Ardını oxu...
“Bakıda, Neftçilər prospekti, 65 ünvanındakı binanın fasadının ağardılması tarixi binaya müdaxilə etmək deməkdir”. Bunu Oxu.Az-a açıqlamasında memarlıq üzrə elmlər doktoru, professor Elçin Əliyev deyib.

O qeyd edib ki, tarixi binanın fasadının laqunda vasitəsilə ağardılması yolverilməzdir:

“Təəssüf ki, heç bir aidiyyəti qurum məsələyə diqqət ayırmır. Bu sahədə kimsə işləməlidir axı. Cəmiyyətdə memarlıq abidələri haqqında danışılır, müzakirələr gedir, amma heç nə dəyişmir”.

Professor qeyd edib ki, son 3-4 ildə Bakıda fasadların bu cür ağardılmasına rast gəlinmirdi.

“Bu gün biz görürük ki, şəhərin mərkəzində köhnə laqundalarla fasadı əvvəllər necə təmizləyirdilərsə, o cür də davam edirlər. Əslində, son 3-4 ildə Bakıda belə etmirdilər. İndi yenə başlayıblar. Demək ki, yenə nəzarətsizlikdir”, – deyə memar bildirib.

Qeyd edək ki, sözügedən bina 1906-1907-ci illərdə tikilmiş Əmiraslanovların evidir. Bina memarlıq abidəsidir və dövlət tərəfindən qorunur.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
Ardını oxu...
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) “Azərmətbuatyayımı” Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə satınalma müqaviləsi imzalayacaq.

Qaynarinfo xəbər verir ki, maliyyə dəyəri 391 833,6 AZN olan müqavilədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrin dövri mətbuata abunə yazılışı xidmətlərinin satın alınması nəzərdə tutulur.

Qurumun abunə yazılmaq istədiyi nəşrlər aşağıdakılardır:
“Kurikulum” jurnalı
“Azərbaycan məktəbi” jurnalı
“Azərbaycan” qəzeti
“Xalq” qəzeti
“Respublika” qəzeti
“Yeni Azərbaycan” qəzeti
“Bakinskiy Rabociy” qəzeti
“525 -ci qəzet”

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “Azərmətbuatyayımı” ASC 7 avqust 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 345 304 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, ev 30 K-də yerləşir. ASC-nin qanuni təmsilçisi Salmanov Süleyman Əli oğludur. Ondan əvvəl şirkəti Səfərli Vüqar Müzəffər oğlu təmsil edib.

Vüqar Səfərli 2009-2020-ci illərdə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru vəzifəsində işləyib. və 2021-ci ildə həbs edilib. Ona qarşı 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2-ci (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4-ci (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Vüqar Səfərli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il 6 ay azadlıqdan məhrum edilib. Hökmdə qeyd olunub ki, Vüqar Səfərli 3 il dövlət orqanlarında vəzifə tuta bilməz. Bundan başqa, onun Xətai rayonu, İsmayıllı rayonunda yerləşən fərdi yaşayış evləri müsadirə edilib, bank hesabına həbs qoyulub.

“Azərmətbuatyayımı” ASC Prezident Adminstrasiyasının ictimai-siyasi şöbəsinin keçmiş müdiri Əli Həsənovun şirkəti kimi tanınıb. Bu da səbəbsiz deyil. ASC-nin təsisçisi “Kaspi Mətbuat Yayım” MMC-dir. 1 mart 2004-cü ildə qeydiyyata alınan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi, ev 1-də yerləşir. Bu ünvanda Əli Həsənovun ailə üzlərinə məxsus “Atom Qida” MMC, “Bakı 24” MMC, “Kaspi AZ” MMC, “Mətbuat Evi” MMC, “Golden Prince” MMC, “Global Advertisment” MMC və “Kaspi Co” MTK qeydiyyatda olub. Bu şirkətlər artıq ləğv edilib. Bu məlumatlar indiyə qədər təkzib olunmayıb. Digər tərəfdən, ASC-nin təsisçisinin dəyişməsi barədə də açıq mənbələrdə heç bir məlumata rast gəlinmir.

BŞTİ-yə gəlincə, bu qurum Elm və Təshil Nazirliyinin tabeliyində fəaliyyət göstərir. İdarənin müdiri Mehriban Vəliyevadır. O, 2020-ci ildən bu vəzifədədir.
 
 
 
Ardını oxu...
Bankların, notariusların Dövlət Təhlükəsizliyi Xidməti (DTX) qarşısında yeni vəzifəsi müəyyənləşib.

Bu, Prezident İlham Əliyevin imzaladığı “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 26 dekabr tarixli 1080-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” fərmanda əksini tapıb.

Beləliklə, banklar, notariuslar sanksiya tətbiq edilməli fiziki şəxslər və qurumların aktivləri, sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların birbaşa və ya dolayı, təkbaşına və ya başqaları ilə birlikdə mülkiyyətində və ya nəzarətində olan aktivlər, habelə belə aktivlər vasitəsilə əldə edilmiş digər aktivlər, sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların adından və ya onların tapşırığı ilə fəaliyyət göstərən fiziki şəxslərin və qurumların aktivləri və sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların birbaşa və ya dolayı, təkbaşına və ya başqaları ilə birlikdə mülkiyyətində və ya nəzarətində olan qurumların aktivləri beynəlxalq və ölkədaxili siyahılar hədəfli maliyyə sanksiyalarına dair internet informasiya ehtiyatında dərc edildiyi vaxtdan təxirəsalınmadan və həmin maddədə göstərilən şəxslərə xəbərdarlıq etmədən dondurmalı və dərhal bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinə, habelə maliyyə monitorinqi orqanına həmin internet informasiya ehtiyatı vasitəsilə məlumat verməlidirlər.
 
Ardını oxu...
Suqovuşan Fatehi Qazi Xalid Məmmədov! Ermənilərə qan udduran gizir!
Düz 4 ildir haqqı tapdalanır, 4 ildir gözü əmrinə canını qurban verdiyi dövlətindən ədalətli qərar gözləyir!
ƏSMN-yi və birbaşa Sahil Babayev heç bir səbəb göstərmədən onun haqqını - hüququnu tapdalamaqla məşğuldur!
Nədir günahı Xalidin? Erməniyə güllə atmaq?
4 ildir adamın əlillik dərəcəsini niyə vermirlər? Axı, qəlpə sol qasıq nahiyəsindən girmiş, sol sarğı nahiyəsini parçalayib. Parçalanmış hissədə xeyli sayda qəlpə də qalib. Ayağını zorla çəkib aparır.
Hələ cavandır , hələ çəkib apara bilir, bəs bir neçə ildən sonra Xalidin vəziyyəti necə olacaq?
4 ildir evinə 1 çörək almaq imkanından məhrumdur! Bəs onun balaları nə vaxt ürəklə atasının üstünə qaçıb ondan kömək umacaqlar?
İgidlərimizi dövlət orqanları niyə belə ailəsi , el- obası, xalqı yanında sındırır?
Xalid dərdini danışır, üsyan edir ƏSMN qarşısında üsyan edir
Əntiqə Rəşid Aslan
TEREF: Xocanin Blogu

 
Ardını oxu...
Qazax rayon Müalicə Diaqnostika Mərkəzində istilik sistemi işləmir.

Deyilənə görə 3 ildir ki, "kondisionerlər" xarab olub, təmir edən yoxdur. Orada çalışan işçilər isə bu barədə etiraz edə bilmirlər. Qorxurlar ki, birdən işdən çıxardarlar. Məcbur olub əyinlərini qalın geyinib, susmağa üstünlük veriblər.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə işçilər giley edir. Onlar bildirir: "Qışın sərt ayı (fevral) hələ qabaqdadır, belə getsə işçilər məcbur olub otaqda tonqal qalamalı olacaqlar.

Başa düşmürük, dəyəri milyonlarla ölçülən müasir tipli xəstəxananın kondisionerləri niyə işləmir? Üç ildir xarab olan kondisionerlər günü bu günə qədər niyə təmir olunmayıb?

Qazax rayon Mərkəzi Xəstəxanasının direktoru Sevda Məmmədova bu barədə nə düşünür? Hörmətli Sevda xanım, Kondisionerlər niyə işləmir?"
Ardını oxu...
Yavnarın 31-də axşam saatlarında Sədərək rayonunda təbii qazdan ən az 35 nəfər zəhərlənib. Rayon xəstəxanasında kifayət qədər tibbi ləvazimat olmadığından, onlara təcili ilkin yardım göstərmək mümkün olmayıb. Bu səbəbdən, xəstələrin bir çoxunun vəziyyəti daha da ağırlaşıb və yaxınları öz avtomobillərində onları Şərur xəstəxanasına aparmalı olublar. Burada da xəstələrin hamısana ilkin yardım göstərmək imkanı olmadığından, onların bir qismi Naxçıvan şəhərindəki Mərkəzi Xəstəxanaya göndəriliblər.
Zəhərlənən şəxslərin yaxınlarının „Gündəlik Naxçıvan“a verdikləri məlumata görə, yollarda vaxt itirdiklərinə görə, bəzi xəstələrin həyatda qalması sual altındadır.
Zərərçəkmişlərin yaxınları baş verən hadisəyə görə, Naxçıvan Qaz İstismar İdarəsini günahlandırırlar:
“ Bildirildiyinə görə, qaz sızmasını yoxlamaq üçün qazın tərkibinə hansısa maddə qatılıb. Bu zaman əhaliyə heç bir xəbərdarlıq edilməyib. Əhali də qazdan ənənəvi qaydada istifadə edib. Həmin maddə nədirsə insanları kütləvi şəkildə zəhərləyib“.
Yerli sakinlər bildirirlər ki, Sədərək xəstəxanasında oksigen balonu və digər ləvazimatlar olmadığından, ağır xəstələrə vaxtında ilkin yardım gösərmək mümkün olmayıb:
„Dedilər ki, biz ağır xəstələri qəbul edə bilmərik, çatdırın Şərur xəstəxanasına. Ambulans istədik, dedilər yoxdur. Məcbur olub, şəxsi maşınlarla apardıq. Orda da dedilər ki, biz hamısını qəbul edə bilmərik, çatdırın Naxçıvan şəhərinə. Yenə ambulans vermədilər. Yerdə qalan xəstələri birtəhər Mərkəzi Xəstəxanaya catdırdıq, həkimlər deyir ki, bəzi xəstələr gecikdirildiyindən, vəziyyətləri sual altındadır. Sonra nazirlikdən gəlib, bizə hədə-qorxu gəldilər ki, heç yerə şikayət etməyək“.
TEREF: Xocanin Blogu
 
Ardını oxu...
Bakı-Qazax avtomagistralının Tovuz rayonundan keçən hissəsində biabırçılıq sürücüləri çaş-baş saləb.

32gun.az xəbər verir ki, sosial şəbəkədə yayılan görüntüdə yol nişanlarının düzgün yerləşdirilmədiyi bildirilir.

Həmin görüntünü təqdim edirik:
https://www.tiktok.com/music/orijinal-ses-7330412087254059777?is_from_webapp=1&sender_device=pc
 
 
 
Ardını oxu...
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində rəhbər dəyişikliyindən sonra pensiyalara, sosial müavinətlərə və əlillik dərəcələrinə də münasibət dəyişdi. Xeyli adamın pensiyası kəsildi. Sosial yardım almaq çətinləşdi. Əlillik dərəcəsi əldə etmək şərtləri müərəkkəbləşdirildi.
Bizimyol.info xəbər verir ki, əlillik üçün müraciət edənlərin yarıdan çoxuna “yox” cavabı verilir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi yalnız 43 faiz halda müsbət reaksiya göstərirmiş. Əlillik üçün müraciət edənlərin 57 faizi əliboş qalır. Agentlik müraciətlərin əksərinin motivlərinin doğru olmadığını hesab edir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi Anar Bayramovun fikrincə, saxta rəylərin verilməsi belə mənzərə ortaya çıxarır. Dövlət qurumu etiraf edib ki, tibb müəssisələrində saxta rəy verilməsi halları var və olduqca çoxdur.
Anar Bayramov ziddiyyətli danışıb. Bir tərəfdən deyir ki, saxta rəylərə görə müraciətlərin daha böyük hissəsinə rədd cavabı veriblər. Digər yandan da əlilliyin təyinatında kəskin artım qeydə alındığını dilə gətirib. Onun sözlərinə görə, ilkin əlilliyin təyinatında ötən illərlə müqayisədə 27 faiz artım olub.
“50 min 726 əlillik təyinatının 24 faizi orqanizmin 80-100 faiz pozulmasına görə təyin edilib. Əvvəllər birinci qrup üzrə əlillik 6 faiz olurdu. Gördüyünüz kimi, burada 4 dəfə artım qeydə alınıb. Əlillikdə əsasən göz və pxisi xəstəliklər əsas yer tutur”.
Ziddiyyət ifadələrdə aşkar hiss olunur. Agentlik rəsmisi hər vəchlə vəziyyətin yaxşılığa doğru dəyişdiyini göstərmək istəyib. Amma ifadələri də ziddiyyətli səslənib. Anar Bayramov bildirib ki, təyinat zamanı təqdim olunan bütün sənədlər daim dəqiqliklə yoxlanılır: “Ümumilikdə, ötən il təyinatla bağlı 70 mindən yuxarı müraciət olub. Bununla yanaşı, il ərzində təkrar əlilliyə görə müraciətlərin sayı iki dəfə azalıb”.
Agentlik rəsmisi çox şey deyə bilər. Ölkədə vəziyyəti əksəriyyət yaxşı anlayır. Sahil Babayev nazir postunu tutandan pensiya və müavinətlərlə bağlı məsələ çətinləşib. Pensiyalar ləğv olunur, sosial yardım verilmir və əlillik dərəcəsi almaq cəhənnəm əzabına çevrilir. Elə bil qarşıya məqsəd qoyublar ki, insanlara mümkün qədər az pul versinlər.
 
Ardını oxu...
İnternet televiziyalarından birinin əməkdaşı Sevinc İbrahimovanın törətdiyi qəzaya görə qazi aylarla işsiz qalıb. Vətən Müharibəsi iştirakçısı Məhəmməd Nəsirov məsələ ilə bağlı Avtosfer.az-a müraciət edib. O, iddia edir ki, ötən il oktyabrın 24-də özünü vəzifəli şəxs kimi təqdim edən Denis adlı oğlan, Qazaxıstan vətəndaşı, telejurnalist Sevinc İbrahimova və yaxın dostları Aydın Nəsirov küçəsində yerləşən “Manqal” restoranında yeyib-içiblər: “Sonra saat 23 radələrində Sevincin xanımın rəfiqəsi Şepel Viktoriya mənə məxsus "Kiosk N-9" ASC-ya yaxınlaşıb. Bu zaman Sevinc İbrahimova Denisin "Bentley Bentayga” markalı, MO11YX777 qeydiyyat nişanlı avtomobilinə əyləşərək onun üzərinə sürüb. Nəticədə Şepel Viktoriya Volodimirvnaya aldığı xəsarətdən ölüb, mənim isə köşkümə ciddi ziyan dəyib. Qəza zamanı köşkdə çalışan iki işçim – Nəsirov Nihat və Nəsirli Nicat xəsarət alıb və onları xəstəxanaya aparmışam”.

Məhəmməd Nəsirov bildirib ki, hadisə yerinə gəldikdə tanışlarının dağılmış məhsulların az bir qismini (təxminən 2 min manat dəyərində) topladıqlarını görüb: “Qəza nəticəsində mənə 13 min manata yaxın ziyan dəyib. Dəymiş ziyan heç bir şəkildə ödənilmir. Hadisədən sonra Denis mənə yaxınlaşıb bildirib ki, o vəzifəli şəxsdir. Sevinc İbrahimovanın vəkili Pərvin Məmmədov isə ziyanın qarşılığında sadəcə 3 min manat ödənilə biləcəyini təklif edir. Bu isə məni qane etmir. Oktyabrın 25-də faktla bağlı Səbail Rayonu Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi açılıb”.

Qazi vurğulayıb ki, dəymiş ziyanla yanaşı hadisədən indiyə kimi işsiz qalıb. Bu da onun üçün maddi problem yaradır: “Çünki köşk dağıldı, hələ də bərpa etməyiblər. Mən ən azı ayda 1000 manat qazanırdım. İşçilərim də maaş alırdı. Hazırda bu gəlirdən məhrum olmuşuq. Hadisəni törədən Sevinc xanımla görüşə bilmirəm. Denis adlı şəxs də ortaya çıxmır. İşçilərimə dəyən ziyana görə pul ödədilər. Qəza zamanı başqa maşını vurub əzmişdi. Onun da pulunu ödədilər. Ancaq mənə dəyən ziyanı ödəmirlər. İşlətdiyim köşkün sahibi şəhid xanımıdır. O da neçə aydır gəlirdən məhrum olub”.

Qarşı tərəf olan Sevinc İbrahimovanın vəkili Pərvin Məmmədov isə bu barədə Avtosfer.az-a bildirib ki, humanist yanaşaraq vətəndaşa 3 min manat pul təklif olunub: “Qeyd edilən məsələdə dəymiş ziyan müqabilində maksimum 5 min manat pul ödənilə bilər. Qarşı tərəf tələb etdiyi məbləği almaq üçün ona dəymiş ziyanı sənədlərlə sübut etməlidir. Bu halda sübut olunan məbləği ödəməyə hazırıq”.

Qeyd edək ki, Sevinc İbrahimova həbs edilməyib. İdarə etdiyi maşınla rəfiqəsini öldürən həmin şəxs yerli telekanallardan birində çalışırdı. Lakin hadisədən sonra onu məzuniyyətə göndərib işdən azad ediblər.

 
 

 


Dünyapress TV

Xəbər lenti