Ardını oxu...
…Və yaxud “Yeddibaşlı Əgdaha”nın başını kimlər kəsmək istəyir?
Son günlər bir sıra saytlarda “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”nin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanovla “Abşeron rayon Mərkəzi Xəstəxanasın”ın Publik Hüquqi şəxsin direktoru Azər İsmayılovun yola getmədikləri, bir-birlərinə qarşı gizli mübarizə apardıqları, hətta mediaya kompuramant ötürmələri barədə qeyri-müəyyən informasiyalar yer almaqdadır.
Saytların iddiasına görə, prezident seçkilərindən dərhal sonra Azər İsmayılovun yüksək vəzifəyə təyin ediləcəyi, yeni hökumət kabineti formalaşdıqdan sonra isə TƏBİB-ə hazırkı icraçı direktoru Vüqar Qurbanovun yerinə gətiriləməsi ehtimal olunur. Qeyd edək ki, bunlar bugünlük bir iddia olaraq səslənir. Kimin hansı vəzifəyə təyin ediləcəyini isə zaman bizə göstərəcək.
Məsələnin ilginc tərəfi ondan ibarətdir ki, bu yalan-doğu informasiyaların mətbuata necə və kimin vasitəsi ilə ötürülmüəsidir.
RealMedia.az-ın bu xüsusda apardığı qısa araşdırmalar bir qədər fərqli münasibətləri ortaya çıxardıb.
Apardığımız araşdırmalardan belə məlum olur ki, məsələ heç də yazılanlar kimi deyil. Yəni nə TƏBİB sədri, nə də Abşeron rayon Mərkəzi Xəstəxanasının direktoru Azər İsmayılovun mətbuatda yazılanlarla hər hansı bir ilgisi, bir bağı yoxdur. Sadəcə olaraq TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovla Azər İsmayılovun arasında yaranmış “soyuq münasibətlərindən” istifadə edən maraqlı qüvvələr var. Həmin üçüncü maraqlı şəxsin özü də Paytaxta yerləşən böyük bir tibb müəssisəsinin birinin rəhbəridir. Və könlündən də TƏBİB-in icraçı direktoru vəzifəsi keçir. Hətta o bu arzusuna çatmaq üçün “falçı”, “cadu-gar” qalmayıb ki, yanına gedib, özünə vəzifə dua yazdırmasın. Yəni həmin şəxs istəyir ki, şər qüvvənin ətalət gücü ilə TƏBİB-ə rəhbər təyin olunsun. Buna görə də, o, həm Vüqar Qurbanovu həm də Azər İsmayılovu mətbuat vasitəsilə “vurduraraq” yuxarıların gözündən salmağa çalışır. Məhz həmin şəxs özünə yaxın saytlara Vüqar Qurbanovla Azər İsmayılov barəsində “müfəssəl” bilgilər ötürməklə məşğuldur. Bildirilir ki, həmin şəxs bunun üçün saytlara müəyyən məbləğdə vəsaitdə ayırıb. Hətta həmin şəxs saytlara bildirib ki, TƏBİB postuna təyin olması üçün Azər İsmayılov onun yolunu kəsən “Yeddi başlı Əjdaha”dır. Və o “yeddi başlı Əjdaha”nın başını kəsmək üçün onun üzərinə “mətbuatın qılıncı” ilə “hücum” edir. Qalanı növbəti yazımızda.
Növbəti yazımızda “yeddi başlı Əjdaha”nın başını kəsərək, TƏBİB sədri postun üğurunda gizli savaş aparan şəxsin kimliyi barədə yazacağıq.
RealMedia.az
 
