Ardını oxu...
Şirvan Mərkəzi Xəstəxanasında dərəbəylik hökm sürür.

"Arqument.az" xəbər verir ki, tibbi personalın göndərdiyi şikayətdə belə deyilir.

Bildirilir ki, xəstəxanadakı vəziyyəti təsvir etmək belə ağır və dözülməzdir.

Şikayətçilər xəstəxanda yaşananları belə konkretləşdiriblər:

"Xəstəxanadakı vəziyyəti yığcam şəkildə sizə təsvir edəcəyik, adını siz qoyarsınız ki, bu özbaşınalıqdır, qoçuluqdur, dərəbəylikdir ya nə?! Xəstəxanada vəziyyət belədir ki, vaxtı-vaxtında əməkhaqqımızı ala bilmirik. Hər ay fərqli-fərqli əməkhaqqı alırıq. Bunu dəfələrlə mühasibatlığa şikayət etsək də, hər dəfə bəhanələr gətirib, yola verirlər. Sigorta səviyyəsi, demək olar ki, yoxdur. Xəstələrə başqa xəstəxanaya göndəriş almaq üçün mütləq Sığorta İşinin Təşkili və İnnovasiya şöbəsinin müdiri Zamin Fərzəliyevə şirinlik verməlisən".

"Xəstəxanaya yeni işçi götürmək əvvəl iki-üç min manat "hörmətə” başa gəlirdisə, Kadırlar şöbəsinin müdri Təbriz Əkbərov onu 4-5 minə qaldırıb. Xəstəxana kənardan mafiya oyununa bənzəyir, hərənin arxasında day-dayı durub. "Xəstə xidmətlər” şöbəsi bərbad gündədir. Gələn əhali zülm-zillət çəkir. Bura rəhbərliyi Təranə Cəlilova edir. Onun da arxasında Şirinxanım Səmədova dayanır", - deyə şikayətçilər qeyd ediblər.

Onların sözlərinə görə, xəstəxananın poliklinika şöbəsi korrupsiya yuvasıdır: "Kimə gəldi bülleten verilir. İnsafən, məzənnə təvəzökardır: 1 günü 5 manata! Bu işin də başında dayanan poliklinika şöbə müdri Səadət Quliyevadır. Bəzi şöbə müdirlərindən aylıq yığılır. Xəstəxanaya müraciət edən vətəndaşları qeydiyyatdan hansı həkimdən xoşları gəlirsə və pul verirsə, onun yanına yönləndirilir. Həkimlərə verilən bonuslar düzgün işlənilmir, gecikdirilir bəzən verilmir. Bunlarında başında duran əvvəl Kamil Əhmədov idisə, indi Pərviz Rüstəmbəyovdur".

Şikayətçilər yazırlar ki, tibbi gigiyenik normaların tam ziddinə bir kabinetdə 3-4 həkimin birgə işləməsi faktları da var: "Xahiş edirik, xəstəxana maliyyə yoxlaması gəlsin. Korrupsiya yoxlaması gəlsin! Əmək müfəttişliyi gəlsin! Gəlib yoxlasınlar. Burda işçilər istismar edilir. Qorxumuzdan narazlıqları dilə gətirə bilmirik, belə təşəbbüs göstərənlər dərhal qaralanıb işdən çıxarılır".

"Bütün Şirvan xəbərdardır ki, Pərviz Rüstəmbəyov tək "Ginekologiya şöbəsi”ndən yüz mindən çox pul yığıb. Axı belə olmaz?! Aydın deyilmi ki bu pullar nəhayətində zavallı xəstələrin cibindən-canından çıxır? Korrupsiya idarəsi rəhbərliyi cənab Kamran Əliyevi bu şeylər narahat etməlidir axı. Şirvan xəstəxanasının ciddi müalicəyə ehtiyacı var. Xəstəxana komaya düşmədən lüftən ona müdaxilə edilsin, yoxsa. Hamı üçün gec olacaq".

Yazıdakı iddialar kifayət qədər ciddi olduğundan "Arqument.az" Şirvan Mərkəzi Xəstəxanası ilə əlaqə saxlayıb, lakin rəsmi münasibət ala bilməyib.
Ardını oxu...
Mingəçevir şəhəri Şəhid Baxşəli Şixəliyev'in adını daşıyan 6 saylı tam orta məktəb çirkab içindədir.

Bu barədə Mingəçevir şəhərində yaşayan sakinlər "Azərbaycan Reallığı"na məlumat verib. Onların sözlərinə görə Heydər Əliyev prospektində yerləşən bu məktəb 10 ildən artıqdır baxımsız vəziyyətdədir:

"İşə gəlib çatanda stres-əsəb, gərginlik keçirirsən, bu acınacaqlı vəziyyətdən şəhər icra hakimiyyətindən tutmuş regional təhsil idarəsinə qədər hər birinin məlumatı var amma bir tədbir görən yoxdur. 518 şagird və 71 işçisinin gedəcəyi cəmi bir sanitar qovşaqı var.

Sözün əsl mənasında biabırçlıqdır, məkdəbdə nə akt zalı nə büfet nə də idman zalı var. Bizi demirik gəlin bizim şəxsi evimizi təmir edin , şəhid adını daşıyan bir məktəbin bu durumda olması həqiqətən utancvericidir, dərdimizi kimə deyək bilmirik xaiş edirik ictimailəşdirin bəlkə kömək oldu" deyə sakinlər bildirib.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Təxminən bir neçə ay bundan öncə Nəsimi rayonunda yerləşən “Huqqa” adlı restoranda polis əməkdaşlarının qumar oyunlarının təşkil edildiyi üçün əməliyyat keçirdiyini xatırlayırsiz. Sözügedən əməliyyat zamanı restoranın sahibi Rasim Rzayev və onunla birlikdə bir neçə nəfər həbs olunmuşdu.

Yəqin Rasim müəllimin hüquq-mühafizə orqanlarının kameraları qarşısında hansı vəziyyətə düşməsini Google üzərindən ad soyadını yazsanız xatırlayarsız amma nədənsə bu şəxs müəmalı şəkildə öz azadlıqın qoruyub saxlaya bildi. Görünür insanların bədbəxtçiliyi üzərindən qazanılan pullar Rasim müəllimin xilasına çevrilə bilib.

"Azərbaycan Reallığı" sözügedən məkanla bağlı kiçik araşdırma aparıb, məlum olub ki, həmin məkan olduğu kimi fəaliyyət göstərir. Bu dəfə Rasim müəllim özünü kənara keçərək bütün işləri Nuranə adlı xanıma həvalə edib gördüyü nöqsanlı işləri ört-basdır etmək üçün restoranın da adını dəyişərək "NAZ" qoyublar. Kimə naz edirlər özləri bilər əsas odur "burada mənəm bağdadda kor xəlifə" qanunları ilə işləməsinlər. Bura Azərbaycandır, burada qanunu "nazlar" yox, dövlət qoyur

Sözügedən məkana daxil olmaq üçün liftdən istifadə edirsən, liftə daxil olduqda natəmizliyi görüb restoranın hansı vəziyyətdə olduğunu anlamaq olur. Restoranın havalandırıcıları birmənalı olaraq işləmir, qəlyan siqaret tüstüsündən müştərilər bir-birini görmür. Restoranın vahiməli kabinetləri kriminalların "Sxota" keçirdiyi yeri və yaxud da əvvəlki kimi qumarxana otaqlarını xatırladır.

Kefiyyətsiz qidalar, baş ağradıb göz çıxaran mənşəyi məlum olmayan spirtli içkilər daha nələr, nələr...

"Azərbaycan Reallığı"na danışan mənbə iddia edir ki, vergidən yayınmaq üçün müştəriyə çek verilmir, menyuda olan qiymətlə müştəriyə təqdim olunan qiymətdə böyük fərq olur bu azmış kimi onlar xoşları gəlməyən adamı restorana buraxmırlar. Necə ki, İranda 40 şallaq vurulan adamları haramxanalara buraxılmadığı kimi...

Hələ bu harasıdır, deyilənə görə Rasim müllim bəzi müğənnilərin xüsusi fanatıdır. Onların konsertini izləmək üçün rayonlara gedib 2000-3000 manatlarla pullar xərcləyir. Yaxşı olar müəllim bu pulları ölkəmizin suverinliyi üçün canından keçmiş şəhid ailələrinə xərcləsə daha faydalı olar.

