Ardını oxu...
Qarabağın suverenliyinə qovuşması ilə Bakıda , eləcə də digər şəhərlərdə məcburi köçkünlərə tikilən evlərin taleyi gündəm oldu. Və çox keçmədi, prezident sərəncamı ilə ƏƏSMN-in həmin evləri satıb, şəhid və qazi ailələrinə mənzillər alınması qərarı alındı.
Maraqlıdır, mənzilləri birbaşa əlil və şəhid ailələrinə vermək olmaz? Niyə satıb, kimə satıb, alınan vəsaitlə yenidən mənzillər almaq qərara alınıb? Bu satıb-almada qaranlıq işlər çevrilmirmi? Sonuncu suala müsbət cavab vermək təcrübədən qaynaqlanır.
Nədən ƏƏSMN-in , yanındakı Sosial Xidmətlər Agentliyinin mənzil dəllallığı, kimə olmasa da, ehtiyacı olan Qarabağ əlillərinə və şəhid ailələrinə yaxşı bəllidir. Rüşvətlə mənzillərin bölünməsi sınaqdan çıxmış təcrübədir. Bakının mərkəzində yaşayan Qarabağ əlilləri illərdir mənzil yiyəsi olmur, amma məcburi köçkün Qarabağ əlillərinə ƏƏSMN mənzil verir. Bu necə olur? Belə çıxır, məcburi köçkün Qarabağ əlilləri həm “ Qaçqınkom”dan mənzil alır, həm də ƏƏSMN-dən? Yəqin məcburi köçkünlərin evləri satılanda bu ikiqat təminatlı mənzil yiyələrinin rüşvəti nəzərə alınar. Bu rüşvətlə mənzil təminatında rayon icra hakimiyyətlərinin də rüşvət payı çoxdur. RİH-lər qanunsuz olaraq məcburi köçkünləri rüşvətlə mənzil növbəsinə götürür, sonra da rüşvətlə mənzil yiyəsi edir, Bakı , yerli əlillər isə mənzilsiz qalır.
Məcburi köçkünlərə tikilən evlərin satılması sərəncamından iki ilə yaxın vaxt keçir. Amma hələ də nə satılan məbləğ, nə alınan mənzillərdən xəbər var. Məcburi köçkün mənzillərinin sayı isə Qarabağ əlillərinin sayından 5-6 dəfə çoxdur.
/muxalifet.az/

 

Ardını oxu...
Bakının Binəqədi rayonu Biləcəri qəsəbəsində sakinlər yolların bərbad vəziyyətindən şikayətçidirlər.

Bu barədə vətəndaşların Oxu.Az-ın redaksiyasına göndərdikləri şikayətdə qeyd edilib.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Söhbət Biləcəri qəsəbəsi, Xudadat Məlikaslanov küçəsi, döngə 6 ünvanından gedir. Vətəndaş iddia edir ki, sözügedən ünvanda məhəllələrin yolları keçilməz haldadır:

“Yollarda nə asfalt örtüyü var, nə yol kənarında işıq dirəyi var. Sözün əsl mənasında bu əraziyə baxan bir nəfər şəxs, bir aidiyyəti qurum yoxdur. Dəfələrlə şikayət etmişik, sakinlər arasında imza toplayıb məktub yazmışıq, amma aidiyyəti qurumlardan şikayətimizə baxan olmayıb”.
Ardını oxu...
Ardını oxu...
Mövzu ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən ünvanda asfalt örtüyünün yenidən salınması və təmir işləri ilə əlaqədar onlar aidiyyəti qurumlara müraciət ediblər:

“Asfalt örtüyünün bərpası və yenidən qurulması tədbirlər planına uyğun olaraq, mərhələli şəkildə həyata keçiriləcək”.

Dia-az.info-dan: Dəyərli oxucu, diqqət etdinizsə, yenə də iş qaldı aidiyyəti qurumların üzərində... Bu qurum isə möhtərəm AAYDA-dır... O AAYDA ki onun rəhbərliyində Əvəz Qocayev kimi bir fiqur təmsil olunur.

İllah ki, yuxarıda barəsində danışdığımız, vətəndaşların giley-güzarına nədən olan yola dövlə büdcəsindən ayrılmış vəsait də məhz Əvəz müəllim tərəfindən çoxdan həzm-rabedən keçirilib.

Bu barədə daha geniş materialımız olacaq...

Qeyd edək ki, Əvəz Qocayev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin Sədr müavinidir. Bizi izləyin...
 
Ardını oxu...
İlkin Babayev adlı istifadəçi "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında neçə müddətdir üzləşdiyi nəqliyyat probleminin həll olunmamasını maraqlı formada təkrar olaraq gündəmə gətirib. Dia-az.info vətəndaşın gileyini olduğu kimi təqdim edir:
Ardını oxu...
"44 nömrəli marşrut haqqında 1246-cı status amma nəticə sıfır..!
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, istənilən normal qurum, şəxs, insan və bu şəhərin ən adi bir vətəndaşı belə bu qədər şikayət sonrası ən azı bir geri dönüş edib, problemin məğzi ilə maraqlanardı... Siz isə problemi və həllini bildiyiniz halda gözünüzü yummağı və susmağı üstün tutursuz. Bu xalq, qələbəmizin simvoluna çevrilən müqəddəs 44 rəqəmini daşıyan bu xəttə lazımı diqqət etməyinizə görə sizi bağışlamayacaq. Siz də sizdən əvvəlki müvafiq qurumların aqibətini yaşayacaqsınız. Çünki məqsədiniz problem həll etmək yox, "bizdə də var" prinsipi ilə "dəftərə quş qoymaqdır"."
 
Ardını oxu...
"DogruXeber.az" xəbər verir ki, Xətai rayon Həzi Aslanov qəsəbəsində şəhid Kazımağa Kərimovun adını daşıyan küçədə kanalizasiya suları yenə də "fontan" vurur.

Xatırladaq ki, bu kimi hallar bu ərazidə ilk dəfə baş vermir. Demək, olar ki, hər həftə bu küçə kanalizasiya suları ilə bu cür iyrənc vəziyyətə düşür. Biz bir neçə dəfə bunu yayımlamışdıq. Hər yayımdan sonra aradan qaldırılır, 4-5 gün sonra yenə eyni vəziyyət....



Hazırda da davam edən bu görüntü 8 noyabr prospektinə qədər uzanır...

Amma, eyni zamanda Əhmədli qəsəbəsinin içindən keçərək, Əhmədli Metrostansiyasının yaxınlığına qədər uzanan Kazımağa Kərimov küçəsində qanunsuz tikintilərin aparıldığı barəsində də aylar öncə həm Xətai rayon İcra Hakimiyyətinə, həm də Şəhərsalma və Arxitektura Komitəsinə (ARXKOM) məlumat vermişdik. Bundan əlavə, "DogruXeber.az" informasiya portalında bu barədəki məlumatları, fotoşəkilləri ilə birlikdə təqdim etmişdik.

Bu rayonun icra hakimiyyəti hansı qanunlarla çalışır? - FOTO

ARXKOM-un qanunsuz tikintilərə susması razılıq əlamətidir ? - FOTO

Xətai rayonunda bu tikintilərə kimlər, niyə göz yumur ? - FOTO

ARXKOM sorğularımıza cavab olaraq, sözügedən tikintilərin dayandırıldığını bildirmişdi.
Doğrusu bir müddət tikintin çöl hissəsində aparılan işlər dayandırıldı. Lakin, sən demə obyektin içərisində suvaq və digər işlər davam etdirilirmiş. Bu gün isə redaksiyamıza həmin tikintilərin yeni görüntüləri daxil olub.

Əvvəl:

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...


Sonra:

Ardını oxu...

Ardını oxu...


Gördüyünüz kimi gecədən-gecəyə aparılan bu və bununla üzbəüz yolun digər tərəfində aparılan tikinti artıq başa çatdırılıb. İndi təmir işləri aparılır.

Bu isə o deməkdir ki, Xətai Rayon İcra Hakimiyyəti, eyni zamanda digər məsul qurumlar mətbuatı və ictimaiyyəti aldadaraq, qanun pozuntularına qəsdən şərait yaradırlar.
Bununla da bu qanunsuzluq hallarına şahidlik edən çox insanlarda da bu cür işlər görmələri üçün fikir formalaşdırırlar.

