Ardını oxu...
Azərbaycan prezidenti İlham Əliyev 2016-cı ildə Neftçalada “Aqropark” yaradılması ilə bağlı fərman versə də, yerli məmurlar şəxsi qazancları naminə 7 ildir ki, bu fərmanın icra olunmasına əngəl olurlar...

Neftçala şəhər məhəllə 7, ev 177 ünvanda yaşayan Qarabağ müharibəsi veteranı Aslanov Aydın Balağa oğlu Poliqon-a müraciət edərək ölkə prezidentinin Neftçalada “Aqropark”ın yaradılması ilə bağlı fərmanının 7 il müddətində yerinə yetirilmədiyini və buna görə yerli məmurların məsuliyyət daşıdıqlarını bildirib.

Aydın Aslanov müraciətində qeyd edir ki, prezident fərmanının icra olunmamasının əsas səbəblərindən biri yerli icra orqanının “Aqropark” üçün ayrılan torpaq sahələrindən öz məqsədləri üçün istifadə etmək olub və nəticədə həmin torpaqlar yarasız hala düşüb.

Poliqon sözü keçən şikayət məktubunu olduğu kimi təqdim edir:

Hörmətli media nümayəndələri!

Bu məktubu sizə ünvanlamaqda məqsədim, Neftçalada yerli məmurların şəxsi qazancları naminə möhtərəm prezidentimiz İlham Əliyevin fərmanını icra etməmək üçün əllərində olan bütün adminstrativ resurslardan, o cümlədən təzyiq vasitələrindən istifadə etdiklərini bildirməkdir.

Qeyd edim ki, Azərbaycan prezidenti möhtərəm İlham Əliyev 2016-cı ildə əhalinin rifahının yüksəldilməsi və ölkənin qida təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Neftçalada “Aqropark” yaradılması ilə bağlı fərman verib.

Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair “Strateji Yol Xəritəsi”nə uyğun olaraq aqropark yaratmaqla pambıq sahələrinin genişləndirilməsi və bitkiçiliyin inkişafı məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 28 fevral tarixli 151s nömrəli Sərəncamı ilə Neftçala rayonunun inzibati ərazisində yerləşən qış otlaq sahələrindən 2285,65 hektar torpaq sahəsi kənd təsərrüfatı torpaqları kateqoriyasına keçirilib.

Həmin qərarda göstərilir ki, Neftçala rayonunun inzibati ərazi sərhədləri daxilində, Dövlət Torpaq Fonduna aid kənd təsərrüfatı təyinatlı, uqodiyası əkin və örüş olan torpaq sahələrinin fiziki və hüquqi şəxslərin icarə hüququ ilə istifadəsinə ayrılması əkinçiliyin və heyvandarlığın inkişafına, məhsul bolluğunun artmasına, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə öz töhfəsini verməklə yanaşı, torpaqlardan səmərəli istifadə olunmasına müsbət təsir göstərəcək.

Bütün bu fərman və qərarlardan çıxış edərək Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 28 fevral tarixli 151s nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair “Strateji Yol Xəritəsi”nə uyğun olaraq Neftçala rayonunun inzibati ərazisində 3000 hektar sahədə “Aqropark” yaradılıb.

Amma aradan 7 ildən çox zaman keçməsinə baxmayaraq, prezident fərmanı və Nazirlər Kabinetinin sərəncamı hələ də yerinə yetirilməyib və məsələnin ən ilginc tərəfi də odur ki, Neftçalanın yerli icra orqanları prezident fərmanının yerinə yetirilməməsi üçün hər şeyi edirlər. Neftçala rayon İcra Hakimiyyəti prezidentin fərmanının icra olunmamasını ərazidə su olmaması ilə əlaqələndirsədə, bunun hüç bir əsası yoxdur. Çünki ərazinin su təctizatı 2015-ci ildə inşa edilmiş beton kanal vasitəsi ilə həyata keçirilir və “Aqropark”ın ətrafındakı əkin sahələri də bu kanal vasitəsi ilə suvarılır. Məsələ isə yerli məmurların özlərini yüz minlərlə manat asan qazancdan məhrum etmək istəməmələri ilə bağlıdır.

Qeyd edim ki, bundan əvvəl də mən bu məsələ ilə bağlı ölkə prezidentinə, İqtisadiyyat Nazirliyinə müraciət etmişəm. Bundan əlavə Neftçala rayon İcra Hakimiyyətinə də dəfələrlə müraciətim olub. Neftçala rayon İcra Hakimiyyətinə son müraciətimə rəsmi cavab almasam da, başçının yaxın adamlarından birindən təhdid xarakterli cavab almışam.

Belə ki, İqtisadiyyat Nazirliyinin tabeçiliyində olan Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Şirvan ərazi idarəsinin Neftçala rayonu üzrə baş müfəttişi Sadiq İmanov mənə yaxınlaşara bildirib ki, mən “Aqropark”la bağlı çox yerlərə müraciət edirəm və tələb edib ki, bu müraciətləri dayandırım.

