Ardını oxu...
"Bu postu insanları məlumatlandırmaq üçün paylaşmaq istədim. Bəlkə kimin üçünsə faydalı ola bilər. Paylaşdığım məlumatlar "Melissa park" yaşayış kompleksindəndir". Bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımda giley olunur.

Ardını oxu...
Narazı vətəndaş daha sonra yazır: "Heç nə reklamlarında göründüyü kimi deyil. Bir problem olduqda dəfələrlə komendanta məlumat verirsən, ancaq diqqətə alınmır. Bu kompleksdə komendant yalnız aylıq ödəniş almaq üçün var.

Mənzillər çox keyfiyyətsiz tikilib, qonşu telefonla səsli danışdıqda telefondakı şəxsin (qonşunu demirəm) səsini net bir şəkildə eşidə bilərsiniz.

Yayda olan ilk zəlzələdə mətbəx tavanında çat yarandı. Dekabrdakı 2-ci zəlzələdən sonra bütün otaqların tavanında çat oldu (şəkildə var). Qeyd edim ki, bina 3-4 ilin binasıdır.

Və ən əsas məsələlərdən biri suyu çox pisdir, torpaqla qarışıq gəlir (şəkildə var).

Təkrar qeyd edirəm ki, bu postu paylaşmaqda məqsədim insanlara faydalı olmaqdır. Əgər kimsə bu kompleksdə fantastik qiymətə mənzil sahibi olmaq istəyirsə, 2 dəfə düşünsün..."

dia-az.info
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Bakının Nizami rayonu, Naxçıvanski küçəsi, 8a ünvanında yaşayan sakinlər yaşadıqları binanın bərbad vəziyyətdə olmasından cana yığılıblar.

Bakupost.az-a müraciət edən sakinlər bildiriblər ki, 5 il ərzində onlardan 215 min manat mənzil haqqı yığılsa da, binada heç bir iş görülməyib:

"Liftlər xarabdır, bloklar bərbad vəziyyətdədir. Artıq bezmişik. Dəfələrlə komendanta desək də, bizi başından edir. Heç bir problemlə maraqlanmır. Ancaq pul yığmaqla məşğuldur”.

Sakinlərin sözlərinə görə, müvafiq qurumlar şikayətləri ilə bağlı tədbir görmədikləri üçün onlar məsələ ilə bağlı Prezident İlham Əliyevə, Baş prokuror Kamran Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova, Hesablama Palatasının sədri Vüqar Gülməmmədova müraciət edəcəklər.

Şikayətçilərin dediyinə görə, bina "Nizami 2" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin (MMMC) balansındadır. Bu cəmiyyətin isə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova məxsus olduğu bildirilir:

“Dəfələrlə Niyazi Bayramova müraciət etmişik. Onunla əlaqə saxlasaq da, şikayətimizə baxan yoxdur. Niyazi Bayramovun İslam adlı şəriki var. İslam müəllimə də dəfələrlə xəbərdarlıq etmişik. Demişik ki, gəlin, hesabat verin. Amma nə gələn var, nə də 215 min manatın hesabatını verən. Belə özbaşınalıq olar?! Bu cür şəraitdə necə yaşayaq?!”.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının keçmiş sədri Nadir Əliyev və "Yasamal” idman-sağlamlıq klubunun sabiq direktoru Alik Həsənovun növbəti məhkəmə prosesi davam etdirilib.
Teref xəbər verir ki, proses Nadir Əliyev və Alik Həsənocun istintaqa verdiyi ifadələri hakim tərəfindən səsləndirməklə başlayıb. Məlumat üçün deyək ki, ötən prosesdə Nadir Əliyev sərbəst ifadə verib. Eyni zamanda sualları cavablandırıb.
Bu prosesdə də Nadir Əliyev ilkin verdiyi ifadələr səsləndirildikcə vəkillərin, eyni zamanda dövlət ittihamçısının suallarını cavablandırıb.
Nadir Əliyev baş verənlərdə heç bir rolunun olmadığınu və əvvəlki ifadələrini doğru vermədiyini bildirməklə yanaşı bütün məsuliyyəti Alik Həsənovun üzərinə atır.
Alik Həsənov isə əksinə, ifadəsində Nadir Əliyevin işdə əsas fiqurant olduğunu iddia edir. Üstəlik baş verənlərdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Möhbalıyevin adını da hallandırır.
O, Nadir Əliyevə istinad edərək deputatın da bu işdə əsas rolunun olduğunu bildirir.
Nadir Əliyev də ibtidai istintaqa ifadəsində Alik Həsənovla oxşar mövqedən çıxış edib. Lakin məhkəmədə bunun əksini söyləyib.
Məhkəmə Nadir Əliyevin istintaqa verdiyi ifadələri səsləndirdi. Ndir Əliyev ilkin istintaqda bütün əməliyyatlarda deputat Səttar Möhbaliyevin razılığı olduğunu göstərib. Nadir Əliyev ona verilən pulları rəhbərliyə verdiyini göstərərk, "Əgər pul ona çatmasa sədr müqaviləni imzalamayacaq və müqavilə qüvvəyə minməyəcək" deyərək əsaslandırıb. Lakin məhkəmədə o istintaqa verdiyi ifadələrdən imtina edərək, " Ona vəkillərinin və əsasda vakil Aslan İsmayılovun təzyiqi ilə belə ifadə verdiyini dedi. Nadir Əliyev bu proseslər zamanı 3 dəfə vəkillərini dəyişib
Prokurorun " Əgər onlar sizə belə ifadə verməniz üçün təzyiq ediblərsə, bəs o biri epizodlarla bağlı verdiyiniz ifadələrdə niyə o təzyiq görünmür?"
sualına Nadir Əliyev aydın cavab tapa bilmədi.
Bu işdə zərərçəkənlərdən birinin vəkili olan Aslan İsmayılov bir neçə dəfə Səttar Möhbalıyevin məhkəməyə çağırılması barədə vəsatətə qaldırıb.
Vəkil Aslan İsmayılov məhkəməni süni surətdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Möhbalıyevi prosesdən çıxardmaqda ittiham etdi.
Bundan başqa, Nadir Əliyevin baş verənlərə aidiyyətinin olmadığı barədə iddialarının əsassız olması barədə məhkəməyə sübutlar təqdim edilib.
Alik Həsənovun vəkili məhkəməyə Nadir Əliyevlə Alik Həsənovun aralarında zərəçəəkmişlərdən necə pul almaqları və necə bölüşdürməkləri haqqında telefon danışıqlarının audio yazısını təqdim edərək məhkəmədən bunu səsləndirməyi xahiş etdi. Lakin məhkəmə keçən məhkəmə iclasında olduğu kimi yenədə müttəhimlərin, əsasda Nadir Əliyevin bu işdə aparıcı rol almasının və sədrlə zərərçəkmişlər arasında aracı olmasının sübutu olan bu yazını səsləndirməyi gələn iclasa saxladı. Vəkillərin dediyinə görə bu səs yazısı ilə onlar Nadir Əliyevin imtinasının əsassız olduğunu və ilk ifadələrinin həqiqəti əks etdirdiyini sübut edəcəklər.
Vəkil Aslan İsmayılovun dediyinə görə, bu məhkəmə o qədər uzadıldı ki, deputat Səttar Möhbalıyev yenidən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına sədr seçildi və Nadir Əliyevə onu qurtaracağını vədd etdi. Buna görədə Nadir Əliyev ilkin istintaqa verdiyi ifadələrdən imtina edərək, sədri proseslərdən uzaqlaşdırır.
Xatırladaq ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaqla Nadir Əliyevin Alik Həsənovla qabaqcadan əlbir olaraq Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 69D ünvanında 1,26 hektar torpaq sahəsində yerləşən sözügedən stadion ərazisini guya həmin yerdə hündürmərtəbəli binanın inşa edilməsi məqsədi ilə 5 milyon 500 min manata sata biləcəklərini ayrı-ayrı sahibkarlara bildirmələrinə, həmin məsələnin həlli üçün əvvəlcə beh verilməsi, habelə Konfederasiyanın rəhbər vəzifəli şəxslərinə rüşvət qismində çatdırılması adı ilə sahibkarladan cəmi 900 min manat məbləğində pul vəsaitini aldatma yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, istintaq zamanı Alik Həsənovun həmin vəzifədə işləyərkən eyni üsul və məqsədlə direktoru olduğu stadionun ərazisini digər sahibkara 8 milyon manata sata biləcəyini bildirməsinə, bunun üçün aidiyyəti vəzifəli şəxslərə rüşvət verilməsi və müvafiq sənədləşdirmənin aparılması adı ilə sahibkara məxsus 360 min manat məbləğində pul vəsaitini təkrarən ələ keçirməsinə də əsaslı şübhələr müəyyənləşdirilib.

Qeyd edilən hallarla bağlı toplanan ilkin sübutlar əsasında Nadir Əliyev və Alik Həsənova müvafiq olaraq Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) və 32.4, 312.2-ci (rüşvət verməyə təkrarən təhrik etmə) maddələri ilə cinayət işi başlanılıb.
Həqiqətəndə proses iştirakçılarından birinin dediyi kimi, bizdə nazirlik və komitələrdə yuxarı ranqlı m\əmurlar dövlət malını dağıdırlar... Ancaq nədənsə həmişə Nazirlərin və Komitə sədrlədinin bundan"xəbəri" olmur.
Teref: Xocanın Blogu
 
Ardını oxu...
“”Aviasiya haqqında” qanun qəbul edilməmişdən öncə bir qrup deputatı AZAL-a dəvət etdilər. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, eyni zamanda AZAL rəhbərliyi ilə görüş keçirildi. Hər iki qurumda çalışan şəxslərin intellektual səviyyəsinə şübhə etmirəm, çox ağıllı, intellektual söhbətlər edirdilər. Görüşdə ciddi iradlarımı bildirdim. Məsələn, hesabatlarda yükdaşımalar, xüsusən xarici yükdaşımalar, AZAL-ın inhisarçı mövqeyi haqqında məlumatlar yox idi, ancaq sərnişindaşımalar haqqında məlumat var idi. Biletlərin baha olması ilə bağlı da iradımı bildirdim. Bircə kəlimə dedim ki, “26 komissar” filmində deyildiyi kimi, “çörək olacaq, ya olmayacaq?” Siz də bir kəlimə deyin ki, qiymət aşağı düşəcək, ya yox? Əlbəttə ki, qeyri-müəyyən cavab aldım. Sonra başqa narazılıqlarımı “Aviasiya haqqında” qanun Milli Məclisdə müzakirə olunan zaman bildirdim. Xüsusən, qanunvericilikdə edilən dəyişiklik nəticəsində pilotların pensiyaya çıxandan sonra hüquqlarının zəiflədilməsi ilə bağlı. Pilotların yaş həddi artırıldı, uçuş sayları nəzərdən qaçırıldı. Bu da ciddi problemlər yaratdı. Elə insanlar var ki, pensiya yaşına çatmamış uçuşları tamamlanmır, pensiyadan məhrum olurlar. Halbuki onlar Pensiya Fonduna yüksək məbləğdə pul keçirirlər”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib.

“Belə baxanda, nə AZAL-ın qiymətlərində dəyişiklik var, nə də pilotların pensiya hüquqlarının təmin olunmasında. Təbii ki, AZAL düzəlməsə, mən necə onların işindən razı ola bilərəm? Dəfələrlə bildirdik, nəticə yoxdur. Yenə də ümidlə yanaşıram. “Köhnə hamam, köhnə tas” olacaqdısa, axı rəhbəri dəyişməyin nə mənası var idi? Kor kor, gör gör… Dəfələrlə deyilib ki, qonşu dövlətlərdə, Qafqaz dövlətlərində uçuşlar bizdən qat-qat ucuz başa gəlir. Camaat təyyarədən istifadə edə bilmir, buna görə də narazılıqlar yerindədir. Sosial şəbəkələrdə AZAL barədə kütləvi şəkildə narazılıqları əsaslı sayıram. Hesab edirəm, AZAL rəhbərliyi, eyni zamanda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu barədə çox ciddi düşünməli, dəyişikliklər aparmalıdır, yoxsa bu məsələlər dərinləşə bilər. Alternativ uçuş şirkətləri yaradılmalı, AZAL-ın inhisarına son qoyulmalıdır. Qiyməti ancaq bir şirkət diktə edəcəksə, hansı bazar iqtisadiyyatından, azad rəqabətdən danışmaq olar? Mən AZAL-ın keçmiş rəhbərindən hədsiz dərəcədə narazı idim. Dəfələrlə çıxışımda demişdim. İnsan kimi də, idarəedici kimi də çox eqoist, monopolist bir adam idi. Amma indiki rəhbərliyin yumşaq, insanpərvər siyasətini görürəm. Qoy, bunu işdə də sübut etsinlər”.
 
Ardını oxu...
Prezident İlham Əliyev mart ayının 30-da “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti və Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin birləşdirilərək Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılması haqda sərəncam imzaladı. Bu sərəncamdan sonra diqqət çəkən məqamlardan biri də sabiq Azərsu şefi Qorxmaz Hüseynovun korrupsioner komandası və bu komandanın aparıcı fiquru Etibar Məmmədovun taleyi idi. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sabiq sədri Qorxmaz Hüseynovun rəhbərliyi altında uzun illər ərzində həyata keçirilmiş yeyinti və maliyyə maxinasiyaları ilə bağlı araşdırmalara başlanıb.

Bununla bağlı cumhuriyyet.az xəbər verir ki, ortaya ciddi faktların çıxacağı araşdırmaların artıq ilk qurbanları da var. Belə ki, bu günlərdə Qorxmaz Hüseynovun ən yaxın kadrlardan biri sayılan Elman Məmmədov və onun cinayət ortağı olan daha bir şəxsin saxlanması belə düşünməyə əsas verir.

Əldə etdiyimiz məlumatlarda isə “Azərsu”da daha bir neçə şəxsin istintaqa cəlb ediləcəyi gözlənilir. Onlardan biri isə “Azərsu” ASC-nin sabiq sədri Qorxmaz Hüseynovun “sağ əli” kimi tanınmış, “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədovdur. Bu həmin Etibar Məmmədovdur ki, uzun illər “Azərsu” ASC-nin həyata keçirdiyi əksər “çörəkli” layihələrin baş rol ifaçısı olub. Tikinti-təmir işlərindən tutmuş, yeni su xətlərinin çəkilişinə qədər bütün layihələrdən küllü miqdarda vəsaitlərin “yoxa çıxması” isə bu məsələlərdə iştirakı şübhə doğurmayan Etibar Məmmədovu diqqət mərkəzinə gətirir. Əsaslı vəsait qoyuluşu üzrə dövlət büdcəsindən və digər maliyyə mənbələrindən ayrılmış vəsaitin idarə edilməsində yol verilmiş nöqsanların miqyası isə o qədər böyükdür ki, Etibar Məmmədovun canını rahatlıqla qurtaracağı inandırıcı görünmürdü. Amma reallıq odur ki, Etibar Məmmədov nəinki öz postunu qoruya bilib, həm də əlavə xərclərə də imkan tapıb.

Ardını oxu...
     

Naftalan şəhər icra Hakimiyyətinin başçısı Vüqar Novruzov şəhərdə fəaliyyət göstərən iş adamlarına maneçilik törədir.

Bu barədə redaksiyamıza daxil olan məlumatda deyilir.

“2019-cu ildən Naftalan şəhər İcra Hakimiyyətinə başçılıq edən Vüqar Novruzov bu illər ərzində yerli sahibkarların problemləri ilə maraqlanmayıb. Vaxtilə bütün dünyada kurort şəhəri kimi ad qazanmış Naftalanda bu gün bu sahə məhv olmaqdadır. Azərbaycana yüz milyonlarla xarici valyuta gətirməyə qadir olan bu sanator şəhər naşı bir başçının əlində əsir-yesir qalıb”-deyə məlumatda qeyd edilir.

Daha bir iddia isə Vüqar Novruzovun şəhərə rəhbərlik etdiyi son illərdə Naftalanda yeni layihələrin olmamasıdır:

“Dörd ildir ki, Vüqar Novruzov Naftalan şəhərinə rəhbərlik edir. Bu illərdə ətraf rayonlarımız hamısı sürətlə inkişaf edib. Qonşu rayonlarımızın hamılsında yeni xidmət sektorları, iş yerləri, istehsal müəssisələri formalaşıb. Amma Naftalanda bir dənə də olsun obyekt tikilməyib. Vüqar Novruzov bu dörd ildə Naftalanda bir dənə də olsun yeni iş yeri açmayıb. Naftalana investisiya yatırmaq istəyən iş adamları bura gələn kimi qorxub qaçırlar, çünki hər yerdə, hər yanda nimdaşlıq hökm sürür”.

Qeyd edək ki, Vüqar Novruzov 2019-cu ilin dekabr ayında Naftalan Şəhər İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

O, bundan əvvəl Xəzər rayon İcra hakimiyyəti başçısının müavini vəzifəsini tutub.

Naftalan şəhər İcra Hakimiyyətinin fəaliyyəti ilə bağlı geniş məqaləmizi yaxın günlərdə oxucularımıza təqdim edəcəyik.

Məsələ ilə Nagtalan Şəhər İcra Hakimiyyətinin mövqeyini dərc etməyə hazırıq.(Azfakt.com)


Ardını oxu...
Abşeron rayonunun Masazır qəsəbəsindəki “Qurtuluş – 93” yaşayış kompleksində yerləşən 3 saylı tam orta məktəb təşkilati-hüquqi formasına görə özəl təhsil müəssisəsi deyil, dövlətə məxsus olsa da, əslində kompleksin sahibkarı, naxçıvanlı iş adamı Hacı Məhərrəm Novruzov tərəfindən idarə olunur. Yeri gəlmişkən, cumhuriyyet.az-a daxil olan məlumata görə, bu məktəb Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində inşa edilsə də Məhərrəm Novruzov hər yerdə məktəbi öz hesabına tikdirdiyini bildirir. Bəlkə də Hacı haqlıdır. Çünki elm və Təhsil Nazirliyinin sözügedən məktəbə heç bir səlahiyyəti keçmir.

Məlumata görə, məktəbin direktoru Xəyalə Mustafayeva bir il əvvəl Hacı Məhərrəm tərəfindən hazırki vəzifəsinə yerləşdirilib və məktəb faktiki olaraq direktorun “əkə-bikə” müavini Fəxrinisə Əhmədova tərəfindən idarə olunur. O isə məktəbdə belə bir qayda qoyub. Təqvimdə hansı rəqəmlər qırmızıdırsa (nə ilə əlamətdar olduğu bilinməsə belə), hamı direktoru təbrik etməli, 30-dan, 50-dən, 100-dən (manat) kimin nəyə gücü çatır, verməlidir. Yoxsa, direktor mənim günümü qara eləyər. Eyni zamanda mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə,3 saylı məktəbdə birinci siniflər 28 nəfər şagirddən komplektləşdirilməli olduğu halda, Mətanət müəllimənin sinfində adı başqa siniflərdə gedənlərlə birgə 40-a yaxın şagird oturur. Bütün yaxşı hesab olunan müəllimlərin siniflərində vəziyyət belədir. Zəif hesab edilən müəllimlərin siniflərində isə orta hesabla 15 şagird olur, digərlərinin adları bir sinifin jurnalında getsə də, özləri başqa sinifdə “yaxşı müəllimdən” dərs alırlar.

Məlumatda qeyd olunur ki, valideyn öz uşağına belə imtiyaz qazandırmaq üçün məktəbin direktor əvəzi Xəyalə Hacıyevaya 300 manat pul verməlidir. Təşkilatçı işləyən Məleykə xanım heç bir pedaqoji ixtisası olmadığı halda iki sinifin qeyri — qanunu sinif rəhbəridir. Direktor müavinlərinin də hərəsi iki sinifin qeyri — qanuni sinif rəhbəridirlər. Direktor müavini Əhmədova Fəxrənisə hamıdan tələb edir ki, kim dərslərinin cədvəldə ardıcıl düşməsini istəyirsə, 100 manat verməlidir. Acınacaqlı vəziyət odur ki, bunu pedeqoji şurada direktorun yanında acıq aydın elan edib. Xəyalə xanım dərs ilinin sonunda bütün XI sinif şagirdlərindən 200 manat pul yıgdı. Hələ attestatı yazmaq ucun yığılan pullar bir yana. Evdə təhsilə labarant göndərilir, pul müəllimə yazılır, alınıb laborantla bölünür. Kecən tədris ilində dəfələrlə direktor müavinləri arasında düşən davaya görə Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat gedib.

 

Ardını oxu...
Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, bina 2B, mənzil 40-da yaşayan, ehtiyatda olan zabit Lətifov Asif Aydın oğlu tərəfindən və o ətrafda yaşayan sakinlər tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Onlar iddia edirlər ki, 2 saylı “JEK”in özbaşınalıqları bitmir.
“Biz sakinlər artıq hara müraciət edəcəyimizi bilmirik, sözün əsil mənasında təngə gəlmişik. Xırdalanda “JEK”lər istədikləri kimi "at oynadırlar".
Dünəndən yenə “JEK” işçilərinin əlinə bir dəftər verib , qapı-qapı pul yığırlar. Zibilliklər dolub daşır, pis iyi binaları bürüyüb amma bunlar təmizlik üçün pul yığırlar.
Binaların qarşısına dəmir çərçivə vurulur. Göndərdiyim şəkillərin hər biri yeni çəkilib, yəni yenidir. 2 saylı “JEK”-in rəhbərliyi yolu qanunsuz şəkildə bağlayıb. Zibilliklər təmizlənmir, amma gündə bir qadını binalara göndərirlər, təmizlik üçün pul yığılır. “JEK”, İcra hakimiyyəti və Xırdalan şəhərinin başı memarı bunlara məhəl qoymur, sanki eşitmirlər. “JEK” rəhbərlikləri “bizim heç kəsdən qorxumuz yoxdur” deyirlər və bunu öz əməlləri ilə də sübut edirlər. Bu şəxslər məhkəmə qərarlarını tanımırlar.
Hörmətli redaksiya!
Xirdalan şəhərində vəziyyət həqiqətən də acınacaqlıdır. Sizdən xahiş edirəm ki, mənim problemimi işıqlandırın, inşallah, bu özbaşınalığa son qoyular”.
Məsələ ilə bağlı adları çəkilən qurumlarla əlaqə saxlaya bilmədik, zənglərimiz cavabsız qaldı.
Qeyd edək ki, yazının mətbuatda getməsinə baxmyaraq “JEK” heç bir tədbir görməyib.

Ardını oxu...
Ardını oxu...
Jalə FAMİLQIZI
Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.
 
        
Ardını oxu...
Lənkəran icra başçısının 42 kənd üzrə icra nümayəndəsindən üç min manatdan pul yığıldığı iddia olunur.

Tribunainfo.az yazır ki, məlumatı jurnalist Aydın Can öz sosial media hesabında yayıb. Bu pulun onlardan niyə yığılması haqda əlavə xəbər verilmir. Belə çıxır ki, icra nümayəndələri həmin vəsaiti icra hakimiyyətinə təqdim ediblər.

Qeyd edək ki, Lənkəranın icra başçısı Taleh Qaraşovdur.

Lənkəran İH-nin mövqeyini işıqlandırmağa hazırıq.
Teref: Xocanın Blogu
 
Ardını oxu...
Səməd Vurğun küçəsində yerləşən "Bənövşə" adlı aptekdə onkoloji xəstələrin puluna göz dikiblər!
Teref yazr ki, bunu sosial Səfiyar Müzəffər Səməd Vurğun adlı şəbəkə istifadəçisi yazıb.
Teref: Xocanın Blogu
Səhifəmiz hamının üzünə açıqdır!
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti