Ardını oxu...
“Məcid Məcidli elə yanımda Çingiz Təhməzova havadarlıq edən Seymur Məmmədova (“Sumqayıt Bulvar” MMC-nin baş direktoru – red.) zəng edib “sizə Cavidi razı salmağınızı tapşırmışdım” dedi”...

Bu sözləri Masazır qəsəbəsində müvafiq sənədləşmə əsasında ev almaqla dələduzluq qurbanına çevrildiyini və üz tutduğu hüquq-mühafizə orqanları əməkdaşlarının onun qanuni hüquqlarını bərpa etməkdən yayındığnı deyən vətəndaş Cavid Orucov Yenicag.az-a videomüsahibəsində bildirib.

Şikayətçinin sözlərinə görə, internetdə yerləşdirilmiş elan əsasında gördüyü evi almaq istəyib və bu məqsədlə evin sahibi ilə görüşərək razılaşıb. Onun problemləri də elə bundan sonra başlayıb və getdikcə dərinləşib:

“Evin sahibi Çingiz Təhməzova beh verdim və alqı-satqını notarial qaydada təsdiqləmək üçün notariusa yollandıq.

Lakin Çingiz Təhməzov evin sənədlərində müəyyən çatışmazlıqların olduğunu deyərək, sənədləşməni dostunun adına rəsmiləşdirəcəyini bildirdi.

Elə problemlər də bundan sonra yarandı və hələ də davam etməkdədir”.

Şikayətçi ilə videomüsahibəni tam olaraq buradan izləyə bilərsiniz:

 

Ardını oxu...
     

Şamaxının mərkəzində yaşayan sakinlər çala-çuxurlu yollardan, palçıqlı küçələrdən şikayətçidirlər.

Onlar bildiriblər ki, 16 ildir müvafiq qurumlar tərəfindən təmir işləri ilə bağlı müəyyən vədlər verilsə də, problem hələ də həll olunmayıb:

“Yollar çökür, əhali əziyyət çəkir. Hər dəfə eyni cavabı verirlər. Növbəti ildə küçəniz asfaltlanacaq, təmir işləri aparılacaq. Ancaq bu 16 ildə 16 qəpiklik iş görülməyib”.


Ardını oxu...
Şəki rayonu, Fazil kənd sakini Məmmədov Fərhad Xızır oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasina şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, onu qeyri-qanuni olaraq DOST Mərkəzindən işdən çıxarıblar:

“Mən, Məmmədov Fərhad Xızır oğlu, yazaraq diqqətinizə çatdırıram ki, sizə yazdığım məlumatların hər birinə cavabdehəm.

Şəki rayonu, İbrahimkənd ərazi icra nümayəndəliyində DOST xidmətinin xəttilə 19 nəfərin adı işçi kimi keçsə də, bircə nəfər də işə çıxmır. Həmin 19 işçidən bəziləri icra nümayəndəsi İlqar Məmmədovun şəxsi təsərrüfatlarında çalışdırılır.

Mən, şəhid ailəsi kimi, cəmi 2 ay DOST Mərkəzində işlədikdən sonra icra nümayəndəsi məni işdən azad etdirdi.

Şikayətimlə bağlı DOST xidmətinin apardığı yoxlama zamanı göstərdiyim bütün neqativ hallar öz təsdiqini tapsa da, nəticə dəyişmədi. İş tabelində bunları görmək mümkündür.

İcra nümayəndəsi bu qədər saxtakarlıq edir, lakin ona dəyib- dolaşan yoxdur. Mən belə başa düşürəm ki, İlqar Məmmədovu müdafiə edən onun 3-cü müavini Rafael Manafovdur. Hazırda da Fazil kəndində diplomsuz olan həyat yoldaşı tədbirlərin təşkili və s. işləri yerinə yetirir. İşdə o qadının üzünü görən yoxdur, ancaq şikayət olduğu halda xahişlə işə gətirirlər.

Mənim göstərdiyim tabeldəki 19 nəfərdən cəmi 2-si işə çıxır, qalanları ancaq maaş veriləndə gəlirdilər.

