Ardını oxu...
Sabunçu rayonu, Pirşağı qəsəbəsinin çimərliyindən iri yük maşınları dəniz qumunu daşıyır.
XALQ.AZ xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Aidiyyatı qurumlarından heç bir açıqlama almaq mümkün olmadı.
Dəniz sahilindən çəkilən fotoları təqdim edirik:
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Ağstafa rayonu ərazisində torpaqlardan təyinatına uyğun və səmərəli istifadə edilməsi, torpaqların əsassız zəbt olunması,mühafizə zonaları ilə bağlı pozuntuların və qanunsuz tikintilərin qarşısının alınmasına nəzarət istiqamətində ciddi tədbirlərə ehtiyac duyulur.
Bunu Ağstafa RİH başçısının müvafiq sərəncamını əsas götürülməklə Ağstafa rayonu Ceyrançöl qış otlağı ərazisində aparılmış monitorinq də bir daha təsdiqləyir.Çünki son 10-15 il ərzində Ağstafa rayonunda bələdiyyə mülküyyətində olan torpaqlarda qanunsuz və səmərəsiz istifadə hallarına yol verilməsinə,torpaqların əvvəlki tarixlərə rəsmiləşdirilməsinə,bəzən eyni ərazinin bir neçə şəxsə verilməsinə vəs. hallara görə vətəndaş şikayətlərini ölkə saytları tirajlayıb.

Faktinfo.az xatırladır ki, bu səbəbdən də bir epizod üzrə Ağstafada torpaq ehtiyatlarından səmərəli istifadə olunmasına nəzarətin gücləndirilməsi məqsədilə Ağstafa RİH başçısının müvafiq Sərəncamı əsas götürülməklə Ağstafa Rayon İcra Hakimiyyəti, 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzi, İqtisadiyyat Naziriliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax ərazi şöbəsi və Daxili İşlər Nazirliyi Ağstafa rayon Polis Şöbəsinin məsul şəxslərindən ibarət yaradılmış İşçi Qrupu monitorinq aparıb.

Həyata keçirilən monitorinq zamanı Ağstafa rayonu ərazisindəki 192 № li Ceyrançöl qış otlağı ərazisinin 25 hektarından (əvvəllər Qazax rayonu Avtomobil nəqliyyatı müəssisəsinin yardımçı təsərrüfatı olmuş) “Carçıoğlu Qrup” MMC-nin nümayəndəsi Carçıyev Eldar Murtuz oğlu tərəfindən zəbt olunaraq icarə müqaviləsi olmadan qanunsuz olaraq əkin işləri apardığı müəyyən olunub. Qanun pozuntusunun qarşısının alınması ilə əlaqədar dəfələrlə E.Carçıyevə yazılı və şifahi xəbərdarlıqların olunmasına baxmayaraq nəticəsiz qalıb. Monitorinq zamanı zəbt olunmuş torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi yönündə yerində aidiyyəti dövlət qurumlarının iştirakı ilə əməli tədbirlər həyyata keçirilib.

Sonrakı mərhələdə Cinayət Məcəlləsinin 188-ci maddəsinin tələblərinin pozulması ilə bağlı E.Carçıyev tərəfindən törədilmiş cinayət əməllərinin əlamətləri üzrə materiallar toplanılıb, baxılması üçün aidiyyəti üzrə Ağstafa rayon Prokurorluğuna təqdim olunacaq.

Faktinfo.az onu da bildirir ki, İşçi Qrupu tərəfindən Ağstafa rayonunun bütün kəndlərində monitorinqlərin keçirilməsi zərurəti var.Çünkü Ağstafa RİH başçısının həbs edilmiş müavini,eləcə də işdən çıxardılmış şöbə müdirləri var ki,onlar 10-15 il bundan qabaq Kənd inzibati ərazi dairələri üzrə nümayəndələri və Yerli Özünüidarəetmə Bələdiyyələrin sədrlərinin əli ilə bu rayonda 5 -10 min hektarlarla torpaqlardan öz mülkiyyətləri kimi qanunsuz istifadə ediblər,indi də bu "işi" Kənd inzibati ərazi dairələri üzrə nümayəndələr etməkdədirlər.Onların himayəçiləri də RİH-də oturan müavinlərdi.

Bu mənada “Carçıoğlu Qrup” MMC-nin nümayəndəsi Carçıyev Eldar Murtuz oğlu tərəfindən zəbt olunaraq icarə müqaviləsi olmadan qanunsuz olaraq əkin işləri aparılmasına dair fakt bir nümunədir.Belə faktlar kifayət qədərdir və Ağstafa RİH-in başçısı üçün maraqlıdırsa sərəncam versin rayonun bütün kəndlərində monitorinqlər aparılsın.Onda çoxuna-çox qanunsuzluqlar məlum olar.Torpaqları kim(lər)in əkdiyi,kim(lər)in hansı hoqqalardan çıxdıqları müəyyənləşər.Yəni baxılması üçün aidiyyəti üzrə hüquq mühafizə orqanlarına təqdim olunacaq siyahı kifayət qədər geniş olar.

Məsələn,Faktinfo.az saytına göndərilən və saytın da materiallar əsasında yayımladığı məqalədən sonra mövzu İqtisadiyyat Naziriliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ciddi reaksiyasına səbəb olmuşdu.(Linkə keçid verməklə məqaləni oxuya bilərsiniz: BURA TIKLA)https://www.faktinfo.az/news/nece-qan-aglamasin-das-bu-gun-emdx-nin-qazax-erazi-sobesinin-hell-etmediyi-haqsizliq-fotolar

Məlum məqalədən sonra əraziyə təkrar baxış keçirildi,aparılmış ölçü işlərindən sonra isə Ağstafa RİH-ə məktub göndərildi.Rayonun əvvəlki rəhbərliyinin dövrünə təsadüf etmiş bu xoşəgəlməz hala dair hansı tədbir görüldü,Ağstafa RİH rəsmi olaraq hansı müvafiq qərar qəbul etdi? Burada mövzunu uzatmaq istəmirik,sadəcə Ağstafa RİH başçısının müvafiq sərəncamı əsasında İşçi Qrupunun monitorinq aparmalı olduğu ərazilərin,kəndlərin sayının çox olduğunu,bu tədbirlərin isə Azərbaycan Respubilkası Prezidenti İlham Əliyevin insanların məşğulluğunun maneəsiz təmin edilməsi istiqamətində imzaladığı fərman və sərəncamlardan irəli gələn bir şəkildə zəruri olduğunu bir daha xatırlatmaq istəyirik.
Ardını oxu...
COP29-la əlaqədar daşımaların fasiləsizliyinin təmin edilməsi məqsədilə xüsusi hərəkət zolaqları təşkil edilib. Həmin zolaqlardan oktyabrın 31-i günün sonunadək minik avtomobilləri də istifadə edə bilərdi.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) İqtisadiyyat.az-ıa daxil olan məlumata görə, 1 noyabr tarixindən isə 26 küçə və prospektdə – Neftçilər, Heydər Əliyev, Xocalı, Şah İsmayıl Xətai, Parlament, Bülbül və Azadlıq prospektləri, Zuğulba yolu, Hava limanı, Zığ və Salyan şoseləri, Bünyad Sərdarov, Həsən Seyidbəyli, Şeyx Şamil, Mirzəağa Əliyev, Həsənoğlu, Mikayıl Üseynov (Bayraq meydanı istiqamətində), Gülarə Qədirbəyova, Niyazi, İstiqlaliyyət, Üzeyir Hacıbəyli, Koroğlu Rəhimov, Mehdi Hüseyn, Mikayıl Müşfiq, Həsən Əliyev və Fətəli Xan Xoyski küçələrində təşkil edilən zolaqlara daxil olmaq qadağandır.

Hərəkət iştirakçılarına yollarda quraşdırılan nişanların və çəkilən yol cizgi xətlərinin tələblərinə riayət etmələri tövsiyə olunur.
 
 
 
Ardını oxu...
Mərkəzi Bankın İdarə Heyətinə yeni üzvlər təyin ediləcək.

Modern.az-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasının gündəliyinə daxil edilib.

Komitənin sabahkı iclasında “Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi haqqında” məsələ müzakirə ediləcək.

Qeyd edək ki, İdarə Heyəti Mərkəzi Bankın kollegial ali idarəetmə orqanıdır. Mərkəzi Bankın İdarə Heyətinin tərkibi Mərkəzi Bankın sədri, Mərkəzi Bankda daimi əsaslarla işləyən altı üzv və iki kənar üzv daxil olmaqla doqquz üzvdən ibarətdir.

Konstitusiyaya görə, Azərbaycan Prezidenti İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə Azərbaycan Respublikasının Milli Məclisinə təqdimat verir, Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvləri sırasından Azərbaycan Respublikası Mərkəzi Bankının sədrini təyin edir.

Hazırda İdarə Heyətinə Mərkəzi Bankın sədri Taleh Kazımov, onun birinci müavini Rəşad Orucov və müavini Əliyar Məmmədyarov daxildir.
 
Ardını oxu...
Dövlət Sərhəd Xidməti tərəfindən keçirilən satınalmalarda ciddi qanun pozuntularına yol verilməsi, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməməsi barədə elektron mediada kifayət qədər geniş məlumatlar var. Bu məlumatlarda Dövlət Xidmətinin satınalma müqaviləsi bağladığı şirkətlərin əksəriyyətinin fəaliyyəti şübhəli məqamlarla doludur.

Aktualinfo.org elə Dövlət Sərhəd Xidməti tərəfindən son aylarda keçirilmiş satınalmalarda yol verilən bəzi belə şübhəli məqamları araşdırıb.

Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmada Dövlət Sərhəd Xidməti tərəfindən minik avtomobilləri üçün avtoşinlərin satın alınması üzrə “DC GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 246.864,45 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Məlumat dövlət satınalmalarının vahid internet portalında 25.05.2024-cü il tarixdə dərc edilib. Qeyd edək ki, Dövlət Sərhəd Xidməti tərəfindən minik avtomobilləri üçün avtoşinlərin satın alınması üzrə keçirilmiş açıq tenderdə ehtimal olunan qiyməti 475.256,80 manat müəyyən edilib.

Bundan əlavə Dövlət Sərhəd Xidməti “DC GROUP” MMC ilə 626.999,89 manat məbləğində bir satınalma müqaviləsi də Maz-531605 (631708) markalı yük avtomobilləri və ZTR markalı döyüş texnikaları üçün avtoşinlərin alınması üzrə bağlayıb. Bu məlumat da dövlət satınalmalarının vahid internet portalında 25.05.2024-cü il tarixdə dərc edilib.Dövlət Sərhəd Xidməti tərəfindən yük avtomobilləri və döyüş texnikaları üçün avtoşinlərin satın alınması üzrə keçirilmiş bu açıq tenderdə isə ehtimal olunan qiyməti 972.320,00 manat müəyyən edilib.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş bu məlumatlardanda görsəndiyi kimi satınalan təşkilatın müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçının təklif etdiyi qiymətlər arasında kəskin fərq var.

Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.

Amma göründüyü kimi Dövlət Sərhəd Xidməti hər iki açıq tender müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağı qiymət təqdim etmiş “DC GROUP” MMC ilə ümumi dəyəri 873 863 manat olan iki satınalma müqaviləsi bağlamışdır ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin pozulması deməkdir.

Qeyd edək ki, Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “DC GROUP” (VÖEN:3100167861) Məhdud Məsuliyyətli Cəmiyyətinin 04.05.2005-ci il tarixdə 2 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının ABŞERON RAYONU, MASAZIR, MASAZIR KƏNDİ, qanuni təmsilçisi kimi isə Fərzəliyev Oleq Təvəkkül oğlu qeyd olunub. Adı 2017-ci ilə qədər “Cavad ” MMC olub.

Göründüyü kimi Dövlət Sərhəd Xidməti ilə “DC GROUP” MMC arasında bağlanmış satınalma müqavilələrində satın alınan malların qiyməti Qanunun tələb etdiyi ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağıdır. Bu da keçirilmiş tender prosedurunda saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaratmaqla bərabər, satın alınan malların mənşə və keyfiyyət sertifikatlarının olmadığına da şübhələr yaradır. Bu da öz növbəsində satın alınacaq malların keyfiyyət göstəricilərinin aşağı olma ehtimalını artır.

Bu isə o deməkdir ki, Dövlət Sərhəd Xidmətinin avtomobilləri keyfiyyətsiz şinlərlə təchiz olnur. Bu isə öz novbəsində avtomobillərin xidmət zamanı hər an təhlükə ilə üzləşə biləcəyini istisna etmir. Belə olan halda Dövlət Sərhəd Xidməti “DC GROUP” MMC -dən keyfiyyətsiz şinlərin alınmasına niyə yol verir?

Redaksiya Dövlət Sərhəd Xidmətinə “DC GROUP” MMC-nin satınalma müqaviləsinin icrası üçün peşəkarlıq və təcrübə meyarı,satınalma müqaviləsinin icrası üçün texniki imkanlarının və maddi-texniki bazasının olması meyarı,tələb olunan digər uyğunluq göstəriciləri və ehtimal olunan qiymətdən dəfələrlə aşağı təklif olunan qiymət arasındakı fərqi əsaslandırması məqsədi ilə sorğu ünvanladı. Qurum həmişə olduğu kimi sorğu məktubunu cavabsız qoydu.



Aktualinfo.org
 
Ardını oxu...
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 31-də Bakıda Zığ Elektrik Avtobus Parkının fəaliyyəti ilə tanış olub.

"DogruXeber.az" xəbər verir ki, dövlət başçısına burada Çin istehsalı olan elektrik mühərrikli “BYD” markalı avtobus və “TX5” markalı elektrik mühərrikli taksi nəqliyyat vasitələri təqdim edilib.
Ardını oxu...
Binəqədi rayonu, 8 mart küçəsinin sakinləri yaşadıqları ərazidəki natəmizlikdən gileylənirlər.

Ölkə.Az xəbər verir ki, bu barədə Binəqədi sakini, jurnalist Samir Mirzə bildirib. O söyləyib ki, əvvəllər zibil maşınları küçələrdəki zibilləri götürsə də, artıq uzun müddətdir gəlmədiyindən antisanitar vəziyyət yaranıb.

Jurnalistin sözlərinə görə, uzun müddət sakinlər hər həftənin 3-cü günləri axşam saatlarında 1-2 sellofan paketdə zibili əraziyə qoyublar, səhər tezdən isə zibil maşını yığışdırıb. Hətta sakinlər buna görə pul da ödəyiblər:

“Əvvəllər həftənin 4-cü günləri səhər tezdən zibil maşını zibilləri daşıyırdı, daha sonra şənbə günləri daşımağa başladı, sonra xəbər-ətərsiz yoxa çıxdılar. Zibillərin gözü yolda qaldı, arxalarınca gələni olmadı. Amma onlar yerlərinə o qədər öyrəşdilər ki, sayları artmağa başladı. Yoldan keçənlər də kruqlarını zənginləşdirdi. Amma arxalarınca gələn olmadı. İndi əməlli-başlı məhəlləmiz zibilxanaya çevrilib”, - deyə jurnalist qeyd edib.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
"Relax" istirahət mərkəzi sabiq deputat İqbal Məmmədovdan alınıb.

AzToday.az-ın məlumatına görə, İqbal Məmmədova məxsus şirkətlərin dövlətə on miıyonlarla manat vergi borcu var. Borcu ödəmədiyinə görə, İqbal Məmmədov başda olmaqla ailə üzvlərinə və qardaşı uşaqlarının ölkədən çıxışına "stop" qoyulub.

Sabiq deputatın vurulmasının əsas səbəbi kimi qardaşı, sabiq icra başçısı Asif Məmmədovun iki oğlunun ABŞ-da siyasi sığınacaq alması və ölkədən böyük məbləğdə pul çıxarması göstərilir...

Qeyd edək ki, Asif Məmmədov Şamaxıda icra başçısı işləyərkən rayonun girişinə eşşək heykəli qoymuşdu. Bu da rayonda ciddi narazılığa səbəb olmuş, nəticədə eşşək heykəli maşınla vurulub aşırdılmışdı. Bundan sonra Asif Məmmədovun icra başçısı vəzifəsində işləməsi mümkün olmamışdı...
Ardını oxu...
Keçmiş deputat Baba Tağıyevə məxsus "Tağıyev" Şirkəti inzibati məsuliyyətə cəlb edilib.

Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə inzibati protokol tərtib edilib. İş baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib və hakim Şəfəq Məmmədovanın icraatına verilib.

İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsi, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsi, təhrif olunmuş, yanlış məlumatın verilməsi və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmaqla bağlıdır.

Maddədə inzibati cəza növü kimi vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə cərimə nəzərdə tutulur.

"Tağıyev" Şirkəti əvvəllər "Avropa qapıları" adı altında fəaliyyət göstərib. Şirkət 27 dekabr 1999-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 37 927,4 manatdır. "Tağıyev" Şirkətinin qanuni təmsilçisi Tağıyev Baba Əli oğludur.

Baba Tağıyev üçüncü çağırış Milli Məclisin deputatı olub. O, parlamentdə 44 saylı Sumqayıt-Abşeron seçki dairəsini təmsil edib.

Baba Tağıyev 2007-ci ildə Milli Məclisin iclasında hökumətin hesabat zamanı deputat Fəzail Ağamalı ilə Hüseyn Abdullayev arasında baş verən insidentlə gündəmə gəlmişdi. O, həmin vaxt yerindən qalxaraq yeyin addımlarla tribunaya tərəf getmiş və oradan deputatlara xitab edərək onları sakitləşdirməyə çalışmışdı. Onun bu addımı Milli Məclis rəhbərliyinin qəzəbinə səbəb olmuşdu.
 
Ardını oxu...
“Səhliyalı” Kiçik Müəssisəsi saxta və ya keyfiyyətsiz mallar idxal etdiyinə görə cərimələnib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, müvafiq qurum tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 448-ci (Saxta və ya keyfiyyətsiz malların idxal edilməsi) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.

Hakim Şəfəq Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, saxta və ya keyfiyyətsiz malların idxal edilməsinə görə saxta və ya keyfiyyətsiz mallar müsadirə edilməklə, fiziki şəxslər 350 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə, hüquqi şəxslər 4000 manatdan 6000 manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, “Səhliyalı” ət, kolbasa və süd məhsullarının istehsalı ilə məşğuldur. Şirkət “Halal nemət, 1000 bərəkət” brendi ilə məhsullar istehsal edir.
 

Dünyapress TV

Xəbər lenti