GemZA-nın rəhbərinə cinayət işi açılıb – Avropa bankını aldadıb?
Bir müddət əvvəl Bakıda bəh-bəhlə yeni bir şirkətin əsası qoyulmuşdu. Tribunainfo.az xəbər verir ki, istehsalat, xidmət və logistika mərkəzi kimi özünü təqdim edən GemZA Holdinqin rəsmi açılış mərasiminə isə ölkənin sayğın, seçkin adamları, deputatlar, səfirlər, hətta rəsmi şəslər də qatılmışdı.
Amma bu yaxınlarda məlum olub ki, GemZA Holdinq haqqında cinayət işi açılıb. Tribunainfo.az xəbər verir ki, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi sözügedən şirkətin sənədləri saxtalaşdırmaqla külli miqdarda kreidt götürməsini araşdırıb və fakt təsdiqlənib.

Qaldırılan cinayət işi barədə yazmamışdan öncə, GemZA-nın hansı işlər görməsi barədə yazaq. Rəsmi məlumatlarda iddia olunur ki, şirkət 105 işçiyə malikdir və mürəkkəb təmir işlərini həyata keçirmək, daha geniş çeşidli ehtiyat hissələri istehsal etmək, habelə xərcləri və təhvil vaxtını optimallaşdırmaq üçün yeni istehsal müəssisəsi yaradıb.

GemZA Holdinq 2005-ci ildə, mühəndislik, təchizat və inşaat şirkəti olaraq qurulub. Hətta o da qeyd edilir ki, şirkət Xəzər regionu, Türkiyə və Orta Şərqdə xüsusi əhəmiyyətə malik neft və qeyri-neft sektorunda istifadə olunan avadanlıqların tədarükü, təmiri və istehsalıyla da məşğul olub.
Bildirək ki, şirkətin rəhbəri Zamin Əliyevdir.
Şirkət haqqında daha çox şey yazmaq olardı. Lakin bura qədər bəsdir. Bəs, GemZA bu qədər ciddi bir şirkətdirsə, o zaman niyə sənədləri saxtalaşdırıb? Və ya saxtakarlıqla kredit almasına səbəb nə olub? Tribunainfo.az xəbər verir ki, 03.05.2023 tarixində Baş Prokurorluq Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycanda olan nümayəndəliyinə saxta sənədlər təqdim edilməklə həmin bankdan külli miqdarda kredit götürülməsi barədə daxil olmuş məlumatlar Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. Aparılmış araşdırma zamanı “HAND M AGRO” MMC, “GEMZA GROUP” MMC və “PKF Audit Azerbaijan” MMC-nin vəzifəli şəxsləri tərəfindən Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən kredit ayrılması üçün zəruri olan maliyyə və təsərrüfat sənədlərinin saxtalaşdırılmasına və qanunsuz olaraq kredit götürülməsinə əsaslı şübhələr müəyyən edilib.
Baş Prokurorluğun rəsmi məlumatında qeyd edilir ki, fakta görə Cinayət Məcəlləsinin müvafiq olaraq 195.2 (külli miqdarda ziyan vurmaqla qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə), 320.1 və 320.2-ci (rəsmi sənədləri saxtalaşdırma və bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi açılıb.
Maraqlıdır ki, belə bir cinayət işinin ortada olmasına rəğmən, GamZA haqqında heç bir yerdə məlumat verilmir. Üstəlik, Holdinq fəaliyyətini hələ də davam etdirir. Şirkəti rəhbəri Zamiq Əliyevin isə müxtəlif biznes saytlarında şəkilləri boy-boy dayanır. Halbuki qanuna əsasən belə bir əməl törətmiş şəxs və ya şəxslər ictimai təhlükə yarada biləcəkləri səbəbindən həbs olunmalı, müvəqəti istintaq təcridxanasına yerləşdirilməlidirlər. Di gəl, bu müşahidə olunmur. Səbəbi bizə hələ ki, məlum deyil. Amma adamın oturub-durduğu çevrəsinə diqqət etdikdə, işin müəyyən boyutları diqqəti çəkir. Hətta işdə xarici ölkə səfirlərinin birinin əli ola biləcəyi də müəyyən şübhələr üçün əsas yaradır.
Araşdırmamız davam edir.
 

Bölmənin digər xəbərləri

24 Aprel 2025 “Delta Qrup C.O” rəhbəri Məhəmməd Cahangirzadə ölkədən nə qədər valyuta çıxarıb?
24 Aprel 2025 Cəlilabad sakini “forma 88” üçün həkimin ondan 1500 manat rüşvət istədiyini iddia edir, QARŞI TƏRƏF İSƏ... - ŞİKAYƏT
24 Aprel 2025 Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru gülünc vəziyyətinə düşüb - Ödənilməyən 7 aylıq əmək haqqının "səbəbi"
24 Aprel 2025 Xırdalanda xaçmazlı Zaur “at oynadır”: “Pulumu verib işimi görürəm”
24 Aprel 2025 Gədəbəyin icra başçısı özünü “siyasi rəhbər” elan edib - FOTO
24 Aprel 2025 Gülsüm Əliyeva həkim deyilmiş: Qanunsuz əməliyyat etdiyi "VMR" klinikası isə... - RƏSMİ AÇIQLAMA
24 Aprel 2025 Daşkəsən İcra Hakimiyyəti 250 min manatı neyləyib?
24 Aprel 2025 Əmrullayevin SON ƏMRİNİN ilginc pərdəarxası: Abşeronda TƏDARÜK VAR... - İLGİNC İDDİALAR
24 Aprel 2025 AAYDA yol tikintisinə görə evini sökdüyü vətəndaşlara dövlət büdcəsindən ayrılmış pulu niyə vermir?
24 Aprel 2025 Şölə "doktor" “Aristokrat”da estetik prosedurları icra edir?
23 Aprel 2025 Adil Əliyevin qanunların əleyhinə fərqli siyasi prinsipi ...
23 Aprel 2025 Dövlət büdcəsini asfaltda əzdilər, qalanını divara suvayırlar... - VİDEO
23 Aprel 2025 Qazax səhiyyəsində SAXTA DİPLOM QALMAQALI... - BU NƏDİ BELƏ?..
23 Aprel 2025 Estetik prosedurun daha bir qurbanı... - Ayağındakı deşikdən 10 aydır irin axır - FOTO
23 Aprel 2025 Ağacları məhv edərək “planeti qoruyan” şirkət: “Avant Group” kimindir?
22 Aprel 2025 İlham Səfərov da digərlərindən seçilmədi - Yeni Bələdiyyə sədri Mərdan Camalovun ümidlərini doğrultmayır FOTO
22 Aprel 2025 Həkim Kəmalə Mirzəyevanın qurbanları onu axtarır:Həkim HARADADIR? -ŞOK FAKTLAR/FOTOLAR+VİDEO
22 Aprel 2025 Rövşən Rüstəmovun idarəsində ANARXİYA: iclasda gərginlik oldu, dəmiryolçular ÜSYANA qalxdı - Təfsilat
22 Aprel 2025 Heydərovun “kantoru” ÖZÜ SATIR... ÖZÜ DƏ ALIR... – Bəs “Azəri Biznes” MMC nə edir?
22 Aprel 2025 Nərimanovun icra başçısı bir ərazini iki şirkətə satdı – Qalmaqal böyüyür

Dünyapress TV

Xəbər lenti