Ardını oxu...
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Balababa Rzayevin qardaşı Rahib Rzayevə məxsus “Göknur Bakı LTD” MMC-yə inzibati protokol yazılıb.

Pravda.az-ın xəbərinə görə, Mərkəzi Bank protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

İş Nərimanov Rayon Məhkəməsinin hakimi Xalidə Əlisoyun icraatındadır.

Qeyd: Oktyabrın 5-də Baş nazir Əli Əsədovun imzaladığı sərəncama əsasən, 2024-cü il üzrə təsdiq edilmiş yanacaq-enerji balansında qazdan istifadə istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etdiyinə görə, “Azərenerji” ASC-nin Prezidenti Balababa Hüseynağa oğlu Rzayevə şiddətli töhmət elan edilib. B.Rzayevin vəzifədən azad ediləcəyi bildirilir.
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Sabunçuda ötən gecə tunelə yağış sularının dolması nəticəsində 2 nəfər boğularaq ölüb. Bu bədbəxt hadisədən sonra tunelin tikintisi zamanı nöqsanlara yol verilib-verilməməsi müzakirələrə səbəb olub.

TEREF Qafqazinfo-ya istinadən xəbər verir ki, Asəf Əsədullayev küçəsində yerləşən tunelin tikintisinə 2019-cu ildə başlanılıb. Tunel “Azərbaycan Dəmir Yolları”nın sifarişi əsasında tikinti işləri aparan “Körpü Bina Tikinti” MMC tərəfindən inşa olunub. Tunelin açılışı isə 2020-ci ilin martin 13-nə təsadüf edib. Açılış mərasimində qırmızı lenti isə “Azərbaycan Dəmir Yolları”nın ozamankı sədri Cavid Qurbanovun müavini Zaman Novruzov kəsib.

Qısa arayış olaraq bildirək ki, tunelin uzunluğu 388 metr, hündürlüyü 5,5 metr, eni isə 13,5 metrdir. Qapalı hissənin uzunluğu isə 68 metrə bərabərdir.

4 il əvvəl açılış mərasimində verilən məlumata görə, yağış və qrunt sularının kənarlaşdırılması məqsədilə nasosxana tikilib. Bunun üçün 3 nasos, bundan əlavə də 100 kilovatlıq transformator və generator quraşdırılıb. Amma görünən və real mənzərə onu deməyə əsas verir ki, ötən gecəki hadisə zamanı nə üç nasos, nə 100 kilovatlıq transformator, nə də generator işə yarayıb.

Ümumiyyətlə, ötən müddət ərzində onların yararlılığı yoxlanılıbmı, o da tunel kimi sual altındadır.

O ki, qaldı “Körpü Bina Tikinti”yə, bu MMC-nin rəhbəri Xəlil Göyüşovdur. Sözügedən şirkət 2001-ci ildə təsis edilib və istər Bakıda, istərsə də bölgələrdə bir sıra milyonluq layihələrin icraçısı olub.

Bu layihələrə keçmiş Şəfa stadionunun qarşısındakı yeraltı keçidi, Bakı Olimpiya Stadionundan Heydər Əliyev adına hava limanı avtomobil yoluna keçidi, Suqovuşan su anbarının təmir və bərpasını, Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunu, Sabunçu-Pirşağı-Sumqayıt dəmiryolu stansiyasının yenidən qurulmasını və s. misal çəkmək olar.
Ardını oxu...
Maraqlıdır ki, Sabunçu rayonu ərazisində bu şirkətin daha öncə tikdiyi başqa bir tuneli də su basmış, o zaman da bir neçə avtomobil suyun altında qalaraq yararsız vəziyyətə düşmüşdü.

2019-cu ilin sentyabrında baş verən həmin hadisə zamanı nə dünənki kimi aramsız yağışlar yağmışdı, nə də başqa bir fəlakət baş vermişdi. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da dediyi kimi, ola bilər tikinti zamanı nöqsanlara yol verilib. Təbii ki, bunun da araşdırılması aidiyyəti qurumların üzərindədir.



 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, ötən gündən başlayan intensiv yağış paytaxt Bakıda bir çox fəsadlar yaradıb.

İnsan iki nəfərin də öldüyü bu fəlakət paytaxtımızın bu kimi hallara hazır olmadığını bir daha gözlər önünə sərmiş oldu.

"Tv Musavat"ın aparıcısı Sevinc Telmanqızı yağışın yaratdığı fəsadlardan, məmurların işlərinin öhtəsindən gəlməmələrindən danışıb.

O, yaranmış vəziyyətə görə məmurları günahlandırıb, onları sərt tənqid edib.

Verilişdən həmin hissəni təqdim edirik:

 
Ardını oxu...
Bakıda bir qrup şəxs Baku TV-yə müraciət edərək iddia edib ki, “Zamin Əmlak” adlı daşınmaz əmlak agentliyi evlə təmin etmək adı ilə onlardan pul alıb.

Lakin ortada nə ev var, nə də ödədikləri məbləğı geri ala bilirlər.

Baku TV-nin əməkdaşı iddialara cavab almaq istəsə də, sözügedən şirkətin ofisinin qapısının bağlı olması səbəbindən bu, mümkün olmayıb.

Banerlər ümumiyyətlə yerindən çıxarılıb. İşçilər isə sanki qeybə çəkilib. Necə deyərlər, lələ köçüb, yurdu qalıb.

Qapıda şirkətin qurbanı olan daha bir vətəndaşdan başqa heç kim tapılmayıb.

Zərərçəkənlər onları aldatdığını iddia etdikləri şəxslərin görüntülərini də Baku TV ilə paylaşıb.

Şirkətin rəhbəri olduğu deyilən Oqtay Zərbəliyev bildirib ki, bütün pulları Orxan adlı şəxs mənimsəyərək aradan çıxıb.

Həmin şirkətdə satış mütəxəsisi vəzifəsində çalışan Orxan Əliyev isə zənglərə cavab verməyib.

Bəs görəsən, vətəndaşların başına corab hörən belə fırıldaqçıları hansı cəza gözləyir? Ümumiyyətlə, qanunvericilikdə belə hallarla bağlı nələr nəzərdə tutulub?

Daha ətraflı BAKU TV-nin süjetində:

 
Ardını oxu...
Ramiz Mehdiyev və onun dəstəsi ilə bağlı 2005-ci illərdən yazmağa başlamışam. Ramiz Mehdiyevin kim, hansı işlə məşğul olduğunu, bu ölkəyə hansı ziyanlar vurduğunu demişəm. Təkcə Ramiz Mehdiyev deyil, onun kimi onlarla insanlar var ki, bu ölkəyə əxlaqi, mənəvi zərər vurmaqla yanaşı maddi tərəfdən də ölkəni talayıblar, milyardlar aparıblar. Onlar haqqında da cinayət işi qaldırılmalı və araşdırma aparılmalıdır".

Bu sözləri Pravda.az-a açıqlamasında tanınmış vəkil Aslan İsmayılov deyib.

"Sizi əmin edirəm, Ramiz Mehdiyevin təkcə yeznəsi İlham Əliyevin ölkədən çıxardığı və ölkədə yatırdığı əmlaklar milyarddan artıqdır. Onun Quba-Qusar zonasında yüz milyonluq əmlakı və torpağı var. Əlbəttə, istəyərəm ki, bütün bu cinayətlər araşdırılsın. Ramiz Mehdiyevin və digərlərinin həbsi bu gün mənim üçün vacib deyil. Vacib olan budur ki, biz Qarabağda döyüşmüş əsgərlərimizi təmin edə, pensiya həddini artıra bilmirik. Bu gün də Ramiz Mehdiyev və onun ətrafı "Rolls-Royce"da, "Maybach"da gəzirlər. Nə üçün? Ölkəyə, dövlətə hansı töhfəni veriblər? Ramiz Mehdiyevlə bağlı cinayət işi açılıbsa, bunu alqışlayıram, amma istəmirəm ki, bütün işlər kimi bu da yarımçıq olsun", - A.İsmayılov bildirib.

Xatırlatma: Hesablama Palatasından daxil olmuş material əsasında Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyətində aşkar edilmiş qanun pozuntuları ilə bağlı aparılmış araşdırma üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. AMEA-nın 2020-2023-cü illərə dair fəaliyyəti üzrə təyin edilmiş audit yoxlamaları nəticəsində vəzifəli şəxslər tərəfindən külli miqdarda dövlət vəsaitinin təyinatı üzrə istifadə edilməməsi, habelə digər qanun pozuntularının törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən dövrün əsas hissəsində isə AMEA-ya Ramiz Mehdiyev (2019-2022-ci illərdə) rəhbərlik edib.
 
