İcra başçısı Neftçalada “Aqropark”ın fəaliyyətə başlamasını niyə istəmir?
Müharibə veteranı: Mirhəsən Seyidovun Neftçala “Aqrarpark”ın fəaliyyətə başlamasına, eyni zamanda ölkə prezidenti möhtərəm İlham Əliyevin fərmanının icra olunmasına qarşı sərgilədiyi bu mövqe anlaşılmazdır...

Neftçala şəhər məhəllə 7, ev 177 ünvanda yaşayan Qarabağ müharibəsi veteranı Aslanov Aydın Balağa oğlu Poliqon-a müraciət edərək ölkə prezidentinin Neftçalada “Aqropark”ın yaradılması ilə bağlı fərmanının 7 il müddətində yerinə yetirilməməsinə diqqət çəkib. Aydın Aslanov müraciətində qeyd edir ki, prezident fərmanının icra olunmamasının əsas səbəblərindən biri yerli icra orqanının “Aqropark” üçün ayrılan torpaq sahələrindən öz məqsədləri üçün istifadə etmək olub və nəticədə həmin torpaqlar yarasız hala düşüb.

Maraqlı iddiaların səsləndirildiyi müraciəti olduğu kimi oxucularımızın və bu məsələ ilə əlaqəli olan dövlət qurumlarının diqqətinə çatdırırıq:

“Hörmətli media nümayəndələri!

Bu müraciəti etməkdə məqsədim 2017-ci ildə ölkə prezidenti möhtərəm İlham Əliyevin fərmanına uyğun olaraq Neftçalada yaradılmalı olan “Aqropark”ın hələ də yaradılmamsını diqqətinizə çatdırmaqdır.

Qeyd edim ki, Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair “Strateji Yol Xəritəsi”nə əsasən torpaq ehtiyatlarının potensial imkanlarından səmərəli istifadə edilməsi, əkin dövriyyəsinə əlavə torpaqların cəlb olunması, əhalinin ərzaq məhsullarına artan tələbatının yerli istaehsal hesabına ödənilməsi, əhalinin rifahının yaxşılaşdırılması, ölkədə qeyri-neft sektorunun inkişafı, işsizliyin azaldılması məqsədi ilə yeni iş yerlərinin yaradılması, investisuya mühitinin daha da yaxşılaşdırılması əsas hədəf olaraq müəyyən edilmişdir. “Strateji Yol Xəritəsi”ndə torpaq bazarının inkişaf etdirilməsi strateji hədəf kimi qeyd edilmiş, kənd təsərrüfatına yararlı olub istifadəsiz qalan torpaq sahələrinin əkin dövriyyəsinə qaytarılması hesabına ümumi əkin sahələrinin həcminin artırılması, heyvandarlığın inkişafı prioritet məsələ kimi qarşıya vəzifə qoyulmuşdur.

Həmçinin Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair “Strateji Yol Xəritəsi”nə uyğun olaraq aqropark yaratmaqla pambıq sahələrinin genişləndirilməsi və bitkiçiliyin inkişafı məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 28 fevral tarixli 151s nömrəli Sərəncamı ilə Neftçala rayonunun inzibati ərazisində yerləşən qış otlaq sahələrindən 2285,65 hektar torpaq sahəsi kənd təsərrüfatı torpaqları kateqoriyasına keçirilib.

Həmin qərarda göstərilir ki, Neftçala rayonunun inzibati ərazi sərhədləri daxilində, Dövlət Torpaq Fonduna aid kənd təsərrüfatı təyinatlı, uqodiyası əkin və örüş olan torpaq sahələrinin fiziki və hüquqi şəxslərin icarə hüququ ilə istifadəsinə ayrılmasıəkinçiliyin və heyvandarlığın inkişafına, məhsul bolluğunun artmasına, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə öz töhfəsini verməklə yanaşı, torpaqlardan səmərəli istifadə olunmasına müsbət təsir göstərəcək.

Bütün bu fərman və qərarlardan çıxış edərək Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 28 fevral tarixli 151s nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair “Strateji Yol Xəritəsi”nə uyğun olaraq Neftçala rayonunun inzibati ərazisində 3000 hektar sahədə “Aqropark” yaradılıb.

Normalda bu “Aqropark” artıq 7 ildir ki, fəaliyyət göstərməli, istər rayonda işsizliyin aradan qaldırılmasına rayon sakinlərinin rifahının yüksəldiləməsinə xidmət göstərmələ yanaşı, ölkədə kənd təsərrüfatının inkişafına da öz töhfəsini verməliydi. Çox böyük təəssüf hissi ilə bildiririk ki, Neftçala rayonu üçün strateji əhəmiyyəi olan bu “Aqropark” hələ də yalnız kağız üzərində mövcud olub və hələ də belə olmaqda davam edir.

Biz öz tərəfimizdən bu məsələ ilə bağlı rayon və ölkə səviyyəsində bir çox dövlət qurumlarına müraciət etsək də, problemin həlli ilə bağlı heç bir addım atılmayıb. Son olaraq təqribən iki ay əvvəl biz problemlə bağlı Azərbaycan Respublikası prezidentinə və İqtisadiyyat Nazirliyinə müraciət etmişik və inanırıq ki, ölkə prezidenti möhtərəm İlham Əliyev bu barədə məlumatlandırılarsa həm problem öz həllini tapacaq, həm də fərmənın icrasını 7 il müddətində yubadanlar cəzalandırlacaqlar. İqtisadiyyat Nairliyindən müraciətimizə aldığımız cavab da bunu deməyə əsas verir.

Lakin, müraciətimizə Neftçala rayon İcra Hakimiyyətindən aldığımız cavab bizdə ancaq təəssüf hissi doğurdu. Neftçala rayon İcra Hakimiyyətinin mənə ünvanladığı cavab məktubunda bildirilir ki, ölkə prezidentinin Neftçalada “Aqropark”ın yaradılması ilə bağlı fərmanının icra olunmamsını Kür çayında suyun azlığı ilə əlaqəlidir. Öncəliklə qeyd edək ki, 2017-ci ildə Neftçalada “Aqropark”ın yaradılması ilə bağlı fərman verilirkən Kürdə su problemi yaşanmırdı. Digər tərəfdən 2015-ci ildə həmin vaxt Neftçaladan deputat olan Arif Rəhimzadənin təşəbbüsü ilə əraziyə beton su kanalı inşa edilib. Doğrudan da son bir neçə ildə Kürdə suyun səvəyyəsi aşağı düşdüyündən problemlər yarandı. Lakin hazırda Kürdə suyun səviyyəsi kifayət qədərdir və biz bu üzdən fərmanın icra Neftçala rayon İcra Hakimiyyətinin irəli sürdüyü səbəbləri əsassız hesab edirik və su ilə bağlı problemə də aşağıda bir daha qayıdacağıq.

Həmin vaxt Neftçalada icra başçısı olan İsmayıl Vəliyev (hazırda məhkəmə qərarı ilə həbsdədir) ayrılan 3000 hektarı özü əkərək böyük gəlirlər əldə etməyə üstünlük verdi və bu zaman onsuz da şoran olan əraziyə heç bir sərmayə qoyulmadı, torpaq sahələri sadəcə vandalcasına istismar olundu. İsmayıl Vəliyevin yerinə gələn Mirhəsən Seyidov da problemin həlli üçün heç bir addım atılmadı. Halbuki məsələnin həlli ilə bağlı gənc başçıya dəfələrələ müraciət olunmuşdu.

İsmayıl torpaqların şoran olmasını əsas gətirərək 3000 hektar ərazini ayrı-ayrı adamlara verdi və onlar da bir neçə il müddətində torpaqların istismarını davam etdirdilər. Hazırda isə vandalcasına istismardan sonra həmin ərazilər əkinə yararsız hala düşüb və ərazini əkmək mümkün olmadığından son iki ildə ərazi boş qalıb. Minlərlə hektar torpaq sahəsinin yararsız hala düşməsinin tək səbəbi isə torpaqların asan qazanc vasitəsi ilə amansızcasına istismar olunmasıdır. Halbuki icra hakimiyyəti və mərkəzi hökümət Neftçalada “Aqropark”ın yaradılması üçün əraziyə sərmayə cəlb edilməsini təmin etməli və işlər bu sahədə planlı şəkildə aparılmalıydı. Çox təəssüf ki, bu baş verməyib və yerli məmurlar prezidetin fərmanıyla ayrılan torpaq sahəsini özləri üçün asan qazanc yeri görərək ərazinin şoranlığa çevrilməsi üçün bütün imkanlarını səfərbər ediblər. Hansı ki, onlar imkanlarını əks istiqamətə, yəni çox illik sərmayə qoyulmasnı təmin edərək “Aqropark”ın fəaliyyətə başlamasına səfərbər etməliydilər.

Bir daha Neftçala rayon İcra Hakimiyyətindən aldığım məktuba qayıdaraq qeyd edim ki, əgər su problemi var idisə onda beş il müddətində həmin ərazilər necə əkilirdi. Və hazırda da ərazinin ətrafında 10 min hektarlarla torpaq sahələri becərilir və suvarılır.

Həmin dövlət torpaqları Neftçala rayon icra hakimiyyəti tərəfindən rayondan olmayan ayrı-ayrı adamlara verilib və çoxlarıylada müqavilə imzalanmayıb. Müqavilənin imzalamaması isə o deməkdir ki, faktiki olaraq əkilən həmin sahələr qeydiyyatdan kənardadır və onlardan alınan icarə haqqı və su pulu dövlətə deyil, məmurların cibinə gedir.

Buna görə də mən Neftçala rayon İcra Hakimiyyətinə və şəxsən icra başçısı Mirhəsən Seyidova müraciət edərək soruşuram: Neftçala “Aqrarpark” üçün su tapa bilmədiyiniz halda, “Aqrarpark”ın ətrafında qeyri-qanuni olaraq əkilən torpaqlara su necə çatdırılır və qanunsuz əkilən sahələrə suyu kim satır?

Biz artıq yararsız torpağa çevrilən Neftçala “Aqrarpark”ın ətrafında 10 minlərlə hektar torpağın qeyri-qanuni olaraq kimlərə verildiyini də açıqlaya və siyahını mediaya təqdim edə bilərik. Qeyd edim həmin şəxslər Neftçaladan deyil və əraziyə sərmayə qoymaq onalrın maraqları kənarındadır. Bu üzdən də bir neçə ildə sonra həmin torpaqlar da şoranlaşacaq və yararsız hala düşəcək. Yəni faktiki olaraq Neftçala icra hakimiyyətinin məsul şəxsləri, başda başçı olmaqla öz gəlirləri naminə Azərbaycan iqtisadiyyatına və ekoloji sisteminə ağır zərbə vururlar və düşünürəm ki, artıq bu şəxslər durdurulmalıdır.

Neftçala “Aqrarpark” üçün ayrılan torpaqların tamamilə yararsız vəziyyətə salınmasına baxmayaraq, həmin əraziyə sərmayə qoymağa, ərazini şorandan təmizləməyə, torpaqları yumağa və su ilə təchizatı daha da yaxşılaşdırmağa hazır olan şirkət var. Həmin şirkət il yarımdan artıqdır ki, Neftçala “Aqrarpark”ın fəaliyyətini təmin etmək, əraziyə çox illik sərmayə qoymaq üçün Neftçala rayon İcra Hakimiyyəti ilə 49 illik müqavilə bağlamaq üşün müraciət edib və bu məsələ ətrafında başçı ilə danışıqlar aparır. Amma nə sirrdisə başçı Mirhəsən Seyidov prezident İlham Əliyevin fərmanının icrası üçün maraqlı tərəf kimi görünmür və müqaviələnin imzalanmasından yayınmağa çalışaraq müxtəlif sözlər verərək həmin vədlərini yerinə yetirmir. Neftçala rayon İcra Hakimiyyətinin prezidentə etdiyim müraciətə cavab olaraq göndərdiyi məktub da bunu bir daha sübut edir.

Qeyd edim ki, mən uzun illər boyu I Qarabağ veteranlarının təşkilatına rəhbərlik etmişəm və rayonun sosial-ictimai məsələlərinin həllində iştirak rol alımışam. Bu məsələnin həlli də Neftçala üçün xüsusi strateji əhəmiyyət daşıyır və hazırda Qarabağ veteranlarına rəhbərlik etməsəm də, bu məsələnin həlli üçün mənə yüzlərlə insan müraciət edib və etməkdə davam edirlər. Həddindən artıq kasıb vəziyyətdə yaşayan bu insanlar üçün “Aqrarpark”ın fəaliyyətə başlaması iş və çörək yeridir və düşünürəm ki, icra başçısı bu insanların da vəziyyətini göz önünə alaraq prezidentin fərmanının yerinə yetirilməsi üçün nəhayət hansısa addım atmalıdır.