Bəs bu dövlət qurumlarında çalışan məsul şəxsləri qanunu pozmağa, daha doğrusu qanun pozuntusuna şərait yaratmağa nə vadar edir?

Hansı maraqlar xatirinə gördüklərini görməzdən gəlir, qulaqlarını dəqiq məlumatlara qarşı qapadırlar?

Mövzuya təkrar qayıdacağıq və Xətai rayonu ərazisində aparılan digər qanunsuz tikintilərin də görüntülərini təqdim edəcəyik.

Diqqətiniz bizdə olsun.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
Ardını oxu...
Tanınmış həkim Aydın Əliyevin səhiyyə sektorundakı nöqsanlarla bağlı videoçıxışı geniş müzakirələrə səbəb olub.

Ardını oxu...

AFN.az xəbər verir ki, həkimin sosial şəbəkədə paylaşımının altında vətəndaşlar səhiyyə ilə bağlı müxtəlif problemləri qabardıblar. Onlardan ən diqqətçəkəni isə elə səhiyyə adamlarının, həkimlərin yazdıqlarıdır. Belə ki, Ədalət Rüstəm adlı həkim səhiyyənin maliyyələşdirilməsi problemindən, ortaya çıxan çətinliklərdən bəhs edib. Həkim qeyd edib ki, əslində bütün problemlər çoxhakimiyyətlilikdən qaynaqlanır. Onun fikrincə, səhiyyəyə rəhbərlik, insanların sağlamlığına məsul tək dövlət orqanı Səhiyyə Nazirliyi olmalıdır: “Bütün dünyada belədir. Azərbaycanda anomal vəziyyət yaranıb, səhiyyəni maliyyələşdirən tək orqan Maliyyə Nazirliyi əvəzinə İcbari Tibbi Sığorta Agentliyidir. Bu agentlik isə maliyyə vəsaitlərini tabeliyində olan TƏBİB-ə ayırır və dədə malı kimi pay-püş edirlər. O pay-puş edilən vəsaitlər isə mənim, sənin, onun, bizim və sizin İTSA-ya ödədiyimiz sığorta vəsaitlərindən formalasır. TƏBİB o pulları yumaqla, ogurlamaqla məşğul olur, "otkat" verməklə məşğul olur, korrupsiya əməlləri ilə məşğul olur. Mənim üçün nə fərqi var, mənim pulumu metroda cibimdən hansısa fərd, cibgir oğurlayıb, yoxsa dövlətin İTSA adlı qurumu?! Bu qurumların məşğul olmalı tək iş - insanların sağlamlığı məsələləri isə başlı-başına buraxılıb. Səhiyyə Nazirliyinin bütün səlahiyyətləri, hüquqları və vəzifələri İTSA və TƏBİB arasında paylasdırılıb.

Ardını oxu...
Ardını oxu...

Bu nazirlik ordusu olmayan, əsgəri olmayan, hərbi texnikası olmayan bir general və 10-15 koməkçidən ibarət, səlahiyyətsiz, hüquqsuz quruma çevrilib. Ölkə səhiyyəsi, 10 milyonun sağlamlığı isə TƏBİB-ə tapşırılıb. Ölkənin elmi-tibbi resursları, tibb professorları və dosentləri, yüksək ixtisaslı kadr potensialı müalicə, elmi-tədqiqat proseslərindən təcrid edilib, insanlarımızın taleyi xoşqədəmlərin, zaurlarin "seçdikləri" "professor"lara və "bir nömrəli həkim"lərə həvalə edilib”.
Ə.Rüstəm bildirib ki, özünün işlədiyi ATU-nun Tədris Cərrahiyyə Klinikasında sığorta ödəyicisi kimi müayinə və müalicə olunmaq hüququ olduğu halda, 1 həftəlik get-gəldən sonra KT müayinəsi üçün göndəriş həmin müəssisəyə yox, özəl “EGE hospitalı”na verilib: “Daha bir fakt deyirəm: "Yeni klinika"nin arxasında, iri meydançada TƏBİB-ə, İTSA-ya məxsus 100-ə qədər təptəzə təcili tibbi yardım maşını 2020-ci ildən yağışın, qarın və günəşin altında çürüyür, paslanır. Onlar ölkə uzrə təcili yardım stansiyalarının sərəncamına verilməli idi. Az qala bir milyon əhalisi olan Abşeron rayonuna təcili tibbi xidmət göstərən 3-4 avtomobildən ikisi 1979-ci illərin istehsalı olan pikap tipli sınıq-salxaq "QAZ-24" avtomobilidir. Bir neçə gün əvvəl 2-ci mərtəbədən yıxılan uşağın çağırışına heç həmin avtomobil də göndərilməmişdi”.
Bütün qeyd edilənlərlə bağlı qarşı tərəfin mövqeyini verməyə hazırıq.
Ardını oxu...
Saytımızın elektron poçt ünvanına ADPU-nun Cəlilabad filalı haqqında şok effekti verən məlumat daxil olmuşdur.Sözügedən həmən məlumatı sizlərə təqdim edirik:

