Ardını oxu...
Məhkəmələrin məhkəmə müdafiəsi hüququna “ərazi aidiyyatı” qadağası

Səbinə Nuriyeva VKRH-nın Nərimanov məhkəməsinə, Rəna Qafarova AZAL-ın Səbailə aid olmadığına qərar verib (?)

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin 15.11.2024 tarixli, 2(103)-3974/24 saylı qərardadla üzərinə qoyulan 1-ci dərəcəli Qarabağ əlilinə dövlət hesabına vəkil ayrılması öhdəliyini 18 gündür icra etməməsindən aidiyyatı üzrə Nərimanov məhkəməsinə verilən iddia qəfildən geri qaytarılıb.

Hakim Səbinə Nuriyeva 5 günlük müddət bitəndən sonra (ərizə 27.11.2024-cü ildə kabinetdən daxil olub, dekabrın 2-də geri qaytarılması haqqında bilgi verilib.) birdən-birə necə belə absurda imza atıb? Axı 8internet resurslarında açıq göstərilir ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin hüquqi ünvanı Ceyhun Hacıbəyli, 100 Nərimanov rayonundadır! Hansı əsasla iş ərazi aidiyyatının pozulmasına görə geri qaytarılıb? Bəlkə Bakı Apellyasiya Məhkəməsinin qərardadının icrası VK-nın Rəyasət Heyətinə tapşırılmayıb? Yox, 15.11.2024-cü il tarixli, 2(103)-3974/24 saylı qərardadda imperativ formada yazılıb:” Qərardadın icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinə həvalə edilsin”.

18 gündür qüvvəyə minən və icrasından imtina edildiyinə görə məhkəmə qaydasında tələb edilən vəkil ayrılmasına cavabdeh-borclu VKRH məhkəməyə basqı yapmaqla da qadağa qoyur? Yəqin Ədliyyə Nazirliyi VKRH-nın, Məhkəmə Hüquq Şurası məhkəmənin (hakim Səbinə Nuriyeva) qeyri-prosessual özbaşınalığına qiymət verməkdə çətinlik çəkməz. Hələliksə şəxsi kabinetdən hakimə etiraz təqdim edilib. Absurddur, VKRH hüquqi ünvanını Nərimanov rayonu, Ceyhun Hacıbəyli, 100 kimi göstərir, məhkəmə “e-məhkəmə” sistemindən ünvanın başqa olduğunu müəyyən edir? Axı mülki işlərdə məhkəmənin sübut toplamaq hüququ yoxdur! Di gəl, Səbail məhkəməsinin hakimi Mədinə Bağırova şəbəkə cinayəti ilə bağlantıya qadağa qoyan mobil operatorun ünvanını Dövlət Vergi Xidmətinin reyestrindən müəyyən etmişdi..

Səbaildən söz düşmüşkən, Soçi- Bakı reysinə dələduzluqla buraxılmayan 1-ci dərəcəli Qarabağ qazisi ailəsinin təyinat yeri üzrə daşıyıcıya ( AZAL QSC) iddiasını Səbail məhkəməsinin hakimi Rəna Qafarova geri qaytarıb ki, cavabdeh AZAL QSC-nin hüquqi ünvanı Səbail rayonu deyil. Hələ hakim geriqaytarma qərardadını kabinetdə yerləşdirmədiyindən ünvanı necə “müəyyən etməsi” bilinmir. Amma “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti Prezidentin 16.04.2008 tarixli, 2761 N:-li Sərəncamı ilə yaradılıb və NK-nın 30.04.2008 tarixli, 105 N:-li Qərarı ilə təsdiq olunan nizamnaməsinin 1.5 bəndində aktlaşdırılıb: “Cəmiyyətin hüquqi ünvanı: AZƏRBAYCAN RESPUBLİKASI, BAKI ŞƏHƏRİ, AZADLIQ PROSPEKTİ, 11” Bu ünvanın Nizami küçəsi ilə kəsişmədə olması və Səbail rayonuna aid olması isə internet resurslarından (da!) bəllidir.

Məhkəmələrin əsas insan hüquq və azadlıqlarından olan məhkəmə təminatı hüququna “ərazi aidiyyatı” qadağası qoyması üzə çıxır. Bu isə yolverilməzdir. Ölkənin baş qanununda- Konstitusiyada belə yazılıb. Görək, şikayət edilən Ali Məhkəmə, Məhkəmə Hüquq Şurası məhkəmənin hüquqa qadağa qoyan yox, hüquq qoruyan orqan olduğunu məhkəmələrə anlada biləcək?

Məğrur BƏDƏLSOY
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Sosial şəbəkələrdə elmi işlərin ödəniş qarşılığında yazılması təklif edilir.

Xezerxeber.az-ın məlumatına görə, xüsusilə tələbələrə edilən bu təkliflərdə qeyd olunur ki, elmi işlərin hazır şəkildə təqdim edilməsi ödəniş qarşılığında həyata keçirilir.

Universitetlərin mətbuat xidmətindən “Xəzər Xəbər”ə verilən məlumata görə, proseslə mübarizə məqsədilə universitetlərdə komisiya fəaliyyət göstərir. Elmi işlərdə plagiatın aşkarlanması üçün antiplagiat sistemindən istifadə edilir, həmçinin antiplagiat komissiyası da bu işlə məşğul olur.

Elə biz də sosial şəbəkə üzərindən axtarışa verdikdə çoxlu belə səhifələrə rast gəldik və bir neçəsi ilə əlaqə saxladıq. Lakin həmin şirkətlərdən bizə bildirildi ki, onlar müxtəlif məlumatların yalnız toplanaraq tərcümə və redaktə edərək tələbəyə təhvil verilməsi işi ilə məşğuldurlar.

Ekspertlərin sözlərinə görə isə, qanunvericilikdə bu məsələ ilə bağlı heç bir qadağa nəzərdə tutulmayıb. Bu səbəblə sözügedən elanlar açıq şəkildə reklam edilir. Hətta aidiyyəti üzrə komisiyaların işini belə məsələni aşkar etməkdə xeyli çətinləşdirir.

Mütəxəssislərin fikrincə, Azərbaycanda pulla yazdırılan elmi işlərin sayı son illər kifayət qədər artıb. Məlumat üçün bildirək ki, ölkədə elmi işlərin yoxlanılması prosesini həmçinin, Ali Attestasiya Komisiyası həyata keçirir. Orijinallıq xüsusi komanda və programlar vasitəsilə yoxlanılır. Komissiyada elmi işin plagiat olması aşklarlandığı halda iş rədd edilir. Ali Attestasiya Komissiyasına müraciət etsək də, indiyə kimi aşkarlanan belə hallarla bağlı heç bir açıqlama verilmədi.
 
Ardını oxu...
Artıq 3 aydır ki, sahibkarlar "20 Yanvar"da bağlanan obyektlərin açılmasını gözləyir. Bu yeraltı keçidindəki ticarət obyektlərinin taleyi necə olacaq? Milli.Az xəbər verir ki, əvvəlcə keçid alış-veriş mərkəzləri ilə tanınan bu ərazilər indi yalnız sərnişinlər və yolun digər üzünü keçmək istəyən şəxslər tərəfindən istifadə olunur.

Bu əraziləri kiçik sahibkarlara icarəyə verən şirkətin nümayəndəsi Sənan İsmayılov bildirib ki, qanunvericilikdə nəzərdə tutulan bütün vergi və rüsumları ödəyirlər. O bildirib ki, obyektlərin Bakı şəhər İcra Hakimiyyəti və Əmlak Komitəsi ilə müqavilələri var. Lakin bu barədə onlara heç bir məlumat verilmir ki, niyə şirkətin fəaliyyəti dayandırılıb.

Məsələ ilə bağlı Yasamal Rayon Təsərrüfat Birliyi açıqlama verərək bildirildi ki, sözügedən ərazinin icarəsinə dair heç bir sənəd mövcud deyil, şirkətlə yalnız istismar müqaviləsi bağlanıb ki, bu da məişət tullantılarının daşınması ilə həyata keçirilir.

Sözügedən problemlə bağlı Dövlət Əmlak Komitəsindən bildirildi ki, sahibkarlarla sonuncu dəfə 2022-ci ilin iyulun 27-də bağlanmış müqavilənin müddəti bu ilin iyul ayında başa çatıb. Müqavilənin müddəti bitdiyi üçün o, avtomatik olaraq ləğv olunmuş sayılır.
 
Ardını oxu...
“Bir sıra sosial şəbəkə istifadəçiləri tərəfindən Gəncə şəhəri ətrafında partlayış səslərinin eşidilməsi və təcili tibbi yardım maşınlarının intensiv hərəkətinin müşahidə olunması ilə bağlı paylaşılan məlumatlar həqiqəti əks etdirmir və cəmiyyətdə süni ajiotaj yaratmağa yönəlib”.

Tribunainfo.az xəbər verir ki, bu barədə MEDİA-nın açıqlamasında bildirilir.

“Müdafiə Nazirliyi cari ilin hazırlıq planına uyğun olaraq, Quru Qoşunları bölmələrinin Seyfəli poliqonunda taktiki təlim keçirdiyini və narahatlığa heç bir əsas olmadığını bildirib.
Sosial şəbəkə seqmentinə bu tipli yalan məlumatların yayılmasını və təkrar tirajlanmasını yolverilməz hesab edirik.

Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların təsirinə düşməməyə çağırırıq” – açıqlamada qeyd olunur.
 
Ardını oxu...
Bakının Nəsimi rayonunda, "Kubinka" deyilən ərazidə sakinlərlə “Vialon” MMC-nin rəhbərliyi arasında gərginlik davam edir. Bu dəfə mübahisənin predmeti Balababa Məcidov küçəsi, 66 ünvanında yerləşən evdir. "Vialon" MMC ərazidə bir çox evləri söksə də, Törəxanım Əzimova dəyərindən az pul təklif olunduğu üçün evini satmaqdan imtina edib. Lakin şirkət nümayəndələri evin alındığını iddia edirlər.
Törəxanımın Əzimova Bakupost.az -a açıqlamasında bildirib ki, “Vialon” MMC-nin nümayəndəsi Ramil Quliyev, evin ailənin digər üzvü, Törəxanımın həyat yoldaşı Hacıağa Əzimov tərəfindən satıldığını iddia edir. Lakin Törəxanım Əzimova və qızı bu iddiaya etiraz edərək məhkəməyə müraciət ediblər.
Məhkəmə onların xeyrinə qərar çıxarıb. Qərara əsasən, evin onların razılığı olmadan satılması və söküləməsi qanunsuzdur. Törəxanım Əzimova məhkəmənin bu qərarındna sonra ciddi təzyiqlərə məruz qaldığını deyir:
""Vialon" MMC bizi mənzildən çıxarmaq üçün qonşu evəri sökməyə başlayıb. Bu zaman mənim evim də ziyan görüb. Çıxıb etiraz etdim, mənim üstümə qışqırdılar ki, içəri gir. Qızım dərhal polisə zəng etdi, amma heç kim gəlmədi. Fövqəladə Hallar Nazirliyinə də müraciət etdik, onlardan da cavab ala bilmədik".
Onun sözlərinə görə, evin qaz xətti və telefon şəbəkəsi zədələnib, çanaq antenası isə oğurlanıb:
“Evimizin qabağına daş, söküntü qalıqları töküb yolumuzu bağlayırlar. Deyirik ki, heç olmasa, gəlib yığışdırın, evimizə girə bilək. Mənim hazırda evimə giriş yoxdur. Bizi təhqir edib deyirlər ki, təmizləmirik, gedin nə edirsiz, edin".
Sakinlərin sözlərinə görə, Ramil Quliyev onların ünvaına hədə və təhqirlər yağdırmaqdan belə çəkinmir:
“Ramil Quliyev bizə deyir ki, dilinizi dartıb boğazınızdan çıxardaram".
Hadisəylə bağlı “Vialon” MMC-nin nümayəndəsi Ramil Quliyevlə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab vermədi.
Məsələylə bağlı DİN-in Mətbuat Xidmətinin baş inspektoru Elbrus İbrahimov sorğumuza cavab olaraq bildirib ki, qeyd olunan ünvanda söküntü işləri ilə bağlı sakinlərin polisə müraciəti daxil olub. Hazırda araşdırma aparılır.
Qeyd edək ki, mətbuatda yayılan xəbərlər görə, “Vialon” MMC-nın rəhbərinin sabiq deputat Əsabil Qasımovun qardaşı Vüqar Qasımov olduğu bildirilir.
 

Şərur rayonuda yeni yaradılmış Sənaye Məhəlləsindəki qarğıdalı yağı istehsalı üçün nəzərdə tutulan fabrikdə yanğın baş verib. Bu yanğının milyonlarla manat yeyintini ört-basdır etmək üçün qəsdən törədildiyi bildirilir. Bu haqda “Gündəlik Naxçıvan”a Şərur rayon İcra Hakimiyyətindəki mənbə məlumat verib. Adının çəkilməsini istəməyən mənbənin sözlərinə görə, tikinti və digər işlər üçün nəzərdə tutulan həmin pulların mənimsənilməsində icra başçısının əli var:
“Pullar Kamal Cəfərovun əli ilə mənimsənilib. Bizdə olan məlumata görə, yanğında da onun əli var. Məsələ ondadır ki, 2019-cu ildə bu kompleksin tikilməsi üçün milyonlarla manat pul ayrılmışdı. Həmin pullar yeyildiyindən, tikinti vaxtında təhvil verilə bilmirdi. Tikinti başa çatmasa da, sənədlərdə göstərilir ki, guya təhvil verilib. Bu yaxınlarda Bakıdan yoxlama gələcəkdi. Fabrikin yanması bu yeyintini ört-basdır üçündür. Əlavə olaraq göstəriblər ki, guya yanğından öncə zavodda 100 min ton qarğıdalı olub. Kilosu bir manatdan hesablayanda, 100 min də belə silmək istəyirlər”.
Adı çəkilən kompleks Şərur şəhərində yerləşir.
Məsələ ilə bağlı Şərur rayon İcra Hakimiyyətindən münasibət bildirmək istəmədilər.

 
 
 
Ardını oxu...
“MİDA tərəfindən mənzillərin onlayn satışlarıına start verilən andan İLK mənzilin BAXIŞ üçün seçilməsi müddəti aşağıdakı kimi olub:

06.12.2024, (Sumqayıt, Lənkəran)- nəticə hələlik məlum deyil
16.12.2023, (Hövsan, 1-ci) 32-ci saniyədə
16.12.2023, (Hövsan, 2-ci) 22-ci saniyədə
16.12.2023, (Gəncə) 28 -ci saniyədə
16.12.2023, (Sumqayıt) 30-cu saniyə
29.07.2023, (Yasamal) 29-cu saniyədə
29.07.2023, (Hövsan ) 30-cu saniyədə
24.09.2022, (Yasamal) 30-cu saniyədə
15.09.2022 Satış baş tutmayıb
30.03.2022 Satışın nəticələri ləğv edilib
01.07.2021, (Hövsan ) 5-ci saniyədə
18.12.2020, (Hövsan ) 10-cu saniyədə
10.09.2020, (Hövsan), 10-cu saniyədə
30.06.2020, (Hövsan) 11-ci saniyədə
25.12.2019, (Yasamal) 11-ci saniyədə
16.10.2019, (Yasamal) 9-cu saniyədə
12.07.2019, (Yasamal) 4-cü saniyədə
29.04.2019, (Yasamal) 4-cü saniyədə
25.01.2019, Yasamal - ağlabatan nəticə açıqlanmayıb
05.09.2018, Yasamal - ağlabatan nəticə açıqlanmayıb

Cədvəldən görünür ki, MİDA –nın onlayn satış sistemi ilkin dövrlərdə botlara qarşı elə də təkmil olmayıb. Düşünmək olar ki bu dövrlərdə botlardan və seçim prosesini sürətləndirən digər üsullardan istifadəyə daha çox imkanlar olub.
DTX və MİDA 30.03.2022-ci tarixli satışa kənar şəxslərin qanunsuz müdaxiləsi olduğunu bildirmiş, satışın nəticələri ləğv edilmiş və həbs edilənlər olmuşdu.
Məhz bundan sonra, 24.09.2022-ci ildən başlayaraq MİDA sistemdə köklü texnoloji dəyişiklikər edib.

MİDA-nın hazırkı satış sistemi, insan amilinin rolunun məhdudlaşdırılması və şəffaflıq üçün texnologiyaların tətbiqi baxımından əhəmiyyətlidir.
Lkain İT bacarıqlarla bağlı sistemin mahiyyətində ədalətsizlik olduğundan yeni, alternativ satış üsullarına ehtiyac var. Sistemin təkmilləşdirilməsi istiqamətində MİDA-ya və hökumətə təkliflər verilib”

Bu sözləri Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz bildirmişdi. Onun bu fikirləri sosial şəbəkələrdə birmənalı qarşılanmadı. Bəs görəsən Osman Gündüz bu fikirlərində nə qədər haqlı idi?

Mövzu ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Moderator.az-a danışdı.

“MİDA Yaşayış kompleksi üçün binaların bu şəkildə satılması birinci dəfə deyildi, artıq bu məsələ müzakirəyə çıxarılır və həllini də tapmır. Hətta mövzu ilə bağlı cinayət işi də açılmışdı. Bir neçə il bundan öncə belə bir məsələ qaldırıldı ki, bu üsulla məsələnin həllini tapmaq mümkün deyilsə, onlayn deyil də oflayn keçirsinlər. Yəni hamının gözü qarşısında yığışıb rəsmi şəkildə həyata keçirilsin. Bunun başqa yolu yoxdur. Mən belə görürəm ki, onlayn formada həyata keçirəndə insanlar narazı qalır və ciddi suallar meydana çıxır. Ona görə də bu məsələ artıq birinci dəfə deyil, dediyim kimi, müzakirə olunursa, bu məsələnin həlli artıq başqa cür tapılmalıdır”.
 
 
 
Ardını oxu...
Naxçıvan Dövlət Su Ehtiyatlari Agentliyi tərəfindən 06.09.2024-cü il tarixində "Əlincəçaydan su götürən və Culfa rayonunun ərazisindəki Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması”nın satınalınması ilə əlaqədar açıq tender elan olunub.

Bakı şəhəri, Nəcəfqulu Rəfiyev, 17 ünvanında qeydiyyatda olan "Hovers Group” Məhdud Məsuliyyətli Cəmiyyəti tenderin qalibi elan edilib.

Həmin MMC ilə 12.430.027,54 manat məbləğində müvafiq satınalma müqaviləsinin bağlanması nəzərdə tutulur. Bununla bağlı məlumat isə Naxçıvan Muxtar Respublikasi Dövlət Su Ehtiyatlari Agentliyi tərəfindən dövlət satınalmalarının vahid internet portalına 14.11.2024-cü il tarixdə yerləşdirilib.

Bəs tenderləri udan şirkət barədə nələr bilirik?

Agentlikdən 12 milyon manatdan çox sifariş udan bu şirkət Bakıda yerləşir.

MMC-nin rəsmi veb saytında qeyd olunan məlumatlara görə "HOVERS GROUP" MMC 1 iyul 2011-ci ildə İlqar Zeynalov tərəfindən təsis edilib.

Bildirilir ki, Gənc və sürətlə inkişaf edən şirkət bərpa və tikinti, eləcə də dizayn layihələri xidmətlərinin həyata keçirilməsi ilə məşğul olur.

Bir çox müxtəlif miqyaslı və mürəkkəb layihələrdə də "Hovers Group" adı keçir. Tikinti və bərpa işləri müasir tikinti texnologiyalarından və avadanlıqlarından istifadə edən yüksək ixtisaslı mütəxəssislər tərəfindən aparılır.

Şirkət həmçinin Bakıda, "Hovers Beton" zavodunda hər növ markalı beton istehsalını, Metal zavodunda isə istənilən formalı metal tir istehsalını həyata keçirir və bu tikinti materiallarının lazımi istiqamətlərə çatdırılmasını təmin edir.

Dövlət satınalmalarının vahid internet portalı üzərindən aparılan araşdırmalar zamanı məlum olub ki, MMC son 5 ildə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu ilə ümumi dəyəri 7 653 8oo manat dəyəri olan 3 satınalma müaviləsi, Mənzil İnşaatı Dövlət Agentliyi "MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə ümumi dəyəri 41 626 681 manat dəyəri olan 3 satınalma müaviləsi bağlayıb.

Bundan əlavə, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti ilə ümumi dəyəri 2 552 433 manat dəyəri olan 2 satınalma müaviləsi, Gənclər və İdman Nazirliyi ilə Yevlax şəhərində Olimpiya İdman Kompleksinin tikintisi üzrə malların (işlərin və xidmətlərin) satın alınması üzrə 18.197.058,59 manat dəyəri olan 1 satınalma müaviləsi, Kənd Təsərrüfatı Nazirliyi ilə Qobustan rayon Cəngi ərazisində yararsız "Pestisid” dərman tullantılarının mövcud saxlanılma Poliqonunun təmiri üzrə 552.437,95 manat dəyəri olan 1 satınalma müaviləsi bağlayıb.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilən məlumatlarında "HOVERS GROUP” (VÖEN: 1501843641) Məhdud Məsuliyyətli Cəmiyyətinin 01.07.2011-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir.

Reyestr məlumatlarında nizamnamə kapitalı 345 720.00 manat olan MMC-nin hüquqi ünvanının , BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, ABBAS SƏHHƏT, ev 73, qanuni təmsilçisi kimi isə Zeynalov İlqar Adıgözəl oğlu qeyd olunub.

Dövlət Vergi Xidmətinin reyestrində edilmiş dəyişiklikdə isə "Hovers Group” MMC-nin BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, AZADLIQ PR., ev 114, mənzil 76 ünvanında Səbuhi Knyaz oğlu Mehdizadə tərəfindən təsis edildiyi göstərilir.

O, 2015-ci ilin fevralına qədər MMC-nin qanuni təmsilçisi olub. Ondan sonra MMC-yə müxttəlif vaxtlarda Hümbətov Cəmşid Ellər oğlu, Rəhimov Şəhriyar Kamal oğlu qanuni təmsilçilik edib.

Araşdırmalar zamanı məlum olub ki, "Hovers Group” MMC-nin təsisçisi Səbuhi Knyaz oğlu Mehdizadə Prezident İlham Əliyevin 15 iyul tarixli sərəncamı ilə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyevin müavini vəzifəsinə təyin olunub.

Səbuhi Mehdizadə kimdir?

Mediada yer alan məlumatlara görə, sözügedən Nümayəndəlikdə baş məsləhətçisi vəzifəsində çalışan Səbuhi Knyaz oğlu Mehdizadə xüsusi nümayəndənin müavini olub.

Səbuhi Mehdizadə Xüsusi nümayəndəlikdən öncə bir sıra vəzifələrdə çalışıb. O, buna qədər kənd təsərrüfatı nazirinin müşaviri, "Təmiz şəhər” ASC-nin İdarə Heyəti sədrinin müavini, İqtisadiyyat Nazirliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktoru, Azərbaycan Stolüstü Tennis Federasiyasının Baş katibi, "Azərbaycan Respublikasının Ağır Atletika Federasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədr müavini vəzifələrində çalışıb.

Hazırda o, Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidentidir.

Göründüyü kimi, Səbuhi Mehdizadə bir sıra dövlət qurumlarında yüksək vəzifələrdə çalışıb.

Təsisçisi olduğu "Hovers Group” MMC isə işlədiyi qurumlardan son beş ildə 70 milyon manata yaxın dövlət sifarişi alıb.

Şirkət 2011-ci ildə yaradılsa da milyonlarla manat dəyəri olan tenderləri son 5 ildə, Səbuhi Mehdizadə yüksək vəzifələrdə çalışdığı dövrlərdə əldə edib.

Çox güman ki, belə olmasaydı, şirkət hər il 10 milyonlarla dəyəri olan tenderi qazana bilməzdi.
arqument.az
 
Ardını oxu...
Sabirbad Suvarma Sistemləri idarəsinin rəisi Zaur Mikayılovu aldatmağa çalışır?
Dövlət Su Ehtiyatları Agentliyində aparılan dəyişikliklər nəticəsində qurumun bir çox idarə rəisləri vəzifələri ilə vidalaşıb. Yeni təyin olunan idarə rəislərinə isə vəzifələrində özlərini doğrultmaq üçün 3 ay vaxt verildiyi bildirilir.
Patriot.az-ın əldə etdiyi məlumata görə vəzifəsində qalanlardan biri də Sabirabad Suvarma Sistemləri idarəsinin rəisi Şafiq Heydərovdur. İllərdi Şafiq Heydərovla bağlı aidiyyatı qurumlara edilən şikayətlərə baxmayaraq, himayədarları onu vəzifəsində saxlmaqda israr edirlər.
Redaksiyamıza daxil olan məlumatda iddia edilir ki, Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən Şafiq Heydərova verilmiş 3 aylıq möhlət idarə rəisi üçün yaxşı nəticələnməyə bilər. Çünki Dövlət Su Ehtiyatları Agentliyinin tapşırığına əsasən adı olub özü olmayan işçilərin işinə xitam verilməlidir. Məlumata görə Şafiq Heydərov 35-ə yaxın işçini işdən çıxardaraq görüntü yaratmaq niyyətindədir. Ş.Heydərovun və ətrafının əsas qazanclarından birinin məhz adı olub özü olmayan işçilərdir. Sabirbada Suvarma Sistemləri İdarəsinin rəisinin hər ay adı olub özü olmayan işçilər hesabına 10 min manatı cibinə qoyduğu bildirilir.
Əldə etdiyimiz məlumata görə Şafiq Heydərov nasos stansiyalarında adı olub özü olmayan işçiləri və 15-ə yaxın heçkəsin tanımadığının işinə xitam verməklə Dövlət Su Ehtiyatları Agentliyinin rəhbərliyini aldatmağa çalışır. Aldığımız məlumatda bildirilir ki, Şafiq Heydərovun yenədə adı olub özü olmayan işçiləri mövcuddur.Bundan başqa Ş.Heydərov idarəyə ayrılan yanacağı silmək üçün Sabirabad rayonunda bəzi kanal və drenləri təmizlətdirməklə məşğuldur.
Qeyd edək ki, Sabirabad Suvarma Sistemləri idarəsinin QSM müdiri Ş.Heydərovun ən yaxın adamlarından biridir. İdarə rəisinin tez-tez QSM müdirinin evində içki məclisi təşkil etdiyi deyilir.
Araşdırmamız davam edir.

patriot.az
 
Ardını oxu...
Azərbaycana xaricdən meyvə və tərəvəz məhsullarının idxalını, paketlənməsini və satışını təşkil edən “Baku Fruit Delivery” şirkəti ölkədən külli miqdarda pul çıxarmaqda günahlandırılır.

“Baku Fruit Delivery” şirkəti İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

“Baku Fruit Delivery” MMC ilə bağlı işə 11 dekabr tarixində Yasamal rayon Məhkəməsində hakim Rəşad avadzadənin sədrliyi ilə baxılacaq.

Xatırladaq ki, hüquqşünas Əkrəm Həsənov İXM-nin 430.4-cü maddəsi barədə danışarkən bildirmişdi ki, istənilən şirkət, sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gəlmədiyi üçün sifarişi verən şirkət cərimələnir. Hüquqşünasın sözlərinə görə, iki il ərzində mal ölkəyə gəlmirsə, bu sahibkarın ölkədən pul çıxarması anlamına gəlir:

“Bu maddənin qısa mahiyyəti belədir, sahibkarlar xaricə pul köçürür ki, nə isə alacaq. O pulu köçürəndən sonra iki il ərzində həmin malı ölkəyə gətirməlidir. Əgər malı ölkəyə gətirmirsə, sahibkar cərimələnir. Yəni bu halda hesab olunur ki, şirkət, sahibkar ölkədən pul, valyuta çıxarıb. Məlum məsələdir ki, ölkədən heç bir səbəb olmadan pul çıxarmağa məhdudiyyət var.
Əgər mal ölkəyə gəlmirsə, sahibkarı, şirkəti cərimələyirlər. Belə olduğu halda Mərkəzi Bank müraciət edir məhkəməyə və məhkəmə də cərimə tətbiq edir. Tərtib olunan protokola əsasən pul ölkədən çıxarılıb, ancaq verilən 2 il müddətində həmin mal ölkəyə gətirilməyib. Qanunvericilik belə olsa da, praktikada çoxlu problemlər var. Bəzi hallarda həqiqətən də sahibkarların günahı olur. Ancaq bir çox hallarda Mərkəzi Bank bu kimi məsələlərə çox formal yanaşır. Bəzən ola bilir ki, sahibkar banka malın ölkəyə gəldiyini sübut edən gömrük sənədini verməyi unudur və ya malın gəlişi gecikir. İnzibati Xətalar Məcəlləsinə görə, o halda cərimə tətbiq oluna bilər ki, sahibkarın təqsiri olsun. Mərkəzi Bank isə bu məsələləri qətiyyən araşdırmır. Mərkəzi Bank çox vaxt sahibkarı çağırmır, problem barədə onunla danışmır, ondan səbəb soruşmur, ancaq məhkəməyə verir. Mərkəzi Bank bu sahədə öz səlahiyyətini düzgün icra etmir. Burada cərimələr çox yüksəkdir. Məsələn, sahibkar xaricə göndərdiyi pulun 30 faizini cərimə kimi ödəməlidir. Təsvir edin, 300 minə qədər cərimə olunan şirkətlər var”.

Qeyd edək ki, “Baku Fruit Delivery” MMC meyvə və tərəvəz məhsullarının xaricdən gətirilməsi, paketlənməsi və satışı ilə məşğuldur. Şirkətin icraçı direktoru Camal Həşimdir.

Qarşı tərəfi dinləməyə hazırıq./Tribunainfo.az/
 

Dünyapress TV

Xəbər lenti