Ardını oxu...
Xəbər verdiyimiz kimi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin(MÜTDA) direktor müavini Mehriban Vəliyeva VII çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib. Mehriban Vəliyevanın mandat qazanmasından sonra Elm və Təhsil nazirliyi sistemində MÜTDA-nın direktor müavini postu uğrunra rəqabət qızışıb.

Editor.az məlumatlı mənbələrə istinadən xəbər verir ki, MÜTDA-nın direktor müavini postu uğrunda Gəncə-Daşkəsən regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyevlə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev gərgin mübarizə aparır. Hər iki regional idarə müdirinin nazirliyinin ayrı-ayrı rəhbər şəxsləri tərəfindən dəstəkləndiyi bildirilir. İddialara görə, Anar Qədiməliyevin namizədliyi Elm və Təhsil nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, Coşqun Əliyevin namizədliyi isə nazir müavini Həsən Həsənli tərəfindən dəstəklənir.

Editor.az xatırladır ki, MÜTDA-nın direktor müavini postu uğrunda çalışan hər iki müdir medianın gündəminə mütəmadi olaraq, qalmaqallı xəbərlərlə gəlir.

Məsələn keçmiş deputat, təhsil eksperti Etibar Əliyev Anar Qədiməliyevin ünvanına ağır ittihamlar səsləndirmişdi: “Anar Qədiməliyev təhsil işçisi deyil. Anar Qədiməliyev heç vaxt sinif otağında olmayıb və pedaqogikadan təsəvvürü yoxdur. O məktəbləri dağıtmaq, korrupsiyanı genişləndirmək üçün müdir təyin edilib.”

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyevin də vəzifəyə təyinatı mediada geniş müzakirələrə səbəb olmuşdu. Mediada Coşqun Əliyev təhsildən xəbərsiz, geniş biznes şəbəkəsinə sahib şəxs kimi təqdim olunur: “Coşqun Əliyev ilk əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin müdiri vəzifəsində çalışıb. Daha sonra atasının parkinq və istixana biznesinə nəzarət edən Coşqun Əliyev, qəflətən Xızı-Abşeron Regional Təhsil İdarəsinin müdiri müavini vəzifəsinə təyinat alıb. Mətbuata təkzib edilməyən məlumatlara görə Coşqun Əliyevin atası, sabiq məmur Vidadi Əliyev Azərbaycanda ən böyük pomidor istixanalarına sahibdir. Zirədə yerləşən bu istixanalarda yetişdirilən pomidorlar əsasən Rusiyaya ixrac edilir.

Eyni zamanda onların yanacaqdoldurma məntəqələrinin və xeyli sayda kirayə verilən obyektləri də var. Bu obyektlərdən biri Yasamal rayonunda klinika kimi fəaliyyət göstərir.

Coşqun Əliyevin mərkəzdə -Bakıda daha yüksək vəzifəyə gəlməkdə məqsədi həm də bizneslərinə ciddi nəzarət etməkdir”.
 

Ardını oxu...
Yerli KİV-də Naxçıvan Muxtar Respublikasının "şəriksiz rəhbəri" kimi xarakterizə olunan və bu səbəbdən ayrı-ayrı jurnalistlər tərəfindən CANİŞİN kimi təqdim olunan Fuad Nəcəflinin idarəçiliyi də Vasif Talıbov dövrünü aşkar surətdə xatırlatmaqdadır. Prezidentin xüsusi nümayəndəsi postunu tutan Fuad Nəcəfli özünü rəsmən XAN kimi aparır və onun yaxınları, habelə qohumları da eyni qaydada YENİ XANIN əshabəsi kimi bu gün Naxçıvanda rəsmən at oynatmaqdadırlar. Bu barədə Dia-az.İnfo-ya yazan oxucuların gileylərindən və məlumatlarından da anlamaq mümkündür.
Məsələn oxuculardan biri Dia-az.İnfo-ya yazır: "Şahbuz rayonunda Fuad Nəcəflinin doğmaca əmisi oğlu Emil Nəcəfli rəsmən vəzifə alveri ilə məşğuldur və ona bu şərait məhz Fuad Nəcəfli tərəfindən yaradılıb".

Mənbə konkret olaraq fakt da göstərir: "Məsələn, Şahbuz rayon kommunal müəssisələr kombinatına yeni direktor təyin olunub və yeni rəhbər Emil Nəcəflinin "bığının altından keçib". Bu da bizim yeni ədalətli hökumətimiz..."

Qeyd edək ki, Fuad Nəcəfli digər gəlirli sahələri də ayrı-ayrı yaxınlarına və qohumlarına həvalə edib. Bu barədə növbəti materialda...
Ardını oxu...
TEREF yazır ki, Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İB-nin sədri Mirvari Qəhrəmanlı sosial şəbəkə profilində paylaşdığı şikayət müraciətini oxuculara təqdim edirik:
Şikayət
Salam Mirvari xanim. Yene de neçe gundur SOCAR-n insan resurslari departamentinin anormal portali işçileri insan yerine qoymamağa başlayib. Bele ki, hemin portalin vakansiya bölümüne daxil olmaq olmur. Bu ANOMALIYA lazim olan vaxtlarda meqsedyönlü edilir, yoxsa normal mütexessis yoxdur ki portali işletsin men deye bilmerem, amma bu problemden oteri men Azerbaycan respublikasinin prezidenti cenab Ilham Eliyeve, Dovlet Tehlukesizlik Xidmetine, SOCAR baş ofisine defelerle muraciet etsem de bu problem illerdir davam etmekdedir. Işçiler portalin vakansiya bölümüne daxil ola bilmirler. Eger portal normal işlemirse demek ki, portalda heç bir vakansiya elana çixarila bilmez çünki burada EDALETSIZLIK fakti var! Illerdir vakansiya gozleyen işçi lazim olan vaxti portala daxil ola bilmemekle yene de illerle gözlemeli olacaqdir. Buna gore de bu meseleni yuxari instansiyalara çatdirmaq lazimdir. Xahiş edirem maksimum derecede bu problemi qabardasiniz! Daha ne qeder kadrlara, ora - bura zeng etmek, yazmaq olar??? Besdirin de işçilerin başina oyun açdiniz!!! Saxlayin butun emeliyyatlari, işçiler arasinda monitorinq aparin gorun normal daxil ola bilirler ya yox! Bu qeder departament işçileri neye maaş alir eger portal adam balasi kimi işlemirse? Gelib sahelerde min dene nöqsan axtarirlar, ne bilim quyunun flendindeki sancaği bir terefden çox çixir o biri terefden az - guya yivler her terefden beraber gorsenmelidir!!! Probleme bax a kişi?! Bu boyda portalda hengameni duzelde bilmirsiz gelib yivleri sayirsiz!
Bu problemlerden oteri de cenab prezidente şikayet etmeliyik?
Işlede bilmirsiz işletmeyin de bu ... !!!
Imza: Rac Kerimov.
TEREF
 
 
 
Ardını oxu...
Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi (DİM) Dövlət Qulluğu imtahanının test mərhələsindən uğurla keçən və işə qəbul olmaq istəyən gəncləri müsabiqə mərhələsini aparır. Tribunainfo.az xəbər verir ki, müsahiqə mərhələsində 3 şəxs iştirak edir.

Belə ki, onlardan biri işə qəbul edən qurumun nümayəndəsidir. Digəri DİM-in nümayəndəsi olaraq prosesə qatılır. Üçüncüsü isə ictimaiyyət nümayəndəsi olaraq, ictimaiyyəti təmsil edir.

TEREF bildirir ki, Tribunainfo.az bu mövzuda maraqlı bir araşdırma aparıb. Bu zaman məlum olub ki, DİM-in məlum müsabiqələrində ictimaiyyəti təmsil edən şəxs “məşhur” Təmraz Tağıyevdir. Bəli, səhv bilmədiniz. Bir qədər əvvəl haqqında məlum video yayılan şəxsdən söhbət gedir.

Qeyd edək ki, Nərimanov Bələdiyyəsinin sədri olan bu yaşlı adamın hələ bir müddət əvvəl heç də yaşına, tutduğu vəzifəsinə uyğun olmayan videosu yayılmışdı. Həmin hadisədən sonra istefa verib, evinə çəkiməli olduğu halda, Təmrza Tağıyevi yeni kadrların seçilməsi məsələsində “başbilən” təyin ediblər.

Özünə nəzarət edə bilməyən, ciddi əxlaq problemi yaşayan Tağıyevin idarəetməyə iddialı olan gənclərimizi seçməsi nəinki nonsensdir, həm də biabırçılıqdır. Bir sözlə, gələcəyimiz “etibarlı” əllərdədi.
 
Ardını oxu...
"Sumqayıt" bu mövsüm ardıcıl dördüncü məğlubiyyətini aldı. Komanda qeyri-stabil çıxış edir və oyun planı baxımından ciddi problemlər yaşayır. Hücum xəttinin effektsizliyi və müdafiədəki səhvlər komandanı ardıcıl məğlubiyyətlərə sürükləyir. Lakin belə problemlər təkcə meydanda deyil, klubun daxilində də özünü göstərir.

Məğlubiyyətlər silsiləsi, azarkeşlərin narazılıqları və klub daxilində yaşanan gərginliklər Samir Abasovun rəhbərlik etdiyi kollektiv üçün ciddi problemlərə işarədir.

Bu mövsüm “Sumqayıt”ın əsas problemlərindən biri təhlükəli hücum epizodları yarada bilməməsidir. Samir Abasov da bu çətinliklərin fərqindədir və komanda daxilində ciddi qərarlar verməyin vaxtı çatdığını bildirib. Amma ortaya belə sual çıxır: Bu qərarlar komandanı böhrandan çıxarmaq üçün kifayət edəcəkmi?

Samir Abasov və Riad Rəfiyev arasındakı gərginlik: Əsas problem bu ola bilərmi?

Klub daxilindəki problemlərin kökü təkcə oyun meydanında deyil. Deyilənə görə, mövsümün əvvəlindən bəri klub prezidenti Riad Rəfiyev və baş məşqçi Samir Abasov arasında soyuqluq hökm sürür. Bu, klubun daxili atmosferinə mənfi təsir göstərir və idarəetmə ilə texniki heyət arasındakı gərginlik meydanda da öz əksini tapır. Əgər komanda rəhbərliyi və məşqçi arasında düzgün bir harmoniya qurulmasa, meydandakı problemlərin həlli daha da çətinləşə bilər.

Komandanın pis vəziyyətdə olmasının digər bir vacib səbəbi kimi futbolçulara maaşların vaxtında ödənilməməsi göstərilir. Bu, oyunçuların motivasiyasına ciddi təsir göstərə bilər. Maddi problemlərin və daxili gərginliklərin mövcud olduğu bir mühitdə uğur gözləmək real deyil. Məhz bu çətinliklər və rəhbərlikdəki problemlər komandanın pis performansına səbəb ola bilər.

Futbolçuların maaş problemi

Bir klub rəhbərinin əsas vəzifələrindən biri futbolçuların maddi tələblərini vaxtında qarşılamaqdır. Lakin "Sumqayıt"ın hazırkı vəziyyəti göstərir ki, Rəfiyev bu sahədə də uğursuzluğa düçar olub. Futbolçuların maaşlarının vaxtında ödənilməməsi meydanda göstərdikləri performansa birbaşa təsir edir. Heç bir peşəkar futbolçu maddi çətinliklər içində oynamaq istəməz. Bu maliyyə problemləri klubun daha da dərinə gedən böhran yaşamasına səbəb olur.

Azarkeşlərin narazılığı artır

Azarkeşlər komandanın son nəticələrindən narazıdır. Çünki bu vəziyyət uzun müddət belə davam edə bilməz və Abasova olan təzyiq hər keçən gün artır. Bəzi mənbələrə görə, Samir Abasova komandanı düzəltməsi üçün vaxt verilib. Amma burada sual yaranır: “Sumqayıt”ın bu dərin böhrana düşməsinin səbəbi təkcə baş məşqçi Samir Abasovdur, yoxsa məsuliyyətin daha böyük hissəsi klub rəhbəri Riad Rəfiyevin üzərinə düşür?

Azarkeşlər artıq klub rəhbərliyinin bu problemi həll edə biləcəyinə inanmır. Hər bir məğlubiyyətdən sonra daha da artan narazılıq azarkeşlərin səbir kasasını daşırıb. Rəfiyevin rəhbərliyi altında “Sumqayıt”ın uğursuzluqlarının davam etməsi, klubun gələcəyinə olan inamı da sarsıdır. Azarkeşlər artıq klubun düzgün idarə edilmədiyini görür və bu da klub rəhbərliyinə qarşı tənqidlərin artmasına səbəb olur. Bu vəziyyət Rəfiyevin istefa verməsi tələblərini daha da gücləndirir.

