Ardını oxu...
"Səhər tezdən işə getmək məqsədilə evdən çıxdım, açarla qapını bağladım. Axşam evə qonaq çağırmışdım. Gəldim gördüm ki, qonaq nədir, heç özüm evə girə bilmirəm".

Bakı sakini, şikayətçi Tural Məhərrəmov evinin darvazasının oğurlandığını deyib.

"Darvazamı söküb aparıblar, oğurlayıblar, yerində başqa bir darvaza qoyulub, açarla bağlanıb. Bir həftədən çoxdur mən bu evə girə bilmirəm. Əşyalarım, hər şeyim orada qalıb", - deyə o qeyd edib.

Film kimi hadisə Bakının Sabunçu rayonu Kürdəxanı qəsəbəsinin Ləhiş bağları adlanan massivində baş verib.

Daha ətraflı REAL TV-nin süjetində:

 
Ardını oxu...
Azərbaycan Milli Elmler Akademiyasında, Lomonosov adına Moskva Universitetinin Baki filialinda, Metropolitendə və digər təhsil müəssisələrindəki həkim məntəqələrinin ləğvi nəzərdə tutulur.

Bu barədə Gununsesi.info-ya adıçəkilən təhsil ocağının birindən verilən məlumatda bildirilir.

Məlumata görə, bu barədə TƏBİB təşəbbüs göstərib və yaxın zamanlarda bunun reallaşması gözlənilir.

Ancaq narazılar deyir ki, bu addım Nazrirlər Kabinetinin 218 nömrəli qərarı,Prezidentin156 sayli fərmani və Təhsil haqqında Azərbaycan prezidentinin tərəfindən qəbul edilmiș qanunun 28-ci maddəsilə ziddiyət təșkil edir.

“Əhalinin sağlamlığının qorunması haqqında təlimatlarda maksimum 2000 nəfərə 1 həkim xidmət etməlidir.

Minimal hədd yoxdur.1800-3000 nəfərə yaxın tələbə və ișçisi olan dövlət qurumlarda bu həkimlərin uzaqlașdırılmasi heç bir məntiqə sığmır” – deyə bildirilir.

TƏBİB-in məsələ ilə bağlı mövqeyini dərc etməyə hazırıq.
 
Ardını oxu...
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi məqsədi ilə 2024-cü il üzrə elan edilmiş qrant müsabiqəsinin qalibləri elan edilib.
Müsabiqənin ekspert komissiyasının qərarına əsasən gənclər sahəsində fəaliyyət göstərən 75 QHT-nin 9 istiqamət və 31 mövzu üzrə layihə təklifinin dəstəklənməsi təsdiq edilib.
Ancaq müsabiqənin ekspert komissiyasının kimlərdən ibarət olduğu açıqlanmayıb. Onların hansı kriteriyalar ilə layihələrə səs verdiyi də bəlli deyil.
Nazirliyini yaydığı press-relizdə neçə təşkilatın müsabiqədə iştirak etdiyi də qeyd edilməyib.
Burada daha bir diqqətçəkən məqam isə müsabiqə nəticələrinin rəsmi elanda göstəriləndən 4 ay sonra açıqlanmasıdır.
Belə ki, AGİN müsabiqə ilə bağlı rəsmi elanında müsabiqənin nəticələrinin 2024-cü ilin aprel ayında elan olunacağını bildirmişdi. Ancaq nəticələr bu tarixdən düz 4 ay 1 gün sonra açıqlandı.
Ardını oxu...
Bu gecikmədə diqqətçəkən məqamlardan biri də nəticələrin Paris-2024 Olimpiya Oyunları zamanı açıqlanmasıdır.
Məlumdur ki, Azərbaycan idman ictimaiyyəti və nazir Fərid Qayıbov bütün diqqətini hazırda Parisdə baş tutan Olimpiya Oyunlarına yönəldib və nazir demək olar ki, hər yarışda idmançılarımızın yanındadır.
Bu gün həm də Azərbaycan beynəlxalq arenada tarixi uğura imza atıb. Belə ki, Beynəlxalq Olimpiya Komitəsi açılış mərasimində Fransa televiziyasının təxribatına görə rəsmi şəkildə Azərbaycandan üzr istəyib və eyni zamanda tarixdə ilk dəfə olaraq bir idman növündə 2 qızıl medal qazanmışıq.
Bu ərəfədə nazirliyin gənclər siyasətinə məsul olan şəxslər isə tez-tələsik gənclər təşkilatları üçün nəticələri açıqlayaraq diqqəti özlərindən yayındırmağa və naziri hədəfə gətirməyə çalışırlar. Çünki məlumdur ki, müsabiqədə qrant almayan təşkilatlar haqlı və ya haqsız olmasından asılı olmayaraq nəticədən narazı qalırlar və hədəfdə birbaşa nazir olur.
Demək ki, AGİN daxilində kimlərsə bu məsələdə maraqlıdır və bu cür addımlarla hədəfi nazirə çevirmək istəyirlər.
Belə olmasaydı, 4 ay gecikən nəticələri daha 10 gün gözləyib açıqlamaq olardı.
Bu yerdə qeyd edək ki, qalib olan bəzi QHT-lərlə bağlı kiçik araşdırmamız nəticəsində məlum oldu ki, onların adı heç dünyanın ən məşhur axtarış platforması “google”də uğurlu layihə edən təşkilat kimi ortaya çıxmır.
Nazirliyin gənclər siyasətinə məsul olan şəxslər onları hansı əsasla qalib seçib?
Mövzuya yenidən qayıdacağıq və adları məşhur olmayan QHT-lərin layihələri və kimlərə məxsus olmaları haqda ətraflı məlumat verəcəyik.
AZXEBER.COM
 
 
 
Ardını oxu...
Son günlər 121 saylı Laçın seçki dairəsində olduqca müəammalı hadisələr baş verməkdədir. Belə ki, Hüseyn Səfərovun sədri olduğu dairədə Rövşən Muradov istisna olmaqla, digər namizədlər tədricən “buxarlanmaqda”, “yoxa çıxmaqdadır”. Nə sirdirsə, namizədlərin böyük əksəriyyəti namizədliklərini irəli sürdükdən qısa müddət sonra Rövşən Muradovun xeyrinə namizədliklərini geri götürdükləri ilə bağlı seçki dairəsinə müraciət edir, Hüseyn Səfərov isə bu ərziələri “çox böyük həvəslə” “sabiq namizədlər”in sənədlərinə əlavə edir. İmtina ərizəsi yazmayanların namizədlikləri isə “ucdantutma” ləğv edilir. Artıq 10 namizəd bu və ya digər şəkildə seçki marafonundan çəkilib ki, bu da çox ciddi rəqəmdir.
Teref yazır ki, bunları poçtumuza daxil olmuş məqalədə müəllif M.Məmmədli yazır. Müəllif daha sonra yazır:
Hələlik 121 saylı Laçın seçki dairəsində tam olaraq nəyin baş verdiyi məlum olmasa da, dairə sədrinin Rövşən Muradovun deputatlğa gedən yolunu təmizlədiyi göz önündədir. Belə olmasaydı, seçki prosesinə qatılan, bunun üçün seçicilərdən imza toplayan namizədlər bir-birinin ardınca imtina ərizəsi yazmaq üçün sıraya düzülməzdi.

Bu baxımdan MSK-nın, eləcə də əlaqədar dövlət qurumlarının 121 saylı Laçın seçki dairəsində baş verənləri nəzarətə götürməsinə ciddi ehtiyac var.
Redaksiyadan: Qarşı tərəfində mövqeyini dərc etməyə gazırıq!
TEREF
 
Ardını oxu...
7NEWS.az xəbər verir ki, bu barədə tanınmış ekspert Qurbanəli Ömər şəxsi profilində yazıb: "Dostlar, Azer Turk Bank mənim bank məlumatlarımı 3- cü şəxsə verib. Heç bir hüquqi əsas olmadan, məhkəmə qərarı filan. Bununla bağlı vəkilimlə danışdım. Özüm Azərbaycanda deyiləm deyə, bəzi dostlarla maraqlandım dedilər, olur belə hallar. Uzun müddətdir ki, komissiya və limitlərə görə bu bankın istifadəçisiydim. Bu günə qədər yetərincə xeyir vermişəm. Bu gün isə belə bir halla rastlaşıb, bərk əsəb keçirmişəm. Bir bank harda neçə manatlıq yemək yeyib, nə qədər pul xərclədiyimi (özü də son 3 aylıq hesabat şəklində) niyə vəzifədə tanışı olan hansısa bir gədəyə versin ki? Çox təəssüf edirəm, ya o əməkdaşınızı tapın, vəzifəsindən azad edin, ağlı başına gəlsin, mənə də bunun səbəbini email vasitəsilə belə olsa izah edin. Ya da sizə yaxşı yol. Onsuz da, artıq texnologiya elə inkişaf edib ki, bank kartı səfirliklərə təqdim etməkdən başqa bir işə yaramır. Başqa alternativlərdəb istifadə edərəm. Bu günə qədərki yoldaşlığımıza heyf. Öyrəşmişdim bu karta. Bu illər ərzində bütün səyahətlərimdə, shoppinglərimdə, ödəmələrimdə bu kartdan istifadə edirdim. Çox şey yaza bilərəm, əsəbiyəm. Yazmıram. Nəysə, bu qədər."

Ardını oxu...
Naxçıvan Muxtar Respublikasının Culfa rayon sakini Əlizadə Elçin Elman oğlu tərəfindən "Hurriyyet.az" saytının redaksiyasına şikayət məktubu göndərilib. Vətəndaş xidmət göstərdiyi “N” saylı hərbi hissədən “paltar pulu” üçün kompensasiya ala bilmədiyini iddia edir.

“Mən, Əlizadə Elçin Elman oğlu, yazaraq bildirirəm ki, 2014-cü ilin iyun ayında çavuş rütbəsində manqa komandiri vəzifəsində xidmətə başlamışam. 2018-ci ilin mayında təxris oluram.

2023-cü ldə ilin dekabrında hərbi formam üçün pul almaq istədim, rəsmi müraciət etdim, amma cavab bu ilin aprelində gəlib. Həmin kağızda yazılmışdı ki, guya tələb olunan sənədləri təqdim etməmişəm.

Niyə belə ediblər, anlamıram. Bəlkə də 50 dəfə Müdafiə Nazirliyiniə zəng vurmuşam. Mən dinləmirlər, başlarından edirlər.

Ürəkləri istəyən adamların pulunu verirlər, başqalarının yox. Kasıb oğlanam, gözümü itirmişəm, haqqımı vermirlər.

Xahiş edirəm, köməklik edin! Haqqımı tələb edirəm! Artıq pul yox, ancaq mənim olanı istəyirəm. Pulumu mənimsəməsinlər".

Müdafiə Nazirliyinin Xidmətinin rəisi Anar Eyvazov tərəfindən "Hurriyyət.az" saytına verilən məlumata əsasən, Əlizadə Elçin Elman oğluna “paltar pulu” üçün kompensasiya ödəniləcək.

Ardını oxu...
 
Ardını oxu...
Yeni Azərbaycan Partiyasının 96 saylı Goranboy – Naftalan seçki dairəsindən namizədliyini irəli sürdüyü Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sabiq vitse-prezidenti Bədəl Bədəlovun namizədliyi ləğv edilə bilər. Çünki Bədəl Bədəlovun adına külli- miqdarda əmlak var. İddia edilir ki, şəxs haqqında bir qrup seçici tərəfindən MSK-ya daxil olan şikayət araşdırılır. XALQ.AZ məlumat verir ki, iddia görə, əsasən əmlak məsələləri ilə bağlı saxtalaşdırılmış sənədlər MSK-ya təqdim edilib.

Əgər bu iddialar doğru olsa o zaman Bədəl Bədəlovun namizədliyi ləğv edilə bilər.

Belə ki, Bədəl Bədəlovun obyektlərinin bir çoxu SOCAR-a məxsus ərazilərdə inşa edilib. Qeyd edək ki,Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, döngə 2-də Neft Şirkətinə məxsus torpaqlar Bədəl Bədəlov tərəfindən zəbt edilib. Zəbt edilən bu ərazidə fərdi ev və obyekt inşa edilib.

Suraxanı rayonunun Yeni Suraxanı ərazisində – “Araz” market yaxınlığında vətəndaşların xeyir-şər yeri üçün nəzərdə tutulan ərazi belə Bədəl Bədəlov tərəfindən zəbt edilərək mənimsənilib.
 
Ardını oxu...
Keçən günlərdə Dia-az.İnfo olaraq məlumat verdik ki, Tovuz rayonunda yerli icra nümayəndələri vətəndaşlardan şəxsiyyət vəsiqələrini yığmağa başlayıb.

Məlumata görə, Tovuz rayon İcra Hakimiyyətinin ayrı-ayrı əməkdaşları kütləvi şəkildə şəxsiyyət vəsiqələri toplayıblar. Amma vətəndaşlar şəxsiyyət vəsiqələrinin tələb olunmasının səbəbi izah edilməyib.

Yerli sakinlər bunu qarşıdan gələn parlament seçkiləri ilə əlaqələndirir. Amma seçkilərdə həmin şəxsiyyət vəsiqələri nəyə lazım olduğunu sakinlər bilmirdilər.

Ardını oxu...

Qeyd edək ki, bu məlumatdan sonra Dia-az.İnfo-ya yazan oxucularımızdan biri bildirib ki, əslində yerli icra başçısı Məmməd Məmmədovun birbaşa göstərişi ilə əksər sakinlərin şəxsiyyət vəsiqələrinə rəsmən əl qoyulması həqiqətən də seçkilərlə bağlıdır.

Mənbə iddia edir: "Məqsəd hakimiyyətin marağında olmayan digər namizədlərə problem yaratmaqdır ki, onlara imza toplanmasın. Kimi dindirirsən deyir, vəsiqəm icradadır..."
Ardını oxu...
Baş nazirin 1-ci müavini Yaqub Eyyubovun oğlu Orxan Eyyubov İngiltərənin Berkshire şəhərindəki şirkətlərindən birini bağlayıb. Onun 75 faiz payla sahib olduğu 2020-ci ilin noyabrında Britaniya Şirkətlər Evində qeydiyyatdan keçmiş NEW CANADA LIMITED şirkəti (Qeydiyyat nömrəsi 13044330) bu ilin yanvarında ləğv edilib və reyestrdən çıxarılıb.
TEREF yazır ki, bunu müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli öz sosial şəbəkə səhifəsində yazıb. Jurnalist daha sonra yazır:
NEW CANADA LIMITED Orxan Eyyubovun təsisçisi olduğu NEW CANADA CAPİTAL LTD-nin törəmə müəssisəsi kimi fəaliyyət göstərib. Sənədlərə görə ləğv olunan şirkətin 25 faiz hissəsi Orxan Eyyubovdan 3 yaş böyük olan ingilis xanim Jennifer Marie Mcdonalda, digər 25 faiz isə onun atası Mr John Macdonalda məxsus olub.
Xatırladım ki, NEW CANADA CAPİTAL LTD-nin ötən ilki maliyyə sənədlərinə əsasən aktivlərinin həcmi 15 milyon funt-sterlinqdən artıq olub.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti