messenger sharing button
email sharing button
sharethis sharing button

Abşeron rayonu Xırdalan şəhərində yerləşən AAAF Park yaşayış kompleksində tikilən bu ərazinin iddiaya görə qanuni və ya qanunsuz olması ilə bağlı araşdırmalar apardıq. Aldığımız məlumatlar araşdırmadan daha ilginc idi. Belə ki, Xırdalan şəhərinin “JEK” rəisi Vəli bəy özü qolbaq nəzarətində ola-ola sən demə tikintilərə nəzarət edirmiş. Sözügedən bu tikinti də digər tikililərə birləşdirilərək gözdən pərdə asmaqla öz qanunsuz əməllərini bu vasitə ilə ört basdır etməyə çalışır desək yanılmarıq.

“JEK” rəisi ilə necə razılığa gəlinib və bu səlahiyyətlər ona kim tərəfindən verilib? Çox güman ki, bu səlahiyyət icra hakimiyyəti tərəfindən verilib ki, Xırdalan şəhərində aparılan bu qanunsuz tikililərə “JEK” rəisi belə arxayınlıqla himayədarlıq edir. Yoxsa ki, tikintiyə heç bir səlahiyyəti çatmayan “JEK” müdiri özbaşına nə ekologiyaya bu qədər ziyan vura, nə də ki, dövlətin qanunlarına bu qədər göz yuma bilərdi. Təəssüf ki, səlahiyyətlərindən sui istifadə edən məmurlar vətəndaşın həyat rifahını yaxşılaşdırmaq üçün deyil, öz maddi maraqlarının arxasınca qaçırlar. Bax bu sualın cavabı məsələdə maraqlı tərəfin dövlətin qoyduğu qanunları tanımaması deməkdir. Bu tikintilərdə istər ekologiyaya vurulan ziyan, istər hər hansısa tikililərə əlavə etməklə əvvəlki tikintini qəzalı vəziyyətə salmaq və s. bu kimi müdaxilələr var. Bəs Vəli bəyin bu “işlərinə” rəsmi qurumlar tərəfindən niyə lazımi tədbirlər görülmür? Bu məsələdə maraqlı tərəflər kimdir? Ekologiya və Təbii sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Abşeron rayon icra hakimiyyəti, yoxsa “JEK” müdiri Vəli bəy?!

Məsələ diqqətimizdədir! Qarşı tərəfində mövqeyini işıqlandırmağa hazırıq.