"Bunu etmək hüququnu “Pilot Residence”ə kim verib?" - NARAZILIQ VAR...
Bakı şəhəri, Səbail rayonu, Rostropoviçlər küçəsi, ev 9-11 ilə Nizami küçəsi, ev 4 ünvanlarının kəsişməsi yerləşən və “Pilot Residence” kooperativinin pilot layihəsi çərçivəsində inşa edilən binanın sakinləri adıçəkilən tikinti şirkətindən növbəti dəfə şikayət edirlər. Belə ki MTK rəhbərliyi qonşu şirkət – “Caspian” MTK-nın avtomobil dayanacağına yol açmaq üçün binanın 1-ci blokundan 7 metr hündürlükdə qazılmaqla yeraltı keçid inşa etmək niyyətindədir. Bunun üçün sakinlərə məktub ünvanlayaraq onların razılığını almaq istəyir. Belə ki, “Pilot Residence” rəhbərliyi mövcud layihəni kobud şəkildə pozaraq, yaşayış kompleksinin mövcud ərazisində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ya şəhər icra hakimiyyətindən dövlət icazəsi olmadan öz biznes obyektlərinin tikintisini davam etdirmək istəyir. Və təəccüblüdür ki, yanlış arqument olaraq, heç bir şəkildə əsaslı tikinti layihələrinin təsdiqi üçün birinci qurum olmayan FHN ilə razılaşma istifadə olunur.

Lakin adları aşağıda qeyd olunan bina sakinləri bu addımla razı olmayaraq, MTK-nın planını birmənalı olaraq rədd edirlər. Qəribədir ki, MTK-nın öz funksiyasını, verdiyi vədləri icra etməməsi ilə bağlı məhkəmə işləri davam edə-edə sakinlərin iradəsinin əksinə növbəti addım atmağa hazırlaşır. Səbəb isə digər şirkətə külli miqdarda borcunun olması səbəbindən bunu müəyyən qədər kompensasiya etmək istəyidir.

Bu işdə təhlükəli məqamlar da var. Belə ki, Bakının mərkəzində təpə ərazidə tikilən 12 mərtəbəli yaşayış binasının layihədən kənara çıxılması – yəni altının qazılması onun bünövrəsinə, seysmik -zəlzələ yükünə mənfi təsir göstərə bilər. Bu da nəticədə artıq bəzi mənzillərində çatları olan binada çatların artmasına və müəyyən uçqunlara səbəb ola bilər. Bu işləri bir halda həyata keçirmək olar ki, layihə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiqlənsin, yenidən geologiya işləri görülsün və bundan sonra yüksək ixtisaslı mütəxəssislərin rəyi əsasında bərpa-gücləndirmə və digər zəruri işləri aparılsın. Belədə sakinlər də arxayınlaşardı ki, məsuliyyət bu işə zəmanət verən dövlət qurumunun üzərində olacaq.

Üstəlik, binanın üzərində tikildiyi torpaq sahəsinin də fərqli geoloji xüsusiyyətləri var. vaxtilə bu ərazi “Kolodeznaya” – yəni quyuların olduğu yer olub. Bakının yaşlı sakinləri deyir ki, vaxtilə Çəmbərəkənd parkı, Mətbuat prospekti, İçərişəhər metrosu həndəvərindəki həyətlərdə çoxlu quyular var idi. Torpaq boşluqlarında – quyularda yığılan bu sulardan heç vaxt içmək üçün istifadə olunmayıb.

Sakinlər isə şikayət edərək bildirir ki, MTK-nın müvafiq dövlət qurumları tərəfindən təsdiq edilmiş layihə planı varsa, niyə onlardan icazə istəyirlər? “İndi, 2024-cü ilin iyun ayında, yəni mövcud layihəni başa çatdırmadan təxminən 5 il sonra qonşu MTK-dan hansısa məhkəmə çəkişmələri ilə bizi, evdə yaşayan ailəni şantaj etməyə çalışırlar. “Caspian” MTK-nın sahibi özü iyunun əvvəlində həyətə gələrək bizimlə görüşdü və şikayət etdi ki, “Pilot Residence” sahibləri onun 5 (!) ildir “evlərini köçürdüyünə görə” borcunu bağlamırlar. Əslində bunun bizə nə aidiyyatı var?! Gedin qonşu MTK ilə problemlərinizi həll edin və nəhayət bizim evin sakinləri qarşısında öhdəliklərinizi bağlayın. Hər şeyin həddi var!”, – deyə ciddi narazılıqlar edirlər.
“Biz Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin və Səbail rayon icra hakimiyyəti başçısının qəbullarında olmuşuq – hazırda işin bütün təfərrüatları ilə tanışıq. Layihəmiz 2017-ci ilin fevral ayında 2019-cu ilin sonuna qədər tam başa çatdırılması şərti ilə təsdiq edilmişdir. 2019-2020-ci illər ərzində şirkət qanunsuz tikililəriylə yaşayış kompleksimizin bütün layihəsini eybəcərləşdirib. Həyətdə uşaqların oynamağına, sakinlərin istirahətinə imkan yoxdur. 220-yə yaxın ailə normal həyat şəraitindən məhrum olub. Bunu etmək hüququnu “Pilot Residence”ə kim verib?!”, – deyə sakinlər gileylənir.
Xatırladaq ki, Azərbaycan Respublikasının ərazisində əsaslı tikinti layihələrinə təsdiq verəcək yeganə dövlət orqanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsidir. FHN-nin tikinti layihələrinə təsdiq vermək səlahiyyəti yoxdur, yalnız rəy vermək və nəzarət funksiyaları mövcuddur.

Dia-az.İnfo
 
 

 


Bölmənin digər xəbərləri

24 Aprel 2025 “Delta Qrup C.O” rəhbəri Məhəmməd Cahangirzadə ölkədən nə qədər valyuta çıxarıb?
24 Aprel 2025 Cəlilabad sakini “forma 88” üçün həkimin ondan 1500 manat rüşvət istədiyini iddia edir, QARŞI TƏRƏF İSƏ... - ŞİKAYƏT
24 Aprel 2025 Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru gülünc vəziyyətinə düşüb - Ödənilməyən 7 aylıq əmək haqqının "səbəbi"
24 Aprel 2025 Xırdalanda xaçmazlı Zaur “at oynadır”: “Pulumu verib işimi görürəm”
24 Aprel 2025 Gədəbəyin icra başçısı özünü “siyasi rəhbər” elan edib - FOTO
24 Aprel 2025 Gülsüm Əliyeva həkim deyilmiş: Qanunsuz əməliyyat etdiyi "VMR" klinikası isə... - RƏSMİ AÇIQLAMA
24 Aprel 2025 Daşkəsən İcra Hakimiyyəti 250 min manatı neyləyib?
24 Aprel 2025 Əmrullayevin SON ƏMRİNİN ilginc pərdəarxası: Abşeronda TƏDARÜK VAR... - İLGİNC İDDİALAR
24 Aprel 2025 AAYDA yol tikintisinə görə evini sökdüyü vətəndaşlara dövlət büdcəsindən ayrılmış pulu niyə vermir?
24 Aprel 2025 Şölə "doktor" “Aristokrat”da estetik prosedurları icra edir?
23 Aprel 2025 Adil Əliyevin qanunların əleyhinə fərqli siyasi prinsipi ...
23 Aprel 2025 Dövlət büdcəsini asfaltda əzdilər, qalanını divara suvayırlar... - VİDEO
23 Aprel 2025 Qazax səhiyyəsində SAXTA DİPLOM QALMAQALI... - BU NƏDİ BELƏ?..
23 Aprel 2025 Estetik prosedurun daha bir qurbanı... - Ayağındakı deşikdən 10 aydır irin axır - FOTO
23 Aprel 2025 Ağacları məhv edərək “planeti qoruyan” şirkət: “Avant Group” kimindir?
22 Aprel 2025 İlham Səfərov da digərlərindən seçilmədi - Yeni Bələdiyyə sədri Mərdan Camalovun ümidlərini doğrultmayır FOTO
22 Aprel 2025 Həkim Kəmalə Mirzəyevanın qurbanları onu axtarır:Həkim HARADADIR? -ŞOK FAKTLAR/FOTOLAR+VİDEO
22 Aprel 2025 Rövşən Rüstəmovun idarəsində ANARXİYA: iclasda gərginlik oldu, dəmiryolçular ÜSYANA qalxdı - Təfsilat
22 Aprel 2025 Heydərovun “kantoru” ÖZÜ SATIR... ÖZÜ DƏ ALIR... – Bəs “Azəri Biznes” MMC nə edir?
22 Aprel 2025 Nərimanovun icra başçısı bir ərazini iki şirkətə satdı – Qalmaqal böyüyür

Dünyapress TV

Xəbər lenti