Sonda onu da qeyd edək ki, bizim kimlərləsə hər hansı bir qərəzliyimiz yoxdur. Media prinsiplərinə uyğun olaraq bildiyimiz və eşitdiyimiz neqativ halları ictimailəşdiririk sonra isə qərarı adiyyəti qurumlar araşdırıb verəcək
 
Ardını oxu...
"Azərbaycan Reallığı"na video-müraciət göndərən vətəndaş bildirir ki, Babək prospektinin sonu yeni açılmış "Likoil" yanacaq doldurmanın əks istiqamətində yolun sağ tərəfində yeni açılmış avtomobil salonu piyadalar üçün ayrılmış 300 metrə yaxın səkini zəbt edərək yerinə satış məqsədi olan avtamabillər saxlayıblar, bu da piyadalar üçün həmçinin ətrafda işləyən digər mağaza işçilərinə mane olur.

"Azərbaycan Reallığı" sözü-gedən video görüntünü təqdim edir:

 
 
 
Ardını oxu...
Prezidentliyə keçmiş namizəd Razi Nurullayevin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etdiyi gəlir bəyannaməsində bəzi faktları gizlətdiyi iddia olunub. Bu barədə videobloger Mehman Hüseynov paylaşım edib.

Məlumat üçün bildirək ki, Razi Nurullayev seçki ərəfəsindəki müsahibələrinin birində MSK-ya təqdim etdiyi gəlir bəyannaməsi ilə bağlı danışarkən deyib ki, onun yalnız üçotaqlı mənzili var. Mehman Hüseynovun hazırladığı videorepotajda isə Razi Nurullayevin Novxanıda dəbdəbəli villasının mövcudluğu iddia edilib. Maraqlıdır ki, prezidentliyə keçmiş namizəd gəlir bəyannaməsində həmin villadan bəhs etməyib.

KONKRET.az ictimai-siyasi kluarlarda və sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olmuş həmin video və orada səsləndirilən ittihamlarla bağlı deputat Razi Nurullayevlə telefon əlaqəsi yaratmağa çalışıb. Çoxsaylı cəhdlərimizdən sonra özünü deputatın köməkçisi kimi təqdim edən şəxs Razi Nurullayevin tədbirdə olduğunu və yaxın dəqiqələrdə özünün bizimlə əlaqə saxlayacağını desə də, əməkdaşımıza deputatın özü ilə danışmaq müyəssər olmadı.

Əməkdaşımız daha sonra vəkil Əsabəli Mustafayevə “iddialar doğrudursa, Razi Nurullayevi hansı cəza gözləyir?” sualını ünvanlayıb. Hüquqşünas deyib ki, Seçki Məcəlləsində və digər qanunlarda təhrif olunmuş məlumatların bəyannaməyə daxil edilməsinin məsuliyyəti barədə heç bir bənd yoxdur:

“Azərbaycanda belə nümunə yoxdur. Yəni indiyə qədər hansısa prezidentliyə namizədin gəlir bəyannaməsinə yanlış məlumat daxil etməsinə görə məsuliyyət daşıması halı olmayıb. Sənədlərin saxtalaşdırılmasına görə norma var, bu da vəzifəli şəxslərə aiddir. Bu məsələ ilə bağlı qanunda boşluq var. İndiki qanunlara görə prezidentliyə namizədin qeydiyyat məsuliyyəti ola bilər. Digər heç bir məsuliyyət yoxdur”.

Vəkil əlavə edib ki, əgər sözügedən bağ evi deputatın həyat yoldaşına məxsusdursa, bu da ortaq mülkiyyət hesab edilir: “Deputat mütləq onu gəlir bəyannaməsində göstərməlidir. Amma bu məsələ deputatın övladlarına aid deyil”.

Mövzu ilə bağlı Mərkəzi Seçki Komissiyası ilə də əlaqə saxlamağa çalışdıq. Təəssüf ki, dəfələrlə zəng etməyimizə baxmayaraq, MSK-nın mətbuat xidmətində dəstəyi qaldıran tapılmadı.

Deputat isə gəlir bəyannaməsində göstərmədiyi villasının mətbəxindən izləyicilərinə sağlam qidalanmağın hazırlanması ilə bağlı tövsiyələrini verməkdədir.

 

      
Ardını oxu...
"DogruXeber.az" xəbər verir ki, agentliyimizin tabeliyində fəaliyyət göstərən "Kanal14" YouTube kanalında canlı yayımlanan "Kamalın zamanı" proqramında, ötən həftənin şənbə günü yenə Xocavənd rayon sakinlərinin hələ də davam edən problemləri müzakirə olunub.

Proqram ilə canlı bağlantı yaradan Xocavənd sakini, eyni zamanda müharibə veteranı Eldəniz Məmmədov bildirib ki, "Xocavənd rayon icra hakimiyyəti "sən demə, iş üçün müraciət edən bəzi şəxsləri yerli məşğulluq idarəsinə göndərir və özləri də məşğulluq idarəsinə tapşırıq verirlər ki, yalnız onların göndərdikləri adam işlə təmin olunsun. Təbii ki, bunu da öz maraqları xatirinə həyata keçirirlər".

Ətraflı videoda:

Yeri gəlmişkən, qeyd edək ki, canlı yayım zamanı Xocavənd sakini olduğunu deyən, Mirzağa Nağıyev adlı şəxs, yayımın şərh bölməsində, sözügedən rayonda bəzi dövlət idarələrində işə düzəlmək üçün müxtəlif məbləğlərdə rüşvət tələb olunduğunu yazıb.

Bundan əlavə, icra başçısı Eyvaz Hüseynovun dostu , eyni zamanda müavini Əfsanə Quliyevanın atası olan Ələddin Quliyevin geniş istirahət parkının ərazisini zəbt edib, parkı məhv edərək, orada restoran inşa etdirdiyini də Mirzağa Nağıyev adlı istifadəçi yayımın şərh bölməsində vurğulayıb. Maraqlıdır ki, Mirzağa Nağıyevin yazdığı məlumatları canlı yayımda olan Eldəniz Məmmədov və şərh bölməsində olan digər Xocavənd sakinləri də təsdiqləyib.

Həmçinin, sakinlər istər içməli sudan, istərsə də təsərrüfatlarını suvarmaq üçün sudan əziyyət çəkdiklərini də bildiriblər.

İcra başçısının müavini Azər Süleymanovun geniş taxıl tarlalarının görüntülərini redaksiyamıza göndərən Eldəniz Məmmədov bildirib ki, suvarma zamanı su Azər Süleymanovun və Eyvaz Hüseynovun "səxavət"indən bəhrələnən digər məmurların əkin sahələrinə yönəldildiyi üçün, digər yerli sakinlərin təsərrüfatı susuzluqdan məhv olur.

Bəli, Xocavənd sakinlərinin gileyləri şsizlikdən başlayıb, torpaqsızlıqdan, susuzluqdan, dərman çatışmazlığından, həkim səhlənkarlığından və sair yol keçərək, Eyvaz Hüseynovun "Kanal14"ə çıxanlar və baxanlar barəsində "tədbir görəcəyi" ilə təhdid etməsinə qədər uzanır. Amma, deyəsən hələ bu da son deyil. Əgər, Eyvaz Hüseynov həqiqətən də sakinlərin iddia etdiyi kimi, kanalımıza çıxmalarına görə onları təhdid edibsə, onların barəsində "tədbir görəcəyini" deyibsə, bu o, deməkdir ki, bu rayondan hələ çooox məlumatlar, müraciətlər, şikayətlər olacaq.

Maraqlıdır ki, 32 illik icra başçısı təcrübəsi olan Eyvazov, illərdir ki, israrla tələb etmələrinə rəğmən, onların mövcud problemlərinin aradan qaldırılması barəsində heç bir tədbir görməyib (hər halda sakinlər özü belə deyir), amma kanala çıxanın barəsində tezliklə tədbir görəcəyini deyir?

Burdan da belə çıxır ki, Eyvaz Hüseynov idarəçiliyində olan rayonda baş verən, mövcud olan və narazılıq yaradan bütün problemlərdən xəbərdardır, amma o, problemlərin aradan qaldırılması üçün tədbir görmək yerinə, narazı sakinləri susdurmaq üçün tədbir görəcəyini deyir.

Yoxsa, ölkə başçısının İcra başçılarına "Mən sizi bu vəzifəyə təyin edirəm ki, vətəndaşlara xidmət edəsiniz", "vətəndaşları incitməyin" və digər bu kimi tapşırıqlarına Eyvaz Hüseynov ümumiyyətlə məhəl qoymur?!

Vətəndaşlara deyil, özlərinə və yaxınlarına xidmət edir ki, bu da ən azından "Kanal14"də təqdim olunan torpaq siyahısından bəlli olur. Vətəndaşlara "etdiyi xidmət" də ki, göz qabağında...

Əlqərəz...

