“Neftçala Aqropark” kimlərin sayəsində və nə üçün faəliyyətə başlaya bilmir? - İLGİNC İDDİALAR...
Azərbaycan prezidenti İlham Əliyev 2016-cı ildə Neftçalada “Aqropark” yaradılması ilə bağlı fərman versə də, yerli məmurlar şəxsi qazancları naminə 7 ildir ki, bu fərmanın icra olunmasına əngəl olurlar...

Neftçala şəhər məhəllə 7, ev 177 ünvanda yaşayan Qarabağ müharibəsi veteranı Aslanov Aydın Balağa oğlu Poliqon-a müraciət edərək ölkə prezidentinin Neftçalada “Aqropark”ın yaradılması ilə bağlı fərmanının 7 il müddətində yerinə yetirilmədiyini və buna görə yerli məmurların məsuliyyət daşıdıqlarını bildirib.

Aydın Aslanov müraciətində qeyd edir ki, prezident fərmanının icra olunmamasının əsas səbəblərindən biri yerli icra orqanının “Aqropark” üçün ayrılan torpaq sahələrindən öz məqsədləri üçün istifadə etmək olub və nəticədə həmin torpaqlar yarasız hala düşüb.

Poliqon sözü keçən şikayət məktubunu olduğu kimi təqdim edir:

Hörmətli media nümayəndələri!

Bu məktubu sizə ünvanlamaqda məqsədim, Neftçalada yerli məmurların şəxsi qazancları naminə möhtərəm prezidentimiz İlham Əliyevin fərmanını icra etməmək üçün əllərində olan bütün adminstrativ resurslardan, o cümlədən təzyiq vasitələrindən istifadə etdiklərini bildirməkdir.

Qeyd edim ki, Azərbaycan prezidenti möhtərəm İlham Əliyev 2016-cı ildə əhalinin rifahının yüksəldilməsi və ölkənin qida təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Neftçalada “Aqropark” yaradılması ilə bağlı fərman verib.

Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair “Strateji Yol Xəritəsi”nə uyğun olaraq aqropark yaratmaqla pambıq sahələrinin genişləndirilməsi və bitkiçiliyin inkişafı məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 28 fevral tarixli 151s nömrəli Sərəncamı ilə Neftçala rayonunun inzibati ərazisində yerləşən qış otlaq sahələrindən 2285,65 hektar torpaq sahəsi kənd təsərrüfatı torpaqları kateqoriyasına keçirilib.

Həmin qərarda göstərilir ki, Neftçala rayonunun inzibati ərazi sərhədləri daxilində, Dövlət Torpaq Fonduna aid kənd təsərrüfatı təyinatlı, uqodiyası əkin və örüş olan torpaq sahələrinin fiziki və hüquqi şəxslərin icarə hüququ ilə istifadəsinə ayrılması əkinçiliyin və heyvandarlığın inkişafına, məhsul bolluğunun artmasına, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə öz töhfəsini verməklə yanaşı, torpaqlardan səmərəli istifadə olunmasına müsbət təsir göstərəcək.

Bütün bu fərman və qərarlardan çıxış edərək Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 28 fevral tarixli 151s nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair “Strateji Yol Xəritəsi”nə uyğun olaraq Neftçala rayonunun inzibati ərazisində 3000 hektar sahədə “Aqropark” yaradılıb.

Amma aradan 7 ildən çox zaman keçməsinə baxmayaraq, prezident fərmanı və Nazirlər Kabinetinin sərəncamı hələ də yerinə yetirilməyib və məsələnin ən ilginc tərəfi də odur ki, Neftçalanın yerli icra orqanları prezident fərmanının yerinə yetirilməməsi üçün hər şeyi edirlər. Neftçala rayon İcra Hakimiyyəti prezidentin fərmanının icra olunmamasını ərazidə su olmaması ilə əlaqələndirsədə, bunun hüç bir əsası yoxdur. Çünki ərazinin su təctizatı 2015-ci ildə inşa edilmiş beton kanal vasitəsi ilə həyata keçirilir və “Aqropark”ın ətrafındakı əkin sahələri də bu kanal vasitəsi ilə suvarılır. Məsələ isə yerli məmurların özlərini yüz minlərlə manat asan qazancdan məhrum etmək istəməmələri ilə bağlıdır.

Qeyd edim ki, bundan əvvəl də mən bu məsələ ilə bağlı ölkə prezidentinə, İqtisadiyyat Nazirliyinə müraciət etmişəm. Bundan əlavə Neftçala rayon İcra Hakimiyyətinə də dəfələrlə müraciətim olub. Neftçala rayon İcra Hakimiyyətinə son müraciətimə rəsmi cavab almasam da, başçının yaxın adamlarından birindən təhdid xarakterli cavab almışam.

Belə ki, İqtisadiyyat Nazirliyinin tabeçiliyində olan Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Şirvan ərazi idarəsinin Neftçala rayonu üzrə baş müfəttişi Sadiq İmanov mənə yaxınlaşara bildirib ki, mən “Aqropark”la bağlı çox yerlərə müraciət edirəm və tələb edib ki, bu müraciətləri dayandırım.

“Bizimkilər bu müraciətlərdən çox əsəbiləşir. Əgər sənin müraciətlərin davam edəcəksə, o zaman “Aqropark” torpaqlarının təyinatı dəyişdiriləcək və həmin torpaqlar yenidən örüş torpaqlarına çevriləcək”, deyə Sadiq İmanov mənə bildirib.

Öncəliklə qeyd edim ki, Sadiq İmanovun “bizimkilər” olaraq səciyyələndirdiyi qrupa Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, başçının köməkçisi Vüsal Atayev, Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Şirvan ərazi idarəsinin rəisi Ramin Kazımov daxildir. Əslində prezidentin və Baş nazirin fərman və sərəncamlarının icrasını hər vasitə ilə yubadan da bu “qrup”dur. Mirhəsən Seyidovdan əvvəl İsmayıl Vəliyev də Neftçala “Aqropark”ın yaradılmasına mane olurdu. Bunun tək səbəbi isə bu məmurların heç kimin xəbəri olmadan Neftçala “Aqropark”ın 3000 hektarlıq torpaq sahələrindən yüz minlərlə manat təmiz gəlir əldə etmələridir.

Neftçalada hamı bilir ki, əkin sahələrini örüş sahələrini əkmək üçün Sadiq İmanova müraciət etmək lazımdır. Sadiq İmanov isə öz növbəsində Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Şirvan ərazi idarəsinin rəisi Ramin Kazımovun qarşısında hesabat verir. Son zamanlar isə Sadiq İmanovun Neftçalanın icra başçısı Mirhəsən Seyidovla, xüsusən də başçının köməkçisi Vüsal Atayevlə çox yaxın münasibətdə olduqlarını Neftçalada bilməyən yoxdur.

Maraqlıdır ki, Sadiq İmanov bir qayda olaraq dövlət torpaqlarını və yerli örüş torpaqlarını yerli sakinlərə və fermerlərə deyil, qonşu rayonların fermer və iş adamlarına satır. Bu zaman isə örüş yerinin hektarının qiyməti 100 manatla 100 dollar arasında dəyişır. Yəni təkcə Neftçala “Aqropark” üçün nəzərdə tutulan 3000 hektar torpaqdan Sadiq İmanovun qeyd elədiyi “qrup” ildə minimum 300 min manat qazana bilər. Bundan başqa 10 minlərlə hektar torpaq sahələri Neftçaladan olmayan adamlara verilir.

Məhz asan və qeydiyyatsız gəlir Sadiq İmanovun üzvü olduğu “qrup”u bütün vasitələrlə “Neftçala Aqropark”ın fəaliyyətə başlamasına hər cür mane olmağa çalışırlar. Bunun üçün onlar İqtisadiyyat Nazirliyindəki əlaqələrindən yararlanır və belə bir mənzərə yaradırlar ki, heç bi ağlı başında olan iş adamı “Neftçala Aqropark”a sərmayə qoymaz. Çünki torpaqlar şoran olduğundan əkinə də yararsızdır. Lakin elə həmin ərazinin qonşuluğunda əkin sahələri suvarılır və məhsul əldə edilir. Dövlət torpaqları olan həmin əraziləri də Neftçala sakinləri olmayan adamlara satan da Sadiq İmanov və Ramin Kazımovdur.

Halbuki “Neftçala Aqropark”a sərmayə qoymaq üçün Neftçala İcra Hakimiyyətinə dəfələrlə müraciət edən iş adamları var. Lakin onların müraciətinə aylardır cavab verilmir.

Mən burdan İqtisadiyyat Nazirliyinə müraciət edirəm. Ölkə prezidentinin fərmanını həyata keçirmək və “Neftçala Aqropark”ın fəaliyyətə başlaması üçün şərait yaratmaq sizin məsuliyyətinizə aiddir. İqtisadiyyat Nazirliyindən xahiş edirik ki, bu məsələni araşdırmaq üçün öz mütəxəssislərini rayona göndərsinlər. Qoy onlar əraziyə baxış keçirsinlər, ordakı vəziyyətlə yerində tanış olsunlar və sakimlərlərlə, o cümlədən “Neftçala Aqropark”a sərmayə qoymağa hazır olan iş adamlarını dinləsinlər. Biz Neftçala sakinləri inanırıq ki, Nazirliyin mütəxəssislərinin əraziyə səfəri hər şeyi yoluna qoyacaq.

Onu da qeyd edim ki, Sadiq İmanov və Ramin Kazımov, o cümlədən Neftçala rayon icra Hakimiyyəti “Aqropark”ın ərazisindən 4 adama çıxarış veriblər. Həmin çıxarışlarda torpaqların təsnifatı kənd təsərrüfatı olaraq göstərilir.

Maraqlıdır öz səlahiyyətlərindən qat-qat böyük danışan və “Neftçala Aqropark”ın torpaqlarının təsnifatının dəyişdirəlcəyini bildirən Sadiq İmanov o zaman verdiyi çıxarışları nə edəcək?

Bildiyimə görə Sadiq İmanov, Ramin Kazımov və Vüsal Atayev həmin torpaqları birləşərək Neftçaladan olmayan iş adamlarına satırlar. Onlardan da biri Lerik sakini Valeh adlı birisidir. Bəzi söz-söhbətə görə Sadiq İmanovun “qrupu” Lerik sakinindən 80 min manat alıblar və müqabilində ona 8 saylı qış otlaq sahəsindən 300 hektar örüş torpaq sahəsi veriblər. Mən bu iddiaların nə qədər həqiqət olduğunu deyə bilmərəm. Lakin Neftçaladan olmayan birisinə Ramin Kazımov niyə 300 hektar torpaq sahəsi üçün çıxarış verməlidir?

Qeyd edim ki, torpaq sahəsi Lerik sakininə örüş üçün verilsə də, həmin sahələrdən bir hirssəindən əkin sahəsi kimi də istifadə olunur.

Bundan başqa Neftçaladan olmayan bir neçə hüquqi şəxslər var ki, onlardan da külli miqdarda pul alınıb və qarşılığında torpaq sahəsi satılıb. Ramin Kazımovun və Sadiq İmanovun bütün bu qanunsuz əməllıəri barədə yaxın zamanlarda ölkə başçısı möhtərəm prezidentimiz İlham Əliyevə ətraflı müraciət ünüvanlanacaq və elə həmin müraciətdə Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Şirvan ərazi idarəsinin Neftçalada törətdiyi qanunsualuqlarla bağlı detallı məlumat veriləcək.

Bütün bu korrupsiya əməlləri ilə Sadiq İmanov yığdığı pullarla Neftçada 5 mərtəbəli binada ev, avtomobil, həyətyanı torpaq sahəsi, sahibkarlıq üçün torpaq sahəsi, əkin üçün torpaq sahəsi alıb.

Sadiq İmanov öz fəaliyyətində həmçinin bələdiyyələrin işinə də çox pis təsir göstərir, onların normal fəaliyyətinə mane olur.

Digər tərəfdən isə torpaqlar üzərində Kənd Təsərrüfatı Nazirliyinin heç bir hüuqunun olmamaması da əlavə problemlər yaradır. Qeyd edim ki, torpaqlar üzərində salahiyyətlərin icra hakimiyyətlərində olması kənd təsərrüfatında inkişafın qarşısını alan əsas faktorlardan biridir. Çünki icra başçıları dövlət bələdiyyə torpaqlarını asan gəlir mənbəyi olaraq görür və şəxsi gəlir naminə həmin torpaqları acımasızcasına istismar edirlər. Bu isə minlərlə hektar torpaqların yararsız hala düşməsinə səbəb olur.

İmza: Aslanov A.B. Tel: 050 589 68 03

Məktubdakı iddialarla bağlı adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq...

Polqon.info
 

Bölmənin digər xəbərləri

23 Noyabr 2024 Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23 Noyabr 2024 “İnnovasiya və Təchizat Mərkəzi”ndə əməlli-başlı özbaşınalıqdı – Cənab Qurbanov nə fikirləşir…
22 Noyabr 2024 Şüşün kənd sakini Köhünlü bələdiyyə sədrinin "fitri istedadı"ndan yazır...
22 Noyabr 2024  İcra başçısının ünvanına AĞIR İFADƏLƏR... - "Bu intriqada uduzacağını yaxşı bilir..."
22 Noyabr 2024 Hacıqabulda və Beyləqanda COP29 nədir - bilmirlər - Tərəflər Konfransına hazır olmayan təzə icra başçıları CƏZALANACAQLARMI?
22 Noyabr 2024 Naxçıvandakı həbsə İLGİNC REAKSİYA - Vasif Talıbovun kadrı imiş...
22 Noyabr 2024 Dövləti sayan kimdir: QARDAŞLAR BELƏ YEYİR... - DƏLİXANADIR, VALLAH...
22 Noyabr 2024 Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu
22 Noyabr 2024 “ADAU-da nələrin baş verdiyi göz önündədir, di gəl ki,..” MÜRACİƏT /VİDEO
21 Noyabr 2024 Şəmkir sakini sosial yardımından 90 manat tutulmasına etiraz edir – ŞİKAYƏT
21 Noyabr 2024 DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR - Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? (Araşdırma)
20 Noyabr 2024 Binəqədi İcra Hakimiyyəti Xocasəndə qanunsuz tikilinin qarşısını ala bilmir – Bəs Arxitektura Komitəsi hara baxır?
20 Noyabr 2024 ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
20 Noyabr 2024 Marketin adını “Zəfər” qoyub, su soyuducularına səkidə “düzülüş” verən sahibkar - FOTO
20 Noyabr 2024 COP29 günlərində Bakıda “yaşıl soyqırım” - Nərimanov sakinləri icra hakimiyyətini və tikinti şirkətini ittiham edirlər
19 Noyabr 2024 Göyçayda Şəhadət kənd sakininin pay torpağına göz dikən vəzifəli şəxslər kimlərdir – MÜRACİƏT
19 Noyabr 2024 Goranboy rayon MKTİB rəisinin “qara-qura” əməllərinin pərdəarxası gizlinləri
19 Noyabr 2024 Azərbaycan səhiyyəsinin “ölüm korpusu”, “təhlükəli üçlük” və qazinin ölümlə çarpışan həyat yoldaşı
19 Noyabr 2024 Xırdalanın “pulgir yolları” – Abdin Fərzəliyev hər il şübhəli şirkətlərə yol təmir etdirir
19 Noyabr 2024 “İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” – Vətəndaşdan haqlı narazılıq

Dünyapress TV

Xəbər lenti