Ardını oxu...
Bakıda söküntü işlərinin aparıldığı ərazidə öz mənzilini tərk etməkdən imtina etdiyi güman edilən qadın gecə saatlarında naməlum şəxslər tərəfindən evindən zorla çıxarılıb.

Oxu.Az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunun Murtuza Muxtarov 145 küçəsində qeydə alınıb.

Belə ki, bir neçə nəfər öncə qadının yaşadığı evə yaxınlaşaraq oradakı çəpəri sökməyə çalışıblar.

Sonra ekskavator işə salınaraq həm çəpər dağıdılıb, həm də oradakı ağac qırılıb.

Ardınca naməlum şəxslər qadının evinə girərək onu yaxa-paça sürüyüb mənzilindən çıxarıblar.

Bundan sonra ekskavator sözügedən evi dağıtmağa başlayıb.

Həmin görüntüləri təqdim edirik:
 
 
Ardını oxu...
Ölkədə sosial durum, xidmət sektoru elə bərbad haldadır ki, sosial
müdafiənin də adı var, sosial xidmətin də. Faktiki xidmət yoxdur, yalnız
xidmət haqqı var. Fikrimizi faktlarla doğruldaq.
Son günlərin ən çox danışılan və dartışılan qonusu parklanma haqqı ilə
bağlıdır. Heç bir xidmət göstərilmədən avtomobil yiyələrindən,
sürücülərindən maşını 5-10 dəqiqəlik və yuxarı saxlamağa şəhər
parklanma “xidməti” haqq müəyyən edib. Hansısa marketin, istirahət
parkının qarşısında, altında , böyür-başında avtomobilini saxlayıb, alış-
veriş , istirahət edən şəxslərdən elə ağlasığmayan məbləğlər tələb edilir
ki!
Ardını oxu...
Bəs keçmiş post-sovet ölkələrində necədir? Qonşu ölkələrin heç birində
belə zorakı “xidmət” haqqı yoxdur. Bu günlərdə Qazaxıstanda, bir neçə il
qabaq Belarusda olanda avtomobillərin həyətlərdə və digər yerlərdə
parklanması zamanı hansısa “əlidəyənəkli” “nəzarətçi”nin haqq üçün
“əlini açmasını” görmədik. Rusiyanın Soçi şəhərində hansısa hipermarketin
altında avtomobilin iki-üç saat saxlanılmasına görə haqq alınmır. Yəni
müştəriyə sərbəst, pulsuz parklanma xidməti ilə alış-veriş etmək imkanı
tanınır. Bu müddət yetməyənlər beş-on dəqiqəlik avtomibillə çıxıb-
qayıtmaqla yenidən iki-üç saat pulsuz parklanmadan yararlanırlar. Bizdə
aptekdən 20 qəpiklik maska almaq avtomobil sahibinə ən azı 70 qəpiyə,
Yol Patrul Xidməti (YPX) “işə qarışdıqda” isə 20-40 manata başa gəlir. YPX-
dən söz düşmüşkən, bu xidmətin də adı var, özünün işi göstərilməyən
xidmətə görə haqq almaqdan o yana keçmir.
(Redaksiyadan xüsuisi qeyd: Parklanma məsələsində ən böyük problem əslində elə
əlillərindir. Şəkillərdə gördüyünüz kimi nə yerdə nədə işarələrin özündə
əlil maşınlarının parklanması ilə bağlı heç bir iz və ya nişan yoxdur. AYNA və ya bu işə məsul olan ixtiyari bir idarənin işçiləri ilə şəhərə reydə çıxsaq onlr heç olmasa nümunə üçün bir dənədə əlillər üçün nişanlanmış park yeri göstərə bilməzlər. Baxmayaraq ki, Prezidentin bu barədə fərmanı var!)
Ardını oxu...
Kommunal xidmətlər də eləcə. Heç bir xidmət göstərilmədən zorakı haqq
tutulur. Kimsə barmağını qatlaya bilərmi ki, məsələn, su kranı, kanalizasiya
sistemi... xarab olanda Mənzil Kommunal Xidmətindən nəsə xidmət görür.
Hamı öz hesabına görmürmü bu işləri, əsaslı təmiri? Bəs onda , elin hələ də
“JEK” dediyi bu “xidmət” kontoru”na nə ehtiyac var? Amma sadaladığım
qonşu ölkələrdə hətta “planlı-plandan kənar” istilik batareyalarının,
qızdırıcıların dövlət hesabına yeniləri ilə əvəzlənməsi gerçəkləşir. Bizdə isə
illərdir qaz, işıq, su xidməti pulsuz quraşdırmağa borclu olduğu sayğaclara
görə də qanunsuz haqq tələb edib, xidmətdən imtina edir, hər gün yeni
xidməthaqqı növləri fikirləşilir. Özbaşınalığa baxın, hansısa vətəndaş,
sahibkar öz hesabına yüzlərlə, minlərlə, yüz minlərlə manat xərc çəkib
bütün işləri görür, obyektinə, mənzilinə işıq, qaz, su xətti çəkir, sayğac
quraşdırır, hələ üstəlik əlavə elə bu qədər də, hətta daha çox qoşulma
haqqı tələb olunur!(?) Belə xidmət olar? Aydındır ki, hətta transformatoru
da özü alan sahibkara xidmətdən söhbət belə gedə bilməz, yalnız xidmət
haqqı “xidməti” qanuniləşdirilib. Rabitə, nəqliyyat xidmətləri də
göstərilməyən xidmətə görə haqq yığmaqdan o yana keçmir. Bu sahədə də
qonşu ölkələrdən geridə qalmağımız faktdır. Ən aşağı internet sürəti də
bizdədir, ən yuxarı haqq da.
Sosial xidmətlərdən heç danışmağa dəyməz. “Xidmət”ə baxın, ƏƏSMN
tabeliyində Sosial Xidmətlər Agentliyi (SXA) Qarabağ qazilərinə xidmətdən
imtina edir ki, ona aid deyil. Bəs kimə aiddir? Onda bu xidmət qurumunun
büdcədən saxlanılmasına nə ehtiyac var? SXA-nın Qarabağ qazilərinə,
şəhid ailələrinə mənzil xidməti də rüşvət haqqısız gerçəkləşmir. Haqq
“xidməti” yerə görə dəyişir. Haqq verməkdən imtina edənlərin mənzil
hüquqları onlarla illərdir gerçəkləşmir. Hətta məhkəmə qərarları da
məhkəmələrə haqq qarşılığında icra olunmur.
Ədliyyə Nazirliyinin penitensiar xidmətinin də adının “xidmət” olduğu,
işinin haqq almaq olduğu hamıya bəllidir. Heç kəsin yolu düşməsin, yolu bu
xidmətə düşənlər bir dəqiqə sürməyən telefon danışığına görə 5-20 manat
ödəmələrini özlər
Mğrrub Bədəlsoy
TEREF
 
 
 
Ardını oxu...
Uzun illər Bakı şəhəri Yaşıllaşdırma Təsərrüfatı Birliyində müxtəlif vəzifələrdə işləmiş,aqranom Əsgərov Xanəhməd Əli oğlu Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizov cənabına müraciət ünvanlayıb.
Faktinfo.az saytına göndərilən məktubun məzmunundan aydın olur ki,Xanəhməd Əsgərov BŞİH-nin rəhbərinə bir müddət əvvəl ünvanladığı məktubda bir neçə vəzifəli şəxsin Eldar Əzizovu aldatmağa cəhd etmələri ilə bərabər,onların keyfiyyətsiz iş görmələrini,yaşıllaşdırma təsərrüfatından məlumatsız olmalarını da qeyd edib.Hətta o,məktubunda BŞİH-nin başçısından onu qəbul etməsini,yaşıllaşdırma işlərində bacardığı köməkliyi edə biləcəyini də vurğulayıb.

Faktinfo.az həmin müraciəti təqdim edir:

Hörmətli Eldar müəllim!

"Yaşıl dünya naminə" şəhərimizdə əkilən ağaclar, o cümlədən "abad həyət" adı altında Abid Əliyevin Xətai, Nizami, Yasamal rayonlarında mənzil komunal təsərrüfatı idarələrinin və yaşıllaşdırmanın fəhlələrinin hesabına gördüyü işlər barədə sizə məlumat vermək istəyirəm.

Belə ki, bu şəxsin başında dayandığı şəbəkə iş görmür, Bakını "himdən" çıxmış yarasız, zibilli torpaqlarla doldururlar. Həmçinin heç bir iş aqrotexniki qaydada aparılmır, maddi maraqlarına görə "Eldar Şamı" nı bir metrdən bir əkirlər. Belə ağac əkmək hansı elmi kitabda əsaslandırılıb, onlardan soruşun, sual verin. Bunlar barədə mən onlara zəng edib iradımı bildirdim, onlar isə əvəzində məni hədələdilər və dedilər ki, "bizim işimizə qarışma, icra hakimiyyəti bilər biz bilərik. Elə etmə ki, üstünə adam göndərək".

Hörmətli Eldar Müəllim!

Qeyd edim ki, Bakıda görülən işlər sizin adınızla bağlanır. Belə görünür ki, etimad göstərdiyiniz şəxslər - Abid Əliyev başda olmaqla... əvvəllər hərbi komissar işləmiş, hazırda isə Yaşıllaşdırma Təsərrüfatı Birliyinin 71 yaşlı direktoru Mirdamət Seyidovun, ixtisasca idman müəllimi olan, amma YTB-nin baş aqranomu işləyən Oktay Tağıyevin, bitki mühafizəsi şöbəsinin müdri keçmişi MİS rəisi olmuş Şaiq Vəliyevin yaşıllaşdırma işindən anlayışı yoxdur.

Ona görə də Bakıda quruyan ağaclar suvarılmadığına, düzgün aqrotexniki işlər aparılmadığına görə quruyur. 24 May 2019-cu ildən, 29 dekabır 2020-ci ilədək su quyuları idarəsinə quyuların vurulması üçün 3 milyon 302 min manat vəsait ayrılmışdır,ancaq normal bir quyu vurulmamışdır.

Hörmətli Eldar müəllim.

Bəlkə bunlardan bu vəsait barədə soruşasınız.Bu şəxslər bəlkə də düşünürlər ki, Eldar Əzizovu necə aldadaq, daha çox vəsait əldə edək.Məndə bu qənaət formalaşır ki yaşıllaşdırma və digər işlərlə bağlı BŞİH-də sizə təfsilatı ilə məlumat verə biləcək mütəxəssis yoxdur.Nəzərə alsaq ki, bu ilin noyabrında "COP-29" –la bağlı Azərbaycana 129 ölkədən, 80 minə yaxın nümayəndə gələcək,tədbirli davranmaq məqsədəuyğun olardı. Çünki gələn qonaqların arasında yaşıllaşdırma işindən,ağac və bitki kollarından,ağacların daranma qaydasından bilən kifayət qədər mütəxəssis olacaq.

Hazırkı şəraitdə Bakı şəhərində YTB-nin gördüyü işlərin qənaət bəxş olmadığını və "COP-29"-a müəyyən müddətin qaldığını nəzərə alaraq sizə və dövlətimizə bacardığım qədər kömək etməyə hazıram.

Faktinfo.az
Ardını oxu...
Sosial şəbəkədə yayılan bu görüntülər Yardımlıda, Hamarkənd meşələrində çəkilib.

TEREF Bakupost.az-a istinadən xəbər verir ki, görüntülərdən kənd sakinlərinin atla meşədən odun daşıdıqları aydın olur.
Buna səbəb Hamarkəndin hələ də qazlaşdırılmamasıdır. Kənddə qaz olmadığı üçün yerli sakinlər il boyu yemək bişirmək, qışda isə isinmək üçün odun sobalarından istifadə edirlər.

Hamarkənd rayon mərkəzindən bir neçə kilometr aralıda yerləşir. Rayona və ətraf kəndlərə qaz çəkilsə də, illərdir qısa məsafənin qət edilib Hamarkəndin qazlaşdırlması problemi həll olunmur.

Onu da qeyd edək ki, Milli Məclisdə Hamarkənddə doğulan iki millət vəkili - Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı və tarixçi professor Musa Qasımov təmsil olunurlar.

Kəndin qazlaşdırılması ilə bağlı dəfələrlə məsələ qaldırılıb.

Sonuncu dəfə isə millət vəkili Sabir Rüstəmxanlı ötən ilin axırlarında Hamarkəndə qaz çəkilməsi xahişi ilə Baş nazir Əli Əsədova müraciət ünvanlayıb.
Müracətdə qeyd olunurdu ki, bir müddət öncə ətraf kəndlər qazlaşdırılsa da, indiyədək Hamarkəndə qaz xətti çəkilməyib.

O zaman millət vəkilinin müraciətinə müsbət cavab verilmişdi. Məsələ ilə bağlı "Azəriqaz"dan göndərilən cavab məktubunda bildirilirdi ki, Yardımlı rayonunun Hamarkənd kəndinin daşıyıcı və paylayıcı qaz kəmərlərinin tikintisi 2024-cü ilin kapital qoyuluşu proqramına daxil edilib və tezliklə kənd sakinləri mavi yanacaqdan istifadə edə biləcəklər.

Ancaq artıq 2024-cü ilin 6 ayı geridə qalıb. Lakin bu il Hamarkənd sakinlərinin qaz probleminin həll ediləcəyinə dair heç bir işartı, tərpəniş görünmür. Sakinlər yayın istisində, payızın yağışlı, palçıqlı günlərində meşədən odun daşımaq məcburiyyətində qalırlar.
Görəsən, Hamarkənd sakinlərinin bu əzab-əziyyətinə nə vaxt son qoyulacaq?
 
Ardını oxu...
"Kristal Abşeron"un Abşeron rayonunda inşa etdiyi "Kristal Abşeron -1" şəhərciyində sakinlər etiraz üçün təşkilatlanıblar.

Bu barədə redaksiyamıza şəhərciyin sakinləri məlumat veriblər. Bildirilir ki, “Kristal Abşeron” şirkətinin qoyduğu qaydalar artıq insan hüquqlarını tapdamaqdır. Şəhərciyin sakinləri idarəçilərin onlardan ancaq pul “qoparmaq” haqda düşündüklərini, əvəzində heç bir şərait yaratmadıqlarını deyirlər: “Sanki biz burda ev almamışıq, gəlmişik ki, şirkətə xeyir verək. Ən müxtəlif yollarla bizdən pul “dərirlər”. Gah zibil pulunu artırırlar, gah lif pulunu, gah dayanacağın ödənişini artırırlar. Halbuki heç biri üzrə də normal xidmət ala bilmirik. Təsəvvür edin, biz binamızın altında (zirzəmidə) yaradılan parkinqə maşın salmaq üçün başqa binanın altından giriş etməliyik. Həyətdə bir addımlıq boş yer qalmayıb, uşaqların oyun meydançasını belə “qamarlayıblar”.
Şikayətçilər bildirirlər ki, səbir kasalarının dolmasına səbəb olan sonuncu damla parkinqin 30 manatdan 50 manata qaldırılması olub. Buna qədər isə bir çox məsələlərlə bağlı verilən qərarlar onları qane etməyib, idarəçilərə müraciətlər ediblər, amma nəticəsiz qalıb. Bu dəfə təşkilatlanmağı qərara alıblar. Artıq 100-dən çox sakinin imzası toplanıb: “İlk öncə “Kristal Abşeron”un icraçı direktoru Məhayət Nəbiyevə müraciət ünvanlayacağıq. Qısa müddət ərzində müraciətimizə baxılmasa, ölkə rəhbərliyinə müraciət ünvanlayacağıq. Sonrakı tədbirlərimiz isə aksiyalar təşkil etmək olacaq. Bunlar da nəticə verməsə, məhkəmələrə üz tutacağıq. Artıq bu istiqamətdə vəkillərlə məsləhətləşmələr aparırıq”.
Sakinlər qeyd ediblər ki, özlərinin idarəetmə qurumlarını yaratmaq imkanından da məhrum edilirlər: “Bina təhvil verilmir, çıxarışlarımızı ala bilmirik. Amma bununla bağlı da müzakirələrimiz oldu və artıq bu istiqamətdə də işlərə başlayacağıq. Qanunların verdiyi imkanları tikinti şirkəti əlimizdən alıb, imkan vermirlər ki, öz təşkilatımızı yaradaq, problemlərimizi özümüz həll edək. Həm bizdən bir yandan pul yığırlar, həm problem içində yaşadırlar. Bunlardan ev almaqla özümüzü böyük bir bəlaya salmışıq, insanlara məsləhətimiz budur ki, pulsuz da versələr “Kristal Abşeron”un binalarından ev almasınlar!”
Qeyd edək ki, bir neçə gün əvvəl oxşar şikayətlə "Kristal Abşeron -1"-də yaşayan jurnalist Arifə Əliyeva da çıxış edib. Onunla əlaqə saxlayıb təşkilatlanma ilə bağlı əlavə məlumat aldıq. A.Əliyeva bütün deyilənləri təsdiqləyərək bildirdi ki, onlarla sakinin imzası alınıb və birgə müraciətlər ediləcək: “Mərhələli surətdə bütün instansiyalara müraciətlər edəcəyik. Mətbuatda dəfələrlə yazılıb ki, "Kristal Abşeron" şirkəti deputat Ağalar Vəliyevə məxsusdur. Bu iddia indiyə qədər təkzib olunmayıb. Ona görə də Ağalar Vəliyevə də müraciət etməyi düşünürük. Qarşıdan parlament seçkiləri gəlir, Ağalar müəllim yəqin ki, yenidən namizədliyini verib deputat olmaq istəyir. Amma vətəndaşlara bu cür problemlər yaratmaqla onun yenidən mandat alması çətin baş tuta”.
Qeyd edilənlərlə bağlı “Kristal Abşeron”un mövqeyini verməyə hazırıq.

Afn.az
 
Ardını oxu...
Sakinlər daxili yolların vəziyyətindən narazıdır
“Gəlirlər, qazırlar, nə xəbərdarlıq edirlər, nə qazıntının məqsədini açıqlayırlar.
Fəhlədən soruşursan, deyir, get MİS-dən soruş, MİS-dən soruşursan, deyir ki, get icra hakimiyyətindən soruş. Hər yeri bərbad günə qoyublar, heç bir açıqlama da vermirlər”.
Mingəçevirdəki 111-ci məhəllənin sakinləri danışır ki, bir müddətdir yollar qazılsa da, nə bir iş görülür, nə də asfalt örtüyü bərpa edilir.
Nəticədə ərazidə yaşayanların gediş-gəliş hərəkəti çətinləşib, maşınlar çuxurlara düşüb sıradan çıxır.
Ardını oxu...
Narahatlığını bildirən məhəllə sakini Sahibə Muradovanın sözlərinə görə, sakinlər bu işlərin nə vaxt başa çatdırılacağını bilmir. Çünki onlara ərazidə aparılan işlərlə bağlı heç bir məlumat verilmir.
“Daxili küçələr bərbaddır”
Nizami küçəsinin sakinləri də şikayətçidir. Məsələn, sakin Ülvi Abbasov Mingəçevirdəki abadlıq işləri üçün ayrılmış vəsaitlərin bu küçədən yan keçməsindən narazılığını bildirir: “Sanki Nizami küçəsinin bu şəhərlə heç bir bağlılığı yoxdur. Halbuki, mərkəzi küçələrdən biri sayılır. Küçəmiz elə əvvəldən baxımsızdır. Abadlıq, təmir işləri üçün milyonlarla manat ayrılır, ancaq yüzlərlə ailənin məskunlaşdığı küçəmiz təmir-bərpa işləri zamanı yaddan çıxır. Mərkəzi küçələrdən biri olsa da, daxili küçələrin vəziyyəti bərbaddır”.
Sakinlər deyirlər ki, yağışlı günlərdə bu küçə keçilməz olur. Palçıqlı yollar, yağış sularının yaratdığı çalalar sakinlərin qəniminə çevrilir.
Nizami küçəsi boyunca yaranan gölməçələr həyətlərə yol açır, su evlərin zirzəmilərinə dolur, evləri qəzalı vəziyyətə salır. İllər əvvəl yola çəkilmiş asfalt örtüyü dağılıb, keyfiyyətini itirib və torpağa qarışıb.
Ardını oxu...
Futbol meydançası.
Uşaqların meydança arzusu
Bu küçədəki 23 saylı binanın uşaqlarının isə həyətdəki oyun meydançasıyla bağlı illərdir ürəklərində gəzdirdikləri arzuları var. Onlar meydançanın təmir olunmasını istəyir: “Elə həyətlər var ki, meydançaya ot örtüyü döşənib, qol vurmaq üçün təzə qapılar qoyulub. Yıxılırıq, qolumuz, qıçımız sınır. JEK-dən gətirib bir voleybol toru asmışdılar, bir gün qaldı, sabahı gün gəlib söküb apardılar”.
Binanın vəziyyəti də bərbaddır. Sakinlər danışır ki, icra hakimiyyəti guya binada təmir işləri aparıb. Ancaq heç nə dəyişməyib: “Yalandan keyfiyyətsiz rənglə rəngləyib gediblər. Onlar gedəndən sonra rəng də töküldü. Kommunal xətlər çürüyüb, elektrik xətləri açıq qalıb”.
Əvvəl asfalt örtüyü çəkiblər, sonra söküblər
Mingəçevir Şəhər İcra Hakimiyyətindən bildirilib ki, 2020-ci ilin layihəsinə görə 111-ci məhəllənin daxili yol və səkiləri əsaslı təmir olunub. Ancaq 2023-cü ilin layihəsinə görə isə kanalizasiya xətlərinin yenidən qurulmasıyla əlaqədar asfalt örtüyü, yol və səkilər təzədən qazılıb. İşlər yekunlaşmadığına görə asfalt örtüyü hələ bərpa olunmayıb.
Ardını oxu...
Qurumdan deyilib ki, 5 il əvvəl Nizami küçəsindəki 23 nömrəli binanın giriş və fasad hissələri təmir olunub. Binanın birinci giriş hissəsində boyaların pozulmasına səbəb həmin binanın 3 və 6-cı mənzillərinin sanuzel xəttinin su axıtmasıdır. Bu barədə vətəndaşlara xəbərdarlıq olunub.
Uşaq meydançasına gəlincə, qurumdan bildirilib ki, sakinlərin şikayətindən sonra meydançada voleybol toru quraşdırılıb, stadion şüşə qırıntılarından təmizlənib.

Mənbə: Meydan TV
 
Ardını oxu...
Xəbər verildiyi kimi, bu gün paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, axtarışda olan 1986-cı təvəllüdlü Rövşən Oqtay oğlu Allahverdiyev tərəfindən 3 polis qətlə yetirilib. Xatırladaq ki, hadisə onun saxlanması zamanı baş verib. Belə ki, R.Allahverdiyev polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib və ov tüfəngi ilə 3 polis əməkdaşını, bir mülki şəxsi qətlə yetirib.

Rövşən Allahverdiyev kimdir və niyə axtarışda olub?

AFN.az onun haqqında hələ aprel ayında yazıb. Belə ki, Bakı sakini Dadaşov Abbas Eldar oğlunun redaksiyamıza ünvanladığı Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazovun qardaşı Teymur Şahbazovla bağlı şikayət məktubunda R.Allahverdiyevin də adı keçir. Şikayətçi bildirir ki, Teymur Şahbazov qardaşı, 15 ilə yaxındır ki, Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini işləyən Rüstəm Şahbazovun onun işini düzəldəcəyinə söz verərək külli miqdarda pulunu mənimsəyib. "Sumqayıt şəhəri, Koroğlu küçəsi, Əmlak Komitəsinin Sumqayıt şöbəsinin yaxınlığında yerləşən 0.68 ha boş torpaq sahəsini uzun müddətə icarəyə götürmək istəyi haqda əvvəlcədən tanıdığı Şahbazov Teymur Adıgözəl oğluna və onunla birgə olan Allahverdiyev Rövşən Oqtay oğlu adlı şəxsə danışdım. Onlar mənə bildirdilər ki, bizim Əmlak Komitəsində tanıdığımız şəxs var və bu işi çox asanlıqla həll edə bilər".
Bu "sövdələşmə" Dadaşov Abbas Eldar oğluna nə az, nə çox 236 min manata başa gəlib. Şikayətçinin sözlərinə görə, T.Şahbazov və Rövşən Allahverdiyev hər dəfə ona Rüstəm Şahbazovla görüşdüklərini, narahatçılığa əsas olmadığını deyib vaxtı uzadıblar: “Lakin mən artıq Teymurun və Rövşənin yalan danışdıqlarını, mənə qarşı dələduzluq etdiklərini anladım. Bundan sonra Teymura və Rövşənə nə qədər zəng vurdum telefon zənglərimə cavab vermədilər. Artıq mən əmin oldum ki, Teymur Rövşənlə birlikdə məni aldadaraq, Teymurun qardaşı Rüstəmlə qabaqcadan əlbir olub, 236000 manat pulumu ələ keçirib, mənə qarşı dələduzluq etməklə, Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin 2.1, 2.2, 3.4-cü hissələrində nəzərdə tutulan cinayət əməlini törədiblər”.
Teymur Şahbazov və Rövşən Allahverdiyevin əməlləri bununla bitməyib. Belə ki, şikayəçinin sözlərinə görə, onlar sənəd saxtakarlığına da gediblər: “Mənimlə özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında 27 iyul 2022-ci ildə müqavilə bağladılar. Bununla da Teymur Şahbazov məni daha da inandırdı. Sonra mənə məlum oldu ki, tərtib olunan həmin müqavilə də saxtadır. Həmin müqaviləyə görə də Teymur məndən 4-5 ay olmaqla hər ay 7850 manat “icarə haqqı” aldı”.
Bir neçə ay əvvəl Rövşən Allahverdiyevlə bağlı Xəzər Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işi açılıb.

AFN.az
 
Ardını oxu...
Sahə üzrə məsul şəxslərin,o cümlədən SOCAR rəhbərliyinin diqqətinə
Salyan rayonu, Kərimbəyli kənd sakini, Xəlilov Elxan Gülağa oğlu və Ə. Əmirov adına NQÇİ-nin 3 Saylı NQÇS- nin Qalmas ərazisinin 30 neftçisi adından
KOLLEKTİV MÜRACİƏT
Biz Azərbaycan neftçiləri hər zaman əziyyətli və şərəfli peşənin öhdəsindən layiqincə gəlmişik.Hörmətli dövlət başçısı İlham Əliyev cənabları neftçi əməyini hər zaman diqqət mərkəzində saxlamış, neftçi peşəsinin nə qədər əziyyətli və əhəmiyyətli olduğunu vur-ğulamışdır.
Hal hazırda biz neftçilər çıxılmaz vəziyyətdə qalmışıq.Yeganə çıxış yolunu Sizə müraciət etməkdə gördük.Müraciətimiz bundan ibarətdir ki,biz neftçilər üçün mühüm əhəmiyyət kəsb edən Ələt-Astara avtomagistral yolunun alternativ yolu hesab olunan Xıdırlı yolunun 14-cü kilometri əsassız olaraq bağlanmışdır.Yolun dəmir yolunu keçən hissəsi “ADY” QSC tərəfindən dağıdılıb, qarşısına iri bəndlər qoyulub. Bu üzdən böyük çətinliklərlə üzləşmişik.Çünki bu yolun bağlanması, bizim gündəlik iş rejimimizə bilavasitə təsir göstərib.
İşə vaxtında gedib çıxa bilmirik.Əziyyət çəkirirk.Hətta texnika vasitəsi ilə neft-qaz quyularımıza yaxın düşə bilmirik..
Əvvəllər bu yol vasitəsilə işə vaxtında çatmaq olurdusa, hazırda 40-50 kim əlavə yol qət edərək iş yerimizə getmək məcburiyyətində qalmışıq. Bu yol 60 ildən çoxdur ki, mühüm dövlət əhəmiyyətinə malikdir.Bizdən öncədən atalarımız-babalarımız bu yoldan
istifadə edib.Yerli sakinlər bu yol vasitəsilə dünyadan köçmüş əzizlərinin ziyarətinə gedib-gəlirlər.Bu yol eləcə də yerli əhalinin əsas məşğuliyyəti hesab olunan əkin-biçinə aparan yeganə yoludur.Bu ərazidə vətəndaşların pay torpaqları yerləşir,intensiv şəkildə istifadə olunan yoldur.Bu yolu bağlayan hər hansı məmur görəsən vicdan rahatlığı tapırmı?
.Belə bir məlumat əldə etmişik ki,sözügedən yolun qapadılması, bir vaxtlar Dövlət Neft Şirkətində Nəqliyyat İdarəsinin rəisi vəzifəsində işləmiş Elçin Zülfüqarovun şəxsi tapşırığı ilə həyata keçirilib.Halbuki biz neftçilər neçə illərdir ki, bu yolla işə gedib-gəlmişik. Elçin Zülfüqarov SOCAR-dan kənarlaşdırılıqdan sonra “ADY” QSC-də İnfrast-ruktur Departamentinin rəhbəri vəzifəsinə təyin edilib.Təbi ki, o vaxtdan bəri bu şəxsdə qıcıq yarandığı üçün əlinə fürsət keçmiş və biz neftçilərin intensiv şəkildə istifadə etdiyi yolun bağlanılması əmrini vermişdir.Niyə və nə səbəbə? Məgər ölkə başçısının etdiyi tövsiyyələr Elçin Zülfüqarova çatmırmı? Bu şəxs niyə bizim həyatımıza, işimizə bilava-sitə müdaxilə edir? Bu necə olan işdir? Ümumilyyətlə bu nə deməkdir? Cənab prezidentimiz hər bir şəhər, rayon və qəsəbələrdə uğurlu infrastruktur layihələrə imza atır, vətən-daşların rahatlığı üçün dövlət proqramları yaradır, böyük vəsaitlər məsrəf olunur.Bu yola külli miqdarda dövlət vəsaitləri xərclənib, dəmir yolu nişanları qurulub.Bütün qanuni tələblərə cavab verir.Lakin Elçin Zülfüqarov şəxsi intriqa zəminində bu yolu qapadır..! Sizcə buna nə ad vermək olar?!!
Biz neftçilər Sizdən dönə-dönə xahiş edirik.Bizim problemimizi həll edin.Məsələnin həl-lində bizə yardımçı olun.Bizə böyük əngəllər yaradan bu yol yenidən açılaraq bərpa olunsun.Bu hal nəinki biz neftçilərin, hətta bütün yerli sakinlərin böyük sevincinə səbəb olacaqdır.
Hörmət və ehtiramla: Elxan Xəlilov. İlhamsevər Fəal vətəndaş.
Salyan rayonu, Kərimbəyli kəndi. 27.2024-cü il. Əlaqə nömrəsi: 050 292 05 55.
1 Xəlilov Elxan Gülağa oğlu
2 Müslümov Nicat Məhərrəm oğlu
3 Bədirov Rəvan Mölağa oğlu
4 Quliyev İlham Muğbil oğlu
5 Xankişiyev Aydın Əlövsət oğlu
6 Qafarov Ramiz Bayram oğlu
7 Ədilov Natiq Əzizağa oğlu
8 Muradov Pirverdi Şirinbala oğlu
9 Rəhimov Aqil Əlibəy oğlu
10 Bayramov Sədulla Şahbala oğlu
11 Alxanov Həsənxan Əlifağa oğlu
12 Bayramov Samir Sabir oğlu
13 Rəhimov Namiq Əvəz oğlu
14 Əliyev Əlibala Sərxan oğlu
15 Əsədov İntiqam Əsəd oğlu
16 Sadıqov Telman Ağaəli oğlu
17 İsmayılov Nəzər Nadir oğlu
18 Əsədov Fəxrəddin Səfixan oğlu
19 Baxışov22 Zərbəliyev Eldəniz Tapdıq oğlu
23 Zülfüqarov Nizam Balaşirin oğlu
24 Əlicanov Nəsir Əlican oğlu
25 Əsədov İntiqam Əsəd oğlu
26 Məmmədov Şahbala Gülmirzə oğlu
27 Bədəlov Əfsərağa Səməd oğlu
28 Ağayev Mütəllim Seyfulla oğlu
29 Şirəliyev Aləm Adəm oğlu
30 Teymurov Təbib İnsaf oğlu
31 Möhlətov Azər Səadət oğlu
TEREF
 
 

 


Ardını oxu...
Naxçıvanı sabiq maliyyə naziri ilə Gömrük Komitəsinin keçmiş şöbə rəisinin məhkəmə prosesi davam etdirilib.

"Report"un yerli bürosu xəbər verir ki, iyunun 27-də Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləmiş Mənsur Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi olub.

Faiq Heydərovun sədrliyi ilə Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda şahidlərin ifadələri dinlənilib.
Şahidlər bildiriblər ki, gömrük postlarında rəsmi proqramla yanaşı, qeyri-rəsmi proqramlar da olub. Dövlət tərəfindən müəyyən edilən vəsait yığımı həddi təmin edildikdən sonra qalan pullar qeyri-rəsmi proqram vasitəsilə yığılıb.

Bu prosesin 2004-cü ildən bəri belə davam etdiyi bildirilib. Gömrük postlarında yığılan pulların miqdarı hər ay fərqli olub. İfadələrdə qeyd edilib ki, hətta terminallardakı tərəzilərdən istifadəyə görə də pullar yığılıb. Toplanan pulların məbləği hər ay 100 min manata yaxın olub. Yığılan pullar maliyyə işçiləri vasitəsilə Rafael Əliyev və Mənsur Əsgərova verilib.

Təqsirləndirilən şəxslər R.Əliyev və M.Əsgərov şahidlərin ifadələrini təsdiqləyərək deyiblər ki, pulları Naxçıvan Dövlət Gömrük Komitəsinin sabiq sədrləri Asəf Məmmədova, daha sonra isə Səhhət Həbibbəyliyə çatdırıblar.

Zərərçəkmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi məhkəməyə müraciətində zərərin tam ödənilməsinin təmin olunmasını xahiş edib.
Növbəti məhkəmə prosesi avqustun 12-i keçiriləcək.
 
Ardını oxu...
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 17 oktyabr 2015-ci il tarixdə imzaladığı sərəncamla MTN rəhbəri Eldar Mahmudovun tutduğu vəzifədən kənarlaşdırılması ölkənin ictimai–siyasi həyatında böyük rezonans yaratdı. Məlum oldu ki, sabiq nazir ona göstərilən yüksək etimaddan öz çirkin məqsədləri üçün istifadə edərək, ətrafina topladığı cinayətkar dəstə vasitəsilə sahibkarlara, o cümlədən imkanlı şəxslərə qənim kəsilərək, soyğunçuluqla məşğul olub.

Hər gün Eldar Mahmudovun dəstəsinin üzvləri tərəfindən külli miqdarda vəsaiti talanan sahibkarların yeni şikayətlərinin şahidi oluruq. Vəzifə səlahiyyətlərindən sui-istifadə istifadə edən MTN əməkdaşlarının, o cümlədən generalların işdən qovulması və həbs olunmaları az qala bütün dünyaya səs salsa da, Eldar Mahmudovun cinayətkar dəstəsinin hələlik cəzadan kənarda qalan üzvləri öz çirkin əməllərindən əl çəkmirlər.

MTN-də illərdir kök salmış cinayətkar dəstənin qurbanlarından biri də AMA ASC–nin sahibkarı və səhmdarlarıdır. Səhmdarların AzPolitika-ya verdikləri məlumata görə, üç ildir AMA ASC (köhnə Sabunçu Bazar -5) səhmdarların illik ümumi yığıncağını keçirmir. Səhmdarların hüquqları ASC-ni zəbt edən bir qrup mütəşəkkil cinayətkar dəstənin üzvləri tərəfindən kobud şəkildə pozulub. 2013-cü ilin oktyabr ayında AMA ASC-nin İdarə Heyətinin sədri Rəşad Əlizadə səhmdarların növbədənkənar iclasını ASC-nin inzibati binasında deyil, küçədə keçirməli olub. R.Əlizadə səhmdarlara bildirib ki, 6 avqust 2013–cü ildə gündüz saat 11-12 radələrində idmançı Fariz Məmmədov 25 nəfərin müşaiyyətilə AMA ASC-nin ərazisini zəbt ediblər. Həmin günün səhəri yenidən Fariz Məmmədovun rəhbərliyilə, altısı dünya çempionu olmaqla, 55 nəfər idmançı ASC-nin inzibati binasına hücum edərək, İH-nin sədri R.Əlizadəyə, baş mühasibi Allahverdi Mahmudova və digər işçilərə zor tətbiq edərək, döyə-döyə ASC-nin ərazisindən qovub çıxarıblar. Hadisəylə əlaqədar 102 xidmətinə edilən müraciət əsasında əraziyə gələn polis əməkdaşları da cinayətkar dəstə barədə heç bir inzibati tədbir görməyib. Qanuna zidd olaraq, ASC-nin inzibati binasını zəbt edərək xəzinədarın otağına daxil olan F.Məmmədov və dəstənin digər üzvləri cəmiyyətin möhürü və külli miqdarda vəsait olan seyfi ələ keçiriblər. Dəstə F.Məmmədovun rəhbərliyilə, qeyri–qanuni olaraq, cəmiyyətin iş rejimini və əməkdaşların əmək fəaliyyətini dayandırıblar. Nəticədə AMA ASC–nin Vergilər Nazirliyinə və əlaqədar dövlət təşkilatlarına külli miqdarda borcu yığılıb qalıb. Məlumata görə, ASC-yə basqın edən idmançıların içərisində qaydasız döyüş üzrə dünya çempionları Şəhriyar və Bəxtiyar qardaşları da iştirak ediblər. R.Əlizadənin səhmdarlara dediyinə görə, ara sakitləşəndən sonra F.Məmmədovla aparılan danışıqlar zamanı o, bəzi etiraflar edib. Deyib ki, idmançılardan ibarət dəstə “BAKU STEEL COMPANY” MMC-nin Müşahidə Şurasının sədri Rasim Məmmədovun göstərişilə hərəkət edir. Məqsəd düşünülmüş plan əsasında özünün və əlbir olduğu bəzi “yüksək vəzifəli şəxslərin” maraqlarını təmin etməkdir. Belə ki, bir-biri ilə qohumluq əlaqələri olan Səfər Süleyman oğlu Əliyev, onun oğlu, MTN Astara rayon şöbəsinin sabiq rəisi (Bugünlərdə işdən çıxarılıb-red) Ceyhun Səfər oğlu Əliyev, yaxın qohumluq əlaqələri olan Novruzəli Qaraş oğlu Əsgərov, Sahib Əli oğlu Həşimov və o, təklif əsasında AMA ASC–ni zəbt ediblər. Deyilənə görə, “BAKU STEEL COMPANY” MMC-nin Müşahidə Şurasının sədri Rasim Məmmədov özü şəxsən bildirib ki, AMA ASC 400 000 (dörd yüz min) manata sabiq MTN əməkdaşı, hazırda həbsdə olan Ceyhun Əliyevin atası Səfər Əliyev və Sahib Həşimov tərəfindən alqı-satqı yolu ilə alınıb.

“Hətta bizə hədə-qorxu gələrək öz cinayətkar əməllərini pərdələmək üçün deyilib ki, guya bu məsələ PA-nın rəhbəri Ramiz Mehdiyev və oğlu Timur Mehdiyevin nəzarəti altindadir. Lakin biz düşünürük ki, bu sabiq nazir Eldar Mahmudovun ətrafindakı dəstənin Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə və onun yaxınlarına, ailə üzvlərinə qarşı məqsədli şəkildə düşünülmüş təxribatıdır”, deyə səhmdar bildirib.

Dövlət məmurlarının adlarından öz çirkin məqsədləri üçün istifadə edərək, 6 avqust 2013-cü il tarixdən bu günədək Fariz Məmmədovun rəhbərliyi ilə idmançılardan ibarət dəstə AMA ASC-nin gəlirlərini mənimsəməklə, həm dövlətə, həm də səhmdarlara külli miqdarda ziyan vurmaqla məşguldurlar. Sabiq nazir Eldar Mahmudovla isti münasibətlərdə olan MTN-in Astara Rayon Şöbəsinin sabiq rəisi Ceyhun Səfər oğlu Əliyev və atası Səfər Süleyman oğlu Əliyev (Türkiyənin Antalya şəhərində otel tikintisi ilə məşğuldur), Sahib Əli oğlu Həşimov və xalası oğlu Novruzəli Qaraş oğlu Əsgərov, Aydın Əhmədov (vasitəçi Mərdəkan Broyler ASC-də rəhbər vəzifədə çalışıb), Vidadi Orucov (ləqəbi “Vadim”, RF-nın vətəndaşıdir, Moskva şəhərində OMON-da işləyir), qardaşı Ramiz Orucov və kriminal aləmdə Alik ləqəbiyiə tanınan, özünü MTN-nin polkovniki kimi təqdim edən Allahverdi Abbasov və Məzahir adli şəxs qabaqcadan əlbir olaraq, AMA ASC-ni ələ keçiriblər.

Deyilənə görə, Allahverdi Abbasovun həyat yoldaşı Ədliyyə Orqanlarında çalışır. Zərərşəkmiş tərəf MTN-nin əməkdaşı olmuş Ceyhun Əliyevin rəhbərliyilə mütəşəkkil cinayətkar dəstə tərəfindən əmlakının zəbt olunması və külli miqdarda vəsaitinin talan olunması ilə əlaqədar dəfələrlə MTN-nə müraciət etsə də, heç bir tədbir görülməyib. Günün günorta çağı Sabunçu rayonunun mərkəzində quldur dəstəsi açıq-aşkar AMA ASC-nin hazırkı sahibkarını öz mülkünə buraxmır, dövlətə heç bir vergi ödəmədən ASC-nin gəlirlərini mənimsəyir. “Bəs görəsən Sabunçu rayon İH –nin başçısı Adil Vəliyev hara baxır? Vergilər naziri Fazil Məmmədov 3 il vergidən yayınan AMA ASC-ni niyə cəzalandırmır? AMA ASC-ni zəbt edən idmançılardan ibarət adları adam oğurluğunda hallanan quldur dəstəsinin havadarı kimdir? Hal–hazırda Prezident İlham Əliyevin ciddi göstərişilə sahibkarları talamaqla məşğul olan cinayətkarlara qarşı mübarizə aparıldığı vaxtda, Fariz Məmmədov və onun havadarları öz cinayətkar əməllərinə son qoymurlar. Görünən odur ki, Eldar Mahmudovun yaratdığı “MTN”çi quldur dəstəsi hələ də öz işindədir. Həbs edilənlər aysberqin görünən tərəfidir. Bir qrup idmançıdan ibarət quldur dəstəsini maliyyələşdirərək sahibkarların mülkünü zəbt edən hazırki mütəşəkkil cinayətkar dəstənin havadarı kimdir? Əmlakı talanan sahibkar dəfələrlə əlaqədar dövlət məmurlarına şikayət etsə də, onun şikayətləri qulaq ardına verilir.”

Yazıda adları çəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.

AzPolitika.info
 
 

 


Dünyapress TV

Xəbər lenti