Biz sözümüzü burda bitirsək, səbri tükənmiş Xocavənd sakinlərinin nə sözü bitir, nə də problemləri.
Odur ki, mövzuya yenə qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
 
Ardını oxu...
Bu gördüyünüz görüntülər ucqar dağ kəndlərində çəkilməyib. Bura Binəqədi rayon Biləcəri qəsəbəsində, əhalinin sıx və acınacaqlı durumda yaşadığı ərazilərdən biridir.

"Azərbaycan Reallığı"na müraciət edən sakinlər bildirir ki, illərdi onların yol problemi həll olunmur. Hara müraciət etsələr də baxan yoxdur. Onun üçün çıxış yolunu məsələni ictimayiləşdirməkdə görüblər.

Onların sözlərinə görə Bələdiyə sədri olan Cabbarov Etibar adlı şəxsə dəfələrlə müraciət edilməsinə baxmayaraq Etibar müəllim bu işə bir əncam çəkməyib.

Vəzifəsini layiqincə yerinə yetirməyən Etibar müəllim vəzifəsinin mahiyyətini unudub.

Biz isə Etibar müəllimin yadına salmaq isdəyirik ki, Etibar bəy sizin vəzifəniz xalqa xidmət etməkdir, sizin vəzifəniz ərazidə yaşayan millətin problemləri ilə maraqlanıb həll yolunu tapmaqdır.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq
 

Ardını oxu...
“Bu il başlar-başlamaz Naxçıvan “canişin”liyinin qarnına sancı dolub. Səbəb çox sadədir: sən demə, Vasif Talıbov şələ-şüləsini toplayıb ata evinə mürəxxəs olandan sonra, hətta ondan 4 ay əvvəl Azərbaycan Prezidenti Naxçıvanın rəsmi media qurumlarını dövlət orqanları siyahısından çıxarıbmış. Di gəl ki, “xan” həzrətlərinin başı şələ-şüləsini toplamağa elə qarışıb ki, bu önəmli xüsusa fikir verməyib. Zira həmin dövrdə onun özü can dərdində idi”.

Ovqat.com-a bu barədə məlumat Naxçıvandakı etibarlı mənbələrdən daxil olub.

Mənbənin fikrincə, “xan” həzrətləri yerini Prezidentin xüsusi nümayəndəsi Fuad Nəcəfliyə təhvil verəndə ikincinin də bu köhnə sərəncamdan xəbəri olmaya bilər: “Nədən ki, o, Misir Mərdanovun sehrli şlyapasına ODTÜ tələbəsi kimi girib BDU məzunu kimi çıxan nadir xoşbəxtlərdəndir. Adətən belə nadir şəxsiyyətlərin qanundan-qaydadan çox başları çıxarmaz. Onlara gərək qanunun mahiyyətini yox, konkret hallarını bir-bir başa salasan”.

Mənbəmizin fikrincə, o da mümkündür ki, Fuad Nəcəfliyə bu barədə təfsilatlı məlumat verilib. Sadəcə o, qanunun tələblərinə əhəmiyyət verməyib. “Necə olsa, Naxçıvan Muxtar Respublikadır, bir qəzet nədir ki, möhtərəm Prezident onu mən boyda “canişininə” çox görə”,- deyib xoş xülyalara qapılıb.

Üzərindən ilyarım keçəndən sonra isə bütün paxırlar gün işığına çıxıb. Bakıdan zəng edib “canişin” əfəndinin qulağına pıçıldayıblar ki, ay rəhmətliyin oğlu, sən niyə özünü, adını-sanını heç bir hüquqi əsası olmayan, faktiki ileqal fəaliyyət göstərən qəzetin təzə redaktoru uğrunda fəda edirsən? 100 illik şanlı ömür yaşayan o qəzet sənin və sələfinin çirkli əməllərinə çoxdan qurban gedib. Prezidentin siyahısında o adlı qəzet yoxdur və olmayacaq. İnanmırsan, al, bu da siyahı, özün nəzər sal.

Bakıdan gələn bu şok xəbərdən xeyli pəjmürdə olan canişin həzrətləri “Şərq qapısı” qəzetinə yenicə baş redaktor təyin etdiyi şəxsin yanında rüsvay vəziyyətə düşməmək üçün indi çarə axtarışındadır. İddialara görə, əli çatan bütün kanalları hərəkətə keçirib “Şərq qapısı” qəzetini Prezident siyahısına saldırmaq istəyən “canişin”in bu arzusu heç bir fayda verməyib. İndi də yeni hüquqi əsaslandırmanı işə salmağa başlayıb: ““Şərq qapısı” qəzeti Naxçıvan Ali Məclisinin orqanıdır və bu orqanın xəbər bülleteninin olması qanunazidd deyil”.