Ardını oxu...
Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin icarəyə verilməsi mexanizmi təkmilləşdiriləcək. Bu, Milli Məclisin Aqrar siyasət komitəsinin yanvarın 26-da keçirilən iclasında müzakirəyə çıxarılan”Torpaq Məcəlləsi”nə təklif edilən dəyişiklikdə əksini tapıb.
Məlumdur ki, Azərbaycanda kifayət qədər mükəmməl, təkmilləşdirilməsinə ehtiyac olmayan qanunlar vardır, əsas problem onların icrasına nəzarət etmək vəzifəsi daşıyan şəxslərin korrupsiyaya qurşanmasıdır. Bu problem kənd təsərrüfatı təyinatlı torpaqların təyinatı üzrə istifadə olunub-olunmaması müstəvisində də özünü bariz şəkildə göstərməkdədir. Azərbaycan Prezidentinin 2020-ci il 12 may tarixli fərmanı ilə təsdiq edilmiş Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi ilə müəyyən edilmiş torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsini təmin edən icra hakimiyyəti orqanının əməkdaşları tərəfindən, kənd təsərrüfatı təyinatlı torpaq sahəsində keçirilən monitorinq zamanı torpaq qanunvericiliyinin tələblərinin pozulması halı müəyyən edildiyi halda,torpaqı satanlar və kənd təsərrüfatı təyinatlı torpaqlarda ev tikənlər barəsində Müvafiq Məcəlləsinin 247.2-ci maddəsinə əsasən məsuliyyət yaradır. Əsas məsələ ilk əyintidən – kənd təsərrüfatı təyinatlı torpaqların zəbt olunmasına göz yumulmasından başlayır və məmurları özlərini "korluğa" vurması güddükləri təmənna qarşılığında baş verir. Yerli icra hakimiyyətlərinin, bələdiyyələrin kənd təsərrüfatı təyinatlı torpaqları fərdi ev tikintisi üçün ayrı-ayrı şəxslərə satması ciddi problem kimi dərinləşməkdədir. Bu proses paytaxtın Qaradağ rayonunda daha geniş vüsət alıb. Əfsus ki, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov bu qanunsuzluğa göz yumur. Rayonun Müşfiqabad qəsəbəsində Süleyman Mikayılov kənd təsərrüfatı təyinatlı torpağı hərraca çıxarıb. Nə özü, nə də hərrac keçirmək səlahiyyəti olan bələdiyyə vasitəsilə deyil, Akif və Nəriman adlı iki bacanaqlar vasitəsilə. Maraqlıdır ki, hətta kənd təsərrüfatı təyinatlı torpaqları qanuni icarəyə götürən və təyinatı üzrə istifadə edən şəxslə müqavilə 99 illiyə bağlanıldığı halda, Müşfiqabadda bu torpaqlar sotlarla bölünərək fərdi ev tikintisi üçün vətəndaşlara satılır.İcra hakimiyyətinin,bələdiyyələrin və digər aidiyyatı orqanların nümayəndələri aldıqları rüşvət müqabilində kənd təsərrüfatı təyinatlı torpaqda ev tikintisinə göz yumurlar.Görünən odur ki,Müşfiqabad qəsəbəsində Azərbaycan Dövlətinin qanunları işdəmir,buralarda icra başçısının öz qanunları var. Aydındır ki, ev tikən həmin evdə ömürlük yaşamaq fikrindədir və ümid edir ki, özü dünyasını dəyişəndən sonra həmin ev miras kimi övladına qalacaq. Həmin şəxs təxminən belə fikirləşir: “Yerin yiyəsi Süleyman Mikayılovdur. Onun adamları Akifə, Nərimana pulumu verib torpaq almışam, onlar da başçının payını çatdırıblar, yüz il də keçsə, mənim əlimdən torpağı heç kim ala bilməz”.
Bu neqativ hallarla bağlı dəfələrlə Qaradağ rayon İcra Hakimiyyətinin məsul şəxsləri ilə telefon əlaqəsi yaradıb problemi diqqətlərinə çardırmışıq,bildirmişik ki hal-hazırda da ərazidə qanunsuz tikililər davam edir, o cümlədən “Mediatv.az” saytı adından rəsmi məktub göndərərək RİH-nin rəhbərliyinə müraciət etmiş, rayon rəhbərliyinin mövqeyini öyrənməyə çalışmışıq. Lakin bütün bunlara baxmayaraq, KİV-də, sosial şəbəkədə tutulan iradlara, yayılan ifşaedici materiallara baxmayraq, bu gün də Qaradğ rayonunda, eləcə də Müşfiqabad qəsəbəsində kənd təsərrüfatı təyinatlı torpaqlarının qanunsuz hərracı davam edir, aidiyyəti qurumlar susqunluq göstərir.
Vətandaşların Mediatv.az-a verdikləri məlumata görə,adlarını çəkdiyimiz iki bacanaqlar Süleyman Mikayılovun “qara kassası” sayılırlar. Məlumatlarda qeyd olunur ki, başçıya istənilən vaxt pul lazım olduqda, bu adamlara kənd təsərrüfatı təyinatlı torpaqları satmaq göstərişi verir, daha doğrusu, bu göstəriş həmişə qüvvədədir, təki pul verən müştəri tapılsın. Bu bazarda isə müştəri qıtlığı yoxdur.Müşqiq qəsəbəsinin qəbirasdanlıq deyilən ərazisində daha bir acinacaqlı vəziyyət isə,evlərdən çıxan kanalizasiya xətlərinin dərə kimi bir əraziyə axıdılmasıdır.
Ardını oxu...
Ardını oxu...
Çirkab suların axdığı ərazi

Bu ərazidə ifunət iyindən dayanmaq mümkün deyil,antisanitariya baş alıb gedir,buralıq sanki xəsdəlik mənbəyidir.Adi bədən tərbiyəsi müəllimliyindən DGK-ya, Vergilər Nazirliyinə, sonra da icra başçısı vəzifəsinə adlayaraq karyerada sürətlə yüksələn Süleyman Mikayılov özünü “Qaradağın Sultan Süleymanı” kimi görür və rayon ərazisini öz malı kimi satıb varlanmaqdadır.
Mövzunu davam etdirəcəyik.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
https://mediatv.az/karusel/105565-qaradagin-sultan-suleymani-ve-onun-qara-xezinedarlari.html
 
 
 
Ardını oxu...
Bakıda çoxmərtəbəli binanın liftinin qırılması və xəsarət alanların olması digər yaşayış binalarındakı liftlərin təhlükəliliyi məsələsini aktuallaşdırıb. Son illər paytaxtın ayrı-ayrı ərazilərində bənzər hadisənin təkrarlanması ictimaiyyətdə narahatlıq doğurur.

İddialara görə paytaxt binaları keyfiyyətsiz və texniki göstəriciləri aşağı olan liftlərlə təmin edilir. Bu azmış kimi liftlərin istifadəyə yararlı olub-olmamasına nə vaxtı-vaxtında nəzarət edilir, nə də planlı baxış keçirilir. Nəticədə isə bədbəxt hadisələrin qurbanı sıravi vətəndaşlar olur.

Elə iki gün əvvəl Xətai rayonu, Gəncə prospekti 2980/81 ünvanında baş verən olay kimi…Liftin qırılması və 4 nəfərin xəsarət alması binanın liftinə xidmət göstərən şirkətin məsuliyyətsiz davranışını ortaya qoyur…

Araşdırmamızın izi ilə…

Bizim.Media-nın araşdırması əsasında məlum olub ki, lifti qırılan bina “Universal servis" MTK -nın balansındadır.

Bunu Bizim.Media-ya lifti qırılan Xətai rayonu, Gəncə prospekti 2980/81 ünvanındakı binanın komendantı İntizam Piriyev də təsdiqləyib.

Hətta bildirib ki, bina 2008-ci ildə inşa edilib və lift də həmin ildə quraşdırılıb. Amma binaya məskunlaşma 20 il öncə olub. MTK rəsmisinin sözlərinə görə onların balansında olan binalardakı liftə “Evrostroy – S.S” MMC şirkəti xidmət göstərir. İki şirkət arasında müddətsiz müqavilə imzalanıb. Liftdə nasazlıq yarananda MTK şirkətin servisinə məlumat verir. Onlar liftə baxış keçirir və problemi qeyd edirlər. Bundan sonra MTK servis xidmətinə təmir pulunu verib lifti düzəltdirir. Yəni xidmətlə bağlı prosedur belə olur…

Binada liftlə bağlı nasazlıq isə ilk hadisə deyil. Sakinlərin bildirdiyinə görə dəfələrlə liftin xarab olması ilə bağlı bina nəzarətçisinə müraciət ediblər. Hətta elə olub ki, nasazlıq ucbatından lift günlərlə bağlı qalıb.

MTK müqavilə bağladığı şirkətdən niyə narazıdır?

İntizam Piriyev elə özlərinin də “Evrostroy – S.S” MMC-nin xidmətindən narazı olduqlarını dilə gətirib. Çünki liftdəki nasazlığın əsl səbəbini nə vaxtında araşdırıb onlara məlumat veriblər, nə də xidmət göstərdikləri dövrdə istənilən problemin kökünü birdəfəlik yoluna qoymaqda maraqlı olublar:

““Evrostroy – S.S” MMC, konkret desək Səməd adlı şirkət rəsmisi ilə müqaviləmiz var. Liftdə nasazlıq yarananda təmiri də Səməd edir. Bu şirkətin tək biz deyil, başqa binalarla da xidməti müqaviləsi var. Xidmət isə o deməkdir ki, liftlə bağlı hər şeyə cavabdehdirlər. Ustadır, gəlir yoxlayır və liftin hansısa detalında problem olduğunu deyir. Pulunu veririk, onlar isə təmir edir. Yalnış düzəldirlərsə, qüsur yaranırsa və yaxud nəyisə görə bilmirlərsə, o artıq xidmətin günahıdır. Biz lift mütəxəssisi deyilik axı…Adam gəlir yoxlayır və deyir ki, bu-bu detallar dəyişməlidir. Pulunu verirəm, düzəldir.

Hansı ki, başqa detallar da təmir edilməliymiş, özünü əziyyətə salmamaq üçün bəzi şeyləri demir.

Son hadisə ilə bağlı müstəntiq gəldi, izahat aldı, özü ilə mütəxəssis də gətirmişdi. Mütəxəssis liftdə əsaslı qüsurlar çıxarıb. Mən isə şirkət rəsmisinə iradımı bildirdim ki, bu 10 günün deyil, çoxdanın qüsurudur. Liftdə nə qədər qüsur varsa, şirkət cavabdehdir. Vaxtında bizə bu barədə məlumat verməli idilər. Məsuliyyəti kənara atmaqla deyil. Üstəlik başqa səbəb də gətirə bilməzlər, müqaviləmizin vaxtı bitməyib”.

“Evrostroy – S.S” MMC-nin Mətbuat Xidmətinin rəhbəri İradə Nurəddinqızı isə MTK rəsmisinin dediklərini təkzib edib. O, deyib ki, sözügedən ünvandakı bina və liftlərlə “Evrostroy-S.S” şirkətinin heç bir əlaqəsi yoxdur.

Ayrıca “Evrostroy – S.S” MMC-nin Səməd adlı rəsmisi də açıqlama vermək istəməyib və fikrini iki ay əvvəl şirkətdən çıxması ilə əlaqələndirib.

“Evrostroy – S.S” MMC -nin Akif Çovdarovla nə bağlılığı var?

“Evrostroy – S.S” MMC (Sipark) şirkətinin rəhbəri Taleh Abbasov, şəriki isə Seymur İsayevdir. Hazırda dələduzluqda ittiham olunan hər iki şəxslə bağlı iş məhkəmdədir. Belə ki, "Evrostroy-S.S" (MMC), "Zaman-İ" Mənzil Tikinti Kooperativi (MTK) və SİPARK Yaşayış Kompleksinin rəhbəri Taleh Abbasov "Yapı Kredi Bank Azərbaycan" Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən məhkəməyə verilib.

Yerli mediada şirkət rəhbəri Taleh Abbasovun adı Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub - E.M.) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi Akif Çovdarovla yaxınlıqda hallanıb. Hətta “Evrostroy-S.S” MMC-nin Akif Çovdarova məxsus olduğu barədə də məlumatlar var.

Zaman-zaman mətbuatda “Evrostroy-S.S” MMC ilə bağlı çoxsaylı qalmaqallı xəbər və şikayətlər yer alıb. Bakıda inşaat işlərini podratçı qismində “Evrostroy-SS” MMC aparır. Hansı ki, binaların inşasını həyata keçirən şirkətin tikintidə keyfiyyəti və standartlara uyğunluğu şübhə doğuran armaturlardan istifadə etdiyi iddia olunur.

Bu şirkət həm də paytaxdakı xeyli sayda çoxmərtəbəli binanın liftlərinə cavabdehdir. Şirkətin xidmətində olan başqa binalarda da bəhs etdiyimiz analoji olay yaşanıb.

İddialara görə şirkətin servisi nasaz olan liftlərə standartlara cavab verməyən və sertifikasiyası olmayan detallardan istifadə etdiyi üçün bədbəxt hadisələr baş verir.

Qeyd edək ki, bu ilin fevralında Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov “Evrostroy-SS” şirkətinin adını ən çox şikayət daxil olan tikinti şirkətləri arasında göstərmişdi.

Məlumatlara görə əvvəlki adı “Evrostoy – S.S” MMC olan indi ki, “Sipark İnşaat” tikinti şirkəti Bakının bir neçə küçəsində pilot layihə adı altında binaların inşasını uzatmaqla məşğuldur.

Bununla bağlı sakinlərin şikayətləri bir neçə dəfə mediada ictimailəşsə də, “Evrostoy – SS” onları müxtəlif bəhanələrlə yola verməkdədir.

Şikayətlərdən aydın olur ki, bu şirkətin Bakının başqa ərazilərindəki tikinti layihələri ya yarımçıq dayanıb, ya çox ləng gedir, ya da şirkət heç bir yeni proyekt reallaşdırmır.

Məlumat üçün onu da bildirək ki, İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 2021-ci ildə “Evrostroy-S.S” MMC-yə qarşı məhkəmə iddiası qaldırıb.

Dövlət Vergi Xidmətinin açıqladığı məlumata görə “Evrostroy-S.S” MMC-nin hazırda dövlət büdcəsinə 8 milyon 969 min 636 manat 07 qəpik borcu var.

Məlumat üçün bildirək ki, ölkə üzrə qeydiyyata salınmış 20 minə yaxın lift var. Bakı Şəhər İcra Hakimiyyətinin “Lifttəmir” İstehsalat Birliyinin tabeliyində isə 5 400 lift var. Hazırda şəhərdə 2 400-dən çox liftin dəyişdirilməsinə ehtiyac var.

Xatırladaq ki, baş verən son lift qəzasında 4 nəfər xəsarət alıb. Belə ki, sakinləri binanın 1-ci mərtəbəsindən 6-cı mərtəbəsinə qaldıran lift sonuncu mərtəbədə reysdən çıxaraq sürətlə aşağı düşüb. Xəsarət alan 2 nəfər Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan, 1 uşaq isə Sabunçu Tibb Mərkəzindən müalicə olunaraq evə buraxılıb.

Yazıda adı keçən qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
Yaxın keçmişdə, yəni 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin Xarici İşlər Nazirliyində keçirdiyi əməliyyatı bu gün hamı xatırlayır. Bir daha xatırlatmaq istərdik ki, XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edildiyi rəsmi məlumatda bildirilirdi.

İstintaq araşdırmaları zamanı Fərhad Molla-zadə və Səlim Əlizadə tərəfindən XİN-in strukturlarının fəaliyyətinin təmin edilməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsinin müntəzəm olaraq mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib. Həmçinin, Fərhad Molla-zadənin və Səlim Əlizadənin XİN-in təsərrüfat tələbatları üzrə malların alınması, işlərin görülməsi üçün hesablarına pul köçürülən sahibkarlardan həmin vəsaitin müəyyən hissəsi dəyərində rüşvətin istənilərək almalarına dair məlumatlar əldə olunduğu bildirilmişdi.

Bundan sonra Xarici İşlər Nazirliyində çox dəyişiklik oldu. Nazir də dəyişdi. Nazirliyin bir çox köhnə işçiləri də. Amma görsənən odur ki, sözügedən nazirlikdə satınalmalarda yol verilən qanunsuzluqlar hələ də qalmaqdadı.Bu da misal.

Xarici İşlər Nazirliyi tərəfindən dəftərxana və təsərrüfat mallarının satınalınması üzrə keçilmiş açıq tenderə yekun vurulub və “DOSTLUQ TRADİNG” MMC ilə 74.998,91 manat məbləğində satıbalma müqaviləsinin bağlanıldığı dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə 07.01.2024-cü il tarixdə elan edilib.

“DOSTLUQ TRADİNG” ( VÖEN 1502948491) Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 29.07.2015-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Qanuni təmsilçisi NAİLƏ MİRİYEVA MAİS QIZI, hüquqi ünvanı, BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, MAQSUD ƏLİZADƏ, ev 42, nizamnamə kapitalı 200.00 manatdır. Kimdir Miriyeva Nailə Mais qızı?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsndə 02.02.2016-ci il tarixdə dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, AZADLIQ PR. , ev 187, m. 79 olan, nizamnamə kapitalı 200 manat, “ANAR SERVİS” (VÖEN 1004110041) Məhdud Məsuliyyətli Cəmiyyətin qanuni təmsilçisi. Dövlət Vergi Xidmətinin məlumatlarında MMC hazırda ləğv edilib.

Qeyd edək ki, həmin ünvanda həm də “DOSTLUQ SERVİS” MMC 09.02.2016-cı ildə Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alınmışdır. Qanuni təmsilçisinin MİRİYEV FAMİL ŞAMİL OĞLU olan MMC nin də hüquqi ünvanı BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, AZADLIQ PR. , ev 187, m. 79-dur.

Bu ünvanda,yəni BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, AZADLIQ PR. ,ev 187, m.79 yaradılmış başqa bir MMC ilə də müqavilə bağlaması barədə əlavə məlumatlar əldə etdik. Belə ki, 11 saylı İnternat Məktəb tərəfindən çirkab suyun daşınması üzrə kotirovka sorğusunun 21.02.2020-ci il tarixdə”ANAR SERVİS MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ ilə 22000 manat dəyərində müqavilə bağlanmışdır. Qanuni təmsilçisi NAİLƏ MİRİYEVA MAİS QIZI olan bu MMC də Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinə 02.02.2016-cı ildə dövlət qeydiyyatına alınmışdır. Qanuni təmsilçisi MİRİYEV FAMİL ŞAMİL OĞLU olan “Dostluq Servis”MMC-dən cəmi bir həftə əvvəl. Hüquqi ünvanı eyni olan bu MMC lərin bir ailəyə sahib olması demək deyilmi?

MMC-nin ilk qanuni təmsilçisi, yəni təsisçisi “DOSTLUQ SERVİS” (VÖEN 1004119871) MMC-nin qanuni təmsilçisi və təsisçisi olmuş MİRİYEV FAMİL ŞAMİL OĞLU oğludur. Bəs “DOSTLUQ SERVİS” MMC nin fəaliyyəti ilə bağlı nə kimi məlumatlar var. MMC Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin 10.11.2022-ci il tarixli, 2239022313870800 nömrəli qərarı ilə riskli vergi ödəyiçilərinin siyahısına daxil edilib. Daha sonra isə 775.81 manat vergi borcu ilə ləğv edilib.

Qeyd edək ki, “Dostluq Servis” MMC-nin baş direktoru Famil Miriyev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Belə ki, MMC-nin adı Bilgəh qəsəbəsində yerləşən 11 saylı İnteqrasiya Təlimli İnternat Məktəbi tərəfindən içməli suyun satın alınması zamanı yol verilən qanunsuzluqlarla bağlı olub. Baş Prokurorluğun 13.08.2021-ci ildə yaydığı məlumata əsasən, aparılmış istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, direktor Gülnarə Abdullayeva 2020-ci ilin yanvar ayından 2021-ci ilin avqust ayınadək olan müddətdə şəxsən və həmin məktəbin əməkdaşları vasitəsilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə faktiki olaraq işə gəlməyən müəllimlərin guya işə gəlməklə tədris həyata keçirməsi, müəllim və tərbiyəçilərin dərs saatlarının artıq göstərilməsi, gündəlik məktəbə gələn uşaqların sayının artıq göstərilməsi ilə onların qidalanması üçün tələb olunan qida məhsulları və içməli suyun artıq rəsmiləşdirilməsinə nail olmaqla 88 min 622 manat pul vəsaitini nağdılaşdıraraq mənimsəməsinə, vəzifə saxtakarlığına yol verərək səlahiyyətlərindən sui-istifadə edib./Lent.az

Cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Əhməd Quliyevin icraatına verilib. Bilgəh 11 saylı İnteqrasiya Təlimli İnternat Məktəbinin direktoru Gülnarə Abdullayeva, onun tədris işləri üzrə müavini Fəranə Əliyeva, müavin Namiq Kərimov, xidməti işçi Əliyev Əlipolad, katibə Fatimə Rzayeva və “Dostluq Servis” MMC-nin baş direktoru Famil Miriyev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar. İş üzrə Təhsil Nazirliyi zərərçəkmiş qismində tanınıb. Adı çəkilən şəxslərin hər biri polisin nəzarəti altına verməklə barələrində həbs-qətimkan tədbiri seçilib. Adı çəkilən şəxslər Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunublar. Onların iştirakı ilə Təhsil Nazirliyinə ümumilikdə 315 min 127 manat maddi ziyan vurulub. Dəyən ziyanın 49 mini nazirliyə ödənilib.

B uradan suallar yaranır. Xarici İşlər Nazirliyi adı mənimsəmə maddəsi ilə ittiham olunanların arasında olan “Dostluq Servis” MMC-nin baş direktoru Famil Miriyevə məxsus “DOSTLUQ TRADİNG” MMC ilə 74.998,91 manat məbləğində satıbalma müqaviləsini necə bağlayıb. Vergi Xidmətinin məlumatlarında MMC-ni 29.07.2015-ci ildə Miriyev Famil Şamil oğlu yaradıb və 17.03.2023-cü il tarixə qədər qanuni təmsilçisi olub. 01.05.2023-cü il tarixdən isə MMC-yə qanuni təmsilçilik Miriyeva Nailə Mais qızına keçib.

Nazirlar Kabinetinin riskli vergi ödəyicisinin, о cümlədən riskli əməliyyatların meyarları haqqında qərara əsasən vergi ödəyicisi digər riskli vergi ödəyicisində təsisçi və direktor kimi fəaliyyət göstərə bilməz. Bəs necə olub ki, təsisçisi Miriyev Famil Şamil oğlu olan “DOSTLUQ TRADİNG” MMC Xarici İşlər Nazirliyinin keçirdiyi açıq tenderin qalibi olub? Burada iki məqam var. Ya Famil Miriyev sənədləri saxtalaşdıraraq digər riskli vergi ödəyicisində təsisçi və direktor olmadığını göstərib, ya da Xarici İşlər Nazirliyinin rəsmiləri bu saxtalığı görməzdən gəlib.

Qeyd edək ki, 11 saylı İnteqrasiya Təlimli İnternat Məktəbində içməli suyun satınalması üzrə “Dostluq Servis” MMC-nin baş direktoru Famil Miriyev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunnda Təhsil naziri Ceyhun Bayramov idi. Sözügedən şəxs indi də Xarici İşlər Nazirliyinin başında durur. Bunlar “DOSTLUQ SERVİS” və “DOSTLUQ TRADİNG” MMC-nin qanuni təmsilçisi Famil Miriyevlə nazir Ceyhun Bayramovun DOSTLUQlarındanmı xəbər verir, yoxsa bir təsadüfdür, deyə bilmərik.
Aktualinfo.org
 
Ardını oxu...
Sosial şəbəkədə yayılan bu görntü gündəm olub.

32gun.az xəbər verir ki, supermarketlərin birinin önündə çəkilən fotoda sahibkar Yolun hərəkət hissəsinə araba düzdürüb. Yolda hərəkətə mane olması və qəza şəraitinə zəmin yaratdığı aydın görünür.

Məlumatda qeyd edilib ki, foto Qazaxda Əsədoğlu Marketlər şəbəkəsinə aid dükanlardan birinin önündə çəkilib. Bu durum da Rayon sakinlərinin haqlı narazılığına səbəb olub.

Əldə etdiyimiz məlumatda görə, nizamanmə kapitalı 100 AZN olan "Əsədoğlu" marketlər şəbəkəsi tarixi "ƏSƏDOĞLU GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti olaraq qeydiyyatdan keçib. MMC-nin hüquqi ünvanı AĞSTAFA RAYONU, AŞAĞI GÖYCƏLİ kəndidir, Vergi uçotu orqanının adı 14 saylı Ərazi Vergilər İdarəsidiir. "ƏSƏDOĞLU GROUP" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi VÜQAR KƏRİMOV ƏSƏD oğludur.

Yerli mediada gedən məlumata görə, "Əsədoğlu" marketlər şəbəkəsi Ağstafadan olan İlqar və Vüqar Kərimov Əsədoğlu qardaşları açıb.
Ardını oxu...
 

Ardını oxu...
     

“1400-ə yaxın şagirdin təhsil aldığı Mingəçevir şəhər 4 saylı tam orta məktəbin direktoru rüşvət alaraq müəllimlərə dərs saatı satır”.
Bu iddiaları sözügedən məktəbin coğrafiya müəlliməsi Həbibə Yuldaş qızı Rahibova Oxu.Az-a açıqlamasında səsləndirib.
O bildirib ki, 20 ilə yaxındır məktəbin direktoru olan Azər Arif oğlu Qazıyev hər dərs saatı üçün müəllim heyətindən 50 manat məbləğində rüşvət alır:
“20 ilə yaxındır bu məktəbdə vəziyyət bu cürdür. Bununla bağlı aidiyyəti qurumlara da müraciət etmişəm. Hətta məktəbin direktoruna Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət işi açılıb. 2023-cü ilin sentyabr ayında biz rüşvət verərkən bunu videoya da çəkmişik. Artıq direktor mənə müxtəlif yollarla təzyiq edir. Məni ailəmlə, qızlarımla təhdid edir, məktəbin yuxarı sinif şagirdlərini də öyrədib məni müxtəlif yollarla ifşa etmək istəyir. Mən bununla bağlı iki dəfə Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə müraciət etmişəm. Bir neçə şagird cərimələnib və altı ay müddətinə nəzarətə götürülüb.
Mənimlə danışan müəllimlərə, şagirdlərə müxtəlif yollarla təzyiq edilir. Məktəbdə artıq ruh kimi gəzirəm, heç kim mənimlə danışmır. Səbəbi isə direktorun təzyiqi və mənim direktorla açıq mübarizə aparmağımdır”.
Səsləndirilən iddialarla bağlı Oxu.Az-a açıqlama verən məktəb direktoru Azər Qazıyev bildirib ki, məsələ prokurorluq tərəfindən araşdırılır, nəticələri ilə bağlı cavab gözlənilir:
“Mən 1986-cı ildən bu məktəbdə çalışıram. 2005-ci ildən isə direktor vəzifəsində çalışıram. Respublikanın qabaqcıl təhsil işçisiyəm, “Tərəqqi” medalına layiq görülmüşəm. Mənə qarşı qurulma bir işdir. İş prokurorluqdadır, araşdırmalar aparılır. Bu yaxınlarda da maliyyə yoxlamaları aparıldı. Yoxlamaların və araşdırmaların nəticələrini gözləyirik”.  (Oxu.Az)
Həmin görüntüləri təqdim edirik:

Ardını oxu...
Cəlilabad rayon sakini Həmid Qasımov tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. O, Əmlak Məsələləri Dövlət Xidmətinin Cəlilabad Reyestrinin rəisi Adil Həbiyevdən şikayətçidir. H.Qasımovun məktubunu olduğu kimi dərc edirik:

“Sizi Əmlak Məsələləri Dövlət Xidmətinin Cəlilabad reyestrində baş verən qanunsuzluqlarla bağlı məlumatlandırmaq istəyirəm. İstəyirəm biləsiniz ki, adıçəkilən qurumun rəisi Adil Həbiyev vətəndaşlara sözün həqiqi mənasında divan tutur. Tutduğu vəzifədən, habelə Əmlak Məsələləri Dövlət Xidmətinin strateji planlaşdırma şöbəsinin rəisi işləyən qardaşı İlqar Həbiyevin himayəsindən sui-istifadə edən Adil Həbiyev, rayon ərazisindəki bütün torpaqların qanunsuz təftişini həyata keçirməkdədir. Məqsəd sənədsiz torpaqları aşkara çıxarmaq, bundan sonra həmin torpaqların sahiblərinə, yaxud bu torpaqlarda məskunlaşan şəxslərə təzyiq göstərməklə, onlardan qanunsuz vəsait qoparmaqdır.

Belə ki, Adil Həbiyev və onun tabeçiliyindəki şəxslər bu cür hallarla qarşılaşanda vətəndaşlara bildirir ki, onlar ya torpaqdan imtina edərək onu boşaltmalı, ya da ona xərac verməlidir. Burada söhbət torpaq sahəsinin sənədləşməsindən deyil, Adil Həbiyevə qanunsuz ödəniş etməkdən gedir. Başqa sözlə desək, Adil Həbiyev sənədləşmə prosesində qarşılaşdığı çatışmazlıqlar haqqında susmaq üçün də sadə vətəndaşlardan pul istəyir.

Bundan başqa, Adil Həbiyev sənədli torpaq üzərində inşa edilən, lakin hələ sənədləşdirilməyən, yarımçıq evlərdən – quru daşdan da pul çıxarır. Reyestr rəisi bu cür evlərin sakinlərinə bildirir ki, onlar ya evi dərhal sökməli, ya da sahəsindən və mərtəbə sayından asılı olaraq ona 2-5 min manat məbləğində pul ödəməlidirlər. Artıq Adil Həbiyev bu yolla onlarla vətəndaşı ona pul ödəməyə vadar edə bilib. Lakin min bir əziyyətlə ev ərsəyə gətirən insanların böyük əksəriyyətinin Adil Həbiyevə verəcək pulu olmadığı üçün hər an evlərinin söküləcəyi qorxusu ilə yaşamaqdadırlar.

Maraqlıdır ki, reyestr müdiri özünü bu rayonun sahibi-mütləqi kimi aparır. Vətəndaşlara mənəvi-psixoloji təzyiq göstərən Adil Həbiyev ondan şikayət edəcəyini bildirən insanların sözlərinə heç bir əhəmiyyət vermir. Əksinə, Adil Həbiyev açıq şəkildə bildirir ki, kim istəyirsə, ondan şikayət edə bilər. Qardaşı İlqar Həbiyev tərəfindən himayə edildiyini kimsədən gizlətməyən reystr rəisi bildirir ki, onsuz da Əmlak Məsələləri Dövlət Xidmətinə onunla bağlı göndərilən şikayətlərin heç biri Xidmət rəisinə çatmayacaq. Səbəb həmin müraciətlərin “gedər-gəlməzə” göndəriləcəyi ilə bağlıdır.

Maraqlıdır, doğrudanmı Əmlak Məsələləri Dövlət Xidmətinin rəhbərliyi Adil Həbiyevin törətdiyi qanunsuzları görmür? Niyə qardaşının qanunsuz əməllərini himayə edənb İlqar Həbiyev hələ də cəzalandırılmır? Ümumiyyətlə, iki qardaşın eyni qurumda yer alması, birinin digərinin qanunsuz əməllərini himayə etməsi nə dərəcədə doğrudur?

Ümid edirik ki, Əmlak Məsələləri Dövlət Xidmətinin rəhbəri hörmətli Mətin müəllim Adil Həbiyevin qanunsuz əməllərinə son qoyacaq, rayon ərazisində aparılan bu qruama təftiş və təzyiqi dayandıracaq”.

Hazırladı: Jalə FAMİLQIZI

Hurriyyet.az

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 
Ardını oxu...
Ağdaşın Aralbir kəndinin yolları bərbad vəziyyətdədir. Kəndin daxili yolları üçün ən unikal nəqliyyat vasitəsi at arabası sayılır. Çünki dağılmış, bərbad olan yollara avtomobillər dözmür.

Bu sözləri Bizim.Media-nın Aran bürosuna kənd sakinləri bildiriblər.

Sakinlər deyir ki, Aralbir, sanki, Ağdaşın gözəllikləri arasında gizlənmiş, ya da gizlədilmiş bir xarabalığı xatırladır.

Kənd rayon mərkəzindən cəmi 3 km uzaqlıqda yerləşir, gözdən uzaq olmasa da, könüllərdən iraq qalıb. Özü də ki, düz 30 ildən çoxdur.

Kənd sakini Rəsmiyyə Mahmudova bildirir ki, 1994-cü ildən burada yaşayır:

“Elə o vaxtdan yol bu vəziyyətdədir. Qışda palçıqdan yayda tozdan bura da hərəkət etmək mümkün deyil. Dəfələrlə öz vəsaitimiz hesabına çınqıl, daş tökdürmüşük, amma yolun digər hissəsinə gücümüz çatmır. Kəndin giriş hissəsinə asfalt örtüyü salınıb, amma kəndin daxili hissəsi qalıb. Artıq vəziyyət o yerə çatıb ki, sakinlər söküntü evlərin qalıqlarını daşıyıb yollara tökürlər ki, uşaqlar gəzəndə palçığa batmasınlar”.

Kənd sakini Rəqibə Məmmədova da sözügedən durumdan narazılığını ifadə edib:

“Bizim güzəranımız budur, nə öz imkanımız yoxdur, nə də rəhbərlik maraqlanmır”.

Kəndin digər sakini Samirə Ağasıyeva bildirir ki, 15 ildir bu kəndə köçüb, o vaxtdan yol bu vəziyyətdədir:

“Onun-bunun sökülmüş evini, daş söküntülərini gətirib tökürük küçəmizə, özümüzə yol edirik. Kənd sakinlərinin əziyyəti, etirazları bir kənara, bir də buraya gələn qonaqlar var axı. Daha doğrusu, gəldiyinə peşman olan qonaqlar”.

Kəndə qonaq gələn Şirvan sakini Əli Mirzəyevlə də həmsöhbət olduq:

“Qışda buraya gəlmirik. Ümumiyyətlə, palçıqdan, sudan gəlmək olmur. Maşınla gəlmişik, indi yer nisbətən qurudur, amma ona baxmayaraq yol yaman gündədir, dərə-təpədir. Maşının altı pis günə düşdü, bir sözlə bu kəndə gəlməyimizə peşman olduq”.

Məsələ ilə bağlı Aralbir kənd icra nümayəndəliyinə üz tutduq.

Kənd icra nümayəndəsi Müşfiq Həsənov Bizim.Media-nın yerli bürosuna bildirib ki, bu yol 2024-cü ilin dövlət proqramına salınıb və vəsait ayrılan kimi Aralbir kəndinin yollarında təmir-bərpa işləri görüləcək.

Ümid edək ki, icra nümayəndəsinin bizə verdiyi söz elə söz kimi qalmayacaq və Aralbir camaatının illərdir çəkdiyi əzab-əziyyətə son qoyulacaq.

Mövzunu diqqətdə saxlayacağıq.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 

       
Ardını oxu...
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, “Kristal Abşeron” şirkəti inşa etdiyi binalarda idarəçiliyi qeyri-qanuni olaraq mənimsəyib. Ekspertin sözlərindən məlum olur ki, şirkətin tikintisini başa çatdırdığı, məskunlaşmaolan binalarda idarəetmə hələ də “Kristal Abşeron”un özündədir. Halbuki qanunvericiliyə görə, çoxmənzilli binaların tikintisi başa çatdıqdan sonra burada məskunlaşma 50 faizdən artıq olduqda bina mənzil mülkiyyətçilərinin yaratdığı quruma təhvil verilməli, inşaatçı idarəetmədən kənarlaşmalıdır.

“MTK-ların, tikinti şirkətlərinin binaları təhvil verməməsi, sakinləri idarəetmədən kənarda saxlaması hüquqi məsuliyyət yaradır. Lakin təəssüflər olsun ki, onlara hələ heç bir dövlət qurumu müdaxilə edə bilməyib”. Bunu AFN.az-a açıqlamasında əmlak hüququ üzrə ekspert, çoxmənzilli binaların idarə olunması sahəsində fəaliyyət göstərən “Rahat Yaşam” şirkətinin şöbə müdiri Elxan Orucov deyib. O, bildirib ki, dünya ölkələrində olduğu kimi, Azərbaycanda da bu sahə mənzil qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələbinə uyğun olaraq, mülkiyyətçilər çoxmənzilli binaların üç idarəetmə formasından birini seçməyə borcludurlar: bura binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilməsi, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilməsi və idarəedici təşkilat tərəfindən idarə edilməsi daxildir: “İnşaat şirkətləri və MTK-larla bağlı isə onu deyə bilərəm ki, müvafiq qanununvericilikdə çoxmənzilli yaşayış binasının inşası tam başa çatdıqdan və orada yaşayanların əlli faizindən çoxuna mülkiyyət hüququ verildikdən sonra bir ay ərzində MTK-nın ləğvi, Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin yaradılması nəzərdə tutulur. Yaxud da yuxarıda qeyd etdiyimiz kimi, sakinlərin üç idarəetmə üsulundan birini seçmək hüququ var. Buna baxmayaraq, bir çox inşaat şirkətləri və MTK-lar binaları sakinlərə təhvil vermək istəmirlər. Bu sahədə olan təcrübəmizə əsaslanaraq qeyd etmək istəyirəm ki, həmin sahibkarların, yəni bina tikənlərin böyük əksəriyyəti kommunal idarəetmə istiqamətində zərərlə çalışırlar”.

E.Orucov onu da əlavə edib ki, çoxmənzilli binaların idarə olunması inkişaf etmiş ölkələrdə idarəedici şirkətlər tərəfindən həyata keçirilir: “Çünki idarəedici şirkətlərin bu sahə üzrə ixtisaslaşmır kadrları, böyük maddi-texniki bazası olur və onlar müasir idarəetməni əhatə edən innovasiyalardan istifadə edirlər, peşəkarlıq baxımından keyfiyyətli idarəetmənin təşklili ilə bağlı birçox üstünlüklər təklif edirlər”.
Qeyd edək ki, “Kristal Abşeron” şirkətinə inşa etdiyi binaların idarəedilməsi forması, təcrübəsi və mövcud vəziyyətlə bağlı sorğu ünvanlamışıq. Şirkətdən sorğumuza verilən cavabı təqdim edəcəyik.
Onu da vurğulayaq ki, “Kristal Abşeron” şirkəti Azərbaycanda olduqca iri mənzil layihələri reallaşdırır. Şirkət həmçinin bir sıra dövlət proqramlarında tikinti işlərini icra edir. Şirkətin sahibi deputat Ağalar Vəliyevdir.

Dünyapress TV

Xəbər lenti