“Son vaxtlar ADPU Cəlilabad filialında baş verən qanunsuzluqlardan tez-tez söhbət düşür. Əslində, filialın direktoru Xudayar Sultanlının sultanlığı kimi tanınan ADPU Cəlilabad filialı dövlət orqanlarının nəzarətindən çıxmış və şəxsi məqsədlərə xidmət edən bir müəssisəyə çevrilmişdir. Bunun başlıca səbəbi filialın rəhbər kadrlarının uzun müddət vəzifə kreslolarında oturması ilə bağlıdır. Filial direktor Xudayar Sultanlının, dekan Mənzilə Rəhimovanın və keçmiş direktor müavini, indisə şöbə müdiri işləyən Eyvaz Məmmədovun şəxsi mülkiyyəti sayılır. Bəs görəsən, filialda nə baş verir? ADPU-nun rektoru Cəfər Cəfərov Cəlilabad filialında baş verən qanunsuzluqlara niyə göz yumur?

Mənbə bildirir ki, Cəlilabad rayonunda yerləşən və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad Filialının dekanı Mənzilə Rəhimovaya məxsus “Paradoks” tədris və inkişaf mərkəzi işçiləri (əslində ADPU Cəlilabad Filialının tələbələrini) əmək müqaviləsi (konraktı) bağlamadan işə cəlb edir, tələbələri dərslərindən ayıraraq, onlara məşğələ və təlimlər keçirilməsi ilə məşğul olur. Mənzilə Rəhimova dekan işlədiyi Filialın tələbələrini icbari şəkildə “Paradoks” şirkətinə pul köçürməyə məcbur edir. Narazılıq edən tələbələri ADPU Cəlilabad Filialından qovulacağı ilə hədələyir.

Dövlət orqanlarının, hüquq-mühafizə təşkilatlarının, ADPU rəhbərliyinin Mənzilə Rəhimovanın bu qanunsuz biznes fəaliyyətindən xəbəri yoxdur. İyirmi ilə yaxın ADPU Cəlilabad filialında pedaqoji fakültənin dekanı işləyən Mənzilə Rəhimovanın heç bir elmi dərəcəsi yoxdur, elmə və tədrisə dair kitabları da nəşr olunmayıb. Onu bu vəzifəyə yaxın qohumu, elmi dərəcəsi olmadan uzun müddət ADPU Cəlilabad filialının direktor müavini işləmiş Eyvaz Məmmədov gətirmişdir. Aqronom təhsili olan Eyvaz Məmmədov bu vəzifədən azad edilsə də, filialın şöbələrindən birinə rəhbərlik edir.
Ardını oxu...
Böyük yazıçı C.Məmmədquluzadənin məşhur əsərinin prototipi olan(Xudayar bəy) Filialın direktoru Xudayar Sultanlı da aqronom təhsillidir. Buna görə də tələbələri kolxoz briqadiri kimi idarə edir, dekan Mənzilə Rəhimovanın tələbələrin çiynində qurduğu biznes fəaliyyətinə bilərəkdən göz yumur.
Ardını oxu...
Mənzilə xanımın rəhbərlik etdiyi “Paradoks” tədris və inkişaf mərkəzi, yəni şirkəti işçilərə verilən əmək haqqının məbləğini dövlətdən gizlədir, vergilərdən yayınır, qanunsuz olaraq əldə etdiyi gəlir haqqında vergi orqanlarını məlumatlandırmır. Nəticədə, “Paradoks” və onun rəhbəri Mənzilə Rəhimova AR Cinayət Məcəlləsinin 162-1 (əmək müqaviləsi kontraktı hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi) maddəsinin tələblərini pozur, cinayət törədir. Mənzilənin ikinci cinayəti isə dekan işlədiyi ADPU Cəlilabad filialında tələbələri öz gəliri məqsədilə dərslərdən yayındırması və vəzifə saxtakarlığı (AR CM-nin 313-cü maddəsi) törətməsi ilə bağlıdır.