“Bizimkilər bu müraciətlərdən çox əsəbiləşir. Əgər sənin müraciətlərin davam edəcəksə, o zaman “Aqropark” torpaqlarının təyinatı dəyişdiriləcək və həmin torpaqlar yenidən örüş torpaqlarına çevriləcək”, deyə Sadiq İmanov mənə bildirib.

Öncəliklə qeyd edim ki, Sadiq İmanovun “bizimkilər” olaraq səciyyələndirdiyi qrupa Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, başçının köməkçisi Vüsal Atayev, Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Şirvan ərazi idarəsinin rəisi Ramin Kazımov daxildir. Əslində prezidentin və Baş nazirin fərman və sərəncamlarının icrasını hər vasitə ilə yubadan da bu “qrup”dur. Mirhəsən Seyidovdan əvvəl İsmayıl Vəliyev də Neftçala “Aqropark”ın yaradılmasına mane olurdu. Bunun tək səbəbi isə bu məmurların heç kimin xəbəri olmadan Neftçala “Aqropark”ın 3000 hektarlıq torpaq sahələrindən yüz minlərlə manat təmiz gəlir əldə etmələridir.

Neftçalada hamı bilir ki, əkin sahələrini örüş sahələrini əkmək üçün Sadiq İmanova müraciət etmək lazımdır. Sadiq İmanov isə öz növbəsində Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Şirvan ərazi idarəsinin rəisi Ramin Kazımovun qarşısında hesabat verir. Son zamanlar isə Sadiq İmanovun Neftçalanın icra başçısı Mirhəsən Seyidovla, xüsusən də başçının köməkçisi Vüsal Atayevlə çox yaxın münasibətdə olduqlarını Neftçalada bilməyən yoxdur.

Maraqlıdır ki, Sadiq İmanov bir qayda olaraq dövlət torpaqlarını və yerli örüş torpaqlarını yerli sakinlərə və fermerlərə deyil, qonşu rayonların fermer və iş adamlarına satır. Bu zaman isə örüş yerinin hektarının qiyməti 100 manatla 100 dollar arasında dəyişır. Yəni təkcə Neftçala “Aqropark” üçün nəzərdə tutulan 3000 hektar torpaqdan Sadiq İmanovun qeyd elədiyi “qrup” ildə minimum 300 min manat qazana bilər. Bundan başqa 10 minlərlə hektar torpaq sahələri Neftçaladan olmayan adamlara verilir.

Məhz asan və qeydiyyatsız gəlir Sadiq İmanovun üzvü olduğu “qrup”u bütün vasitələrlə “Neftçala Aqropark”ın fəaliyyətə başlamasına hər cür mane olmağa çalışırlar. Bunun üçün onlar İqtisadiyyat Nazirliyindəki əlaqələrindən yararlanır və belə bir mənzərə yaradırlar ki, heç bi ağlı başında olan iş adamı “Neftçala Aqropark”a sərmayə qoymaz. Çünki torpaqlar şoran olduğundan əkinə də yararsızdır. Lakin elə həmin ərazinin qonşuluğunda əkin sahələri suvarılır və məhsul əldə edilir. Dövlət torpaqları olan həmin əraziləri də Neftçala sakinləri olmayan adamlara satan da Sadiq İmanov və Ramin Kazımovdur.

Halbuki “Neftçala Aqropark”a sərmayə qoymaq üçün Neftçala İcra Hakimiyyətinə dəfələrlə müraciət edən iş adamları var. Lakin onların müraciətinə aylardır cavab verilmir.

Mən burdan İqtisadiyyat Nazirliyinə müraciət edirəm. Ölkə prezidentinin fərmanını həyata keçirmək və “Neftçala Aqropark”ın fəaliyyətə başlaması üçün şərait yaratmaq sizin məsuliyyətinizə aiddir. İqtisadiyyat Nazirliyindən xahiş edirik ki, bu məsələni araşdırmaq üçün öz mütəxəssislərini rayona göndərsinlər. Qoy onlar əraziyə baxış keçirsinlər, ordakı vəziyyətlə yerində tanış olsunlar və sakimlərlərlə, o cümlədən “Neftçala Aqropark”a sərmayə qoymağa hazır olan iş adamlarını dinləsinlər. Biz Neftçala sakinləri inanırıq ki, Nazirliyin mütəxəssislərinin əraziyə səfəri hər şeyi yoluna qoyacaq.

Onu da qeyd edim ki, Sadiq İmanov və Ramin Kazımov, o cümlədən Neftçala rayon icra Hakimiyyəti “Aqropark”ın ərazisindən 4 adama çıxarış veriblər. Həmin çıxarışlarda torpaqların təsnifatı kənd təsərrüfatı olaraq göstərilir.

Maraqlıdır öz səlahiyyətlərindən qat-qat böyük danışan və “Neftçala Aqropark”ın torpaqlarının təsnifatının dəyişdirəlcəyini bildirən Sadiq İmanov o zaman verdiyi çıxarışları nə edəcək?

Bildiyimə görə Sadiq İmanov, Ramin Kazımov və Vüsal Atayev həmin torpaqları birləşərək Neftçaladan olmayan iş adamlarına satırlar. Onlardan da biri Lerik sakini Valeh adlı birisidir. Bəzi söz-söhbətə görə Sadiq İmanovun “qrupu” Lerik sakinindən 80 min manat alıblar və müqabilində ona 8 saylı qış otlaq sahəsindən 300 hektar örüş torpaq sahəsi veriblər. Mən bu iddiaların nə qədər həqiqət olduğunu deyə bilmərəm. Lakin Neftçaladan olmayan birisinə Ramin Kazımov niyə 300 hektar torpaq sahəsi üçün çıxarış verməlidir?

Qeyd edim ki, torpaq sahəsi Lerik sakininə örüş üçün verilsə də, həmin sahələrdən bir hirssəindən əkin sahəsi kimi də istifadə olunur.

Bundan başqa Neftçaladan olmayan bir neçə hüquqi şəxslər var ki, onlardan da külli miqdarda pul alınıb və qarşılığında torpaq sahəsi satılıb. Ramin Kazımovun və Sadiq İmanovun bütün bu qanunsuz əməllıəri barədə yaxın zamanlarda ölkə başçısı möhtərəm prezidentimiz İlham Əliyevə ətraflı müraciət ünüvanlanacaq və elə həmin müraciətdə Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Şirvan ərazi idarəsinin Neftçalada törətdiyi qanunsualuqlarla bağlı detallı məlumat veriləcək.

Bütün bu korrupsiya əməlləri ilə Sadiq İmanov yığdığı pullarla Neftçada 5 mərtəbəli binada ev, avtomobil, həyətyanı torpaq sahəsi, sahibkarlıq üçün torpaq sahəsi, əkin üçün torpaq sahəsi alıb.

Sadiq İmanov öz fəaliyyətində həmçinin bələdiyyələrin işinə də çox pis təsir göstərir, onların normal fəaliyyətinə mane olur.

Digər tərəfdən isə torpaqlar üzərində Kənd Təsərrüfatı Nazirliyinin heç bir hüuqunun olmamaması da əlavə problemlər yaradır. Qeyd edim ki, torpaqlar üzərində salahiyyətlərin icra hakimiyyətlərində olması kənd təsərrüfatında inkişafın qarşısını alan əsas faktorlardan biridir. Çünki icra başçıları dövlət bələdiyyə torpaqlarını asan gəlir mənbəyi olaraq görür və şəxsi gəlir naminə həmin torpaqları acımasızcasına istismar edirlər. Bu isə minlərlə hektar torpaqların yararsız hala düşməsinə səbəb olur.

İmza: Aslanov A.B. Tel: 050 589 68 03

Məktubdakı iddialarla bağlı adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq...

Polqon.info
 
Ardını oxu...
“Azərsu”nun keçmiş rəhbəri Qorxmaz Hüseynov vəzifəsindən getsə də, sevimli şirkəti hələ də ayaq üstədir. Tribunainfo.az bununla bağlı araşdırma aparıb və maraqlı nəticələr əldə edib.
Qeyd edək ki, Qorxmaz Hüseynov vəzifəsindən qalmaqallı şəkildə ayrılmışdı. Onun ciddi yeyintidə ittiham edildiyi, hətta rəhbəri olduğu qurumda yoxlamaların belə aparıldığı gündəmə gətirilmişdi.
Apardığımız araşdırma nəticəsində isə məlum olub ki, Hüseynov “Azərsu”da özünün sevimli şirkətinin imkanlarından istifadə edib. Belə ki, “TNN” QSC təkcə “Azərsu”nun deyil, bir xeyli əvvəl ləğv edilmi. Meliorasiya və Su Təsərrrüfatı ASC-nin də bir çox tenderlərini udub. Məsələn, “TNN” QSC 2022-ci ildə Zaqatala rayonunun ərazisindəki Tala, Muxax, Qanıx, Katex və digər çaylarda sahilbərkitmə işləri həyata keçirib. Həmin vaxt bağlanılmış satınalma müqaviləsinə əsasən Hüseynovun sevimli şirkəti 1.68 milyon manat alıb.
Amma bu pul birinci mərhələ üçün verilib. Paralel olaraq ikinci mərhələ tikinti işlərinin görülməsi üçün isə əlavə 401 min 239,53 manat ayrılıb.
Amma “TNN” şirkətinə təkcə Zaqatalada deyil, elə Lənkəranda da eyni işləri görmək üçün tender verilib. Bu zaman isə “TNN” şirkəti sözügedən dövlət qurumundan 2 milyon 114 min 871 manat alıb.
Lakin bu da son deyil. “TNN” QSC bu gündə iri tenderlərdə iştirak edir və əsasən dövlət qurumlarının işlərini görən tərəf kimi çıxış edir. Məsələn, TNN şirkəti bir neçə gün əvvəl ƏƏSMN-in keçirdiyi 870 min manatlıq tenderin qalibi olub. Belə ki, Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi tərəfindən Sumqayıt DOST Mərkəzinin xarici su təchizatı və kanalizasiyası üzrə tikinti işlərin satın alınması üçün bu qədər pul xərclənəcək.
Tribunainfo.az şirkətin rəhbəri ilə də bağlı araşdırma aparıb. Məlum olub ki, şirkətin qanuni təmsilçisi Natiq Kərimovdur. Kərimovun Qorxmaz Hüseynovun ən yaxın adamı olduğu, elə “TNN” şirkətinin də keçmiş “Azərsu” prezidentinə məxsus olduğu bildirilir.
Bundan başqa, “TNN” şirkətinin tenderləri udması da təsadüfü olmayıb. Hər dəfəsində Hüseynovun “sehirli əli” şirkətin arzu və istəklərini reallaşdırıb. Elə bu gün də “Azərsu”nun keçmiş rəhbərinin həmin “əli” şirkətin işinə yaramaqda davam edir.
 
 
 

   
Ardını oxu...
Milli Məclisə seçkilərin keçirilməsi fonunda bir çox şəxslər, hətta tanınmış siyasətçilər yenidən parlamentə düşmək uğrunda mübarizə aparmağa başlayıblar. Builki seçkilərdə şansını sınamaq istəyən deputatlardan biri də hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan İmamverdi İsmayılovdur.

Adətən, namizədliyini verən bəzi şəxslər və onların fəaliyyəti ilə bağlı qısa araşdırma aparanda bu adamların milyonluq mal-mülkləri ilə bağlı informasiyalar qarşımıza çıxır. Təəssüf ki, İ. İsmayılov da bu qəbildən olan deputatlardan biridir.

27 il işğal altında qalan Zəngilan və Qubadlını təmsil edən İ. İsmayılovun fəaliyyətinə fikir versək, adıçəkilən rayonlardan olan şəxslər üçün ciddi nələrsə etməyinin şahidi olarıq. Hətta Qubadlı-Zəngilan camaatının dərd-sərini söyləmək üçün onu on illərdir axtarıb tapa bilmədiyini də söyləsək, yanılmarıq.

Yenicag.az-ın qalmaqallı deputatlar rubrikasının növbəti “qonağı” olan İ. İsmayılov parlamentdə səssizliyini qoruyan şəxslərdən biridir. Bəzi deputat həmkarları kimi villa yarışında ən yüksək pilləyə çıxmaq istəyən cənab İsmayılovun adı, əsasən, biznes fəaliyyəti və qaranlıq işləri ilə bağlıdır. Qısa araşdırma nəticəsində İ. İsmayılovla bağlı dövri mətbuatda yayılan informasiyalardan bəlli olub ki, onun Sumqayıtda restoranları, şadlıq evləri, internet-klubları və dükanları mövcuddur. Hətta qeyd olunur ki, onun ölkədəki tikinti mallarının biznesində, Sumqayıt maşın bazarında payı da var. Məlumatlara görə, deputat ölkənin müxtəlif bölgələrində də özünə iş qurub. Onun Şamaxıda fermer təsərrüfatının, İmişlidə çınqıl karxanasının olduğu da yayılan xəbərlər sırasındadır.

Hətta bahalı avtomobil həvəskarı olan cənab İsmayılovun 10-AA-706 dövlət nömrə nişanı olan “Mercedes” S-Class və 10-EE-888 nömrə nişanlı “Lexus” markalı maşınlarının olmasına dair də məlumatlar dərc olunub. Qeyd olunan digər bir iddia isə İ. İsmayılovun 5 il bundan öncə Sumqayıtda özünə bahalı villa tikdirməsi ilə bağlı verilən informasiyalar idi. Deyilənlərə görə, o, bu villanın tikintisinə 700 min manatdan çox pul sərf edib.

Hələ deputatın maşın bazarında payından başqa, onun ailəsinə məxsus xüsusi avtomobil seriyaların olduğu da qeyd olunur. Məlumata görə, 999 və 888 seriya nömrələri yalnız İsmayılovlar ailəsinə məxsusdur və onu “özəlləşdirən” də deputatın oğlu – Sumqayıt Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsinin rəis müavini, mayor İlkin İsmayılovdur. Həmin İlkin İsmayılov ki, adı qalmaqallı bir qətl işinə belə qarışmışdı. Qubada hoteldə qətlə yetirilən Könül Zalovanın idarə etdiyi avtomobilin də İsmayılovlara məxsus 999 seriyası daşıdığı məlum olmuşdu.

O vaxt Zalovaya məxsus ağ rəngli “İnfiniti FX 35” markalı, 10-OD-999 dövlət nömrə-nişanlı avtomobilin nömrəsinin İlkin İsmayılovla əlaqəli olduğu iddia edilmişdi. Hadisə zamanı İlkin İsmayılovun nömrə alveri ilə məşğul olması barədə söz-söhbətlərin də yayılmasına səbəb olmuşdu.

Bundan başqa, deputatın adı daha bir qalmaqallı işdə – MTN işində də keçib.

Mətbuatda onun oğlu ilə bağlı başqa bir qalmaqallı xəbər isə İlkin İsmayılovun direktoru şagirdlərin önündə döyməsi xəbəri idi.
Amma göründüyü kimi, deputat bütün bu qara işlərin içindən sapsağlam çıxıb və hələ növbəti seçkilərdə də deputat olmaq iddiasındadır.

