vArdını oxu...
Keçmiş MTN generalları, xüsusilə də sabiq nazir Eldar Mahmudov və onun yaxın çevrəsinin, eləcə də Mövlan Şıxəliyev və Akif Çovdarovun “Akula Akif” kimi tanınan Akif Mustafayevlə sıx təmaslara malik olduğu, adıçəkilən şəxsin vasitəsi ilə çoxlu sayda qanunsuz biznes əməliyyatları həyata keçirdiyi məlumdur. “MTN çətəsi”nin “yeriyən pulqabısı” hesab edilən, sabiq generallara 100 milyonlarla dollar məbləğində pul qazadıran “Akula Akif”in Eldar Mahmudov imperiyasının çöküşündən sonra İnterpol tərəfindən axtarışa verildiyi, Azərbaycana düşmən olan Fransada sığınacaq tapdığı da mediada yer alan informasiyalar sırasındadır.

Məlumat üçün qeyd edək ki, son 2-3 ildir ki, sabiq MTN generallarının, xüsusilə də Eldar Mahmudov və Mövlan Şıxəliyevin xarici ölkələrdə, xüsusilə də Fransadakı biznesinin sürətlə genişləndiyi müşahidə edilməkdədir. Azərbaycandan oğurlanan pullar hesabına Fransada nəhəng biznes səltənəti quran, özlərinə və düşmən ölkənin büdcəsinə milyonlar qazandıran sabiq generallar, bu gün də milyonluq sərvətlərindən Qarabağdakı bərpa prosesinə bir qəpik də olsun vəsait sərf etmir, əksinə, dövlətdən və xalqdan daha çox çırpışdırmağa çalışırlar.

Özləri Azərbaycanda olan bu şəxslərin Fransadakı bizneslərini necə, hansı yolla, kimlərin əli ilə genişləndirdiyi də ən çox sual doğuran məsələlərdən biridir. “MTN çətəsi” ilə bu çətənin “döyünən qəlbi” olan “Akula Akif” arasındakı sıx dostluq və işbirliyi nəzərə alınarsa, bu gün Eldar Mahmudov və onun ailə üzvlərinin, habelə Mövlan Şıxəliyev, Akif Çovdarov və digərlərinin Fransada genişlənən biznesinin arxasında yenə də məhz Akif Mustafayevin dayandığı ehtimalı böyükdür. Çox güman ki, məhz “Akula Akif”in əli və əlaqələri vasitəsilə bu biznes genişlənməkdə, yeni üfüqlə fəth etməkdədir.

MTN generallarının öz bizneslərini niyə doğma Azərbaycanda deyil, məhz Fransada genişləndirdiyinə gəlincə, bu sualın cavabı daha sadə və daha ağrılıdır. Görünən budur ki, sabiq generallar Fransada öz bizneslərini daha toxunulmaz hesab edir və bu ölkənin Azərbaycanla münasibətlərindəki gərginlikdən öz bzines maraqları üçün faydalanmağa çalışırlar. Onlar hesab edirlər ki, Fransa dövləti Azərbaycana onların bu ölədəki qanunsuz bizneslərini araşdırmağa, onalrın oğurluq əmlaklarını müsadirə etməyə imkan verməyəcək. “MTN çətəsi”nin Fransaya olan sevgisinin arxasında dayanan amil budur!
Nazim Əliyev
TEREF

Ardını oxu...
"Binə” Ticarət Mərkəzi kimi tanınan, rəsmi adı isə “Arazavia” MMC ilə bağlı məhkəmə işi icraata götürülüb.

32gun.az-ın əldə etdiyi məlumata görə, sözügedən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə (Vergilərin, Rüsumlarin Ödənilməsi, Maliyyə Və Siğorta Qaydalari Əleyhinə Olan Inzibati Xətalar) protokol hazırlanıb.

Hazırlanmış protokol Qaradağ Rayon Məhkəməsinə təqdim edilib.

Məhkəmə işi hakim Rufan Mürsəlovun icraatındadır.

"Arazavia” MMC-nin qanuni təmsilçisi Dilşad Camşidovna Əmirovadır. MMC-nin nizamnamə kapitalı 40 AZN-dir.

Binə Ticarət Mərkəzinin sahibi Kəbirə Məmmədovadır.
Ardını oxu...
Elxan Nəcəfovun Naxçıvan təhsilini məhv etməsi, Eynilə Emin Əmrullayev siyasətini davam etdirməsi, müəllim adına yaraşmayan bütün yollarla əl atması, Naxçıvan müəllimləri tərəfindən heç xoş qarşılanmamışdır. Bu haqda yüzlərlə yazılar paylaşılmışdır. Biz də Təhsilmedia.az saytı olaraq "Elxan Nəcəfov HEGEMONLUĞUNDAN danışmağı özümüzə borc bilirik.
Naxçıvan Təhsil Naziri keçdiyindən bu yana kreslosuna arxalanıb bütün yeyinti imkanlarından istifadə etmişdir.

Vəzifədə olan şəxslərin öz şəxsi ərizəsi ilə işdən çıxmasını təmin etmişdir.

Məktəblərdəki texniki işçilərin qənimi kəsilərək-bütün işçiləri işdən azad etmişdir.

Təqaüdçülərin raşot pullarını qəti şəkildə vermir.

İmtahandan kənar müəllimləri işlə təmin edir.

Sertifikasiyadan kəsilən müəllimlərə "Əməkdar müəllim" adı verir. Bir çox nümunələr çəkmək olar.
-Naxçıvan Heydər Əliyev adına məltəbin hərb müəllimi Fuar müəllim 2 dəfə sertifikasiyadan kəsilsə də, "Əməkdar müəllim" adı almışdır.

Naxçıvan Dövlət Univeristetinin rektorunun bacısı Məhsəti müəllim də sertifikasiyadan kəsilsə də, "Əməkdar müəllim" adı almışdır.

Bundan əlavə, təbii ki, direktor və müəllimlərdən aylıq pul tələb edir. Kart hesabı yaradaraq bütün müəllimlərin pulları karta atmasını təmin edir.

Eynilə dərnək dərsləri də bütünlüklə Elxan Nəcəfova çatır.

İmtahandankənar qanunsuz şəkildə müəllimliyə və digər vəzifələrə təyinat vermişdir.

Hesablama palatasından alınan məlumatlarda da eyni vəziyyətin davam etdiyini açıq aydın görmək olur. Yəni çoxlu rüşvətlər ortada dolanır.

Təbii ki, əsas məsələ KURS məsələləri də öz yerindədir. Yenə də Lənkəran-Astara Regionala rəhbərlik etdiyu vaxtlardakı kimi Hədəf kursunu araya salmışdır. Dördyol deyilən yerdə Ticarət Mərkəzinin üstü bütün Hədəf plakatları ilə bəzənib.

Məktəblərdə sınaqlar adı ilə, layihə adı ilə pul yeyintisi də özünü aktiv şəkildə göstərir.

Bundan əlavə qanunsuz yerə məktəblərdə kompleksləşdirmə aparır. Sırf büdcədən az pul çıxsın deyə, 1 və 3-cü sinifləri, o cümlədən 2 və 4-cü sinifləri kompleksləşdirir. Deməyin ki, belə bir qanun var. Çünki qanunda əgər şagird sayı çox az olarsa, deyilir. Normal şagird sayları olduğu halda belə edir.

Müəllimlərin dərs saatlarını Elxan Nəcəfovun istəyi ilə azaldılıb. Müəllimlərin haqsız yerə əməkhaqları yarıbayarı azaldılıb. Etiraz edən bütün müəllimlərə hədə-qorxu gəlib, qorxudub, bullinq edib.

Dərs saatlarının yarıya enməsinə dair 300 müəllimin etiraz aksiyasını da hədə-qorxu gəlməklə dayandırması və sentyabrdan öz işini görməsi açıq-aşkar özünü göstərir.

Elxan müəllimin korrupsiya əməlləri içərisində Səriyyə Qəmbərovanı haqsız yerə işdən çıxartması, hədə-qorxu gəlməsi, məhkəməyə verildiyi halda Ekxan Nəcəfovun məhkəməyə külli miqdarda pul verərək məsələni bağlaması da diqqətdən qaçmır. Haqqını tələb edən bir müəllimə gözdağı vermək, büdcədən pul götürmək və ultimatumlar göndərməklə, digər müəllimləri qorxutmaqla məsələnin həllinə çalışmışdır.

Belə ki, Səriyyə Qəmbərova dərs saatının azalması ilə bağlı etiraz etdiyinə görə oyuna qurban getmiş, hətta 1 saylı orta məktəbin direktoru Asudə xanım tərəfindən döyülmüşdür. Asudə xanım görənləri işdən çıxaracağı ilə hədələmiş soruşan olsa, əksinə o məni döydü deyərsiniz deyə tapşırıb. Amma keçməyən yara izləri polis tərəfindən qeydə alındığından açıq- aşkar sübuta çatmışdır. Buna baxmayaraq, Səriyyə müəllimin dərs saatınl 30 saatdan 6 saata salmışdılar. 16 sentyabr ərizə yazıb şikayət etsə də, 18 sentyabr döyüb sonra da işə gəlmir adı ilə işdən qanunsuz çıxarmışdılar. Hansl ki 30 gün gəlməzsə bunu edə bilərdilər. Hələ də müəllimi döyüb səhəri gün dərsə gəlmələrini gözləyə bilməzlər. Üstəlik yalandan əmr hazırlayıblar ki, guya müəllimə 26 saat + sinif rəhbərliyi verilibmiş. Müəllimin üzünə durmaq üçün yalançı şahidlər tutub hər müəllim şahidə də 2 saat artıq dərs veriblər. Alverin beləsinə də can qurban.

Keçid edərək Elxan Nəcəfov haqqında videoları izləyə bilərsiniz:



 
Ardını oxu...
Xəzər rayonunda tikinti sahəsində qanunsuzluq davam edir.

Rayondan Reportyor.info-ya daxil olan məlumatlarda iddia olunur ki, qanunsuzluq edənlər icra başçısı Eşən Salahova yaxın şəxslərdir.

Bildirilir ki, icra başçısının Arif adlı yaxın qohumu və onun Yaşar adlı dostu hələ də özlərini icra hakimiyyətinin rəsmi işçiləri təqdim edərək tikinti işlərinə müdaxilə edirlər.

Bundan başqa, Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin keçmiş rəisi Mehman Hüseynovun Natiq adlı qardaşı oğlunun da adıçəkilən şəxslərlə əlbir olduğu iddia edilir.
Məlumatda qeyd edilir ki, bu şəxslər COP29 ərəfəsində daha da fəallaşıblar. İş o yerə çatıb ki, vətəndfaşlar hətta çıxarışı olan torpaq sahələrində belə, inşaat işləri apara bilmir.

“Sakinlət layihə çəkdirir, onlayn formada qeydiyyatdan keçir, bütün sənədlər əllərində, amma bu adamlar ev tikməyə imkan vermilər”, – daxil olan məlumatda bildirilir.

İddialara görə, arxivli sərəncamlarla bağlı da problemlər mövcuddur. Bildirilir ki, icra hakimiyyətinin memarı Ceyhun Ələkbərli arxivli sərəncamlarla bağlı müraciət edərək torpaq sahəsinin cizgi planını istəyən vətəndaşları müxtəlif bəhanələrlə geri qaytarır. Planı almaq üçün müəyyən şərtlər irəli sürür.

Bildirilir ki, bu qanunsuz əməllərə görə məsuliyyət icra başçısı Elşən Salahovun üzərinə atılır. İddia olunur ki, bütün bunlar məhz icra başçısının tapşırığı əsasında həyata keçirilir.

Yerli sakinlər artıq baş verənlərlər bağlı ölkə rəhbərliyinə müraciət etmək niyyətindədirlər.

Xəbəri Facebook-da paylaş





 
Ardını oxu...
Bakıda bu uşaq evində qoturluq aşkarlandı - Xəstəxanaya yerləşdirildilər

3 saylı Uşaq evində qotur xəstəliyinin yayıldığı iddia olunur.

TEREF Oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkədə yayılan məlumatda 8 uşağın Dəri Zöhrəvi Xəstəxanasında müalicə aldığı bildirilir.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) sayta bildirilib ki, oktyabrın 23-də 1 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanserinə 3 nömrəli Uşaq evindən 5 uşaqla bağlı müraciət daxil olub:

"Uşaqlar tibb heyəti tərəfindən müayinə olunub və diaqnozu təsdiq etmək üçün laborator analizə yönəldiliblər. Analizlərin nəticələrinə əsasən, uşaqlara qoturluq diaqnozu qoyulub. Pasiyentlər 10 gün müddətində stasionar müalicə aldıqdan sonra laborator müayinələrə əsasən sağalma ilə yenidən uşaq evinə geri göndəriliblər".

Sosial Xidmətlər Agentliyindən isə bildirilib ki, qurumun balansındakı müəssisələrdə uşaqların sağlamlığı daim diqqətdə saxlanır və aidiyyəti səhiyyə qurumları ilə əməkdaşlıq edilir.
 
Ardını oxu...
Aparıcı İlkin Həsəni sosial şəbəkədə etdiyi paylaşımı ilə diqqət çəkib.

Axşam.az xəbər verir ki, o, fevralda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə etdiyi müraciətə 9 ay sonra reaksiya gəlməsinə irad bildirib:

"Bir az bundan əvvəl mənə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) zəng gəldi ki, bizə müraciət etmisiniz. Soruşdum ki, nə müraciət? Cavab verdilər ki, Süleyman Vəzirov küçəsində piyada xəttinin yenilənməsi və pandusların quraşdırılması ilə bağlı müraciətiniz etmisiniz. Birdən yadıma düşdü ki, fevral ayında olub. 9 ay əvvəl fikirləşdim ki, çəkmədən, paylaşmadan, "ASAN müraciət" platformasından müraciət edim. Bu, ölkə başçısının gösətirişi ilə hazırlanmış bir platformadır ki, vətəndaşlar əziyyət çəkməsin, problemlər operativ şəkildə həll olunsun. Amma fevral ayında etdiyim müraciətə indi zəng gəlib. Hələ problem həll olunmayıb. Həll olunanda təşəkkürümü bildirəcəyəm. Amma niyə tələsirdiniz ki? Gözləyərdiniz bir ili tamam olardı və fevralda zəng edərdiniz".
 
Ardını oxu...
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi “Meqa Sığorta” ASC (VÖEN -
1400143091) olub.
Yeniavaz.com xəbər verir ki, “Meqa Sığorta” ASC İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi əməkdaşları üçün könüllü tibbi sığorta xidmətini təqdim edəcək.
Bildirilir ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ümumilkdə 523 əməkdaşın bir illik könüllü tibbi sığorta xidməti üçün “Meqa Sığorta”ya 213 min 384 manat ödəyəcək.
Açıqlanan məlumatdan da göründüyü kimi, bir əməkdaş üçün il ərzində ödəniləcək tibbi sığorta haqqı 408 manat olacaq.
Məlumat üçün bildirək ki, “Meqa Sığorta” ASC 1998-ci ildə dövlət qeydiyyatına alınıb. ASC-nin nizamnamə kapitalı 23 000 000 manat təşkil edir. “Mega Sığorta”nın ən böyük (19% pay) səhmdarlarından biri Dövlət Neft Şirkətinin (SOCAR) sabiq prezidenti, iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayevin kürəkəni (qızının həyat yoldaşı) Əliyev Rauf Zeynal oğludur.
1992-ci il təvəllüdlü Rauf Əliyev hazırda “Rabitəbank” ASC-nin Müşahidə Şurasının üzvü və əsas səhmdarıdır. Bank səhmlərinin 40,6%-i Rauf Əliyevə məxsusdur.
Abdullayevin kürəkəni eyni zamanda “Faza” Mənzil Tikinti Kooperativi, “Trust Holding” MMC və "Black Sapphire” MMC-lərin də qanuni təmsilçisidir.
 
Ardını oxu...
Mağazadan toyuq alan vətəndaş evə gəlib toyuğu təmizləyəndə görür ki, aldığı məhsulun təxminən yarım kilosu buzdan ibarətdir.

Videonu vətəndaşlardan biri çəkərək "Xəzər Xəbər"in "WhatsApp" qaynar xəttinə göndərib. Üç toyuğun çəkisi üçün pul ödəyən vətəndaş evinə gəldikdən sonra görür ki, aldığı məhsulun yarım kiloya yaxını buzdur.

Görüntülərlə bağlı qida eksperti Fuad Ağayevin sözlərinə görə, toyuq istehsalında müxtəlif texnoloji proseslər aparılır ki, onların da bəzilərində su, buz, dondurma və şoklama kimi mərhələlər icra olunur. Ancaq burada bir istisna var.

"Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Mürvət Həsənli isə deyir ki, bütün toyuqlar kəsim vaxtı Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlanılır və onlara satışdan əvvəl gündəlik olaraq baytarlıq arayışı verilir.

Qeyd edək ki, son vaxtlar sosial şəbəkələrdə də belə videolar tez-tez yayılır.

Ətraflı süjetdə:

 
Ardını oxu...
“Yağıntının buxarlanmadan üç dəfə az olduğu bir şəhərdə torpaq sürüşməsi baş verirsə, bunun səbəbi insanlardır”.

Bunu TNS-ə Elm və Təhsil Nazirliyinin Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin rəhbəri Ənvər Əliyev deyib.

O qeyd edib ki, Bakı şəhərində tikintinin sayı durmadan artır: "Harada gəldi, binalar tikilir. İlk növbədə binanı tikən şəxs bu sahədə kifayət qədər məlumatlı olmalıdır, düzgün relyef seçilməlidir. Əks halda, Bayıldakı kimi hər zaman sürüşmə və dağıntılar qaçılmaz olacaq.

Dağlıq ərazilərdə baş verən sürüşmələr o qədər də ciddi fəsadlara yol açmır. Çünki orada baş verən təbii hadisədir. Amma Bakı şəhəri ərazisində binalar o qədər yaxın tikilir ki, aralarında nəfəs almaq olmur. Belə olduğu tədqirdə, sürüşmə baş verəcəyi halda faciələr, fəsadlar qaçılmazdır”.

Ənvər Əliyev təbii mühitdə baş verən sürüşmələrin vaxtilə palçıq vulkanları püskürmüş ərazilər olduğunu bildirib: “Şəhərdə qayalar dağıdılaraq yerində evlər, binalar tikilir və ətrafda da heç bir bərkitmə işləri aparılmır, nəticədə sürüşmələr yaranır.

Biz şəhərdə düzgün sistemi qura bilmirik, insanlar yağışda həyatını itirir, sonra da deyirik ki, normadan artıq yağıb. Kanalizasiya xətləri düzgün qurulsa, vaxtında təmizlənsə, bu hallar baş verməz. Düzgün tikinti apara, yol strukturu qura bilmirik və torpağı günahkar sayırıq”.
 
Ardını oxu...
Bir neçə gündür ki, sosial şəbəkələrdə “outlet” endirimlərilə bağlı müzakirələr səngimək bilmir. Söhbət “Park Bulvar”da keçirilən ənənəvi “outlet” qaraj günlərindən gedir. Sosial media istifadəçiləri qeyd edirlər ki, endirim adı ilə malların əksəriyyəti baha qiymətə satılır.

Yeri gəlmişkən, hər mövsümün sonunda burada malların 80-90 faiz endirimlə satışa çıxarıldığı qeyd edilir. “Park Bulvar”ın elanında yazılıb ki, 60-dan çox brendin iştirak etdiyi kampaniyadan yararlananlar hər mövsümə uyğun məhsulları əldə edə bilirlər.

Narazılıqların hər hansı əsası varmı? Paltarların 80-90 faiz endirimlə satıldığı realdırmı?

Musavat.com-un əməkdaşı olaraq həmin məkana üz tutub suallarımıza cavab tapmağa çalışdıq.

İlk olaraq deyim ki, ticarət mərkəzinin qarajında təşkil olunan endirim kampaniyasına xeyli adam toplaşmışdı. Məkanın çox böyük olmasına rəğmən havasızlıqdan adamın nəfəsi kəsilirdi. İçəri daxil olan digərləri kimi bizim də üzümüzdə ümid var idi ki, endirimlərdən yararlana biləcəyik. Amma geri dönənlərin simasındakı yorğunluq və məyusluq hissini gördükdə “tələsməmək əfsəldir”, deyib keçdik.

Qeyd edək ki, burada kişi, qadın, uşaq paltarları satılan müxtəlif brend markalara rast gəlmək olur. İnsanların daha çox toplaşdığı mağazalara daxil olub, brend məhsulların qiymətləri ilə maraqlanırıq. 70 faiz endirimlə satışa qoyulan malların əksəriyyətinin baha olduğunu görürük. Endirimdə olan mallar isə ya yararsız vəziyyətdə olur, ya da ən böyük (kiçik) ölçüdə olanlar olur. Elə “Süvari”nin kostyumları və köynəkləri ilə bağlı alıcıların gileylənməsi də nəzərimizdən yayınmır. “Bu kostyumu 130 manata qoyublar, guya 350 manatdan endirimə düşüb. Fikir ver, bunları alan yoxdur, çünki ancaq ən böyük ölçüləri qalıb. Keçən il də endirimdə buradan köynək almışdım, tez sıradan çıxdı”, -deyə alıcılardan biri bildirdi.

Digər alıcı da qiymətlərlə maraqlandığımızı görüb dilə gəldi: “Bayaq gödəkçəyə baxdım, 250 manata idi. Adi firmadır, heç adı da yadımda qalmadı. Bunun harası endirim oldu. Adi qısaqol köynəklər 50 manatdan başlayır. Çıxın yuxarı, endirim olmayan yerə, eyni qiymətlərdir, cüzi fərq var”, -deyə qadın alıcı bildirdi.

Qadın və uşaqlar üçün paltarlar satılan “Penti” mağazasında da eyni vəziyyətlə üzləşirik. Endirim elan olunmayanda bu mağazadan daha münasib qiymətə nə isə tapmaq olar, nəinki, indiki “endirim” qiymətləri ilə.

Uşaq mağazalarında da qiymətlər od tutub yanırdı. Misal üçün, gödəkçələrin qiyməti 100-110 manat arasında dəyişir. “Buradan belə baha alınca, gedib trendyoldan sifariş verərəm, bu nədir, adi bir yağış üçün gödəkçə də bu qiymətə olar!?”,- deyə övladı ilə gələn valideyn qeyd edir.

Qeyd edək ki, burada ucuz qiymətə olan məhsullar da tapmaq olur, amma onlar da əsasən Çin məhsulları idi.

İstehlakçıların hüquqlarının müdafiəçisi Eyyub Hüseynov mövzu ilə bağlı Musavat.com-a deyib ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna görə alıcıların haqqı var ki, malın endirimə qədərki sənədinə baxsın: “Nazirlər Kabinetinin 94 saylı qərarına görə bütün malların üzərində maddi məsul şəxsin imzası olan qiymət sənədi olmalıdır. Sadəcə olaraq malın üstünə endirim kağızı yapışdırılmaq istehlakçılar aldadılır. Mağazalarda satılan mallara 50, 60 və 70 faiz endirimlərin tətbiq edilməsi daha çox saxta xarakter daşıyır. İstehlakçılar mağazalardakı süni endirmlərə inanır, alış-veriş edirlər. Daha sonra aydın olur ki, endirim həmin mala aid deyil. İstehlakçının tələbatını ödəməyən mal olduqda onu 14 gün ərzində geri qaytara bilər. Lakin mağazadan bildirilir ki, endirimdə satılan mal geri qaytarılmır. Belə olan halda istehlakçılar dövlət orqanlarına müraciət edərlərsə mağaza sahibini 1500-dən 5000 min manatadək cərimə gözləyir. Mağazalarda endirimlərin şişirdilmiş olduğunu müəyyənləşdirmək işi çox vaxt istehlakçıların üzərinə düşür. Bunu müəyyənləşdirməyin isə bir neçə yolu var. İlk növbədə, satıcıdan endirimdən əvvəlki məhsulun qiyməti tələb edilməlidir. Satıcı endirim edilən məhsulun əvvəlki qiymətini istehlakçıya təqdim etməyə borcludur".

Musavat.com
 

Dünyapress TV

Xəbər lenti