Dövlət Bərdənin başçısına ikinci töhməti verir -
Hakimiyyət bir ildə ikinci dəfədir ki, Bərdənin icra başçısı Vidadi İsayevi cəzalandırır. Hər iki cəza məhz seçki dönəminə aiddir. Anaxeber.info-nun siyasət şöbəsi xatırladır ki, bu ilin fevralında keçirilən növbədənkənar prezident seçkisi günü ən çox seçki pozuntusu və şikayət Bərdədən gəlmişdi. İcra başçısının Bərdədə seçki prosesini yaxşı təşkil edə bilməməsi səbəbindən ona töhmət verilmişdi. Bu dəfə də fərqli olmadı, sentyabrda keçiriləcək növbədənkənar seçkilər ərəfəsində yenə də Bərdə İH başçısı dövlətdən töhmət alıb. Bu barədə Gununsesi.info məlumat yayıb. Sayt yazır ki, buna səbəb Bərdədə çoxsaylı qanunsuz tikintilərə şərait yaradılmasıdır. Saytın yaydığı bu informasiya iqtidaryönlü mediada sürətlə tirajlanıb. Belə aydın olur ki, uzun illər Bərdəyə rəhbərlik etmiş Vidadi İsayevə hakimiyyət tərəfindən "sarı kart" göstərilib. Bu dəfə də töhmətlə yaxasını qurtaran icra başçısı növbəti "sarı kart"ı almaqla tamamilə kənarlaşdırılacaq. Ona görə ona sonuncu şans verilib ki, fəaliyyətini yenidən nəzərdən keçirsin. Anaxeber.info bildirir ki, Bərdə Vidadi İsayevin və onun yarıtmaz komandasının əlindən inildəyir. Şəhərin kommunal təsərrüfatlarından tutmuş icra nümayəndəliklərinə qədər ayaq açan rüşvət, talan piramida şəklində yüksəlir. Bu rüşvət piramidasının zirvəsində Vidadi İsayev faktoru dayanır. Onun maxinasiya, korrupsiya, büdcə talanı ucbatından Bərdə ağır bir vəziyyətə sürüklənib. Eyni zamanda, ağacların məhvi, səkilərin zəbti nəticəsində Bərdənin arxitekturası korlanıb. İsayev yaşıllıqları, səkiləri, boş yer gördüyü hər sahəni satmaqla özü varlandıqca, Bərdə şəhəri gözəllik sarıdan yoxsullaşıb. Ona görə də verilən töhmət şiddətli olub və əhali ilə işləməsi, problemlərin həllinə diqqət göstərməsi tələb olunub. Artıq yeni dövr, idarəetmədə çağırışlar, mövcud sistemdə idarəçilik qaydalarının dəyişməsi vadar edir ki, məmurlar da yanaşmalarını dəyişsinlər. Amma İsayevin Bərdədə qanunsuz tikililərə şərait yaratması, varlanmaq ehtirası nəticədə ona töhmət verilməsinə gətirib çıxarıb. Bildirilir ki, FHN və Arxitektura və Şəhərsalma Komitəsinin birgə yoxlaması zamanı Bərdədə çoxsaylı tikililər aşkarlanıb. Məlum olub ki, 2011-ci ildən Bərdə icra başçısı olan Vidadi İsayev, 13 il ərzində şəhərdə satmadığı yer qoymayıb. Habelə, laqeydliyi, şəhid ailələrinə və qazilərə diqqətsizliyi də ciddi narazılıq doğuran səbəblərdən biridir. Odur ki, töhmətlə canını qurtarmaq asan olmayacaq. Prezident artıq yeni dövrü elan edib və fevral seçkilərindən sonra idarəetmədə yeni model tətbiq olunması gözlənilir. Bununla ayaqlaşa bilməyən məmurlar isə vəzifələrini itirməli olacaqlar. Amma Bərdədə başçı İsayev səkiləri, parkları, guşələri, yaşıllıqları qarış-qarış ticarət maraqlarına qurban verib. Dəfələrlə rayon ictimaiyyəti, ziyalıları, ayrı-ayrı insanlar, hətta şəhid ailələri Bərdədə özbaşınalıqlar barədə müraciətlər ediblər, konkret faktlarla sübutlar təqdim olunub. İndisə bu dəlillər onun əleyhinə çevrilməkdədir və qanunsuz tikintilərə görə növbəti şiddətli töhmət alır. Ümumilikdə isə son 15 ildə Bərdəyə ayrılan vəsait ətraf rayonlardan dəfələrlə çox olub. Bu vəsaitlərin isə səmərəli xərclənmədiyi Hesablama Palatasının yoxlamalarında da öz əksini tapıb. İndi bərdəlilər prezidentdən xoş xəbər - sərəncam gözləyir. İsayevə "qırmızı kart" göstərməyin vaxtıdır...

Anaxeber.info
 
 
 

Bölmənin digər xəbərləri

23 Noyabr 2024 Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23 Noyabr 2024 “İnnovasiya və Təchizat Mərkəzi”ndə əməlli-başlı özbaşınalıqdı – Cənab Qurbanov nə fikirləşir…
22 Noyabr 2024 Şüşün kənd sakini Köhünlü bələdiyyə sədrinin "fitri istedadı"ndan yazır...
22 Noyabr 2024  İcra başçısının ünvanına AĞIR İFADƏLƏR... - "Bu intriqada uduzacağını yaxşı bilir..."
22 Noyabr 2024 Hacıqabulda və Beyləqanda COP29 nədir - bilmirlər - Tərəflər Konfransına hazır olmayan təzə icra başçıları CƏZALANACAQLARMI?
22 Noyabr 2024 Naxçıvandakı həbsə İLGİNC REAKSİYA - Vasif Talıbovun kadrı imiş...
22 Noyabr 2024 Dövləti sayan kimdir: QARDAŞLAR BELƏ YEYİR... - DƏLİXANADIR, VALLAH...
22 Noyabr 2024 Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu
22 Noyabr 2024 “ADAU-da nələrin baş verdiyi göz önündədir, di gəl ki,..” MÜRACİƏT /VİDEO
21 Noyabr 2024 Şəmkir sakini sosial yardımından 90 manat tutulmasına etiraz edir – ŞİKAYƏT
21 Noyabr 2024 DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR - Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? (Araşdırma)
20 Noyabr 2024 Binəqədi İcra Hakimiyyəti Xocasəndə qanunsuz tikilinin qarşısını ala bilmir – Bəs Arxitektura Komitəsi hara baxır?
20 Noyabr 2024 ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
20 Noyabr 2024 Marketin adını “Zəfər” qoyub, su soyuducularına səkidə “düzülüş” verən sahibkar - FOTO
20 Noyabr 2024 COP29 günlərində Bakıda “yaşıl soyqırım” - Nərimanov sakinləri icra hakimiyyətini və tikinti şirkətini ittiham edirlər
19 Noyabr 2024 Göyçayda Şəhadət kənd sakininin pay torpağına göz dikən vəzifəli şəxslər kimlərdir – MÜRACİƏT
19 Noyabr 2024 Goranboy rayon MKTİB rəisinin “qara-qura” əməllərinin pərdəarxası gizlinləri
19 Noyabr 2024 Azərbaycan səhiyyəsinin “ölüm korpusu”, “təhlükəli üçlük” və qazinin ölümlə çarpışan həyat yoldaşı
19 Noyabr 2024 Xırdalanın “pulgir yolları” – Abdin Fərzəliyev hər il şübhəli şirkətlərə yol təmir etdirir
19 Noyabr 2024 “İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” – Vətəndaşdan haqlı narazılıq

Dünyapress TV

Xəbər lenti