"Agentlik sədri niyə tanımadığı Çernobıl veteranının işdən çıxmasına göstəriş versin?" - ETİRAZ VAR...
Şəkinin Baş Göynük kənd sakini, II qrup əlil, 1967-ci il təvəllüdlü Aqil Məmmədov 12 ilə yaxındır sürücü kimi işlədiyi Şəki Suvarma Sistemləri İdarəsindən qanunsuz işdən çıxarıldığını iddia edib. Şikayətçi bildirib ki, idarə rəhbərliyi ona işdən çıxarılacağı ilə bağlı əvvəlcədən xəbərdarlıq etməyib, hazırda çıxılmaz vəziyyətdə dolanışıq üçün kömək gözləyir.

“İdarənin rəisi Sabir Əhmədov zəng edərək təcili öz xahişimlə işdən çıxmaq üçün ərizə yazmağımı istədi. Ona əlil və xüsusi kateqoriyaya aid Çernobıl veteranı olduğumu xatırlatdım. Bildirdim ki, ixtisarlara mənimlə başlamaq mövcud qaydalara ziddir”,-Məmmədov Meydan TV-yə bildirib.

Şikayətçinin sözlərinə görə, onun ixtisarını idarə etdiyi avtomobilin köhnəlməsi ilə əlaqələndiriblər:

“Öz xahişimlə işdən çıxmaq təklifi ilə razılaşmadım. Dedilər ki, göstəriş birbaşa Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov tərəfindən gəlib. Agentlik sədri niyə tanımadığı Çernobıl veteranının işdən çıxmasına göstəriş versin? Bu bəhanəyə inanmıram”.

A.Məmmədov bildirib ki, aidiyyatı qurumlara müraciət etməsinə baxmayaraq, martın 6-da xəbərdarlıq etmədən işdən çıxarılıb.

“Üç qızım mənim himayəmdədir, üstəlik, əlil övladı olan bacıma da köməklik edirəm. Ünvanladığım məktuba agentliyin Aparat rəhbərinin imzası ilə cavab göndərilib. Guya mənim Çernobıl veteranı və əlil olmağımdan 10 ildən çox işlədiyim Şəki Suvarma Sistemləri İdarəsinin xəbəri olmayıb. Yalnız işdən çıxarılandan sonra bundan xəbər tutublar. Deyirlər ki, Həmkarlar İttifaqının qərarı ilə işdən çıxarılmışam. İşə vaxtlı-vaxtında getməməyimi əsas gətirirlər, mən isə bunun sübut olunmasını istəyirəm”,-Məmmədov bildirib.

O, Prezident İlham Əliyevə müraciət edərək öhdəsində 3 qız övladının olmasını, bacısının ailəsinə də yardım göstərməsini nəzərə alaraq işlə təmin edilməsinə yardm göstərməyi xahiş edib. Hazırda fəhlə kimi çalışan Məmmədov səhhətində problemlər yarandığını da qeyd edib.

Şəki Suvarma Sistemləri İdarəsindən Meydan TV-nin sualını Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə yönləndiriblər. Agentlikdən isə şikayətlə bağlı açıqlama verməyiblər.
 

Bölmənin digər xəbərləri

24 Aprel 2025 Xırdalanda xaçmazlı Zaur “at oynadır”: “Pulumu verib işimi görürəm”
24 Aprel 2025 Gədəbəyin icra başçısı özünü “siyasi rəhbər” elan edib - FOTO
24 Aprel 2025 Gülsüm Əliyeva həkim deyilmiş: Qanunsuz əməliyyat etdiyi "VMR" klinikası isə... - RƏSMİ AÇIQLAMA
24 Aprel 2025 Daşkəsən İcra Hakimiyyəti 250 min manatı neyləyib?
24 Aprel 2025 Əmrullayevin SON ƏMRİNİN ilginc pərdəarxası: Abşeronda TƏDARÜK VAR... - İLGİNC İDDİALAR
24 Aprel 2025 AAYDA yol tikintisinə görə evini sökdüyü vətəndaşlara dövlət büdcəsindən ayrılmış pulu niyə vermir?
24 Aprel 2025 Şölə "doktor" “Aristokrat”da estetik prosedurları icra edir?
23 Aprel 2025 Adil Əliyevin qanunların əleyhinə fərqli siyasi prinsipi ...
23 Aprel 2025 Dövlət büdcəsini asfaltda əzdilər, qalanını divara suvayırlar... - VİDEO
23 Aprel 2025 Qazax səhiyyəsində SAXTA DİPLOM QALMAQALI... - BU NƏDİ BELƏ?..
23 Aprel 2025 Estetik prosedurun daha bir qurbanı... - Ayağındakı deşikdən 10 aydır irin axır - FOTO
23 Aprel 2025 Ağacları məhv edərək “planeti qoruyan” şirkət: “Avant Group” kimindir?
22 Aprel 2025 İlham Səfərov da digərlərindən seçilmədi - Yeni Bələdiyyə sədri Mərdan Camalovun ümidlərini doğrultmayır FOTO
22 Aprel 2025 Həkim Kəmalə Mirzəyevanın qurbanları onu axtarır:Həkim HARADADIR? -ŞOK FAKTLAR/FOTOLAR+VİDEO
22 Aprel 2025 Rövşən Rüstəmovun idarəsində ANARXİYA: iclasda gərginlik oldu, dəmiryolçular ÜSYANA qalxdı - Təfsilat
22 Aprel 2025 Heydərovun “kantoru” ÖZÜ SATIR... ÖZÜ DƏ ALIR... – Bəs “Azəri Biznes” MMC nə edir?
22 Aprel 2025 Nərimanovun icra başçısı bir ərazini iki şirkətə satdı – Qalmaqal böyüyür
22 Aprel 2025 Sahil qəsəbəsində 1 milyon manatlıq obyekti kim tikdirir?-Video-Fotofakt
22 Aprel 2025 Nərimanov rayonunda qanunsuz tikilən obyekt hansı məmura məxsusdur? - VİDEO
22 Aprel 2025 Binəqədi rayonunda sənədsiz yaşayış binasının “icazə“sini kim verib? - FOTOLAR

Dünyapress TV

Xəbər lenti