Ardını oxu...
Son vaxtların ən mühüm problemlərindən biri də, Bakının bəzi ərazilərindəki evlərin sökülməsi məsələsidir. Əsasən də, bu məsələ paytaxtın “Sovetski” və “Kubinka” deyilən ərazilərində aktual olaraq qalır. Belə ki, sözügedən ərazilərdə mərkəz küçələrdəki bəzi yaşayış sahələri sökülüb. Amma iç-içə məhlələrdə hələ də söküntü işləri getməyib. Həmin ərazilərdəki qonşular da bildirir ki, illərdi oradakı evlərin söküləcəyi deyilir.
Bəs, bu məsələ niyə illərdi belə uzanır? Burada hansı səbəblər rol oynayır?

araz.az xəbər verir ki, məsələ ilə əlaqədar ajans.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev artıq söküntü işlərinin başlandığını bildirib:

“Ümumiyyətlə, 2016-cı ildən başlayaraq Nazirlər Kabinetinin 86 saylı sərəncamı ilə paytaxt Bakı şəhərində istismar müddəti bitmiş və qəzalı vəziyyətdə olan binaların söküntü prosesi gedir. Bu günə qədər də onlarla köhnə çox mənzilli yaşayış binaları və fərdi həyət evlərindən ibarət yaşayış massivləri sökülərək yeni tikili binalarla əvələnib. Söküntülər daha çox iki formada aparılır. Birinci olaraq, özəl sektor tərəfindən köhnə binalar sökülür və yenisi ilə əvəz olunur. İkinci isə dövlətin ehtiyacı olan torpaqlar qiymətləndirilərək bazar qiyməti ilə dəyərləndirilir və 20 faiz artıq kompensasiya verilməklə vətəndaşlardan geri alınır. Həmin “Sovetski” ərazisində də söküntü artıq asta-asta başlayıb. Bu proses mərhələli şəkildə aparılır. Bir çox ərazilərdə parklar salınıb”.

Ekspert, həmçinin, söküntü meyarları, bazar qiymətləri və gecikmə səbəbləri məsələlərinə də toxunub:

“Bundan əlavə, söküntü işlərinin aparılması üçün tikinti şirkətləri bazarı da nəzərə alır. Əgər eyni anda hər yeri söksələr, onlar tikdikləri binanı başqa şəxslərə sata bilməzlər. Həm də kirayə bazarında mənfi təsir özünü göstərəcək. Əmlak bazarında həm qiymət artımı, həm də alıcı qıtlığı ilə nəticələnə bilər. Vətəndaşların mənzilinə gəldikdə isə onlar gözləntidədir.

Söküntünü gözlədikləri üçün təmir işlərinə də bir o qədər diqqət ayırmırlar. Amma istənilən halda bir şəxs öz şəxsi evində yaşayırsa, onun nə vaxt söküləcəyindən asılı olmayaraq yaşayış şəraitinin yaxşılaşdırılması üçün lazımı yerlərdə müəyyən təmir işləri görməlidir. Söküntü zamanı əgər özəl sektor olarsa, vətəndaşa yenidən ev verilir. Dövlət xətti ilə sökülürsə, ev ölçülür və bazar qiymətinə uyğun hesablanır, qiymətdən əlavə 20 faiz kompensasiya verilir. Bu prosesin bu qədər ləng getməsinin səbəbi Bakı şəhərinin baş planının təsdiq olunmaması idi.

Artıq 2023-cü ilin dekabr ayının sonunda Bakının Baş Planı təsdiqləndi. Hansı ərazilərdə nələrin söküləcəyi və nələrin tikiləcəyi artıq müəyyən olunub. O baxımdan düşünürəm ki, bundan sonra bu proseslərə mərhələli şəkildə start veriləcək”.
 
 
 
Ardını oxu...
Göyçay rayonu, Cəyirli kənd sakini, 3-cü dərəcəli gözdən əlil Abışov Natiq Məzahir oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. N.Abışov Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Mərkəzi Aran Regional bölməsinin rəisi Eldəniz Qəribovdan şikayətçidir:

“Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Mərkəzi Aran Regional bölməsinin rəisi Eldəniz Qəribov vəzifəsindən sui-istifadə edərək kəndlilərə hucum edir, onlara küllü miqdarda ziyanlar vurur.

Bildirim ki, biz bağçılıqla məşğul olub, ailəmizi birtəhər dolandırırıq. Hər il mövsümü meyvələri özümüzün və digər şəxslərin bağından alıb Rusiyaya aparır, satıb əldə etdiyimiz gəlirlə ailəmizi dolandırırıq.

Həmişəki kimi, bu il də xurma meyvələrini tədarük edib, yük maşınlarına yığıb Rusiyaya satmağa aparmaq istəsək də, AQTA-nın Mərkəzi Aran Regional bölməsinin rəisi Eldəniz Qəribovun göstərişi ilə qanunsuz qadağa qoyulmuşdur. Bizdən qanunla nəzərdə tutulmayan sənədləri tələb edir ki, həmin sənədləri əldə etməyə 1 ay vaxt lazımdır. Ancaq bu müddət ərzində xurma meyvəsi yük maşının xarab olacaq ki, nəticədə də bizə küllü miqdarda ziyanlar dəyəcək.

Tonlarla xurma meyvəsi yığılmış çoxlu sayda yük maşını Eldəniz Qəribovun qadağasına görə bir neçə gündür Kürdəmir rayonu ərazisində gözləyir. Kim pul veribsə, onun məhsulunun Rusiyaya aparılmasına razılıq verilib, biz isə bir neçə gündür gözləyirik. Belə getsə, məhsullarımız zay olacaq. Bu isə küllü miqdarda ziyan deməkdir. Çünki, bu halda nisiyə aldığımız meyvələrin pulunu ödəyə bilməyib, borcla yüklənib bədbəxt olacağıq.

Biz Prezident cənab İlham Əliyevə inanıb, ona müraciət edirik. Siz həmişə sahibkarlığın, fermer təsərrüfatlarının inkişaf etdirilməsi üçün sərəncamlar imzalamısınız, sahibkarların qayğısına qalmısınız. Hörmətli Prezident, Sizdən xahiş edirik ki, bizim müraciətimizi araşdırıb, xurma meyvələrimizin Rusiyaya aparılmasına qoyulmuş qadağanın aradan qaldırlmasına köməklik edin”.
dia-az.media
Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq!
TEREF
 
Ardını oxu...
Hesablama Palatasından daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) baş vermiş qanun pozuntusu faktları ilə bağlı cinayət işi açılıb.

Prokurorluğun məlumatında bildirilir ki, qurumun 2020-2023-cü illərə dair fəaliyyəti üzrə təyin edilmiş audit yoxlamaları nəticəsində vəzifəli şəxslər tərəfindən külli miqdarda dövlət vəsaitinin təyinatı üzrə istifadə edilməməsi, habelə digər qanun pozuntularının törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən faktlarla bağlı aparılmış araşdırma üzrə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

“AzPolitika” xatırladır ki, oktyabrın 18-də Hesablama Palatasında AMEA-nın İşlər İdarəsi tərəfindən dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasının auditinin nəticələri müzakirə olunub.

Müzakirələrin nəticəsinə əsasən, 2020-2021-ci illərdə dövlət vəsaitindən və əmlakından istifadədə aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibi əlamətlərinin ehtimal olunması nəzərə alınmaqla müvafiq materialların Baş Prokurorluğa göndərilməsinə dair qərar qəbul olunub.

Palatanın araşdırdığı 2020-2021-ci illərdə AMEA-nın İşlər İdarəsinə keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, keçmiş deputat Elton Məmmədov rəhbərlik edib. O, qurumun sabiq prezidenti Ramiz Mehdiyevin 16 yanvar 2020-ci il tarixli sərəncamı ilə həmin vəzifəyə təyin edilib və 2023-cü il noyabrın 28-nə qədər orada çalışıb.


Beləliklə, Elton Məmmədovun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində açılmış cinayət işinin istintaqına cəlb ediləcəyi və barəsində həbs qətimkan tədbiri seçiləcəyi gözləniləndir. Nəzərə alsaq ki, həmin dövrdə AMEA-ya Ramiz Mehdiyev rəhbərlik edib, məntiqlə prokurorluq onu və onun akademiyadakı yaxın ətrafını da istintaqa cəlb edə bilər.

Elton Məmmədov bu il sentyabrın 1-də keçirilmiş növbədənkənar parlament seçkilərinə qatılsa da MSK onun təqdim etdiyi məlumatlarda ciddi saxtakarlıq aşkar edildiyini əsas gətirərək namizədliyini qeydə almayıb. Elton Məmmədov isə MSK-nın bu qərarına kəskin etiraz edərək qurumun rəhbərliyini saxtakarlıqda ittiham etmişdi.
 
 
 

Ardını oxu...
Oktyabrın 2-də Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının ("Respublikanski”) doğum şöbəsində doğuşdan sonra iynədən sepsis keçirib və komaya düşən 22 yaşlı Sara İsayeva ötən gün "Liv Bona Dea" Hospitalında vəfat edib.

Bu barədə "Arqument.az"a Sara İsayevin yaxınları məlumat verib.

Onlar bir neçə gün öncə də "Arqument.az"a Sara İsayevanın başına gətirilənlərlə bağlı danışmışdılar. Belə ki, doğuşdan çıxdıqdan sonra palataya köçürülən Sara İsayeva "votsap"la həyat yoldaşı və yaxınları ilə əlaqə saxlayıb, özünün və övladının yaxşı olduğunu deyib. Amma bir gün sonra, oktayabrın 3-də halı pisləşib. Səbəb isə həkim Günel Qəhrəmanovanın təyin etdiyi iynə olub.

Ardını oxu...


Günel Qəhrəmanova

Həyat yoldaşı Orucəli Ağayev bildirib ki, həyat yoldaşı ayın 3-də ona mesaj yazıb və halının pisləşdiyini deyib: "Yazdı ki, Günel doktorun yazdığı iynə vurulub, çox pisəm. Biz sonradan ona zəng etdik, həkimi axtardıq, amma əlaqə yarada bilmədik. Axşam saat 7-də bizə bildirdilər ki, Sara reanimasiyadadır, vəziyyəti ağırdır. Günel Qəhrəmanova ilə əlaqə saxlanılanda dedi ki, mən evə getmişəm, növbəm bitib, xəstə reanimasiyadadır".

"Ona dəfələrlə zəng etdikdən sonra xəstəxanaya gəldi və müxtəlif bəhanələr uydurdu ki, guya əvvəlcədən Saranın qanında infeksiya olub. Gecə saat 1-dən sonra reanimasiya şöbəsinin həkimi də, Günel həkim də bildirdi ki, xəstənizin qanında vurulmuş iynə nəticəsində parçalanma baş verir, infeksiya var. Burada qanı təmizləmək üçün lazımi plazmafarez, dializ avadanlığı yoxdur. Xəstə komaya düşüb, təcili buradan çıxarıb özəl xəstəxanaya aparılmalıdır, yoxsa 1-2 saata öləcək", - deyə Orucəli Ağayev bildirib.

Bundan sonra gecə saat 3 radələrində xəstə "Liv Bona Dea" Hospitalına gətirilib və oktyabrın 3-dən 18-nə qədər burada saxlanılıb. Oktyabrın 18-də axşam saatlarında "Liv Bona Dea" Hospitalında dünyasını dəyişib.

Ardını oxu...


"Liv Bona Dea" Hospitalı

İkinci Qarabağ müharibəsi qazisi Orucəli İsayev deyir ki, xəstə "Liv Bona Dea" Hospitalında yatdığı müddətdə ondan 63 min manata qədər pul alınıb. Bu pulu isə yaxınları kömək edib və borca götürüblər ki, Sara İsayevanı həyatda saxlaya bilsinlər.

Xəstənin komaya düşməsinə səbəbkəar olan Günel Qəhrəmanova söz versə də, heç bir maddi dəstək etməyib. Artıq hadisə ilə bağlı Orucəli Ağayev Prezident İlham Əliyevə, hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edib.

Sara İsayevanın valideynləri də müvafiq orqanlara müraciət edərək bu fakta görə xəstəxana rəhbərliyi və həkimin məsuliyyətə cəlb olunmasını tələb edirlər.

Maraqlıdır ki, indiyə qədər TƏBİB "Respublikanski"də baş verən bu ölüm faktına və həkim səhlənkarlığına reaksiya verməyib, halbuki bir neçə gündür qazi baş verənləri mediaya danışır.
Ardını oxu...
Miilli Məclisin komitə sədri Hicran Hüseynovanın Nazirlər Kabinetində Aparat rəhbərinin köməkçisi kimi işə düzəltdirdiyi əmisi nəvəsi ABŞ-da cəbhəçi kimi siyasi sığınacaq alıb.


XALQ.AZ məlumat verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

Məlumatda qeyd olunur ki,Nazirlər Kabinetinin əməkdaşı olmuş Hüseynov artıq ABŞ-dır.

Qeyd edək ki, Milli Məclisin deputatı olan Hicran Hüseynova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sabiq sədri olub.

Dünyapress TV

Xəbər lenti