Şəhid ailəsi olaraq çarəsiz vəziyyətdə qalmışam, məni işimdən ediblər, kimə müraciət edəcəyimi bilmirəm”.

Məsələ ilə bağlı DOST Mərkəzi ilə əlaqə saxladıq. Vətəndaşın şikayətinin araşdırılacağı bildirildi.

 

Ardını oxu...
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yaradılanda mən çox sevinmişdik.
Fikirləşdik ki, alıcının,istehlakçının tərəfində olan bir dövlət təşkilatımız var.
Amma çox əfsus.2017-ci ildən fəaillət göstərən AQTA-nın nəsə bir dəyişiklik etdiyini görmədik.
Çünki başları başqa məsələlərə qarışıb.
Məsələn,deyirlər,Qida Təhlükəsizliyi Agentliyi Qarabağ bölməsinin Bərdə idarəsinin nümayənləri obyektlərə girib öz bildiklərimi kimi cərimələr yazırlar.
Səbəbli-səbəbsiz.Dedik bunlar məhsulun keyfiyyətinə nəzarət edərlər.
Amma reallıqda başqa şeylər görürük.Əgər cərimələrdən sonra heç nə dəyişmirsə,deməli bu kimlərinsə cibini doldurmaq üçün bir oyundur.
Elə bu oyunların nəticəsidir ki,2021-ci ildə Bərdədə AQTA-nın yerli bölməsinin rəisi Rauf Həsənov həbs edilib,cəzasını çəkir.
Yəqin onun yerini tutanlar ibrət almayıblar,əməllərini davam etdirirlər.Ətin kilosu 15-17 manatdır,ancaq kolbasalar var 5 manata satılır.
Məlumdur tərkibi necə ola bilər.Vaxtaşırı bu kolbasaların hazırlandığı sexləri cərimələyirlər.
Düz edirlər.Amma bir müddət sonra bazar-dükanda həmin məhsulları görəndə,yoldan keçəndə həmin sexləri elə o cür görəndə cərimələrin mahiyyəti məlum olur.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin hörmətli sədri cənab Qoşqar Təhməzli,əməkdaşlarınızın bu hərəkətləri birbaşa əhalidə dövlətə inamı sarsıdır.
Çünki AQTA bir dövlət təşkilatıdır.Sizin bəzi işçiləriniz necə deyərlər,qaş düzəltmək əvəzinə vurub gözü də çıxardırlar.
Elə olmasaydı,AQTA-nın yaradıldığı 7 il ərzində çox şey dəyişərdi.
Amma demək olar ki heç nə dəyişməyib.Dəyişən yalnız bahalaşmaya verdiyiniz töhfədir.
Az idi iş adamının başının üstünü kəsdirən biri də şərik oldu.
Yəni bəzi işçiləriniz.İş adamı kimlərinsə cibini doldurmağa məcbur olursa,təbii ki bunun yerini alıcının cibindən götürür.
Malının qiymətini artırmağa məcbur olur.Heç Bərdəyə və ya başqa rayona gedib baxmağa ehtiyac yoxdur.
Hərdən elə paytaxt Bakının küçə ticarətinə,qanunsuz işləyən,qanunu pozmaqla işləyən müəssisələrinə baxın.Yuxarıda kolbasa sexlərindən danışmışam.
5-6 manata satılan kolbasanın maya dəyəri daha ucuz olur.İndi təsəvvür edin onun içində ətdən başqa nələr ola bilər.
Sizin əməkdaşlarınızın məsuliyyətsizliyinə,rüşvətxorluğuna görə belə yerlər hələ də işləyir.Biz isə sağlamlığızı təhlükəyə qoyuruq.
Dövlət sizə kifayət qədər geniş səlahiyyət verib.Amma görünən odur ki işçiləriniz qayda-qanunu özləri pozur.
Axı cənab Prezident dəfələrlə deyib ki sahibkarlara maneələr yaradılmasın,dövlət təşkilatları səbəbsiz yoxlamalarla iş adamlarını bezdirməsinlər.

Sima Babayeva - dia-az.info
Ardını oxu...
Sərxoşluğun Ekspertizası Mərkəzində saxta arayış verilməsi ilə bağlı iddialar yayılıb.
Bu barədə Baku TV süjet hazırlayıb.
Belə ki, sözügedən mərkəzdə sürücülərə heç bir alkotestdən keçmədən ödəniş müqabilində, sərxoş vəziyyətdə olsalar belə, ayıqlığı təsdiq edən arayış verildiyi deyilir.
Baku TV-nin əməkdaşı gizli çəkiliş vasitəsilə iddiaları araşdırmağa çalışıb.
Məlum olub ki, mərkəzdə bu arayışı saxta şəkildə, heç bir testdən keçmədən əldə etmək üçün 10 manat ödəniş etmək kifayətdir.
Ətraflı videonu təqdim edirik:

 
 
 
Ardını oxu...
Yevlax rayon sakini Həsənov Firdovsi Nazim oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Müharibə iştirakçısı olduğunu deyən şikayətçi bildirir edir ki, Bələdiyyə sədri Əbülfət Razayev 6 sot torpaq üçün ondan rüsüm adı altında 1800 manat pul tələb edir:

“Mən, Həsənov Firdovsi Nazim oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Mən müharibə iştirakçısıyam, iş qabiliyyətim yoxdur. Amma təəssüf ki, bunu sübüt edə bilmirəm, nə xəstəlik kağızı vermirlər, nə də sağlamlıq kağızı.

Problemim o qədər çoxdur ki, bilmirəm hansından danışım. Məşğulluq Xidmətindən heyvan verdilər, öldü, qaldı boynumuzda.

Adını çəkdiyim qurumlara nəyisə sübüt etmək çətin məsələdir. Sanki xəstə heyvanları yığıb, ancaq Məşğulluq İdarəsinin əli ilə insanlara verirlər.

Qarabag uğrunda gedən döyüşlərdə iştirak etmişəm və xəsarətlər almışam, indi isə iş qabiliyyətim yoxdur. Hara gedirəm, hara müracət edirəm, baxan yoxdur. Mən sağlam adamamsa, onda mənə sağlamlıq kağızı verin, onu da etmirlər.

Mənim kimi onlarla müharibə iştirakçısı var, işsiz qalmışıq, nə edirik, hara gedirik ,qəbul etmirlər.

Yevlax rayonunun İcra Hakimiyyətində məni qəbul etmirlər ki, problemimi deyim.

Həyatyanı 6 sot torpaq sahəsindən ötrü Bələdiyyə sədri Əbülfət Razayev məndən 1800 manat pul istəyir. Bu torpaq üçün biz can qoymuşuq, yarımcan olmuşuq. Deyir dövlət rüsumudur, bu qədər rüsüm olar? Bizi məcbur ölümə göndərirlər? İş yoxdur, dolana bilmirik, dövlət qurumlarından kömək yoxdur".
Məsələ ilə bağlı Bələdiyyə sədri Əbülfət Razayevlə əlaqə saxlamağa çalışsaq da, telefon zənglərimiz cavabsız qaldı.

Jalə FAMİLQIZI

         
Ardını oxu...
Mərkəzi Nəbatat Bağında aparılan təmir və tikinti işlərində sex armaturlarından istifadə olunur.

Qlobal.az xəbər verir ki, hazırda Nəbatat Bağının ərazisində beton döşəmə (styaşka) işləri aparılır. Yeni layihədə əksini tapan səki və yollarda aparılan “styaşka” işlərində yerli sexlərdə istehsal edilən armaturlardan istifadə edilir.

Podratçı təşkilat tərəfindən Nəbatat bağında aparılan bütün işlərdə istifadə edilən armaturların keyfiyyətinin A 300 göstəricisinin altında olduğu, ərazidə bəzi yol səthlərinə verilən beton örtüklərdə mikro çatlar əmələ gəldiyi bildirilir.

Çatların əmələ gəlməsi istifadə olunan armaturların keyfiyyətsiz olması ilə yanaşı, həm də torların hörülməsi zamanı normativ qaydaların pozulması ehtimal edilir.

Qeyd edək ki, Mərkəzi Nəbatat Bağı Bakı Şəhər İcra Hakimiyyətinin balansındadır.

Nəbatat Bağında yenidənqurma işlərini Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyətinin sifarişi ilə “Xezer Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti aparır.

Bu məqsədlə dövlət büdcəsindən Nəbatat Bağının layihə-smeta sənədlərinin işlənib hazırlanmasına 580.300 manat, abadlaşdırılmasına isə 58 milyon manat ayrılıb.

Qlobal.az məsələ ilə bağlı sifarişçi təşkilatdan – Bakı şəhər İcra Hakimiyyətindən mövqe öyrənə bilməyib.

Tikinti işlərini aparan “Xezer Construction” MMC də məsələyə münasibət bildirmədi.
Ardını oxu...
Ardını oxu...
 
 
 

Ardını oxu...
TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovla Abşeron rayon Mərkəzi Xəstəxanasının icraçı direktoru Azər İsmayılov arasında gedən gizli mübarizə pik həddə çatmaqdadır.

AzFakt.com-un əldə etdiyi məlumata görə hər iki tərəf bir-birindən yuxarı instansiyalara məlumatlar ötürməkdədir. Baş verən son hadisənin isə Azər İsmayılovun təşkilatçı rəhbər imicini ciddi surətdə zədələyib. Belə ki, yanvar ayının əvvəlində Abşeron rayonu, Masazır qəsəbəsi, Füzuli 49 ünvanında eyvandan yıxılan yeniyetməyə Abşeron rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım köməyə getməmişdi.

Hadisə mediada işıqlandırıldıqdan sonra TƏBİB açıqlama verməyə məcbur olmuşdu. Məsələ ilə araşdırma aparıldıqdan sonra Abşeron Rayon Mərkəzi Xəstəxanasının əməkdaşı işdən çıxarılmışdı.

Əldə etdiyimiz məlumata görə bu hadisə Abşeron rayin MX-nın icraçı direktoru Azər İsmayılovu bərk qəzəbləndirib. Hətta o bu hadisəni, yəni tibbi yardımın çağırışa getməməsini rəqiblərinin ona qarşı qurduğu tələ adlandırıb.

Qeyd edək ki, son zamanlar Səhiyyə nazirliyinin kluarlarında fevral ayının 7-dən sonra Azər İsmayılovun yüksək vəzifəyə təyin ediləcəyi barədə məlumatlar dolaşmaqdadır. Məlumata görə A.İsmayılov yeni hökumət kabineti formalaşdıqdan sonra TƏBİB-ə icraçı direktor gətirilə bilər.

Lakin Abşeron rayon Mərkəzi Xəstəxanasından son zamanlar TƏBİB-ə və İcbari Tibbi Sığortanın qaynar xəttinə gələn çoxsaylı şikayətlər Azər İsmayılovun karyerasını ciddi sual altına qoymaqdadır.

Ardını oxu...

Abşeron MRX-dan İcbari Tibbi Sığortanın qaynar xəttinə edilən ən çox şikayətlər isə həkimlərin davamiyyətsizliyi ilə bağlıdır. Belə ki, xəstəxananaya gələn insanların travmotoloq, revmotoloq və endikrionoloqların xidmətindən yararlanan bilmədiyi deyilir. Buna səbəb isə bu şöbədə işləyən həkimlərinin işə vaxtlı-vaxtında gəlməməsi, iş vaxtından tez xəstəxanadan çıxıb getmələridir.

Həkimlərin bu nizam-intizamsızlığını isə Azər İsmayılov rəqiblərinin ona qarşı qurduğu tələ hesab etdiyi deyilir.