ADPU Cəlilabad Filialının tələbələrinin narazılığını dinləyən yoxdur, Pedaqoji Universitet rəhbərliyinin bu işə biganə yanaşması isə baş verən cinayətə göz yummaq deməkdir. Pedaqoji fakültənin dekanı Mənzilə Rəhimovanın cinayət əməllərinə rəvac verən direktor Xudayar Sultanlı da əslində bu cinayət əməllərinin iştirakçısıdır.
Ardını oxu...
Belə ki, Hədəf kurslarının buraxılış sınaq imtahanları Cəlilabad, Yardımlı, Masallı və Biləsuvar rayonlarının şagirdlərini əhatə edir və kifayət qədər maddi balans toplayır. Bu sınaq imtahanlarının ADPU Cəlilabad filialında keçirilməsinin isə həmin filiala bir qəpik xeyiri yoxdur, gəlirlər dekanın şəxsi büdcəsini möhkəmlədir. Bundan başqa, Mənzilə Rəhimovanın özəl şirkəti olan “Paradoks” TİM summativ sınaq imtahanlarını ADPU Cəlilabad filialının auditoriyalarından istifadə etməklə keçirir. ADPU Cəlilabad filialının direktoru Xudayar Sultanlının bu cür qanunsuz əməllərə şərait yaratması isə onun “Paradoks”un gəlirlərinə şərik olması ilə bağlıdır.
Ardını oxu...
“Paradoks” təlim və inkişaf mərkəzinin gəlir və fəaliyyət sahələri:

1) Hədəf kurslarının 2,3,4,5,6,7,8,9,10 və 11-ci sinif şagirdləri üçün BLOK sınaq imtahanlarının ADPU Cəlilabad filialının auditoriyalarında ödənişli təşkili;

2) Summativ sınaq imtahanlarının keçirilməsi (ödənişli);

3) Kompüter dərsləri (bir aylıq ödəniş 25 manat olmaqla);

4) Ali məktəblərə hazırlıq dərsləri (repitisiya, ödənişli, bir fənn üçün aylıq ödəniş 30 manat olmaqla);

5) Rəsm dərsləri (ödənişli, dərsləri ADPU Cəlilabad filialının müəllimi Musa Əmiraslanov aparır);

6) Skripka dərsləri (ödənişli, müddəti 6 ay);

7) Əlyazma yazıların elektron variantının hazırlanması (bir səhifə üçün 0,70 manat olmaqla).

“Paradoks” TİM kursların və təlimlərin iştirakçılarına diplomlar və sertifikatlar verir ki, bu sənədlərin qanuni hüququ yoxdur. Belə sənədlər vermək üçün müvafiq dövlət orqanlarından rəsmi razılıq alınmalıdır. Diplomlar və sertifikatlar ADPU Cəlilabad filialının dekanı, “Paradoks” TİM-in rəhbəri Mənzilə Rəhimova tərəfindən imzalanır və möhürlənir.
Ardını oxu...
İnanırıq ki, bu məsələlər ictimailəşəndən sonra ADPU Cəlilabad filialında pedaqoji fakültənin dekanı Mənzilə Rəhimovanın qanunsuz biznes fəaliyyəti ilə bağlı bu biabırçı cinayət əməllərinə son qoyulacaq və bu barədə ciddi tədbirlər görüləcək.
Redaksiya olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Növbəti sayımızda davam olacaq.Bizi izləyin…
Omedia.az
 
Ardını oxu...
Azərbaycanda məmur övladlarının biznes sahəsi ilə məşğul olması barədə mətbuatda çoxsaylı məlumatlara rast gəlmək olar. Bu məmur övladları valdeynlərinin rahat şəkildə əldə etdikləri pullar hesabına rahat biznes sahələri yaradırlar.

AzFakt.com-un əldə etdiyi məlumata görə belə məmurlar övladlarından biri də Bakı Apelyasiya Məhkəməsinin keçmiş sədri İman Nağıyevin oğlu Rüstəm Nağıyevdir.

Mötəbər mənbədən əldə etdiyimiz məlumata görə Rüstəm Nağıyev Quba rayon Qəçrəş kəndində dəyəri bir neçə milyon manat olan otel və restoran biznesinə sahibdir.

Belə ki, Rüstəm Nağıyev Quba rayonunun ən prestijli zonası olan Qəçrəş kəndində 1,2 hektar ərazidə tikinti sahəsi 1144 kvadrat olan 2 mərtəbəli otel inşa etdirib.

Rüstəm Naığyevin Qubadakı mülkü bununla bitmir.

O, tikinti sahəsi 668 kvadrat metr olan daha bir restoran inşa etdirib. Bu restoran bir mərtəbədən ibarətdir.

1.2 hektar ərazidə yerləşən və ümumi sahəsi 4200 kvadrat olan otel və restoranın hazırkı bazar qiyməti bir neçə milyon manata dəyərləndirilir.

Ümumi sahəsi 857 kvadrat olan obyektin hazırkı bazar qiymətinin 1 milyon manatdan çoxdur.

Qeyd edək ki, Rüstəm Nağıyevin atası İman Nağıyev uzun müddət məhkəmə-hüquq sistemində yüksək vəzifələrdə çalışıb.

İman Nağıyev 2000-ci ildən 2007-ci ilədək Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi, 2007-ci 2021-ci ilə qədər Bakı Apelyasiya Məhkəməsinin sədri vəzifəsində çalışıb.

Həmçinin 2005-2023-cü illərdə Hakimlərin Seçki Komitəsinin sədri vəzifəsində işləyib.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 

Bakı şəhəri, Nərimanov rayonu, Xəlil Rza Ulutürk küçəsi, ev 33Q ünvanında yaşayan Məsumova Şəfiqə Bəhlul qızı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlayıb.

Qlobal.az Şəfiqə Məsumovanın müraciətini təqdim edir:

“Mən, Məsumova Şəfiqə Bəhlul qızı 1999-cu ildən Nərimanov rayonu, Elçin İsaqzadə küçəsi, Məzahir Məmmədov adına 37 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi işləyirəm. Vətənə, millətə layiq savadlı gənclərin yetişməsində bir vətəndaş-müəllim kimi öz vəzifə borcumu layiqincə yerinə yetirirəm.
Ümumilikdə 33 illik pedaqoji stajım var. 2000-ci il tarixindən Yeni Azərbaycan Partiyasının (YAP) üzvüyəm.

 

2003-cü il tarixindən Bakı şəhəri, Nərimanov rayonu, Xəlil Rza Ulutürk küçəsi, ev 33Q ünvanında oğlum Nurlan Məsum və Hacılı Lamiyə ilə qeydiyyatdayıq və hal-hazırda iki azyaşlı nəvəm də bizimlə yaşayır. Yaranmış təhlükəli vəziyyətlə bağlı qızım və nəvələrim başqa yerdə yaşamağa məcbur olublar. Ailəmin rahatlığı, əmin-amanlığı, sağlam muhitdə yaşamaq hüququ əlimizdən alınıb. Bunun səbəbkarı özlərini əvvəllər “Çardağ”, daha sonra “Marbel Construction” Məhdud Məsuliyyətli Cəmiyyət kimi təqdim edən MTK-dır. Adı çəkilən MTK işçiləri heç bir yazılı bildiriş göndərmədən Nazirlər Kabinetinin ləğv olunmuş 86 saylı qərarını əsas gətirərək qeyri-qanuni söküntü işləri ilə məşğuldurlar. Qəsdən və qərəzli şəkildə yaşadığım evin ətrafında narahatlıq yaradıb, telefon, su, kanalizasiya xətlərinə zərər vurulur. Hətta su xətlərinin dəfələrlə zədələnməsi nəticəsində günlərlə su yola axıb və evimin altına su dolub.

Söküntünün qalıqlarını hər gün məktəbə gedib-gəldiyim yola və evimin qarşısına tökmüş, indi isə evimin qarşısını heç bir haqları və əsasları olmadan taxta konstruksiya ilə hasarlayıblar. 27 Yanvar 2024 tarixində evimin qarşısında qanunsuz hasarlama üçün dirəklərin basdırılmasına etirazımı bildirdikdə isə “Hara istəyirsən, şikayət et!”- dedilər. Taxta hasarlar tezalışan təhlükə mənbəyi olmaqla yanaşı qapalı, kimsəsiz bir yerdə yaşamaqdan, şirkət tərəfindən ailəmə, evimə qarşı hər hansı bir təhlükənin, təxribatın törədiləcəyindən narahatam. Mərkəzi yola çıxmaq üçün istifadə etdiyimiz piyada yolunu bağlayıb, öz məqsədləri üçün maşın yolunu açıq saxlayıblar. Öz evimizdə rahat yaşamağa bilərəkdən maneçilik yaradılır.

Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hər kəsin normal şəraitdə, sağlam ətraf mühitdə yaşamaq hüququ var. Adı çəkilən (Marbel Construction) MTK bizi normal yaşamaq hüququmuzdan məhrum edir.

Yeni Azərbaycan Partiyasının üzvü olaraq hesab edirəm ki, qarşıdan gələn prezident seçkiləri ərəfəsində belə “işgüzar” sahibkarlar öz qeyri-qanuni hərəkətləri ilə dövlət başçısının nüfuzuna, apardığı siyasətə əks mövqe tutaraq, vətəndaşların sosial rifahına, firavanlığına xələl gətirirlər.

Yuxarıda qeyd olunanları nəzərə alaraq bu özbaşınalığın qarşısını almaq üçün demokratik Azərbaycan Respublikasının vətəndaşı, bir müəllim, bir ana, bir qadın olaraq bununla bağlı müvafiq qəti tədbirlərin tərəfinizdən görülməyini xahiş edir, evimin hasarlanaraq blokada şəraitinə salınmasının qarşısının alınması üçün sizə müraciət edirəm.

Müdrik siyasətçi, ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, Müzəffər Ordunun Müzəffər Ali Baş Komandanı möhtərəm prezidentimiz İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva vətən uğrunda canından keçən şəhid və qazi ailələrinə etimad göstərmiş, öz diqqət və qayğılarını əsirgəməmişlər. Şəhid Elçin İsaqzadənin yaxın qohumu kimi dəyərli prezident İlham Əliyev və xanımı Mehriban Əliyevadan kömək istəyirəm”.

 

 

 

Dələduzluqda ittiham olunan professor Raya Nəcəfovanı Milli Məclisin deputatı Ülvi Quliyev müdafiə edir.

Bu barədə Qlobal.az-ın əldə etdiyi məlumatda deyilir.

Məlumata görə Raya Nəcəfova xeyli sayda şəxsdən külli miqdarda pul alıb. Lakin zərərçəkmiş şəxslər hüquqlarını bərpa edə bilmir.

 

Raya Nəcəfovaya böyük vəzifəli şəxslərin dəstək verdiyi vurğulanır.

Bu şəxslərdən biri də Milli Məclisin deputatı Ülvi Quliyevdir.

Onların həm də quda olduğu bildirilir.

Raya Nəcəfovaya digər dəstəyi isə həyat yoldaşı Rövşən Əlvəndov tərəfindən verildiyi vurğulanır.

Rövşən Əlvəndov hazırda Qaçqın və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Təmir tikinti İdarəsinin müdiridir.

Qeyd edək ki, bir müddət əvvəl Raya Nəcəfova barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (Dələduzluq- təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Artıq ibtidai istintaq yekunlaşıb və iş baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. Raya Nəcəfova barəsindəki cinayət işinin məhkəmə istintaqı hakim Rauf Daşdəmirovun sədrliyi ilə aparılacaq.

Bu barədə Vahid Məhkəmə Portalında da məlumat yerləşdirilib. Məlumatdan aydın olur ki, iş üzrə 11 nəfər zərərçəkmiş qismində tanınıb. Təfərrüatlar barədə isə bilgi yoxdur.

Qarşı tərəf mövqe sərgiləyə bilər.

Dünyapress TV

Xəbər lenti