Ardını oxu...
105 saylı Tovuz-Gədəbəy seçki dairəsindən deputatlığa namizədlərdən biri Arzu Nağıyevdir. O, VI çağırış üzrə parlamentin üzvü olub və yenidən deputatlığa iddialıdır. Anaxeber.info qeyd edir ki, Arzu Nağıyev Dövlət Təhlükəsizliyi Komitəsində, daha sonra Milli Təhlükəsizlik Nazirliyində həqiqi hərbi xidmətdə olmuş, əməliyyat müvəkkili-şöbə rəisi vəzifələrində çalışıb. Onun yolu sonradan Trend Agentliyindən keçib və nəhayət, 2020-ci ildə 104 saylı dairədən deputat olub. Bu dəfə dəyişən sadəcə dairənin rəqəmidir və 105 saylıdan namizəddir. Amma dəyişməyən yenə Tovuz-Gədəbəy seçicilərinin deputatı olmaq istəyidir. Sadəcə, Arzu Nağıyevin parlament üzvlüyü hər iki bölgənin əhalisi üçün heç bir əhəmiyyət kəsb etmir. Ona görə ki, Tovuz və Gədəbəy əhli ötən 5 ildə Arzu Nağıyevi də tanıdılar, fəaliyyətini də... Məlum oldu ki, deputat seçilə bilər, amma millət vəkili ola bilməz. Çünki geridə qalan 5 illik parlament fəaliyyəti dövründə Arzu Nağıyev ağzını açıb seçicilərin, Tovuzun problemlərindən danışmayıb. Ona görə də Tovuzdan və Gədəbəydə olan seçicilər sosial şəbəkələrdə yazırlar ki, əgər Arzu Nağıyevi tanımaq istəyən olsa, onun fotosunu Tovuza aid feysbuk səhifələrində paylaşmaq kifayətdir. Bu zaman gələcək şərhlərlı onun fəaliyyətinin nədən ibarət olduğu hər kəsə aydın olacaq. Ümumiyyətlə,
seçicilər sosial şəbəkələrdə sual verirlər ki, seçkidən-seçkiyə Tovuz camaatını yada salan Arzu Nağıyev indi hansı üzlə onlardan səs istəyir?! Seçicilər onu da sosial mediada yazırlar ki, parlamentin iclaslarında Arzu Nağıyevin millətin vəkili kimi çıxışı olmayıb. O, nə Tovuzun susuz kəndlərindən, nə qazsız kəndlərindən bircə dəfə söz açmayıb. Arzu Nağıyev Fransanı yıxıb-sürüyüb, Makronu ayağı altına salıb təpikləyib, Ermənistanı zəlil günə qoyub, Paşinyanı itdən də abırsız edib, stabillikdən, inkişafdan, regional təhlükəsizlikdən uzun-uzadı istədiyin qədər bu 5 ildə çıxışlar edib, di gəl, Tovuzun kəndlərində hələ də orta əsrlərdə olduğu kimi, suyun bulaqlardan min əziyyətlə daşınmasından, əkin sahələrinin suvarılmasında su çatışmazlığı olmasından, meşələrin məcburiyyətdən qırılıb evlərin qızdırılması üçün istifadə olunmasından, bu səbəbdən kəndlərdə əhalinin oduna xərclədiyi pullardan, ümumən Tovuzun kəndlərinin 80 faizinin neft-qaz ölkəsində qaz üzünə həsrət qalmasından əsla danışmayıb. Belə çıxır ki, ya yadına düşməyib, yəqin başı qarışıq olub, ya ona camaatın sosial problemləri qətiyyən maraqlı deyil, yaxud da Arzu Nağıyev özünü millətin vəkili deyil, hökumətin deputatı hesab edir. Görünür ki, sonuncu kriteriya ona daha uyğun gəlir. Elə olmasaydı, deputatı olduğu Tovuzun və Gədəbəyin qaz, su, işıq, kənd təsərrüfatı, sosial müavinətlər, işsizlik və digər problemlərindən bəhs edərdi. Ona mandat 5 illik bu səbəbdən verilib ki, bu mövzularda sussun, yalnız xarici siyasət, regional və beynəlxalq münasibətlər haqda hər hansı fikir bildirsin. Bu isə parlamentdə dilə gətirilə bilər, amma paralel də sənin seçicinin sosial problemi qaldırılmalıdır. Görünür ki, onu seçiciləri seçmədiyi üçün bu barədə danışmaq zərurəti hiss etmir, mandatı verən kimdirsə, onun sifariş etdiyi mahnı ifa olunur...
Bundan əlavə, Arzu Nağıyev nadir hallarda seçicilərlə görüşlər keçirər, amma seçki ərəfəsində tez-tez görünməyə çalışır. Halbuki parlamentdə seçiciləri, şəhid ailələri, aztəminatlı ailələr, qazilər, iş tapmayan vətəndaşlar, müxtəlif qanunsuzluq halları ilə üzləşən seçicilərlə görüşən deputatlar da var. Adlarını çəkməyə ehtiyac olmadığı sadəcə demək olar ki, onların işi sosial şəbəkə üzərindən görünür. Amma Arzu Nağıyev heç 2 faiz də iş görmür. Əvəzində isə onun efirlərdə və yazılı mətbuatda çıxışlarından xeyli iqtibaslar itirmək olar ki, nə dərəcədə bəsit siyasi səhvlərə yol verib, ört-basdır belə edə bilməyib. Bu haqda bəzi xəbər portallarında çoxsaylı faktlar görmək mümkündür. Arzu Nağıyev isə Qazaxın kəndləri, istər Zəngəzur dəhlizi, istər digər mövzularda elə gülüş doğuran açıqlamalar verib ki, dərhal müzakirələrə səbəb olub. Yəni Arzu Nağıyev hətta siyasi aspektdən də işə yarayan deputat olmayıb. Onun seçicilərlə işləməməsi, əhalinin sosial problemlərinə biganəliyi bir yana qalsın, siyasi mövzularda çıxışları da müxtəlif "quş"larla doludur. İndisə Nağıyev təzədən 5 il parlamentdə olmaq istəyir - növbəti məsxərəyə qoyulacaq açıqlamalar vermək və seçicilərin problemlərini həll etməmək üçün...

