Goranboy rayonundakı Heydər Əliyev parkında yerləşən və ulu öndərin adını daşıyan Mərkəzin binası rəsmən çökür. Dia-az.İnfo bildirir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Xəbəri paylaşan mənbələr bildirir ki, Heydər Əliyev Mərkəzinin binası qəzalı vəziyyətdə olsa da fəaliyyətini davam etdirir və bura həm də muzey kimi fəaliyyət göstərdiyindən əsasən məktəblilər ziyarətə gətirilir.
Bu isə açıq aşkar ziyarətçilərin həyatının risqə atılması deməkdir.
Görüntülərdən də aydın olur ki, binanın inşası zamanı əməlli-başlı yeyintiyə yol verilib. Hər halda, bina qədim tikli deyil və binanın inşası yaxın keçmişə aiddir. Odur ki, bu binanın tikintisi zamanı dövlət büdcəsini dədə malı kimi yeyənləri ortaya çıxarmaq o qədər də çətin deyil...