Ardını oxu...
Son vaxtlar Ramanada Kənd Təsərrüfatı Nazirliyinə məxsus torpaqların uzun illər ərzində müxtəlif qondarma sənədlərlə yüzlərlə sakinə satılması faktının araşdırılmasına başlanılıb. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, Ramana sovxozu ərazisi bir neçə il bundan öncə satılaraq məmurlar tərəfindən həzm-rabedən keçirilib. Hazırda ərazidəki bir çox evin hasarları sökülməkdə, torpaq sahələrinin praktiki şəkildə nazirliyin balansına qaytarılması istiqamətində əməli addımlar atılmaqdadır.

Bəs bunca torpaq sahəsinin uzun illər ərzində sot-sot, hissə-hissə vətəndaşlara satılması necə baş verib? Kənd Təsərrüfatı Nazirliyinə məxsus torpaq sahələrini dədə-baba malı kimi vətəndaşlata sırayan hansı məmurlar, hansı işbazlar olub?

Məlumat üçün qeyd edək ki, vətəndaşlarla aparılan söhbətlərdən məlum olub ki, sakinlərə torpaqların böyük əksəriyyəti 2008-2009 və 2011-2012-ci illərdə Abşeron Rayon İcra Hakimiyyətinin sərəncamları ilə satılıb. Başqa sözlə desək, Abşeron Rayon İcra Hakimiyyəti göstərilən tarixlərdə Kənd Təsərrüfatı Nazirliyinə məxsus torpaqları heç bir yetki və səlahiyyəti olmadığı halda vətəndaşlara sataraq bundan milyonlarla manat məbləğində vəsait qazanıb. Bütün tikinti prosesi də icra hakimiyyətinin “xeyir-duası” və razılığı ilə həyata keçirilib. Notarius vasitəsilə həyata keçirilən alqı-satqılarda aktiv rol oynayan əsas məmurlardan biri isə Ərəstun adlı şəxs olub.

Ərəstun adlı bu şəxs Binə-Ramana qəsəbələrində torpaq alqı-satqısında ən çox adı çəkilən şəxsdir. Bu qəsəbələrdə toplam yüz hektarlarla torpaq sahəsi məhz onun vasitəsi ilə satılıb. Hazırda Xəzər rayonunun Binə qəsəbəsində icra nümayəndəsinin müavini vəzifəsində çalışan bu şəxs, rayon ərazisindəki bir çox torpağı 2000-ci illərin əvvəllərində Abşeron Rayon İcra Hakimiyyətinin sərəncamı ilə sataraq özünə və “yuxarılara” böyük pullar qazandırıb. Bu gün – Ramana sovxozu ərazisində inşa edilən evlərin hasarları söküldüyü bir zamanda sakinlər vaxtiylə bu torpaqları onlara sırıyan Ərəstun adlı məmuru tapa bilmir. Bununla yanaşı, mövcud kritik durum – yüzlərlə insanın evsiz-eşiksiz qalmaq təhlükəsi daha bir neçə sualı aktual edir.
Abşeron Rayon İcra Hakimiyyəti ona aid olmayan, Kənd Təsərrüfatı Nazirliyinə məxsus torpaqları necə, hansı əsasla satıb? Əgər veriən sərəncamlar bu gün də qüvvədədirsə, o zaman vətəndaşların evlərinin hasarları niyə sökülür?

Aldadılan və bu gün əmlaklarını itirmək təhlükəsi ilə üz-üzə qalan vətəndaşlar bununla bağlı Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğa müraciət edəcəkərini bildirirlər. Sakinlər hesab edir ki, onları aldadaraq milyonlar qazanan məmurlar, onların əlaltıları qanun qarşısında cavab verməl, öz layiqli cəzalarını almalıdırlar.
Mələk Məmmədli
TEREF
Ardını oxu...
Milli Məclisə seçkilər yaxınlaşdıqca, parlamentdə deputatlıq mandatı əldə etmək uğrunda mübarizə daha gərgin mərhəyələ qədər qoyur. Təbliğat-təşviqat kampaniyası başlayan kimi namizədlər seçicilərə üz tutur, onların səslərini qazanmaq üçün açıq rəqabətə girirlər.

İllərdir ki, Milli Məclisdə kreslo sevdasından əl çəkmək niyyətində olmayan bəzi deputatlar, budəfəki seçkilərdə də sözügedən kresloya olan sevdalarını daha israrlı şəkildə sübut edirlər.

Yenicag.az xəbər verir ki, belə namizədlərdən biri, 2000-ci ildən bəri II, III, IV, V və VI çağırış Azərbaycan Milli Məclisinin deputatı olmuş Eldar Allahyar oğlu Quliyevdir. Yaşı 70-i haqlamış bu qocaman deputat bu dəfə də parlament kreslosunda oturmaqda qərarlıdır.

Deputatın adı vaxtilə bir sıra qalmaqallarda da hallanıb. Belə ki, jurnalist Aygün Muradxanlı aidiyyatı dövlət qurumlarını Eldar Quliyevin yol verdiyi qanunsuzluqlarla bağlı başlayan qalmaqal məhkəmə çəkişmələri ilə uzun müddət davam etmişdi.

“Bizim Daxili İşlər Nazirliyinə müraciətimizə qısa zamanda baxıldı və nazir müavini hörmətli Oruc Zalov məsələni yoluna qoydu. Bu haqda Prezident İlham Əliyevə videomüraciətimizdə də ətraflı danışmışdıq.
Qanunları ayaq altına alan və özbaşınalıqları sərhəd tanımayan Eldar Quliyev dövlət orqanlarını öz ambisiyaları üçün istifadə etmək istəyir. Mən Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin, Dövlət Dəmir Yolları QSC-nin rəhbərliyinə səslənirəm – hələ mandatı tanınmamış, haqqından MSK-da və prokurorluqda böyük sayda şikayət olan Eldar Quliyevin Azərbaycan dövlətinin təməlinə vurmaq istədiyi zərbələrdə onun yanında olmayın”- deyə jurnalist bildirib.

Digər tərəfdən, Eldar Quliyevin rəhbərilik etdiyi Azərbaycan Kooperasiya Universitetinin adı vaxtilə rüşvət qalmaqalları ilə bağlı məlumatlar uzun müddət medianın mövzuları sırasında olub.
Mediada gedən yazılardan məlum olurdu ki, universitetin bir tələbəsinin dediklərinə görə, idən-ilə qiymətlər də qalxır. “Müəllimlər isə oxuyan tələbə ilə oxumayan tələbə arasında heç bir fərq qoymur. Məsələn, imtahanın biri üçün 100 manat veririksə, onun 20 manatı sinif nümayəndəsinə qalır. Çox vaxt qaibləri də onun vasitəsilə sildiririk. Tapşırırıq, o da bizə qaib yazdırmır. Qaibin biri 6 manatdır. O isə 4 manata silir”, – deyə həmin tələbə qeyd etmişdi.
Digər bir tələbənin dediklərinə görə isə, “3″ almaq istəyən 30, ”4″ almaq istəyən 60, “5″ almaq istəyən tələbə isə 100 manat ödəməlidir. İmtahana girməzdən öncə pulumuzu alırlar. Ancaq imtahan başlayandan sonra müəllim deyir ki, mən sizi tanımıram. İmkan olsa, imtahanın sonunda sizə kömək edərəm. Təhsil Nazirliyinin nümayəndələri də imtahan prosesində iştirak etdiyi üçün suallara cavab yazmaq üçün heç bir vasitədən istifadə etməyə qoymurlar. Ona görə də verdiyimiz pulların bir nəticəsi olmur. Ancaq imtahan öncəsi müəllimlər bizi kəsəcəkləri ilə hədələyirlər. Pul verəndə heç olmasa imtahandan keçəcəyimizə 20 faiz inanırıq. Bəzən çoxları pul versələr də kəsilirlər. Müəllimlər imtahandan sonra tələbələrin pulların geri qaytarmır”, – deyə tələbə bildirib.
Bir zamanlar aktualinfo.org-da dərc edilən məlumatlarda bildirilir ki, Kooperasiya Universitetində və Kooperasiya Kollecində deputat Eldar Quliyevin və onun qardaşı qızı Fatimə Quliyeva rüşvətxorluqla məşğuldurlar. Onlar hər semestr əlaltıları vasitəsi ilə tələbələrdən külli miqdarda pul yığırlar. Universitetdə əyani şöbədə oxuyan hər tələbədən bir imtahana 100-150 manat, qiyabi şöbədə adı gedən tələbələrdən isə 300 və daha çox rüşvət alnır. Kollecin əyanı şöbəsində təhsil alan hər tələbədən isə bir imtahan 50 manat olmaqla, 400-500 manat, qiyabi şöbədə isə hər tələbədən bir imtahan 70 man olmaqla, 700 man qədər pul yığılır. Sayta verilən məlumatlara görə, burada özləri şərait yaradırlar ki, tələbələr dərslərə gəlməsinlər.

Məlumatlarda Eldar Quliyevin və qardaşı qızının hansı müəllimdən xoşları gəlmirsə, min cür şər atıb o müəllimi işdən çıxarıldığı da bildirilir. Bütün fənnlər üzrə hər müəllimə ildə iki dəfə imtahan keçirilir.(pul və hədiyyə almaq üçün) Kim əvvəlcədən onları görürsə, deməli bir il kef edəcəksən. İstəyirsən gir sinifdə telefonla oyun oyna, heç kəs heç nə deməyəcək. Vay onda ki, müəllim dərs keçə, uşaqlara nəsə öyrədə, deməli o müəllim pisdir. İlin ən pis müəllimi adını alır.

Qeyd olunur ki,Eldar Quiyev bir rektor kimi nə müəllimi nə də tələbəni qəbul etmir. Kollecdə isə vəziyyət lap acınacağlıdır. Katibə xanım müəllimənin əlinə baxır. Əgər əlində hədiyyə varsa, deməli sən çaldın. Sənin üçün yaşıl işiqdir. Qəbul edəcəklər, başlarında gəzdirəcəklər. Vay o gündən ki, əliboş gələsən. Sənə elə sözlər deyəcəklər ki, anadan əmdiyin süd burnundan gələcək.

Məlumatlarda rəhbərlik ilə müəllimlər arasında görüş ancaq şəxsi münasibətlər zəminində baş tutduğu bildirilir. Qeyd edilir ki, barrikada Universitetdə və Kollecdə çox gözəl qurulub. Tankla, zirehli maşınlarla ora keçmək mümkün deyil. Eldar Quliyev rektor, qızı Aygün Quliyeva – prorektor, qardaşı qızı Fatimə Quliyeva – kollecin direktoru, Fatimə Quliyevanın xalası qızı Gunay və katibəsi Həmidə öz yaxın qohumlarıdır.

Məlumatlarda çox müəllimlərin ixtisası üzrə işləmədikləri və diplomlarının olmadığı barədə də siqnallar verilir və qeyd edilir ki, Ukraynada həkimliyi bitirib gəlmiş müəllimə ingilis dilindən dərs deyir. Maştağadan öz qohumlarını müəllim adı ilə gətiriblər, kurs açıblar və hər müəllimdən hər ay 30 azn pul yığılır. Ştatda olmayan müəllimlərə (saat hesabı) 1000-1200 saat dərs verilib, lakin 250 saat dərs verilməlidir.

www.yenicag.az
 

Ardını oxu...
 Bakı şəhəri Nizami rayonu, Qara Qarayev pros,, 119, mən.,36 ünvanda faktiki yaşayan  Abdullayev Nurlan Oktay oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də Dia-az.İnfo-ya daxil olan müraciətdə narazı vətəndaş yazır:

"Çox hörmətli cənab Prezident İlham Əliyev!   Sizin rəsmi çıxışlarınız zamanı dövlət məmurlarına xitabən etdiyiniz müraciətlərdə hər dəfə onlara xatırlamısınız ki, “Dövlət məmuru xalqın xidmətçiləri olmalıdırlar. Onların problemlərini yerində həll etməyə çalışmalıdırlar”. Lakin çox təəssüflər olsun ki, bəzi məmurlar Sizin tapşırıq və göstərişlərinizi öz maddi maraqlarını təmin etmək, əsassız varlanmaları üçün qulaqardına vururlar. Belələrindən biri də Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi rəhbərliyidir. Belə ki, anadan olduğum və yaşadığım Qəbələ rayonun Mıxlı Qovaq kənd ərazisindəki 0.15 ha və 0,21 ha torpaq sahələri üzrə mənə verilmiş 10.05.2017-ci il tarixli, RX seriyalı, 1056485 və RX seriyalı, 1056486 nömrəli çıxarışların verilməsinə baxmayaraq həmin 0.36 ha torpaq sahəsinə digər şəxs olan Rəsulov Məzahir Nadir oğlunun adına əsassız olaraq aldıqları külli-miqdarda rüşvətin hesabına cari ilin iyun ayında yenidən çıxarış vermişlər. Baxmayaraq ki, bu adamın ailəsinə verilmiş faktiki torpaq sahəsi 0.10 ha olmuş və mənə təqdim edilmiş torpaq sahəsindən uzaqda yerləşir.( sənədlər əlavə olunur)

Əvvəlcə faktlar və sənədlər üzrə xatırladım ki, həmkəndlim olan Rəsulov Məzahir Nadir oğlunun bizə qarşı “Torpaq sahəsinin geri qaytarılması”na dair verdiyi əsassız iddiasına 18 avqust 2021-ci il tarixində, yəni 13 ildən sonra təkrar olaraq eyni tərəflər və eyni məzmun üzrə ərizəsi Qəbələ rayon Məhkəməsində əsassız olaraq əvvəlcə hakim Elman İsayevin icraatına verilmişdir.

  Qəbələ Rayon Məhkəməsinin 13.04.2022-ci il tarixli, iş N-2(025)-34/2022 saylı Qətnaməsi əsasında cavbdehlər olmuş valideynlərim və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin geri qaytarılması və s.” Tələbinə dair iddiası təmin edilməmişdir.

  Verilmiş apellyasiya şikayəti üzrə Şəki Apellyasiya məhkəməsinin 01.09.2022-ci il tarixli, 2(107)-861/2022 saylı Qərardadında iddiaçı M.N.Rəsulovun verdiyi apellyasiya şikayəti qismən təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 13.04.2022-ci il tarixli, iş N-2(025)-34/2022 saylı Qətnaməsi ləğv edilmiş, iddiaçının cavabdehlər və maraqlı şəxs  Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin geri qaytarılması!” tələbinə dair mülki işin icraatına xitam verilmişdir.