Son olaraq qeyd etmək istəyirəm ki, Mirhəsən Seyidovun Neftçala “Aqrarpark”ın fəaliyyətə başlamasına, eyni zamanda ölkə prezidenti möhtərəm İlham Əliyevin fərmanının icra olunmasına qarşı sərgilədiyi bu mövqe anlaşılmazdır və inanmaq istəyirəm ki, başçı tez bir zamanda öz mövqeyini dəyişərək prezidentin fərmanının icra olunmasını təmin edəcək və “Aqrarpark”ın fəaliyyətə başlaması üçün sərmayə cəlb olunması üçün real addımlar atacaq.

İmza: Aslanov A.B. Tel: 050 589 68 03”

Redaksiyadan: Ümid edirik ki, Neftçala rayon İcra Hakimiyyəti 7 il müddətində prezidentin fərmanının icra olunmaması ilə bağlı daha əsaslı bir səbəb taparaq ictimaiyyətə təqdim edəcək. Digər tərəfdən Neftçala “Aqrarpark”ın torpaqlarının yarasız hala gətirən şəxslərin də məsuliyyətə cəlb olunması üçün əlaqədar dövlət qurumlarının da hərəkətə keçməsini arzu edirik...

Poliqon.info
 

Bölmənin digər xəbərləri

23 Noyabr 2024 Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23 Noyabr 2024 “İnnovasiya və Təchizat Mərkəzi”ndə əməlli-başlı özbaşınalıqdı – Cənab Qurbanov nə fikirləşir…
22 Noyabr 2024 Şüşün kənd sakini Köhünlü bələdiyyə sədrinin "fitri istedadı"ndan yazır...
22 Noyabr 2024  İcra başçısının ünvanına AĞIR İFADƏLƏR... - "Bu intriqada uduzacağını yaxşı bilir..."
22 Noyabr 2024 Hacıqabulda və Beyləqanda COP29 nədir - bilmirlər - Tərəflər Konfransına hazır olmayan təzə icra başçıları CƏZALANACAQLARMI?
22 Noyabr 2024 Naxçıvandakı həbsə İLGİNC REAKSİYA - Vasif Talıbovun kadrı imiş...
22 Noyabr 2024 Dövləti sayan kimdir: QARDAŞLAR BELƏ YEYİR... - DƏLİXANADIR, VALLAH...
22 Noyabr 2024 Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu
22 Noyabr 2024 “ADAU-da nələrin baş verdiyi göz önündədir, di gəl ki,..” MÜRACİƏT /VİDEO
21 Noyabr 2024 Şəmkir sakini sosial yardımından 90 manat tutulmasına etiraz edir – ŞİKAYƏT
21 Noyabr 2024 DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR - Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? (Araşdırma)
20 Noyabr 2024 Binəqədi İcra Hakimiyyəti Xocasəndə qanunsuz tikilinin qarşısını ala bilmir – Bəs Arxitektura Komitəsi hara baxır?
20 Noyabr 2024 ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
20 Noyabr 2024 Marketin adını “Zəfər” qoyub, su soyuducularına səkidə “düzülüş” verən sahibkar - FOTO
20 Noyabr 2024 COP29 günlərində Bakıda “yaşıl soyqırım” - Nərimanov sakinləri icra hakimiyyətini və tikinti şirkətini ittiham edirlər
19 Noyabr 2024 Göyçayda Şəhadət kənd sakininin pay torpağına göz dikən vəzifəli şəxslər kimlərdir – MÜRACİƏT
19 Noyabr 2024 Goranboy rayon MKTİB rəisinin “qara-qura” əməllərinin pərdəarxası gizlinləri
19 Noyabr 2024 Azərbaycan səhiyyəsinin “ölüm korpusu”, “təhlükəli üçlük” və qazinin ölümlə çarpışan həyat yoldaşı
19 Noyabr 2024 Xırdalanın “pulgir yolları” – Abdin Fərzəliyev hər il şübhəli şirkətlərə yol təmir etdirir
19 Noyabr 2024 “İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” – Vətəndaşdan haqlı narazılıq

Dünyapress TV

Xəbər lenti