Xatırladaq ki, Azər İsmayılov sabiq deputat Cəbi İsmayılovun oğludur. Uzun illər Naxçıvan Ali Məclisinin deputatı olan Cəbi İsmayılov Muxtar Respublikanın Ali Sovetinin keçmiş sədri Vasif Talıbova yaxınlığı ilə tanınıb.

Abşeron rayon Mərkəzi Xəstəxanasında baş verən digər neqativ hallar barədə növbəti sayımızda geniş məlumat verəcəyik.
Ardını oxu...
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindin rəis müavini Elçin Yusubov Bakının Novxanı çimərliyi yaxınlığında, “Spring” oteldən bir kilometr uzaqlıqda yerləşən “Sarıqaya” yaşayış massivinin “Metallurq” düşərgəsində məcburi köçkünlərin məskunlaşdığı ərazinin bir hissəsini özünə yaxın iş adamının adına rəsmiəşdirib.

Məlum alqı-satqı Elçin Yusubova yaxınlığı ilə seçilən şöbə müdiri Taleh Bəşirovun bilavasitə iştriakı ilə həyata keçirilib. Düşərgədə sıx məskunlaşmanın mövcud olduğu, orada yaşayan qaçqınların öz dədə-baba torpaqlarına hələ köç etmədiyinə baxmayaraq, Elçin Yusubov düşərgənin bir hissəsini iş adamına satıb. Bununla bağlı Mediaxeberleri.Az-a verilən məlumata görə, məcburi köçkünlərin narazılığına yol verməmək üçün iddia edilir ki, guya Əmlak Məsələləri Dövlət Xidməti ərazidə park salır.

Yəni ərazidə heç bir tikinti işi aparılmayacaq. Lakin təbii ki, vətəndaşlar buna inanmır və onlar hesab edir ki, onların pərən-pərən salınmasında məqsəd hansısa məmurun, iş adamının maraqlarını təmin etməkdir. Kimin nə deməyindən asılı olmayaraq fakt budur ki, məcburi köçkün düşərgəsinin bir hissəsi zəbt edilib. Bir həftədədir ki, məlum ərazidə söküntü işləri həyata keçirən iş adamı məcburi köçkünlərə məxsus bir sıra yardımçı təsərrüfatı dağıdıb, həmin əraziləri ağır texnikanın vasitəsi ilə düzləyib. Düşərgədə məcburi köçkünlərin müalicəsi üçün nəzərdə tutulan tibb məntəqəsi belə sökülüb.

Elçin Yusubovun xeyir-duası, ərazini satın alan iş adamının göstərişi ilə məcburi köçkünlərin tibb məntəqəsinə sözün həqiqi mənasında şum vurulub, xəstələr və həkimlər pərən-pərən salınıb. İnzibati binası dağıdılan tibb məntəqəsindəki avadanlıqlar “Günəş” adlı məcbur köçkün düşərgəsində - boş bir mənzildə yerləşdirilib. Mənbənin Mediaxeberleri.Az-a bildirdiyinə görə, hazırda ərazidə geniş tikinti işləri həyata keçirilir. İşləri maksimim qısa zamanda yekunlaşdırmaq üçün hətta gecə saatlarında – prokejtor işıqları altında da tikinti prosesi davam etdirilir.

İş adamının ağına-bozuna baxmadan əl qoyduğu hər bir obyekti yerlə-yeksan etməsi məcburi köçkünlər arasında narazılıq yaradıb.

Onlar evlərinin söküləcəyindən, soyuq qış günlərində çöldə qalacaqlarından ehtiyat edir. Düşərgənin əsas magistrala açılan hissəsi Elçin Yusubov tərəfindən satıldığı üçün məcburi köçkünlərin istifadə etdiyi iki avtomobil yolunun biri bağlanıb və sakinlər ictimai nəqliyyatdan istifadə etmək üçün bir kilometrdən də çox əlavə məsafə qət etməlidir.

Qaçqınların təşvişi də əbəs deyil. Bununla bağlı Mediaxeberleri.Az-a verilən məlumata görə, 3 il öncə “metallurq” qaçqın düşərgəsinin qonşuluğunda yerləşən daha bir məcburi köçkün düşərgəsi – “Şəfəq” eyni aqibətlə üzləşib. Düşərgədə məskunlaşan vətəndaşlar Masazıra köçürülüb və onların yaşadığı torpaqlarda bahalı kotejlər inşa edilib. Maraqlıdır ki, həmin köçkün düşərgəsinin ərazisinin satışı da Elçin Yusubovun xeyir-duası, Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri Taleh Bəşirovun fəallığı ilə baş tutub.

Vətəndaşların yeganə ümidi Prezident İlham Əliyevədir. Məcburi köçkünlər əmindir ki, etiraz və göz yaşına məhəl qoymadan onların 30 il ərzində min bir əziyyətlə qurub-yaratdığı təsərrüfatı dağıdanlar cəzalanacaqlar.
Ardını oxu...
“Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov adətən öz xeyirxah əməlləri ilə reklam olunub. Onun tələbələrə, öz işçilərinə göstərdiyi diqqət zaman-zaman sosial şəbəkələrdə geninə-boluna işıqlandırılıb. Ovqat.com-a göndərilən bir şikayət məktub isə əzbərləri pozacaq mahiyyətdədir.

Məktubun müəllifi “Palmali”yə məxsus “Şəhid Adil İbrahimli” adını daşıyan tanker gəmisində bosman vəzifəsində işləyən Nəsimi Şükürovdur. Şükürov yazır:
Ardını oxu...
Şəkildə: Nəsimi Şükürovun "Palmali" şirkətlər qrupuna göndərdiyi məktub

“Salam, Heydər bəy.

Mən Şükürov Nəsimi Əliağa oğlu.

“Palmali”yə məxsus “Şəhid Adil İbrahimli” adını daşıyan tanker gəmisində çalışdığım zaman iş qəzası keçirmişəm. 1-2-ci dərəcəli yanıq xəsarətləri almışam.

Şirkətin məsul şəxsləri mənə “ərizə yaz, şirkət adına nə lazımdırsa olunacaq”, - dedilər. Ərizə yazdığım vaxtdan artıq iki aydır keçir. Hər həftə zəng vururam kompensasiya ilə bağlı, Əli deyir Vəliyə de, Vəli deyir Əliyə de. Sonunda yanvar ayının 12-i məni çağırdılar Bakı ofisinə. Elə danışdılar ki, az qala vətən xaini çıxacaqdım. Xəstəxanaya və iynə dərmanlara xərclədiyim məbləğdən əlavə mənə 900 AZN təklif edirlər. Guya ki, bunu da mənə yardım məqsədilə verirlər”.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Şəkildə: Bosmanın qəzadan sonrakı halı

Şükürovun bildirdiyinə görə, 27 oktyabr 2023-cü il tarixində saat 4 radələrində o, bosman işlədiyi gəminin yük anbarını yuyarkən qəza baş verir. Qəza nəticəsində 82oC hərarətində kimyəvi yuyucu maddə onun üstünə tökülür və bosmanın beldən aşağı hissəsi ilə qolları yanır. Təcili İzmail xəstəxanasına aparılan Şükürov burada 20 gün müalicə olunur. Amma xəstəxananın sanitar vəziyyəti və xəstənin qəbul etdiyi antibiotiklər onda yeni xəstəliklərin yaranmasına yol açır: “İzmail xəstəxanasında 27 oktyabrdan 16 noyabra qədər müalicə almışam. Qəbul etdiyim preparatların ağırlığı və xəstəxananın antisanitar vəziyyəti məndə digər xəstəliklərin yaranmasına səbəb oldu. Müalicə mədəmin qanaxması (çatların meydana gəlməsi) və 12 barmaq bağırsağın xorasına gətirib çıxardı. 17 noyabrda müalicəmi davam etdirmək üçün Bakıya gəldim. Müayinə zamanı həm də Hepatit A xəstəliyinə yoluxduğum məlum oldu. Beləliklə, bu zamanadək müalicəmi 2 istiqamətdə aparırdım: yanan yerlərimin müalicəsi və mədə-bağırsaq xəstəliklərinə qarşı mübarizə. İndi isə buna 3-cü istiqamət də əlavə olunub: Hepatit A-nın müalicəsi”.
Ardını oxu...
Şəkildə: Şükürovun Hepatit A xəstəliyinə yaxalandığını təsdiqləyən sənəd

Şikayətçinin dediyinə görə, iş qəzasının nəticəsində yaranan sağlamlıq problemlərinin həlli üçün onun indiyədək 1570 manat xərci çıxıb. Kompensasiya almaq üçün üz tutduğu “Palmali” şirkəti isə ona cəmi 2500 manat təklif edir. Halbuki ona daha çox kompensasiya ödənilməlidir: “Əvvəla, hadisə şirkətlə bağladığım kontraktın bitməyinə 3 ay qalmış baş verib. Deməli, sağlamlıq səbəbindən işləmədiyim 3 aylıq maaşımı da verməlidirlər. İkincisi, sığorta pulu da ödəməlidir. Doğrusu, indi baxıram ki, şirkətlə bağladığım müqavilədə sığortanın barədə heç nə göstərilməyib. Bu isə iş qanunvericiliyinə ziddir. Bundan əlavə, müalicə pulu da alacağım vəsaitə əlavə olunmalıdır. Şirkət isə mənə müalicəmdən başqa sanki 900 manat “sus” pulu ödəmək istəyir”.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Şəkillərdə: Digər xəstəlik "kağızları"

Bosman “Palmali” şirkətlər qrupunun sədri Mübariz Mənsimovu xeyirxah adam kimi tanıdığını, hətta həbsdə olduğu zamanlar bütün riskləri gözə alaraq onu tərk etmədiyini bildirib: “Mübariz bəy həbsdə olduğu zaman digər dənizçilər ondan və şirkətdən şikayət edəndə mən onun şəkilini qaldırıb onu və şirkətini müdafiə etmişəm. Əslində isə həmin vaxt maaş ala bilmirdik, yemək problemimiz vardı. Mən isə onun uğrunda özümü fəda etməyə hazırdım. Bunların qarşılığıdırmı mənə göstərilən “diqqət”? Qədirbilməzlər, çətin günlərini unudanlar!”.
Ardını oxu...
Şəkildə: Mübariz Mənsimov öz bosmanını qəbul edir

Nəsimi Şükürov qeyd edib ki, Mübariz Mənsimov həbsdən çıxanda onun qəbulunda olub: “Xidmətlərimi nəzərdə alıb mənə demişdi ki, sənin üçün nə edə bilərəm? Mən də cavab vermişdim ki, sizin varlığınız yetər. İndi isə mən bu vəziyyətdəyəm, onların isə heç veclərinə də deyil. Bunların isçiyə verdiyi dəyərin şahidi oldum, çox təəssüflə qeyd edirəm ki, şirkətin rəhbər işçiləri barədə deyilənlər tədricən öz təsdiqini tapır”.
Ardını oxu...
Şəkildə: Qəzanın həqiqətən də baş verdiyinə və bosmanın xəsarət aldığına dair gəmi kapitanının raportu

“Palmali” şirkətinin ona münasibətini “dilənçilik” kimi qiymətləndirən şikayətçi fikirlərini belə əsaslandırdı:

“Belə dilənçi insanlarla həyatda ilk dəfə rastlaşıram. Başqa şirkətlər Ukraynaya gedən dənizçilərə həyati təhlükəsi olduğuna görə kompensasiya ödəyir. Mən isə faktiki iş qəzası kecirmişəm, hər gün həyacan siqnalı çalınan İzmail şəhərində 20 gün xəstə yatmışam, bunlar isə mənə heç bir şey etmək istəmirlər”.

P.S. “Palmali” şirkətlər qrupunun da mövqeyini işıqlandırmağa hazırıq.

OVQAT.COM

Dünyapress TV

Xəbər lenti