Ardını oxu...
Prezident İlham Əliyev 20 Sentyabr - Dövlət Suverenliyi Gününü Xankəndi şəhərində keçirib, sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşüb və çıxış edib.

Görüş iştirakçılarını və bütün Azərbaycan xalqını Dövlət Suverenliyi Günü münasibətilə ürəkdən təbrik etdiyini bildirən Prezident deyib ki, bu günü biz birlikdə Xankəndidə qeyd edirik və 20 Sentyabr bundan sonra Azərbaycanda geniş qeyd ediləcək: “Düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etmişdir. Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi. Bu günü bizə bəxş edən qəhrəman hərbçilərimizi hər zaman böyük minnətdarlıqla yad edirik. Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini daim qəlbimizdə saxlayırıq və saxlayacağıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Vətən müharibəsi və antiterror əməliyyatı keçirilərkən bizim 3200-dən çox qəhrəman şəhidimiz şəhadət zirvəsinə ucalmışdır. Onların və digər qəhrəman hərbçilərimizin rəşadəti və vətənpərvərliyi Qələbənin əsas amilləridir. Vətən uğrunda İkinci Qarabağ müharibəsində 90 mindən çox gənc azərbaycanlı iştirak etmişdir”.

Prezident qeyd edib ki, 44 gün ərzində şanlı Ordumuz hər gün irəli gedirdi, hər gün yaşayış məntəqələri işğalçılardan azad edilirdi və dünya hərb tarixində buna oxşar hərbi əməliyyatlar olmamışdır. Bir gün belə geriyə addım atmamışıq, hər gün bir neçə kənd, bir neçə qəsəbə, şəhər azad edilirdi. Bir nəfər olsun döyüş meydanını tərk etməmişdir. Amma Ermənistanın rəsmi nümayəndələrinin özlərinin etirafına görə, Ermənistan ordusunda 12 mindən çox fərari olmuşdur: “Bu, nəyi göstərir? Əlbəttə ki, xalqımızın yüksək mənəvi keyfiyyətlərini göstərir. Bununla bərabər, onu göstərir ki, sinəsini qabağa verən gənclər o qədər vətənpərvərlik ruhunda tərbiyə olunmuşdur ki, onlar üçün Vətən torpaqlarını azad etmək ən şərəfli missiya olmuşdur. Sinəsini qabağa verən, ölümə gedən gənclər bir amalla yaşayırdılar ki, milli ləyaqətimizi bərpa edək və bunu etdik. Ona görə mənəvi-psixoloji üstünlük bir daha bizim ümumi üstünlüyümüzü göstərir. Müharibədən keçmiş ölkə kimi və Ali Baş Komandan kimi müharibənin nəticələrini şərtləndirən amillərə nəzər salaraq, təhlil edərək tam əminliklə deyə bilərəm ki, birinci yerdə, birinci növbədə milli ruh məsələləridir, mənəvi hazırlıqdır. Təbii ki, peşəkarlıq, qəhrəmanlıq, texniki təchizat - bütün bunlar da vacib amillərdir. Ancaq mənəvi üstünlük olmasa, milli düşüncə olmasa, heç bir ən güclü ordu heç vaxt heç bir qələbə qazana bilməz...

Bu Qələbə ilə, haqlı olaraq hərbçilərimizlə fəxr edirik və əbədi fəxr edəcəyik. Ancaq əminəm ki, hər bir qərəzsiz təhlilçi, hərbi ekspert və obyektiv insan bizim bütün bu 44 günlük qəhrəmanlıq salnaməsini təhlil edərək eyni nəticəyə gəlməlidir".

İlham Əliyev 2023-cü ilin 19-20 sentybarında keçirilən antiterror əməliyyatı barədə də danışıb: “Cəmi bir neçə saat davam edən əməliyyat Azərbaycan Ordusunun tam zəfəri ilə başa çatmışdır. Ermənistan ordusunun 15 mindən çox hərbi kontingenti tamamilə iflic vəziyyətinə düşmüşdür və bir neçə saatdan sonra kapitulyasiya şərtlərini artıq biz onlarla müzakirə etməyə başlamışdıq. İndi deyilir ki, 23 saat davam etdi, bəli ümumi proses 23 saat davam etdi. Ancaq bu prosesin hərbi hissəsi bir neçə saat davam etmişdir. Bütün bunlar bir daha dövlətimizin gücünü, xalqımızın iradəsini, gənc nəslin tərbiyəsini, bacarığını göstərir. İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı imkan verdi ki, Azərbaycan nəinki beynəlxalq hüququ bərpa etdi, nəinki öz milli qürurunu bərpa etdi, bütün dünyaya nümayiş etdirdi ki, ədalətsizlik əbədi davam edə bilməz”.

Prezident işğal dövründə keçmiş köçkünlərlə çoxsaylı görüşləri və onların yaşayış şəraitini yaxşılaşdırmaq üçün dövlətin bir çox önəmli layihələr icra etdiyi barədə də danışıb.

O habelə qeyd edib ki, minlərlə, on minlərlə keçmiş köçkün bu Qələbə gününü görə bilmədi, həyatdan getdi: “Təbii olaraq dünyada gedən prosesləri təhlil edərək mövcud ədalətsizliyi, beynəlxalq hüququn işləməməsini, böyük dövlətlərin Ermənistanın arxasında dayanmasını, bütün bunları - geosiyasi vəziyyəti təhlil edərək ola bilər kimsə belə fikrə gələ bilərdi ki, bu işğalla biz əbədi yaşamalıyıq. Biz bütün bu tezisləri, bütün bu paradiqmaları darmadağın etdik. Biz göstərdik ki, güclü iradə, peşəkarlıq, vətənpərvərlik, milli ruhda tərbiyə olunan gənc nəsil olarsa, heç bir qüvvə o xalqın qabağında dura bilməz - nə 6, 7, 8, 9, 10 müdafiə xətti, nə Ermənistan ordusunun coğrafi üstünlüyü, - çünki bütün təpələrdə onlar yerləşmişdi, - nə böyük dövlətlər, nə də Ermənistanı silahlandıran və onlara mənəvi və fiziki yardım göstərən dövlətlər. Bax, bütün bu amillər bir yerdə olanda, o xalqın qabağında heç kim dura bilməz. Biz bütün dünyaya və bu gün işğaldan əziyyət çəkən, hətta müstəmləkəçilikdən əziyyət çəkən xalqlara göstərdik ki, inamla yaşamaq lazımdır. İnam heç vaxt qırılmamalıdır. Əgər inam qırılsa, onda heç vaxt ədalət zəfər çala bilməz. Amma dünyada ədalət var. Prezident kimi müəyyən dövrlərdə mənim də ağlıma belə fikirlər gəlirdi ki, yəqin dünyada ədalət yoxdur. Amma bilirdim ki, bu ədalətə çatmaq üçün sən gərək onu əldə edəsən, o, göydən düşməz...”.

Prezident daha sonra qeyd edib ki, 44 günlük Vətən müharibəsi onu göstərdi ki, bəlkə də heç bir ölkədə bizim cəmiyyətimiz qədər birlik nümayiş etdirən cəmiyyət yoxdur: “Bizdən sonra gələn nəsil, gənclər də bu yolla getməlidirlər. Onlar, ilk növbədə, milli ruhda tərbiyə almalıdırlar, öz mədəniyyətinə, ənənələrinə, mənəvi dəyərlərinə sadiq olmalıdırlar. Heç kimin təsiri altına düşməməlidirlər, müxtəlif vədlərə aldanmamalıdırlar...

Deməli, qeyri-hökumət təşkilatlarının xətti ilə müxtəlif seminarlar keçirilirdi. Bizdən olan xarici dairələrə satılmışlar da gedib o treninqlərdə ermənilərlə cici-bacılıq edirdilər, sövdələşirdilər, birləşirdilər, birgə məclislər təşkil edirdilər. Qaniçən, Xocalı soyqırımını törədən, Qarabağ bölgəsində bütün şəhər və kəndlərimizi viran qoyan düşmənlə hansı təmaslardan söhbət gedə bilərdi? Amma bu işğalı əbədi etmək istəyənlərin də məqsədi o idi ki, gələcək nəsil, gənc nəsil artıq müharibə istəməyəcək, biz Ermənistanla barışaq, işğal da yerində qalsın. Bax, bütün bu planları biz Azərbaycan xalqı darmadağın etdik, alt-üst etdik. Ona görə bu günə qədər bizə qarşı təzyiqlər edilir. Hər səhər mətbuatla, o cümlədən Azərbaycan haqqında dünyanın müxtəlif yerlərində gedən yazılarla tanış oluram. Bu gün səhər tezdən baxıram, bizə qarşı nə qədər əsassız ittihamlar işlədilir. Özü də müxtəlif Qərb ölkələrinin siyasətçiləri və yüksək vəzifə tutanlar, bəzi ölkələrin rəsmi nümayəndələri belə bir qəbuledilməz ifadələr işlədirlər ki, Azərbaycan Qarabağı zəbt edib. Yəni, bu, ikiüzlülüyün, riyakarlığın zirvəsidir. Ölkə öz torpağını necə zəbt edə bilər?! Bizim müharibəmiz azadlıq müharibəsi idi. Yəni, bunu deyənlər, bizə qarşı ittihamlar irəli sürənlər də bunu yaxşı bilirlər. Sadəcə olaraq, ikili standartlar, ikiüzlülük, riyakarlıq, islamofobiya və xalqımıza olan düşmənçilik - biz bunu heç vaxt unutmamalıyıq və gənc nəsil bunu bilməlidir...".

Dövlət başçısı deyib ki, Qarabağ Universitetinin açılışının məhz 20 sentyabrda həyata keçirilməsi şanlı tarixdir: “Bu, artıq şanlı tariximizdir. Hesab edirəm ki, Qarabağ Universitetinin yaradılması tarixi hadisədir və keçən ilin noyabrında müvafiq Sərəncam imzalandı. Sonra mən buraya baş çəkdim. Artıq mənim buraya üçüncü gəlişimdir və bütün göstərişlər verildi, Elm və Təhsil Nazirliyi tezliklə bütün lazımi tədbirləri gördü. İndi mənə məlumat verildi ki, 1200 tələbə var. Ölkəmizin hər bir bölgəsindən tələbə var. Yüksək bal toplayan, o cümlədən 600-dən çox bal toplayan tələbələr bizimlə görüşdə iştirak edirlər və buraya böyük həvəslə gəlmişlər”.

Prezident vurğulayıb ki, bura bizim tarixi torpağımızdır və bunu Azərbaycanda bilməyən yoxdur, dünyada da bunu bilirlər ki, Xankəndi şəhəri qədim Azərbaycan yaşayış yeri olubdur, onun adı onu göstərir - Xanın kəndi. Sadəcə olaraq, yenə də Azərbaycana, xalqımıza qarşı düşmənçilik siyasəti nəticəsində uzun illər ərzində bizim nəzarətimiz burada ya zəif idi, ya da ümumiyyətlə, yox idi: “Çünki XIX əsrin əvvəlində bağlanmış üç müqavilə - ”Kürəkçay", “Gülüstan”, “Türkmənçay” müqavilələri faktiki olaraq sonrakı işğalı da şərtləndirdi. Məhz bu müqavilələrdən sonra heç vaxt Qarabağ torpağında yaşamayan ermənilər kütləvi surətdə İrandan və Şərqi Anadoludan buraya köçürülmüşdür və bu, həqiqətdir, bu, dəqiq tarixdir. Sadəcə olaraq, Ermənistan və erməni alimləri hər zaman olduğu kimi, tarixi təhrif edərək yeni uydurma tarix yaratmağa çalışırdılar və öz lobbi şəbəkələri vasitəsilə müəyyən dərəcədə beynəlxalq ictimaiyyəti də çaşdırmağa nail olmuşdur.

XX əsrin əvvəlində isə xalqımıza qarşı növbəti düşmənçilik addımları atılmışdır. 1923-cü ildə heç bir əsas olmadan Azərbaycanda, Qarabağda “Dağlıq Qarabağ Muxtar Vilayəti” yaradılmışdı, sovet Azərbaycanı Respublikasının tərkibində. Bu vilayətin tabeçiliyi Sovet İttifaqının mərkəzinə bağlanmışdı. Beləliklə, bu bölgəni Azərbaycandan ayırmaq üçün növbəti addım atıldı. Ondan üç il əvvəl Zəngəzuru bizdən aldılar, yəni Qərbi Zəngəzuru, tamamilə əsassız. Bunu 1920-ci ilin noyabr ayında, Azərbaycan Xalq Cümhuriyyəti süqut edəndən bir neçə ay keçəndən sonra etdilər. 1923-cü ildə isə bizim canımıza növbəti saat bombasını saldılar və ondan sonra burada kütləvi erməniləşmə siyasəti aparılırdı. Müxtəlif yerlərdən, o cümlədən Ermənistandan sovet hökuməti erməniləri buraya şüurlu olaraq doldururdu ki, burada ermənilərin sayı, yəni ovaxtkı muxtar vilayət çərçivəsində daha çox olsun. Eyni zamanda, burada mövcud olan separatizm meyillərinə də düzgün reaksiya verilmirdi. Ancaq Ulu Öndər Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gələndən sonra burada bütün separatçıların yuvaları dağıdıldı və sabitlik yaradıldı. Keçmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti”ndə azərbaycanlıların sayı 9 faizdən, təqribən 30 faizə qədər artdı. Dəmir yolu çəkildi ki, azərbaycanlılar müxtəlif bölgələrdən buraya daha tez gələ bilsinlər. Xankəndidə dəmir yolu vağzalı tikildi, böyük infrastruktur layihələri yaradıldı - Sərsəng, Suqovuşan su anbarları. Ancaq 1987-ci ildə Heydər Əliyev istefaya göndəriləndən sonra yenə də separatçılar baş qaldırdılar və bu dəfə bu, xalqımıza çox baha başa gəldi. Bəlkə gənclər onu da bilmirlər, Heydər Əliyevin istefasından iki həftə sonra bir sovet erməni alimi Fransanın “Humanite” qəzetində məqalə dərc etmişdi ki, “Dağlıq Qarabağ Muxtar Vilayəti” Azərbaycandan çıxarılıb Ermənistana birləşməlidir.... Əfsuslar olsun ki, ovaxtkı Azərbaycan rəhbərliyi zəiflik, qorxaqlıq, bəzi hallarda xəyanət göstərmişdir. Həm 1980-ci illərin sonlarında, həm 1990-cı illərin əvvəllərində, həm kommunist, həm də Xalq Cəbhəsi hakimiyyətinin satqınlığı, qorxaqlığı, xəyanəti nəticəsində biz torpaqları itirdik.

Yenə də bu gün Ulu Öndərin xatirəsinə hörmət ifadə edərək bir daha deyirik və görürük ki, əgər 1993-cü ildə xalqın tələbi ilə o, Azərbaycana gəlməsəydi, Azərbaycan, ümumiyyətlə, dünya xəritəsindən silinə bilərdi...Əgər 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər bizim bütün addımlarımızı və gördüyümüz işləri təhlil etsəniz görərsiniz ki, hər bir addım əvvəlki addımın məntiqi davamı idi və hər bir addımın son məqsədi 20 Sentyabr - Dövlət Suverenliyi Günü idi".

Sonda müəllimlərə, tələbələrə uğurlar arzulayan Prezident İlham Əliyev tövsiyələrini verib.

Qarabağ Universitetinin rektoru Şahin Bayramov və tələbələr çıxış edərək böyük tarixin iştirakçısı olduqlarından qürur duyduqlarını bildiriblər.

“Yeni Müsavat”
 
Ardını oxu...
Vətəndaşlar Zaur Mikayılovun qəbuluna buraxılmayıblar.

Bu barədə XALQ.AZ-a Sabirabaddan və İmişlidən olan olan sakinlər məlumat verib.

Məlumata görə Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Sabirabadda vətəndaşlarla görüş keçirib.

Belə ki, Sabirabaddan və İmişlidən olan təsərrüfatla məşgul olan rayon sakinləri Zakir Quliyevin tapşırığı ilə qəbula buraxılmadığını bildirilər. Yerli qurumların rəhbərlərindən şikayətçi olan sakinlər qəbula buraxılmadığına görə öz şikayətlərini hara çatdıracaqları üçün ictimayyətləşməsi üçün XALQ.AZ-a müraciət ediblər.

Qəbulda Zakir Quliyev tanıdıqları ilə görüşdülər sonra qəbul bitdi deyib qapını bağladılar.

Regional Su Meliorasiya Xidmətinin rəisi Zakir Quliyev kimin qəbul olunmasını özü şəxsən nəzarət edirdi. Dəfələrlə qəbuluna yazılmağa cəhd etsək də, buna imkan verilməyib. Şikayətçilərin bildiriblər ki, Zaur Mikayılov v 1 saat gəldi qəbul keçirdib bizi içəri buraxmadılar.

Dövlət Su Ehtiyatları Agentliyindən məsələ ilə bağlı heç bir açıqlama almaq mümkün olmadı.
 
Ardını oxu...
Yeni dərs ilinin başlanması özü ilə bərabər valideynlər üçün də əlavə problemlər gətirib. Yenicə məktəbli geyimləri, çanta, məktəb ləvazimatları üçün xərcə düşən valideynlərdən müəllimlər əlavə dərs vəsaitləri, qayda kitabları, testlər toplusu, iş dəftərləri almağı tələb edirlər. Bu da haqlı olaraq valideynlərin narazılığına səbəb olur.

Valideynlərlə söhbət zamanı bildirirlər ki, elə birinci sinifdən başlayaraq müəllimlər onlardan əsas fənlərdən ən azı bir test, iş dəftərləri, qayda kitabı tələb edir. Narazılıq edəndə isə bildirirlər ki, bunlar sizin uşaqlarınız üçündür, dərs vəsaitləri proqramı tam əhatə etmir. Bu isə valideynlər üçün kifayət qədər əlavə maddi yükdür. Axı elə ailə var ki, iki-üç uşaq məktəbə göndərir...

Digər tərəfdən bu kitablar və sayı, adları bitib-tükənməyən əlavə vəsaitlər təkcə maddi yük deyil, həm də sözün əsl mənasında YÜKdür. Uşaqların daşımağa çətinlik çəkdiyi, əməlli fiziki ağırlıq yaradan YÜK. Bu onların sağlığına da ziyandır. Valideynlərlə söhbət zamanı bildirdilər ki, bu kitabaların içində Elm və Təhsil Nazirliyi tərəfindən təsdiqlənən kitablar olsa da, müəllimlərin çoxu hazırda reklam olunan müxtəlif kursların kitablarını almağı tələb edir.

Hər müəllim hansı kursla işləyirsə, onların da kitabını tələb edir. Onların sırasında "Hədəf" Kurslarının, "Çinar" Yayımlarının, "İzə" nəşriyyatının, "Güvən" kurslarının, "Dahi" kurslarının, "EduGrata" kurslarının, Namazovun kitabları üstünlük təşkil edir. Bu kitabların çoxu satışda olsa da bəzilərini elə kursların özündən almağa məcbur olurlar.

Kurslar isə qeyd edirlər ki, kitablar nazirliyin təsdiqlədiyi proqrama uyğun çap edilib. Hər kitabın qiyməti isə minimum 5-6 manatdan başlayaraq 15-20 manata qədər artır.

Nəzərə alsaq ki, son dövrlər övladlarını daha "yaxşı məktəbdə" oxutmaq dəb halını alıb, ibtidai sinifdən bu uşaqlar elə həmin kitabların ağırlığı ilə həm zehni, həm də fiziki yüklənir.

Valideynlər deyir ki, özünüz kitab mağazalarına baş çəksəniz, deyilənlərin həqiqət olduğunu müşahidə edərsiniz.

Bu məqsədlə paytaxtın bir çox kitab mağazasında olduq. Satıcılarla söhbət zaman bildirdilər ki, son bir neçə ildir əlavə dərs vəsaitlərinə tələb çox artıb. Bunların arasında elələri var ki, bir-birinin oxşarıdır, amma yenə də müəllimlər tələb edir.

Elə kitab mağazasında övladı bu il 6-cı sinifə gedən valideynlə söhbətimiz zamanı bildirdi ki, artıq onlardan dərsin ilk günlərindən müxtəlif iş dəftəri, kursların qayda kitabı tələb olunub. Bu zaman isə müəllimlər tələb edir ki, həmin vəsaitlər ötən illərin yox, elə bu ilin nəşri olmalıdır.

Burda isə valideyinlərin haqlı sualı yaranır. Əgər dərs vəsaiti müəllimləri qane etmirsə, onun proqrama uyğun olmadığını əsaslandırırlarsa, bir müəllim kimi bu problemi niyə Elm və Təhsil Nazirliyinin qarşısında qaldırmırlar? Nazirlik dərs proqramlarını əhatə edən kitablar nəşr etdirmirsə, bu fərdi kurslar, müxtəlif şəxslər təhsil proqramını tam əhatə etdiklərini deyən kitabları necə çap etdirirlər? Kimdir bu işdə maraqlı tərəf?

Mövzu ilə bağlı Qaynarinfo-ya danışan təhsil eksperti Günay Qurbanova bildirdi ki, məsələ təhsilimizin ən acınacaqlı problemlərindən biridir:

"Lakin görünür, bu, həm Elm və Təhsil Nazirliyinə, həm də müəllimlərə sərf edir. Görünür, burada gizli bir əlin himayəçiliyi var. Satılan bu əlavələr "dərslik mafiyası"nın maraqlarına xidmət edir.

Sizə bir fakt deyim, əvvəllər şagirdlər xarici dillərdə olan lüğətlərini öz əlləri ilə hazırlayırdılarsa, indi müəllimlər bu lüğətlərin də hazır alınmasını tələb edir. Sanki hamı birləşib bir və ya bir neçə nəfərin cibinə işləyir".

G.Qurbanova son olaraq vurğuladı ki, artıq Elm və Təhsil Nazirliyi onların sifarişi ilə və dövlət vəsaiti hesabına dərc edilən dərsliklərin niyə proqramı tam əhatə etmədiyinə bütün şəffaflığı ilə aydınlıq gətirməlidir.

Qaynarinfo olaraq qeyd edək ki, biz də öz növbəmizdə mövzunu təhsil ekspertləri və ictimaiyyət nüməyəndələri ilə davamlı müzakirə edərək, diqqətdə saxlayacağıq.

qaynarinfo
 
 
 
Ardını oxu...
Azərbaycanda ən geniş yayılmış xəstəliklərdən biri də şəkər xəstəliyidir. TəəSsüflə qeyd edirik ki, bu xəstəlikdə yaş həddi yoxdur. Şəkərli diabet insulin ifrazının, insulin təsirinin və ya hər ikisinin pozulması nəticəsində ortaya çıxan, qanda şəkərin miqdarının yüksəlməsi ilə gedən xroniki metabolik xəstəlikdir. Digər xəstəliklərdən fərqli olaraq, şəkər xəstələri hər gün iynə-dərman qəbul etməlidir. Əks halda vəziyyətləri ağırlaşa bilər.

Redaksiyamıza şəkərli diabet xəstələrindən çoxsaylı şikayəytlər daxil olur. Şikayətçilər iddia edirlər ki, onlara ayrılan dərmanları hər ay xəstəxanadan çox çətinliklə alırlar: “Bizi get-gələ salırlar, “dərman yoxdur” deyirlər. Nə “Amaril 4” var, nə də əvəzedicisi olan “Mepril 4” (Glimepiride). Yanvarın 5-6-da almalı idik, dedilər ayın 10-dan sonra gəlin, sonra dedilər 15-dən sonra olacaq. Amma hələ də verilmir. Bu gün də gedənlərə deyiblər ki, o dərmanlar hələ yoxdur. Səbəb də demirlər.

Hamımız şəkəri yüksək olan xəstələrik, belə əsəb keçirəndə daha da yüksəlir. Olmaz axı. Bir də görürsən, deyirlər ki, dərman az sayda gəlmişdi, tez gələn xəstələrə çatdı. Biz başa düşmürük ki, bu dərmanlar qeydiyyat sayına uyğun gəlirsə, hara yoxa çıxır?”.

Əlbəttə, xəstələrə maraqlı olduğu kimi, bu sual, yəni dərmanların hara “yoxa çıxması” bizə də maraqlıdır. Doğrudan da, bu dərmanlar xəstələrin sayına uyğun ayrılırsa, niyə çoxları bunu ala bilmir?

Xəstələrin bəziləri iddia edirlər ki, həkimlər dərmanı apteklərdən aşağı qiymətə ağır vəziyyətdə olan xəstələrə satırlar.

Şübhəsiz, redaksiyamıza çox sayda şikayət gəlirsə, mümkün deyil ki, mövcud durumdan Səhiyyə Nazirliyinin xəbəri olmasın. Əgər deyilənlər doğrudursa, Səhiyyə Nazirliyi hansı səbəblərə görə bu şikayətlərə biganə yanaşır?! Maraqlı suallar çoxdur, amma cavab verəcək səlahiyyətli şəxslər yoxdur.

Ümumiyyətlə, şəkərli diabet yaranma faktorlarına görə “Tip 1 DM”, “Tip 2 DM”, hamiləlik diabeti kimi bir neçə tipə bölünür. Əgər insulin çatışmazlığı varsa, yaxud da ümumiyyətlə insulin ifraz olunmursa, bu hal “Tip 1 DM”ə aiddir. Adətən, bu tip 30 yaşa qədər insanlarda rast gəlinir. Bura uşaqlar və yeniyetmələr də daxildir. Bu xəstələrin müalicəsində insulin inyeksiyalarının qəbulu və qidalanmaya diqqət etmək şərtdir. Həmçinin, fiziki aktivlik də önəmlidir. Çünki xəstə müalicə olunmadığı halda diabetik komaya girə, hətta ölə bilər.

“Tip 2 DM” isə insulinə qarşı müqavimətin və ya insulin sekresiyasının azalması il bağlıdır. Daha çox 30 yaşdan yuxarı və artıq çəkidən əziyyət çəkən insanlarda rast gəlinir. Bu tip xəstəlikdə genetik faktor çox böyük rol oynayır. Belə ki, əgər valideynlərdə şəkərli diabet varsa, uşaqlar 38 faiz risk daşıyırlar.

Xəstəliyin fəsadlarını araşdırmaqla bitməz. Bu, həmçinin risqli xəstəlikdir. O cümlədən, qohumları birinci dərəcəli şəkərli diabet olan şəxslər risk qurupuna daxildir. Eləcə də artıq çəkidən və yüksək qan təzyiqindən əziyyət çəkən, 4 kiloqramdan artıq uşaq dünyaya gətirən, az hərəkət edən, yaşı 45-dən yuxarı olan şəxslər də risk qrupuna aiddir.

Genetik faktor mühüm əhəmiyyət kəsb etsə də, şəkərli diabeti yaradan başqa səbəblər də var. Bura artıq çəki, oturaq həyat tərzi, sağlam qidalanmamaq kimi amillər daxildir. Genetik faktor mühüm rol oynadığından birinci dərəcəli qohumlarınız arasında şəkərli diabet xəstəsi varsa, həyat tərzinə, qidaya və çəkiyə xüsusi diqqət yetirməlisiniz. Lakin bu heç də o demək deyil ki, şəkərli diabet xəstəsi olan qohumunuz varsa, siz də mütləq bu xəstəliyə yoluxacaqsınız. Sadəcə, bütün ehtimallara qarşı özünüzü qorumağınızı tövsiyə edirik.

Keçək əsas məsələyə. Bəs bu xəstələr dərmanlarını rahat şəkildə xəstəxanalardan alıb müalicə oluna bilirlərmi?

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə əlaqə saxladıq. Qurumdan sorğumuza belə cavab verildi: “Bildiririk ki, şəkərli diabetdən əziyyət çəkən vətəndaşlar üçün təyin edilən dərman preparatlarının təminatı "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı qərarına əsasən həyata keçirilir. Sözügedən qərara əsasən, şəkərli diabet xəstələri üçün nəzərdə tutulan insulinin həcmi aylıq maksimal 1200 təsir vahidi, həblərinin yekun cəmi isə 60-dır.

Hər ayın sonunda TƏBİB-in tabeliyində olan tibb müəssisələri tərəfindən təqdim edilən tələbnamə əsasında şəkərsalıcı dərman preparatları növbəti ayın əvvəlindən etibarən mərhələli şəkildə respublika üzrə paylanılır. Dərman təminatı tələbatdan asılı olaraq, növbəlilik prinsipi ilə həyata keçirilir”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Mövzu ilə bağlı araşdırmamız davam edəcək.
/hurriyyet.az
 
Ardını oxu...
Hesablama Palatası 2024-cü ilin İş planına əsasən keçirdiyi nəzarət tədbirləri nəticəsində keçmiş “Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası”, hazırda isə Azərbaycan İdman Akademiyası publik hüquqi şəxsdə nöqsanlar aşkar edib.Bu barədə 2024-ci il iyulun 25-də Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti Kollegiya iclası keçirilən zaman məlumat yayıldı.Çox maraqlıdır ki,yayılan bu məlumatda ali təhsil müəssisəsində nə kimi nöqsanların aşkar edildiyi açıqlanmır və “sirr” kimi saxlanılır.Görəsən Hesablama Palatasının bu məlumatları yaymamaqda hansı maraqları var?

Mediatv.az palataya istinadən xəbər verir ki, nəzarət tədbirləri səmərəlilik (performans) auditi ilə birgə keçirilən uyğunluq auditi növündə aparılıb.Audit ötən illərdə Universitet tərəfindən dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasının və istifadəsinin hüquqi aktların tələblərinə uyğunluğunun, eləcə də elm və təhsil sahəsində funksional fəaliyyətinin qiymətləndirilməsi məqsədi daşımışdır. Auditin əhatə etdiyi illərdə Universitetə dövlət büdcəsindən, ödənişli təhsildən və digər mənbələrdən vəsait daxil olmuşdur.Təhsil haqqının və təqaüdlərin maliyyələşdirilməsi istiqamətində ayrılmış dövlət vəsaitlərinin icrası prosesində ciddi nöqsanların olduğu daxil olmuş məlumatlar siyahisindədir. Bundan əlavə Mediatv.az xəbər portalı internet üzərindən araşdırma apararaq aşağıdakıları dəqiqləşdirib:

Azərbaycan İdman Akademiyası xarici markalı avtomobillər alınmasına son bir ildə 300 min manat civarında vəsait xərcləyib. “TOYOTA ABSHERON MERKEZI” MMC ilə 101.900 manat məbləğində satınalma müqaviləsi 31.05.2024-cü ildə, “AUTO AZƏRBAYCAN” MMC ilə 76.499 manat məbləğində satınalma müqaviləsi 02.02.2024-cü ildə, “TOYOTA ABSHERON MERKEZI” MMC ilə 76.500 manat məbləğində satınalma müqaviləsi 15.01.2024-cü il, “ROTARY MOTORS” MMC ilə 42.400,01 manat məbləğində satınalma müqaviləsi 07.12.2023-cü il tarixlərində bağlanılıb.Bundan başqa məlum oldu ki, Azərbaycan İdman Akademiyası hər il maşın və avadanlıqların satınalınmasına da külli miqdarda vəsait xərcləyir. Maşın və avadanlıqların satınalınması üzrə “Ultra Technologies” MMC ilə 628.670,96 manat 06.06.2024-cü il, “Isoft” MMC ilə 956.510,42 manat 09.10.2023-cü il, “Ultra Technologies” MMC ilə 709.994,62 manat 22.09.2022-ci il, “Ultra Technologies” MMC ilə 398.945,73 manat 16.08.2021-ci il, “Isoft” MMC ilə 103.972,51 manat 10.11.2020-ci il tarixlərində satıpnalma müqavilələri bağlanılıb ki, ümumi dəyəri 2798091 manat təşkil edib.Bu MMC-lərlə bağlanmış müqavilələrin əksəriyyəti şübhə döğurur. Çünki xüsusi ixtisas və təcrübə tələb edən bu işləri görmək üçün bir neçə ildə yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bu şirkətlərin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır.“Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununda açıq, aşkar qeyd olunur ki, iddiaçının son 1 (bir) ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış; İddiaçının son 3 (üç) illik iş təcrübəsi, yerinə yetirdiyi işlər və müqavilələr barədə məlumatlar; İddiaçılar müvafiq satınalma müqaviləsini təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, işçi qüvvəsinin (cəlb olunacaq mütəxəssislərin peşə səviyyəsini təsdiq edən sənəd əlavə edilməlidir), texniki imkanlarının olması barədə məlumatlar mütləq olmalıdır. Bunlar olmadıqda iddiaçı tender müsabiqəsinə buraxılmamalıdır.Məsələ burasındadır ki, müsabiqənin qalibi olmuş bu MMC-lərdən vergi borcu olanı olub .İş burasındadır ki, “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələbləri vergi borcu olan şirkətlərin tenderdə iştirakını istisna edir. Tenderdə iştirak üçün sənədlər təqdim olunarkən Azərbaycan İdman Akademiyasının Tender Komissiyasının üzvləri məgər bunları görməyib?Azərbaycan İdman Akademiyasını belə MMC-lərlə görəsən hansı maraqlar birləşdirir?
Hesablama Palatası Bakı Dövlət Universitetində hansı nöqsanları aşkarladığını yaydığı halda, Azərbaycan İdman Akademiyasında yol verilən nöqsanları tam açıqlamayıb. Yuxarıda qeyd etdiklərimiz İdman Akademiyasının il ərzində keçirdiyi onlarla tender və kotirovka sorğularının bir hissəsidir ki, yol verilən nöqsanlar açıq aydın görsənir. Digər yol verilən nöqsanları isə Hesablama Palatasına ünvanladığımız sorğuya cavab aldıqdan sonra açıqlayacıq.

Davamı var….

Qarşı tərəfin cavab haqqını tanıyırıq.

Mənbə:MediaTv.az
 
Ardını oxu...
   

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.

Musavat.com xəbər verir ki, dövlət başçısı Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşüb və çıxış edib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.

Musavat.com xəbər verir ki, du dəqiqələrdə dövlətimizin başçısı Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşür.

Ardını oxu...
On ildən artıq bir müddət ərzində ölkə üzrə qazlaşma səviyyəsinin vəziyyəti ilə əlaqadar hər il təqdim olunan rəqəmlər(95-96%) realdırmı?
Araşdırılmasına ciddi ehtiyac duyulur.
-21.04.2016 Report-2008-ci ildə ölkə üzrə qazlaşma səviyyəsi 80%-ə yaxın olub, 2013-cü ilin sonuna isə ölkə üzrə qazlaşma (təbii qazla təmin olunma) səviyyəsi 89,8% (regionlarda 83,4%) təşkil edib", - deyə bəyanatda bildirilir
-17.03.2023. Vergilər qəzeti:“2010-cu ilin əvvəlində qazlaşmış mənzil sayına görə ölkə üzrə qazlaşma səviyyəsi 62,2 faiz olduğu halda hazırda qazlaşma səviyyəsi 96,3 faiz təşkil edir. Həmin müddətdə təbii qazla təmin olunan əhali abonentlərinin sayı artaraq hazırda 2 milyon 500 minə çatıb”, - deyə R.Əliyev qeyd edib.
-10.07.2012 ( AZƏRTAC)2012-ci il bir iyun tarixinə respublikada qazlaşdırılma səviyyəsi 75,9 %,-ə çatdırılmışdır. Dövlət tapşırığına uyğun olaraq, 2013-cü ilin sonunadək ölkənin qazlaşdırılması səviyyəsinin 95 % -ə çatdırılması üçün müvafiq tədbirlər həyata keçirilir..
-25.11.2012 - Azəriqaz İB sədr müavini Nazim Səmədzadə Ölkə ərazisində qazlaşdırma işi 74 % yerinə yetirilib.2013-cü ilin sonuna qədər bu proses 95 % -ə çatdırılacaq.
-2013-cü illər üzrə “Azərbaycan Respublikasında regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramları çərçivəsində qaz təchizatının ümumi səviyyəsi tarixdə görünməmiş həddə çatıb. 2009-cu ilin sonuna respublika üzrə ümumi qazlaşma səviyyəsi 62,3 faiz təşkil edirdisə, hazırda ✅90 faizə çatıb.
-Azərbaycanda 2013-cü ildə qazlaşma səviyyəsi 89,8%-( İnterfax-Azərbaycan, 06.02.2014 12:33)
-10 il əvvəl Azərbaycanın yaşayış məntəqələrinin cəmi 40 faizinin qazlaşdırıldığını diqqətə çatdıran SOCAR-ın prezidenti artıq əhali abonentləri üzrə bu göstəricinin 92 faiz təşkil etdiyini bildirib. (Yeni Azərbaycan .-2016.-21 sentyabr-№ 171.-S.11.)
-2009-cu ilin sonunda respublika üzrə ümumi qazlaşma səviyyəsi 62,3% təşkil edirdisə, hazırda bu göstərici 92%-ə qalxıb (2016-cı il SOCAR,davamlı inkişaf haqqında hesabat)
Bu gün ölkə üzrə qazlaşdırma səviyyəsi 95 faizdir.-Bunu SOCAR prezidenti Rövnəq Abdullayev deyib
28 .12.2013. Gündəm -2015-ci ildə Azərbaycanda qazlaşmanın səviyyəsi 99 faizə çatacaq. Bunu ARDNŞ prezidenti Rövnəq Abdullayev ilin yekunlarına həsr edilmiş tədbir çərçivəsində deyib.Onun sözlərinə görə artıq ölkədə qazlaşmanın səviyyəsi 90 %-ə çatıb
-15.03.2016.-Yenı Azərbaycan.-Görülən işlər nəticəsində respublika üzrə qazlaşdırmanın səviyyəsi 90%-ə çatdırılıb
-1news.az - 2016-cı ilin sonuna ölkə üzrə ümumi qazlaşma səviyyəsinin 90 %-ə çatdırılması planlaşdırılır.
-21.04.16 http://xn--xbr-dtbb.az/ -2008-ci ildə ölkə üzrə qazlaşma səviyyəsi 80%-ə yaxın olub 2013-cü ilin sonuna isə ölkə üzrə qazlaşma (təbii qazla təmin olunma) səviyyəsi 89,8% , hazırda ölkə üzrə qazlaşma səviyyəsi 90%-ə çatıb,
-07.09.2017 Xalq qəzeti. № 193. .Ölkə üzrə isə qazlaşdırma 93%-ə çatıbdır
-20.04.2018 Azərbaycanda əhalinin qazlaşdırılma səviyyəsi 93,9%-ə çatıb. Bunu SOCAR-ın vitse-prezidenti Rəhman Qurbanov Energetika Nazirliyində kollegiya iclasında və 27.08.2018-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə İsmayıllı rayonunun Lahıc qəsəbəsinə təbii qazın verilməsi mərasimində deyib.
-28 .06. 2018, İki sahil -ölkə əhalisinin qazlaşması səviyyəsi 93 %-ə çatdırılmışdır. Hədəf 95 %-dir
-27 08. 2018, SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin həyata keçirdiyi tədbirlər nəticəsində ölkə ərazisinin qazlaşdırılması göstərici 93 %-ə çatıb. . Bu gün ölkə üzrə qazlaşdırma səviyyəsi 95 %-dir "Rövnəq Abdullayev.
-16.11.2018 - "Azəriqaz" İstehsalat Birliyində keçirilən mətbuat konfransında Əkbər Hacıyev bildirib ki, İlin sonuna kimi isə ölkədə qazlaşdırılma 95,7%-ə çatdırılacaq.
-dekabr 2018 - ölkə üzrə əhalinin qazlaşma səviyyəsi 95% icra olunub. Dekabrın 1-nə isə respublika üzrə qazlaşdırma səviyyəsi 95,2 %-ə çatdırılıb.-mətbuat katibi
- 2019-cu ilin martın 30-da Energetika nazirliyində çağırılmış iclasda nazir dedi ki, ölkə üzrə qazlaşma səviyyəsi 95,7%-ə çatdırılıb,
-2019-cu il mayın 3-də Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Birliyin baş direktoru Ə.Hacıyev qeyd edib ki, qazlaşma səviyyəsi 95.7 faizə olub.
-22.08.2019-cu Kommersant .az Hal-hazırda ölkədə qazlaşdırma səviyyəsi ümumilikdə 96 %-ə yaxınlaşır.
-04.09.2019 Son statistik göstəricilərə görə, ölkə üzrə 96 % -ə yaxın ərazi qazlaşdırlıb. Bunu "Azəriqaz” İB-nin mətbuat katibi Ceyhun Səfərov deyib.
-28.12.2019 ölkə üzrə əhali sektorunun qazlaşdırma səviyyəsi 96 %-ə çatıb.
-11 01. 2020.Azərbaycan qəzeti :Ölkədə qazlaşdırmanın səviyyəsi 96 faizi ötür
- 18.02.2020 Yeni Azərbaycan qəzeti;Azəriqaz İstehsalat Birliyii 2019-cu ili də uğurla başa vurub. Belə ki, ilin sonunda ölkədə qazlaşma səviyyəsi 96 faizə çatdırılıb .
-04 mart 2020 İki Sahil: Ölkədə qazlaşdırmanın səviyyəsi yüz faizə☝ yaxınlaşır
30.12.2020- Oxu.az.:Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bildirib ki, artıq ölkə üzrə əhali sektorunun qazlaşma səviyyəsi 96,2 faiz təşkil edir:
-30.06.2021 qafqazinfo.az: Ölkədə əhalinin qazlaşdırılması səviyyəsi 96 faizi ötüb
-30 06, 2021 Bizim yol
Azərbaycanda təbii qazla təminat səviyyəsi inkişaf etmiş ölkələrdəkindən yüksəkdir
Dövlət dəstəyi ilə həyata keçirilmiş qazlaşdırma tədbirləri nəticəsində ölkə ərazisində əhali sektorunun qazlaşdırılması səviyyəsi 96 faizi ötüb.
-03.12.2021 Vergilər qəzeti :Baş nazir Əli Əsədov: Azərbaycanda qazlaşdırmanın səviyyəsi 96,19 faiz təşkil edir
-Socar.az.“Azəriqaz” SOCAR-ın balansına verilən vaxtdan bəri 54.848 km-lik qaz xətləri çəkilib, 11.032 km-lik boru xətti təmir olunub, 1.668 yaşayış məntəqəsinə təbii qaz verilib. 01 iyun 2022-ci il tarixinə olan məlumata görə, işğaldan azad edilən yaşayış məntəqələri istisna olmaqla, ölkə üzrə qazlaşdırma səviyyəsi 96,3% təşkil edir
-02.09.2022. http://xn--hquq-0ra.az/ - “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev: Bu gün ölkə üzrə qazlaşma 96,3 faizdir.
-23. 12. 2022 E-huquq.az Azəriqaz": Ölkə üzrə qazlaşdırma səviyyəsi 96,3 faiz təşkil edir
-13.08.2023 XALQ QƏZETI
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin şöbə rəhbəri Teymur Cəfərovun bildirdiyinə görə, hazırda ölkə ərazisində qazlaşdırıl¬ma səviyyəsi 96,3 faiz təş¬kil edir.
-20.10.2023 Azadmedia- Azəriqaz İstehsalat Birliyi qazlaşma faizini açıqıadı. .
Hazırda qazlaşma faizi 96.4% təşkil edir.
-04.12.2023 Report: Bu il iyulun 1-nə Azərbaycanda qazlaşdırma səviyyəsi 96,34 % təşkil edib. Bu barədə "Report" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) maliyyə hesabatına istinadən xəbər verir.
"SOCAR 2014-2018-ci illəri əhatə edən I qazlaşdırma proqramını tamamladıqdan sonra prosesi yeni “Regionların 2019-2023-cü illər üçün sosial-iqtisadi inkişafı dövlət proqramı” çərçivəsində davam etdirir. Şirkət rəhbərliyi hesab edir ki, ölkədə qalan qazlaşdırma işləri ilə bağlı xərclərin maliyyələşdirilməsini dövlət əsas kapitala yatırımlar vasitəsilə davam etdirəcək", - deyə hesabatda qeyd olunub.
08 .12. 2023 Xəbər xətti
“Azəriqaz” İstehsalat Birliyinin Yeni qazlaşdırma və inkişaf şöbəsinin rəsisi Teymur Cəfərov qeyd edib ki, 2009(rəqəm şirkətin 2016 -ci il üzrə İllik hesabatından götürülüb.)Uğurlu müqayisə deyil
Mirvari Gahramanli
TEREF
 
Ardını oxu...
Sentyabrın 19-da Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən çoxmərtəbəli binaları əhatə edən, 1100-dən çox sakinin yaşadığı həyət abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib. Tədbir çərçivəsində Leyla Əliyeva “IDEA” könüllüləri ilə birlikdə keçirilən kütləvi ağacəkmə aksiyasında iştirak edib, həyətin azyaşlı sakinlərinə hədiyyələr təqdim edib.
“Bizim həyət” layihəsinin çərçivəsində yenidən qurulmuş növbəti həyətdə digər abadlaşdırılmış ərazilərdə olduğu kimi sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli təşkili və onlarda idmana marağın artırılması məqsədilə ərazidə süni örtüklü futbol stadionu, şahmat meydançası, müxtəlif idman qurğuları, uşaqlar üçün oyun meydançası salınıb. Eyni zamanda, həyətyanı sahədə beş söhbətgah, çoxsaylı oturacaqlar, quş yuvaları və pişik evləri quraşdırılıb. Bundan əlavə, həyətdə yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb, binaların fasad və blokları tam təmir olunub, asfalt və dam örtüyü, elektrik xətləri yenilənib. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, müxtəlif növ ağaclar, kol bitkiləri əkilərək yaşıllıq zolağı salınıb. Bununla yanaşı, həyətin ətrafında sıx bitən və havanın çirklənməsinin qarşısını almaq məqsədilə adi daşsarmaşığı və digər sarmaşan bitkilər əkilərək “yaşıl sədlər” yaradılıb.
Məlumat üçün bildirək ki, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ildən etibarən “Bizim həyət” layihəsi icra olunur. Layihənin əsas məqsədi paytaxt ərazisində həyətlərin ekoloji cəhətdən təmiz və abad olması, yaşıllıqların bərpası, mənalı istirahət mühitinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır. “Bizim həyət” layihəsi çərçivəsində bu günədək 153 ümumi yaşayış sahəsi abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.
Qeyd edək ki, “IDEA” İctimai Birliyi həyətlərin abadlaşdırılması və yenidənqurma işlərinin aparılması istiqamətində sakinlərin təklif və müraciətlərini İctimai Birliyə təqdim etməyə çağırır. Müraciətlərinizi “IDEA” İctimai Birliyinin qaynar xətti “1113” və ya e-mail ünvanına (info@ideacampaign.org) göndərməyiniz xahiş olunur.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Sentyabrın 19-da Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi ilə Molla Cümə küçələrinin kəsişməsindəki ərazidə ağacəkmə aksiyası keçirilib.
“IDEA” könüllülərinin iştirakı ilə baş tutan bu dəfəki ağacəkmə aksiyası ümumi sahəsi 7 hektar olan yaşıllıq zonasının bir hissəsində təşkil olunub. Aksiya zamanı 200 ədəd Eldar şamı əkilib və ərazidə müvafiq abadlıq işləri aparılıb. Sözügedən ərazidə ağacların effektiv sulanması və su israfının qarşısının alınması məqsədilə damcılı suvarma sistemindən istifadə nəzərdə tutulub.
Bu gün paytaxtımızda hava təbəqəsi avtomobil nəqliyyatı, istehsal və istehlak fəaliyyəti zamanı yaranan tullantılarla çirklənir, havada olan toz və digər yad maddələr insan sağlamlığına, bütün ekoloji tarazlığa zərər verir. Meşə zolağının salınması və yaşıllaşdırma fəaliyyətləri ekoloji tarazlığın bərpasına və havanın keyfiyyətinin artırılmasına müsbət təsir edir.
“IDEA” İctimai Birliyi bu cür ekoloji aksiyaların mütəmadi olaraq təşkili ilə ətraf mühitin mühafizəsinin vacibliyini insanların, xüsusilə, gənc nəslin diqqətinə çatdırır və onları ekoloji problemlərə qarşı mübarizədə birgə fəaliyyətə səsləyir. Vətəndaşlar qanunsuz ağac kəsilməsi halları ilə rastlaşdıqda şikayət və təkliflərini şəhər və ya mobil telefonlardan 1113 qaynar xətt vasitəsi ilə IDEA İctimai Birliyinə çatdıra bilərlər.
Qeyd edək ki, “1113 - Təbiətin təcili yardımı” qaynar xətti və mobil qrupu 2014-cü ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ağacların kəsilməsinə yox!” proqramı çərçivəsində yaradılıb. Sözügedən qaynar xəttə daxil olmuş minlərlə vətəndaş şikayəti üzrə tədbir görülmüşdür.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Baki şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəsəbəsi, V.Əsgərov küçəsinin sakini Məlikov Çingiz Çingiz oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına nəzarət Dövlət Xidmətinin aparat rəhbəri Tural İsmayılova müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Hörmətli Tural müəllim!

Mən, Məlikov Çingiz Çingiz oğlu və yoldaşım Xəlilova Çinarə Elçin qızı, 23.04.2024-cü tarixində Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev küçəsi 1 ünvanında yerləşən “Blue City” yaşayış kompleksindən ipoteka yolu ilə təmirsiz mənzil almışıq.

07.05.2024-cü il tarixində mən və yoldaşım evimizi təmir etdirmək üçün “ABBASOĞLU İNŞAAT” MMC (VÖEN: 1008403521) şirkətinə müaraciət etmişik. Aramızda əldə olunan şifahi razılaşmadan sonra mənzilimizdə təmir işlərinin aparılması üçün qeyd olunan şirkətin direktoru Əliyev Məhəmməd Abbas öğlu ilə “Təmir-Tikinti Podrat Müqaviləsi” (nömrəsi ATE: 070524-1) bağlamışıq.

Müqaviləyə əsasən, mənzilin ümumi təmir xərci 29 900 AZN müəyyən edilmişdir. Bu muqavilənin 4.3-cü bəndində işlərin 90-120 gün ərzində başa çatdırılması nəzərdə tutulur.

Lakin müqavilə bağlanan tarixdən etibarən heç bir işin doğru getmədiyini müəyyən etdik. Məlum oldu ki, verilən dizayn və layihilər səhv tərtib olunub. Odur ki, həmin səhvlər aşkarlandıqca tərəfimizdən duzəldilirdi. Bunadan əlavə, görülən hər bir işin keyfiyyətsiz, normalardan kənar və müqavilədə qeyd olunan kimi getməməsini dəfələrlə aşkar etmişik.

Həmçinin, bir müddət sonra evimizin təmiri ilə məşğul olan ustalar da çalışmaqdan imtina edib. Səbəb olaraq, şirkət tərəfindən onlara zəhmət haqqı ödənilmədiyini bildirirdilər.

28.08.2024-cü ildə “Təmirə nəzarət briqadası” ilə birlikdə mənzilimə yollandım. Bu zaman mənzilimin təmirində əsaslı nöqsanlar aşkar edildi. Məsələn, elektrik xətləri normalara və təhlükəsizlik qaydalarına cavab vermir, görülən santexnika işləri də həmçinin. Üstəlik, mənzilimdə görülən suvaq-tikinti işləri də bərbad vəziyyətdə idi. Bu səbəbdən, həmin tarixdən etibarən mənzildə aparılan işlərin dayandırılmasını və müqaviləyə xitam verilməsini tələb etdim.

Məlumat üçün bildirim ki, bu günə qədər “ABBASOĞLU İNŞAAT” MMC şirkətinə tərəfimdən 23 000 AZN ödənilib. Şirkət rəhbərliyi ödənişin yalnız bir qisminin (10 000 AZN) 12.09.2024 tarixinədək qaytarılacağına dair yazılı şəkildə söz verib. Buna baxamyaraq, qeyd olunan mənləğdən də cəmi 4 000 AZN ödəyib və qalan məbləği ödəyə bilməyəcəyini bildirir.

Cənab Tural İsmayılov!

Təbii ki, mən “ABBASOĞLU İNŞAAT” MMC-yə ödədiyim 23 000 AZN qarşılığında cəmi 4 000 AZN-nin geri qaytarılması ilə razı deyiləm. Odur ki, Azərbaycan Respublikasının İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanun 9-cu maddəsinə əsasən, müqavilələrin şərtlərinin pozulduğuna görə, ödədiyim məbləğin mənə tam şəklində qaytarılmasının təmin olunmasına və hüquqlarımın qorunmasına nəzarət etməyinizi xahiş edirəm”.

Hazırladı: Jalə FAMİLQIZI

Redaksiyadan: Mövzunu davam etdirəcəyik. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
@vrproject.az

TƏMİRƏ NƏZARƏT / PREMİUM PAKET YOXSA . . .

♬ оригинальный звук - vrproject.az

Dünyapress TV

Xəbər lenti