Amma məsələ burasındadır ki, Prezident bəzi “canişin”lərin bu təşəbbüsdə buluna biləcəklərini əvvəlcədən nəzərə aldığından, 08 avqust 2022-ci il tarixində imzaladığı “Media haqqında Azərbaycan Respublikasının Qanunu”nda bu bəhanənin də qarşısını öncədən kəsib. Sözügedən qanunun 59-cu maddəsinin 2-ci bəndində deyilir:

“59.2. Siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən orqanlar (qurumlar), Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Azərbaycan Respublikasının Ali Məhkəməsi istisna olmaqla, digər dövlət orqanları (qurumları) çap mediası subyektinin təsisçisi ola bilməzlər”.

Vəssalam-şüttamam.

Sual oluna bilər: qanunda “Siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən orqanlar (qurumlar)” deyiləndə hansı orqanlar nəzərdə tutulur:

Prezidentin “Çap mediası subyektinin təsisçisi ola bilən dövlət orqanlarının (qurumlarının) siyahısı” adlı sənəddə onların adları konkret göstərilir.

Göründüyü kimi bu siyahıda Naxçıvan MR Ali Məclisinin və başqa muxtar qurumun adı çəkilmir. Bu isə o deməkdir ki, “Şərq qapısı” qəzeti dərc olunduqca, Naxçıvan MR-in Azərbaycan Respublikasının yox, Şimali Koreyanın bir hissəsi olması barədə fikirlər həmişəyaşarlığını qoruyucaq.

P.S. Məsələnin hüquqi şərhini almaq üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət etməyi düşünürük.

Ardını oxu...
Göyçay rayonu Ləkçıplak kənd sakinləri tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də dia-az.info-ya daxil olan müraciətdə deyilir:
  
"Göyçay rayon icra hakimiyyəti başçısının keçmiş birinci müavini İkram Vəliyev tərəfindən bizə 34 000 manat dəymiş ziyanı ala bilmirik.Hansı ki, İkram Vəliyev bizə 34000 manat ziyan vurmasını təsdiq edən konkret subutlar var və hətta özü də bunu etiraf edir .Ancaq bizə vurduğu ziyanı ödəmək istəmir.
 
Belə ki, biz 3 nəfər şərik 10 noyabr 2023-cü il tarixdə hər biri 12-13 kq olan 3880 yeşik xurma meyvəsini İkram Vəliyevin direktoru olduğu İsmayıllı rayonunun Qubaxəlilli kəndində yerləşən soyducu anbara yığdıq.Razılaşmaya əsasən 2024-cü ilin 15 yanvar tarixinə kimi məhsulumuzun soyuducu anbarda saxlanılması üçün əvvəlcədən 8000 manat pulu ödəmişik.Dekabırın sonuna kimi xurma meyvəsinin müəyyən hissəsini soyuducu anbardan götürüb satdıq.Ancaq 3 yanvar 2024-cü il tarixdə bizə məlum oldu ki, 34000 manat dəyərində meyvə xarab olmuşdur.Bu isə soyuducu anbarda baş vermiş nasazlığa görə olmuşdur.Nəticədə də bizə 34000 manat ziyan dəymişdir.İkram Vəliyev bizə vurduğu ziyanı ödəmək istəmir.Bunuda İsmayıllı Rayon Polis Şöbəsində işləyən oğlu Nicat Vəliyevə arxayın olaraq edir.
Biz həmin xurma meyvələrini sakinlərdən almışdıq ki, satıb gəlir əldə edib onların pulunu ödəyək.İndi isə İkram Vəliyevin özbaşınalğına görə kənd sakinlərinə borclu qalmışıq pulu ödəyə bilmirik hər gün evimizə borc sahibləri gəlir.Artıq həyatımızdan bezmişik.
 


Qeyd edək ki, İsmayıllı rayonunun Qubaxəlilli kəndində yerləşən soyuducu anbar iş adamı milyader Fərhad Əhmədova məxsusdur.Fərhad Əhmədov icra başçısının keçmiş birinci müavini İkram Vəliyevi özünə məxsus balıq gölləri, fermer təsərrüfatı və soyducu anbara müdir vəzifəsinə təyin etmişdir.
İkram Vəliyev köhnə qaydada səhlənkarlıq və özbaşınalıqla işlədiyi üçün bizə 34000 manat ziyan dəymişdir.Qeyd edək ki, İkram Vəliyev bizim yaşadğımız  Ləkçıplak kəndində yaşayır.
 
Biz dia-az.info vasitəsi ilə Prezident cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Vilayət Eyvazova müraciət ünvanlayıb çox-çox xahiş edirik İsmayıllı rayon polis şöbəsində işləyən zabit oğlu Nicat Vəliyevin vəzifə səlahiyətlərinə arxayın olub bizə 34000 manat ziyan vuran icra başçısının sabiq birinci müavini İkram Vəliyevin barəsində tədbir görüb bizə vurduğu ziyanın ödənilməsinə göstəriş verəsiniz".
 
Ardını oxu...
Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyi Guryanov Əfqan Süleyman oğlu ilə icarə müqaviləsi bağlayıb.

Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyi Nərimanov rayonu, Aşıq Alı küçəsi 45 ünvanında yerləşən qeyri-yaşayış sahəsini təxminən 10 ay müddətində (09.02.2024-19.11.2024) icarəyə götürüb və icarə haqqı olaraq əmlakın sahibi olan Guryanov Əfqan Süleyman oğluna 216 min 223 manat ödəyəcək.

Məlumat üçün bildirək ki, Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyi 2022-ci ilin iyul ayında yaradılıb. Agentliyin Əsasnaməsi bir il sonra – 2023-cü ilin iyul ayında təsdiqlənib.

Qeyd edək ki, icarə müqaviləsi ilə bağlı diqqət çəkən bir sıra şübhəli məqamlar var.

Bunlardan biri odur ki, Dövlət Agentliyi qeyri-yaşayış sahəsini icarəyə götürmək üçün tender müsabiqəsi keçirməyib. Bir mənbədən satınalma metodu tətbiq edilib.

Halbuki, “Dövlət satınalmaları haqqında” Qanunun 49-cu maddəsində açıq şəkildə qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur:

– Satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda;

– Satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;

– Satınalma predmetinə təcili tələbat yarandıqda;

– Təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;

– Satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.

Qeyri-yaşayış sahəsini icarəyə götürmək üçün yuxarıda göstərilən tələblərdən hansına istinad olunduğu aydın deyil.
Başqa bir məqam isə odur ki, icarə müqaviləsinin bu gün – 9 fevral tarixindən qüvvəyə minəcəyi qeyd olunur. Lakin, Dövlət Agentliyinin sosial şəbəkə hesablarında (https://www.facebook.com/eatdaeduaz/) qurumun ünvanı kimi Nərimanov rayonu, Aşıq Alı küçəsi 45 göstərilir. Eyni zamanda internet axştarış sitemlərində (“google.com/maps”, “earth.google.com” və s.) Aşıq Alı küçəsi 45 ünvanında artıq Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyinin yerləşdiyi qeyd olunub. Bu isə onu deməyə əsas verir ki, Dövlət Agentliyi icarə müqaviləsi imzalamadan qeyri-yaşayış sahəsindən ünvan kimi istifadə edib.

Onu da qeyd edək ki, Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyinin icarəyə götürdüyü binada daha əvvəl “Günay Bank” ASC-nin baş ofisi yerləşib. “Günay Bank” ASC 2023-cü ilin may ayında ləğv olunub.
Xatırladaq ki, ötən ilin oktyabr ayında elm və təhsil naziri Emin Əmrullayev Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Ülkər Səttarovanı tutduğu vəzifəsindən azad edərək Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə gətirib.

1986-cı il təvəllüdlü Ülkər Səttarova 2014–2018-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində Strateji planlaşdırma departamentinin müdiri, 2018–2020-ci illərdə strateji inkişaf üzrə prorektor olaraq fəaliyyət göstərib. 2020–2021-ci illərdə elm və təhsil nazirinin müşaviri, 2022–2023-cü illərdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri vəzifələrində çalışıb. Ülkər Səttarova Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarovun həyat yoldaşıdır.

Mənbə: Yeniavaz.com
 
 
 

Dünyapress TV

Xəbər lenti