Ardını oxu...
Naxçıvan Dövlət Universiteti Kembriclik etmək sevdasına düşüb.

Azinforum.az-ın əldə etdiyo məlumata görə, NDU ötən təhsil ilinin əvvəlində 1-ci və 6-cı sinif şagirdlərinin universitetin nəzdində fəaliyyət göstərən Beynəlxalq Məktəbinə Kembric proqramı üzrə hazırlanması təşəbbüsünə start verib.

Bir neçə gün əvvəl keçirilən “Kembric imtahanları”na Universitetin rektoru Elbrus İsayevin şəxsən özü nəzarət edib. Rektorun 4 avqust 2024-cü ilə aid paylaşımında bildirilir:

“Bu gün Naxçıvan Dövlət Universitetinin Kembric Məktəbinə (Cambridge school)şagird qəbulu imtahanı keçirildi.
Qəbul imtahanında 1-ci və 6-cı sinif şagirdləri iştirak edirdi;
Namizədlərə ingilis dili qrammatikasından 10, riyazi biliklər 30, ingilis dilində oxu materialları 30, dinləmədən isə 20 sual olmaqla ümumilikdə 90 sual təqdim edildi;
Qeyd edək ki, NDU Beynəlxalq Məktəbində Kembric proqramı ilə 2024-cü ilin sentyabr ayından etibarən tədrisə başlanılacaq. Tədris tamamilə ingilis dilində həyata keçiriləcək;
Böyük Britaniyadan müəllimlərin cəlb ediləcəyi tədris üçün yerli müəllimlərin də lazımi tələblərə cavab verməsi məqsədilə müxtəlif təlimlər təşkil olunur.
Vətənimiz, millətimiz üçün xeyirli olsun!”.

Maraqlıdır ki, NDU-nun “Kembric məktəbi”nə hazırlıq kursları da açılıb və bir çox şagirdlər imtahanlara NDU müəllimləri tərəfindən hazırlanıb.

Bəs, rektorun təbirilə desək, “Vətənimiz, millətimiz üçün xeyirli olan” bu hazırlıq kursları necə təşkil edilib?

Valideynlərdən birinin iddialarına görə, ondan övladının bu imtahanlara hazırlaşdırılması üçün ayda 120 manat ödəniş alınıb. Övladı imtahanlara hazırlaşarkən dəfələrlə onun hazırlıq vəziyyəti yoxlanılıb və yüksək bal toplayacağına zəmanət verilib. Hətta “Kembric məktəbi”nin şagirdliyinə namizədi (abituriyent də demək olar) ən yüksək səviyyəli qrupa: “Bayram müəllimin sinifi”nə keçiriblər. Və nəticə:

İmtahan sonra valideynə deyiblər: “Təəssüf ki, övladın bir balla imtahandan kəsildi”. Beləcə, ən yaxşı qrup sayılan “Bayram müəllimin sinifi”nin yetirməsi belə, NDU Beynəlxalq Məktəbində Kembric proqramı ilə tədris almaq imkanından məhrum olub.

Valideyn indi aldadıldığını və ailəsinin boğazından kəsib NDU Beynəlxalq Məktəbinə ödədiyi pullardan çox, övladının aylarla çəkdiyi əziyyəti heç kimə, yəqin ki, (həm də Elbrus müəllimə) halal etməyəcəyini vurğulayır.

Bizi maraqlandıran ən mühüm sual isə budur: Bir universitet öz nəzdində hansısa orta məktəb aça bilərmi? Bu, təhsildə monopoliya yaradılması demək deyilmi?

Suallarımıza cavab almaq üçün Elm və Təhsil Nazirliyinin ali məktəblərlə iş üzrə müvafiq şöbəsinə müraciət etdik. Zəngimizə cavab verən şöbə əməkdaşı suallarımızı eşidərkən bir anlıq susdu və bizdən bir qədər gözləməyi xahiş etdi. 5 dəqiqədən sonra isə geri dönüb əlimizdə bu iddiaları təsdiqləyən hansısa sənədin olub-olmaması ilə maraqlandı. “Var”, – dedim: – “Şəxsən rektorun özü imtahanın elanını və özünün imthanda iştirak etdiyini təsdiqləyən fotolar paylaşıb”.

Nazirliyin əməkdaşı xahiş etdi ki, suallarımı və əlimdəki dəlilləri onlara göndərim. Onlar da mənə rəsmi qaydada və yazılı şəkildə cavab versinlər. Mən də göndərdim. İndi də Novruzəli kişi kimi oturub post qutusunun qabağında, Elm və Təhsil Nazirliyindən gələcək cavab məktubunu gözləyirəm. Məktub gəlib çıxan kimi, paylaşacağam, siz də tanış olasınız.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 

Ardını oxu...
Bir daha xatırladaq ki, Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı postunu tutan Rəcəb Rəhimli son günlər ən çox müzakirə olunan məmurlardan birinə çevrilib. Əslində buna səbəb başçının özüdür. İlk əvvəl xatırlatmaya keçək...

Məlumat verərək bildirmişdik ki, Ordubadda rayon icra başçısı ilə mübahisə zamanı fermer Müslim İbrahimov özünü bıçaqlamaqla intihara cəhd edib.

Dia-az.İnfo xatırladır ki, fermeri bu həddə gətirib çıxaran isə, mübahisə zamanı başçının onu ağır söyüşlərlə təhqir etməsi olub. Ordubad şəhərindəki küçələrin birində baş verən hadisə qarpız satmaq üstündə baş verib.

YAZILAR BURADA:

Ordubadın icra başçısı fermeri ÇİLƏDƏN ÇIXARDI: O DA CANINA QIYDI... - Başçı hamıya tapşırıb ki...

Ordubadın icra başçısının başı cəncəldə... _ ONU YOXLAYACAQLAR...

Təyinatının 1 ilində ÖZÜNÜ TAM GÖSTƏRDİ - Trol ordusunun bada verdiyi başçı...

Qeyd edək ki, bu olayı ciddi-cəhdlə ört-basdır etməyə çalışan Rəcəb Rəhimli hətta hadisəni ictimailəşdirən KİV-ləri belə öz üsulu ilə susdurmağa çalışdı. Bu da azmış kimi daha da irəli gedərək trol ordusunu işə salaraq məlumatın ilkin qaynağı olan "Günəlik Naxçıvan" səhifəsinə "zəhmətkeş" hücumları da təşkil etdi ki, sonda bütün bunlar boşuna sərf olunmuş enerjidən başqa bir əhəmiyyət daşımadı.

Dia-az.İnfo bildirir ki, amma buna rəğmən əksəriyyət Rəcəb Rəhimlinin fermerə qarşı davranışlarını qınamaqla yanaşı, onun SAXTA MÜDAFİƏSİNİ DƏ qınamaqdadır.

Məsələn, sosial şəbəkə istifadəçisi Afət Sadıxova qeyd olunan səhifədə yazır: "Rəylərə baxdım, məndə elə təəssürat yarandı ki, fermer ,,dəli,, imiş, ona görə durdugu yerdə özünü bıçaqlayıb. Başçı rəylərdə süddən çıxmış ,,ag qaşıq,, kimi təqdim olunub. Xəbəri yayan sayt yalan, şər, böhtan yazıb. Başçını tərifləyənlərin rəyini oxuduqca elə bil Azərbaycan Vəkillər Kollegiyasının bütün vəkilləri Ordubada ezam olunublar... Nə isə hər kim günahkardırsa Allah bəlasını versin..."

Paşa Yaqub adlı istifadəçinin qənaəti isə qısa olub: "Davam edir dəccalizm..."

Namiq Məmmədov adlı istifadəçi isə ümumiyyətlə, yerli icra qurumlarının küçədə öz yetişdirdikləri məhsulları satmasına qarşı maneə kimi çıxış edən MƏMUR ÖZBAŞINLIĞINA etiraz edir: "Qarpız,yemiş sezonu gələndə Daşkəndin (Özbəkistanın paytaxtı) küçələrində,hər yerdə qarpız,yemiş satarlar.Dövlətin özü maraqlı olur ki,fermerlər qazanc əldə etsinlər. Bizdə isə..."

Qeyd edək ki, əksəriyyət başının söyüşü səbəbindən intihara əl atan fermeri müdafiə edərkən daha ağır ifadələr işlədiblər. Bir sözlə, vətəndaşlar Rəcəb Rəhimliyə layiqli qiymətini verib. Bəs aidiyyatı qurumlar necə, məsələyə hüquqi qiymət verəcəkmi?
Ardını oxu...
Mütəmadi olaraq qalmaqallı xəbərlərlə medianın gündəminə gələn "Pilot-16" MMC-nin inşa etdiyi "Elevan Park" yaşayış kompleksinin tikinti meydançasından dəhşətli görüntülər yayılıb.
Yaşayış kompleksinin tikildiyi Novruzov qardaşları küçəsinin sakinləri Editor.az-a bildiriblər ki, şirkətin tikinti təhlükəsizliyi qaydalarına əməl etməməsi və ərazidə müvafiq normalara uyğun tikinti meydançası yaratmaması səbəbindən onlarla ailənin həyatı təhlükə altındadır: "Havanın qeyri-sabit, küləkli olduğu zamanlarda şirkətin tikdiyi binadan böyük ölçülü tikinti materialları, ağır daşlar vətəndaşların və avtomobillərin hərəkət etdiyi yola, eyni zamanda sakinlərin birbaşa evlərinin həyətinə tökülür. Binadan tökülən tikinti materialları və ağır daşlar dəfələrlə maşınlara, insanların evlərinə zərər verib. Bəzi sakinlər sadəcə xoşbəxtlikdən başlarına düşən daşların qurbanı olmayıblar".

Nəsimi rayon sakinləri qeyd edirlər ki, onlar yaranmış vəziyyətlə bağlı Fövqəladə Hallar Nazirliyinə dəfələrlə müraciət ediblər: "Nazirliyin əməkdaşları əraziyə bir neçə dəfə baxış keçirib şirkət rəhbərliyinə xəbərdarlıq etsələr də, "Pilot-16″ MMC-nin rəhbəri Aslan Quliyev buna məhəl qoymayıb. Müxtəlif qurumların çoxsaylı tələblərinə baxmayaraq ağır tikinti işləri sakinlərin yaşadığı evlərin 5-10 metrliyində aparılır və heç bir qoruyucu sədlər təşkil olunmayıb. Burada insanların həyatını itirməsi an məsələsidir. Gecəmiz-gündüzümüz yoxdur. Təəssüflə qeyd etməliyik ki, Nəsimi rayon İcra Hakimiyyəti sakinlərin probleminə tam biganə yanaşır".

 
 
 
Ardını oxu...
Neftçala rayonu, Mürsəqulu kəndinin bir qrup sakini tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər saytımız vasitəsilə Baş prokuror Kamran Əliyevə müraciət edirlər:

“Cənab Baş prokuror!

Bildiririk ki, SSRİ Ali Sovetinin deputatı, Respublika Kolxozlar Şurasının sədri, 20 il kənd sədri, 18 il bələdiyyə sədri işləmiş, korrupsionerlikdə və rüşvətxorluqda tayı-bərabəri olmayan Xol Qaraqaşlı bələdiyyəsinin sədri Səlimov Əlibala Xanəhməd oğlunun qanunsuz əməllərindən 2022-ci ildən bu günə qədər kollektiv olaraq 420 ədəd məktub və teleqramlarla dövlətin bütün orqanlarına müraciət etmişik.

Prezident Administrasiyasına 4 dəfə, DTX-ya 4 dəfə, DİN-ə 2 dəfə, Respublika Baş Prokurorluğuna 5 dəfə müraciət etmişik. Baş Prokuror Kamran Əliyevin (yəni Sizin) Biləsuvar, Salyan və Neftcalada qəbulunuzda olmuşuq. Amma bu günə kimi şikayətimizlə bir nəfər də gəlib maraqlanmayıb.

Qəbulunuzda olan zaman insanlar çox olduğundan, bizi tam dinləyə bilmədiyiniz. Ona görə Sizdən xahiş etdik ki, bizə əlaqə nömrəsi verəsiniz. Siz də həmin vaxt bizə Səməd adlı əməkdaşın əlaqə nömrəsini verdiniz. Həmin vaxtdan Səməd zənglərimizi açmır.

Cənab Baş Prokuror!

Siz bir şikayətçi ilə 2-3 dəqiqəlik görüşüb, onun dərdini bilə bilməzsiniz. Bu səbəbdən də nə özünüzün vaxtınızı almayın, nə də bizə ümid verməyin. Sizinlə gələn orqan nümayəndələri tapşırıqlarınızı icra etmirlər. Burdan da belə qənaətə gəlirik ki, “kimin pulu, malı var, o, yalan danışıb, qanunsuzluq etsə də haqlıdır”.

Əlibala Səlimov 47 il kənddə müxtəlif vəzifələrdə işlədi, kəndin varını-yoxunu, torpaqlarını satdı. 150 hektar torpağımızı heç bir hərrac keçirmədən, saxta sənədlərlə Salyan sakini olan Elşad adlı şəxsə satıb. Oğlu Səlimov Ozalın adına 3 yerdə torpaq götürüb. Belə ki, bələdiyyə sədri olanda oğlu Ozalın adına saxta sənəd hazırlayıb, 12 ha torpağı 9 ha kimi saxta yol ilə sənədləşdirib.

Sakinlərə məxsus 63 hektar ərazini 20 il əkib-becərdi, əldə etdiyi gəlirdən heç kəsə vermədi.

2019-20-ci illərdə telekanalları dəvət edib, biz kəndlilərin torpağında əkdiyi pambığı reklam etdirirdi. Adını da qoydular ki, guya Əlibala Səlimov respublikada qabaqcıl fermerdir.

Bu qədər qurumlara şikayət etməyimizə baxmayaraq, yenə də həmin yerləri qeyri-qanuni əkir. Əlibaba Səlimovun qanunları Azərbaycan Respublikasının qanunlarından öndədir. Arxasında kimlər durursa, gördükləri bütün qanunsuzluğa göz yumurlar.

İyulun 29-da, yəni iki ay əvvəl 161 qaynar xəttinə etdiyimiz şikayətə Təhqiqat İdarəsinin rəis müavini Kazım Həmzətov cavab verdi ki, “sizin şikayətinizə baxılmış, göstərdiyiniz xüsusiyyətlər öz təsdiqini tapmamışdır”.
Ardını oxu...
Cənab Baş Prokuror!

Kazım Həmzətov bizim şikayətimizi harda, kimin iştirakı ilə yoxlayıb ki, belə cavab verir?! Onun kimilərin sayı-hesabı yoxdur, haqsızlığa göz yummaq dəb halına düşüb.

3 dəfə Sizin qəbulunuzda olmuşuq. Amma bir tapşırıq vermədiniz ki, bu iş ətraflı araşdırılsın. Özünüz fikirləşin, dövlətdən pul alan məmur torpağa möhtacdırsa, “qara camaat” neynəsin bəs?! Məmur doyana kimi bizim ömrümüz sona yetəcək.

Sizdən yenə xahiş edirik, adını çəkdiyimiz məmurlar barəsində araşdırılma aprılıb, ədalətli qərar çıxarılmasına göstəriş verəsiniz.

Bilirik ki, Sizə göndərdiyimiz məktublar ünvanına çatmır, elə bu səbəbdən də sayt vasitəsilə müraciət edirik ki, bəlkə bu dəfə səsimizə səs verəsiniz”.

Hazırladı: Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Hakim partiyanın 71 saylı Cəlilabad şəhər seçki dairəsindən deputatlığa namizədi Malik Həsənovdur. Tribunainfo.az xatırladır ki, o, Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun qardaşıdır. Əslən cəlilabadlı olan Həsənovları yerli camaat yaxşı tanıyır. Onların rayonda və ölkə üzrə böyük biznes imkanları var. Malik Həsənov IV, V, VI çağırış deputat olub. Yəni 15 ildir ki, parlamentdədir. Onun yenidən mandat sahibi olacağı ehtimalı yüksəkdir. Amma Cəlilabad camaatı deputatın üzünü seçkidən-seçkiyə görür. Onlar qeyd edirlər ki, Malik Həsənov 9 avqustdan 31-dək görünəcək, sonra yenə 5 il onu tapmaq mümkün olmayacaq. Yeri gəlmişkən, Malik Həsənov parlamentin susqun deputatlarından biridir. Onun hər hansı çıxışını və ya mətbuata açıqlamasını görmək mümkün deyil.
O da deyilir ki, “Baku Mall”, “X-Petrol” yanacaqdoldurma məntəqələri,”Bağçasaray” restoranlar şəbəkəsi məhz Malik Həsənova məxsusdur. O, 2007–2010-cu illərdə “Azinko holdinq” tikinti şirkətinə rəhbərlik edib. İndi də şirkət onun nəzarətindədir.
 
Ardını oxu...
Azərbaycanda tayı bərabəri olmayan bir parklardan hesab edilən Ağstafada "Miniatür Azərbaycan Parkı" bərbad hala düşüb.

32gun.az xəbər verir ki, buu gözəl park baxsızlıqdan bərbad vəziyyətə düşüb. Parkın əsaslı təmirə ehtiyacı var.

Yay aylarında istirahətə gələn qonaqların ən çox üz tutduğu parkın bu vəziyyətə düşməsi təəssüf doğurur.

Araşdırmalarımız zamanı əldə etdik ki, parkda sonuncu dəfə 2020-ci ildə təmizlik və yüngül təmir işləri görülüb.

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov isə sözügedən parka getməyə tənəzzül də etməyib.

Xatırladaq ki, 2013-cü ildə Prezident İlham Əliyev Ağstafada açıq səma altında salınan Tarixi və Müasir Abidələr Parkının açılışında olub. O zaman cənba prezidentə məruzə edilmişdi ki, parkın tikintisinə 2012-ci ilin noyabrında başlanılmışdır. İnşaat işləri rayonun imkanları hesabına aparılmışdır.
 
Ardını oxu...
Xəzər rayonunda qanunsuz tikilələrlə bağlı məlumat vermişdik.
Bundan sonra Reportyor.info-ya daha bir məlumat daxil olub.
Məlumatda deyilir ki, tikinti sahəsindəkı qanunsuzluqlara təkcə rayonun mərkəzi hissələrində deyil, qəsəbələrində rast gəlinir.
Məsələn, Binə qəsəbəsində Südçülük savxozunun ərazisində heç bir sənədi olmayan iri obyekt inşa edilir. Həmin obyektin fotosu da redaksiyamıza təqdim edilib.
İddia olunur ki, obyektin tikintisinə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun yaxın adamı kimi tanınan Samir adlı şəxs icazə verib. O, obyektin sahibinə sənədləşmənin aparılacağını bildirsə də, vədinə əməl etməyib. Bu gün həmin obyektin faktiki olaraq sənədi yoxdur.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Oğuzun Xal-xal meşəsinə giriş, oradakı şəlaləyə baxış üçün sözün əsl mənasında biznes yaradılıb.

Bakupost.az xəbər verir ki, bununla bağlı jurnalist Məhəmmədəli Qəribli görüntülər paylaşıb.

O, bildirib ki, “Xal-Xal” şəlaləsinə baxmaq üçün mütləq “Qəbələli Yunus”un yaratdığı “gömrüyə” pul ödəməlisən:

“Buranı “Qəbələli Yunus” adlı iş adamı zəbt edib, öz qanunlarını qoyub. Girişdə xüsusi lövhə də quraşdırılıb. Yəni pulu ödəməsəniz keçə bilməzsiniz. Giriş 1 nəfər üçün 2 AZN, xarici vətəndaşlara isə 5 AZN-dir. Qazilərə, şəhid ailələrinə giriş pulsuzdur. Lakin bununla bağlı sənəd təqdim edilməlidir. İçəridə bütün xidmətlər pulludur. Hətta şəlaləyə daha yaxın durub şəkil çəkdirmək üçün 1 AZN ödəməlisiniz. Bu, özbaşınalıqdır. Etirazımızı bildirdikdə, dedilər, bu şəlaləni Yunus özü çəkib. Ölkənin təbii sərvətləri vətəndaşlara məxsusdur. Ərazini zəbt edib, pullu etmək özbaşınalıqdır”.

 
 
 

Ardını oxu...
Moderator.az xəbər verir ki, Bakının Binəqədi rayonu ilə Abşeron rayonunun birləşdiyi hissədə – “Binəqədi Gənclər Şəhərciyi”nin qarşısındakı ərazidə məskunlaşan vətəndaşlar uzun illərdir ki, hər gün evlərindən qaçaq düşmək məcburiyyətindədir. Sakinləri evlərindən ayrı salan səbəb isə ərazidəki kanalizasiya problemidir. Məlum problemlə bağlı əlaqədar instansiyalara müraciət etdiklərini söyləyən vətəndaşlar, problemin həlli istiqamətində heç bir addımın atılmadığını bildirirlər.

Sakinlər iddia edir ki, kanalizasiya sularının yaratdığı çirkab gölməçələrdən gələn üfunət günün 24 saatında normal nəsəf almağı imkansız hala gətirir. Bu səbəbdən də sakinlərin bir çoxu səhər saatlarında evlərini tərk edərək yalnız axşam saatlarında – yatmaq üçün evə qayıdırlar.

Əraziyə hakim kəsilən qoxu yalnız buradakı sakinləri deyil, magistral yolda hərəkət edən nəqliyyat vasitələrinin sürücülərini, eləcə də “Binəqədi Gənclər Şəhərciyi”nin sakinlərini də narahat etməkdədir.

Maraqlıdır ki, kanalizasiya suları ərazidən keçən çoxsaylı neft kəmərlərini də əhatə etsə də, bu hal Dövlət Neft Şirkətini narahat etmiş deyil. Halbuki, neft kəmərlərinin hər tərəfdən kanalizasiya suları ilə əhatə olunduğu göz önündədir və çətin ki, bu hal kəmərlərin qorunması və təhlükəsizliyi ilə bağlı mövcud normalarla üst-üstə düşsün.

Vətəndaşların sözlərinə görə, kanalizasiya suları tədricən ərazidəki torpaq yolları da “udmaqda”, gediş-gəliş üçün də ciddi maneəyə çevrilməkdədir.

Mövcud durumun kritikliyini əks etdirən fotoları oxuculara təqdim edirik.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

Dia-az.İnfo qeyd edir ki, hər halda bu biabırçı mənzərəni konkret olaraq Binəqədi rayon rəhbərliyinin COB29 kimi mühüm bir tədbir tədarükündə olan rəsmi Bakıya "ərməğanı" kimi də qəbul etmək olar. Binəqədi paytaxtımızın mərkəzindən elə də uzaq deyil və hansısa bir əcnəbi jurnalistin kamerası fotolarda əks olunan istiqamətə yönələrsə... BU HALDA NƏ BAŞ VERƏ BİLƏR? Dövlətimzin xeyli müddətdir ki, əziyyətini çəkdiyi qlobal tədbir tədarükü heçə enməzmi? Bundan düşmənlərimizi istifadə etməzmi?

Bunu isə əlaqədar qurum və şəxslər düşünsün...
Ardını oxu...
Nəsimi rayonunda abadlıq və təmir işləri adı altında yaşayış binalarının qarşısı zəbt edilir.
Bu barədə Reportyor.info-ya rayon sakinləri bildirib.
Onların sözlərinə görə, yaşayış binalarının qarşısında obyektlər tikilir və yaxud da binanın birinci qatındakı obyektlər genişləndirirlir. Bu da həmin ərazilərdə hərəkətin məhdudlaşmasına səbəb olur. Vətəndaşlar deyir ki, tikinti üzündən yollarını dəyişmək və daha uzun məsafə qət etmək məcburiyyətindədirlər.
Baş verənlərlə bağlı jurnalist Pərvin Abışova Faxebook hesabında canlı yayımn edib.
Baş verənlərə görə Nəsimi Rayon İcra Hakimiyyəti ittiham edilir.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovdur. Asif Əsgərov 2006-2009-cu illərdə Zaqatalanın, 2009-2015-ci illərdə Səbailin icra başçısı olub. 2015-ci ildə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinat alıb.
Lakin onun icra başçı kimi karyerası sona çatmaqdadır. Yeni Azərbaycan Partiyası (YAP)sentyabr ayında keçiriləcək növbədənkənar parlament seçkilərində 112 saylı Zaqatala seçki dairəsindən Asif Əsgərovun namizədliyini irəli sürüb.
 

Dünyapress TV

Xəbər lenti