Ardını oxu...
Elə şəxsiyyətlər var ki, onların qələmə aldıqları şeirlərinin, yazdıqları əsərlərinin mənaları bütün dövrlər üçün aktualdır. Azərbaycanın işıqlı ziyalılarından olan şair və dramaturq Səməd Vurğunun yazdığı – “Cahanda hər hökmü bir zaman verir, Dünən fərman verən bu gün can verir” – şeirindəki mənanın hansı dövrə aid olduğunu demək çətindir. Mübaliğəsiz demək olar ki, şeirin mənası bütün zamanları əhatə edir.
Bəli, sanki o böyük şair bu günümüzün eybəcər məxluqlarının əndərəbadi əməllərini bilib və zamanını ayırmaqla nəticə çıxarmağı bacaranlar üçün ibrətamiz bir şeir yazıb. Həqiqətən də elə vəzifə mənsubları, harın qudurğan iş adamları var ki, onlar hansısa əyri yollarla əyləşdikləri kreslonun gücünə, seyflərindəki möhürün imkanlarına arxalanıb tabeçiliyində olanları əzməkdən, çörəklə imtahan etməkdən zövq alırlar. Kasıblarla məzələnmək, bəzən onları təhqir etmək onlar üçün adi hala çevrilir. Elə ki, çarxları dönür və dağ başından yuvalanıb ayaqlar altına düşürlər və ya onları özlərindən yuxarıdakılar sındırıb zibil qutusuna atırlar, onda ayılırlar, təbii ki, o zaman artıq gec olur. Çünki etdiyi pisliklər, göstərdiyi hörmətsizliklər unudulmur. Bir misal çəkim: əlil, kasıb ailələr Əmək və Əhalinin Sosial Müdafiəsi naziri olmuş Səlim Müslümovun etdiyi pislikləri unuda bilərmi? Kimsə səhiyyə naziri olmuş Əli İnsanovun yamanlıqlarını yadından çıxara bilərmi? İcra hakimiyyətlərinin keçmiş başçılarının, polis idarələrinin keçmiş rəislərinin və ya keçmiş prokurorların, eləcə də qudurğanlığından qaziyə təpik atan iş adamının pisliklərini yaddan çıxarmaq olarmı? Təbii ki, pisliklər və yamanlıqlar unudulmur. İnanclı və imanlı biri olaraq əminliklə deyə bilərəm ki, bu dünyada olmasa da, haqq dünyasında imkanından və mövqeyindən sui-istifadə edərək birinin çörəyinə bais olan, başqa birisinin həyatına qəsd edən, digərinin evini-eşiyini dağıdan vəzifə mənsubu, iş adamı cavab verəcək. Ona da inanıram ki, müxtəlif vasitələrlə bu dünyanın hüquq-mühafizə orqanlarının sorğu-sualından yayınan harın, qudurğan iş adamları o dünyanın sorğu-sualından qaça bilməyəcəklər. Bununla belə, elələri var ki, bu dünyada cəzalarını almalı olurlar, sıxma-boğmaya salınıb, cəhənnəm əzabı yaşayanlar da az deyil. Bir də görürsən mətbuatda yayılır ki, filan vəzifə sahibi və ya filan iş adamı 50-100 milyon manat mənimsəyib. Və ya eşidirsən ki, filan iş adamının və ya vəzifə sahibinin xarici ölkədə dəyəri on milyonlarla ABŞ dolları olan əmlakı, evi, mülki var. Artıq vəziyyət o həddə çatıb ki, insanlar vəzifə mənsublarının, iş adamlarının etdikləri talançılıq, oğurluq halları ilə bağlı məlumatları eşidəndə təəccüblənmirlər. Çünki artıq o kimi informasiyalar adiləşib.
“Sələmçi Elnur” deputat seçildikdən sonra dönüb oldu “biznesmen Elnur müəllim”
Hazırda həbsdə olan “Baku Steel Company” MMC – poladəritmə zavodunun keçmiş rəhbəri Rasim Məmmədovun müsahibələrinin birində dediyi bir fikir məni təəccübləndirmişdir: “27 yaşım olanda mənim 100 milyon dollar pulum vardı”. And olsun Şıx Eyyub Babama ki, mənim 27 yaşım olanda cibimdə və evimdə 270 manat pulum olmayıb. Düzdür, bir-iki dəfə 50-lik, 100-lük dollar görmüşəm, hətta bir dəfə 100 dollarım da olub. Yenə də and olsun Şıx Eyyub Babama ki, heç zaman mənim avrodur nədir o pul vahidindən olmayıb. Düşünmürəm ki, bundan sonra o puldan mənim olsun. Nədən ki, el məsəlidir: “Qırxında öyrənən gorunda çalar”. Dərinə gedib, o milyonları necə və hansı formada əldə etdiklərindən söhbət açmaq fikirdən uzağam. Sadəcə, onu vurğulamağı zəruri hesab edirəm ki, hər kəs etdiyi pisliyin bədəlini mütləq ödəyəcək. Bir gün yeni vəzifəyə təyinat alan və Hüseyn Abdullayev kimi müxtəlif pozalarda şəkillər paylaşan şəxs…., o cümlədən Şıxovda dəniz sahilində dəyəri on