Riad Rəfiyev vəziyyəti düzəldə bilmir, yoxsa bacarmır?

Baş məşqçi ilə rəhbərlik arasındakı problemlər, futbolçuların maliyyə çətinlikləri və meydandakı pis performans "Sumqayıt"ın bu mövsüm çıxılmaz vəziyyətdə olmasına səbəb olub. Klubun prezidenti Riad Rəfiyev hələ də problemləri aradan qaldırmaq üçün ciddi addımlar atmır və ya bu addımlar kifayət qədər təsirli deyil. Əgər belə davam edərsə, "Sumqayıt" üçün bu mövsüm daha da çətin keçə bilər.

"Sumqayıt"da vəziyyətin düzəltməsi üçün təkcə baş məşqçinin taktiki dəyişikliklər etməsi kifayət etmir. Klub rəhbərliyi, xüsusilə də Riad Rəfiyev maliyyə problemlərini həll etməli, futbolçuların motivasiyasını artırmalı və klubdaxili gərginliyi aradan qaldırmalıdır. Əks halda, mövsümün qalan hissəsində də komandanın ardıcıl məğlubiyyətlər yaşaması qaçılmaz olacaq.
sportlife.az
 
 
 
Ardını oxu...
"Qış Parkı" ərazisindəki eskalatorlar illərdir ki, yararsız vəziyyətdədir. 2013-cü ildə əsası qoyulmuş parkda bu eskalatorların ömrü bir neçə ildən daha çox çəkə bilmədi. İstifadəçilər qeyd edir ki, problemlə əlaqədar bir neçə dəfə gəlib, əraziyə və avadanlıqlara baxış keçirilsə də, ortada ciddi bir nəticə yoxdur. Eskalatorların xüsusilə yağış suyu səbəbindən yararsız vəziyyətə düşdüyü barədə iddialar səslənsə də, bu, ağlabatan görsənmir. Çünki zatən bu avadanlıqların bir hissəsi yeraltı keçiddən bayırda yerləşdiyindən, istehsalçı şirkət dəyişkən hava şəraitini və fəsilləri mütləq nəzərə alır. Yağış suyu səbəbindən yararsız vəziyyətə düşən eskalatorlar ya əvvəldən problemli olub və ölkəyə gətirilən bu avadanlıqlar "ikinci əl" olaraq ölkəyə daxil edilib, ya da ola bilsin, qurğunun dözümlülüyü, baxımı və təmizlənməsi əlavə maliyyə tələb etdiyindən, onun fəaliyyətinə xitam verilib. Təbii ki, bütün bunlar sadəcə fərziyələr, iddialardır. Ancaq niyə hələ də işləməməsi, təmir edilməməsi barədə suallara aidiyyəti qurum və ya qurumlar cavab vermir.
Məlumat üçün qeyd edək ki, 11 il öncə ölkəyə gətirilən və Qış Parkında istifadəyə verilən bu qurğular illərdir çalışmadığı kimi, hətta bəzi yerlərdə əlillər üçün nəzərdə tutulmuş xüsusi qurğular sökülərək, yoxa çıxarılıb. Asudə vaxtını adıçəkilən ərazidə keçirmək istəyən vətəndaşların arasında heç şübhəsiz ki, fiziki məhdudiyyətli insanlar da var. Bununla belə, onların parka gəlmələri, yeraltı keçidlərdən istifadə etmələri demək olar ki, mümkünsüzə çevrilib. Ekskalatorlar uzaq məsafədə yerləşən yol üzərindəki piyada zolaqlarından istifadə etsələr də, parkın ətrafındakı balaca dəmir hasarlar fiziki məhdudiyyətli vətəndaşların parka daxil olmasına mane olur. Bu səbəbdən onlar mütləq yeraltı keçiddən - onlar üçün nəzərdə tutulmuş xüsusi qurğulardan istifadə etmək məcburiyyətində qalırlar. Təəssüf ki, artıq həmin qurğular da gözə dəymir.

Qeyd edək ki, "Qış Parkı" kompleksi şəhərin içərisində ən böyük parklardan biridir. Ərazisi 7 hektar olan parkın uzunluğu 1 km, eni isə 150 metrdir. İstirahət parkının 20 min kvadratmetrlik sahəsinə qranit və keramit plitələr döşənib. Burada 5 fəvvarə kompleksi quraşdırılıb. Kompleksdə 7 yeraltı keçid inşa olunub. Keçidlərdə 24 eskalator quraşdırılıb. İndi isə həmin eskalatorların böyük bir hissəsi yararsız haldadır.

Mətin Şükürlü, Bizimyol.info
 
Ardını oxu...
Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası (AHİK) Səttar Mehbalıyevin 33 illik şahənşahlığına son qoyulduqdan sonra rəhbər dəyişikliyi baş verdi. Tribunainfo.az xəbər verir ki, köhnə sədri əvəzləyən Sahib Məmmədov isə həmkarların hüquqularını müdafiə etmək əvəzinə, siyasətlə məşğul olmağa başlayıb.

Bildirək ki, Sahib Məmmədov AHİK sədri seçiləndən sonra “Trend” İnformasiya Agentliyinə bir neçə müsahibə verib. Lakin o, müsahibələrinin heç birində AHİK-dəki durum, həmkarlar ittifaqının hansı işlər görəcəyindən bəhs etməyib. Əksinə, yeni sədr təpədən-dırnağa politoloqluq edərək, Azəbaycanın antiterror əməliyyatlarından, xarici və daxili siyasətindən danışıb. Sanki Sahib Məmmədov AHİK sədri deyil, politoloq və ya siyasi partiya rəhbəıridir.

Qeyd edək ki, böyük əksəriyyət AHİK-dəki dəyişiklikdən sonra yeni tendensiyaların yaranacağına, islahatların aparılacağına, yeniliklər edəcəyinə, uzun illərdir kreslolalarına yapışmış şəxsləri uzaqlaşdıracağına böyük ümidlər bəsləyirdi. Hətta yeni kadrları gözləyənlər də az deyildi. Amma bunun əksi baş verməyə başladı. Məlum oldu ki, Sahib Məmmədov da Səttar Möhablıyevdən fərqli biri deyil. Elə ritorikası da onunkundan fərqlənmir.

Tribunainfo.az bildirir ki, Sahib Məmmədovun davranışları onu deməyə əsas verir ki, onun məqsədi nəyisə dəyişmək deyil. Elə köhnə konyuktura ilə işləməkdir. Bu da işçilərin hüquqularını müdafiə edən qurumun fəaliyyətində marağı olan, onun dəyişməsini istəyənlərin ümidlərini doğrultmur. Həmçinin AHİK-in media ilə əlaqələndiriciləri elə eyni adamdır. Ki, Sahib Məmmədova öz işi ilə bağlı deyil, siyasi şərhlər verməsini məsləhət biliblər.

Bütün bunlar isə onu deməyə əsas verir ki, AHİK-in yeni sədri köhnə komandanın əlində əsir-yesir qalıb. Və onların təsirindən çıxa bilməyib və çıxa bilməyəcək. Çünki onların dedikləri, məsləhətləri ilə hərəkət edir.

Məsələnin pis tərəfi odur ki, Sahib Məmmədovdan işçilərin hüququları ilə bağlı cəsarətli açıqlamalar verilməsi gözləntiləri də xəyal olub. Halbuki o, təkcə bu məsələni deyil, illərlə həmkarlara pul ödəyib sanatoriyada müalicə və istirahət huquqndan məhrum olan vətəndaşların huquq maarifləndirməsi yonündə seminarlar, görüşlər təşkil etməli idi.

Bir sözlə, Sahib Məmmədov AHİK-də “köhnə hamam, köhnə tas” yanaşmasından kənara çıxmayıb.
 
 
 

Ardını oxu...
Ayrı-ayrı qurumların reklamları ilə fəaliyyətlərinin üst-üstə düşməməsi artıq ənənə halını alıb ki, bu da daha çox nəzarətsizliklə əlaqələndirilir. Dia-az.İnfo xəbər verir ki, məhz bu səbəbdən də müştəri narazılığının sayı da durmadan artmaqdadır. Özlərini nəzarətsizlikdə hiss edənlər istədiklərini edirlər. Aşağıda təqdim edəcəyimiz fakt da bu qəbildəndir... növbətidir...

Ardını oxu...

Beləliklə, Elşən hüseynsoy adlı sosial şəbəkə istifadəçisi "Müştəriyəm Şikayətim Var" qrupundakı paylaşımında başına gələnləri belə nəql edir:

Ardını oxu...
Ardını oxu...

"Menyusuna baxıb... hətta soruşub da getdiyimiz "Retro Şam" restoranı... (Köhnə "Oazis" tərəf...) Menyuda çay dəstgahını 25 manata yazıblar.

Getdik... soruşduq... Bəli, elədir... Oturandan sonra bəs gəlib ki, yeməkdən sonra 25 manatdır. Belə 50 manat olacaq,

Belə xidmət... tərbiyəsizlik yoxdur..."
 

Ardını oxu...
Ekspert Kamran Əsədov təhsil sistemində dəyişilməsini lazım bildiyi məqamları açıqlayıb.

Dia-az.İnfo xəbər verir ki, onun fikrincə, orta məktəbdə təhsil sistemində dəyişikliklər edilməsi zəruri olan istiqamətlər aşağıdakılardır:

“1. Fənlərin inteqrativ tədrisi.

Şagirdlərə müxtəlif fənlərin bir-biri ilə əlaqəsini göstərmək və təcrübi bacarıqların inkişafına daha çox diqqət yetirmək lazımdır. Bu, təhsilin daha mənalı və praktiki olmasına kömək edə bilər.

2. Kurikulumun yenidən nəzərdən keçirilməsi.

Kurikulumlar müasir tələblərə uyğun olaraq yenilənməlidir. Xüsusilə texnologiya, rəqəmsal bacarıqlar və tənqidi düşünmə kimi sahələrə daha çox diqqət verilməlidir.

3. Müəllimlərin peşəkar inkişafı.

Müəllimlər üçün davamlı peşəkar inkişaf proqramları təşkil edilməli, onların yeni pedaqoji metod və texnologiyalardan xəbərdar olmaları təmin edilməlidir.

4. Təhsildə fərdiləşdirilmiş yanaşma.

Hər bir şagirdin fərdi maraqları, qabiliyyətləri və inkişaf sürəti nəzərə alınaraq təhsil fərdiləşdirilməlidir. Bu, həm istedadlı şagirdlərə, həm də çətinlik çəkənlərə daha uyğun təhsil imkanları yarada bilər.

5. Texnologiyanın təhsilə inteqrasiyası.

Rəqəmsal platformalar, onlayn mənbələr və digər texnologiyalar vasitəsilə tədris resursları daha geniş şəkildə tətbiq edilməli və interaktiv təhsil imkanları artırılmalıdır.

6. Məktəbəqədər təhsilin gücləndirilməsi.

Məktəbəqədər təhsil erkən yaşda təməlin qoyulması baxımından vacibdir. Dövlət və özəl bağçaların keyfiyyətinin artırılması gələcək uğurlar üçün həlledici ola bilər.

7. Şagirdlərin yüklənməsinin azaldılması.

Erkən yaşlarda əlavə hazırlıq kursları və çox sayda ev tapşırığı şagirdlərə əlavə stress yaradır. Bu yüklənmə balanslaşdırılaraq daha sağlam inkişaf mühiti yaradılmalıdır.

8. Karyera istiqamətləndirilməsi və praktiki təcrübə.

Orta ümumtəhsilin son illərində şagirdlərə müxtəlif peşə sahələri haqqında məlumat vermək və onları praktiki təcrübə ilə təmin etmək daha yaxşı karyera seçimləri etmələrinə kömək edə bilər”.

Ekspert hesab edir ki, bu istiqamətlərdə dəyişikliklər təhsil sistemini daha səmərəli və müasir dövrün tələblərinə uyğun hala gətirə bilər.
 
Ardını oxu...
44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı Şanlı Qələbədən sonra 10 noyabr 2020-ci il tarixində üçtərəfli bəyanatın imzalanmasından sonra Qarabağ bölgəsində nisbi sabitlik yarandı, ölkəmiz 30 il düşmən işğalında olan torpaqlarımızda bərpa-quruculuq işlərinə başladı və bu ərazilərdən didərgin düşmüş soydaşlarımızın doğma yerdlarına qayıdışlarına start verildi. Bu gün azad edilən ərazilərdə geniş quruculuq işləri həyata keçirilir və bu işlər günü-gündən daha geniş vüsət alır.
Təəssüflər olsun ki, üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin bir hissəsi hələ də qalmaqdadır və onların mövcudluğu regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyi idi. Öz mənfur əməllərindən əl çəkməyən ermənilər Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasətinin davamı olaraq sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxmış və mülki şəxslər həlak olub. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak olub və yaralanıb.
Bütün bu genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə sentyabrın 19-da bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Azərbaycan Ordusu bu dəfə də dünyada misli görülməmiş hərbi uğura imza atdı. Əməliyyat nəticəsində 1761 hədəf məhv edildi, amma 1 nəfər belə mülki sakinə zərər dəymədi. Eyni zamanda, revanşist qüvvələrə, ermənilərin arxasında duran dövlətlərə və təşkilatlara gücümüzü göstərdik. Azərbaycanın torpaqlarında gözü olanlara qandırdıq ki, biz güclüyük və basılmazıq.
Azərbaycanın Qarabağ bölgəsində 10 mindən artıq Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri mövcud idi. Halbuki, məlum üçtərəfli Bəyanata əsasən, Qarabağ ərazisindəki erməni yaraqlıları 3 il əvvəl tərksilah edilməli idilər. Azərbaycan işğala məruz qalan tərəf olsa da Qarabağda baş verən gərginliyin aradan qaldırılması, azərbaycanlılarla ermənilərin birgə yaşayışını təmin edəcək reinteqrasiya prosesinin normal davam etməsi və məsələnin ikitərəfli danışıqlar yolu ilə həllini tapması üçün 3 il müddətində əlindən gələni etdi. Təəssüf ki, ölkəmizin bu tip humanist çağırışlarının əvəzində erməni silahlı qüvvələri Qarabağda sayını artırmaqla, yeni silahlar alıb təxribatlar törətməklə məşğul oldular. Hətta vəziyyət o həddə çatmışdı ki Qarabağda separatçılar müstəqillik iddialarından əl çəkmir, özlərinin qondarma «prezident»lərini seçir, qondarma «parlament»lərinin adından dövlətimizə qarşı sərsəm bəyanatlar verirdilər. Bütün bunlar isə özünü təmkinli aparan Azərbaycan xalqının və Müzəffər Ali Baş Komandanımızın səbir kasasını daşırdı. Nəticədə Qarabağdakı antiterror tədbirləri qaçılmaz oldu. Sentyabrın 20-də separatçılar ağ bayraq qaldıraraq təslim olduqlarını elan etdilər. Xüsusilə Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı.
Bir daha qeyd etmək lazımdır ki, lokal xarakterli antiterror tədbirləri ordumuzun hərbi gücünün, yüksək döyüş hazırlığının və səriştəsinin göstəricisi oldu. Əgər hər günü bir şərəfli tarix olan 44 günlük Vətən müharibəsi zamanı ordumuzun nümayiş etdirdiyi müasir döyüş üslubu dünya hərb tarixində yeni səhifə açmışdısa, bu cür qısamüddətli uğurlu antiterror əməliyyatı ilə o, yenidən tarix yazdığını bütün dünyaya nümayiş etdirdi. İyirmi dörd saatdan da az müddətə sığan və uğurla yekunlaşan antiterror tədbirləri unikal hərbi əməliyyat kimi dünya səviyyəsində böyük heyranlıqla qarşılandı. Bununla da xalqımız ölkəmiz uzun illərdən bəri həsrətində olduğu böyük Qələbə nəticəsində tarixi torpaqları üzərində özünün suverenliyini tam bərpa etmiş oldu. Bir sözlə, Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan İlham Əliyev canından da çox sevdiyi xalqı üçün həlli mümkünsüz görünən vəzifəni reallaşdırdı.
2023-cü ilin sentyabrın 20-də qazandığımız hərbi qələbə ilə ölkəmizin suverenlini tam bərpa etdik. Bu Azərbaycan xalqının həyatında ən müqəddəs gündür. Məhz elə buna görə də Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər ilin sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcəkdir. Sərəncamda deyilir: «Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir». Prezidentin digər Sərəncamı ilə 20 sentyabr həm də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə Şəhər Günü kuimi qeyd edələcəkdir.

İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası

 
 
 

Dünyapress TV

Xəbər lenti