Ardını oxu...
"Lənkəran Müalicə və Diaqnostika Mərkəzində acınacaqlı vəziyyət hökm sürür. Xəstəxananın birinci mərtəbəsində su krantları sınıb, su yoxdur, ayaqyolu bərbad vəziyyətdədir".
Bunu Bakupost.az -ın əməkdaşı ilə söhbətində Cəlilabad rayon sakini Lalə Qasımova (ad-soyad şərtidir - red.) deyib.
O, iyunun 8-də doğuş üçün xəstəxanaya yerləşdirildiyini və iyunun 17-nə kimi mərkəzdə dəhşətli mənzərənin şahidi olduğunu bildirib:
“Yerləşdirildiyim palatada anti-sanitariya vəziyyəti hökm sürürdü. Məni palataya qəbul edəndə yataq dəstlərini belə dəyişmədilər. Məcbur qalıb çirkli, məndən əvvəlki pasiyentin yatdığı yatağa gödəkcəmi sərib yatmalı oldum. Pəncərəlin qarşısında qarışqalar gəzirdi. Hətta qarışqalar körpə uşağıma da daraşırdı. Bununla bağlı etdiyim müraciətlərə isə məhəl qoyan yox idi”.
Şikayətçi bildirib ki, mərkəzdə hamam işləmədiyi üçün xəstələr yayın istisində əziyyət çəkirlər:
“Xəstəxanada hamam işləmir. Təsəvvür edin, artıq vəziyyət o yerə çatdı ki, Lənkərandan Cəlilabada evimizə gəlib yuyundum və bir gün sonra xəstəxanaya qayıtdım. Mərkəzin personalı da çox diqqətsizdir, xəstəylə maraqlamaq istəmirlər. Yalnız ayın 16-da Bir yaxınımın xəstəxanaya zəng vurub şikayət etməsində sonra əl-ayağa düşdülər. Ondan sonra mənə dedilər ki, “niyə şikayət edibsən?”. Həmin gün palatanı təmizlədilər, yataq dəstimi dəyişdilər və mənə diqqət göstərməyə başladılar. Amma axı bu belə olmamalıdır”.
Məsələylə bağlı Lənkəran Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqə şöbəsindən Bakupost.az-a bildirilib ki, mərkəzdə həqiqətən də hamam problemi var:
"Xəstəxanada hamam problemi var və bunu hələ ki, həll etmək mümkün olmayıb. Qurban bayramına görə işçilər xəstəxanada azlıq təşkil edir. Ona görə palatada müəyyən təmizlik işlərinə ehtiyac yaranıb. Amma bütün bunlar dərhal aradan qaldırılacaq və xəstələrə lazım olan bütün xidmətlər göstəriləcək".
 
Ardını oxu...
Şamaxı rayon sakini, “Vətəndaş Hüquqlarının Müdafiəsinə Dəstək” Müstəqil Həmkarlar Birliyinin Şamaxı rayon şöbəsinin sədri Tapdıq Manafov müqavilə müddəti bitmədiyi halda işdən uzaqlaşdırıldığını deyir.

Meydan TV-yə müraciət edən Manafov işdən uzaqlaşdırılmasını ictimai fəaliyyəti ilə əlaqələndirir.

“2019-cu ilin oktyabrın 5-də beş illik müqavilə əsasında DOST Agentliyinin Şamaxı rayon şöbəsinin vasitəsilə rayonda kommunal təsərrüfat işlərində işlə təmin edildim. Bu ilin mayın 14-də xəstə olduğum, xəstəlik vərəqəsi təqdim etdiyim halda müqaviləmə xitam verilib. Halbuki müqavilənin müddətinin bitməsinə aylar var”,-şikayətçi deyib.

Bildirib ki, yalnız təqaüdlə dolana bilmir, indiyədək 325 manat maaşla xərclərini güclə qarşılaya bilib:

“65 yaşım var, bu yaşımda işləmək məcburiyyətindəyəm, 6 nəfər ailə üzvü dolanmalıdır. Amma yaşlı vaxtımda məni çörəklə imtahana çəkirlər. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə etdiyim şikayətlər cavabsız qalıb. Təqaüdlə dolana bilmirəm, fəhləyəm, onu da çox görürlər. Halbuki mənimlə çalışanların çoxu elə mən yaşdadır”.

DOST Agentliyindən Meydan TV-yə məsələni araşdıracaqlarını deyiblər.
 
 
 

Ardını oxu...
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının doğum şöbəsində müalicə alanlar kəskin iydən, natəmizlikdən gileylidirlər.

Yeni ana olmuş M.A deyib ki, yatdığı palatada iydən nəfəs tutulur, divarlarda böcəklər gəzir.
Xəstəxananın işdən çıxarılma qorxusu ilə adının çəkilməsini istəməyən əməkdaşı da hamilə qadınların, yeni ana olanların narazılığını haqlı sayır.

“Doğum evində tullantılar vaxtlı-vaxtında daşınmır, boş otağa yığılır. Nəticədə qalanmış tullantıların kəskin iyi palatalara yayılır, ən təhlükəlisi isə odur ki, natəmizlikdən yaranan həşəratlar bütün xəstəxanaya yayılır. Təsəvvür edin, divarlarda, xəstənin şkafında, çarpayılarda böcəklər gəzir, onsuz da doğuşdan sonra zəifləmiş, yaxud gərginlik içində olan qadınlar daha da narahat olurlar”,-xəstəxananın əməkdaşı deyib.

O bildirib ki, xəstələrin müalicəsi ilə məşğul olan müəssisənin özü xəstəlik mənbəyinə çevrilib. Xəstələrin narazılıqları nəzərə alınmır, işçilər isə qorxularından səslərini çıxara bilmirlər.

Ardını oxu...

Tullantıların vaxtlı-vaxtında daşınmamasının səbəbi kimi xəstəxananın Mingəçevir Şəhər Yaşıllaşdırma və Sanitar-Təmizlik İdarəsi ilə müqavilə bağlamaması göstərilir.

Tibbi tullantıların idarəolunmasına dair tələblər mövcuddur. Tibb müəssisəsində tullantıları infeksion və ya qeyri-infeksion (məişət) tullantılarına ayırmalı, tullantılar daşınandan sonra təyinatına uyğun məhv edilməlidir. Hələ pandemiyanın pik vaxtlarında xəstəxanalarda tullantıların daşınması ilə bağlı problemlərin olduğu məlum olmuşdu.

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasından Meydan TV-nin suallarını cavablandırmaqdan imtina ediblər. Bildiriblər ki, mətbuatın suallarına TƏBİB cavab verə bilər. TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova isə məzuniyyətdə olduğunu bildirib, digər əməkdaşlar isə sualları cavablandırmayıblar.
 
Ardını oxu...
“Deputata “hücuma keçən” ekspert” ƏƏSMN yanında İctimai Şuranın sədridir

Son günlər əksər media səhifələrini “Ekspert deputata “hücuma keçdi”, “ Deputat qeyri-peşəkar fikirlər səsləndirir” başlıqlı, qaynağı “bakupost.az”dan götürülən informasiya zəbt edib. Azərbaycan Texniki Universitetinin professoru Elşad Məmmədovun millət vəkili Vahid Əhmədovu müharibə veteranlarına verilən 80 manatın artırılması ilə bağlı təklifinə görə “sosial-iqtisadi” yöndən qınaması məntiqə sığmır.

Millət vəkilinin işi müzakirələrdə çıxış etmək, sorğu, təklif vermək, seçicilərinin problemlərini diqqətə çatdırmaq və s. deyilmi? Millətin sözünü deyən millət vəkilini, iqtisadçı alimi Texniki Universitetin professoru, ekspert nədə qeyri-peşəkar sayır? Bəyəm veteranlara əlavə 3-4 milyonun ayrılmamasını irad bildirmək diletantlıqdır? Nədənsə ekspertin ƏƏSMN yanında İctimai Şuranın sədri olması açıqlanmır. Niyə? ƏƏSMN rəhbərliyinin eksperti danışdırmasını pərdələməkdən yana? İctimai Şuranın işi isə nazirliyi qınaqlardan qorumaq yox, əyər-əskiklikləri deməkdir.

Hörmətli millət vəkili bildirir ki, ilkin mərhələdə veteranlarının təqaüdünün 20-40 manat arası qaldırılması üçün 3-4 milyona ehtiyac var. Düz demir, deyin düz demir, pul yoxdur. Pulun yerini də deyə bilərik. DSMF-də 4 ildir Konstitusiyaya zidd yaradılan MƏHKƏMƏ FİLİALI- 39 saylı vəkil bürosuna min kvadrat metrlik ili bir milyon manat civarında ofis icarəyə götürülüb. 40 nəfər civarında məmur-vəkil “ordusu”nun toplam aylıq gəliri yuz min manatı keçir. Bu da ilə bir milyondan çox büdcə vəsaiti deməkdir. Ümumiyyətlə, dövlət orqanında, sosial müdafiə sistemində MƏHKƏMƏ FİLİALI adına bütöv 39 saylı vəkil bürosunun fəaliyyət göstərməsi dövlətin hüquqi, demokratik adına ləkədir. Bu filialın, vəkil bürosunun başlıca işi pensiyaçıların, Qarabağ veteranlarının, əlillərin, qazilərin Konstitusiyanın 25, 26, 60, 61 maddələri ilə təminat verilən bərabərlik, hüquq və azadlıqların müdafiəsi, məhkəmə təminatı , hüquqi yardım hüququna qadağa qoymaqdır. Belə hüquq olar? Əksinə, dövlətin , sosial müdafiə orqanın işi əlillərin, qazilərin hüquqlarını məhkəmədə də müdafiə etməkdir. DSMF isə 39 saylı vəkil bürosunu özünə dövlət qulluğunda vəkil , məhkəmədə müdafiəçi edib. Bilərəkdən mənzil-məişət, sosial xidmət, əlillik təyinatı sahələrindəki şişirtmə yeyintiləri demirik. Bunlar büdcədən yox, əhalidən yeyilir. Amma mənzil alınmasında büdcədən şişirtmə vəsaitin silinməsi də faktdır. ƏƏSMN yanında İctimai Şura bu neqativləri qınamaq, şəffaflığa nail olmaq yerinə, sözünü deyən deputatlara “hücuma keçib”. Şura üzvlərinin özlərinin də aylıq “paketi” var, bu heç kimə gizlin deyil.

...Hələ ƏƏSMN yanında İctimai Şuranın ƏƏSMN-i deputatlardan qoruması, bir çox deputatlara baxanda “toya getməlidir”. Elə deputatlar var ki, nazir(liy)i (ünlü komediya filmində deyildiyi kimi, nazir(liy)i yox, onun pulunu) deputat həmkarlarından da çox istəyir.

Məğrur BƏDƏLSOY
hurriyyet.az
 
Ardını oxu...
Qısa müddət əvvəl Xırdalan şəhər 17 saylı uşaq baxçasında baş vermiş hadisə ilə bağlı yayılan səsəyazısı ölkədə rezonansa səbəb olan xəbərə çevrildi. Rüşvət, vəzifə səlahiyyətindən sui-istifadə və aşma hallarının mövcud olduğu səs yazısı sürətlə yayıldı. Elmvə Təhsil Nazirliyinin reaksiyası geciksə də Regional idarənin reaksiyası heç də gecikmədi. 17 saylı baxçanın müdirəsi Fəranə Məhərrəmova dərhal nəzarətə götürüldü. Bu qalmaqaldan sonra yayılan xəbərlərdə F.Məhərrəmovanın 17 saylı baxçadan Digah qəsəbəsində yerləşən baxçaya direktor olaraq göndərildiyi xəbəri yayıldı. Təəssüf ki, xanım rəhbərliyin ilk günlərindən artıq, gəlirli yerlərin özünün inana biləcəyi şəxslər tərəfindən idarə idilməsi üçün köhnə kollektivin narazılığına səbəb ola biləcək qərarlar verməyə başladı. Rəsmi 10 gündür təyin edilən, amma Xırdalandan çıxarıldıqdan qısa müddət sonra Digahda özünə yer edən direktor ilk öncə maşınını gizlədərək taksi ilə işə, RTİ-nə get-gəllər etməklə gözdən pərdə asmağı da yaddan çıxarmadı. İş başında verdiyi qərarlarla idarəsində olan işçilərin aqresiyasına səbəb olmağı bacaran Fəranə Məhərrəmova “Kanal 14”ün efirində də müzakirə olunub.

“17 saylı körpələr evi-uşaq bağçasında yarım qalan “RÜŞVƏT” işləri 6 saylıda davam etdirilir” sərlövhəsi ilə efirini başlayan “Kanal 14” Fəranə Məhərrəmova ilə canlı yayımda əlaqə saxlayıbb.

Qeyd edək ki, tanınmış jurnalist Kamal Əsgərovun birbaşa yayımında suallara cavab tapmayan, Digah qəsəbəsinin 6 saylı uşaq baxçasına müdür təyin edilən F.Məhərrəmova özünü “aydan arı, sudan duru” çıxarmaq üçün özündən əvvəl o, bağçada fəaliyyətdə olan rəhbərləri ittiham edib. Baxçada fəalliyət göstərən, dövlət xətti ilə işə düzəlmiş Leyla adlı əməkdaşın “DOST” xidməti vasitəsilə işlə təmin edildiyi də məlum olub. Lakin sıxışdırılan Leylanın verdiyi məlumatları inkar edən direktor eks direktor əvəzi Arzu Əhmədovanı günahkar çıxarıb. Eynilə 17 saylı baxçada da baş verən rüşvət tüğyanında ondan qabaq işləmiş direktorların külli miqdarda yeyinti etdiyi məlumatı, yüzlərlə insanın və dövlət qurumlarının canlı izlədiyi efirdən səsləndirib. F.Məhərrəmovanın qeydlərinə görə, invertarların təhvil-təslim prossesini Leylanın etmədiyini, məhs buna görə də 8 gündür işlədiyi müəssisədə baş verənlərə heç nə deyə bilməyəcəyinin vurğulasa da özünün və özündən əvvəlkilərin əməllərini ifşa etdi. Digah kənd 6 saylı baxçada saat 13:00-da anbardan körpələr üçün qidanı gözəyarı götürülməsi və uşaqlara yemək hazırlanması üçün mətbəxə verildiyini etiraf edən Fəranə müəllimə idarəçilikdə səriştəsizliyini dolayı yolla bildirib.

Xanım rəhbərin əslində danışdığı hər bir kəlməsində bu vəzifəyə tamamilə yararsız olması özünün etirafıdır. Lakin, israrla vəzifədə qalmaq sevdası bu şəxsdə hardan, nədən, hansı maraqlardan yarandığı da ortadadır əslinə baxdıqda.

Jurnalistə danışmağa imkan verməyən Fəranə Məhərrəmova Kamal Əsgərovu baxçaya dəvət edir. Lakin, jurnalist baxçaya gəlməyin əsas olmadığını desə və sullara aydınlıq gətirməyin vacibliyindən dəıfələrlə söz açs ada direktor onu dinləmək belə istəmədiyini danışıqları ilə nümayiş etirib. Qeyd etməliyik ki, Fəranə Məhərrəmova Xırdalan şəhər 17 saylı baxçada yayılan səs yazısı ilə əlaqədar tutduğu vəzifəsindən azad edilərək, Digah qəsəbəsindəki 6 saylı baxçaya təhkim edilib. Lakin, gəldiyi gündən illərlə işləyən əməkdaşlara qarşı keçmiş iş yherində olduğu kimi aqressiv yanaşması ilə narazılıqların yaranmasını dərhal bacardı. Keçən yazımızda da Fəranə xanımın RTİ yolunu su yoluna döndərməsini və özünə yeni himayədar axtarışında olmasını qeyd etmişdik.

Lakin, Bakunews.az-a baş verən bu qalmaqaldan sonra artıq yenicə tapdığı himayədarını da itirmək məcburiyyətində qaldığı deyilən məlumat daxil olub. Xırdalan şəhər 17 saylı baxçada yayılan səs yazılarında da qeyd edilən, "pul yığılıb verilməlidir" ifadələrinin sanki ona deyil. jurnalistinistin özünə məxsus imiş kimi özünü tərif edən direktor izləyicilərin də qəzəbinə səbəb olub.

Ardını oxu...

Canlı yayımda özü öz səs yazısı ilə bağlı Prokurorluğa müraciət etdiyin deyən xanım rəhbər səsinin təhrif edildiyin bildirib. Lakin, səsyazısındanda aydın görünür ki, xanım heç də keçmiş direktor barəsində deyil məhs özünün nə qədər varlı ailədən gəlməsindən danışır. İmkanlarını sadalayan və hər iki qızına ev aldığın GL avtomobili xaricdən sifarişlə gətirdiyin deyən Fəranə Məhərrəmova bu qədər varkarın içində niyə 450 manat məvacib qarşılığında direkltor işləməyə israrlıdır deyə sual yaranır…?

Jurnalist Kamal Əsgərovun maraqlı araşdırması nəticəsində yaranan suallardan qaçmaq üçün durmadan baxçaya gəlmək təklifi üstəgəldə özünə tərif əvvəlki rəhbərlərə isə yetəri qədər ittihamlar səsləndirən Fəranə xanım özüdə bilmədən bir çox cinayət əməllərinin etirafın etdi. 17, 22 və 6 saylı baxçalarda rəhbərliyinin araşdırmasını efirdən deyən Fəranə Məhərrəmovanın istəyi yəqin ki, Baş Prokurorluq tərəfindən aydın şəkildə eşidilmişdir. Qeyd etməliyik ki, media resurslarında dərc edilən hər bir materyalda təqdim edilən informasiyanı hüquq mühafizə orqanları əsas götürməklə cinayət işinin başlanması barədə qərar qəbul etmək səlahiyyətinə malikdir. Hüquq Mühafizə orqanlarındanda media mənsubu olaraq rica edirik ki, Fəranə Məhərrəmovanın istəyi və yaranan mütləq araşdırma məqsədi ilə xanımın fəaliyyəti tam araşdırılsın. İlkin yayılmış səs yazısındanda göründüyü kimi şəxs vəzifə səlahiyyətlərindən istifadə edərək əməkdaşlarından rüşvət tələb edir. Lakin səsin təhrif edildiyin vurğulamaqla tutduğu əməldən heçdə peşmançılıq hissi keçirmədiyi göz önündədir.

Canlı efirdə aparıcıya qarşı hörmətsizlik etməsidə jurnalistin tam təfərüatlı şəkildə məsələlərə yanaşma etməsinə səbəb oldu. Mədəni davranışla sağolaşmadan suallardan qaçmaq üçün mobil əlaqəni kəsən Fəranə Məhərrəmova bir daha qaranlıq məqamların varlığından xəbər verdi. Güman edir ki, Abşeron-Xızı Regioanl Təhsil İdarəsinin rəhbəri xanımın adekvat olmayan addımları və fəaliyyəti ilə bağlı ciddi ölçü götürülməsi müəssisədə yaranan narazılığın aradan qaldırılması üçün isə yaxlama aparılmasına əmr verəcəkdir. Dəfələrlə mediada yayılan və öz əksin tapan faktlarla bağlı İlhamə Abdullayevanın qətiyətli adımlarıda bu gün media tərəfindən alqışlanmaqdadır.

17 saylı baxçanın keçmiş müdirəsi Günay Hacıyevanın korrupsiya halına yol verdiyi iddiasıda məhs Fəranə Məhərrəmovanın dilindən səslənib. Günay Hacıyevanın bahalı maşını iki qız övladına mənzil alması özəl baxça açması 17 sot torpaq sahəsinin alınması kimi iddiaların da səsləndiyi şok detallar mövcuddur.

Həmin efirin səsələnən etiraflar və ittihamlar olduğu kimi!



Abşeron-Xızı Regional Təhsil İdarəsi barəsində araşdırma aparılan Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının müdiri ilə bağlı daha bir açıqlama yayıb.

Açıqlamada sosial şəbəkələrdə səs yazısı yayılan bağça müdiri Fəranə Məhərrəmovanın əmək qabiliyyətini itirdiyi, müdir səlahiyyətlərini icra etmədiyi bildirilib.

“Sosial şəbəkələrdə yayılmış səs yazısı ilə bağlı bildiririk ki, bağçanın müdiri hazırda əmək qabiliyyətini itirdiyinə görə bağçanın müdir səlahiyyətləri Abşeron-Xızı Regional Təhsil İdarəsinin metodisti Sevinc Abbas qızı Qurbanovaya həvalə edilib. Bağça müdiri işə qayıtdıqdan sonra barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbir görüləcək”, – deyə məlumatda vurğulanıb.

İdarədən həmçinin, qeyd edilib ki, sözügedən bağçanın fəaliyyəti Təhsil İdarəsi tərəfindən nəzarətə götürülüb. İctimaiyyətə bu barədə əlavə məlumat veriləcək.
Mövzunun vacibliyin nəzərə alaraq diqqətdə saxlayacağıq.
Araşdırmalarımız davam edir.


Ardını oxu...
Goranboy rayonundakı Heydər Əliyev parkında yerləşən və ulu öndərin adını daşıyan Mərkəzin binası rəsmən çökür. Dia-az.İnfo bildirir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Xəbəri paylaşan mənbələr bildirir ki, Heydər Əliyev Mərkəzinin binası qəzalı vəziyyətdə olsa da fəaliyyətini davam etdirir və bura həm də muzey kimi fəaliyyət göstərdiyindən əsasən məktəblilər ziyarətə gətirilir.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

Bu isə açıq aşkar ziyarətçilərin həyatının risqə atılması deməkdir.

Görüntülərdən də aydın olur ki, binanın inşası zamanı əməlli-başlı yeyintiyə yol verilib. Hər halda, bina qədim tikli deyil və binanın inşası yaxın keçmişə aiddir. Odur ki, bu binanın tikintisi zamanı dövlət büdcəsini dədə malı kimi yeyənləri ortaya çıxarmaq o qədər də çətin deyil...
 
    
Ardını oxu...
“Müşfiqabad, 28 may qəsəbəsi, 4-cü, 3-cü paralel Həmrəylik küçəsinin yolları pis gündədir. Nəinki adlarını çəkdiyim küçələr, ətraf ərazilər də heç yaxşı deyil. Sanki bu qəsəbənin sakinlərini yaddan çıxarıblar. Dəfələrlə istər Bələdiyyəyə, istərsə də digər aidiyyatı qurumlara müraciətlər olunub, amma problem həllini tapmayıb. Nəinki problem həllini tapmayıb, ümumiyyətlə heç gəlib baxan da olmayıb. Bütün sakinlərin adından mən danışıram, amma hər birini gəlib danışdırsanız hamısı eyni sözü deyəcək”
Ardını oxu...
Bunu Moderator.az-a açıqlamasında Müşfiqabad qəsəbə sakini Niftalıyev Malik deyib. Qəsəbənin daha bir sakini Hidayət Məmmədov əlavə edib.
“Burada yaşayan bütün əhali əziyyət çəkir. Süni göllər əmələ gəlir. Dizə kimi palçıq olur. Sakinlər ayaqlarına sallafan torba keçirib gedirlər. Yoldan keçən maşınlar çirkab suları insanların üstünə sıçradır. Ən acınacaqlı vəziyyət azyaşlılar məktəbə gedəndə olur. Bir bilsəniz onlar necə əzablı yollarla gedirlər. Burada gəlib bir film də çəkib, adını “Əzablı yollarla” qoymaq olar. Yayda da ayrıca bir əziyyət çəkirik. Yollar asfalt deyil deyə hərəkət edən avtomobillər qəsəbəni toz-torpaq edirlər. Uşaqlar məhəllədə oynamağa salamat yer tapmırlar. Nəzərə alsaq ki, qarşıda hələ payız və qış günləri var, onda aqibətimiz daha pis olacaq” deyə şikayətçi bildirib.
Problemlə bağlı aidiyyatı qurumların mövqeyini dərc etməyə hazırıq. Mövzunu davam etdirəcəyik.
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
İyunun 9-da Mingəçevirə toya getmişdim. Toydan sonra fikirləşdim ki, bu qədər yolu gəlmişəm, buradan çox uzaq olmayan Gəncəyə də gedib oradakı dostumla da görüşüm. Elə də etdim. Gəncədə olarkən çoxdan tanıdığım və Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU-da) işləyən bir tanış ilə də rastlaşdım. Söhbət zamanı o, mənim FB səhifəmdə paylaşdığım yazıların hamısını maraqla oxuduğunu bildirdi və özünün işlədiyi universitetdə baş verənlərdən, hərc-mərclikdən, qanunsuzluqlardan danışdı. Yazılarımın onlara ADAU-da baş verənlərə qarşı ayağa qalxmağa təsir etdiyini, rektora qarşı tədbir görülməsi barədə kollektiv şəkildə Prezidentə müraciət etdiklərini də dedi (https://www.faktinfo.az/.../aqrar-universitetden...). Onu da dedi ki, “Azərbaycan Dillər Universitetində baş verənlər barədə sizin o qədər yazınızdan sonra kollektiv susursa, deməli, Kamal Abdullayev o kollektivə layiq rektordur, amma haqsızlığa, qanunsuzluğa etiraz etməyə cürət etmirlərsə, cəsarətləri çatmırsa, mən gedib onlarla psixoloji treninqlər aparım. Gəncənin ilk paytaxt olduğunu bilirsiniz. ADU-nun oyanışına təsir də qoy Gəncədən olsun”. Sonra o, analogiya kimi Mirzə Ələkbər Sabirdən də bir xatırlatma etdi:

Səs salma, yatanlar ayılar, qoy hələ yatsın,
Yatmışları razı deyiləm kimsə oyatsın,
Tək-tək ayılan varsa da, həq dadıma çatsın,
Mən salim olum, cümlə cahan batsa da, batsın;
Millət necə tarac olur, olsun, nə işim var?!
Düşmənlərə möhtac olur, olsun, nə işim var?!

ADAU-dan olan bu tanışım məndən Kamal Abdullayevin doğrudan ezoterik, həm də şizofrenik olub-olmadığını soruşdu. Mən də ona bunları dedim:
“Ezoterikliyini, mistik dünyada yaşadığını Kamal Abdullayev istər yazılarında, istərsə də televiziya verilişlərində özü də etiraf edir. Gəncə zəlzələsinin baş verdiyi il – 1139 da onun üçün mistik əhəmiyyət daşıyır, çünki orada 11 rəqəmi var. Onun şizofrenikliyi barədə isə bunu deyə bilərəm. Kamal Abdullayevi mən 1982-ci ildən – universiteti bitirib Azərbaycana qayıtdıqdan sonra təyinatla Elmlər Akademiyasının İ.Nəsimi adına Dilçilik İnstitutunda işləməyə başladığım vaxtdan tanıyıram. O vaxt o da həmin institutda işləyirdi. Təkəbbürlü, özündən razı bir gənc idi. O zaman şizofreniyası olduğu hiss olunmurdu. Olunsaydı da, Allahın verdiyi dərdə görə nə demək olardı?! İnsan doğulanda xəstəlikdən sığortalanmır. Kamal Abdullayevin şizofrenikliyi sonradan – vaxtilə indi rektoru olduğu universitetdə kafedra müdiri işləyəndə əxlaqsız hərəkətə cəhd edərkən başına çırpılmış stulun zərbəsindən sonra üzə çıxıb. İndi artıq yaşlanması səbəbindən onda bu xəstəlik özünü daha güclü şəkildə büruzə verir. Onun pula hərisliyi də, görünür, elə xəstəliyi ilə bağlıdır. Yoxsa pula xüsusi ehtiyacı olmayan bu adam niyə müəllimlərin maaşına, tələbələrin cibinə göz diksin, saxta diplom alveri etsin?! Kamal Abdullayev Bakı Slavyan Universitetinin rektoru işləyərkən eyni zamanda AMEA-nın akdemik-katibi kimi böyük bir vəzifə tuturdu (Bu şəraiti onun üçün R.Mehdiyev yaratmışdı). Amma bu adamın gözü heç doymurdu. AMEA-nın İ.Nəsimi adına Dilçilik İnstitutu üçün ayrılmış iki milyon manatı da məhz Kamal Abdullayev mənimsəmişdir. O, İnstitutun, Azərbaycanda dilçiliyin inkişafı üçün nəzərdə tutulmuş həmin maliyyə vəsaitinin cüzi bir hissəsini “tolkuçka”dan radio-maqnitofonlar, köhnə, demək olar ki, yararsız kompüterlər alınmasına, bir neçə elmi kitabın tərcüməsinə sərf etmiş, qalan hissəsini isə mənimsəmişdir. Tərcüməçilərə pul ödəməmək üçün həmin kitablar əsasən “Qoogle” proqramı ilə tərcümə edildiyindən onların hansı vəziyyətdə olduğunu təsəvvür etmək çətin deyil. Onlar poliqrafik cəhətdən də keyfiyyətsiz hazırlanmışdır. Mən FB səhifəmdə bir neçə gün əvvəl dərc etdiyim “İsgəndərin buynuzu var” adlı yazımdan bir hissəni xatırlatmaq istəyirəm: “Azərbaycan Dillər Universitetinin Kamal Abdullayevin bir çox sirlərini bilən əməkdaşları ... onları söyləməkdən çəkindiklərindən Universitetin II korpusunun həyətinin torpaq hissəsində, kameraya düşməyən bir yerdə kiçik quyu qazıblar və bu sirləri o quyuya deyirlər. Orada bitən çiçəklərin ləçəkləri üzərində Kamal Abdullayevin Kiril əlifbası ilə yazılmış sirləri bir anlığa peyda olur və sonra pozulur”. İndi İ.Nəsimi adına Dilçilik İnstitutunda salamat qalmış həmin radio-maqnitifonları açanda onların bütün dalğalarda səsləndirdiyi ilk ifadə bu olur: “İki milyonu Kamal Abdullayev yedi”.
2014-cü ildə Norveçin Tədqiqatlar və ali təhsil Naziri Sandra Borxun magistrlik dissertasiyasının 20 faizdən çoxunun plaqiat olduğu, 2021-ci ildə Avstriyanın Əmək və ailə məsələləri üzrə naziri Kristina Aşbaxerin öz dissertasiyasında bəzi istinadları göstərmədiyi, 2022-ci ildə Rumıniyanın baş naziri Nikolae Çukenin doktorluq dissertasiyasının üçdə biri plaqiat olduğu üzə çıxdıqdan sonra istefa verməsi oxuculara mətbuatdan məlumdur. Lakin Kamal Abdullayevin dövlətin milyonlara manatını mənimsədiyi, vəzifə təyinatlarına və kəsirlərin ləğvinə görə böyük məbləğdə rüşvət aldığı, yüzlərlə saxta diplom satdığı məlum olsa da, nə o, istefa verir, nə də hüquq-mühafizə orqanları onun cinayət şübhəli əməllərini araşdırırlar. Hətta Kamal Abdullayevə öz çörək ağacı kimi baxan Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva ona 2025-ci ildə 75 yaşı tamam olana qədər rektor vəzifəsində qalması üçün əlindən gələni edəcəyinə söz verib və rektor kimi ölməsi üçün də səylərini əsirgəməyəcəyini vəd edib. Allah bu ölkəni daha betərindən qorusun”.
ADAU-nun əməkdaşı ilə söhbətimiz beləcə Allaha dua ilə bitdi. Amin.

Həbib Zərbəliyev
Azərbaycan Dillər Universitetində professor
Dia-az.İnfo
 
 


 
Ardını oxu...
Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti Planlaşdırma Mərkəzinin sədri Ramin Abdullayevdən şikayətlərin gündən-günə çoxalması Komitə sədri Anar Quliyevi çətin vəziyyətə salıb.

Ərazi Tikinti Planlaşdırma Mərkəzinin sədrinin fəaliyyətinin aidiyyatı instansiyalarda müzakirəyə çevrilməsi isə bu qurumun başı üzərini qısa zamanda “qara bulud”ların alacağını istisna etmir.

“Yeni Gundem”-in məlumatına görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev yaxın günlərdə qurumda “təmizləmə” əməliyyatına başlayacaq.

Bu “təmizləmə” əməliyyatında ilk növbədə vəzifəsi ilə vidalaşacaq məmurlardan birinin Ərazi Tikinti Planlaşdırma Mərkəzinin sədri Ramin Abdullayevin olacağı iddia edilir.

Məlumatda bildirilir ki, son 5 ayda Ramin Abdullyevə görə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi vətəndaşların gündəminə çevrilib.

Məhz Ramin Abdullayevin vəzifəsindən sui-istifadə edərək tikinti sahəsi ilə məşğul olan sahibkarlara ciddi təzyiqlər etməsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi rəhbərliyini də hədəfə gətirib.

Ramin Abdullayevdən artan şikayətlərin fonunda Anar Quliyevin artıq Ərazi Tikinti Planlaşdırma Mərkəzi sədri ilə bağlı narazılıqlara son qoymaq qərarına gəldiyi iddia olunur.

Məlumatı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə dəqiqləşdirə bilmədik.
Ardını oxu...
Ağdaş rayon işıq idarəsinin müdiri – özbaşınalıqları ilə rayonda ad çıxaran Nazim Hüseynovla bağlı narazılıq kəskin şəkildə artmaqdadır. Uzun müddətdir ki, öz səlahiyyəindən şəxsi maraqlarını təmin etmək üçün sui-istifadə edən Nazim Hüseynov, öz uzaq qohumlarının ucqar kəndlərdəki tövlələrini belə işıqla təmin etdiyi halda, qazi ailələrinin işıqla təminatına laqeyd yanaşır, onları aylarla sürən süründürməçiliyə məruz qoyur. Məqsəd insanları bezdirərək onları qanunsuz ödənişlərə məcbur etməkdir.

Nazim Hüseynovun “zəhməti” sayəsində artıq rayonda istər yaşayış, istərsə də qeyri-yaşayış obyektlərinin hamısında sayğacların quraşdırılması, habelə istismar müddətini başa vuran sayğacların yeniləri ilə əvəzlənməsi prosesi pulla həyata keçirilir. Vətəndaşlardan pul yığımı qanunsuz olduğu üçün, bu proses sənədləşdirilmir. Vətəndaşlardan yığılan pullar Nazim Hüseynov və onun yaxın çevrəsinin cibinə axır.

Nazim Hüseynovun əsas gəlir mənbələrindən birini isə qeyri-yaşayış obyektlərinə işıq çəkilişi üçün texniki şərtin verilməsi tutur. Bunun üçün sahibkarlardan külli miqdarda pul alan Nazim Hüseynov, pul ödənişindən imtina edən sahibkarlara süni əngəllər yaradır, onların obyektinin işıqla təminatına imkan vermir.

Nazim Hüseynov öz qanunsuz əməlləri ilə baş idarənin də adını ləkələyir, bütün bu ödənişlərin ona deyil, “yuxarılara” çatdığını bildirir.

Bütün bunların nəticəsidir ki, rayonun işıq idarəsinin müdiri çoxlu sayda daşınmaz əmlaka malikdir. Buna nümunə olaraq Nazim Hüseynovun yaxın qohumlarının adına sənədləşdirdiyi “Ləki” marketi, xırda və orta ölçülü çoxsaylı ictimai iaşə müəssisəsini, sahəsi yüz hektarlarla olan otlaq sahələrini göstərmək olar.

Bir sözlə, görünən odur ki, Nazim Hüseynov sadəcə Ağdaş bölgəsində deyil, bütün ölkə miqysında nəhəng əmlak oliqarxına çevrilib. Ümid edirik ki, əlaqədar qurumlar Nazim Hüseynovun qanunsuz yolla əldə etdiyi milyonlarla bağlı araşdırmalar apararaq onu məsuliyyəət cəlb edəcək, dövlətdən oğurlanan pulların dövlət büdcəsinə qaytarılması təmin olunacaq.
M.MƏMMƏDLİ
hurriyyet.az
 

Dünyapress TV

Xəbər lenti