milyonlarla manata malikanə tikdirən Fizuli Ələkbərov, hazırda Memarlıq və İnşaat Universitetinin rektoru olub özünə biznes imperiyası yaradan və neçə-neçə tələbənin həyatını alt-üst edən Gülçöhrə Məmmədova, əhaliyə keyfiyyətsiz, dəyərindən qat-qat baha qiymətə məişət texnikasını sırıyan “Kontakt Home”un sahibi Elnur Allahverdiyev və digərləri də məhşər ayağına çəkiləcəklər, haqq-hesab verməli olacaqlar. Daha doğrusu, deyilənlərə görə Azərbaycanın hüquq-mühafizə orqanları E.Allahverdiyevin başının üstünü kəsdirib onu sorğu-sual edirlər. Yəqin ki, sorğu-sual sakit keçməyəcək, prokurorluq E.Allahverdiyevin evini və “Kontakt Home” mağazalar şəbəkəsini başına uçuracaq.
Elnur Allahverdiyev dövlətçiliyə və milli maraqlara bağlı şəxs olmayıb, olması da mümkün deyil
E.Allahverdiyevin necə və hansı yollarla özünə biznes imperiyası qurduğundan söhbət açmayacağam, çünki uzun vaxt apara bilər. Yalnız onu vurğulamağı vacib hesab edirəm ki, bu şəxs heç zaman dövlətçiliyə və milli maraqlara bağlı şəxs olmayıb, olması da mümkün deyil. “Su axıb çuxurunu tapar” el məsəli səbəbsiz yerə deyilməyib. Atası Marat Allahverdiyev Ayaz Mütəllibovun, daha sonra isə AXC-Müsavat hakimiyyəti dövründə müxtəlif vəzifələrdə işləyib. Hətta A.Mütəlibovla yaxın dost, Moskvada biznes ortağı olub. Bütün fəaliyyətini Ümummilli Liderimiz Heydər Əliyevə qarşı əks kampaniya aparmağa səfərbər edib. Xalq Ulu Öndərimiz Heydər Əliyevi ikinci dəfə hakimiyyətə dəvət etdikdən sonra Marat Allahverdiyev qaçaraq Moskvaya gedib. Orada da dövlətçiliyə və Ulu Öndərimizə qarşı qarayaxma kampaniyası aparmaqdan əl çəkməyib. Hətta 2000-ci ildə AXCP sədrliyini zəbt edən Əli Kərimli ilə geniş iş birliyi qurub. Əlaqələrin daha da inkişaf etdirilməsi üçün M.Allahverdiyev Ə.Kərimli ilə erməni milyonçu Aram Abramyanı tanış edib. Bu səbəbdəndir ki, bəzi şəxslər, o cümlədən də keçmiş səfir İsfəndiyar Vahabzadə İnternet TV-lərin birinə müsahibəsində ermənilərlə qohumluq əlaqəsi olanlar sırasında Milli Məclisin deputatı Elnur Allahverdiyevin də olduğunu bildirmişdir.
Təəssüf ki, bəzi dəhşətli faktları və məsələləri yazmaq, qeyd etmək mümkün deyil. Bəlkə də zamanı gələndə insanları dəhşətə gətirə biləcək faktları açıqlamaq mümkün olacaq. Hələlik isə E.Allahverdiyevin biznes imperiyasına gedən yolda yaşananların bir hissəsi bu qədər. İkinci hissəsi ondan ibarətdir ki, Elnur Allahverdiyev uzun müddət sələmçi olaraq fəaliyyət göstərib. Yəni insanlara böyük faizə pullar verib. İndi də çoxları onu “Sələmçi Elnur” olaraq çağırırlar. Bu “Sələmçi Elnur” 2020-ci ildə Ramiz Mehdiyevin siyahısı üzrə Milli Məclisə deputat seçildikdən sonra dönüb oldu “biznesmen Elnur müəllim”. Əldə etdiyi statusa arxalanmaqla “Kontakt Home” mağazalar şəbəkəsinin coğrafiyasını genişləndirib. Elə bir vəziyyət yaradıb ki, Azərbaycanın hər bir kənd və qəsəbəsində bu lazımsız mağazalar şəbəkəsinin filialları fəaliyyət göstərir. Təkcə Bakı şəhərində bu lazımsız “Kontakt Home” mağazalar şəbəkəsinin 48 mağazası fəaliyyət göstərir.
Əksər hallarda əhaliyə kredit adı ilə sırınan məişət texnikası xarab və istifadəyə yararsız məhsullar olur. Keyfiyyətsiz məhsulları geri qaytarmaq və ya başqası ilə dəyişmək də mümkün deyil. Çünki “Kontakt Home”un müəyyənləşdirdiyi qaydalar belədir. Harasa və kiməsə şikayət etmək nəticəsidir. Deputat statusu alıcını borclu çıxarmağa imkan verir. Lakin indiki məqamda həyatın sərt şilləsi və dövranın qara buludları E.Allahverdiyevin başının üstündə və sağında, solunda fırlanır. Deputat statusu filanı da qalmayıb. Baş prokurorluğun əməkdaşlarının E.Allahverdiyevə məxsus şirkətlərdə yoxlamalara başlaması əhalinin haqqının və harayının yerdə qalmayacağından xəbər verir. “Haynan gələn vaynan gedər” el məsəli səbəbsiz yerə deyilməyib.
Analoq.az
 
Ardını oxu...
Bakının Nərimanov rayon Məhkəməsində hakim Ramin Quliyevin sədrliyi ilə “Evrostroy” MMC, hazırkı adı “Sipark” olan şirkətə qarşı iddiaya baxılıb. Tribunainfo.az-ın verdiyi xəbərə görə, onlarla vətəndaş tərəfindən məhkəməyə verilmiş şirkət hələ də mənzil alan insanların problemlərini həll etmir. Həmin şikayətçilərdən biri də Həsənov Namiq Rizvan oğludur ki, onun iddiasına məhkəmədə baxılıb. Ümumiyyətlə, Təbriz küçəsində bina tikintisi başa çatmayan “Sipark” uzun illərdir ki, vətəndaşları süründürür, aldadır. Şirkətin sahibi Seymur İsayevdir. Onun adı MTN generalı Akif Çovdarovla keçib.

Şirkətin rəhbəri Seymur İsayev şəriki Rafael Qarayevi özündən uzaqlaşdırmaq üçün onu o vaxtkı Milli Təhlükəsizlik Nazirliyinə apardıb. General Akif Çovdarovla əlaqələrə malik olmuş Seymur İsayev şərikindən ayrılmağa bəhanə gəzirmiş.

MTN generalına etdiyi xahişlə R.Qarayevi esktremist vəhhabi ittihamı ilə nazirliyə çağırıb sorğu-sual edib, dindirib, təzyiq göstəriblər. Bu barədə mətbuatda gedən məlumatlar var.

İsayevin “Evrostroy” şirkətinə həmyerlilərini şərik etmək istəməsi o dövrdə R.Qarayevin ciddi narazılığı ilə qarşılanır. Aralarında mübahisə yaranır. Kik-boks üzrə idman ustası olan R.Qarayevin şəriklikdən uzaqlaşdırmaq üçün başlanan, dava-dalaşla müşayiət olunan mübahisə “Sipark” rəhbərinin Çovdarova müraciəti ilə nəticələnib.

A.Çovdarovun MTN əməkdaşı olan Təhmasib adlı köməkçisi S.İsayevin Nərimanov rayonu, Həsən Əliyev küçəsindəki 7 mərtəbəli ofisinin daimi qonaqlarından olub.

Hacı Rafael Qarayevi A.Çovdarova sifariş edəndən sonra onu vəhhabi təriqətinə pul ötürmək, bu təriqətin ardıcılı olmaq suçu ilə MTN-ə aparıblar.

Rəfael Qarayevdən S.İsayevlə şəriklikdən imtina etmə haqda vəd və 150 min manat pul almaqla azad ediblər. Yada salaq ki, “Sipark” şefinin digər ortaqlarından biri iş adamı Famil Xəlilov olub. F.Xəlilovun adı müğənni Şəbnəm Tovuzlu ilə sevgili olmaqda hallanıb. Sonra iş adamı da sevgilisini MTN-ə çağırdıb. Çovdarova müğənniyə təzyiq göstərib ki, sevgilisinin ona bağışladığı mülklərdən imtina eləsin.

Qeyd edək ki, “Sipark Qrup” bir neçə qurumdan təşkil olunmuş böyük şirkətdir. Bu şirkətin tərkibində “Sipark İnşaat”, “Sipark Turizm”, “Sipark Otelçilik”, “Sipark Əmlak”, “Sipark Media” kimi qurumlar fəaliyyət göstərir. “Sipark”ın baş ofisi İstanbuldadır.

Çox maraqlıdır ki, Çovdarova məxsus olduğu deyilən “Evrostroy-S.S” Məhdud Məsuliyyətili Cəmiyyət (MMC), “Zaman-İ” Mənzil Tikinti Kooperativi (MTK) və SİPARK Yaşayış Kompleksinin rəhbəri Taleh Abbasov məhkəməyə verilib.

Taleh Abbasovla bağlı məhkəməyə “Yapı Kredi Bank Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti (QSC) müraciət edib.

Cavabdeh qismində iş adamının şərikləri – Abdullayev Rizvan Əhməd oğlu, İsayev Seymur Nizami oğlu, Ələsgərov İsmayıl Əziz oğlu, Abbasov Rəşad Cəmil oğlu və Məmmədov Ramin Bəxtiyar oğludur.

Evrostroy-S.S” MMC-nin hazırda dövlət büdcəsinə 8 milyon 969 min 636 manat 7 qəpik vergi borcu var.

Onu da deyək ki, Seymur İsayevin adı ilk olaraq müğənni Damla ilə sevgili olması haqda xəbərlə həftələrlə medianın və sosial şəbəkələrin gündəmi oldu.
 

Ardını oxu...
Bakının "20 Yanvar" metrostansiyasının çıxışları qarşısında acınacaqlı vəziyyət yaranıb.
Bakupost.az xəbər verir ki, stansiyanın "Şamaxinka", "Velotrek" və digər istiqamətlərdə çıxışlarının qarşısında qanunsuz küçə ticarətinə şərait yaradılır.
Burada səyyar piştaxtalar qoyulur və meyvə-tərəvəz, siqaret, lotoreya, peraşki, qarğıdalı və s. satılır. Bütün bunlar hərəkəti çətinləşdirməklə yanaşı, metro çıxışlarında antisanitariya vəziyyəti yaradır. Bu isə vətəndaşların ciddi narazılığına səbəb olub.
“Hər gün burada bazar açırlar. Metronun çıxışında gah mer-meyvə, gah paltar, gah qarğıdalı və s. satılır. Açıq havada, toz-torpağın içində bu qidaları necə satmaq olar?! Axşam isə buralar zibilxanaya çevrilir. Piştaxtanın ətrafını yığışdırmadan gedirlər. Hər yerə zibil dağıdırlar. Bəzən polislər müdaxilə edir, amma 1-2 gün keçməmiş yenə eyni hal yaşanır. “Şamaxinka”ya qalxan yolda vəziyyət daha da bərbaddır. Hər gün metrodan minlərlə insan çıxır, yoluna davam edir. Onsuz da taksilərin əlindən sıxlıq yaranır, bir yandan da alverçilər... Bakı lap Bombeyə dönüb”, - deyə şikayətçilərdən biri bildirib.
Dia-az.İnfo "20 Yanvar" metrosu ətrafındakı xaosu əks etdirən fotoları təqdim edir:
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 

Ardını oxu...
Əliağa Vahid küçəsi ev 12 də yaşayan Ruhiyyə Qasımova və Sündüz Hüseynova deyir ki, "Gecəmiz-gündüzümüz yoxdur East Residence MTK- nın rəsmiləri bizi Milli Məclisin spikeri Sahibə Qafarova ilə hədələyirlər".

Onlar bildirir ki, evlərinin sənədləri qaydasında olsa da, 2 ildir ki, evlərini tərk etmələri üçün "East Residence MTK" tərəfindən mənəvi və psixoloji təzyiqlərə məruz qalır. Şikayətçilər MTK qanunsuzluğu ilə bağlı adiyyatı qrumlara müraciət etsələe də nəticəsinin olmadığını deyirlər. Sündüz Hüseynova və Ruhiyyə Qasımova kanalimiz vasitəsilə aidiyyatı qurumlara müraciət edərək bu qanunsuzluğa son verilməsinitələb edir. Qeyd edək ki ötən ilin sentyabr ayında baş prokurorluq "East Residence MTK" rəhbərinin həbs edilməsi ilə bağlı rəsmi məlumat dərc etmişdi. Lakin Rəhbərləri Əli Məmmədovun həbs edilməsinə baxmayaraq MTK öz fəaliyyətinəhələ də davam edir.

"Kanal 13"

Daha ətraflı aşağıdakı videoda:

Ardını oxu...
Hesablama Palatası Qəbələ Rayon Mərkəzi Xəstəxanasının tikintisi üzrə Səhiyyə Nazirliyinə ayrılan dövlət investisiyalarının istifadəsində nöqsanlar aşkarlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Palatanın Səhiyyə Nazirliyinə ayrılan dövlət investisiyalarının (Qəbələ Rayon Mərkəzi Xəstəxanasının tikintisi üzrə) auditi üzrə apardığı kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair auditor hesabatında qeyd edilib.

“Qəbələ Rayon Mərkəzi Xəstəxananın tikintisi” layihəsinin 1-ci və 2-ci mərhələlərinin layihə-smeta sənədlərində “Nəzərdə tutulmayan işlər və xərclər üzrə ehtiyat vəsait”in istifadə olunmayan hissəsinin müqavilədə və yerinə yetirilmiş işlərin qəbulu aktında işlərin dəyərinə əlavə edilməsi hesabına işlərin dəyərinin 1-ci mərhələ üzrə 256.868,97 manat, 2-ci mərhələ üzrə 82.440,15 manat, ümumilikdə 339.309,1 manat artırılmasına və podratçıya artıq ödənilməsinə səbəb olub.

“Qəbələ Rayon Mərkəzi Xəstəxananın tikintisi” layihəsinin 1-ci mərhələsi üzrə bazis qiymətləri ilə tikintinin dəyərinin müəyyənləşdirilməsində smeta üzrə 4 bölmədə işlərə vahid qiymət normasının düzgün tətbiq edilməməsi işlərin ehtimal dəyərinin artması ilə yanaşı satınalma məbləğinin və yerinə yetirilmiş işlərin dəyərinin ümumilikdə 542.172,74 manat artırılması və podratçıya artıq ödənilməsi ilə nəticələnib.

“Qəbələ Rayon Mərkəzi Xəstəxananın tikintisi” layihəsinin 1-ci və 2-ci mərhələlərinin layihə-smeta sənədlərində əsassız olaraq küləyin təsirinə görə podratçı təşkilatların əlavə xərclərinə vəsait nəzərdə tutulması, habelə satınalma sənədlərinə və yerinə yetirilmiş işlərin qəbulu aktına daxil edilməsi işlərin dəyərinin 1-ci mərhələ üzrə 55.072,41 manat, 2-ci mərhələ üzrə 43.860,19 manat, ümumilikdə 98932,6 manat artırılması və podratçıya artıq ödənilməsi ilə nəticələnib.

“Qəbələ Rayon Mərkəzi Xəstəxanasının tikintisi” layihəsinin 1-ci və 2-ci mərhələləri üzrə smeta və satınalma müqaviləsində nəzərdə tutulan işlərlə müqayisədə yerinə yetirilmiş işlərin qəbulu aktlarında həcmləri azaldılmış və icra edilməyən bəzi işlərin əvəzinə smeta və satınalma müqaviləsində nəzərdə tutulmayan və dövlət ekspertizasından keçməyən daxil edilmiş işlərin bazis qiymətləri ilə dəyəri çıxarılmış işlərin dəyərindən az olduğu halda bərabər götürülməsi hesabına işlərin ümumi dəyəri qənaət məbləğləri nəzərə alınmaqla 1-ci mərhələ üzrə 57.437,36 manat, 2-ci mərhələ üzrə 454.040,52 manat, ümumilikdə isə 511.477,9 manat artırılmış və podratçıya artıq ödənilib.

Layihənin icrası üzrə ehtiyacların müəyyənləşdirilməsi, ilkin satınalma planının hazırlanması, təsdiq edilməsi və dövlət satınalmalarının vahid internet portalında yerləşdirilməsi prosesinin aparılmaması keçirilmiş satınalma proseduru üzrə bağlanılmış satınalma müqaviləsinin öhdəliklərinin də icrasında dəyişikliklərə səbəb olmaqla yanaşı dövlət satınalmalarını tənzimləyən qanunvericiliyinin tələblərinin pozulması ilə nəticələnib.

Obyektin geoloji-mühəndisi, layihə-smeta sənədlərinin hazırlanması işləri üzrə ehtimal olunan qiymətin müəyyənləşdirilməməsi və avadanlıqların satınalması üzrə ehtimal qiymətin müəyyənləşdirilməsi prosesində qeyri ixtisaslı hüquqi şəxslərə müraciətlərin edilməsi ehtimal qiymətinin də yüksək formalaşmasına imkan yaradıb.
“Qəbələ Rayon Mərkəzi Xəstəxanasının tikintisi” layihəsi üzrə satınalmalarda tender komissiyasının fəaliyyətində və satınalan təşkilat tərəfindən prosedur pozuntularına yol verilmə əsasən öhdəliklərin icrası üzrə gecikmələrin cərimədən azad edilməsinə səbəb olub.

Tikinti və Şəhərsalma Məcəlləsinin 105-ci maddəsi ilə tikinti obyektinin istismara verildikdən sonra 2 il zəmanət müddəti müəyyən edildiyi halda “Qəbələ Rayon Mərkəzi Xəstəxanasının tikintisi” obyekti üzrə bağlanılmış satınalma müqaviləsində təminat müddəti 1 il müddəti seçilmişdir ki, bu da qanunvericiliyin tələblərində uyğunsuzluq hallarının olmasına səbəb olub.

2021-ci və 2022-ci illərdə Tikilməkdə Olan Müəssisələrin Müdiriyyəti tərəfindən Dövlət Statistika Komitəsinə təqdim olunan “obyektlərin, əsas fondların istifadəyə verilməsi və əsas kapitala yönəldilmiş investisiyalar haqqında” hesabatı göstəricisi ilə İqtisadiyyat Nazirliyinə və Hesablama Palatasına təqdim olunan “Dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri çərçivəsində icra olunan layihələrin icra vəziyyəti ilə bağlı başa çatmış və çatmamış tikililər barədə məlumat” göstəriciləri arasında əhəmiyyətli fərqlər mövcuddur.
Obyektin 2023-cü ildə başa çatmasına baxmayaraq müvafiq sənədləşmələrin vaxtında aparılmaması və başa çatmış obyektlərin istismara qəbulunun ləngiməsi mühasibat uçotunda müvafiq dövrlər üzrə hesabatda başa çatmayan tikililərin dəyərinin artmasına səbəb olub.

“Qəbələ Rayon Mərkəzi Xəstəxanasının tikintisi” layihəsi üzrə işlərin müvafiq sənədlərlə 2023-cü ilin sonunadək tam başa çatması rəsmiləşdirilsə də auditlə tibbi avadanlıqların təhviltəslim aktı ilə 2024-cü ilin yanvar ayında sifarişçiyə verilməsinin müəyyən edilməsi mühasibat uçotunun aparılmasının təsdiq edici sənədlərə qismən istinad edildiyini şərtləndirir.

Qurum Nazirliyə auditlə əhatə olunan obyektin smeta sənədlərində tikinti-quraşdırma və avadanlıqlar üzrə iş vahidi qiymətinin (1991-ci ilin bazis qiyməti) düzgün tətbiq edilməməsi, layihə smeta sənədlərində “nəzərdə tutulmayan işlər və xərclər üzrə ehtiyat vəsait”in istifadə olunmayan hissəsinin müqavilədə və yerinə yetirilmiş işlərin qəbulu aktında işlərin dəyərinə əlavə edilməsi və bu kimi uyğunsuzluq hallarına yol verilməsi nəticəsində podratçı təşkilatlara artıq ödənilmiş 1 491 892,34 manat vəsaitin dövlət büdcəsinə bərpa edilməsinin nəzərə alınmasını təklif edib.
 
Ardını oxu...
Şıx çimərliyində qoyulan lövhələrdən birindəki yazı ilə real vəziyyət bir-birinin tam əksini ifadə edir.
TEREF xəbər verir ki. bununla bağlı Oxu.Az-a şikayət edən paytaxt sakini bildirir ki, Şıx çimərliyi ərazisində qoyulan lövhələrdə nə yazıldığına məhəl qoyan yoxdur.
“Lövhədə masaların pulsuz olduğu yazılsa da, hər masaya görə 15 manat ödəniş tələb olunur. Əgər masalar ödənişsizdirsə, niyə ödəniş tələb olunur, yox əgər ödənişlidirsə, bu lövhələr niyə burada qoyulub? Bu suala cavab verən yoxdur”, – deyə paytaxt sakini bildirib.
Fotonu təqdim edirik:
Ardını oxu...
 
 
 
Ardını oxu...
Milli Məclisə seçkilərin zamanı yaxınlaşdıqca, uzun illərdir parlamentdə kök salan bəzi deputatlar adətləri üzrə yenidən seçki marafonu ilə bağlı hay-həşirə düşüblər.

Adları qalmaqallardan əsirgənməyən, yaxud milyonluq villaları ilə yerli medianın manşetlərini oxşayan bəzi deputatlar, nə hikmətdirsə, kreslo sevdasından əl çəkmir və ömrünün axır çağlarını 5 il öz kreslosuna yayxanaraq, səssiz-səmirsiz keçirmək istəyir.

Bu şəxslərdən biri də adı qalmaqallardan düşməyən, Böyük Britaniyadakı 50 milyonluq villası ilə saytların gündəminə gələn VI çağırış Milli Məclisin deputatı Cavanşir Feyziyevdir. Belə ki, Milli Məclisin bitərəf deputatlarından olan Cavanşir Feyziyevin 115 saylı Şəki kənd seçki dairəsindən namizədliyini irəli sürməsi ilə bağlı ötən gün məlumat yayılmışdı.

Yenicag.az-ın qalmaqallı deputatları rubrikasının ilk “qonağı” da məhz odur.

Qısa araşdırma ilə C. Feyziyev və onun mülkləri haqqında bir çox məlumatlar tapmaq olar. 2010-cu ildən bəri Azərbaycan parlamentinin deputatı olan C. Feyziyev, eyni zamanda, Azərbaycan-Britaniya parlamentlərarası işçi qrupun rəhbəri olub. O, 2022-ci ilə qədər Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinə həmsədrlik edib.

Bu ilin fevralında C.Feyziyevlə bağlı araşdırma yazısında qeyd edilmişdi ki, Britaniya məhkəməsinin onun qohumlarının hesablarındakı 5,6 milyon funtun dondurulması barədə qərarından sonra Feyziyev tutduğu vəzifələrdən çıxıb.

Qeyd edək ki, cari ilin fevralında Böyük Britaniya Ali Məhkəməsi keçirilən prosesdə C. Feyziyevin Londondakı 22 mülkünə həbs qoyulması barədə qərarı açıqlamışdı. Məhkəmənin bununla bağlı açıqlamasında isə bildirilmişdi ki, deputat və həyat yoldaşının bu mülklərin “qeyri-qanuni yollarla əldə edilən gəlir” vasitəsilə aldıqlarına dair şübhələr var. Bundan əlavə, dövri mətbuatda gedən informasiyalardan da bəlli olur ki, 39.5 milyon funt (təxminən 85 milyon AZN) dəyəri olan mülklər Böyük Britaniya Ali Məhkəməsinin 2023-cü ilin iyunundakı qərarından sonra dondurulub.
Hətta həmin vaxt Böyük Britaniyanın Milli Cinayət Agentliyi (NCA) bildirmişdi ki, dondurulma qərarı mülklərin pulyuma vasitəsilə əldə olunan gəlirlə satın alınmasına dair “güclü dəlil” var.
Yeri gəlmişkən, jurnalistlərlə də münasibəti yaxşı olmayan C. Feyziyev 2022-ci ilin fevralında London məhkəməsində 5.5 milyon funt-sterlinq dəyərində olan mülklərlə bağlı yayılan informasiyalarla əlaqədar mətbuata göndərdiyi məktubu da rezonans doğurmuşdu. Belə ki, deputat mülkləri ilə bağlı araşdırma aparan jurnalistləri təhqir edib, hətta bəzilərini “Kürdəxanı “ziyarətinə” gedib çata bilməmişlər” belə adlandırmışdı.

Xülasə, media ilə arası yaxşı olmayan, parlamentdə keçirdiyi 12 illik vaxtını var-dövlət yığmağa həsr edən cənab Feyziyev maraqlıdır ki, yenidən hansı həvəslə deputatlığa namizədliyini verir? Axı onu bu cəmiyyətin ən sadə vətəndaşı belə topdağıtmaz mülkləri ilə xatırlayırsa, belə bir şəxsin parlamentdə xalqın dərdinə yanacağına inanan varmı?

Mövzunu davam etdirəcəyik…
 

Ardını oxu...
1993-cü ildən bəri "Avrora Qrup" distribüter şirkəti, 2023-cü ildən "Tamstore" marketlər şəbəkəsi kimi xidmətə başlayıb. 36-a yaxın flialı olan bu marketlər zəncirinin Suraxanı rayonu, Bül-bülə qəsəbəsi, İlqar Məmmədov küçəsi 43-də yerləşən flialı barədə gələn görüntülər bizi məyus etdı. 6 aydır bu ünvanda xidmətə başlayan "Tamstore" marketi obyektə aid olan bütün tullantıları küçəyə atır.
Yaşayış ərazisi olmasına baxmayaraq əhalinin narahatlığı nəzərə alınmayıb. Belə böyük xidmət sahəsi bu işə başlayarkən hər xırda detalı nəzərə alaraq bu kimi hallar üçün tədbirlər görməli idi. Əgər tullantı çoxdursa və ya zibil qutularına yerləşmirsə,o zaman yaşayış sahələrində sanitar vəziyyətin lazımi səviyyədə saxlanılması məqsədilə məişət tullantıları xüsusi avtonəqliyyatla daşınmalıdır. Tullantılar yığılan zaman yaxınlıqda yaşayan əhalinin rahatlığı nəzərə alınmalıdır. Zərərsizləşdirmək məqsədilə məişət tullantıları tutumlara (urnalara) atılmalıdır. Bu tullantıların tutumlardan (urnalardan) kənar yerlərə atılması və ya basdırılması qadağandır.

Tullantıların tutumlarda yığılması zamanı onların daşmasına və ətrafa səpələnməsinə yol verilməməlidir. Hər bir hüquqi və fiziki şəxs tullantıların növlər üzrə xüsusi tutumlarda yığılmasını təmin etməlidir.

Bu sayılanları biz demirik, qanunlarımız deyir.... Ümüdvarıq ki, artıq nəzərə alınacaq.

Patrul.Az

 
Ardını oxu...
Bu günlərdə Dövlət Gömrük Komitəsinin rəhbəri Şahin Bağırovun "Baku TV"nin “Rəsmi cavab” verilişində söylədikləri ciddi müzakirələrə yol açıb.

Bizimxeber.az bildirir ki, Ş.Bağırov son dövrdə gömrük sahəsində aradan qaldırılan nöqsanlardan, eləcə də vətəndaş şikayətlərindən danışıb. Həmçinin o etiraf edib ki, gömrükdə rüşvətin kökü hələ kəsilməyib və bununla mübarizə aparmaq çətindir.

Bu etiraflar Komitə rəhbəri olaraq onun fəaliyyətini böyük sual altında qoyub.

Müsahibənin detallarına diqqət etdikdə Şahin Bağırovun rəhbəri olduğu sistemdə ciddi nöqsanların hələ də kökm sürdüyü aşkar görünür. Hətta o bunu açıq etiraf da edir. Elə isə, maraqlıdır, nədən islahatçı donu geyindirilmiş Şahin Bağırov bu problemləri kökündən həll edə bilmir. Zatən onun söykədiyi məqamlar ondan əvvəlki rəhbər şəxslərin zamanında da var idi. İndi də bu problemlər davam edirsə, o zaman dəyişən nədir?

Uzun illərdir gömrükdə hökm sürən qanunsuz şirkətlər və onların fəaliyyəti barədə mütəmadi məlumatlar gündəmi şilkələyir. Qanuni fəaliyyət göstərən sahibkarlar belə qanunsuz şirkətlərin fəaliyyətindən narazılıqlarını bildirirlər. Üstəlik, belə şirkətlərin fəaliyyəti aidiyyatı qurumların diqqətindən bilərəkdən kənarda saxlanılır.

İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin rəhbəri Azər Məmmədov bu şirkətlərin fəaliyyətini bloklamalı olduğu halda bunu etmir. Əksinə, bəzi məlumatlara görə, gömrükdə fəaliyyət göstərən qanunsuz şirkətlər onun dəstəyini alır və ya onun nəzarətindədir. Qəribə burasındadır ki, Azər Məmmədov bu iddiaların heç birinə cavab vermir və susmağa üstünlük verir.

Məhz bu konteksdə Şahin Bağırovun söylədiklərindən belə bir nəticəyə gəlmək olur ki,Gömrük sistemində baş verənlər, korrupsiya halları və sairə idarə olunur və ortada ciddi pul qazanmaları hələ də qalır. Hansı ki, bu hallar köhnə rəhbərlərin dönəmində də var idi.

Ümumilikdə, Şahin Bağırovun məlum müsahibəsi onun gələcək fəaliyyətini böyük sual altında qoyur. Bu hal göstərir ki, ya Şahin Bağırov atrıq işləmək istəmir, ya da yuxarı qurumlara "Gömrükdə korrupsiya halları var və biz bunun qarşısını ala bilmirik" mesajını verir.

İstənilən halda Şahin Bağırovun etirafı dövlətin əsas qazanc strukruru olan qurumdakı vəziyyətin ciddi olduğunu göstərir.
Ardını oxu...
Bakı şəhəri Abbas Mirzə Şərifzadə küçəsi 492 ünvanda yaşayan sakinlər "Azərbaycan Reallığı"na müraciət edərək bildirirlər ki, sözügedən ünvanda qanunsuz olaraq tikinti işi aparırlar.

Tikilən qanunsuz obyektin qarşısında isə qazıntı işləri aparılır. Diqqəti cəlb etməsin deyə işbazların iş gördüyü ərazi ətfafında özlərinə məxsus olan xüsusi avtomabillər saxlayırlar. Rayon aidiyyəti qurumlarına dəfələrlə şikayət olunsa da məsələni görməməzliyə vururlar.

Sakinlərin vediyi məlumata görə qanunsuz tikilidən Yasamal rayon icra başçısı Elşad Həsənovun şəxsən xəbəri var amma buna baxmayaraq heç bir müvafiq tədbir görülmür.

Sakinlər məsələnin ictimailəşdirilməsini xahiş edərək bildirirlər ki, bəlkə aidiyyəti qurumlar bundan sonra səsimizə səs verər - deyə ərazidə yaşayan vətəndaşlar bildirir.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti