“YA ÖDƏNİŞ EDİN, YA DA XƏTTİNİZİ KƏSİRİK” -
Azərbaycanda internetin zəifliyi, tez-tez qırılmaların baş verməsi bütün dövrlər üçün aktual olub. Lakin son illər internetlə əlaqəli problem daha qabarıq şəkildə insanları narahat etməyə başladı. Belə ki, qiymətlərin sürətlə artması fonunda bəzi provayderlərdə internetin kəsilməsi, sürətin aşağı düşməsi cəmiyyət arasında böyük narazılıq yaradır.

Əlbəttə, bu hal Gəncə şəhəri üçün də keçərlidir. Belə ki, paytaxt Bakıdan fərqli olaraq burada vəziyyət daha acınacaqlıdır. Üstəlik, internetin surəti, necə deyərlər, tısbağanın yerişi qədər zəifdir. Bununıa belə, vətəndaşlar hər ay internətə ən azı 15 manat ödəniş etməyə məcburdur. Başqa cür də mümkün deyil. Çünki günümüzdə internet bir çox ailələrə hava-su qədər lazımdır. Bu səbəbdən də vətəndaşlara “tısbağanın arxasınca” sürünməkdən başqa yol qoyulmayıb…

Bütün bunlar öz yerində. Lakin bəzi internet provayderlərinin vətəndaşla hədə dilində danışması tamamilə anlaşılmazdır. Dediklərimizin bariz nümunəsi olaraq “Azoptiknet” provayderinin xanım əməkdaşının Gəncə sakini ilə danışığını misal göstərə bilərik.

Məlumat üçün bildirək ki, 29.07.2024-cu il tarixində “Azoptiknet”in xanım əməkdaşı özünü təqdim etmədən, Gəncə şəhəri, DOS 102, bina 138, mənzil 24-də yaşayan sakinə həm “Whatsapp”, həm də adı qaydada dəfələrlə zəng vurub. Lakin sakin istirahətdə olduğundan telefona vaxtında cavab vermək imkanı olmayıb. Bundan sonra xanım operator “Whatsapp” vasitəsilə səs ataraq bildirir: “Salam, xanım. Zəng vururam, zəngi açmırsız, bilmək istəyirik ki, interneti istifadə edəcəksiz, ya yox? Biz bilməliyik ki, bizim xəttimiz məşğul qalmasın”.

Qeyd edək ki, müharibə veteranı, 1 qrup əlil Quliyev Famil Oruc oğlunun adına olan bu internet xətti 3 ildir fasiləsiz istifadə edilib. Üstəlik, hər kəsə də bəllidir ki, abonent ödəniş etməyəndə ayın tamamında internet kəsilir. Yay ayı olduğundan, ev sahibi 10 günlük istirahətə getdiyi üçün ödəniş gecikdirilib. Hansı ki, ödəniş indiyədək hər ayın 17-si olub. Məhz bu səbəbdən də operator xanım vətəndaşı təhdid edir ki, “biz gəlib xəttimizi sökməliyik”. Üstəlik, modemi vətəndaşın özü pul verib alsa da, bu cihazı da götürəcəklərini bildirib.

Qeyd edək ki, əməkdaşımız abonentlə əlaqə saxlanılan telfon nömrəsinə zəng vuraraq, məsələni aydınlaşdırmağa çalışıb. Özünü tədqim edən əməkdaşımız qarşı tərəfin ad-soyadını soruşub. “Siz kimsiniz ki, sizə cavab verim. Jurnalistsiniz deyə, elə bilirsiniz nə istəsəniz edə bilərsiniz?!”, - deyə “Azoptiknet”in operatoru sərt şəkildə cavab verib.

Təkrar sual verəndə ki, vətəndaş cəmi 10 gün müddətində onun xəttinin kəsilməsi müqavilədə varmı, qarşı tərəf “Bəli, müqavilədə var. Bizim işimiz budur, mütləq zəng vurub ödənişi tələb etməliyik”, - deyib. Halbuki, abonentlərlə provayder arasında bağlanılan müqavilədə belə bir məsələ yoxdur.

Onu da bildirək ki, operator xanımdan cavab aıa bilmədiyimiz üçün şirkətin “qaynar xətti” ilə əlaqə saxladıq. Məhz bundan sonra başqa bir nömrə ilə zəng vuran digər xanım əməkdaş abonentə zəng vuraraq, operatorun kobud davranışı ilə əlaqədar üzr istəyib.

Şikayətçi isə deyir ki, əslində bu üzrü başqa əməkdaş yox, onunla kobud danışan, “kimə, hara istəyirsiniz şikayət edin” deyən xanımın özü istəməli idi. Lakin başadüşülən budur ki, şirkət davranış etikasından xəbərsiz, danışıq qabiliyyəti olmayan operator xanıma kimə və nəyəsə görə güzəşt edib…

Güman edirik ki, “Azoptiknet” internet şirkəti həmin xanıma qarşı ən azı tənbeh xarakterli bağlı tədbir görüb…

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Bölmənin digər xəbərləri

23 Aprel 2025 Adil Əliyevin qanunların əleyhinə fərqli siyasi prinsipi ...
23 Aprel 2025 Dövlət büdcəsini asfaltda əzdilər, qalanını divara suvayırlar... - VİDEO
23 Aprel 2025 Qazax səhiyyəsində SAXTA DİPLOM QALMAQALI... - BU NƏDİ BELƏ?..
23 Aprel 2025 Estetik prosedurun daha bir qurbanı... - Ayağındakı deşikdən 10 aydır irin axır - FOTO
23 Aprel 2025 Ağacları məhv edərək “planeti qoruyan” şirkət: “Avant Group” kimindir?
22 Aprel 2025 İlham Səfərov da digərlərindən seçilmədi - Yeni Bələdiyyə sədri Mərdan Camalovun ümidlərini doğrultmayır FOTO
22 Aprel 2025 Həkim Kəmalə Mirzəyevanın qurbanları onu axtarır:Həkim HARADADIR? -ŞOK FAKTLAR/FOTOLAR+VİDEO
22 Aprel 2025 Rövşən Rüstəmovun idarəsində ANARXİYA: iclasda gərginlik oldu, dəmiryolçular ÜSYANA qalxdı - Təfsilat
22 Aprel 2025 Heydərovun “kantoru” ÖZÜ SATIR... ÖZÜ DƏ ALIR... – Bəs “Azəri Biznes” MMC nə edir?
22 Aprel 2025 Nərimanovun icra başçısı bir ərazini iki şirkətə satdı – Qalmaqal böyüyür
22 Aprel 2025 Sahil qəsəbəsində 1 milyon manatlıq obyekti kim tikdirir?-Video-Fotofakt
22 Aprel 2025 Nərimanov rayonunda qanunsuz tikilən obyekt hansı məmura məxsusdur? - VİDEO
22 Aprel 2025 Binəqədi rayonunda sənədsiz yaşayış binasının “icazə“sini kim verib? - FOTOLAR
21 Aprel 2025  Zaur Mikayılov 30 milyon manatın hesabatını niyə vermir? - HƏQİQƏTƏN DƏ...
21 Aprel 2025 500 min dollardan çox borcu olduğu deyilən sabiq baş konsul - Ona kimlər dəstək olub?
21 Aprel 2025 Sabunçu icra şöbəsində NƏ BAŞ VERİR? - NARAZILIQ VAR...
21 Aprel 2025 Adil Əliyev XARÜQƏLƏR YARADIR... - BU NƏDİ BELƏ? FOTO
20 Aprel 2025 "Aypara estetik center"də pasiyentlərə dolğu və plazma terapiya necə icra olunur?
20 Aprel 2025 İcra məmuru qanunları saya salmırsa… - Nazirə MÜRACİƏT
19 Aprel 2025 Qalmaqallı direktorun səs yazısı yayıldı - Məhkəməyə verildi - VİDEO

Dünyapress TV

Xəbər lenti