Ardını oxu...
Babək rayonunda əkinçiliklə məşğul olan fermerlərə çatacaq subsidya və gübrələr verilmir. Buna səbəb, rayon İcra Hakimiyyətinin bələdiyyələrlə əlbir olub, subsidiyaların bir hissəsini mənimsəmək üçün etdiyi fırıldağın üzə çıxması olub. Bu haqda „Gündəlik Naxçıvan“a bir qrup fermer məlumat verib. Fermerlər deyirlər ki, rayon rəhbərliyi daha çox subsidiya alıb, mənimsəmək üçün əkinə yarasız əraziləri saxta yolla əkin sahəsi kimi bir neçə şəxsin adına sənədləşdirərək, yerli Kənd Təsərrüfatı Nazirliyinə təqdim edib. Yoxlamalar zamanı saxtakarlıq üzə çıxdığından, nazirlik rayon üçün veriləcək bütün subsidiyaları təsdiqləməkdən imtina edib.
Rayon rəhbərliyinin fırıldağının qurbanı isə, sadə fermerlər olub. Onlar deyirlər ki, subsidiya ala bilmdəiklərindən sahələrini şumlayıb, tapanlayan traktorçilara borclu qalıblar. Traktorçular isə onlardan pullarını tələb edir.
Fermerlərdən K. Qurbanov deyir ki, gübrələrin vaxtında verilməməsi məhsuldarlığa ciddi təsir edəcək:
“Rayonun başçısı Rasim Məmmədov kənd icra nümayəndələri və bələdiyyə sədrləri ilə əl-ələ verib, saxtakarlıq ediblər. Nazirlikdən gizlin artıq subsidiya yazıb, pulları mənimsəmək istəyiblər, alınmayıb. İki dövlət qurumu arasında olan problemdir, əziyyəti biz çəkirik. Yəni, başçı nazirliyə fırıldaq gəlib, cəzasını biz çəkirik. Bu il 15 hekdar buğda əkmişəm. Hər hektar üçün traktorçuya raktorçular 120 manat ödəməliyəm. Əvvəlcədən razılaşmışıq ki, hektar üçün 50 manatını bu başdan ödəyim, qalanını torpaq pulu veriləndə ödəyək. Lakin, torpaqpulunu verməyiblər. İndi onlar haqlı olaraq pullarını istəyir, bizim də vermək imkanımız yoxdur. Düşmüşük pis vəziyyətə. Gübrə də almamışıq. Torpağa gübrə verməyin əsil vaxtıdır. Payızda fosfor gübrəsi də verə bilməmişəm. Bu səbəbdən məhsuldarlıq xeyli aşağı olacaq və qazancımız olmayacaq”.
Fermer Nazim Məmmədov da subsidiyaların vaxtında verilməməsindən şikayətlənir:
“Bu il 10 hektar taxıl əkmişəm, raktorçulara borclu qalmışıq. Hektara 70 manat torpaqpulu verilməlidir. Ala bilmirik. Bu gün-sabah edirlər. Hökumətdən pul almaq üçün bələdiyyə və icralar saxtakarlıq edərək əkinə yararsız, dərəni, təpəni sənədləşdirib əkilmiş kimi nazirliyə göndəriblər. Həm də eyni sənədi fərqli bir neçə adamın adından göndəriblər. Nazirlik isə bunu bilir və sənədləri təsdiq etmir. Bu günə qədər icralar həmişə bu cür saxtakarlıqlar edərək dövlətin yüz minlərlə pulunu mənimsəyirlər. Onlar saxtakarlıq edərək pul qazanmaq istəyirlər, əziyyətini, ziyanını isə biz fermerlər çəkirik”.
Babək rayon İrca Hamikiyyətindən fermerlərin iddialarına cavab vermək istəmədilər.
Ardını oxu...
Martın 12-dən etibarən metronun “28 May” stansiyasının qarşısına şəxsi avtomobillərin girişi bağlanacaq.

Bu barədə Nəqliyyatı Əlaqələndirmə Şurası qərar qəbul edib.

Sözügedən qərar bəzi taksi sürücülərinin narazılığına səbəb olub.

“Bu ərazidə tıxac yaranacaq. Nəsimi bazarının yanından tıxac başlayacaq, düz Azadlıq küçəsinin axırına kimi davam edəcək. Avtobusun işarəsi varsa, taksinin də var. Biz də dayanıb, burada işləməliyik. Bura bizim iş yerimizdir. Hər evi beş adamdan hesablayanda elə bil 400 nəfəri ac qoyurlar”, - deyə taksi sürücüsü şikayətini bildirib.

Ətraflı Baku TV-nin süjetində:

 
Ardını oxu...
Bakı Dövlət Universiteti İKT avadanlıqlarının satın alınması ilə bağlı elan etdiyi tenderin qalibi "EVEREST-2022" Məhdud Məsuliyyətli Cəmiyyəti müqavilə imzalayıb.

Müqavilənin məbləği 1.444.952,53 AZN-dir.

32gun.az-ın əldə etdiyi məlumata görə, qalib şirkətin dövlətə vergi borcu var.

"EVEREST-2022" Məhdud Məsuliyyətli Cəmiyyətinin hazırda vergi borcu 15 min 234 manat 40 qəpikdir.

Bildirək ki, qalib olan MMC-nin nizamnamə kapitalı 100 AZN, qanuni təmsilçisi Babayev Fuad Şakir oğludur.

Xatırladaq ki, BDU-nun rektoru Elçin Babayevdir.
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Vaxtiylə “mənəm-mənəm” deyən sabiq idarə rəisi 102 yaşlı qadının çətiri altında “gizlənir”

Son illərin ən çox müzakirə olunan olaylarından olan Tərtər hadisələri ilə bağlı media və ictimai rəydə bir sıra şəxslərin adı hallanmaqdadır ki, bunlardan da biri də Müdafiə Nazirliyinin sabiq idarə rəisi general Rasim Əliyevdir.
TEREF yazır ki, bunu poçtumuza göndərilən məqalədə müəllif yazıb. Daha sonra müəllif yazır:
Xatırladaq ki, vaxtiylə Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinə rəhbərlik edən Rasim Əliyev Tərtər işi ilə bağlı məhkəmələrdə şahid kimi ifadə verib. Məhz bu ifadələr zamanı zərərçəkənlər tərəfindən sabiq iadrə rəisinə qarşı ciddi ittihamlar səslənib, konkret iddialar yer alıb. Onların bəzisinə nəzər salaq.

Azpolitika.info saytında 26 iyun 2023-cü il tarixində yer alan məqalədə deyilir:

“Məhkəmədə zərərçəkənlər də, təqsirləndirilən polkovnik Vüsal Ələsgərov da general Rasim Əliyevin özünü günahlandırıb. İşgəncələrin şahidi olduğu halda, qarşısını almaqdan ötrü öz səlahiyyətlərindən istifadə etmədiyinə görə onu qınayıb.

“General-mayor deyir ki, gücüm çatdığı qədər müdaxilə elədim. Onda niyə o vəzifəni tutmuşdunuz? Burada oturası adam sizsiniz. Mən sizlərin cinayət zəncirinizdə 1000 halqadan 998-ciyəm...”, - təqsirləndirilən Vüsal Ələsgərovun sözləridir”. (https://azpolitika.info/?p=722714 ).

Bizimyol.info saytının 26 iyul 2023-cü ildə yer alan məqalədə də Rasim Əliyevə qarşı açıq ittihamlar var: “Zərərçəkənlər də generalı ittiham edib. Deyiblər ki, o, vaxtında öz səlahiyyətlərindən istifadə eləsəydi, bu hadisələrin qarşısı alınardı. Baş verənlərdə onun da rolu var”. (https://www.bizimyol.info/az/news/463367.html ).

Rasim Əliyev ötən il məhkəmə priseslərində şahid kimi çıxış etsə də, keçmiş idarə rəisinin harada olması, hansı işlə məşğul olması kimsəyə bəlli deyil. Apardığımız araşdırma nəticəsində məlum olub ki, vaxtiylə “mənəm-mənəm” deyən general bir ildən çoxdur ki, hörmətli Fatma Səttarovanın rəhbərlik etdiyi Respublika Veteranlar Təşkilatında “gizlənir”, proseslərin bitməsini gözləyir. Təşkilatda şöbə müdiri vəzifəsini daşıyan general vaxtı-vaxtında işə gəlib-getmir, əsas vaxtını öz biznesinin genişləndirilməsinə sərf edir. Xatıladaq ki, general həm də Bakıətrafı ərazilərdə hektarlarla torpaq sahəsinə malikdir və yaxın çevrəsində daşınmaz əmlaklarla bağlı “mülk müharibələri” gedir.

Görünən odur ki, Rasim Əliyev məsuliyyətdən və medianın diqqətindən yayınmaq üçün xalqın böyük sevgisini qazanan Fatma Səttarovanın çətiri altında daldalanmağa, onun mərhəmətinə sığınmağa çalışır. Ancaq 102 yaşlı qadından mədət uman general untumamalıdır ki, gizlənmək çıxış yolu deyil. O, etdiklərinə və etmədiklərinə görə gec-tez qanun qarşısında cavab verməli olacaq.
TEREF bildirir ki, məqalədə adları çəkilən məqalələrə general cavab vermsədə poçtumuza daxil olan məqalə ilə bağlı səhifəmizdə hörmətli generalımızında fikirlərinə yer verməyə hazıtıq!
 
 
 
Ardını oxu...
İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli İstanbulda hücuma məruz qalıb. Bu barədə adıçəkilən təşkilatın üzvü Sima Babayeva deyib.
Onun sözlərinə görə, qəfil hücuma məruz qalan QHT rəhbərinə ağır xəsarət yetiriblər. “O, hazırda İstanbulda müalicə alır. Samir Adıgözəlli məmurlardan birinin şərab biznesi haqqında danışırdı“.
Baş vermiş hadisə ilə bağlı cumhuriyyet.az-a danışan Samir Adıgözəlli ona qarşı hücumun Diasporla iş Üzrə Dövlət Komitəsi sədrinin müavini Valeh Hacıyev tərəfindən təşkil olunacağını bildirib.

Məsələ ilə bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırmalarda Diasporla iş Üzrə Dövlət Komitəsi sədrinin müavini Valeh Hacıyev Kiprdə şirkət qurması və Kiprdə qurduğu işə oğlu Orxan Hacıyevin rəhbərlik etməsi haqda iddialara rastlandıq. Belə ki, atanın dəstəyindən yararlanan oğulun rəhbərlik etdiyi “Qarabağlı” şirkəti alkoqollu içkilərin satışını həyata keçirir. Mənbənin bildirdiyinə görə, V.Hacıyev təmsil olunduğu vəzifənin yaratdığı üstünlükdən istifadə edərək, oğlunu Şimali Kipr prezidenti Ersin Tatarla belə görüşdürüb. Görüş zamanı prezident Ersin Tatar Azərbaycanla Şimali Kipr arasında ticarət potensialının
inkişafı üçün yeni layihələrin həyata keçirilməsinin və investisiya mühitinin
yaxşılaşdırılması istiqamətində hər iki ölkənin iş adamlarının qarşılıqlı əməkdaşlığının
təmin edilməsinin vacibliyini qeyd edib.
Rəsmi görüşdə iş adamlarından söhbət getsə də, bu əməkdaşlıq təklifindən nədənsə diaspor sahəsində kifayət qədər yüksək vəzifə daşıyan məmur Valeh Hacıyevin oğlu O.Hacıyev daha çox yararlanıb. Belə ki, O.Hacıyev Kiprdə tək alkoqollu içkilərin satışı ilə məşğul olmur, eyni zamanda onun Kiprdə daşınmaz əmlak və turizm biznesi də var.
Görünür V.Hacıyev özünün köhnə peşəsindən əl çəkmək niyyətində deyil. Necə deyərlər, “Naxırçı övladının könlü naxır əppəyində olar”. Belə ki, AFN.az-ın araşdırması zamanı onun əvvəllər də – 1991-2001-ci illərdə biznes fəaliyyəti ilə məşğul olduğu məlum olub. Biznesdən birbaşa İqtisadi İnkişaf Nazirliyində mütəxəssis vəzifəsinə təyinat alan V.Hacıyev 1 il burada fəaliyyət göstərdikdən sonra 2002-ci ildə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsində idarə rəisi vəzifəsinə gəlib. 2004-cü ilədək bu vəzifədə çalışdıqdan sonra Azərbaycan Respublikasının Prezidentinin 23 fevral 2004-cü il tarixli sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi sədrin birinci müavini, 13 iyul 2017-ci il tarixli sərəncamı ilə isə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsinə təyin olunub.
“Tərəqqi” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qeyd edək ki, V.Hacıyevin komitə və diaspora daxilindəki fəaliyyəti də kifayət qədər narazılıq yaradır. Azərbaycan- Şimali Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlunun bununla bağlı fikirlərini cumhuriyyet.az olaraq diqqətinizə çatdırırıq: “Dünyamız, çevrəmiz, həyatımız dəyişir. Hər şey dəyişsə də komitədən müavin Valeh Hacıyev dəyişmir. Ölkə başçısı xaricdə yaşayan bütün soydaşlarımıza sarılıb, onlara qayğı göstərir. Valeh Hacıyev isə əl-qol sallayır, necə deyərlər “şıllaq” atır… Ömrünü Azərbaycan diasporunun parçalanmasına, soydaşlarımız arasında birlik və bərabərliyin pozulmasına sərf edən bu adam kimə xidmət edir? Dövlətin vəsaitini hara sərf edir? Onu kimlər “mühafizə” edir?” Fuad Muradov gənc və enerjili komanda ilə yeniliklərə can atır. Bu insansa özünü “laboratoriya siçanları” üzərində araşdırmalar edən biri kimi aparır. Valeh Hacıyev bizi Kiprdə parçalaya bilmədi. Amma 10 ildə işlərimizin getməməsi üçün “yeraltı” əməliyyatlar etdi. Bilmədi ki, biz yerin altı haqqında da, üstü haqqında da məlumat sahibiyik. 10 il ərzində gördüyümüz bütün işlərə rəğmən bir dəfə olsun bu insandan Allahın salamını görmədim. 50 qəpik cibindən Azərbaycan üçün pul xərcləməyib. Türkiyədə lüks otellər və restoranlarda dövlət hesabına məclislər qurub. Dövlətə uzun illər zərər vurub. Ölkəmizin xeyrinə olan heç bir müraciətə müsbət yanaşmayıb. Biz 10 ildir bütün məsələləri öz hesabımıza həll edirik. Dövlətimizdən çox razıyıq.Hər zaman ən üst səviyyədə qayğı görmüşük.”- deyə Orxan Həsənoğlu əlavə edib.Bundan sonra hər şey fərqli olacaq, Valeh Hacıyev. Sən və sənin kimi dövlət əmlakını talayan (isbat edəcəm, darıxma), ölkə nüfuzuna zərər verən, Türkiyədə fəaliyyət göstərən dərnəklərə və şəxslərə qarşı savaş açan xarakterlər təmizlənəcək. Biz Azərbaycan üçün gecəmizi gündüzümüzə qatdıq, cənab prezidentə xidmət etdik, dövlətimizin tanıtımı və soydaşlarımızın rahatlığı üçün çalışdıq. Sən 20 ildir nə etdin? Kimə xidmət etdin?”
 
Ardını oxu...
Faktdır ki, vətəndaş cəmiyyətinin əsas atributlarından biri hesab olunan bələdiyyələri, ilk vaxtlardan elə təşkil etmək tələb olundu ki, hər kəs öz fəaliyyətində bu qurumun varlığını və zəruriliyini hiss edə bilsin. Bu gün bələdiyyələrin bir çoxu istər dünya, istərsə də yerli təcrübədən yararlanaraq öz fəaliyyətlərini günün tələbləri səviyyəsində qururlar ki, onlar seçici etimadını doğrulda bilsinlər. Belə bələdiyyələrdən fərqli olaraq Binəqədi qəsəbə bələdiyyəsi isə, bu gün də fəaliyyətini tamam fərqli formada həyata keçirməkdədir. Çünki, gundemxeber.az-ın redaksiyasının elektron poçtuna göndərilən video-çəkilişdən, daxil olan məlumatlardan və s. aydın olur ki, bu bələdiyyədə sədr əvəzi vəzifəni daşıyan İsayev Rəşad Əfqan oğlunun rəhbərliyi altında, bələdiyyə üzvləri heç də onlara aid olan məsələ və problemləri həll etmək iqtidarında deyillər. Məsələn, redaksiyamızın elektron poçtuna göndərilən video-çəkilişə diqqət yetirdikdə bəlli olur ki, Binəqədi rayonu, 1-ci mədən, 10-cu korpusun ərazisinə atılmış zidr-zibil uzun müddətdir ki, yığışdırılmır. Baxmayaraq ki, qeyd olunan ünvanda xeyli sayda sakinlər yaşayırlar və onlar hər ay Binəqədi qəsəbə bələdiyyəsinə zibilin daşınmasına görə pul ödəyirlər. O halda sual oluna bilər ki, hər ay yığılan pullar hara xərclənir ki, 1-ci mədən, 10-cu korpusun ərazisində zird-zibil aşıb-daşır. Video-çəkilişdə danışan şəxsin iddiasına görə, sakinlər bu günə kimi dəfələrlə bələdiyyəyə müraciətlər etsələr də, onların müraciətləri sanki “daşa dəyib”. Yəni, daşdan səs çıxıb, Binəqədi qəsəbə bələdiyyəsinin səlahiyyətlilərindən isə səs çıxmayıb. Bu da o deməkdir ki, bələdiyyənin rəhbərliyi və üzvləri, bu gün də sakinlərin haqlı narazılıqlarını “priznavat” etmirlər.
Bütün bunlar onu söyləməyə əsas verir ki, Binəqədi qəsəbə bələdiyyəsi qeyd olunan ərazidə yaşayan yerli sakinlərin üzüzə qaldıqları problemləri həll etmək iqtidarında deyil. Çünki, adicə qəsəbənin 1-ci mədən, 10-cu korpusun ərazisinə atılmış zibillər təmizlənmirsə, o halda digər problemlər necə həll oluna bilər?. Deməli, bu bələdiyyənin fəaliyyəti fəaliyyətsizliyə söykənir ki, bu gün qəsəbə ərazisində çoxsaylı problemlər yaşanmaqdadır. Düşündürücü hal odur ki, ölkə rəhbərinin verdiyi tapşırıqlar əsasında bu gün də sakinlərin sağlamlığının təmin olunması, ətraf mühitin qorunması və təmiz saxlanması yöndə ardıcıl tədbirlər həyata keçirilsə də, Binəqədi qəsəbə bələdiyyəsi isə, hələ də öz ampulasındadır. Əgər bu belə olmasaydı o halda adı çəkilən bu qurumun rəhbərliyində təmsil olunan şəxslər üzərinə düşən vəzifə boclarını yerinə yetirib, zamanında lazımi addımlarını atardılar. Deməli, belə bir halın varlığı onu göstərir ki, adı çəkilən bu bələdiyyənin rəhbərliyində olan şəxslər ölkə rəhbərinin verdiyi tapşırıqlara məhəl qoymurlar və sakinlərin sağlamlıqlarının qorunması, ətraf mühitin qorunması və s. kimi məsələrlə bağlı, hələ də sayğısızlıq göstərməkdə davam edirlər.

gundemxeber.az

Videonu izləmək üçün linkə daxil olun:

https://www.youtube.com/shorts/2gSM0135wq8
 

Ardını oxu...
Şəki rayonun Cumakənd  kəndində yaşayan şəhid anası Əhmədova Məkkə Sirac qızı tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də dia-az.info-ya daxil olan müraciəəttdə deyilir:

"Cənab Prezident, Siz həmişə çıxışlarınızda  Şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün aidiyyatı dövlət qurumlarına lazımi göstərişlər verirsiniz. Və nəticədə indiyədək çoxsaylı şəhid ailələrinin mənzil –məişət şəraiti yaxşılaşdırılmışdır.

   Oğlum, gizir Əhmədov Rizvan Niyazı oğlu 1996-cı ildən Azərbaycan Ordusu sıralarında xidmət etmişdir. 44 günlük müharibədən sonra “Qisas əməliyyatı” zamanı  sentyabrın 19-da 218 n-li H|h-nin əsgəri kimi Şuşakənd- Xankəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhidliyindən sonra oğlum Rizvana Sizin sərəncamınızla “ Vətən uğrunda” – 3-cü dərəcəli medulla təltif edilmişdir.

Rəhmətlik oğlum yenicə ailə qurmuşdu. ( hələ nikahlarını kəsdirməyə macal tapmamışdır) Hal hazırda yaşadığöımız kənddəki uçuq-sökük evimizdə birtəhər yaşayırdıq. Şəhid oğlumun atası Əhnmədov Niyazı oğlum anadan olandan 15 gün sonra bizi atıb getmişdir. Başqa birisi ilə evlənib. Hazırda haradasa əyyaşlıqla məşğul olur. Amma şəhid oğluma düşən 11000 manat “qan pulu” nun yarısını ata adlanan Niyazını tapıb ona verdilər.  İndi mən digər hərbçi oğlum Knyazın ümidinə qalmışam. O da hərbçidir. Aldığı maaşdan bir hissəsini mənə göndərir ki, yaşaya bilim. Mən bilmirəm hazırda sağ qalan ikinci hərbçi oğlumun başına sabah nə gələcək.

   Amma çox təəssüf edirəm ki, bu günə qədər bir şəhid ailəsi kimi bizimlə qonşulardan başqa kimsə maraqlanmır. Uçuq-sökük evimizi təmir etmək istəyirik Amma imkanımız yoxdur. Mən bir şəhid anası kimi iş tapa bilmirəm. Bir elə pay torpağımız da yoxdur ki, adi dirrik məhsulları əkib dolanım.  

Bütün kənd sakinləri şahiddirlər ki, uzun müddət ailə başçısı olmayan ailədə iki oğlumu min bir zülmlə böyüdüb hər ikisini Vətənin müdafiəsinə göndərmişəm.

Cənab Prezident, Sizdən çox xahiş edirəm mənim sərbəst olaraq dolanmaq üçün bir münasib işlə təmin olunmağıma və heç vaxt təmir olunmayan evimizin təmir edilib normal yaşamaq vəziyyətinə salınması üçün aidiyyatı dövlət qurumlarına göstəriş verəsiniz. Sağ olun deyirəm. Allah qorusun".
 
Ardını oxu...
Elə ki şəhər gecə köynəyini əyninə geyinir, o zaman hər şey başqa cür görünür. Zülmət gecəyə Bakının al-əlvan işıqlarından don biçilir...

AZƏRTAC-ın fotomüxbirləri məhz füsunkar Bakı gecələrinin nur süzülən mənzərələrini lentə alıblar.

İşıqları sayrışan Bakı gecələri şairləri, bəstəkarları, rəssamları ilhama gətirib. Onların hərəsi gecənin bağrına xal salan işıqları bir cür vəsf edib. Mavi Xəzərə söykənən şəhərin sahilyanı işıqları ona daha da füsunkarlıq verir. Şairin məşhur misraları yerinə düşür: “Bir dön bizim Bakıya bax, sahilləri çıraq-çıraq...”

Bakının gecə həyatı nağıllar aləmini yada salır. Bu işıqlardan yanıb-sönəni, göz vuranı da, közərəni, gur yananı da var, səhərədək işıq saçanı da. Şəhərin gecə mənzərəsi çox romantik və əsrarəngiz təsir bağışlayır. Elə bil kimsə bir ovuc ulduz topasını şəhərin üstünə səpələyib...

Neon lampalarından süzülən işıqlar qara paltar üzərinə çəkilmiş zərli geyimi xatırladır. İllərdən bəri eşidilən və hər eşidildikcə sanki gəncləşən məşhur mahnının misraları qulağımızda səslənir:

Bəzən sakit həyatlıdır,
Bəzən toylu büsatlıdır.

Göy göyərçin qanadlıdır,

Bizim Bakı gecələri...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Vətəndaşlar Bakının Xətai rayonunda yerləşən 9 saylı şəhər poliklinikasında xidmətin keyfiyyətindən narazıdırlar. Dia-az.info bildirir ki, bu barədə vətəndaşlar tərəfindən edilən şikayətdə qeyd olunur. Viktoriya Əliyeva adlı vətəndaş bildirib ki, Xətai rayonu 9 saylı şəhər polikilinikasında rentgen işləmir.
"Övladıma sağlamlıq arayışı almaq üçün polikilinikada rentgen müayinəsi edilməlidir. Amma polikilinikadan mənə bildirirlər ki, başqa polikilinikalara müraciət edin. Çünki, 9 saylı polikilinikada rentgen işləmir" - V.Əliyeva bildirib.
Onun sözlərinə görə, bununla bağlı poliklinikanın rəhbərliyinə müraciət etsə də, o bildirib ki, poliklinikaya bitişik ərazidə məcburi köçkünlər yaşadığından rentgenin fəaliyyəti dayandırılıb.
Vətəndaş iddia edir ki, poliklinikada ən böyük problemlərdən biri TƏBİB sisteminin işləməməsidir:
"Poliklinikadan ümumi sistem açılmır ki, qəbz çap olunsun, həkimin qəbuluna gedək. Məktəbə verməyə sağlamlıq arayışı almaq üçün əziyyət çəkirik. Bir arayış almağa bir saatdan çox vaxt itiririk".
O, valideynlərin sağlamlıq haqqında tibbi arayış almasına maneə yaradıldığını da söyləyib. Bildirib ki, övladının təhsil aldığı məktəbdə valideynlərin çoxu bu problemlə qarşılaşıb.
V.Əliyeva onu da deyib ki, icbari tibbi sığortadan yararlanmaq vətəndaşlar üçün müşkülə çevrilib. Çünki poliklinikalarda avadanlıqların çoxu işləmir, yaxud da ümumiyyətlə yoxdur.
Ardını oxu...
Prezidentin Xankəndi, Ağdərə, Xocalı nümayəndəsi “JEK”-in məktubunu Konstitusiyadan üstün sayır

Azərbaycan Respublikası Prezidentinin 07.03.2024-cü il tarixli sərəncamı ilə Elçin Mustafa oğlu Yusubov Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin olunub. Elçin Yusubov son 3-4 ildə dövlətin adından çıxarılan məhkəmə qərarını, Konstitusiyanı “JEK”-in (qondarma) məktubundan aşağıda tutan əmlak məmuru kimi ad çıxarıb. Elə Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndi əsasında Qarabağa Prezident nümayəndəsi postuna təyinat alan gündə Prezident təqaüdçüsü Qarabağ qazisinin elektron poçtuna göndərdiyi 06.03.2024 tarixli Konstitusiyaya zidd məktub bu “aşağılığı” bir daha ortaya qoyur. Xətai məhkəməsinin 26.05.2009 və 21.06.2011 tarixli 2 (!) qətnaməsi ilə tələbkar Qarabağ əlilinə sahibkarlıqla məşğul olmağa əmlak – qeyri-yaşayış otaqları verməyə borclu edilən Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) 15 ildir dövlətin adından çıxarılan məhkəmə aktını nəinki icra edir, əksinə məhkəmə qərarının, Konstitusiyanın “JEK”-in saxta, olmayan məktubundan aşağıda olduğunu bildirməkdən yorulmur. Komitə olanda sədr müavini Rafiq Cəlilovun, İqtisadiyyat Nazirliyi yanında Xidmət olanda rəis müavini Elçin Yusubovun imzası ilə. Maraqlıdır, biri(ncisi) Cəlilabada , o biri Qarabağa Prezidentin nümayəndəsi təyin edilir. Görəsən, Qarabağ qazisinə borcunu ödəməyən əmlak məmurları Prezidentin yerlərdə icra siyasətini necə sürdürürlər?

15 ildir nə Xətai məhkəməsi, nə Ədliyyə Nazirliyi ( Xətai və Nizami icra şöbələri) borclunu borcunu ödəməyə məcbur etmir. Bu günlərdə 10-15 ildir susan Xətai məhkəməsi ƏN-in Nizami icra şöbəsinə istinadla bildirib ki, icra sənədi bir neçə dəfə Nizami icra şöbəsinə göndərilsə də, anında icra olunmadan geri qaytarılıb və hazırda şöbədə icra sənədi yoxdur.(?) Özbaşınalığa baxın, icra şöbələri məhkəmənin icra sənədini icra etmək yerinə , it-bata salır, məhkəmə də bu cinayətkar saxtalığa göz yumur. Borclu da borcunu icra etmək yerinə məhkəməni də, icra məmurlarını da “əmlakla satın alıb”, Konstitusiyanı ayaqaltı edir(lər). Görün, borclu Elçin Yusubov Qarabağa xüsusi nümayəndə təyin olunandan bir gün öncə tələbkar Qarabağ qazisinə nə yazıb:

“ ..Nizami rayonu, Bəhruz Nuriyev-10a ünvanındakı qeyri-yaşayış sahəsi Nizami MKTB-nin (“JEK”-in- M.B.) 19.02.2008 tarixli, 02/09 nömrəli razılıq məktubu ilə icarəyə verilmiş, 2008-ci ildə icarəçi (adı yoxdur, anonimdir?- M. B.) tərəfindən özəlləşdirilmişdir. “. “JEK”-in məktubunun da , Elçin Yusubovun məktubu kimi saxta olması bir yana, axı saxta-doğruluğundan asılı olmayaraq , heç bir məktubun, şəhadətnamənin, özəlləşdirmə sənədinin məhkəmə qərarından üstün ola bilməzliyini Konstitusiyanın 129-cu maddəsi doğrulayır! Xətai məhkəməsinin 22.07.2011 tarixli, 2(011)-855/11 saylı icra vərəqəsində isə yazılıb: “ ... Xətai məhkəməsi ( hakim İlqar Əliyev) 21.06.2011-ci il tarixdə ... ƏMDK və qeyrilərinə qarşı “ QƏTNAMƏNİN İCRASINA MANE OLDUĞUNA GÖRƏ MƏSULİYYƏTİN MÜƏYYƏN EDİLMƏSİ və Nizami rayonu, BƏHRUZ NURİYEV, 10”a” ÜNVANINDAKI boş olan yerin İSTİFADƏSİNƏ VERİLMƏSİ tələbinə dair iddia ərizəsinə.. baxaraq QƏRARA ALDI: İDDİA QİSMƏN TƏMİN EDİLSİN.

26.05.2009 tarixli icra sənədi BƏHRUZ NURİYEV, 10 a icra edilməsi .. Xətai və Nizami icra şöbəsinə həvalə edilsin. Qətnamə qalan hissədə (məsuliyyət hissəsində, prokurora xüsusi qərardadla xəbər verilməsi hissəsində- M. B.) təmin edilməsin.” Bu qətnamə ilə Ədliyyə Nazirliyinin Xətai və Nizami icra şöbələrinin üzərinə konkret öhdəlik qoyulsa da, hər iki şöbə məhkəməyə 15 ildir hörmətsizlik edir, görəv və məhkəmə borcunu icra etməkdən əmlak rüşvəti ilə imtina edir, hətta tələbkar 1-ci dərəcəli qaziyə borcu tələb etdiyinə görə işgəncə verdiri(blə)r.

Əsas borclu ƏMDX -nın sədr müavini borcunu ödəmədən Qarabağa posta göndərildi. Kürsü postuna. Döyüş postunda isə , hər çağ olduğu kimi, qazilərdir. Elçin Yusubovun qanuna, Konstitusiyaya zidd “JEK”-in ölkədə ŞAH olması” cavabını imzalamaq görəvini , görəsən, nazir Mikayıl Cabbarov, rəis Mətin Eynullayev.. kimə tapşıracaq? Kim olsa, icra başçısı getmək şansı yüksəkdir...
Məğrur Bədəlsoy
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 

Dünyapress TV

Xəbər lenti