Ardını oxu...
Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti Ağsu şəhəri C.Cabbarlı küçəsi 4 ünvanında Rəhimov Əlyəddinə və M.Ə.Rəsulzadə küçəsi 19 ünvanında Mirzəliyev Sərkara 3 otaqlı fərdi yaşayış evinin tikintisi üzrə 23.10.2023-cü il tarixdə başladığı açıq tenderdü zərflərin açılıması tarixi 24.11.2023-cü ilə müəyyən edilib. Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti “BAKU BUILDING” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 163.645,9 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Amma qurumun Satınalma Komissiyası bu məlumatı nədənsə dövlət satınalmalarının vahid internet portalına 8 ay keçdikdən sonra, 24.07.2024-cü ildə yerləşdirib.

Bundan başqa Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyətinin 25.07.2024-cü ildə dövlət satınalmalarının vahid internet portalına yerləşdirdiyi məlumatda “BAKU BUILDING” MMC ilə Bərdə rayonu, Qaraqoyunlu kəndinin sakini Quliyeva Zeynəb Hadı qızına məxsus fərdi yaşayış evində bərpa işləri üzrə keçirilmiş satınalmanın nəticəsini açıqlayıb. Elanda qeyd olunub: Qalib təchizatçının adı: “Baku Building” MMC, VÖEN-i: 1300016391, Ünvanı: Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri Ə/V, ev 37B, İmzalanması nəzərdə tutulan müqavilənin məbləği: 46 999,99 AZN, Gözləmə müddətinin sonu: 01 avqust 2024 iş gününün sonu bitir.

FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyətinin 23.07.2024-cü ildə dövlət satınalmalarının vahid internet portalına yerləşdirdiyi məlumatda “BAKU BUILDING” MMC ilə Şəki şəhəri, B.Məmmədov küçəsi, ev 37 ünvanında yaşayan Məmmədzadə Gülnarə Lütvəli qızına məxsus fərdi yaşayış evinin təmiri və istinad divarının tikintisi üzrə keçirilmiş satınalmanın nəticəsini açıqlanıb. Elanda qeyd olunub: Qalib təchizatçının adı: “Baku Building” MMC, VÖEN-i: 1300016391, Ünvanı: Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri Ə/V, ev 37B, İmzalanması nəzərdə tutulan müqavilənin məbləği: 33.356,48 AZN, Gözləmə müddətinin sonu: 31 iyul 2024 iş gününün sonu bitir.

FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyətinin 11.06.2024-cü ildə dövlət satınalmalarının vahid internet portalına yerləşdirdiyi məlumatda “BAKU BUILDING” MMC ilə Qusar rayonu, Kuzun kəndində 2 ədəd 3 otaqlı fərdi yaşayış evlərinin tikintisi üzrə keçirilmiş satınalmanın nəticəsini açıqlanıb. Elanda qeyd olunub: Qalib təchizatçının adı: “Baku Building” MMC, VÖEN-i: 1300016391, Ünvanı: Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri Ə/V, ev 37B, İmzalanması nəzərdə tutulan müqavilənin məbləği: 162169,27 AZN, Gözləmə müddətinin sonu: 20 iyun 2024 iş gününün sonu bitir.

Qeyd edək ki, bu son üç satınalmanın nəticəsi barədə verilən məlumatda “Baku Building” MMC -yə məxsus olduğu göstərilən VÖEN-: (1300016391) əslində “TURANBANK” Açıq Səhmdar Cəmiyyətinə aiddir. Bundan başqa satınalmalar üzrə bağlanmış müqavilələr də dövlət satınalmalarının vahid internet portalına yerləşdirilməyib.

Açıq internet axtarış sistemləri üzərindən apardığımız araşdırmada məlum oldu ki, “BAKU BUILDING” MMC (VÖEN 1005706701) Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 14.01.2019-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, BİLƏCƏRİ Ə/V, ev 37B-də yerləşir. MMC-nin qanuni təmsilçisi Hüseynov Samir Rafiq oğludur. MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi Mirzəyev Əli Məmməd oğlu olub. Göyüşov Mahal İman oğlu da 2019-cu ilin fefral-sentyabr aylarında qanuni təmsilçisi olub.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Lisenziyaların və icazələrin vahid reyestri məlumatlarında MMC 26.12.2019-cu ildə tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə, 05.06.2020-ci ildə isə yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri üzrə lisenziya alıb.

Lakin elektron mediada yayılan məlumatlarda “BAKU BUILDING” MMC-nin adı bir çox şübhəli satınalmalarda hallanır. Belə ki, eyni vaxtda ayrı-ayrı rayonlarda təmir tikinti işləri üzrə satınalmaların qalibi olması, MMC-nin eyni vaxtda həm Bakı şəhərində, həm Şamaxı, həm Ağsu, həm Lənkəran, həm Kürdəmir, həm Neftçala, həm də Cəlilabad rayonlarında dövlət sifarişərini yerinə yetirməyə əmək müqaviləsi ilə çalışan peşəkar işçi qüvvəsinin olması (“Müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olması” ) meyyarı üzrə (işçilərin tələb olunan sertifikatlar) xüsusi tələblərə uyğun olmadığını açıq şəkildə göstərməkdədir.

Bundan əlavə “BAKU BUILDING” MMC ilə bağlanılmış müqavilələrin FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti tərəfindən dövlət satınalmalarının vahid internet portalına yerləşdirilməməsi satınalmalarda qanunsuzluqlara yol verildiyinə şübhələri daha da artırır. Bu şübhələr özünü qəzalı evlərin təımirinə, yeni fərdi yaşayış evlərinin tikintisinə ayrılan vəsaitlərdə də özünü göstərir. Məsələn Qusar rayonu, Kuzun kəndində 2 ədəd 3 otaqlı fərdi yaşayış evlərinin tikintisinə 162 169,27 manatın ayrılmasının özündə də şübhələr çoxdu. Burada qiymətlərin şişirdildiyi açıq-aydın görsənməkdədir.

Qeyd edək ki, “BAKU BUILDING” MMC -nin əsl sahibi Azərbaycanda “tender” kralı kimi tanınan iş adamı Ramazan Mirzəyevin qardaşı Əli Mirzəyevdir. MMC-nin 2019-cu ilin yanvarında yaradılmasının özü çox mətləblərdən xəbər verir. Belə ki, elektron mediada 2018-ci ildə Mirzəyev qardaşları arasında pay bölgüsü üstündə mübahisələrin yaranması barədə xəbərlər yayılıb. Məhz bundan Əli Mirzəyev öz şirkətini yaratmaq qərarına gəlib. Yaratdığı şirkət də qısa zamanda paytaxt daxil, ölkənin bir çox rayonlarında iri həcmli tenderlərin qalibi olub və olmaqda davam edir. Təbii ki, burada Əli Mirzəyevin köhnə əlaqələri də az rol oynamır. Məsələn, “BAKU BUILDING” MMC iyun ayında təkcə Mədəniyyət Nazirliyinə tabeli “Əsaslı Tikinti və Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyətinin 3 tenderinin qalibi olub və ümumi dəyəri 349 259 manat olan sifarişlər alıb. Əvvəllər də Mirzəyevlərə məxsus şirkətlərin Mədəniyyət Nazirliyinə tabeli qurumların tenderlərini udduqları barədə kifayət qədər məlumatlar var. MMC Xaçmaz rayon İcra Hakimiyyətinin çoxmənzilli yaşayış binalarının dam örtüyü və fasadın əsaslı təmiri işlərinin satınalınması üzrə 26.09.2024-cü ildə yekunlaşdırdığı tenderin də qalibi olub və tərəflər arasında 533.651,41 manat məbləğində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır.

Təbii ki, bütün bunları MMC-nin sahibi Əli Mirzəyev köhnə əlaqələrinin hesabına əldə edir. Axı o vaxtı ilə Ramazan Mirzəyevə məxsus olduğu deyilən onlarla “otkat” şirkətlərə də başçılıq edirmiş.

Aktualinfo.org
 
 
 
Ardını oxu...
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) balansında olan "Bakı 4 №-Li Yol İstismarı" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus asvalt zavoddan narazılıq var.
Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi ərazisində yerləşən "Bakı 4 №-Li Yol İstismarı" MMC-yə məxsus asvalt zavod işləyəndə havaya qatı və kəskin qoxulu tüstü buraxır. Ərazidə yaşayan sakinlər bildirirlər ki, çox vaxt gecələr işləyən zavodun tüstüsü evlərimizin içinə qədər gəlib çatır. Bundan başqa zavodda formalaşan çirkab sular yenə də gizli şəkildə Böyük Şor gölünə axıdılır.
Bildirək ki, havaya qatı və kəskin qoxulu tüstünün buraxılmasına görə "Bakı 4 №-Li Yol İstismarı" MMC rəhbəri Fazil Musayev bir neçə dəfə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən xəbərdarlıq və cərimə edilib.
ETSN-nin xəbərdarlıq və cərimələrinə baxmayaraq Fazil Musayev yenə də qatı tüstü buraxan və havanı zəhərləyən asvalt zavodunu işlətməkdə davam edir.
Qeyd edək ki, "Bakı 4 №-Li Yol İstismarı" MMC rəhbəri Fazil Musayev AAYDA İdarə Heyətinin sədri Saleh Məmmədovun yaxınlığı ilə tanınır. Məhz bu yaxınlığa görə Fazil Musayev dövlət vəsaitləri hesabına istehsal olunan asfaltın satışını da həyata keçirir.
Məsələ ilə bağlı araşdırmamız davam edir.(azfakt.com)
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 
Ardını oxu...
Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi ən böyük əməliyyatlarından biri ilə həbs edilən dəstə üzvlərinin məhkəmə istintaqı başlayıb.
“Qafqazinfo”nun məlumatına görə, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.
Bu iş üzrə altı nəfər müttəhim kürsüsündə əyləşir. Söhbət Bahadır və İkram Quliyev qardaşlarından, onların əmisi oğlu Fərhad Quliyev və onların işlərini görmüş Vəli Əliyev, Cavid Əzizov və Anar Əhmədovdan gedir. Onlar hamısı həbsdə mühakimə edilir.
Təqsirləndirilən şəxslər Yasamal rayonunda fəaliyyət göstərən şirkətlərində qara yolla pul köçürməklə məşğul olublar. İstintaq materiallarındakı ifadələrdən də görünür ki, müştərilər oranı “Bahadırın bankı” kimi tanıyırlar. İşlərin ən başında dayanan da elə Bahadır Quliyevdir. O, uzun illər Rusiyada yaşayıb, bütün işləri oradan idarə edib. Azərbaycandakı işlərə isə İkram nəzərət edib. Qardaşlar xarici ölkədən Azərbaycana, Azərbaycandan isə xaricə qanunsuz pul vəsaitləri köçürüblər. İstintaq müəyyən edib ki, şirkət xarici ölkələrə ümumilikdə 254 milyon 409 min 947 manat qanunsuz pul köçürüb. Bu vəsaitin 2 milyon 500 min manatı isə xidməthaqqı kimi onların özünə qalıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən ilk baxış iclasında ittiham aktı elan edilib. Təqsirləndirilən şəxslərdən Fərhad Quliyev özünü qismən təqsirli bilsə də, digərləri təqsirsiz olduqlarını deyiblər. Onların həbs qətimkan tədbirlərinin dəyişdirilməsi ilə bağlı vəsatətləri isə rədd edilib.
Məlumat üçün bildirək ki, polis əməkdaşlarının keçirdiyi əməliyyatla İkram Qasımovun evindən xeyli miqdarda qızıl, brilyant və digər zərgərlik məmulatları aşkar edilmişdi. İttihamda deyilir ki, dəyəri 1 milyon manata yaxın-853 min 771 min manat təşkil edən zinət əşyaları ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilib. İkram Qasımovun tapşırığı ilə Dubaydan aldıqları Avstriya, İsveçrə və Belçika istehsalı olan qiymətli əşyalar Azərbaycanın gömrük nəzarətindən kənar yolla keçirilərək ona çatdırılıb. Bu işdə isə vasitəçi Vəli Əliyev olub.
İkram Qasımov məhkəmədə bu epizoda toxunub, həmin zinət əşyalarının rəsmiləşmədiyindən xəbərsiz olduğunu deyib. İddia edib ki, gətirdiyi hər şeyi ölkəyə çatanda bəyan edib. O, bunu təsdiq edən sənədin məhkəməyə təqdim edilməsi üçün şərait yaradılmasını istəyib.
Vəsatət təmin edilməyib. Bahadır Qasımov isə məhkəmədə səhhətindən gileylənib, onun vəkili müvəkkilinin müayinəyə ehtiyacı olduğunu qeyd edib.
Məhkəmə bu vəsatəti qismən təmin edib. Amma müdafiə tərəfi qərarlardan narazı qalıb, hakimlərə etiraz edəcəkləri barədə ərizə təqdim olunacağını bildiriblər.
Əvvəl qeyd etdiyimiz kimi, təqsirləndirilən Fərhad Qasımov məhkəmədə özünü qismən təqsirli bilib. Amma istintaq dövründə F.Qasımov özünü tam təqsirli bilərək hər şeyi açıq danışıb. O, əmisi oğlanlarının uzun illər qanunsuz pul köçürməsi ilə məşğul olduqlarını, özünün də işlərə nəzarət etdiyini etiraf edib.
Əmioğlunun sözlərinə görə, Bahadır və İkram fəaliyyətlərini pərdələmək üçün Yasamaldakı sözügedən ofisdə “Qozan Travel” adlı turizm şirkəti yaradıbmışlar. Oranın da ayrıca işçiləri olub. Fərhad başqa bir ifadəsində şirkətdə pul köçürülməsinin qanunsuz həyata keçirilməsindən xəbərsiz olduğunu deyib.
Sözügedən zinət əşyaları ilə birgə təqsirləndirilən şəxslərə aid yarım milyardlıq əmlaklar üzərinə həbs qoyulub. Buraya “Range Rover”, “Bentley”, “Mercedes”, BMW, “Mitsubishi” və digər markalı minik avtomobilləri, bir neçə yük maşını, motosikletlər, Bakı, Abşeron və digər bölgələrdə yerləşən çoxsaylı mənzillər, bağ evləri, qeyri-yaşayış sahələri, qayıqlar, qarajlar daxildir.
Növbəti məhkəmə iclaslarında müttəhimlər sərbəst ifadə verməlidirlər.
 
Ardını oxu...
Naxçıvan qeydiyyatında olmayan avtomobillərin zorla sahiblərinin əlindən alınaraq, muxtar respublikadan çıxarıldığı bildirilir. Bu haqda "Gündəlik Naxçıvan" a yerli sakinlər məlumat verib. Onların dediyinə görə, polislər həyətlərə basqın edib, bu cür maşınları sahibindən icazəsiz evakuatorlara yükləyərək, naməlum istiqamətə aparırlar. Naxçıvan sakini Kərəm Məmmədov deyir ki, polislər anidən onun da yaşadığı binanın həyətəinə doluşub, avtomobilini zorla əlindən alıblar:
" Mənim maşınım Bakı nömrəsi ilədir, lakin etibarnaməni Naxçıvanda qeydiyyata saldırmışdım. 2015-ci ildən belə sürürdüm. 2020-ci ilin əvvəlindən qərar çıxardılar ki, etibarnamə ilə qeydiyyat ləğv olunur, bütün maşınlar Naxçıvan nömrəsi almalıdır. Yoxsa sürməyə qadağa qoyulacaq. Getdim nömrə almağa, dedilər ki, keçmiş nazir Əhməd Əhmədov o vaxt etibarnamə ilə qeydiyyata salanda saxtakarlıq edib. Yəni kitaba işləməyib. Ona görə də bu maşınların hamısı Naxçıvandan çıxmalıdır. Maşınımın nömrələrini açıb, dedilər ki, ya apar qoy həyətə, ya da çıxar Naxçıvandan. Çıxarmaq üçün pulum olmadığından, həyətdə saxlamışdım. Bu gün axşam gəlib, xəbərdarlıq etmədən evakuator qoyub apardılar. Dedilər ki, Bakıya göndəririk, gedib orda satarsan".
Kərəm Məmmədov deyir ki, hazırda Almaniyada olan qardaşının sosial şəbəkələrdə Naxçıvan rəhbərliyi əleyhinə çıxışlarına görə, polislər onunla digərlərinə nisbətən daha qəddar davranırlar:
" Mənə o vaxt polisdə dedilər ki, qardaşın Nadir, Vasif Talıbovun əleyhinə danışıqlarını yığışdırsın, sənin maşınına pulsuz nömrə verək. Hətta mənə aylıq pul da təklif edirdilər buna görə. Nadirə dedim, razı olmadı. DYP rəisi Ayaz Quliyev şəxsən dedi ki, o zaman bizdən incimə. Bu gün maşınımı aparmağa şəxsən Ayaz Quliyev də gəlmişdi. Dedi ki, Ali Məclisdən tapşırılıb ki, birinci sənin maşınını götürək. Maşını yükləyərkən, qəsdən vurub buferi də dağıtdılar. Soruşdum hara aparırsız, dedi ki, Naxçıvan qeydiyyatlnda olmayan maşınlar buranı tərk etməlidir. Bir yerə toplayıb, Bakıya göndərəcəyik".

 
Ardını oxu...
Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin tabeliyində fəaliyyət göəstərən Bakı Fəvvarələrin İstismarı İdarəsinin tenderinin nəticələri ləğv edilib.

XALQ.AZ xəbər verir ki, bu haqda məlumat rəsmi qaynaqlarda yayınlanıb.
Həmin məlumatda deyilir ki, sözügedən idarə 199.900,26 manatlıq dəftərxana və təsərrüfat mallarının satın alınmasını reallaşdırmaq niyyətində olub. Lakin AİİNBX qanunun 36.1.1-ci maddəsinin pozulmasını nəzərə alaraq, onun reallaşmasına qadağa qoyub.
Qeyd edək ki, R.Mehrəliyevin adı mətbuatda buna qədər də müxtəlif qalmaqallarda çəkilib. R.Mehrəliyevin rəhbərlik etdiyi departamentdə aşkarlanan böyük rüşvət və korrupsiya faktları olduğu iddia olunur.
 
Ardını oxu...
Artıq bir müddətdir ki, “Aztelekom” istifadəçiləri daima internet təchizatında yaranan ciddi problemlərlə üzləşir. Ölkə ərazisində verilən internetin sürəti qənaətbəxş deyil. Demək olar ki, bütün bölgələrdə eyni problemlər yaşanır. İstifadəçilər zəif “Wi-Fi” bağlantısından, internet keyfiyyətinin və sürətinin aşağı olmasından şikayətçidir. Ötən aydan isə internetin qiyməti 40 faiz artdıqdan sonra sürətində heç bir artım olmaması, əksinə daha da zəifləməsi insanlarda böyük narazılıq yaradıb. Sosial şəbəkələrdə istifadəçilərin böyük əksəriyyəti “Aztelekom”da sadəcə qiymətlər artdı”- deyə, narazılıq etsələr də, ancaq şirkət buna məhəl qoymur.

Bütün bunlar bir yana, əsas təəssüfləndirici məqam isə "Aztelekom”un abunəçilərini özündən asılı vəziyyətdə saxlamasıdır. Deməli, şirkət həm keyfiyyətsiz internet verir, həm qiyməti qaldırır, həm də şəbəkəni tərk edib başqa şəbəkələrə qoşulmağa icazə vermir. Yəni əgər istifadəçi bu şirkətdən ayrılıb digər şirkətlə əməkdaşlıq etmək istəyirsə, 150 manat cərimə ödəməlidir.

Bu barədə Publika.az-a Masallı rayonunun Həsənli kənd sakinləri tərəfindən şikayət daxil olub. Bildirilib ki, “Aztelekom” MMC onları qul kimi istismar edir.

“Hazırda Həsənli kəndində internet verilişində keyfiyyət çox aşağıdır. Amma “Aztelekom” keyfiyyətlə bağlı bizə yağlı vədlər vermişdi. Sakinləri inandırmışdı ki, onların xidmətindən istifadə etsək, sürətli internet əldə edəcəklər. Amma əksini gördük. Əvvəlkindən qat-qat keyfiyyətsiz xidmətlə üzləşdik. Ona görə də, kənd sakinləri “Aztelekom”un xidmətindən imtina edib başqa provayderə üz tutmaq istəyir. Ancaq “Aztelekom” bizə şəbəkədən çıxmağa icazə vermir. Bunun üçün abunəçilərdən 150 manat tələb edir. Səbəb isə ilk başda bağlanan müqavilə göstərilir. Halbuki, biz həmin müqaviləni oxumamışıq. Kəndçinin inamından, saflığından istifadə edərək müqaviləni oxumamış həmin sənədlərə qol çəkdiriblər, xidmət səviyyəsi isə demək olar ki, yoxdur”, - kənd sakinləri bildirir.

Kəndin 76 yaşlı sakini Gülnaz Məmmədova da “Aztelekom” tərəfindən aldadılıb. Bu yaşlı qadının evinə internet çəkiblər. Halbuki onun buna ehtiyacı yoxdur. Qadın bildirir ki, ümumiyyətlə internetdən istifadə etmir, telefon işlətmir. Amma şirkət onun evinə internet çəkib və iki aydır ki, yaşlı qadın təqaüdündən müəyyən məbləği “Aztelekom”a verir. O, internetdən imtina etmək istədiyini bildirsə də, şirkətdən ona deyiblər ki, ya 150 manat cərimə ödəməlisən, ya da bir il müddətinə imtina edə bilməzsən.

Maraqlıdır, vətəndaş keyfiyyətindən məmnun olmadığı xidmətdən imtina etmək üçün niyə pul ödəməlidir? Niyə müqavilə birtərəfli, ancaq şirkətin mənafeyi nəzərə alınaraq tərtib olunur? Qarşı tərəf işin keyfiyyətindən razı deyilsə, niyə ona təzminat ödəmək əvəzinə əlavə pul tələb edilir? Bu, insanların haqqına girmək, onları qul kimi özündən asılı vəziyyətdə saxlamaq, istismar etmək deyilmi?

Vətəndaşların problemləri ilə bağlı hüquqşünas Əsabəli Mustafayevin fikirlərini öyrəndik.Saytımıza açıqlama verən Ə. Mustafayev bildirdi ki, bu cür şikayətlər hər gün artmaqdadır.

“Müxtəlif provayderlərdən belə şikayətlər tez-tez olur, ən çox da “Aztelekom”dan. Bildiyimiz kimi, “Aztelekom” bu sahədə monopolistdir. Yəni o icazə verməsə, heç bir yaşayış ərazisinə internet çəkmək mümkün olmaz. Çünki sonradan o dalğa vermir, yəni bu, tamamilə “Aztelekom”un səlahiyyətindədir. Ona görə də, bu səlahiyyətlər “Aztelekom”dan alınmalıdır. Bu, dövlət şirkətidir. Ümumiyyətlə, dövlət müəssisələrinin kommersiya fəaliyyəti ilə məşğul olması düzgün deyil. Çünki bu zaman maraqların toqquşması, monopoliya baş verir. Onlar bu imkanlardan istifadə edərək öz istəklərini həyata keçirirlər. Yəni abunəçi bu provayderdən çıxıb başqa provayderə keçmək üçün mütləq “Aztelekom”un icazəsini almalıdır. Ona görə də düşünürəm ki, bu işdə əhalinin də günahı var. Çünki deyirlər ki, müqaviləni oxumadan imzalamışıq. Bu cür arqumentlər hüquqi arqumentlər deyil. Bildiyim qədər müqavilə bağlandıqdan sonra müəyyən dövr üçün istifadəçilərə pulsuz olaraq avadanlıqlar verilir və bildirilir ki, tutaq ki, il yarım ərzində müştərim olsan, həmin avadanlıqlar sizdə qalacaq. Yox, əgər müqavilədəki vaxtdan tez ayrılan zaman artıq onun pulunu qaytarmalısan. Həmin avadanlığı da bildiyim qədər geri qaytarmaq olmur. Yəni hər şey müqavilədən asılıdır. Düşünürəm ki, belə məsələlərdə hər iki tərəfi qınamaq lazımdır. Həm əhalini, həm də şirkəti. Əhalini ona görə ki, müqaviləni oxumadan qol çəkirlər. Onlara izah etmək lazımdır ki, müqaviləni oxumaq lazımdır. Əgər sizi qane etməyən bir məqam varsa, onu dəyişdirilməsini tələb etmək olar. Müqavilə tətbiq edilib, bütün bəndlər qeyd olunub, müştəri də vaxtından buna etiraz etməyib, ona görə hazırda “Aztelekom”a hüquqi cəhətdən heç bir irad göstərmək mümkün olmayacaq ki, sən niyə 150 manat tələb edirsən?”

Hüquqşünas onu da əlavə etdi ki, belə xidmətlərin göstərilməsində monopoliya olmamalıdır.

“Bu hüququn təkcə “Aztelekom”a verilməsi bazar iqtisadiyyatına uyğun olmayan, rəqabətə zidd olan bir məsələdir.

Bunu da ciddi vurğulamaq lazımdır. Bəlkə də, “Aztelekom” rəqabət içərisində olsaydı, həmin müqaviləni bir az yumşaq tərtib edərdi. İndi məhkəmələr də “Aztelekom”un arxasındadır, çünki bir dövlət qurumudur. Nazirliyin bir strukturudur. Ona görə də, bu məsələlərin daha geniş aspekti var. Söhbət burada təkcə 150 manatın geri qaytarılmasından getmir. Burada çox ciddi iqtisadi məsələlər var”.

Ə. Mustafayevin fikrincə belə halların yaşanmaması üçün ilk növbədə əhaliyə çağırış etmək lazımdır:

“İnsanlar oxumadan hər müqaviləyə qol çəkməməlidir. Hökumətə çağırış olmalıdır ki, “Aztelekom”un bu səlahiyyətləri məhdudlaşdırılsın. Çünki belə şikayətlər həddindən artıq artmaqdadır. “Aztelekom” bir çox yaşayış sahələrinə, məsələn, Novxanı bağlarına, Coratın böyük bir hissəsinə digər provayderlərin daxil olmasına imkan vermir”.

Kənd sakinlərinin şikayətinə aydınlıq gətirmək üçün “Aztelekom”un mətbuat katibi ilə əlaqə saxladıq.

Suallarımıza cavab olaraq Alida Mustafayeva bildirdi ki, həmin abunəçilər müqaviləyə qol çəkib, öhdəlik götürüblər.

Mobil telefonu olmayan, heç bir internetə çıxışı olmayan tənha bir qadının pensiyasından hər ay pul ayrılması məsələsinə gəlincə isə A. Mustafayeva bildirdi ki, araşdırılacaq və bu barədə sizə rəsmi məlumat göndəriləcək.
 
Ardını oxu...
"Azərsun Holdinq"ə daxil olan şirkətlərdən "Azərsun Kənd Təsərrüfatı Məhsulları" MMC və direktoru Tanrıverdi Halil məhkəməyə verilib.

32gun.az-ın əldə etdiyi məlumata görə, şirkət və direktoru müqaviləsiz işçi çalıştırılması ilə ittiham olunur.

Tanrıverdi Halil və direktoru olduğu Azərsun Kənd Təsərrüfatı Məhsulları" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə (Siyasi, Sosial Və Əmək Hüquqlari Əleyhinə Olan Inzibati Xətalar) protokol irəli sürülüb.

Hər iki məhkəmə işi Nizami rayon məhkəməsində hakim Nigar Qədirlinin icraatındadır.

Bildirək ki, nizamnamə kapitalı Tanrıverdi Halilin qanuni təmsilçisi və direktoru olduğu Azərsun Kənd Təsərrüfatı Məhsulları" MMC-nin nizamnamə kapitalı 41000000 AZN-dir.

İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000-2000 manatadək, vəzifəli şəxslər 3000-5000 manatadək, hüquqi şəxslər 20000-25000 manatadək məbləğdə cərimə edilir.

Xatırladaq ki, "Azərsun Holdinq”in sahibi Azərbaycanda fəaliyyət göstərən türkiyəli iş adamı Abdolbari Gozaldır.
 

Ardını oxu...
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi "Badam Medical"ı cərimələyib.

Gundeminfo.az xəbər verir ki, Bakı Şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili baş idarəsi "Badam Medical" Nəhdud Nəsuliyyətli Cəmiyyətində (VÖEN1006179581) ciddi maliyyə pozuntuları aşkarlayıb.

Klinikada həkim səhlənkarlığı səbəbiindən səhhətində ciddi problemlər yaranan vətəndaş Gülşən Əliyeva Vergi Xidmətinə müraciət edib. O, kilinikada 10 min manatdan çox pulunun qanunsuz olaraq alındığını iddia edərək, dövlət qurumuna müraciət edib.
Ardını oxu...

İyul ayının 24-də Vergi Xidmətindən vətəndaşa verilən cavabda qeyd edilir ki, Baş İdarənin müvafiq qərarına əsasən "Badam Medcial" Məhdud Məsuliyyətli Cəmiyyətində vergi nəzarəti yoxlaması həyata keçirilib.

Gundeminfo.az xəbər verir ki, "Badam Medical"da əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktları aşkarlanıb və bu müvafiq olaraq rəsmiləşdirilib.

Bu rəsmi fakt da onu sübut edir ki, "Badam Medical"da vətəndaşlardan alınan pullar rəsmiləşdirilomir və kassaya vurulmur.

Elə rredaksiyamıza müraciət edən vətəndaş Gülşən Əliyeva da klinikada əməliyyat üçün verdiyi 10 min manatın qəbzini ala bilmədiyi üçün əziyyət çəkir.

Mövzu ilə bağlı araşdırmalarımız davam edir. qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Ardını oxu...
Şəki rayonun Baş Göynük kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, “Nəbz” klinikansının arxasında kirayədə yaşayan Müstafayev Toğrul Kərim oğlu "Azərbaycan Reallığı"na müraciət edərək aidiyyəti qurumlardan kömək istəyib.

Onun sözlərinə görə, Nərimanov parkında təmir və abadlıq işlərinin görülməsində onun və daha 7 nəfərin pulu mənimsənilib. Təxminən 15 min manat mənimsənilən pulu bu vaxta kimi ala bilməyiblər.

Narazı vətəndaş yazır:

Cənab Pirezdent, biz sizə minnətdarlığımızı bildirmək istəyirik ona görə ki, Siz 44 günlük Vətən Müharibəsinə Qarabağ Problemini birdəfəlik həll etdiniz. Biz də bir seçici kimi 7 fevralda hamılıqla Sizi yenidən dövlətimizə başçı seçdik. İndi sülh dövründə Siz həm azad edilmiş torpaqlarda, həm də Bakının bir çox işlərin görülməsinə start vermisiniz.

Sizin şəxsən bu ilin iyulun 2-də açılışında iştirak etdiyiniz “Nərimanov” parkında biz 7 nəfər daş ustası döşəmə tamett-metlax işləri görmüşük. Gördüyümüz işlərə isə Nərimanov rayon RJU-nun müdiri Manaf Manafov nəzarət edirdi. Gördüyümüz işlərin haqqının bir hissəsi iş gördüyümüz zaman ödənilmişdir.

Manaf müəllim 3 aydır ki, bu gün sabah deyərək pullarımızın verilməsinə vədlər versə də, hələlik görünən budur ki, ortalıqda heçnə yoxdur. Hər dəfə bizi aldadır. 7 nəfər qalmışıq ortada, ailəmiz isə rayonda gözləri yolda bizi gözləyir. Ailələrimizin tək gəlir yeri bizik, dərdimizi hara və kimə desəkdə çarə edən yoxdur.

Ona görə də, cənab Prezident, Sizdən çox xahiş edirəm ki, bizim çoxumuzun iş dalınca Bakıya gələrək kirayədə yaşamağımızı nəzrə alaraq “Nərimanov” parkda gördüyümüz işlərin son hesablaşması olan 15000 manatın kimə verilməsi barədə araşdırma aparılmasına göstəriş verəsiniz".
Ardını oxu...
Xatai rayonu, Xudu Məmmədov küçəsinin sakinləri tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Sakinlər bildirirlər ki, dünən gecədən etibarən əraziyə suyun verilməsi dayandırıldığından, ciddi problem yaşayırlar:

“Sentyabrın 23-dən 24-nə keçən gecə, saat 12:00-dan Xətai rayonuna suyun verilməsi dayandırılıb. Binalardan su çənləri yığışdırıldığından, tamamilə susuz qalmışıq. Deyirdilər ki, səhər saat 12-də su veriləcək. Lakin saat 15:30-dur, hələ də su gəlmir. Demək olar, 1 aydan çoxdur ki, ərazidə təmir işləri aparılır, hələ də yekunlaşdıra bilmirlər.

Körpə var, qoca var, heç düşünmürlər. Gecəni yola vermək olur, bəs gündüz susuz necə yaşayaq? Hər kəsin ayrıca su çəni olsaydı, suyun kəsilməsi insanlara o qədər də təsir etməzdi. Fasilə ilə də vermirlər, suyu tamamilə dayandırıblar”.

Xatırladaq ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə daxil olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı publik hüquqi şəxsin mətbuat xidmətinin əməkdaşı Ceyhun Musaoğlu suyun kəsiləcəyi haqda öncədən məlumat vermişdi: “Magistral su kəməri üzərində aparılacaq təmir işləri ilə əlaqədar sentyabrın 23-dən 24-nə keçən gecə saatından etibarən 24 sentyabr saat 12-yə qədər Xətai rayonunun bəzi ərazilərinə suyun verilməsində fasilə yaranacaq. Müvəqqəti narahatlığa görə üzr istəyirk”.

Bu gün saat 12:59 radələrində C.Musaoğlu ilə əlaqə saxladıq. O, “Xətai rayonunda təmir işləri yekunlaşır”, - deməklə kifayətləndi.

Çox təəssüf ki, saat 16:00 olsa da, hələ də Xətai sakinlərinin su problemi həll olunmayıb.

Jalə FAMİLQIZI

Hurriyyet.az
 
 

 


Dünyapress TV

Xəbər lenti