş tərəf MTN-nin əməkdaşı olmuş Ceyhun Əliyevin rəhbərliyilə mütəşəkkil cinayətkar dəstə tərəfindən əmlakının zəbt olunması və külli miqdarda vəsaitinin talan olunması ilə əlaqədar dəfələrlə MTN-nə müraciət etsə də, heç bir tədbir görülməyib. Günün günorta çağı Sabunçu rayonunun mərkəzində quldur dəstəsi açıq-aşkar AMA ASC-nin hazırkı sahibkarını öz mülkünə buraxmır, dövlətə heç bir vergi ödəmədən ASC-nin gəlirlərini mənimsəyir. “Bəs görəsən Sabunçu rayon İH –nin başçısı Adil Vəliyev hara baxır? Vergilər naziri Fazil Məmmədov 3 il vergidən yayınan AMA ASC-ni niyə cəzalandırmır? AMA ASC-ni zəbt edən idmançılardan ibarət adları adam oğurluğunda hallanan quldur dəstəsinin havadarı kimdir? Hal–hazırda Prezident İlham Əliyevin ciddi göstərişilə sahibkarları talamaqla məşğul olan cinayətkarlara qarşı mübarizə aparıldığı vaxtda, Fariz Məmmədov və onun havadarları öz cinayətkar əməllərinə son qoymurlar. Görünən odur ki, Eldar Mahmudovun yaratdığı “MTN”çi quldur dəstəsi hələ də öz işindədir. Həbs edilənlər aysberqin görünən tərəfidir. Bir qrup idmançıdan ibarət quldur dəstəsini maliyyələşdirərək sahibkarların mülkünü zəbt edən hazırki mütəşəkkil cinayətkar dəstənin havadarı kimdir? Əmlakı talanan sahibkar dəfələrlə əlaqədar dövlət məmurlarına şikayət etsə də, onun şikayətləri qulaq ardına verilir.”

Yazıda adları çəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.

AzPolitika.info
 
 

 


Bölmənin digər xəbərləri

23 Noyabr 2024 Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23 Noyabr 2024 “İnnovasiya və Təchizat Mərkəzi”ndə əməlli-başlı özbaşınalıqdı – Cənab Qurbanov nə fikirləşir…
22 Noyabr 2024 Şüşün kənd sakini Köhünlü bələdiyyə sədrinin "fitri istedadı"ndan yazır...
22 Noyabr 2024  İcra başçısının ünvanına AĞIR İFADƏLƏR... - "Bu intriqada uduzacağını yaxşı bilir..."
22 Noyabr 2024 Hacıqabulda və Beyləqanda COP29 nədir - bilmirlər - Tərəflər Konfransına hazır olmayan təzə icra başçıları CƏZALANACAQLARMI?
22 Noyabr 2024 Naxçıvandakı həbsə İLGİNC REAKSİYA - Vasif Talıbovun kadrı imiş...
22 Noyabr 2024 Dövləti sayan kimdir: QARDAŞLAR BELƏ YEYİR... - DƏLİXANADIR, VALLAH...
22 Noyabr 2024 Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu
22 Noyabr 2024 “ADAU-da nələrin baş verdiyi göz önündədir, di gəl ki,..” MÜRACİƏT /VİDEO
21 Noyabr 2024 Şəmkir sakini sosial yardımından 90 manat tutulmasına etiraz edir – ŞİKAYƏT
21 Noyabr 2024 DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR - Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? (Araşdırma)
20 Noyabr 2024 Binəqədi İcra Hakimiyyəti Xocasəndə qanunsuz tikilinin qarşısını ala bilmir – Bəs Arxitektura Komitəsi hara baxır?
20 Noyabr 2024 ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
20 Noyabr 2024 Marketin adını “Zəfər” qoyub, su soyuducularına səkidə “düzülüş” verən sahibkar - FOTO
20 Noyabr 2024 COP29 günlərində Bakıda “yaşıl soyqırım” - Nərimanov sakinləri icra hakimiyyətini və tikinti şirkətini ittiham edirlər
19 Noyabr 2024 Göyçayda Şəhadət kənd sakininin pay torpağına göz dikən vəzifəli şəxslər kimlərdir – MÜRACİƏT
19 Noyabr 2024 Goranboy rayon MKTİB rəisinin “qara-qura” əməllərinin pərdəarxası gizlinləri
19 Noyabr 2024 Azərbaycan səhiyyəsinin “ölüm korpusu”, “təhlükəli üçlük” və qazinin ölümlə çarpışan həyat yoldaşı
19 Noyabr 2024 Xırdalanın “pulgir yolları” – Abdin Fərzəliyev hər il şübhəli şirkətlərə yol təmir etdirir
19 Noyabr 2024 “İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” – Vətəndaşdan haqlı narazılıq

Dünyapress TV

Xəbər lenti