    İddiaçının verdiyi Kassasiya şikayətinə Ali Məhkəmənin Mülki kollegiyasının 19.12.2022-ci il tarixli, iş N 2(102)-6339/2022 saylı Qərarına əsasən Kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Müli kolegiyasının 01 sentyabr 2022-ci il tarixli, 2( 107)-861/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

    Faktlar üzrə xatırladım ki, eyni iddia tələbinə 2008-ci ildə Qəbələ rayon Məhkəməsində baxılmış və mübahisələndirilən ərazi    tamamilə başqa bir ərazidə yerləşir. İndi də iddiaçı JN-474, kod- 40614018 “Torpağa Mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında iddia qaldırır ki, həmin akt üzrə verilmiş 1.02 ha pay torpaq sahəsinin 0.54 ha-nı guya biz cavabdehlər zəbt edib istifadə edirik. Məlumat üçün bildirim ki, bizim 5 nəfərlik ailəmizə də verilmiş JN-0125, kod- 40614018 “Torpağa Mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında verilmiş 1.02 ha pay torpaq sahəsi 125 A və 125 B cizcisində göstərilməklə verilmişdir. Və mübahisələndirilən 125 B cizcisində yerləşən 0.68 ha torpaq sahəsinin kənarında olan qonşu sərhədləri 488 A olmaqla Sərdarov Sədiyar Sabir oğlu və 284 T olmaqla Dosməmmədov Soltan Məhəmməd oğlu ilə sərhədlərimiz 51551-51570 arası döngə nöqtələrilə müəyyən edilmişdir. Təqdim edilən Dövlət Aktında bizim iddiaçı ilə hər hansı qonşuluğumuzu sübut edən hər hansı fakt yoxdur. Lakin 2010-cu ildə iddiaçının yenidən Qəbələ rayon Məhkəməsinə müraciətindən sonra Məhkəmənin Əmlak Məslələri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ Ərazi İdarəsinin 15 iyul 2010-cu il, 19/382 saylı, rəis T.Mehdiyevin imzaladığı cavab məktubunda rəsmən bildirilir:  “  Sizin 12 iyul 2010-cu il tarixli, 2(025)-223 saylı məktubunuza cavab olaraq bildirik ki, DT və XT tərəfindən təqdim olunmuş kadstr məlumatına əsasən Rəsulov Məzahir Nadir oğlunun adına Qəbələ rayonu Mıxlıqovaq kəndində ailə üzvləri ilə birlikdə JN-0474 olan Torpağın mülkiyyət hüququna dair dövlət aktında 0.10 ha pay torpağı vardır.”    Bax bu rəsmi sənəd bir daha sübut edir ki, iddiaçının tələbi əsassızdır və uydurma mülahizələrdən ibarət olmuşdur.Və bu sənədə uyğun olaraq eyni tərəflər və eyni idia üzrə Qəbələ rayon Məhkəməsinin 2010-cu il tarixli, 2(025)-223/2010 saylı qətnaməsi üzrə mübahisəli məsələ ədalətli həllini tapmışdır. Buna baxmayaraq iddiaçı 11 ildən sonra qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olmasına bxmayaraq bizi yenə də həmin mübahisləndirlmiş torpaq sahəsinə görə yenidən yəni 18.08.2021-ci ildə əsassız olaraq cavabdeh qismində cəlb etdirmiş və sonda Ali Məhkəmənin Mülki kollegiyasının 19.12.2022-ci il tarixli, iş N 2(102)-6339/2022 saylı Qərarına əsasən 3-cü dəfə eyni tərəflər və eyni predmet üzrə iddiaçı olmuş Rəsulov Məzahirin  Kassasiya şikayəti təmin edilməmişdir.

Digər tərfdən xatırlatmaq yerinə düşərdi ki, mübahisələndirilmiş ərazi ilə bağlı bildirim ki, həmin ərazi bizim ailə tərəfindən Aqrar islahat keçirilməmişdən öncə də bizim istifadəmizdə olmuşdur. Və 1997-ci ildə Əmlak Məslələri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ Ərazi İdarəsinin yerli nümayəndələrinin iştirakı əsasında bizim ailənin fındıq bağı kimi istifadəsində olmuş ərazi bizə Rəsmi AKT əsasında tanıdılmışdır. Və bunun əsasında digər kənd subyektlərinə tətbiq olunmuş, yəni vaxtilə zəbt edib uzun müddət istifadə etdikləri ərazilərin hamısı Yerli Aqrar İslahat Komissiyasının rəzılığı əsasında həmin ailə üzvlərinə pay torpaq kimi verilmiş və Dövlət Aktlarında nəzərə alınmışdır. Yəni, 2006-cı ildə iddiaçıya həmin ərazinin pay torpaq kimi verilməsi tam əsassız olmuşdur. Çünki bu ailə həmin fındıq bağından 2006-cı ilədək istifadə etməmiş və ərazini tanımamışlar.

Əlavə olaraq onu xatırlamaq istərdim ki, valideynlərimiz mənə, Abdullayev Nurlan Oktay oğluna da aqrar islahatdan əvvəl verilmiş 0.15 ha həyətyanı torpaq sahəsinin mənim pay torpağıma əlavə edilməklə, cəmi 0.36 ha torpaq sahəsinin ( 0.21 ha + 0.15 ha = 0.36 ha) mənə (N.O.Abdullayevə) naturada ayrılaraq zəbtlərindəki torpaq sahəsində tanıdılması və adlarına rəsmiləşdirilməsi tələbinə dair mülki iş 10 noyabr 2009-cu ildə Qəbələ rayon Məhkəməsində hakim T.Məmmədovun sədrliyi ilə  baxılmış və iddia təmin edilmişdir.  Bu məhkəmə prosesində iştirak etmiş Məzahir Rəsulovun hər hansı etirazı olmamışdır. Məhkəmə qətnaməsi əsasında hər iki həyətyanı torpaq sahəsinə əvvəlcə JN- 821 A seriyalı (kod 40614018) və JN-656 A  ( kod 40 614018)  Məhkəmə qətnaməsi üzrə icra aktı 16 may 2011-ci il tarixli Akt tərtib edilməklə mənə Aqrar İslahatdan əvvəl verilmiş 0.15 ha həyətyanı torpaq sahəsi də onun pay torpağına əlavə edilməklə cəmi 0.36 ha torpaq sahəsi ölçülərək N.Abdullayevə tanıdılmışdır. Məhkəmə qətnaməsinin icra olunmasına dair Akt tərtib edilərkən heç bir vəsatət və şikayət daxil olmamışdır. Və həmin yerlərə mənim adıma RX seriyalı, 1056485 N-li və RX seriyalı 1056486 N-li çıxarışar verilmişdir. Hal hazırda hər iki torpaq sahələrində 2-ci Qarabağ Müharibəsində iştirak etmiş qardaşım, digər hissədə isə hazırda Kəlbəgər istiqamətində hərbi xidməti vəzifəsini yerinə yetirən digər qardaşım ev tikib ailəsi yaşayır. Bir sözlə,  mənim adıma verilmiş  RX seriyalı, 1056485 N-li və RX seriyalı 1056486 N-li çıxarışarın əsaslı olması  bir daha Ali Məhkəmənin Mülki kollegiyasının 19.12.2022-ci il tarixli, iş N 2(102)-6339/2022 saylı Qərarına əsasən öz təsdiqi tapmış və Qərar qanuni qüvvəyə minmişdir.

   Bütün yuxarıda qeyd edilənlərə baxmayaraq  bu iş üzrə cavabdeh kimi bizimilə yanaşı maraqlı şəxs kimi məhkəmələrə cəlb edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi rəhbərliyi təxminən 2 ay əvvəl M.N.Rəsulovla gizli sövdələşərək ondan aldıqları külli-miqdarda rüşvətin hesabına Qəbələ rayonun Mıxlı Qovaq kənd ərazisindəki 0.15 ha və 0,21 ha torpaq sahələri üzrə mənə verilmiş 10.05.2017-ci il tarixli, RX seriyalı, 1056485 və RX seriyalı, 1056486 nömrəli çıxarışların verilməsinə baxmayaraq həmin 0.36 ha torpaq sahəsinə Məzahirin adına əsassız olaraq cari ilin iyun ayında yenidən çıxarış vermişlər. Baxmayaraq ki, bu adamın ailəsinə verilmiş faktiki torpaq sahəsi 0.10 ha olmuş və mənə təqdim edilmiş torpaq sahəsindən uzaqda yerləşir. Hesab edirəm ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarə rəhbərliyinin belə bir qanunsuz hərəkəti həm də idarəni məhkəməyə cəlb etmiş birisinin xeyrinə törətdiyi cinayət eynui zamanda əxlaqsız hərəkət sayılmalıdır ki, aldıqları rüşvət hesabına təmsil etdikləri dövlət idarəsinin nüfuzunu ləkələmişlər. Bu sadəcə rüsvayçılıqdır.

Çox hörmətli cənab Prezident İ.Əliyev və cənab Baş prokuror Kamran Əliyev. Sizlərdən çox xahiş edirəm ki, Ali Məhkəmənin məlum qüvvəyə minmiş qərarına və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2017-ci ildə mənə verdiyi RX seriyalı, 1056485 və RX seriyalı, 1056486 nömrəli çıxarışların məhkəmə qərarı ilə ləğv edilmədən həmin torpaq sahəsinə aldıqları külli-mqdarda rüşvət hesabına verilmiş əsassız çıxarış sənədinə görə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarə rəhbərliyinin məsuliyyətə cəlb edilməsinə göstəriş verəsiniz. Əvvəlcədən minnətdarlığımı bildirirəm. 

Xüsusi qeyd:   Xatırladım ki, “Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi rəhbərliyinin korrupsiya əməllərinə hüquqi qiymətin verilməsi”  barədə  13 iyul 2024-cü il tarixdə aidiyyatı üzrə direktiv orqanlara etdiyim müraciətə çox təəssüflər olsun ki,  1 aydır ki, cavab verilmir. İdarədən mənə edilən zənglə isə bildirilib ki, qanuni cavab veriləcəkdir. Lakin digər instansiyalardan aldığım məlumata görə 9 saylı Qıəbələ Ərazi İdarəsi rəsmi cavab əvəzinə yuxarı instansiyalara heç bir əsası olmayan məlumat göndərmək üçün çabalayır. Onu da xatırlatmaq yerinə düşər ki, Prezident cənab İlham Əliyevin  «vətəndaşların müraciətlərinə 1 ay ərzində rəsmi cavab verilməsi» haqqında məlum Sərəncamı var Və həmin sərəncam bütün dövlət orqanları üçün məcburi xarakter daşıyır. Hesab edirik ki, maddi maraq qarşılığında digər şəxsə mənim mülkiyyətim üzərində ikinci saxta çıxarış verən məmurlar dərhal cəzalarını alnalıdırlar. Bu bir aksiomadır".
 
Ardını oxu...
Son günlər yağan intensiv yağışlardan sonra İsmayıllının Qalacıq kəndindən keçən Səngərçay üzərindəki asma körpünü sel dağıdıb. Amma bir neçə gün keçsə də, hələ də yararsız hala düşən körpü bərpa edilməyib. Bu barədə Meydan TV-yə Qalacıq kəndinin sakinləri məlumat veriblər.

Sakinlərin sözlərinə görə, körpü təhlükəli vəziyyətə düşdüyündən gediş-gəliş çətinləşib. Onlar məcburiyyət qarşısında dağılmış körpünün üzərindən keçirlər ki, bu da hər an çaya düşmə təhlükəsi yaradır.

Qalacıq sakini Əli Ağayev deyib ki, yağış yağan kimi çayda suyun səviyyəsi və axını güclənir. Qarşı tərəfə çaydan keçməklə gedə bilirlər.

“Cavanlar ayaqqanılarını çıxarıb çaya girirlər, az qala boğazlarına qədər suyun içində çayı keçirlər, sonra bir də daşlardan tuta-tuta diki qalxırlar. Bəs yaşlılar, uşaqlar, qadınlar neyləsinlər?”-sakin deyib.

Ağayevin sözlərinə görə, vəziyyətdən əlaqədar qurumların hamısı xəbərdardır, amma nədənsə, tədbir görməyə tələsmirlər. Hava isə avqust ayına baxmayaraq hələ də yağışlıdır.

Kənd sakinləri deyirlər ki, əsasən çayın son sahilində yaşayanlar kəndin əsas hissəsinə gələ bilmirlər. Ərzaq mağazaları, inzibati binalar isə çayın sağ tərəfində yerləşir. Avtomobili olanlar uzun məsafə qət edərək kəndin mərkəzinə, oradan da rayon mərkəzinə gedə bilirlər. Amma avtomobili olmayanlar çətinlik çəkirlər.

Sakinlər deyiblər ki, körpünü bir neçə il əvvəl çoxsaylı şikayətlərdən sonra onların köməyi ilə tikiblər. Sentyabrda hava yenidən pisləşəndən sonra körpünün tikintisi yenidən təxirə salınacaq.

İsmayıllı Rayon İcra Hakimiyyətindən Meydan.TV-yə bildiriblər ki, məsələdən xəbərdardılar, körpünün dağılması ilə bağlı aidiyyatı qurumlar tədbirlər görəcək.
 

 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclisin buraxılması və sentyabrın 1-də erkən seçki keçirilməsi ilə bağlı sərəncam verib.

Diqqət çəkən məqamlardan biri də sabiqlərin yenidən millət vəkili olmaq arzusudur. Bu arzsunda olanlardan biri də Sabiq deputat, Gəncə Futbol Federasiyasının sədri, Gəncə avtomobil zavodunun direktoru Xanlar Fətiyevdir.

İnteret resurslarında axtarış versək Xanlar Fətiyevlə bağlı çoxsayda qalmaqalara rast gəlmək olar.

O ən çox da idmandakı skandalları ilə diqqət çəkib.

Həmin qalmaqalları 32gun.az bir daha xatırladır: Mediada gedən məlumatlara görə, 2011-ci ildə "Kəpəz" futbol klubunun fəaliyyətinin dayandırılmasında böyük əmək sahibi olub. “AzNur” şirkətinin rəhbəri Xanlar Fətiyevin “Kəpəz”ə sponsorluqdan imtina etdi və klubu "kor qoydu". Hətta o açıqlamalarının birində o (2011-ci ildə) "Gəncə Regional Futbol Federasiyasının rəhbəri olaraq mən tam rəsmi bildirirəm ki, nə "Kəpəz", nə də "Tərəqqi" fəaliyyətlərini dayandırmayacaq" demişdi. Acaq çox keçmədi ki, Azərbaycanda ən böyük azarkeş ordusuna sahib futbol klublarından biri olan "Kəpəz"i top kimi "çilədilər". Maddi sıxıntılar və digər skandalları ilə...

Xanlar Fətiyev fəaliyyət dövründə Milli Məclisin "dilsiz” deputatlarından sayılıb.

Yerli mediada gedən Məlumatlarda onun rəhbərlik etdiyi Gəncə Avtomobil Zavodunda MAZ 555102-223-600, MAZ 551605-271, MAZ 650108-270-011, MAZ 457043, MAZ 533605-222, MAZ 544005-030-030, MAZ 642208-232, MAZ 643008-070- 010, MAZ 651608-220-600, MAZ 953000-014 markalı yük maşınlarının, BELARUS 1221, BELARUS 132H, BELARUS 320, BELARUS 321, BELARUS 80.1, BELARUS 80X, BELARUS 82.1, BELARUS 892, BELARUS 921.3 markalı traktorların, eləcə də DEM-114, ESU-150, FRS-200M, KO-456-10, KO-456-16, KS-55727-1-11, M-21 x2s, MUP-320 və MUP-351 markalı xüsusi təyinatlı texnikaların baha qiymətə satıldığı vurğulanır.

Bundan başqa, 1986-cı ildə əsası qoyulmuş "Gəncə Avtomobil Zavodu”nun sovetlər birliyinin dağılması nəticəsində tikintisinin yarımçıq qaldığını və yalnız 2004-cü ilin dekabrında işə düşdüyünü vurğulayan məlumatı mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, deputat olduğu vaxt zavodun 35 hektar ərazisini də ucdantutma satıb. Onun haqqında yayılmış digər məlumatlarda isə bildirilir ki, deputat olduğu zaman zavoda da çox ciddi maxinasiya hallarına yol verib.

2015-ci ildən yayıla digər məlumtlara görə, "Xanlar Fətiyevin daha bir "keyfiyyəti” Kür çayından Gəncə Avtomobil Zavoduna, eləcə də Avtomobilçilər qəsəbəsinə gələn 10 kilometrlərlə iri diametrli dəmir boruların satılaraq mənimsənilməsi zamanı üzə çıxıb. Amma Gəncə Avtomobil Zavodu bu günə kimi ayrılan külli miqdarda investisiyaya baxmayaraq, müəssisə müstəqil olaraq heç bir maşın növü istehsal edə bilməyib. Ötən il ərzində zavodda 1000-ci traktor konveyerdən çıxsa da, "Aqrolizinq” ASC ilə aralarında bağlanmış 35 milyon manatlıq dəyərində 500 ədəd traktorun qiymətlərini süni olaraq şişirtməklə 10 milyondan çox vəsaitin mənimsənildiyi iddia olunur. Bundan başqa, qısa müddət ərzində Gəncədə traktor istehsalının artırılması Belarusdan gətirilmiş texniki hissələrin gömrük rüsumundan azad olması ilə izah edilir. Lakin ehtiyat hissələrinin ucuz başa gəlməsinə baxmayaraq, yığılan traktorun qiyməti 25-30 min manata satılır. Yəni Xanlar Fətiyev bu sahədə şəffaflığın olmamasından yararlanaraq külli miqdarda gəlir əldə etməyə müvəffəq olur. Yəqin ki, müvafiq dövlət qurumları tezliklə bu məsələyə aydınlıq gətirəcəklər”, – deyə mənbə bildirir.

AFFA rəhbərliyinin səyləri nəticəsində Gəncə Futbol Federasiyası yaradıldı və Xanlar Fətiyev onun rəhbəri təyin edildi. Amma millət vəkili həm federasiyaya, həm də "Kəpəz”ə rəhbərliyi dövründə nəyinki heç bir irəliləyişə nail olmadı, əksinə klubu tamamilə dağıtmaqla yadda qaldı. Kluba ayırdığı cüzi maliyyəni də ora yerləşdirdiyi qohumları və yaхın adamları yedi, "Kəpəz” faktiki olaraq tariхin yaddaşına qovuşdu (indi AFFA rəhbərliyi klubu yenidən bərpa edib).

Fətiyev bu günə qədər iki federasiyaya rəhbərlik edib. Amma heç birində işininin öhdəsindən gəlməyib. Rəhbərlik etdiyi hər iki federasiyadakı işi sözün əsl mənasında fiasko ilə nəticələnib. Başlayaq Gəncə Futbol Federasiyasından. Xanlar Fətiyev ölkənin ikinci ən böyük şəhərinin futbol federasiyasına Qərb bölgəsində futbolun inkişafına nail olmaq üçün gətirilmişdi.

Azərbaycan Üzgüçülük Federasiyasına rəhbərlik edib. Amma bu federasiyada da yumşaq desək işlər ürəkaçan olmadı .

Xanlar Fətiyev ən böyük fiaskosunu "Bakı-2015” I Avropa oyunlarında yaşadı. Yarışlar başlamadan əvvəl iddialı açıqlamalar verən federasiya rəhbəri ondan sonra susmağa üstünlük verdi. Səbəb isə "Bakı-2015″də heç bir uğurun qazanılmaması oldu. Piasport.az-a verilən məlumata görə, millət vəkili "Bakı-2015″dən əvvəl ölkə rəhbərliyinə bir neçə medal qazanacaqları ilə bağlı böyük vədlər verib. Lakin yarışların medal sıralamasında Azərbaycan üzgüçülərinin adı yer almayıb.

2018-ci ildə Xanlar Fətiyevin avtobusu komandanın əlindən alması ilə bağlı məlumatlar yayıldı. Məlumatda qeyd edilmişdi: "“Kəpəz” hələ premyer-liqada mübarizə apardığı dönəmdə günü qara idi. Beş kişinin əlinə baxan klubda zaman-zaman müxtəlif problemlər ortaya çıxırdı. Komanda birinci diviziona yuvarlanandan sonra isə qayğılar bir az da artıb. “Kəpəz”liləri gəzdirən gözəgəlimli avtobus artıq komandaya məxsus deyil. Belə ki, klubun Müşahidə Şurasının üzvü, həm də Gəncə Avtomobil Zavodunun İdarə Heyətinin rəhbəri olan Xanlar Fətiyev zavodun balansında olan nəqliyyat vasitəsinin dayancağa aparılmasına dair göstəriş verib. Odu ki, müasir standartlara cavab verən avtobus artıq xeyli vaxtdı “Kəpəz”lilərdən uzaq düşüb. Futbolçular və məşqçi heyəti oyunlara klubun ixtiyarında olan kiçik tutumlu “Otoyol”la gedib-gəlir".

Hətta yerli mediada (2018-ci ildə) Xanlar Fətiyevin Su İdman Növləri Federasiyasında rəhbər olduğu dövrdə maaşları gecikdirdiyi, milli komadanı isə olmaması ilə bağlı məlumatlar yayılmışdı.

***

Hələ bir neçə il öncə mühacirətdə yaşayan araşdırmaçı-jurnalist Cavanşir Həsənli Xanlar Fətiyevin Avropanın bir sıra ölkələrində qurduğu şirkətlər barəsində sənədləri açıqlayıb.

Hələ o zaman Cavanşir Həsənli Xanlar Fətiyevin biznesi ilə əlaqədar hazırladığı və özünün “Facebook” profilində yerləşdirdiyi materiallara nəzər salaq:

“Parlamentin mandatını daşıyan oliqarx, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Xanlar Fətiyev Almaniyada böyük işlər görməkdədir. Adamı zatən ora təyin ediblər ki, Almaniyada ölkəmizlə bağlı iş aparsın, ikitərəfli əlaqələrin inkişafına öz töhfəsini versin. O da əlindən gələni edir. Berlində, Ştutqartda şirkətlər açıb, nə az-nə çox 3 milyon avrodan artıq yatırım edb. Şəkillərini paylaşdığım AZ seriyalı 100 minlik avtomobillərə təkcə Berlində və Ştuttqartda deyil, Münxendə, Hamburqda, Frankfurtda, Drezdendə (aeroport terminalı) rast gələ bilərsiniz.

Bunlar kolleksiya filan deyil, Gəncə Avtomobil Zavodunun rəhbərinə məxsus avtomobillərin icarəsi ilə məşğul olan AZNUR GMBH şirkətinə məxsusdur.

Şirkət 2010-cu il iyunun 15-də Charlottenburg (Berlin) ədliyyəsində nizamnamə kapitalı 25 min avro olmaqla HRB 127288 B saylı şəhadətnamə ilə qeydiyyatdan keçib. Müxtəlif vaxtlarda Sona Osmanova, Murad Süleymanov, Fəxri Həsənov tərəfindən idarə olunub. Berlinin AUGSBURGER STR. 31 ünvanında fəaliyyət göstərən şirkətin hazırki direktoru Elvira Şahbazovadır. Elvira Şahbazova bir müddət həm də Berlində Fətiyevə məxsus, 2006-cı ilin fevralından fəaliyyət göstərən, dövriyyəsi 1 milyon avrodan yuxarı olan BRASIL GASTRO GMBH adlı şirkəti və eyni adlı restoranı idarə edib.

Xanlar Fətiyev bir müddət adıçəkilən restoranı tanıdığını və orada olduğunu etiraf etsə də, “Brasil Brasileiro”nun ona məxsus olduğunu təkzib etmişdi:

“Berlində, Kudamda yerləşir. Çox gözəl restorandır. İstəyərdim, mənim olsun, ancaq o restoran mənim deyil və mənə heç bir aiddiyəti yoxdur”.

Deputatın Almaniyadakı daha bir şirkəti 2010-cu ilin oktyabr ayında Ştuttqart şəhərində AZNUR STUTTGART GMBH adı ilə 25 min avro nizamnamə kapitalı ilə qeydiyyatdan keçib. 2016-cı ilin aprelin 20-də şirkət yenidən Charlottenburg (Berlin) ədliyyəsində HRB 176094 B saylı lisenziya ilə qeydiyyatdan keçirilib və AZNUR TRAVEL GMBH adı ilə Berlində Fətiyevin avtomobillərinin kirayəsi ilə məşğul olan AZNUR GMBH-nin ofisində, AUGSBURGER STR. 31 ünvanında fəaliyyət göstərməyə başlayıb, yeni nizamnaməyə uyğun olaraq turizm xidmətləri göstərir. 2011-ci ili 100 min avro zərərlə başa vuran bu şirkətini hazırda Berlində yaşayan Sona Osmanova idarə edir.

Almaniyanın Lübeck şəhərində, Pinassenweg 26-da isə AZNUR GMBH tərəfindən taksi parkı açılıb.

AZNUR adı altında Fətiyevin Gəncə Avtomobil Zavodundan şaxələnən biznesi Maltaya, İspaniyaya qədər uzanıb. İspaniyanln Ciudad aeroportunda da AZNUR-un kirayə avtomobilləri xidmət göstərir.

Keçək, Belarusiyaya…

Bu ölkədə Fətiyevin iki şirkəti var. Minskdə Xanlar Fətiyevə məxsus AZNUR ZTAA (Замежнае таварыства з абмежаванай адказнасцю “АЗНУР””) şirkəti də avtomobillərin icarəsi ilə məşğuldur. 2010-cu ilin sentyabrın 15-dən fəaliyyətdə olan şirkətin (qeydiyyat nömrəsi: 191431445) ofisi Belarusiya paytaxtının Sovetskaya 2/2 ünvanında yerləşir. Şirkətin bu ünvandakı avtoparkından başqa, Minskin Kirovsk küçəsi 13 ünvanındakı “Crowne Plaza” otelində də xidmət parkı var. Şirkət sürücüsüz və ya sürücülü olmaqla ümumilkdə icarəyə 32 avtomobil təqdim edir. (http://aznur.by/services/…)

Deputatın Belarusiya paytaxtındakı taksi xidməti ilə məşğul olan digər şirkəti AZNUR TAKSİ (Прыватнае ўнітарнае прадпрыемства па аказаннi паслуг “АЗНУР Таксі”) 2015-ci ilin sentyabrın 14-dən fəaliyyətə başlayıb, lakin ötən ilin martında bağlanması üçün rəsmi müraciət olunub.

Moskva və Kiyevdə də şirkətin avtomobillərin icarəsi xidməti göstərən filialları var.

Azərbaycanda AZNUR MMC ilə bağlı isə yazmağa lüzum yoxdur, zatən Binə aeroportundan tutmuş ölkənin bir sıra şəhərlərində Fətiyevin avtoparkları hər kəsə bəllidir.

Amma oliqarx deputat heç də təkcə avtomobil icarəsi, taksi xidməti və turizm sahəsində imperiya qurmayıb. Bakı şəhərində Nərimanov prospekti 205 ünvanındakı “Belaruski” supermarketi də deputata məxsusdur.

Buna qədər Xanlar Fətiyev Tiflisdə eyni ad altında 4 supermarketdən ibarət marketlər şəbəkəsi qurub.

1. Tbilisi, 10 I. Abashidze St.

2. Tbilisi, 34 Ts. Dadiani St, B. 5

3. Tbilisi, 4/2 Gulia Sq.

4. Tbilisi, Gldani, II M/D, 1 Pore Mosulishvili St.

Marketlər Fətiyevin Gürcüstandakı AZNURGEORGIA şirkəti tərəfindən idarə olunur.

AZNUR GEORGİA LLC 2016-cı il mayın 23-də Gürcüstanın Ədliyyə nazirliyində 404513941 saylı şəhadətnamə ilə qeydiyyatdan keçirilib. Qeydiyyat ünvanı Georgia, Tbilisi, Vake-Saburtalo, M.Kostava N 63/68 olaraq qeyd olunub. Şirkətin rəsmi təsisçisi Fətiyevin Azərbaycandakı AZNUR MMC (2002-ci ildən fəaliyyətdədir) şirkətidir.

Azərbaycandakı AZNUR TRADE MMC supermarketlər şəbəkəsi üçün təkcə ötən ilin yanvarında Belarusiyanın Poltava ət kombinatına (Тов Полтавський Мясокомбінат) 19950 kq ət məhsulları sifariş edib.

Bu da hamısı deyil, Fətiyev çox uzaq ölkələrin birində xüsusilə “məşhurdur”. Əməlli-başlı skandal yaradıb.

Bu barədə başqa bir vaxt…”

Göründüyü kimi “susmaq qızıldır” deyib danışmayan Fətiyev cəmi bir neçə il ərzində Avropanı fəth etməyi bacarıb. Bu gün yenidən parlamentə düşmək eşqinə düşən və bunun üçün himayədarlarından dəstək alan Fətiyev görəsən indi hansı qitəni fəth etmək eşqinə düşüb.

Artıq çoxlarına məlumdur ki, Fətiyev kimlərinsə razılığını almaqla işin yarısını həll edə bilib. Qaldı namizədliyi hakim partiya tərəfindən irəli sürüldüyü 98 saylı Bərdə – Tərtər seçki dairəsinin seçicilərinin insafına…

İndi 98 saylı Bərdə – Tərtər seçki dairəsinin seçicilərinin ona səs verəcəyi heç də inandırıcı görünmür.
 
 

 


Ardını oxu...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarına
Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban Xanım Əliyevaya
Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev Cənablarına
Azərbaycan Respublikası Səhiyyə Naziri Teymur Musayev Cənablarına
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Cənablarına


Ötən ilin dekabrında İcbari Tibbi Sığorta ilə göndəriş aldıqdan sonra atam Abasov Umudəli Yusif oğlunu Respublika Mərkəzi Kliinik Xəstəxanasına gətirdim. Müvafiq olaraq İcbari Tibbi Sığorta üzrə göndərişlə "BADAM - Medical Center"- apardıq. Orada müvafiq olaraq müayinə olundu. 2024-cü ilin yanvar ayında BADAM - Medical Center-də diaqnoz qoyuldu ki, atamda göz dibi qopması - retinal problemlər yaranıb. Bundan sonra İcbari Tibbi Sığorta ilə təkrar olaraq retinal əməliyyat üçün BADAM - Medical Center-ə yeni gönəriş aldıq.

Məlum oldu ki, bu özəl tibbi müəssisəsində retinal əməliyyat üçün əlavə olaraq 1500 manat da ödəniş etməliyəm. Ödənişi etmək imkanımın olmadığını dedim. Daha sonra klinikada razılaşdılar ki, heç olmasa 100 manat verərsən. Bundan sonra fevral ayında əməliyyat olunmaq üçün klinikaya müraciət etdim. Həm də birtəhər 1000 manatı da tapmışdım.

Fevral ayında həkim Günel Ağayeva ilə görüşəndə mənə dedi ki, artıq işdən çıxır və BADAM - Medical Center-dən ayrılır. Bundan sonra İcbari Tibbi Sğıorta üzrə Dövlət Agentliinə müraciət etmək və göndərişin ləğv edilərəj başqa klinikaya yazılmasını istədim.

Lakin kliinikadan sonradan məlum oldu ki, oftalmoloq Günel Ağayeva hansısa şəxsi zəmində kiminləsə mübahisə edib və əslində o bir əhanə edirmiş işdən çıxmaq məsələsiini.
Ardını oxu...
Günel Ağayeva
Bundan sonra təkrar atam Abasov Umudəli Yusif oğlunu müayinə edə biləcəyini və əməliyyata alacağını dedi.

Hər keçən gün atamın gözündə ağrılar çoxalır vəə görməsi də zəifləyirdi.

Bundan sonra fevralın sonlarında təkarar BADAM - Medical Center-ə gəldik. Əməliiyyat öncəsi təkrar analizlər verdik. Göz dibi təkrar müayinə olu oluundu. Elə bütün fəlakətlər də bundan sonra başladı.

Günel Ağayeva bizi kabinetə dəvət edərək bildirdi ki, gözdə olan qişa qopması öz-özünə düzəlib. Nəticədə atama bahalı retinal əməliiyyat lazım olmayacaq. Yalnız "mirvari suyu" katarakta əməliyyyatı olunacaq və bunun üçün də bizdən ələvə 500 AZN pul ödəməmizi istədilər. Səbəb kimi də bahalı aparat və bahalı linza qoyacaqlarını dedilər.

Yenə də razılaşdıq.

Günel Ağğayeva adlı bu "həkim" atamı mart ayında BADAM - Medical Center-də əməliyyyat etdi. Əməliyyatdan sonra bir neçə dəfə müayinə üçün yollandıq. Hər dəfə atam gözləriinin görməsindən şikayətlənir, baş ağrıları olduğunu desə də G.Ağğayeva bizi müxtəlif bəhanələrlə yola salırdı.

Nəhayət bizə nevrolooqa müraiət etməyi məsləhət gördü. Əvvəlcə Respublika Neyrocərrahiyə Xəsstəxanasına yollandıq. Orada müayinə olunduq. Kəllə beyin MRT--sindən sonra məlum oldu ki, atamda baş-beyinlə bağlı heç bir problem yoxdur.

Bundan sonra 1 saylı Bakı Klinik Mərkəzə getdik. Orada da nevroloqun müayinəsindən keçdik. Müalicə kursu aldıq və heç bir nəticəsi olmadı. Beləcə Günel Ağayevanın "gözdə heç bir problm yoxdur" deməsi ilə 4-5 ay zaman itirdik.

Nəhayət Dünyagöz Xəstəxanasına yollandıq. Bu dəfə şəxsi vəsaitimizlə ödəəniş edib yoxlandıq. Məlum oldu ki, gözdə gözdibi qişada qopma var və bu qopma yeni deyil. Həkim İrfan Akalın müayinənin nəticələriinə baxdıqdan sonra əməliyyat edilməsinin vacibliyini bildirdi və eyni zamanda qeyd etdi ki, əməliyyyatdan sonra görmənnin bərpa olunacağına da heç bir zəmanət vermir. Çünki xəstəik xeyli irəliləmişdi.

Daha sonra Bakıda yerləşənn Batıgöz Xəstəxanasında həkim Mədinə Fərzəliyevanın qəbulunda olduq və eyni zavabı aldıq. Retinal qopmadan xeyli zaman keçib və əməliyyatın faydası olacağına zəmanət verilmir.

Bundan sonra tam əmin olmaq üçün Prime Hospitalda ölkəniin tanınmış oftalmoloqu professor Tural Qəbinurun qəbulunda olduq. Yenə də öz şəxsi vəsaitimiz hesabına müayənələr həyyata keçirildi. Tural Qəlbinur da əməliyyatın yüz faiz müasbət nəticə verəcəyinə zəmanət verməkdə çətinlik çəkdi. Çünki retinal problem aylar əvvəl yaranmışdı və səhv əməliyyat təyin olunub.

Bütün müaayinələriin nəticəsi olaraq ekspert rəyi ondan ibarət oldu kii, BADAM - Medical Center-də retinal problem ola-ola xəstənin İcbari Tibbi Sığorta göndərişi olmasına baxmayaraq pasientə yalan məlumat verilib. Səbəbi isə mənim media nümayəndəsi olduğumu bilib, əlavə rüşvət ala bilmələri idi. Nəticədə bizi aldadaraq retinal əməliyyatın övənişini İTSDA-dan alıb, əvəzində katarakta əməliyyatı ediblər. Linza düzgün uerləşdirilməyib. Göz dibi qışada olan problemlər qala-qala əməliiyyatın edilməsi atamın bir gözünün təmamən tutulmasına gətirib çıxarıb.

Hörmətlə
Razi Abasbəyli

Ətraflı video müraciətimdə qeyd etmişəm:

 
 
 
Ardını oxu...
Milli Məclisə sentyabrın 1-ə təyin edilən növbədənkənar parlament seçkiləri Azərbaycan seçki tarixində görünməmiş ilklərlə yadda qalacaq. Çünki xalqın iradəsini heçə sayanlar parlamentdəki kreslolarını son 20-25 ildə yığdıqları var-dövləti ailə bizneslərinə çevirib öz adlarına özəlləşdirdikləri mülkləri ilə eyni gözdə görürlər. Bu səbəbdəndir ki, qocaldığına görə “ar edən” bir partiya sədri namizəd olmayacağını elan edəndən sonra partiyadan arvadını namizəd göstərir, digər partiya sədri isə özü olmasa da, qızını həmin partiyadan namizəd kimi ortaya çıxarır. Bizim fağır, məzlum xalqımızın təmsilçiləri də bu ikrah doğuran mənzərəni sakitcə seyr edirlər.

AzToday.az bu dəfə sizə Heydər Əliyev hakimiyyətə qayıdan kimi mövqe dəyişdirən və Xalq Cəbhənin şinelindən çıxmış Ana Vətən Partiyasının qurucusu Fəzail Ağamalıyevin qızının namizəd olmasından bəhs edəcək. Onun kimliyindən bəhs etməzdən öncə atası Fəzailin keçmişinə bir-iki cümlə ilə toxunmaq gərəkdir. Parlamentdə məskunlaşdığı 25 il, bəlkə də 30 il ərzində sadəcə digər deputat yoldaşı, hazırda həbsdə olan Hüseyn Abdullayev tərəfindən söyülməsi və döyülməsi ilə yadda qalan Fəzail Ağamalıyev danışanda ağzından hörrə tökülən ən işə yaramaz deputatlardan biri olaraq ad çıxarıb. Bu adam o dövrdən istifadə edib qurduğu partiyada da qeyri-sağlam mühit yaratdığı üçün indiki deputatlığa namizəd Zahid Orucu da oradan didərgin salmış biridir…

Bəs onun özünə varis elan elədiyi qızı Günay Ağamalı kimdir?

Adı mediada “Hunday” markalı maşınından oğurluq edildiyi məsələsi ilə ilk dəfə 2012-ci ildə hallanan Günay Ağamalı atasının mandatdan istifadə edərək qurduğu gün-güzarandan yararlanaraq özünə uşaq baxçası açıb. O vaxt qızının soyulduğunu ictimailəşdirən polis orqanlarına və mediaya sərt çıxan və ailəsi ilə bağlı hadisələrin mətbuatda işqlandırılmasına qarşı olan Fəzail Ağamalı indi nədənsə qızının xalqın deputat olmasına razılıq verib… Bu başqa söhbətin mövzusudur.

Onu da qeyd edək ki, 2021-ci ildə Günay Ağamalı daha bir qalmaqalla gündəmə gəlib. Türkiyə vətəndaşı Abdurrahman Kumaş 7 yaşlı daun sindromlu övladının bağçada xəsarət alması, eyni zamanda vəd edilən dərslərin keçirilmədiyi üçün “Buta” baxçasının müdirəsi Günay Ağamalıdan pulunu istəmiş, razılaşmaya baxmayaraq, pulu qaytarmaq əvəzinə G.Ağamalı polisə müraciət etmişdi. Həmin qalmaqal zamanı Türkiyə vətəndaşı atası Fəzailin mövqeyini də qınamış və baxça müdirəsini isə özbaşınalığa görə ittiham etmişdi: “Günay Ağamalı deputat qızı ola bilər. Amma bu ölkənin qanunları var. Biz qanun çərçivəsində hüquqlarımızı qoruyuruq. Heç kimi şantaj etmirik və belə bir niyyətimiz də yoxdur. Ona görə biz də polisə müraciət etmişik, araşdırıb obyektiv qərar veriləcəyinə inanırıq. Bir məqamı da təəssüflə qeyd etmək istəyirəm ki, Fəzail Ağamalı deputat olmasına baxmayaraq, baş verənlərin təfərrüatlarını bilmədən haqsız fikirlər səsləndirib”. Günay Ağamalının qalmaqallı əməlləri daha çoxdur. Onları saymaq üçün vaxt lazımdır.

Ardını oxu...

Elektron mənbə və media resurslarından əldə etdiymiz digər məlumatlara görə, Günay Ağamalı “Buta” uşaq baxçasına müdirliyi hələ qarət olunduğu dövrdəndir. Amma indi “Buta” adlı QHT yaradıb, fəaliyyətini güncəlləşdirib. Ən maraqlısı isə odur ki, dəxli olmadığı halda “ümumrusiya peşəkar psixoterapiya liqası”nın (???) üzvdür. Bir soruşan da yoxdur ki, Azərbaycanda fəaliyyət göstərə-göstərə ümumrusiya QHT-sində sənin nə işin var?

Keçək Günay Ağamalının siyasi kimliyinə. Siyasi fəaliyyəti atasının partiyasında yüksək vəzifələri qamarlamaqdan başqa bir şeydən ibarət deyil. Çünki partiya sədrinin kommunikasiya və humanitar məsələlər (?) üzrə müşaviri, Qadınlar şurasının sədri, daha nə bilim nələr… Hamısı Ana Vətən Partiyası ilə bağlıdır. Əslində Fəzailin qızını da qınamaq haqsızlıq olar. Siyasi cəhətdən səbatsız olan bir şəxsin yaratdığı partiyada adam varmı ki onlara da nəyisə həvalə edəsən. Zahid Oruc idi, o da parlamentdə ucadan danışa-danışa diqqəti cəlb edib vaxtında canını qurtardı.

Beləliklə, Günay Ağamalı müdirə olaraq çalışdığı və siyasi fəaliyyət göstərdiyi Bakıdan yox, 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən namizəd olub. Yəni bunlar elə bil dairələri də özəlləşdiriblər, atasının seçildiyi dairədən namizəd olmaq istəyir. Halbuki Salyan və digər rayon sakinləri heç onu tanımırlar. Məsələn, Salyan rayonundan olan ziyalılar onu tanımadıqlarını, rayonu təmsil edəcək layiqli namizədə səs verəcəklərini bəyan ediblər.

Bütün yuxarıda qeyd edilnələrdən belə bir nətcəyə gəlmək olur ki, “Günay Ağamalı layihəsi” mandatı öz uşaqlarına şərait yaratmaq üçün istifadə edənlərin zəli kimi millətin dərisindən əl çəkməməsinin təzahürüdür. Milli Məclisdə “kreslo kupçası” aldıqlarını zənn edənlərdən bu milləti xilas etməyin yolu onların varislərinin deputat seçilməsinin qarşısını almaqdır. Bununla onları başa salmaq laızmdır ki, xalqın səsi onların xüsusi mülkiyyəti deyil.


Ardını oxu...
Şirvan şəhərinin əsas yolu, Bank Respublikanın yaxınlığında kimliyi hələlik məlum olmayan şəxs, özü üçün dövlətə aid əraziyə "pullu dayanacaq" plakatları vuraraq avtomobillərini parklayan sürücülərdən nağd şəkildə ödəniş götürür.

Amma şəxsin kiçik biznesi qısa ömürlü olacaq. Çünki qanuna əsasən dövlətə aid avtomobil yollarında səlahiyyəti olmayan şəxslər parklanma yerləri, parklanma xidmətinin göstərilməsi, və ya həmin xidmətlə bağlı ödənişin tələb edilməsini təşkil edə bilməz. Əgər bu qanunlar gözardı edilib, pozuntulara yol verilərsə, fiziki şəxslər yüz (100) manatdan iki yüz (200) manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz(300) manatdan beş yüz (500)manatadək məbləğdə cərimə ediləcək. Əlavə olaraq pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş gün inzibati həbs tətbiq olunacaq, hüquqi şəxsləri isə min beş yüz(1500) manatdan iki min (2000) manatadək məbləğdə cərimə gözləyir.

Patrul.Az

Daha ətraflı aşağıdakı videoda:

 

Ardını oxu...
97 saylı Tərtər - Ağdərə - Goranboy seçki dairəsindən Milli Məclisə deputatlığa namizədlər arasında qanun pozuntuları ilə bağlı qalmaqal səngimək bilmir. Artıq baş verən pozuntularla bağlı tərtib olunan protokol və fotofaktlar MSK sədri Məzahir Pənahova təqdim edilib. Dairədə əsas namizədlərdən biri olan Şəhriyar Məcidzadə apardığı müəyyən müşahidələrini sosial şəbəkələrdə ictimai müzakirəyə çıxarıb. O, facebook platformasında apardığı müşahidələrinin qeydlərini belə təqdim edib: "kiçik bir araşdırma kifayət edir ki, burada oturan və Anar Məmmədovun ətrafında gəzən adamların Bərdə, Goranboy və bizim dairəyə düşməyən bölgələrdən gəldiyi müəyyən edilsin. (97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsinə düşməyən bölgələrdən) gələn seçicilər olduğu müəyyən edilsin.
Mən Azərbaycan vətəndaşlarının digər rayonlara getməyinin əleyhinə deyiləm. Amma yaxşı olar ki, onlar öz rayonlarında deputatlarını seçsinlər. Konstitusiyaya görə də belədir. Məsələn, fotoda qırmızı halqa ilə işarələnmiş şəxs Bərdədə çox hörmətli Seyid Yusif Ağanın nəvəsi, Goranboyun keçmiş axundu, xətrini çox istədiyim Səbuhidir. İndi ortaya üç sual çıxır:
1. Tərtərlilərin yerinə 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsinə düşməyən bölgələrin sakinləri, o cümlədən bərdəlilərmi səs verəcək?
2. YAP-ın namizədi niyə tərtərlilərdən dəstək ala bilmir?
3. Din xadimləri siyasətəmi gəlir?

Ardını oxu...

Bu fotolarda tanıdığınız adamları mənə yazıb göndərin. Azərbaycan Respublikasının Konstitusiyasına görə, din dövlətdən ayrıdır. Tərtərdə seçici tapmayanda digər rayonlardan kömək çağırmaq lazım deyil.
Mən Tərtərə, Ağdərə və Goranboya mütərəqqi fikirləri, elmi, yaradıcılığı təşviq etmək adına gəlmişəm".

GundemXeber.Az
 
Ardını oxu...
Abşeron rayonunun Masazır qəsəbəsində, “Qurtuluş 93” Mənzil-İstismar Kooperativinin ərazisində binaların alt hissəsi sökülür.
32gun.az-ın əldə etdiyi məlumata görə, buna səbəb yeni obyektlərin açılmasıdır.
Ərazidən çəkilmiş görüntünü təqdim edirik:
Xatırladaq ki, Abşeron rayon İcra hakimiyyətinin başçısı Abidin Fərzəliyevdir.
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti