Ardını oxu...
Uşaq travmatizminin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin gücləndirilməsi, eləcə də ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması istiqamətində maarifləndirici tədbirlər davam etdirilir.
Dia-az.Media xəbər verir ki, növbəti belə tədbir Xəzər rayonunda yerləşən 26 saylı və Binəqədi rayonunda yerləşən 244 nömrəli orta məktəblərin şagird və pedoqoji heyətinin iştirakı ilə keçirilib.
Tədbir zamanı DYP əməkdaşları tərfindən yol hərəkəti qaydaları, piyadaların vəzifələri, təhlükəsiz davranış vərdişləri barədə məlumatlar verilib və şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Sonda Bakı Şəhər DYP İdarəsi tərəfindən hazırlanan maarifləndirici şüarlar əks olunan plakatlar məktəblərin qarşısına vurulub.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Paytaxtın Xətai rayonunun sakinləri sularının kəsilməsindən narazıdırlar.

Onlar qeyd ediblər ki, suları bir neçə həftədir ki, kəsilib və hər dəfə boş vədlər verilsə də, suyun gəlişini bərpa etməyiblər.

Rayonun sakini Xatirə Rzayeva heç kənd evlərində belə bu qədər suyun kəsilmədiyini bildirib. O əlavə edib ki, "Azərsu"ya bir neçə dəfə müraciət ediblər, hər dəfə də onlar bərpa etdiyini deyib, ancaq heç bir dəyişiklik baş verməyib.

Su və kanalizasiya şəbəkələrinin istismarını sahəsinin rəisi Eldar Bəşirov deyib ki, su xəttində tıxanma olduğuna görə sular kəsilib, gün sonuna kimi də yenidən suların gəlişi bərpa olunacaq.

İŞBSTX-nin Mətbuat Xidmətinin əməkdaşı Aydan Xəlilova görülən işlərə yekun vurulduğunu və su probleminin artıq gün ərzində ortadan qaldırılacağını bildirib.

Ətraflı Real TV-nin süjetində:

 
 
 
Ardını oxu...
Bakı şəhəri, Nərimanov rayon sakini Həsənov Əliməmməd Əliağa oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, dövlət tərəfindən şəkər xəstələrinə ayrılan iynə və dərmanı ala bilmir:

“Hörmətli redaksiya!

Bildirim ki, 2003-cü ildən şəkərli diabet xəstəliyindən əziyyət çəkirəm. TƏBB-in Nərimanov Tibb Mərkəzinin tabeliyində olan 1 nömrəli poliklinikanın endokrinoloji kabinetində 2-ci tip şəkərli diabet xəstəsi kimi qeydiyyatdayam. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2005-ci il tarixli 87 saylı qərarında şəkərli diabet xəstələrinə dövlət tərəfindən pulsuz verilməli olan şəkərsalıcı dərman preparatlarının, özünə nəzarət vasitələrinin və tibbi xidmətin siyahısı qeyd edilmişdir. Qeydiyyatda olduğum Nərimanov rayon Tibb Mərkəzinin tərkibində olan 1 nömrəli poliklinika Nazirlər Kabinetinin qeyd edilən qərarından irəli gələn öhdəliklərini yerinə yetirmədiyi üçün 18.12.2023-cü il tarixində iddia tələbi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etdim. İşə baxan hakim Aytən Novruzova iddiamın təmin edilməməsi ilə bağlı qətnamə qəbul etdi.

Hələlik qətnaməni əldə edə bilmədiyim üçün iddiamın təmin edilməməsinin səbəbi haqqında dəqiq heç nə deyə bilmərəm. Baxmayaraq ki, məsələnin mənim xeyrimə həll olunması üçün məhkəməyə kifayət qədər dəlillər təqdim edilmişdir.

Mənim iddia tələbimlə başlanılmış 2(005) -909 /2024- nömrəli mülki iş üzrə məhkəmə 12.03.2024-cü il tarixdə qərardad qəbul edilmişdir. Mənə qlukometr üçün test çubuqlarının (qanda və sidikdə şəkərin miqdarını müəyyən etmək üçün) verilməsinin zəruriliyi qeyd edilsə də, onların aylıq miqdarı barədə tibbi ekspertiza təyin edilmişdir. Halbuki Nazirlər Kabinetinin 13.05.2005-ci il tarixli 87 nömrəli qərarında şəkərli diabet xəstələrinin qanda şəkərinin miqdarına nəzarət etmək üçün (ayda 25 test çubuğu) pulsuz test çubuqlarının verilməsini zəruriliyi, eləcə də miqdarı göstərilmişdir.

Ekpertizanın təyin edilməsi barədə məhkəməyə etiraz ünvanladım. Çünki “normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları normativ hüquqi aktlar hesab olunur. Konustisiyanın 149-cu, həmçinin yuxarıda qeyd edilən qanunu 88-1-ci maddəsinə də uyğun olaraq ölkə ərazisində icrası bütün hüquqi və fiziki şəxslər üçün məcburidir.

Məhkəmə qərardadı ilə ekspert qismində Patoloji Anatomiya Birliyinə bu məsələ ilə bağlı ekspertizanın təyin edilməsinin qanunsuz olması barədə məktub göndərilmişdir. Buna baxmayaraq ekspertiza idarəsi səlahiyyət həddini aşaraq, yanlış rəy vermişdir.

Ədliyyə Nazirliyinə göndərdiyim sorğuya cavab olaraq nazirliyin qanunvericilik baş idarəsindən aldığım cavab Nazirlər Kabinetinin qərarı ilə bağlı ekspertizanın təyin edilməsinin qanunsuzluğunu təsdiq edir.

Müşahidələrim göstərir ki, şəkərli diabet xəstələrinin böyük əksəriyyəti Nazirlər Kabinetinin qeyd edilən qərarından məlumatsız olduğunu nəzərə alaraq, həmin şəxslərin məlumatlandırılması məqsədilə Nazirlər Kabinetinin 13.05.2005-ci il tarixli 87 nömrəli qərarını surətini sizə göndərməklə, saytınızda və qəzetinizdə yayılmasına yardımçı olmağınız xahiş edirəm”.
 
Ardını oxu...
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov özündən əvvəlki sədrin başlatdığı heç bir mütərəqqi islahatı davam etdirmədi və ya etdirə bilmədi. İş adamları, əsas idxalçılar ondan narazıdır. "Yaşıl dəhliz" platforması nəinki inkişaf etdirilmədi, əksinə az qala ləğv edildi.

Gundeminfo.az xəbər verir ki, bu sözləri ölkəyə əsas strateji ərzaq məhsullarının idxalı ilə m.əğqul olan iş adamlarından biri deyib.

İş adamları əsasən gömrük bəyənnamalərinin tərtibatında, brokerlərin "meydan sulaması"ndan narazıdırlar. Xüsusilə də strateji ərzaq məhsullarıının idxalı ilə bağlı lüzumsuz müdaxilələr var. İtaliya, İran və Çiindən idxalatda anbar xidmətləri, eyni zamanda keçid üçün sənədləşmələrdə və qiymətləndirilmələrdə ciddi süni əngəllər yaradılır.

Əlbəttə ki, bütün bunlar İqtisadiyyat Nazirliyində müvafiq olaraq araşdırlıb.

Gundeminfo.az-a daxil olan məlumata əsasən Şahin Bağırovun birbaşa göstəriş və müdaxiləsi ilə ümumi ticarət dövriyyəsində 1.1 faizlik azalma var. Proqnozların icra edilməməsi kimi də bu məqamın əsas rol oynaması, Dövlət Gömrük Komitəsinin sədrinin dəyişdirilməsini vacib edib.

Mövzu ilə bağlı detallı iqtisadi araşrıdmalarımızı rəsmi qurumlarla paylaşa bilərik.
Ardını oxu...
Artıq öyrəncəliyik, qiymətlər, kommunal ödənişlər, tariflər bir gecənin
içində qaldırılır, pensiyalar, təqaüdlər, əməkhaqqılarının ilboyu artırılacağı
söylənilir. Beləcə hansısa “eks, növbədənkənar” deputatın, hökumət
üzvünün “artım nağılları” bir il əhalinin başını qatır, medianın manşetinə
çevrilir, növbəti ilin Novruz bayramına düşən ayında “göydən 3 -5 faizlik
illik artım alması” düşür”. Sonra yenə də qiymətlər, tariflər sosial- iqtisadi
əsaslandırılmadan birdən Tarif Şurasının qərarı ilə qaldırılır, əhaliyə isə yeni
nağıllar danışılır. Köhnə nağıllarsa hələ də deputatların, məmurların dilində
dolaşır. Ən böyük nağıl 80 manatlıq veteran pulları haqqındadır. Bir də
verilməyən uşaq pulları ara-sıra gündəmə gəlir.
30 sentyabrda Milli Məclisin payız sessiyasının ilk iclasının keçiriləcəyi,
gündəliyin vəsiqələrin verilməsi və komitələrin formalaşması olması
bildirilib. Düzü, hamı kimi, bizim də yeni tərkibli qanunverici hakimiyyətdən
pozitivə doğru bir gözləntimiz yoxdur. Məclisin yeri dağ başı olsa da, özü
dağın dibindən- PA-dan idarə olunur. Dılğır bir məmurun rüşvət,
mənimsəmə qərarını qanundan aşağıda tutan, “biz neyləyə bilərik” ritorik
sualı ilə deputatlıq edən qanunverici orqandan , tərkibi köhnə olsun, yeni
olsun, nəsə gözləmək olarmı?
“Veteranlar haqqında” qanunun yalnız bir maddəsi Qarabağ veteranlarına
tətbiq edilir , onu da Tarif Şurası ləğv edib. Qanunun 11-ci maddəsinə görə,
müharibə veteranlarının istifadəsində olan dövlət bağları və
bağçılıq sahələri ƏVƏZSİZ olaraq onların (müharibə
veteranlarının) şəxsi MÜLKİYYƏTİNƏ verilir”. Bu ƏVƏZSİZ
MÜLKİYYƏT hüququnu QEYDİYYAT ÇIXARIŞI (“kupça”) ilə gerçəkləşdirməyə
borclu olan İqtisadiyyat Nazirliyi, yanındakı ƏMDX ( Əmlak Məsələləri
Dövlət Xidməti) isə sözün gerçək anlamında dələduzluqla məşğuldur.
Dələduzluq xidmətinə baxın, ƏMDX rəsmi məktublarla bildirir ki, əvəzsiz
olaraq şəxsi mülkiyyətə verilmə hüquqların dövlət qeydiyyatına
alınması demək deyildir. Tarif Şurasının 31.07.2023 tarixli qərarı ilə
daşınmaz əmlakın dövlət qeydiyyatına alınmasına dövlət
rüsumundan əlavə 236,96 manat xidmət haqqı müəyyən edilib və
bu qərar QANUNDAN DA, KONSTİTUSİYADAN DA ÜSTÜNDÜR. (?) Bu
absurdluğu bir ay DƏDKR-in rəis müavini Elvin Məmmədov, növbəti bir
ay Elşad Məmmədov bildirib. Baş prokurorluqdan, DTX-dan, Korrupsiyaya
qarşı mübarizə baş idarəsindən qanuna zidd olaraq rüşvətxorluğundan,
korrupsiyasından şikayət edilən ƏMDX-ya göndərilən müharibə
veteranlarının kollektiv şikayətini isə müavin Rüstəm Şahbazov
27.09.2024-cü il tarixli məktubla cavablandırıb. Əvvəllər də rəsmi
məktublarla “JEK”-in, ƏMDK-nın hansısa məktubunun (?),
şəhadətnaməsinin (?) , saxta-doğru “kupça”nın-qeydiyyat çıxarışının
QANUNDAN, KONSTİTUSİYADAN, MƏHKƏMƏ QƏRARINDAN
ÜSTÜNLÜYÜNÜ (?) bildirən Rüstəm Şahbazov yenə də ənənəsinə sadiq
qalıb. Bu yekəlikdə xidmətin müavini yazır ki, əvəzsiz şəxsi mülkiyyətə
verilmə hüquqların RÜSUMSUZ və XİDMƏT HAQQISIZ olaraq dövlət
qeydiyyatına alınmasına əsas vermir. Çünki “ Dövlət rüsumu
haqqında” qanunda müharibə veteranlarının bağlarının dövlət
qeydiyyatına alınmasının dövlət rüsumundan azad edilməsi yazılmayıb.
Qanunun aliliyinə, Konstitusiyanın ən yüksək qüvvəsinə saymazlığa baxın,
bəs “Dövlət rüsumu haqqında” qanunda Tarif Şurasının qərarı ilə
rüsum bəlirləmə yazılıb? Özü də bağ sahələrinə aid olmayan qərarla?
İndi söz Milli Məclisdə, qanunvericidədir. Ya bu “Veteranlar haqqında”
qanunun 11-ci maddəsini də ləğv etsin, ya da “Dövlət rüsumu haqqında”
qanuna müharibə veteranlarının bağ sahələrinin dövlət qeydiyyatına
alınmasının rüsumdan azad edilməsini əlavə etsin. Di gəl, Tarif Şurasının
qərarını Konstitusiyadan, qanundan, Prezident fərmanından, NK qərarından
üstün tutan xidmətin dələduzluğundan əl çəkəcəyi inandırıcı görünmür.
Məğrur Bədəlsoy
ЕУКУА
Ardını oxu...
 
Ardını oxu...
Naxçıvan şəhəri, Nizami küçəsi, ev 44, mənzil 27-də yaşayan ikinci qrup əlil Şahbazov Akif Cümşüd oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, Naxçıvanda hərbçi kimi fəaliyyət göstərən Murad Kərimli adlı şəxs onun pulunu mənimsəyib, aidiyyəti qurumlar şikayətinə baxmır:

“Mən, Şahbazov Akif Cümşüd oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Özüm xəstə adamam, problemlərim çoxdur. Naxçıvanda Kərimli Murad adlı bir hərbçiyə əmi, dayı olmuşam. O isə mənim kimi xəstə adamı aldadıb, 802 manat pulumu mənimsəmişdir.

Ərizə ilə məhkəməyə müraciət etdim. O, Bərdə Məhkəməsində boynuna alıb ki, məndən borc alıb, amma borcunun 432 manat olduğunu bildirib. Əslində isə yalan deyib, məni aldadaraq 802 manat pulumu əlimdən almışdır.

İş indi icraçının öhdəliyindədir, onun da dediyinə görə, həmin şəxsi tapa bilmir.

Kərimli Murad isə mənə xəbər göndərir ki, “mən o pulu sənə verəsi deyiləm, vermirəm, nə edəcəksən, uzağı məhkəməyə verəcəksən də”.

Səhhətimlə bağlı heç bir yerdə işləmirəm. Belə adama dəstək olan dövlət qurumuna nə deyəsən, onu bilmirəm.

İcraçı bildirir ki, polis axtarışa verib, adamı tapa bilmir. Çox gülməli söhbətdir. Adam hədə-qorxu gələcək qədər ortadadır, amma icraçı deyir ki, polis axtarır.

İlk dəfə sizin saytda şikayət gedəndən sonra sizin vasitənizlə icraçı Sadiqlə danışdım. O, mənə təklif etdi ki, barışın, bu məsələ həll olunsun. Sual verdim ki, bəs pulum dedi ödəniləcək. İcraçı o qədər səmimi danışdı ki, onun sözlərinə inanmışdım. Mənə dedi ki, biz kişiyik, barışıq ərizəsi yaz, göndər məsələni həll edək.

Öz başıma qərar vermədim. Zəng vurub Hurriyyet.az saytının baş redaktoru Vüqar Tofiqoğlu ilə məsləhətləşdim. O da dedi ki, əgər icraçı “biz kişiyik” deyirsə, barışıq ərizəsini yaz göndər, qoy pulu alıb sənə versin. Onun dediyi kimi etdim. Elə həmin gündən də icraçı zəngləri qəbul etmədi. Yəni mənim kimi yataq xəstəsini bu dəfə dövlət məmuru aldatdı.

Yenidən məhkəməyə müraciət etdim. Bu dəfə iş Məhəmmədəli adlı icraçıya tapşırıldı. Məhəmmədəli ilə də dəfələrlə danışmışam, mənə deyir ki, səbr et, gözlə. Nə qədər səbr edim, əslində, 400 manat böyük pul deyil, amma mənim o pula yaşamaq üçün ehtiyacım var. Təəssüf ki, bunu başa düşən yoxdur. Məhəmmədəli əvvəl 10 gün gözlə dedi, indi də deyir ki, 20 gün gözlə. İllərdir gözləyirəm, amma məhkəmənin qərarı icra olunmur.

Mən sizin sayt vasitəsilə səlahiyyətli qurumlara, Prezident Administrasiyasındakı vəzifəli şəxslərə müraciət edirəm. Hörmətli cənablar, şikayətimizə baxılmağı üçün hara müraciət edək? İcraçıları işlərinə yönləndirməyə Ədliyyə Nazirliyinin belə, gücü çatmır. Bəs, bu icraçılar işlərini icra etmirlərsə, nəyə lazımdırlar?!"

Məsələ ilə bağlı Məhəmmədəli adlı icraçı ilə əlaqə saxladıq. "Mənlik heç nə yoxdur, iş mənə təzə verilib. Şikayətçiyə də bildirmişəm ki, 20 gün gözlə, qanun çərçivəsində iş həll olunacaq”, - deyə bildirdi.
 
Ardını oxu...
27 Sentyabr - Anım Günü ilə əlaqədar Qazax rayonunda da anım tədbiri keçirilib.

32gun.az xəbər verir ki, şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında keçirilən anım tədbirində Qazax Rayon İcra hakimiyyətinin başçısı Rəcəb Babaşov iştirak etməyib.

Anım tədbirində Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, müavin, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 3-cü dərəcəli Vətən müharibəsi əlili, 3-cü dərəcəli “Rəşadət” ordeni və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmiş, ehtiyatda olan kapitan Samir Çobanov, icra aparatının digər məsul işçiləri, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları və əlilləri, Qazax Rayon İcra Hakimiyyəti yanında Yerli Məşvərət Şurasının üzvləri, Qazax Rayon İcra Hakimiyyəti başçısının İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim-tələbə heyəti, təhsil, səhiyyə, mədəniyyət işçiləri, ziyalılar, ağsaqqallar, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 

Sentyabrın 27-də axşam saatlarında internetdə Kiyevdə yerləşən SkyMall ticarət mərkəzinin ələ keçirilməsi ilə bağlı məlumat yayılıb. Lakin hüquq-mühafizə orqanlarının əməkdaşları bunu təkzib ediblər.

Bu barədə RBC-Ukrayna Ukrayna Milli Polisinə istinadən xəbər verir.

"Paytaxtdakı ticarət mərkəzlərindən birinin ələ keçirilməsi ilə bağlı yayılan məlumat həqiqətə uyğun deyil”, - deyə hüquq-mühafizə orqanlarından bildirilib.

Polisin məlumatına görə, Dnepr polis idarəsinə şəhərin ticarət mərkəzlərindən birinin yaxınlığında bir qrup şəxsin olması barədə məlumat daxil olub. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları məlum olub ki, adıçəkilən şəxslər hazırkı aksiya keçiriblər və bu aksiya artıq başa çatıb və onun iştirakçıları dağılıblar. "İctimai təhlükəsizliyin və asayişin pozulması halları baş verməyib", - polis əlavə edib.
Ardını oxu...
Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun oğlu Tural Həsənzadə ilə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsi arasında qalmaqal yaranıb. Qaynarinfo-nun məlumatına görə, qalqamalın kökündə Tural Həsənzadənin inzibati məsuliyyətə cəlb edilməsi dayanır.

İdarə icra başçısının oğlunu İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə cərimələyib. Bu maddə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlıdır.

Maddədə inzibati cəza növü kimi fiziki şəxslərin 1000 manatdan 2000 manatadək, vəzifəli şəxslərin 3000 manatdan 5000 manatadək, hüquqi şəxslərin isə 20 000 manatdan 25 000 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.

Tural Həsənzadə idarənin qərarı ilə razılaşmayaraq məhkəməyə şikayət verib. Onun şikayətinə Nəsimi Rayon Məhkəməsində baxılacaq. İş hakim Anar İbadzadənin icraatındadır.

Tural Həsənzadə ləğv edilmiş “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) keçmiş rəhbəri Qorxmaz Hüseynovun kürəkənidir. O, vaxtilə Ədliyyə Nazirliyinin ekspertiza mərkəzində rəhbər vəzifədə çalışıb.

Tural Həsənzadə 2021-ci ildə lüks avtomobili ilə sərxoş vəziyyətdə qəza törətdikdən sonra işdən çıxıb. Mediada gedən məlumatlara görə, qəzadan sonra rəhbərliklə onun arasında mübahisə yaranıb. Bundan sonra Turan Həsənzadə öz ərizəsi ilə işindən ayrılıb.
Ardını oxu...
Turan Həsənzadənin atası Vasif İmanov 2013-cü ildə Pirallahının icra başçısı vəzifəsinə təyin edilib. Media onun haqqında neqativ materiallarla zəngindir. İddialara görə, Vasif İmanov və yaxınları az qala Pirallahını özəlləşdiriblər.
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, AzTV-nin əməkdaşı, aparıcı Həmid Əsədzadənin 2 yaşlı qızı Sədəf Əsədzadə uşaq bağçasında dünyasını dəyişib. Azyaşlının ürək problemi səbəbindən həyatını itirdiyi barədə məlumatlar yayılıb. Hadisə “Candy kids” adlı özəl uşaq bağçasında baş verib.

Bundan əlavə, uşağın ürəyində hər hansı problem olmayıb.
Bağçadakı kamera görüntülərindən isə məlum olub ki, uşaq qida qəbul edərkən yemək parçası onun nəfəs borusunda qalıb. Nəticədə, azyaşlı nəfəs ala bilməyib və həyatını itirib.
Əldə edilən digər məlumata görə isə, uşağın ölümündə bağça müəllimlərinin səhlənkarlığı da mühüm rol oynayıb.
Belə ki, onlar hadisə ilə bağlı təcili tibbi yardıma gec müraciət ediblər. Həkimlər hadisə yerinə gəldikləri zaman azyaşlının 1 saat öncə dünyasını dəyişdiyini müəyyən ediblər. Hətta uşağın həyatını itirməsi ilə bağlı xəbəri belə bağça rəhbərliyi deyil, valideynlərdən biri mərhumun ailəsinə çatdırıb.
Qeyd edək ki, faktla bağlı Səbail Rayon Prokurorluğu tərəfindən müvafiq ekspertizalar təyin olunub. Prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirib.
Faktla bağlı araşdırma aparılır.(Bizim.Media)
 
Ardını oxu...
1-ci dərəcəli Qarabağ əlilinə işgəncəyə KM də qiymət vermir

1-ci dərəcəli Qarabağ əlilinin 03.09.2022-ci ildə 6 və 9 yaşlı körpə nəvələrinə də stress yaşatmaqla beş maşın polisin zoru ilə Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə aparılıb işgəncəyə uğradılmasına, 2 sutka məhkəmə qərarı olmadan işgəncə kamerasında yaralı durumda saxlanılmasına , evinin “protokol qaydasında” axtarış” adı ilə talan edilməsinə hələ də qiymət verilməyib. Polis rəisi Ziya Əliyev, 24 PŞ-nin rəisi Seymur Qarayev, onun müavini Natiq Hüseynov, sahə müvəkkili Elçin İslamov, müstəntiq Qalib Kərimli və 20 nəfər civarında xüsusi əməliyyat qrupu mütəşəkkil cinayətkar dəstə şəklində sifarişlə savaş qazisinin 9 qabırğasını sındırıb, ağ ciyərində hematoma əmələ gətirdib, açıq-qapalı baş beyin travması vurub, tibbi yardıma da , informasiyaya da qadağa qoyub. 2 sutkalıq həbsdən çıxan kimi şikayət edilən Nizami prokurorluğu ekspertiza təyin edib və ...aldığı rəyi indiyədək işgəncəgörən əlilə verməkdən , fakta hüquqi qiymət verməkdən imtina edir.

Rayon prokuroru Pərviz İbayev anında cinayət işi qaldırmağa borclu olduğu halda , əksinə, cinayəti ört-basdır edir, hətta müstəntiq Qalib Kərimlinin vəsatəti əsasında işgəncə kamerasında həbsdə saxlanılan 1-ci dərəcəli savaş əlilinin evində axtarış aparılmasına təqdimat verib(miş). ( Saxta məhkəmə qərarında belə yazılıb)

Bəs məhkəmə? Axı məhkəmə qərarı olmadan kiminsə həbsdə saxlanılması, evində, sahə müvəkkili Elçin İslamovun bildirdiyi kimi, “protokol qaydasında” axtarış aparılması yolverilməzdir. Məhkəməyə müraciətə cavab olaraq Nizami məhkəməsinin hakimi Nigar Qədirlinin adından 40 gün qabağa tərtib olunan 05.09.2022 tarixli “axtarış qərarı” məhkəmədən yox, statusu göstərilməyən Azad İsmayılzadə adlı şəxsin ismayilzade.azad@inbox.ru elektron poçtundan 14.10.2022-ci ildə işgəncəgörənin emailinə gəlib. Anında Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına həm elektron qaydada, həm məktubla şikayət edən Qarabağ qazisinin şikayəti yalnız Məhkəmə Hüquq Şurasına 7 aylıq şikayətlərdən sonra 08.05.2023-cü ildə “qiymətləndirilib”. İlqar Murquzov, Qədim Babayev, Anar Tanrıverdiyev üçlüyü məhkəmənin cinayət özbaşınalığını hələ də cinayətdə şübhəli statusunda saxladığı işgəncəgörənin boynuna qoyub ki, 3 günlük şikayətvermə müddəti ötürüldüyündən şikayətə baxıla bilməz. Özbaşınalığa baxın, birincisi, həbsdə olan şəxsdən gizlədilən, 40 gündən sonra verilən saxta qərardan köhnə tarixə 3 gün müddətində necə şikayət verilə bilər?

Anında qüvvəyə minən bu qərar da Məhkəmə Hüquq Şurasına 6 aylıq şikayətlərdən sonra 30.11.2023-cü ildə verilib və Ali Məhkəməyə şikayət mümkünsüz olduğundan 3 ay müddətində- 06.02.2024-cü ildə Konstitusiya Məhkəməsinə şikayət verilib. “Konstitusiya Məhkəməsi haqqında” qanunun 34.4.2 maddəsinə görə, Konstitusiya Məhkəməsinə şikayət ərizəçinin məhkəməyə müraciət etmək hüquququnun pozulduğu andan üç ay müddətində veriə bilər. Qanunun 34.5 maddəsində isə doğrulanıb: “ HÜQUQ və AZADLIQLARIN POZULMASI NƏTİCƏSİNDƏ ƏRİZƏÇİYƏ AĞIR və BƏRPAEDİLMƏZ ZƏRƏRİN VURULMASININ DİGƏR MƏHKƏMƏLƏR VASİTƏSİ İLƏ QARŞISININ ALINMASI MÜMKÜN OLMADIQDA ŞİKAYƏT BİLAVASİTƏ ( BİRBAŞA- M.B.) KONSTİTUSİYA MƏHKƏMƏSİNƏ VERİLƏ BİLƏR”. İşgəncəgörən Qarabağ qazisi bu maddələr , Konstitusiyanın 130-cu maddəsinin V hissəsi əsasında 06.02.2024-cü ildə Konstitusiya Məhkəməsinə şikayət verib.

Konstitusiya Məhkəməsinin palatası ( sədrlik edən və məruzəçi hakim Ceyhun Qaracayev, hakimlər Humay Əfəndiyeva, Rafael Qvaladze, İsa Nəcəfov) 7 ay 7 gündın sonra 12.09.2024 tarixli (26.09.2024-cü ildə verilib) qərardadla şikayətin Konstitusiya Məhkəməsinin icraatına qəbul edilməsindən imtina edib. “Konstitusiya Məhkəməsi haqqında” qanunun vurğuladığımız 34.4.2 və 34.5 maddələri yox, Ali Məhkəmənin qərarından 6 ay müddətində verilə bilən 34.4.1 maddəsi imtinanın əsası kimi götürülüb. Palata yalnız Ali Məhkəmənin qərarından şikayətlərə baxıla biləcəyini vurğulayıb. Bunun isə qanunsuz olduğu elə qanunun özündən görünür.

“Konstitusiya Məhkəməsi haqqında” qanunun 52.1 maddəsinə görə, şikayət 30 gün müddətində KM palatasının iclasına çıxarılır və uyğun qərar qəbul edilir. 7 ay 7 gündən sonra iclasa çıxarılma da qanunsuzluğu , qıraqdan sifarişi ortaya qoyur. Məhkəmənin qıraqdan sifariş gözləməsi isə yolverilməzdir və Konstitusiya Məhkəməsi hakiminin YÜKSƏK ADINA LƏKƏDİR. Bilməmiş olmazlar, nədən içiblər, Konstitusiya Məhkəməsi hakiminin andını anıdırıq-xatırladırıq: “ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi səlahiyyətlərini ŞƏRƏF və VİCDANLA yerinə yetirəcəyimə, Azərbaycan Respublikası Konstitusiyasının ALİLİYİNİ qoruyacağıma, baxdığım məsələləri MÜSTƏQİL, QƏRƏZSİZ və ƏDALƏTLƏ həll edəcəyimə AND İÇİRƏM”.

Bu andiçmə, bu da gerçəklik. Konstitusiyanın ALİLİYİ də , vətəndaşın HÜQUQ və AZADLIĞI da qıraqdan SİFARİŞLƏ, QƏRƏZLƏ, ƏDALƏTSİZLİKLƏ pozulub. Qalır Avropa İnsan Hüquqları Məhkəməsi. Ona da şikayətləri “Azərpoçt” it-bata salır, gah gömrükdən (?), gah sərhəddən (?) içiboş keçirdib geri qaytardır.

Məğrur Bədəlsoy
paralel.az
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti