Ardını oxu...
Ağdaş rayonu, Dəhnəxəlil kənd sakini Məhərrəmov Elşən Feruz oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, kənd bələdiyyəsinin ehtiyat fondunda olan torpaq sahələri qanunsuz olaraq satılıb:

“Mən, Məhərrəmov Elşən Feruz oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Bildirmək istəyirəm ki, keçmiş bələdiyyə sədri Əhmədova Pərvanə Yusif qızı Ağdaş rayonunun icra başçısı Tofiq İbrahimov və başçının keçmiş müavini Əsgərxan Əsgərovla birləşərək, Bələdiyyənin ehtiyat fondunda olan 10-15 hektara yaxın torpaq sahəsini, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, qanunsuz olaraq satıblar.

Bu məsələ ilə bağlı kənd bələdiyyəsinin yeni sədri Ayaz Abdullayevə müraciət edib, bütün bildiklərimi danışdım. Ona bildirdim ki, ailə sahibiyəm, 2 oğlum, 1 qızım var və mənim də uşaqlarıma torpaq sahəsi verilməsini xahiş etdim.

Qanunsuz yollarla satılan torpaqlar geri qaytarılsa, həmin torpaqlar həqiqətən də ehtiyacı olan biz kəndlilərə paylanılardı. Əlimdən gəldikcə bildiklərimi bütün qurumların diqqətinə çatdıracağam”.

Şikayətçinin redaksiyamıza göndərdiyi video-müraciəti olduğu kimi oxuculara təqdim edirik:

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
Son vaxtlar Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə (TƏBİB) qarşı tənqidlərin çoxalması prezident seçkilərindən sonra qurumun rəhbəri Vüqar Qurbanovun istefaya göndəriləcəyi barədə ehtimallara səbəb olub. Pravda.az Aztimes.az-a istinadən xəbər verir ki, TƏBİB rəhbərliyinə iddialıların da bu arada faəllaşması, medianın gündəminə gəlməməyə çalışması bu ehtimalları bir qədər də gücləndirib. Bu sırada daha çox deputat Kəmaləddin Qafarov fəallıq göstərir.

İddia olunur ki, deputat TƏBİB rəhbərliyinə təyinat almaq üçün fəal iş aparmaqla yanaşı çox ehtiyatlı davranır, heç bir halda gündəmə gəlməməyə çalışır.

Kəmaləddin Qafarov tibb sektoruna yad adam deyil. O, deputat olmamışdan əvvəl Milli Onkologiya Mərkəzinin (MOM)direktor müavini vəzifəsində çalışıb.

Deputat eyni zamanda tibb təchizatı ilə məşğul olan “Azəri Med” şirkətinin sahibi kimi tanınır.

Bu şirkət adətən MOM-un iri məbləğli tenderlərinin qalibi seçilir.

Paytaxtda fəaliyyət göstərən ən böyük tibb müəssisələrindən biri olan “Yeni Klinika”nın fəaliyyəti vətəndaşlarda narazılıq yaradır.

Bu barədə Qlobal.az-a göndərilən məktubda deyilir.

“Bakının ən böyük xəstəxanalarından olan “Yeni Klinika”da müayinə olunmaq özəl xəstəxanalardan da baha başa gəlir. Bu xəstəxanada qəbula düşmək üçün gərək gecə saat 5-də durub gedəsən. Bu qış gecəsi soyuq havada bayırda növbə tutmalısan. Adamlar gecədən gəlib soyuq-şaxtalı havada öz aralarında növbə qururlar. Alaqaranlıqdan taksi tutub gedib bayırda növbə tutdum, amma həkim qəbuluna düşə bilmədim. Qış gecəsi bayırda növbəyə dayanan insanlara baxanda bilmirsən bura dövlət xəstəxanasıdır, yoxsa bazar. Saat 11 olan kimi xəstəxanaya qəbul dayandırılır. Qeydiyyat şöbəsinə şikayət edəndə isə deyirlər ki, tez gəlin, növbə tutun. Bu barədə Təbib-ə, icbari sığortaya şikayət etmişik, amma məhəl qoyan yoxdur”.

 

Vətəndaşların “Yeni Klinika”dan narazı olduqları məqamlardan biri də həkim çatışmamazlığıdır:

“”Yeni Klinika” böyüklüyündə bəlkə də Azərbaycanda xəstəxana yoxdu. Amma bu boyda xəstəxana bir dənə revmotoloqun ümidinə qalıb. O da qeydiyyat şöbəsinə tapşırıq verir ki, saat 10 tamamdan sonra mənə qəbul yazmayın”.

Qeyd edək ki, “Yeni klinika” tibb müəssisəsi 2020-ci ildən fəaliyyət göstərir.
Ardını oxu...
“Yeni klinika”-nın baş direktoru Barat Yusubovdur.

Məsələ ilə bağlı “Yeni Klinika”-dan mövqe öyrənə bilmədik.

Ardını oxu...
Sumqayıt şəhərinin 2-ci kvartal kimi tanınan ərazisində yaşayan bir qrup vətəndaş Azinforum.az-a müraciət edərək bildiriblər ki, onların öz vəsaitləri hesabına həyətlərində abadlıq işləri aparmaları həmin əraziyə aidiyyəti olan Mənzil İstismar İdarəsinin rəisi Şakir Eminovun xoşuna gəlməyib. Sakinlər bildirir ki, Şakir Eminov və onun Sevda adlı işçisi sakinlərdən bu işlərə son qoymağı tələb edib: “Əks təqdirdə bizi həbs etdirəcəkləri ilə hədələyirlər”.

Azinforum.az həmin həyətdən eksklüziv videoreportaj hazırlayıb. Həmin reportajı adları çəkilən şəxslərin də cavab haqqını tanımaq şərtilə təqdim edirik:

 

15 saylı Yasamal 1-ci seçki dairəsindən deputat seçilən Ülvi Quliyevin adı bu vaxta qədər bir çox qalmaqallarda hallanıb. Onunla bağlı media üzərindən apardığımız araşdırmalarda ölkədən qanunsuz kürü çıxartmaqdan tutmuş, biznes fəaliyyətinə, MTN-lə ilişkilərə qədər müxtəlif məlumatlara rast gəlindi. Ancaq indi cumhuriyyet.az olaraq təqdim edəcəyimiz iddia Ülvi Quliyevin nəinki deputat kimi karyerasına son qoya bilər, hətta onun azadlqda olmasını şübhə altına salar. Söhbət Deputat Ülvi Quliyevin dostu, Avropa mühacir müxalifətinin fəallarından biri olan Laçın Məmişovla əlaqələrindən gedir. Laçın Məmişov 2000-ci illərin əvvələrində Ülvi Quliyevin yaxın ərtafında yer alıb və onun bəzi biznes layihələrində də iştirak edib. Ülvi Quliyev 2005-ci ildə deputatlığa namizədliyini irəli sürərkən onun seçki qərargahının ən aktiv üzvlərindən biri, bəlkə də birincisi Laçın Məmişov olub. Daha sonra isə Laçın Məmişov bilinməyən səbəblər üzündən Azərbaycanı tərk edib və siyasi sığınacaq alaraq İsveçrənin Bern şəhərində məskunlaşıb. Hazırda o, Azərbaycan hakimiyyətinin Avropadkı ən radikal müxaliflərindən biri hesab olunur. Laçın Məmişov həm də digər mühacirlərdən fərqli olaraq Avropada komfort həyat sürür. Onun belə komfort həyatının, çəkdiyi filmlərinin maliyyə qaynağının Ülvi Quliyevə bağlı olduğu ehtimal edilir.
Eyni zamanda cumhuriyyet.az olaraq bildirək ki, iddialı məlumatlar arasında Ülvi Quliyevin gənc oğlu Orxan Quluzadənin Avropadakı həyatında da mühacir şəxsin ciddi dəstəyinin olduğu yer alır. Bildirək ki, Orxan Quluzadə Londona, Gardiff Univetsitetinə təhsil üçün gedəndə onun cəmi 17 yaşı vardı. Cəmi 1 il sonra, 18 yaşlı tələbə Orxan artıq atası Ülvi Quliyevin sayəsində həm də Britaniya Krallığında şirkət sahibi idi. Vətən müharibəsi başlayanda depuatın oğlu Orxan Londondakı isti, komfort ofisindən yazırdı: “Səfərbər olduq! Vətən-Torpaq uğrunda müharibə etdik!” deyən oğlu artıq Şuşada idi. Onun şirkəti “Şuşa Otel və Konfrans Mərkəzi”nin daxili təmir və bəzək işlərini həyata keçirməyə başlamışdı. Bax, Londondan Şuşaya belə gəlirlər. Sanki Ülvi Quliyevin oğlu bu qala şəhərini düşmən işğalından azad edən fatehdir, indi belə müştəbehliklə gələrək təmir və bəzək işlərində şirkətini qabağa verir.
Bundan başqa, deputat Ülvi Quliyevin oğlu Orxan Quluzadə Bakıda kafel-metlax mağazası da açıb. Mərkəz deputata məxsus “Diler İnşaat” QSC–nin satış mərkəzi kimi fəaliyyət göstərir. Deyilənə görə, Orxan Quluzadə biznesə 18 yaşından Londonda milyonluq sərmayə ilə başlayıb, arada bəxti gətirməyib, Sankt-Peterburqda 1 milyonu batırıb, amma sonra ayağa qalxmağı bacarıb, İngiltərədə 5 ev alıb, Türkiyədə şirkət açıb, Azərbaycanda binalar tikib, indi də dövlətin bahalı layihələrində iştirak etməkdədir, məmurlar arasında yaxşı müştəriləri var. Bu yaşda cavan oğlan Londondakı, Böyük Britaniya Krallığındakı dəyəri milyonlar olan 5 mülkü, milyonluq avtomobilləri, hansı pulla alıb, cənab Ülvi Quliyev? (Cumhuriyyet.net)
https://www.youtube.com/watch?v=7eIsqvJmEkY

 
Ardını oxu...
2004-cü ildən Azərbaycan Respublikasının ərazisində tikinti və memarlıq işləri ilə məşğul olan “ODEİON” şirkətinin sahibi, hansı ki, qardaş Türkiyə dövlətinin vətəndaşı olan Tolqa Atıcı Axmed oğlunun üzüzə qaldığı problemin varlığı, bəlkə də bu gün müəyyən çevrələrdə daha çox müzakirə olunan məsələlərdən biridir desək, heç də yanılmarıq.

Unutmaq olmaz ki, ölkəmizin həssas vaxtlarında hər zaman bizi müdafiə edən, mənəvi və siyasi dəstəyini əsirgəməyən, bir sözlə bizə qardaşlıq nümunəsi göstərən Türkiyə Respublikasının vətəndaşına qarşı olmazın fırıldaq əməllərin atılması nə hüquqa, nə də ki, mənəviyyata sığan məsələ deyil. Fakt odur ki, qeyd olunan məsələ olduqca həssas və diqqəti cəlbedən məsələlərdəndir. Buna görə də, qardaş ölkənin vətəndaşı olan Tolqa Atıcı, hələ də ölkəmizin dövlət qurumlarına olan inamını itirməyib. Bugünlərdə gundemxeber.az xəbər portalının redaksiyasına adı çəkilən bu şəxs tərəfindən müraciət, eyni zamanda lazımi məlumatlar da daxil olub. Məsələn, “ODEİON” şirkətinin sahibi Tolqa Atıcı ünvanladığı müraciətində qeyd edir ki, “ODEİON” şirkəti 2004-cü ildən Azərbaycanda fəaliyyət göstərir və bu şirkət əsas etibarilə tikinti və memarlıq işləri ilə məşğul olur. Qeyd edim ki, rəhbərlik etdiyim bu şirkət ilə “AS İNŞAAT-N” şirkəti arasında 2005-ci ildən işbirliyi olub və 2010-cu ilə kimi biz bir sıra dövlət əhəmiyyətli layihələrdə iştirak etmişik.
Ardını oxu...
Hətta, 2019-cü ilin iyul ayından 2023-cü ilin iyul ayına kimi də, bir sıra layihələrdə iştirak edib lazımi işlər görmüşük. Sifarişçilər tərəfindən görülən işlərə görə pullar tam ödənilsə də, Nişirəvan Cəlilov həmin pulları mənimsədi və “ODEİON” şirkətinə, eyni zamanda podratçı şirkətlərə olan borclarını ödəməkdən imtina etdi. Belə bir səbəbdəndir ki, aramızda borc məsələləri ilə bağlı bu gün də ciddi problemlər yaşanmaqdadır.
Ardını oxu...
Əvvəllər “ASOROUP” adı altında fəaliyyət göstərən bu şirkətə Nişirəvan Cəlilov rəhbərlik edib. 2019-cu ildən 2023-cü ilə kimi isə, bu şirkətin adı “AS İNŞAAT-N” şirkəti olub. 2023-cü ilin yayında Nişirəvan Cəlilov şirkətin direktoru vəzifəsindən uzaqlaşdı və onun daşıdığı vəzifəni əslən İran İslam Respublikasının (İİR) vətəndaşı olan Babək Nuşirəvani daşımağa başladı. Belə bir halın varlığı, yəni İİR-sı vətəndaşının şirkət rəhbərliyinə gətirilməsi, məhz bu gün də ortaya çoxsaylı sualların çıxmasına səbəb olmaqdadır. Sual oluna bilər ki, AS İNŞAAT-N” şirkətini İran vətəndaşı ilə hansı tellər bağlayır? Onu da bildirim ki, 17 may 2021-ci il tarixdə “ODEİON” şirkəti ilə “AS İNŞAAT-N” şirkəti arasında 01921 saylı müqavilə sənədi bağladıq və müqavilə sənədini qarşı tərəfdən Nişirəvan Cəlilov imzaladı. Bu müqavilə sənədi üzrə rəhbərlik etdiyim şirkət bir çox tikinti işlərini həyata keçirdi və bunun qarşılığında “AS İNŞAAT-N”-ın bizə, yəni “ODEİON” şirkətinə 171000 manat məbləğində borcu yarandı.
Ardını oxu...
Bundan əlavə, 29 noyabr 2021-ci il tarixdə “AS İNŞAAT-N” şirkəti ilə 03221 saylı növbəti müqavilə sənədi bağladıq. Bu müqavilə sənədi üzrə rəhbərlik etdiyim “ODEİON” şirkəti Heydər Əliyev adına Neft Emalı Zavodunda elektrik işlərinin çəkilişini həyata keçirdi və görülən işlərin qarşılığında “AS İNŞAAT-N”-ın “ODEİON” şirkətinə 212447 manat məbləğində borcu əmələ gəldi. Qeyd edim ki, bütün bunlar elektron qaimələrlə vurulub və qarşı tərəf də qaimələri təsdiq edib. Buna baxmayaraq, “AS İNŞAAT-N”-ın rəhbərliyi bu gün də bizə olan borclarını ödəmir və belə bir səbəbdən də, podratçı şirkətlərlə aramızda olan münasibətlər pozulmağa başlayıb.
Ardını oxu...
Artıq podratçı şirkətlər rəhbərlik etdiyim “ODEİON” şirkəti ilə bağlı Kommersiya Məhkəməsinə müraciət ediblər. Ötən altı ay ərzində “AS İNŞAAT-N”-ın rəhbər şəxsləri keçirdikləri iclaslarda bizə və podratçı şirkətlərə olan borc məsələlərini müzakirə etsələr də, son anda onlar ödəməli olduqları borcu ödəməkdən imtina edirlər, hətta forma-2 də təsdiq etmirlər. Belə bir səbəblər üzündəndir ki, bu gün “ODEİON” şirkəti ilə vergi orqanları arasında hədsiz narazılıqlar da əmələ gəlib. Məsələnin daha çox diqqəti cəlb edən tərəfi odur ki, bu gün “AS İNŞAAT-N” şirkətində direktor vəzifəsini daşıyan Babək Nuşirəvani qeyd olunan borcu ödəməkdən imtina edir. Bu şəxs bəhanə olaraq onu qeyd edir ki, “Müqavilə sənədi şirkətin əvvəlki rəhbəri Nişirəvan Cəlilovla bağlanıb. Ona görə də 383447 manat borcu Nişirəvan Cəlilovdan almalısınız” deyib, bu yolla ortaya minbir bəhanələr gətirir.
Ardını oxu...
Amma, bu şəxs onu qeyd etmir ki, bunun nə fərqi var? Axı, rəhbərlik dəyişsə də, şirkət öz yerindərir və hal-hazırda da fəaliyyətini davam etdirir. Onu da qeyd edim ki, ana vətənim Türkiyə Cumuriyyətidir, amma Azərbaycan Respublikası da mənim üçün olduqca əzizdir, qardaş dövlətdir. Mən Azərbaycanda yaşadığım ötən illər ərzində heç vaxt özümü xarici ölkə vətəndaşı kimi hiss etməmişəm. Umumiyyətlə, Allah-Təalanın nəsib etdiyi ömür payını bundan sonra da bu ölkədə yaşamaq niyyətindəyəm”.
Ardını oxu...
P. S. Bütün bunları qeyd etməklə belə qənaətə gəlmək olar ki, bir millət iki dövlət olaraq Azərbaycanı da öz doğma vətəni hesab edən “ODEİON” şirkətinin sahibi Tolqa Atıcı Axmed oğlunun üz-üzə qaldığı belə bir problemin varlığı heç cür yolverilməzdir. Çünki, Azərbaycan Respublikasının ümumilli maraqlarının təmin olunması yöndə hər zaman ölkəmizin mövqeyini müdafiə edən, bizə qardaşlıq nümunəsi göstərən Türkiyə Cumhuriyyətinin vətəndaşına qarşı belə bir addımların atılması həm hüquqi, həm də mənəvi baxımdan heç bir çərçivəyə sığmır.
Məqalədə adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.


GundemXeber.Az
 
Ardını oxu...
Məlum olduğu kimi beynəlxalq neft-qaz sənayesində uzun müd­dət rəhbər vəzifələ­rdə çalışmış, Azərba­ycanın ən uğurlu biz­nes idarəçilərindən biri hesab olunan, eyni zamanda SOCAR AQŞ-nin baş direktoru vəzifəsini daşımış Ramin İsayevə qarşı irəli sürülən 16 mi­lyon manatlıq mənims­əmə faktı ilə bağlı əsassız iddialar, 20­22-ci ilin oktyabr-­noyabr aylarında gen­iş ictimaiyyətin diq­qətinə çatdırılmışdı.

Qeyd edək ki, SOC­AR AQŞ-nin qurucusu və 12 il 6 ay ərzində adı çəkilən bu qur­uma rəhbərlik etmiş Ramin İsayevlə bağlı faktların olduqca saxtalaşdırılması, verilmiş sifarişlər əsasında bu şəxslə barəsində böhtan xara­kterli yazıların tir­ajlanması və s. gen­iş ictimaiyyəti oldu­qca narahat edən məs­ələlərdir. Bir sözlə, SOCAR AQŞ-nin qur­ucusu ilə bağlı yayı­mlanan yazılar lazımi sənədlərə, əsaslı faktlara, müəyyən rəqəmlərə istinad olu­nmaqla yayımlansa da, bəzi şəxslərin isə Ramin İsayev barəs­ində tirajladıqları yazıların böhtan xar­akterli olması, məhz sonradan sübut olu­nmuşdur. Məsələnin maraqlı tə­rəfi odur ki, Ramin İsayevin üzüzə qaldığı haqsızlıqla bağlı aşağı instansiya məh­kəməsinin ziddiyyətli qərarından sonra, bu şəxs barəsində tirajlanan böhtan xar­akterli yazılarda sə­slənən ittihamlara nə Yusif Cabbarovun özü, nə SOCAR AQŞ, nə də ki, Nobel Energy şirkətlərinin rəs­mi şəxsləri münasibət bildirmirlər və on­lar daha çox susmağa üstünlük verirlər.
Ardını oxu...
Bu da onu söyləməyə əsas verir ki, məhk­əmə ilə bərabər həm Yusif Cabbarov, həm də SOCAR AQŞ və Nob­el Energy şirkətləri əsl həqiqətləri qəb­ul etmirlər və orta­ya qoyulan böhtanlara şəriklik edirlər. Qeyd edək ki, bütün bunlarla bağlı Ramin İsayevin özü azadlıqda olarkən əs­aslı və sübutedici açıqlamalar vermişdir və günahsız olduğunu tam şəkildə söylə­mişdir. Söz yox ki, belə bir peşə sahibi­nin bu gün də həbsdə saxlanması olduqca utancverici haldır və bu geniş ictimaiy­yətin hiddətinə səbəb olmaqdadır. Unutmaq olmaz ki, Ramin İsayev yeganə şəxsdir ki, o, dünyanın 1-ci və 2-ci dərəcəli nüfuzlu ali təhsil müəssisəsi hesab olun­an məşhur Harvard Un­iversitetində təhsil almışdır. O, bu ali təhsil ocağını həm fərqlənmə diplomu ilə, həm də MİT-ni uğ­urla başa vurmuşdur. Hətta, o, Harvard Universitetinin Məşv­ərət Şurasının üzvü də olur. Bundan əla­və, Ramin İsayev SOC­AR AQŞ şirkətinin, Turan Qazma və Mühənd­islik Xidmətləri Bi­rgə Müəssisənin quru­cusu da olur və hər iki müəssisə, hal-ha­zırda Azərbaycanın qazma sahəsində öncül şirkətləri hesab olunurlar. Faktdır ki, SOCAR AQŞ ölkəmiz­də və beynəlxalq miq­yasda bu gün də iri qazma layihələrini, Turan Birgə Müəssis­əsi isə, BP şirkətin­in Xəzər dənizində operatoru olduğu bütün platformalarda qa­zma işlərini uğurla həyata keçirir. Qeyd edək ki, SOCAR AQŞ Ramin İsayevin rəhb­ərliyi altında sıfır­dan yaradılır və çox keçmir ki, bu şirkət dəyəri 2 milyard dollar olan bir şirk­ətə çevrilir. Bundan əlavə, SOCAR AQŞ hər il səhmdarlara yüz milyonlarla manat gəlir də ödəyir.
Ardını oxu...
Bütün bunlardan əlav­ə, onu qeyd etmək ye­rinə düşər ki, milli qazma sənayesi bu şəxsin rəhbərliyi al­tında bir çox ilklərə imza atır, ilk ho­rizontal quyu və çox­şaxəli quyular qazıl­ır, Ümid yatağının kəşfində və uğurla işlənməsində Ramin İsayev xüsusi rol oynayır. Hətta, Bulla Dəniz, Dayazsulu Günəşli və Qərbi Abşeron yat­aqlarının işlənməsi zamanı bir çox inqi­labi texnologiyaların tətbiqinə, Azərbay­can qazmasının dünya miqyasında həm tan­ınmasına, həm də int­eqrasiyası sahəsində böyük nailiyyətlərin əldə olunmasına yollar açılır. Qeyd edək ki, Ramin İsayev­in bu sahədəki xidmə­tləri hər zaman döv­lətimiz tərəfindən yüksək qiymətləndi­rilir və o, Azərbayc­an Prezidentinin imz­aladığı sərəncam əsa­sında “Tərəqqi” med­alı ilə də təltif ol­unur. Faktdır ki, bu şəxsin ölkəmizdə mü­asir kadr hazırlığı sahəsində də çox bö­yük xidmətləri olmuş­dur. Yəni, Ramin İsa­yev səkkiz il ölkəm­izdə bir neçə univer­sitetdə heç bir təmə­nna güdmədən dərs ke­çmiş, bir neçə iqti­sadi və texniki kita­bı ingilis dilindən Azərbaycan dilinə tə­rcümə etmişdir. Bu şəxsin neçə-neçə azə­rbaycanlı gənclərin dünyanın ən qabaqcıl texniki universite­tlərində təhsil alma­larına köməklik göst­ərməsi də, məhz danı­lmaz faktlardır.

Əsas məqaml­ardan biri də, Ramin İsayev SOCAR AQŞ-yə rəhbərlik edən zam­an, bu şirkət yüksək gəlirli şirkətə çev­rilir və hər il səh­mdarlara yüz milyonl­arla manat divident ödənilir. Bütün bu kimi sübutlar verilm­iş maliyyə hesabatla­rında öz təsdiqini tapır. Məsələn, NEQSOL Holdinq şirkəti tərəfindən internetdə yerləşdirilmiş və 2018-ci ilə aid SOCAR AQŞ MMC-nin əldə etdiyi mənfəəti əks etdirən məlumatları buna misal çəkə bilər­ik. Verilmiş hesaba­tlardan da aydın olur ki, bu şəxsin rəhb­ərliyi altında SOCAR AQŞ səhmdarlara tə­kcə 2018-ci il ərzin­də 228 milyon manat məbləğində mənfəət qazandırır. 2008-202­0-ci illərə aid göst­əricilər və digər ma­liyyə bəyannamələri də həm SOCAR, həm də Neqsol Holdinq tər­əfindən müvafiq yerl­ərdə mütəmadi olaraq dərc olunur. Veril­miş hesabatların hər biri onu göstərir ki, Ramin İsayevin rə­hbərlik etdiyi dövr­də SOCAR AQŞ həm mən­fəətlə işləyir, həm də uğurlu fəaliyyət göstərir....
Ardı var.

Mövzuya qayıdacağıq, bizi izləməyi unut­mayın.
Gundemxeber.Az
 
Ardını oxu...
Səlahiyyətinə aid olmayan işləri görən bələdiyyə sədri Malik Həsənov arxasında kim dayanıb?

Azərbaycanda aidiyyatı dövlət qurumlarının uzun illərdir qanunsuz qum-çınqıl çıxarılmasına qarşı mübarizə aparmalarına baxmayaraq, hələ də bu problem qalmaqada davam edir.

AzFakt.com-un əldə etdiyi məlumata görə hazırda rayonun Göbəktala bələdiyyəsinin ərazisində yerləşən Şahverdili kəndində qanunsuz qum-çınqıl çıxarılması işi sürətlə davam etdirilir.

Məlumatda bildirilir ki, qanunsuz qum-çınqıl çıxarılmasına Göbəktala bələdiyyəsinin sədri Malik Əzimov rəhbərlik edir.

Qeyd edək ki, Şahverdilər kəndində Araz çayına yaxın ərazilərdə çoxlu sayda qum-çınqıl yataqları mövcuddur. Bələdiyyə sədri Malik Əzimov himayədarlarına arxalanaraq bu ərazilərdəki qum-çınqıl matreallarını kütləvi şəkildə satdırmaqla məşğuldur.

Məlumatda o da vurğulanır ki, ərazidə işləyən traktorlar qum-çınqıl matreallarını çıxartmaq üçün qırmızı kitaba düşən çoxsaylı yulğun ağaclarını məhv edirlər.

Maraqlıdır ki, ötən ilin fevral ayında Şahverdili kəndində əhali ilə səyyar görüş keçirən Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev nədənsə ərazidə baş verən ekoloji talanı görməyib.

Mövzunu davam etdirəcəyik.
 
Ardını oxu...
"Deməli, tələbə dekabr ayında qızılcaya yoluxub deyə onu Sumqayıt Dövlət Universitetinə haqlı olaraq buraxmayıblar. Tələbə evə gəlib, poliklinikanı məlumatlandırıb, cüzi tibbi yardımla müalicə alıb. Virusdan qurtulandan sonra isə universitet bunu imtahana buraxmayıb ki, "qaib"in var..." Bunu öz etirazında tanınmış jurnalist Fazil Əhməd ifadə edib.
Narazı jurnalist daha sonra bildirib: "Tibbi arayışa gəldikdə isə, tələbəyə deyilib ki, ETN rəhbəri Emin Əmrullayevin təlimatında belə arayışlar "it yerinə qoyulmur". Hə, təptəzə rektor nazirin "kruqu"ndandı. Gəncdir... Yoxsa, dövlətin verdiyi arayışı necə adamın təpəsinə çırpa bilər ki?!
Nə isə.
Bu ölkədə hər yeni təyin olunan balaca məmur özünə yeni dünya yaradır.
Buradan nazir Emin bəyə və TƏBİB-in Doğum evlərinə direktor və ya baş həkim təyinatı üçün pullu adam axtaran rəhbərinə səslənirəm: bu,
hoqqaya nə deyirsiniz? Nolar ki, bir dəfə də kasıbın, yaxud qanunun yanında olanda?!
Balalarınızın başına bu oyunu açsalar, necə davranardınız?"

dia-az.info
 
Ardını oxu...
Deputat Ağalar Vəliyevə məxsus olan “Kristal Abşeron”dakı mənzillərin keyfiyyətsiz olması ilə bağlı daha bir fakt ortaya çıxıb.

Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Sumqayıt şəhəri, 10-cu mikrorayonda “Kristal Abşeron” yaşayış kompleksində çəkilən görüntülərdən mənzillərin necə keyfiyyətsiz tikildiyi, bir müddətdən sonra yararsız hala düşdüyü məlum olur.

Belə ki, tikinti zamanı kafel-metlaxın ara məsafəsi boş saxlanılıb, izolizasiyası olunmayıb. Bu da mənzillərə su sızmasına, rütubətə səbəb olub. Nəticədə divarda nəmişlik yaranıb, divar kağızları sıradan çıxıb.

Qeyd olunur ki, binadakı bir neçə mənzilə baxış keçirilib, hamısında eyni mənzərə ilə qarşılaşılıb.

“Azərbaycan Reallığı”
 

Dünyapress TV

Xəbər lenti