Məclislərin birində İsmayılov seçicilərə borcu olmadığını, haqqını lazım olan yerlərə verib, mandat aldığını bildirib. Onun seçicilərlə 29 illik münasibətsizliyi də bunu açıq şəkildə sübut edir.

Tarixə qısa ekskurs etsək, görərik ki, deputat həyatında bir dəfə Sumqayıtdakı məcburi köçkünlərin arasına gəlib un paylayıb. O undan da insanlar kütləvi şəkildə zəhərlənib.

Araşdırma zamanı məlum olub ki, həmin un məcburi köçkünlərə yardım üçün gəlib, lakin paylanmadığına görə anbarda qalıb və vaxtı keçmiş məhsul olub. Bəlli ki, Azərbaycan reallığında deputatdan seçicilərin razı qalıb-qalmadığı çox da önəmli deyil. Əsas olan həmin adamın var-dövlətinə var-dövlət qatmasıdır. İ. İsmayılov da belə deputatlardan biri kimi bizim xatirimizdə qalıb.

Mövzunu davam etdirəcəyik…

www.yenicag.az
 
 
 
Ardını oxu...
Bəzi xəbər agentlikləri yazir ki, Azərbaycan Həmkarlar İttifaqi Konfederasiyasının sədri Səttar Möhbalıyev gedir. Əcəba, gedirsə necə gedir, hara gedir? Gədirsə, 33 il ərzində bu nəhəng təşkilatda yaratdığı imperiyasi da dağılırmi?
Gedəndə yerli təşkilatlara yerləşdirdiyi qohumlarını da aparırmı özüylə?
Ardını oxu...
Məsələn, Səttar Möhbalıyevin qudasi Rəfail Eyvazovun qardaşi 70 yaşlı Səfail Eyvazov qohumluq əlaqələrinə görə Azərbaycan Təhsil İşçiləri Həmkarlar İttifaqının Masalli rayon Komitəsində 17 ildir at oynadır. Halbuki, zamanında hec düz-əməllı muəllim də işləməyib. İllərdir işçinin yox, rəhbərin
"hüquqlarinı" müdafiə etməklə gün keçirir.
TEREF yazır ki, redaksiyamız göndərilən məqalədə müəllif belə yazıb. Müəllif fikirlərini davam etdirərək daha sonra yazır:
Səfail Eyvazovun oğlu əslində fiziki tərbiyə müəllimi olan Fəxrəddin Eyvazov 2 akademiya bitirsə də ( İdman Akademiyasi, İdarəçilik Akademiyasi) üçüncu dəfə Gəncə Dövlət Aqrar Akademiyasında təhsilini davam etdirir.
Ardını oxu...
Burasi da aydındır. Bəlkə 3-cü akademiya Fəxrəddin müəllimə nəsə savad verə bildi. Oxusun, oxumaq öyrənmək heç vaxt gec deyil. Amma iş orasındadi ki, Masallıda yaşayan Fəxrəddin Eyvazovu tələm-tələsik Bakiya dəvət edib, ATİAHİ Abseron rayon Komitəsinə sədr təyin etdilər. Maraqlıdır, hansi kriteriyalarına görə. Vaxtilə YAP Masallı rayon komitəsindən bacariqsızlığına göre uzaqlaşdirılan Fəxrəddin Eyvazovda birdən- birə hansi istedad parladi ki, onu Bakiya dəvət edib vəzifə tapsirdilar. Səbəb birdir: Səttar Möhbalıyevin qohumudur.
Öz aramizdir o boyda Həmkarlar təskilatının "şef"i ( Səttar Möhvaliyevə belə müraciət edirlər) yaxın qohumlarinı işsiz qoya bilməz ki.
Amma bir sual maraqlıdir: Səttar Möhbaliyevin nə qədər qohumu həmkarlar təşkilatinda vəzifə daşiyir və ya Həmkarlar təşkilati Eyvazovlar nəsli üçün yaranıbmi?
REDAKSİYADAN: Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq!
TEREF
 
 
 

Ardını oxu...

Sumqayıtda yerləşən Sumqayıt Təbiət Elmləri Təmayüllü gimnaziyanın direktoru Nizami Əhmədovun əmri ilə hər uşaqdan 15 manat təmir pulu yığılır.
Bu barədə AFN.az-a gimnaziyada təhsil alan şagirdlərin valideynləri bildiriblər. Şikayətçilər deyirlər ki, məktəbin yenicə təmirdən çıxdığını və pulun nəyə lazım olduğunu deyəndə sinif rəhbərləri "Tapşırıq direktor tərəfindən verilib” cavabını verirlər.

"Uğurları ilə Dəyanət liseyi ilə rəqabət aparan müəssisə bu il şagirdlərinin uğursuz nəticəsi ilə yadda qalıb. Buna səbəb isə əvvəlki illərdən fərqli olaraq müəllimlərin repetitor fəaliyyətinə üstünlük verməsidir" - deyə valideynlərin redaksiyamıza ünvanladığı müraciətdə bildirilir.

Qeyd edək ki, Nizami Əhmədov isə 1952-ci ildə yaradılmış təhsil ocağı ilə həmyaşıddır. 1993-cü il aprelin 15-dən Sumqayıt Təbiət Elmləri Təmayüllü gimnaziyanın direktor vəzifəsinə təyin olunub.

Valideynlər bildirirlər ki, 72 yaşlı direktorun əlindən daha bir "yağlı tikə" çıxıb: "Söhbət hər il gimnaziyanın özünün keçirdiyi qəbul imtahanlarından gedir. Qəbul imtahanında ancaq Nizami Əhmədovun “qəbul”undan keçə bilənlər məktəbə daxil olurdu. Elm və Təhsil Nazirliyinin tabeliyində olan müəssisə Nizami Əhmədovun qanunları ilə idarə olunur. Hər il şagirdlər səbəbsiz sinif dəyişdirir, direktor bəzən 5-6 üçü olan şagirdi deyil, bir üçü olan fağır məktəblini gimnaziyadan uzaqlaşdırır. Nizami Əhmədovun qoyduğu “qanun”a görə 3 ədəd 3 alan şagird bu təhsil ocağında oxuya bilməz. Bu kimi əndrəbadi qərarlarla və bütün Sumqayıtın qorxulu röyasına çevrilən bu direktora hətta millət vəkilləri belə söz deyə bilmir. Görünür, Nizami Gəncəvi adına Sumqayıt Sumqayıt Təbiət Elmləri Təmayüllü gimnaziyanın direktoru Nizami Əhmədov məktəbin öz adına olduğunu güman edir".

Qeyd edilənlərlə bağlı liseyin tabe olduğu Abşeron-Xızı Regional Təhsil İdarəsindən mövqe almaq istəsək də, mümkün olmadı. İdarənin mətbuat xidmətinə göndərilən sorğumuz cavabsız qaldı.

Mövzunu diqqətdə saxlayacağıq.

Ardını oxu...
Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşəın Salahovun fəaliyyəti ilə bağlı neqativ məlumatların ardı-arası kəsilmir.
Reportyor.info xəbər verir ki, rayondan daxil olan məlumatlarda iddia edilir ki, Elşən Salahov Samir adlı yaxın adamı vasitəsilə Xəzərdə əməlli-başlı torpaq biznesi qurub.
İddialara görə, artıq rayonda satılmayan yer qalmayıb və artıq səkilərin satılmasına başlanılıb.Qeyd edək ki, qanunsuz tikili Binə qəsəbəsi Ə.İsazadə küçəsində aparılır.

Sosial şəbəkələrdə bu iddianı təsdiqləyən video da paylaşılıb. Həmin görüntüləri oxuculara təqdim edirik.

 
Ardını oxu...
Ordubadda rayon icra baçşısı ilə mübahisə zamanı fermer Müslim İbrahimov özünü bıqaçlamaqla inhitara cəhd edib. Fermeri bu həddə gətirib çıxaran isə, mübahisə zamanı başçının onu ağır söyüşlərlə təhqir etməsi olub. Ordubad şəhərindəki küçələrin birində baş verən hadisə qarpız satmaq üstündə baş verib. Bu haqda “Gündəlik Naxçıvan”a yerli sakinlər məlumat veriblər.
Başçının təhqirlərinə dözə bilməyən fermer qarpız kəsmək üçün istifadə etdiyi bıqaçla bir neçə dəfə öz başına xəsarət yetirib. Bıçağı güclü zərbə ilə ürəyinə soxmaq istədikdə, yerli sakinlərdən biri cəld tərpənərək, bunun qarşısını alıb. Xəstəxanaya çatdırılan fermerin həyatını xilas etmək mümkün olub.
Sakinlər bildirirlər ki, avqustun 2-də Müslim İbrahimov da daxil olmaqla Babək rayonundan olan bir neçə fermer öz yetişdirdikləri qarpızları satmaq üçün Ordubad şəhərinə gətiriblər. Lakin, başçının „hesabını“ çatdırmadıqları üçün, polislər onları şəhərdən qovmağa çalışıblar. Fermerlər isə, hər dəfə yerlərini dəyişərək, satışa davam ediblər. İşi belə görən icra başçısı məsələni kökündən həll etmək üçün özü işə qarışıb:
„Babəkli fermerlərin hamısı sakit adamlardır. Qarpızı, yemişi də daha ucuz qiymətə satırlar, həm də onların məhsulu daha dadlıdır. Şəhər sakinləri həmişə gözləyirlər ki, onlar gəlsin, sonra qarpız alsınlar. Baçşı Rəcəb Rəhimlinin isə, onları gözü götürmür, həmişə qovdurur şəhərdən. Bu dəfə isə, özü gəlib, onlardan şəhəri tərk etməyi, bir də buralara gəlməməyi tələb etdi. Fermerlər isə, haqlı olaraq, bunun qanunsuz olduğunu dedikdə, aralarında mübahisə yarandı. Mübahisə zamanı başçı onları ağır söyüşlərlə təhqir etdi. Təhqirə dözməyən Müslim qarpız kəsmək üçün olan bığaçı götürüb, bir neçə dəfə başına sancdı. Sonra onu ürəyinə soxmaq istəyəndə, Qulu adlı şəhər sakini onun qolundan tutdu. Qulu bir saniyə geciksəydi, o indi həyatda yox idi“.
Sakinlər deyirlər ki, icra başçısı hadisənin kənara çıxmaması üçün oradakı şahidləri təhdid edib, məsələni ört-basdır etmək üçün Ordubad şəhər Xəstəxanasına təzyiq göstərib:
“Bizə dedi ki, bu söhbəti burdan kənara çıxaran olsa, tapıb, cəzalandıracaq. Xəstəxanaya da təzyiq göstərib ki, hadisəni bədbəxt hadisə kimi qeydə alsınlar. Müslim İbrahimova da yaxınları vasitəsi ilə təzyiq göstərib, susudurmağa çalışıb. Bizim vicdanımız qəbul etmədi ki, belə bir hadisə ört-basdır olsun. Ona görə də, sizə məlumat verməyi özümüzə borc bildik”.
İyulun 26-da Babək rayon Nehrəm qəsəbəsindən olan bir qrup fermer “Gündəlik Naxçıvan”a müraciə edərək, onlara Ordubad qarpız satmağın qadağan olnduğu ilə bağlı videomüraciət ünvanlamışdılr. Müraciət edənlərdən biri də Müslim İbrahimov idi.
TEREF

Bakıda şikayət əsasında “MedAura” klinikasında aparılan yoxlama zamanı ciddi pozuntular aşkarlanıb.

Qaynarinfo-nun məlumatına görə, pasiyentin şikayəti əsasında Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən “MedAura” klinikasında yoxlama aparılıb.
Klinikada plandankənar yoxlama zamanı lisenziyadan kənar iş və fəaliyyət (plastik cərrah) və sertifikatsız plastik tibb fəaliyyəti ilə məşğul olma faktları aşkar edilib. Nəticədə klinika barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə protokol tərtib edilib.
Ardını oxu...
“MedAura” klinikasının baş həkimi, ümumi cərrah Nigar Məhəmmədova nazirlik tərəfindən aparılan yoxlamaya etirazı olmadığını, nöqsanları aradan qaldıracaqlarını bildirib.
11 may 2024-cü il tarixində “MedAura” klinikasında M.P. adlı pasiyent üzərində göbək ətrafı lipoma cərrahi əməliyyat aparılmasına dair qərar verilsə də, sonradan əməliyyatın liposaksiya kimi icra olunduğu aşkar edilərək, cərrahi əməliyyat dayandırılıb.
Məhkəmənin qərarı ilə klinika rəhbərliyi İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, İXM-nin 34.3-cü maddəsi nəzərə alınmaqla 6.000 manat məbləğində cərimə edilib.
Ardını oxu...
Qeyd edək ki, “MedAura” klinikasının qanuni təmsilçisi və direktoru Zeynallı Nihat Yusifoğludur.
Xatırladaq ki, bir il əvvəl Lamiyə Kərimova adlı pasiyent “MedAura” klinikasında burun əməliyyatı etdirib. Lakin əməliyyat uğursuz alınıb. Əməliyyatın uğursuz olması ilə bağlı Lamiyə Kərimova klinikaya müraciət etsə də, heç bir nəticə olmadığını dilə gətirmişdi.

 
Ardını oxu...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəfələrlə tapşırıq verməsinə, məmurların xalqa xidmət etməli olduğu ilə bağlı tövsiyələrinə zidd hərəkətlər edən, büdcə vəsaitini şəxsi maraqlarına uyğun şəkildə sərf edən kifayət qədər məmurlar var.

Yenicag.az həmin məmurlardan biri olan və mediada dəfələrlə adı qalmaqallı hadisələrdə çəkilsə də, buna baxmayaraq, sentyabrın 1-i keçiriləcək növbədənkənar parlament seçkilərinə namizədliyini irəli sürən bir zamanlar Dövlət Neft Şirkətinin (SOCAR) sosial məsələlər üzrə vitse-prezidenti vəzifəsini icra edən Bədəl Bədəlov haqqında məlumatları təqdim edir.

Bədəl Bədəlov 2011-ci ildən bu vəzifəni icra etsə də, Prezident İlham Əliyevin 28 iyul 2023-cü il tarixli sərəncamı ilə vəzifəsindən azad edilib. Bu dövr ərzində sabiq vitse-prezident heç vaxt yaxşı işləri ilə gündəmə gəlməyi bacarmayıb. Ya oğlunun qalmaqallı hərəkətləri, ya da çoxsaylı əmlaklarını siyahısı ilə diqqət çəkib

Bədəl Bədəlov üzdə olmayan məmur olsa da, sərvəti heç də Vasif Talıbov, Ziya Məmmədov və digər oliqarx məmurların var-dövlətindən az deyil.
Mediada dərc olunan məlumatlara görə, Bədəl Bədəlovun təkcə Bakıda onlarla bahalı əmlakı var. Paytaxtın “Varovski” deyilən və varlılar məhəlləsi kimi tanınan ərazisində dəyəri milyonlarla manatla ölçülən bir neçə villaya sahibdir. Yəqin ki, Bədəl Bədəlov bu villaları, həmçinin Bakıdakı bahalı əmlaklarını əmək haqqı ilə almayıb.

Bundan başqa, bir neçə il əvvəl məlumat yayılmışdı ki, Bədəl Bədəlovun oğlu Elvin Bədəlov sanatoriya açıb. Söhbət “Naftalan Mərkəzi Sanatoriyası” MMC-dən gedir. Nizamnamə kapitalı 50 manat olan MMC-nin qanuni təmsilçisi Elvin Bədəlov olub. Bu məlumat ictimailəşəndən sonra sanatoriyanın qanuni təmsilçisi dəyişib. Bədəl Bədəlov “proxy sahibkar”la sanatoriyanın ona aid olmadığını gizlətməyə çalışıb. Lakin məlumatlarda deyilir ki, hazırda sanatoriyanın idarə edilməsi ilə Elvin Bədəlov məşğuldur.
Elvin Bədəlovun sahibkarlıq fəaliyyəti ilə məşğul olması əlbəttə ki, atasının məmur olması ilə bağlıdır. Mediada onun barəsində yayılan informasiyalardan biri də həm də müxtəlif obyektlər açmaqla atasının çirkli pullarını yuması ilə bağlıdır. Bədəl Bədəlovun müxtəlif şəxslərin adına olan çoxsaylı şirkətlərinin də olduğu bildirilir. Onun digər oğlu Elçin Bədəlovun dəbdəbəli həyat yaşaması və bunu açıq-aşkar nümayiş etdirməsi faktı da var. Onun bahalı avtomobillərlə fotoları sosial şəbəkələrin “bəzəyinə” çevrilib.

Bədəl Bədəlov bəzi hallarda məmur statusundan istifadə edərək sıravi vətəndaşların hüquqlarını da pozub. Bununla bağlı da mediada kifayət qədər yazılıb. Məsələn, bir neçə il əvvəl Keşlə qəsəbəsində sıravi vətəndaşlardan birinə ev tikməyə icazə verməyib. Əraziyə gələn SOCAR əməkdaşları açıq şəkildə bildiriblər ki, ev tikilərsə, Bədəl Bədəlov onu yerlə-yeksan elətdirəcək. Onlar hətta ərazinin SOCAR-a aidiyyatı olmadığını, sadəcə Bədəl Bədəlovun belə istədiyini bildiriblər. Bəzi iddialara görə, həmin ərazidə Bədəl Bədəlova və ya onun yaxınlarından birinə məxsus ev var. Vətəndaşın tikdiyi ev həmin evin görünüşünə xələl gətirdiyinə görə vitse-prezident tikintiyə icazə verməyib.

Bir sözlə, Bədəl Bədəlovun qanunsuz əməlləri və korrupsiya əməlləri barədə faktları sadalamaqla bitməz.

Bədəl Bədəlovun seçkilərdə iştirakı ilə bağlı qalmaqallı məlumatlardan biri də Naftalanın icra başçısı Vüqar Novruzov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, 96 saylı Goranboy – Naftalan Seçki Dairəsindən YAP-ın namizədi olan Bədəl Bədəlovun vəkilliyini edib, onun təbliğatını aparması ilə bağlıdır. Qeyd edilir ki, o, hətta işini bununla da yekunlaşdırmayıb, həmin dairədən kimin namizəd olub-olmayacağına da qərar verir.

Yayılan məlumatlara görə, bu qanun pozuntuları ilə bağlı Mərkəzi Seçki Komissiyasına şikayət də olunub.
 
 

 


Ardını oxu...
Naftalanın icra başçısı Vüqar Novruzov sentyabrın 1-də keçiriləcək parlament seçkilərinə “ciddi şəkildə” hazırlaşır.

XALQ.AZ xəbər verir ki, seçkilərə qanunla neytral qalmalı olan və yalnız seçki prosesini təşkil etməyə məsul olan icra başçısı, vəzifəsini kənara qoyaraq, vəkilliyə başlayıb.
Belə ki, Vüqar Novruzov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, 96 saylı Goranboy – Naftalan Seçki Dairəsindən YAP-ın namizədi olan Bədəl Bədəlova nəinki dəstək verir, hətta vəkilliyini edərək, təbliğatını belə aparır. O, hətta işini bununla da yekunlaşdırmayıb, həmin dairədən kimin namizəd olub-olmayacağına da qərar verir.
İcra başçısının özünü vəkillik səviyyəsinə qədər endirməsinin konkret səbəbi məlum deyil. Bunun partiya gərəyi atılan addım olması inandırıcı görünmür. Çünki belə olsaydı, digər rayonların da icra başçıları namizədlərin vəkilliyini edərdilər.
Məlumata görə, deputatlığa namizəd Bədəl Bədəlov geniş maddi imkanlara sahib olan biri kimi tanınır. Onun çoxsaylı əmlaklarının və normal biznesinin olduğu deyilir. Bəlkə də Bədəlovu Novruzova sevdirən bu amildir.

Dünyapress TV

Xəbər lenti