Qubanın icra başçısı İlqar Mahmudovun Sertifikasiya "TƏLƏSİ" - Prezidentə müraciət olundu
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV CƏNABINA

Surəti: prezident Administirasiyasının aparatının rəhbəri Samir Nuriyev cənabına
Surəti: Baş prokuror Kamran Əliyevə
Surəti: daxili işlər naziri Vilayət Eyvazova
Surəti: DTX nın rəisi Əli Nağıyevə
Surəti: elm və təhsil naziri Emin Əmrullayevə
Surəti: Quba rayon icra hakimiyyətinin başçısı İlqar Mahmudova
Surəti:
Surəti: Azərbaycan mediasına

MÜRACİƏT - ƏRİZƏ

Möhtərəm Prezident, mən bu müraciətimlə bir Azərbaycan müəlliminin başına gələnləri diqqətinizə çatdırmaq və onun üzləşdiyi problemin həlli üçün köməklik göstərməyinizi xahiş edirəm. Bildiyimiz kimi, ölkədə müəllimlərin sertifikasiya imtahanları keçirilib. Bu imtahanlarda 4 minə yaxın müəllim imtahandan kəsilib. Ancaq imtahandan kəsilənlərin heç də hamısının səbəbi eyni deyil. Belə ki, ailəvi dostluğumuz olan bir müəllimə səhhəti ilə əlaqədar birinci sertifikasiya imtahanında iştirak edə bilməyib. Bununla bağlı ərizə yazıb və məlumat verib ki, xəstəliyi səbəbindən imtahanda iştirak edə bilmir. Birinci imtahanda iştirak imkanından xəstəliyinə görə məhrum olduğu üçün ona sağaldıqdan sonra şərait yaradılacağını deyilib. Lakin müəllimlərin sertifikasiyasının ikinci imtahanında iştirak etdikdən sonra onun birinci imtahanda xəstəliyinə görə olmaması nəzərə alınmayıb. Belə ki, xəstəlik sənədi olduğu halda müəllimin birinci imtahanda iştirak etməməməsi nəzərə alınmayıb və əlində xəstəlik sənədi olmasına baxmayaraq heç bir güzəşt olunmayıb. Təbii ki, bu da düzgün qərar deyil və müəllimənin birinci imtahanı verməsi təmin olunmalı idi. Təəssüf ki, ona bu imkan yaradılmadı...
Möhtərəm Prezident və cənab nazir!
Bildirirəm ki, dostlar üzərindən ,ailəvi yaxınlığımız olan həmin müəllimənin üzləşdiyi bu problemlə tanış olduqda və dostumun məndən xahişini nəzərə alaraq onun pərişan, məyusluğunu gördükdə laqeyd qala bilməzdim. Bir təhsil adamının, bir müəllimin, bir qadının və bir insanın işsiz qalmasını təsəvvür etmək çətindir. Xüsusən də belə ədalətsiz bir halla qarşılaşması və çarəsiz bir vəziyyətə düşməsi mənə təsir etdi. Çünki həyatını təhsilə, elmə həsr etmiş müəllimin sertifikasiya imtahanından kəsilməsi üzücü haldır. Ona görə də bu insana əlimdən gələn yardımı etmək qərarına gəldim. Bu niyyətlə Təhsil Nazirliyindən tanıdığım, əvvəllər nazirlikdə Daxili Nəzarət şöbəsininrəisi vəzifəsində işləmiş , hazırda Quba rayonunun icra başçısı olan İlqar Mahmudovla telfon vasitəsilə təmas qurdum. Fikirləşdim ki, nazirlikdə müxtəlif vəzifələr tutmuş İlqar Mahmudovu əvvəldən tanıyıram və bu problemin həllində bəlkə kömək edə bilər. Odur ki, Quba rayonuna getdim və icra başçısı İlqar Mahmudovla görüşdüm...

Cənab Prezident və hörmətli Baş Prokuror! Qeyd edim ki, icra başçısı ilə müzakirəmiz zamanı o mənə çalışıb köməklik göstərəcəyinə söz verdi və əmin etdi ki, müəllimənin imtahandan keçməsi üçün bütün əlaqələrindən istifadə edəcək. Yenə də məsələni çalışıb müsbət həll edəcək. Bizim onunla söhbətimiz əsasında razılaşmamız oldu ki, Bakıda bir nəfərlə görüşəcəm və tələb olunan məbləği ona çatdıracağam, sonra məsələ yoluna qoyulacaq. Başçı ilə görüşdən sonra geri qayıtdım və bir gün sonra başçının mənə vatsapla göndərdiyi nömrəyə zəng etdim. Bakıda iş üzrə yönləndirilən Vüsalə adlı şəxslə görüşüb ona tələb olunan pulu verdim. Məlumat üçün bildirirəm ki, bu şəxslə ilk dəfə görüşürdüm. İş prosesinə gorə bu minvalla bir neçə dəfə görüşməli oldum. O yüz faiz həll ediləcəyini Quba regionunun təhsil şöbəsinin müdürü Coşğun müəllimin yaxın adamı olmasını və bu işdə ona qohumu Günay adlı şəxsin adını çəkirdi. Məsələ pul, rüşvət olduğu üçün ehtiyyat edərək hər şeyi qeydə almışam. Məlumat üçün bildirirəm ki verilən pul şəxsən özümə məxsus olub
İcra başçısı görüşdə məni arxayın edərək , bu iş heç bir problem yaşanmadan həllini tapması üçün var qüvvəsi ilə çalışacağına söz vermişdi. Bu razılaşmanı intizarda olan müəlliməyə xəbər verəndə çox sevinmişdi, bir ümid yaranmışdı. Amma Qubanın icra başçısı İlqar Mahmudov məni çox pis vəziyyətə saldı və müəllimin son şansını dəfn etdi.
Belə ki, bizi bu qədər arxayın etmələrinə baxmayaraq, məsələ həllini tapmadı. İmtahanların nəticələri ilə bağlı verilən apelyasiya şikayətləri yekunlaşdıqdan sonra pulu məndən alan şəxs əlaqə saxlayaraq bildirdi ki, iş düzəlmədi, heç cür alınmadı və o vəsaiti geri qaytardı. Bu işdə ən pis hal odur ki, artıq apelyasiya şikayəti verilməsi prosesi geridə qalmışdı və ondan sonra mənimlə əlaqə saxlanaraq məsələnin həll olunmadığı bildirilmişdi. Əgər icra başçısı İlqar Mahmudov bizi əmin etməsəydi, ən azından bu məsuliyyəti üzərimə götürməzdim . Bu məsələdə Qubanın icra başçısının bizi arxayın etməsi səbəbindən müəllimin sonuncu şansı, sonuncu ümidi də dəfn olundu. Yəni məsələ verilən pul, sonra onun bizə geri qaytarılması deyil, müəllimin olan-qalan axırıncı şansının da basdırılması, apelyasiya şikayəti ilə bağlı prosedurlar yekunlaşdıqdan sonra bizə məlumat verilməsidir. Madam ki, bu iş alınmayacaqdı, niyə başçı bu məsələyə qol qoydu, vasitəçi tapdı, nə üçün bizi arxayın elədi?
Mən İlqar Mahmudova narazıqlarımı bildirməklə, ondan və bu işlə əlaqəli olan hər kəsdən şikayət edəcəyimi bildirdim.
Bu zaman mənə ,Quba regional təhsilinin müdürü Coşğun müəllimdən zəng gəldi. Məni mövcud durumu müzakirə etmək üçün Badamdardakı Badam Hotelinə dəvət etdi. Elə həmin gün axşam Vüsalə adlı həmin şəxs mənə yenidən zəng vuraraq 29 iyun tarixə kimi yüz faiz işi həll edəcəklərini söz verdi. Yalnız təcili bülletenə çıxmaq lazımdır ki, müəllimənin işinə xitam verilməsin. Zatən pisxaloji trama alan müəllimə bülletenə çıxdı. İndi mən bu ailənin, o müəllimənin qarşısında xəcalət çəkirəm və çıxılmaz vəziyyətə düşmüşəm. İcra başçısı işi həll edəcəyinə söz vermişdi və mən də onu nazirlikdən tanıdığım üçün problemi aşıracağına inanmışdım. Bilsəydim ki, sonu belə olacaq, heç qəbuluna getməzdim. Həmin ailə və müəllimə mənim onları arxayın etməyim, başçının da məni arxayın salması ucbatından indi bütün şanslarını itirib, heç cür işə bərpa ola bilmir.
Cənab Prezident və bu aidiyyatı strukturların hörmətli rəhbərləri!
Mən Nicat Mahmudov yaranmış bu vəziyyətlə əlaqədar olaraq dövlətimə güvəndiyimi bildirir, dövlətimin başçısının bu məsələnin həlli ilə bağlı müvafiq tapşırıq verməsini xahiş edirəm. Möhtərəm Prezident, burada bir müəllimənin taleyindən, onun karyerasından, gələcək fəaliyyətindən söhbət gedir. Mən bu niyyətlə Qubanın icra başçısı ilə görüşdüm ki, müəllimənin probleminə köməyim dəysin. Gördüyünüz kimi, heç bir iş görməyən, bizi boş-boşuna arxayın salan, əvəzində sonuncu şansı da məhv edən İlqar Mahmudovun ucbatından ümidsiz bir vəziyyət yaranıb. Bu işdə müəllimənin tək ümidi Prezidentdir və ədalətli qanundur. Bu baxımdan müəllimə xəstə olduğu tarixdə olan birinci sertifikasiya imtahanının bərpa edilərək yenidən imtahanda içtirak etməsini tələb edir. Eyni zamanda, Elm və Təhsil nazirindən müəllimənin üzləşdiyi problemlə əlaqədar yardım göstərməsi, dəstək verməsini xahiş edirik.

Nicat Mahmudov
rublika.az
 

Bölmənin digər xəbərləri

23 Noyabr 2024 Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23 Noyabr 2024 “İnnovasiya və Təchizat Mərkəzi”ndə əməlli-başlı özbaşınalıqdı – Cənab Qurbanov nə fikirləşir…
22 Noyabr 2024 Şüşün kənd sakini Köhünlü bələdiyyə sədrinin "fitri istedadı"ndan yazır...
22 Noyabr 2024  İcra başçısının ünvanına AĞIR İFADƏLƏR... - "Bu intriqada uduzacağını yaxşı bilir..."
22 Noyabr 2024 Hacıqabulda və Beyləqanda COP29 nədir - bilmirlər - Tərəflər Konfransına hazır olmayan təzə icra başçıları CƏZALANACAQLARMI?
22 Noyabr 2024 Naxçıvandakı həbsə İLGİNC REAKSİYA - Vasif Talıbovun kadrı imiş...
22 Noyabr 2024 Dövləti sayan kimdir: QARDAŞLAR BELƏ YEYİR... - DƏLİXANADIR, VALLAH...
22 Noyabr 2024 Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu
22 Noyabr 2024 “ADAU-da nələrin baş verdiyi göz önündədir, di gəl ki,..” MÜRACİƏT /VİDEO
21 Noyabr 2024 Şəmkir sakini sosial yardımından 90 manat tutulmasına etiraz edir – ŞİKAYƏT
21 Noyabr 2024 DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR - Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? (Araşdırma)
20 Noyabr 2024 Binəqədi İcra Hakimiyyəti Xocasəndə qanunsuz tikilinin qarşısını ala bilmir – Bəs Arxitektura Komitəsi hara baxır?
20 Noyabr 2024 ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
20 Noyabr 2024 Marketin adını “Zəfər” qoyub, su soyuducularına səkidə “düzülüş” verən sahibkar - FOTO
20 Noyabr 2024 COP29 günlərində Bakıda “yaşıl soyqırım” - Nərimanov sakinləri icra hakimiyyətini və tikinti şirkətini ittiham edirlər
19 Noyabr 2024 Göyçayda Şəhadət kənd sakininin pay torpağına göz dikən vəzifəli şəxslər kimlərdir – MÜRACİƏT
19 Noyabr 2024 Goranboy rayon MKTİB rəisinin “qara-qura” əməllərinin pərdəarxası gizlinləri
19 Noyabr 2024 Azərbaycan səhiyyəsinin “ölüm korpusu”, “təhlükəli üçlük” və qazinin ölümlə çarpışan həyat yoldaşı
19 Noyabr 2024 Xırdalanın “pulgir yolları” – Abdin Fərzəliyev hər il şübhəli şirkətlərə yol təmir etdirir
19 Noyabr 2024 “İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” – Vətəndaşdan haqlı narazılıq

Dünyapress TV

Xəbər lenti