Anaxeber.İnfo
 
Ardını oxu...
Binəqədi rayonunda inşası davam edən “Greenville Recidence” Mənzil Tikinti Kooperativi sakinlərin narazılığına səbəb olub.

Tribunainfo.az xəbər verir ki, bu barədə şikayətçi Məcid Pənahlı yazıb. Sakin bildirib ki, sözügedən MTK-nın apardığı işin ucbatından öz evlərində rahat yaşaya bilmirlər. MTK gecədən səhərə qədər səsli və ağır işlər görür. Sakinlər bildirib ki, tikinti ərazisinə gecə ərzində fasiləsiz olaraq gələn ağır tonnajlı maşınların səsindən evdə oturmaq mümkün olmur:

“Gecə saat 03:45-dir, bunlar hələ də beton tökür. Demək olar ki, hər gün belədir”.

Şikayətçi bildirib ki, yük maşınlarının ancaq axşamlar şəhərə buraxıldığı üçün iş gecə başlayır. O bildirib ki, heç olmasa bu cür səs-küylü işləri gecə 1-ə qədər yekunlaşdırsınlar. Yaxınlıqdakı evlərdə xəstəsi, körpəsi olan ailələr var ki, mövcud problemdən əziyyət çəkirlər.

Sakinlər aidiyyəti qurumların “Greenville Recidence” MTK ilə bağlı təcili tədbir görməsini tələb edir.

Qarşı tərəfi dinləməyə hazırıq.
Ardını oxu...
 

 
Ardını oxu...
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri, keçmiş millət vəkili və hal-hazırda Milli Məclisə növbədənkənar seçkilərdə namizədliyini 8 saylı Binəqədi birinci seçki dairəsindən irəli sürmüş Azay Quliyevin Bakının Pirşağı qəsəbəsində dəyəri millyonlarla ölçülən villasının sosial şəbəkələrdə görüntüləri yayılıb.
Ardını oxu...
“Azərbaycan Reallığı” xəbər verir ki, Dənizə yaxın böyük ərazidə yerləşən bu villada hər cür şərait, hətta stadion belə yaradılıb. Aydın məsələdir ki, Azay müəllimin aldığı bu əmək haqqı ilə konfort mülklərə sahib olması mümkün deyil.
Ardını oxu...
Kiçik araşdırma aparsaq illərdi dövlətin QHT-larına ayırdığı pulların hara xərcləndiyinin şahidi olmağ olar. Xeyli sayda fakt göstərmək olar ki, neçə-neçə şəhid ailələri, QHT sədirləri, jurnalistlər və ziyallılar var ki, evsiz qalıblar amma hələ bunlar bahalı villə tikməklə kifayətlənməyib üstəlik villada özlərinə stadionda tikirlər. Dövlət pullarına bu qədər qənim kəsilməyin mütləq bir məntiqli cavabı olacaq!

 
 
 
Ardını oxu...
Sankt-Peterburq 2025-ci ilin sonuna kimi 17 yeni nəsil “Lionok” tramvayı alacaq.

Bu barədə şəhər administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Avtomobillər 95 % yerli komponentlərdən ibarətdir və süni intellektlə təchiz edilib.

Onlarda sistem piyadaları, işıqforları, nəqliyyat vasitələrini və yol nişanlarını tanıyır, yoldakı vəziyyəti qiymətləndirir, sürücüyə siqnallar verir.

Belə bir tramvay sürücünün sürət həddini aşmasına və diqqətinin yayınmasına imkan verməyəcək. Seçicilər üçün uzaqdan idarəetmə sistemi və prioritet səyahət sistemi də tətbiq ediləcək.

Bildirilir ki, salonda 40 erqonomik oturacaq və ümumi tutumu 161 nəfər olacaq. USB rozetkaları və multimedia məlumat sistemləri də təmin olunub.

Məsələ ilə bağlı "Cebheinfo.az"-a danışan nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, Bakı şəhərində Nəqliyyatın İntellektual İdarəetmə Sistemi qurulub:

"Təəssüf ki, bu, səhv sistem kimi quruldu. Sabiq nəqliyyat naziri Ziya Məmmədov milyonlarla vəsaiti məhv etdi, normal bir sistem qura bilmədi.

Daha sonra Bakı Nəqliyyat Agentliyi bu məsələyə nəzarət etdi, lakin onlar da heç nə edə bilmədilər.

Hazırda Nəqliyyatın İntellektual İdarəetmə Sistemi Daxili İşlər Nazirliyinin nəzarətdindədir və süni intellektin müəyyən elementlərindən istifadə olunur.

Avtomobillərin sayı, işıqforların bu saya nisbətən idarəedilməsi, nəqliyyat axınını hesablamaq, qabaqlayıcı addımlar atılması və s. kimi elementlər süni intellektə aiddir.

Düzdür, tam süni intellektdən istifadə olunmasa da, ona uyğun addımlar müşahidə edilir. Düşünürəm ki, gələcəkdə süni intellektin faydalarından səmərəli istifadə olunacaq.

Tramvaylara gəlincə, Azərbaycanda tramvay yoxdur və bərpa da edilmir.

Gələcəkdə bu texnologiyalar dünyaya yayıldıqda, hər halda Azərbaycan da tramvaylardan istifadə ediləcək".
 

Ardını oxu...
Plastik cərrahiyyə ilə məşğul olmaq istəyən həkimlər ayrı-seçkiliyə məruz qaldıqlarını deyirlər. Onlar bildirirlər ki, süni əngəllərlə üzləşirlər, heç bir problem olmadığı halda, sertifikasiya prosesinə buraxılmırlar. Nəticədə hüquqları pozulur – həm fəaliyyətlə məşğul ola bilmirlər, həm də maddi-mənəvi ziyan çəkirlər.

Plastik cərrahiyyə ilə məşğul olmaq istəyən həkimlər ixtisas üzrə sertifikasiya prosesini keçməlidir. Bu, “Əhalinin sağlamlığının qorunmasi haqqinda” qanunun 48-ci maddəsində əksini tapıb. Qanunun tələbinə görə, müvafiq ixtisas üzrə sertifikata malik həkim-mütəxəssislər bu sahədə praktiki tibb fəaliyyəti göstərə bilər.

Plastik cərrahiyyə ilə məşğul olmaq istəyən həkimlər sertifikasiyaya buraxılmamışdan əvvəl Səhiyyə Nazirliyinin özünün təşkil etdiyi kurslarda iştirak etməlidir. Kursları bitirəndən sonra Kadr Komissiyası qiymətləndirmə aparıb, təlim iştirakçılarının sertifikasiya prosesinə buraxılıb-buraxılmamasına qərar verir.

2023-cü ildə kursların iştirakçısı olan həkimlərdən bir neçəsinə komissiya müsbət rəy versə də, onlar indiyə qədər sertifikasiyaya buraxılmayıb. Həmin həkimlərdən Vüsal Abdullayev, Rəvan Əliyev, Bariz Zeynalov bildirir ki, faktiki ayrıseçkiliyə məruz qalırlar – onlarla eyni kurslarda iştirak etmiş digər həkimlər sertifikasiya prosesinə buraxıldığı halda, onlara imkan verilmir:

“Heç bir tutarlı səbəb də göstərmirlər ki, qarşımızı niyə kəsdiklərini bilək”.

Həkimlərin hüquqlarının müdafiəsilə məşğul olan vəkil Samir Xudaquliyev Meydan TV-yə bildirib ki, məsələ ilə əlaqədar xeyli müddət öncə Səhiyyə Nazirliyinə sorğu göndərib. Lakin uzun müddət keçsə də, sorğusuna cavab ala bilməyib. Çoxsaylı şikayətlərindən sonra iyul ayında Səhiyyə Nazirliyinin Aparat rəhbəri Tural Babayev onu qəbul edib. Amma bu görüş də müsbət nəticə verməyib.

Vəkilin sözlərinə görə, Aparat rəhbərinə Səhiyyə Nazirliyinin Kadr Komissiyasının qərarını təqdim edib. Lakin Tural Babayev komissiyanın qərarını qəbul etmədiyini və şikayətçi həkimlərin sertifikasiya imtahanına buraxılmayacağını bildirib.

Vəkil əlavə edib ki, uzun müddət gözlədiləndən sonra Aparat rəhbərinin qəbulunda olsa da, sorğuda qoyulan məsələlərə aydınlıq gətirilməyib:

“Aparat rəhbəri özünün subyektiv fikirlərini dedi. Halbuki, qanunun konkret norması var. Aparat rəhbəri yenə də öz fikrində qalır ki, o norma köhnədir, bu həkimlərə aid deyil”.

Həkimlərin şikayəti – onların hansı səbəbdən sertifikasiya imtahanına buraxılmaması ilə əlaqədar Səhiyyə Nazirliyinin cavabını öyrənmək üçün bu qurumla əlaqə saxlasaq da, sualları cavablandırmaqdan imtina olunub.
 
Ardını oxu...
Şamkir rayonu, Düzqışlaq kənd sakini İsmayılov Şükür Rasim oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Prezidentin köməkçiləri Fuad Ələsgərova, Anar Ələkbərova, Cəmil Abbasova, Prezident Admistrasiyasının rəhbəri Samir Nuruyevə, Baş nazir Əli Əsədova, Baş prokuror Kamran Əliyavə, FHN rəhbəri Kəmaləddin Heydərova, SOCAR prezidenti Rövşən Nəcəfə, Səhiyyə naziri Teymur Muşayeva, Ombusman Səbinə Əliyevaya, eləcə də digər aidiyyəti qurumların rəhbərlərinə müraciət edir.

“Yazaraq sizləri məlum edirəm ki, yaşadığımız Şəmkir rayonu, Düzqışlaq kəndində bir hayatyanı sahənin içində iki mənzil tikmişik. Səbəb isə, bacımın ailəsi ilə birgə bizimlə yaşamağıdır.

Onu da qeyd edim ki, bacımın hayat yoldaşı müharibə veteranıdır, medallarla təltif olunub. Onun evi olmadığı üçün bizimlə birgə yaşayırlar. 1 övladları var.

Həyətdə qaz sayğacı bir ədəddir. Ümumilikdə istifadə olunan qazın hamısı qeyd olunur.

Şəmkir Regional Qaz İdarəsinin Nəzarət şöbəsinin müdiri Ehtiram müəllim əməkdaşları ilə bizim ünvana gələrək, kobud şəkildə bildirdi ki, sərfiyyat aşmaya görə külli miqdarda cərimə olunacaqsız. Hətta sayğaçı ləğv edəcəklərini də bildirdilər. Biz bu zaman Ehtiram müəllimin kobud rəftarına susaraq, bildirdik ki, o zaman bizə 2-ci sayğac qurraşdırın. O da dedi ki, get məhkəməyə müraciət et.

Yazaraq nəzərinizə çatdırım ki, kənddə bizim vəziyyətdə yaşayan ailələr az deyil. Müəyyən vaxtdan sonra həmin evlərə, məhkəməyə getmədən, 2 sayğac quraşdırılıb. Nədənsə Ehtiram müəllim bizimlə qərəzli şəkildə rəftar edir. Belə çıxır ki, həmin insanlar qeyri-qanuni şəkildə 2-ci sayğacı çəkdiriblər?! Elə xətlər var ki, yerin altı ilə çəkilib, beləliklə sayğaca gedən xət yerin altında birləşir.

Hətta kənddə qaz xətlərinin çoxu su arxının içindən, bəziləri isə torpağın altından keçir. Bu halda güclü partlayışlara səbəb ola bilər.

Şəmkir Regional Qaz İdarəsinin şöbə müdiri Ehtiram müəllim bütün bunlara göz yumur.

Bundan başqa, Kür qəsəbəsinə gedən yolda da borular baxımsız haldadır. Torpağın altı ilə gedən də var, bayırda qalıb çürüyən də. Hətta 2 yerdə qaz xətləri magistral yolun altı ilə keçir. Bu da ətrafdakı obyektlər üçün təhlükəlidir. Hər an yüzlərlə vətəndaşın həyatına son qoyula bilər.

Bir sözlə, Şəmkirdə o qədər qanunsuzluq var ki, heç bilmirəm hansından başlayım. Muxtariyyə, Qədimqala, Əliyaqublu, Yenihəyat kəndlərində də qaz xətti bəzi evlərin qabağından yerin altı ilə gedir, hətta üzəri kafel-metlaq ilə örtülüb.

Həmçinin, Şamkir rayonu, Düzqışlaq kəndində də demək olar ki, bütün qaz xətləri su arxının içindən keçir.

Ehtiram müəllim vətəndaşlarla çox kobud danışır, bu yollarla xalqı narazı salır. Bu insanın vəzifəsi sanki vətəndaşı aşağılamaq və narazı salmaqdır.

Onu da qeyd edim ki, Ehtiram müəllim idarədə iki il öncə mühandis kimi işə başlayıb. Şöbə müdiri işləmək üçün 5 il çalışıb, qanunla 4-cü dərəcəyə şöbə müdiri qoyulmalı idi. Qanun burada da çeynənilib. 2 illik iş qeydiyyatı olan bir adamı hansısa yol ilə Nəzarət şöbəsinə müdir təyin olunub.

Əsas faktlardan birini də qeyd edim ki, Kür qəsəbə yolunda olan magistraldan keçən qaz xətti “3 yol” adlanan ərazidə yol çəkimi zamanı körpünün altından plastik borularla çəkilib. Bəzi yerlərini dəmir borularla, çox yerini isə plastik borularla çəkiblər. Dəfələrlə yoxlamalar keçirilsə də, bu kimi əsas faktlar gizlədilib, üzə çıxarılmamışdır.

Kənddə imkanlı olan ailələrin qapıları döyülmür, halbuki onların da həyətində 2 sayğac var. Belə məmurlar xalq arasında ayrı-seçkilik salırlar. Qanun-qayda kasıblar üçündür, varlılar üçün qanun yoxdur.

Evimə sayğac qoymaq üçün mənə məhkəmənin yolunu göstərirlər. Amma imkanlılar bu məhkəmə prosesindən azaddırlar. Belə haqsızlıq olar? Qanun hər kəs üçün olmalıdır. Pullu adamla pulsuz adam seçilirsə, biz kasıblar onda yaşamayaq.

Hazırladı: Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi növbəti tender üzrə satınalma müqaviləsi imzalayıb. Tribunainfo.az xəbər verir ki, “Azərbaycan Respublikasının 51-də icbari tibbi sığorta tibbi tibbi xidmətlərə görə tibbi sığortanın müəyyən edilməsi” adlı prosedur üzrə həyata keçirilən tenderinb qalibi isə olduqca gülməli ada malik şirkət olub.
Qeyd edək ki, tenderin qalibi “HƏLLİN DÜLÜLÜ” MMC olub. Satınalma müqaviləsinin dəyəri isə 110.000 manat təşkil edib.
Doğrusu, “Həlli dülülü” adının hansı məna daşıdığı məlum deyil. Üstəlik, bu şirkətin kimə məxsus olması və niyə belə bir adın seçilməsi qaranlıq olaraq qalır. Və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin adının mənası məlum olmayan, həm də olduqca komik səslənən bir şirkətlə hansı səbəb və maraqdan dolayı satınalma müqaviləsi bağlaması da naməlumdur.
 

Ardını oxu...
Jurnalist Dəyanət Azərsoy Gənclər və idman nazirliyinin Quba Xaçmaz regional Gənclər və idman idarəsinin fəaliyyətsizliyi, daha doğrusu, kağız üzərində fəaliyyəti ilə bağlı iddialar səsləndirib ki, bu da əslində korrupsiya faktdırı, Dia.az-İnfo bildirir ki, bununla bağlı şübhəsini açıqlayan jurnalist qarşı tərəfdən ilginc cavab aldığını da vurğulayıb.

Beləliklə, D.Azərsoy yazır: "Gənclər və idman nazirliyinin Quba Xaçmaz regional Gənclər və idman idarəsinin rəis müavini Mustafa Nohbalayev Qubada durmadan sənəd üzərində demek olar ki hər gün gənc idmançılar üçün tədbirlər keçirir?
Bəs reallıq?"

Ardını oxu...

Jurnalist daha sonra şərh bölümündə bunları əlavə edib:

"Mustafa Nohbalayev yazıb ki hardan götürmüşəm ki sənəd üzərindədir.
Ay Mustafa müəllim, mən də elə onu soruşmaq istəyirəm ki, tədbirləriniz olurmu?"
 
Ardını oxu...
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri postunu tutan Zakir İbrahimov son dönəmlərdə geniş fürsətlər və imkanlar əldə edib ki, bu da diqqətlərdən yayınmamaqdadır. Hər halda, "qanuni yolla" bu imkanları əldə edən Zakir İbrahimov şəxsi maraqlarını da unutmuş deyil.

Bu barədə Dia-az.İnfo-ya danışan mənbə idida edir ki, hər halda bu gün Zakir müəllimin piarını edənlər onun fəaliyyətini də təftiş etməyə borcludurlar:

"Zakir İbrahimovun təkcə özü yox, ailə üzvlərinin də adı müxtəlif maliyyə qalmaqallarında hallanıb. Amma bu gün o, yerli KİV-də özünü az qala "saf bir fiqur" kimi təqdim edir. Ola bilsin ki, bu adam İqtisadiyyat Naziri və yaxud da Baş nazir postlarına iddialıdır. Burada qeyri-adi nəsə yoxdur. Hər kəs böyük iddialarda buluna bilər.

Amma haqqı çatırmı?

Hər halda Zakir İbrhaimovla bağlı ortadakı faktlara hüquqi qiymətin veürilməsi məsələni tam çılpaqlığı ilə ortaya çıxara bilər. Bunun üçün yetərlidir..."

Qeyd edək ki, buna qədər də Zakir İbrahimovun və yaxınlarının qanunsuz əməlləri ilə bağlı yerli KİV-də müxtəlif iddialar səslənib. Növbəti yazıda bu barədə səslənən fikirləri diqqətinizə təqdim edəcəyik. Bizi izləməyə davam edin...

Ardını oxu...
Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı postunu tutan Rəcəb Rəhimli son günlər ən çox müzakirə olunan məmurlardan birinə çevrilib. Əslində buna səbəb başçının özüdür. İlk əvvəl xatırlatmaya keçək...

Məlumat verərək bildirmişdik ki, Ordubadda rayon icra başçısı ilə mübahisə zamanı fermer Müslim İbrahimov özünü bıçaqlamaqla intihara cəhd edib.

Dia-az.İnfo xatırladır ki, fermeri bu həddə gətirib çıxaran isə, mübahisə zamanı başçının onu ağır söyüşlərlə təhqir etməsi olub. Ordubad şəhərindəki küçələrin birində baş verən hadisə qarpız satmaq üstündə baş verib.

YAZILAR BURADA:

Ordubadın icra başçısı fermeri ÇİLƏDƏN ÇIXARDI: O DA CANINA QIYDI... - Başçı hamıya tapşırıb ki...

Ordubadın icra başçısının başı cəncəldə... _ ONU YOXLAYACAQLAR...

Qeyd edək ki, bu olayı ciddi-cəhdlə ört-basdır etməyə çalışan Rəcəb Rəhimli hətta hadisəni ictimailəşdirən KİV-ləri belə öz üsulu ilə susdurmağa çalışdı. Bu da azmış kimi daha da irəli gedərək trol ordusunu işə salaraq məlumatın ilkin qaynağı olan "Günəlik Naxçıvan" səhifəsinə "zəhmətkeş" hücumları da təşkil etdi ki, sonda bütün bunlar boşuna sərf olunmuş enerjidən başqa bir əhəmiyyət daşımadı.

Çünki trol sayı nə qədər çox olsa da, normal düşünən vətəndaş sayını üstələyə bilmədi... "Rəcəb Rəhimlini Elmlər Akademiyasinda isləyən vaxtdan tanıyıram" deyərək dodağını yaşlayanlar, Ordubadın gənc başçısına yarınanlar elə ictimai qınağın hədəfinə çevrilməkləri ilə ifşa olundular.

Qeyd edək ki, burada diqqətçəkən bir məqam da var idi... Rəcəb Rəhimli məhz vəzifə başındakı dönəminin düz 1 ilinin tamamında özünü ifşa etdi, əsl kimliyini - xalqdan uzaq birisi olduğunu ortaya qoymuş oldu... Demək, dədə-babadan qalan məsəllər düz imiş...

Dünyapress TV

Xəbər lenti