Ardını oxu...
Azərbaycanda tibbi təchizat sahəsində fəaliyyət göstərən “Azeri Med” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Milli Onkologiya Məkəzinin iki tenderinin qalibi seçilib.

Tenderlərdən biri şüa avadanlıqları və digər tibbi avadanlıqların cari təmiri, texniki xidmət, material ehtiyatları kimi tanınan hissələrinin, detallarının alınması və dəyişdirilməsi, digəri isə tibbi və digər avadanlıqların satın alınması ilə bağlı keçirilib.

Bu iki tender üzrə MOM-la “Azeri Med” QSC arasında bağlanan satınalma müqaviləsinin ümumi maliyyə dəyəri 7 119 243,84 AZN təşkil edir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “Azəri Med” QSC 2 iyul 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 000 AZN-dir. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Asif Məmmədov küçəsi, ev 30 F-də yerləşir. QSC-nin qanuni təmsilçisi Rəhimli Famil Vəli oğludur.

Araşdırmalarımız zamanı aydın olub ki, “Azəri Med” QSC 10 manatlıq nizamnamə kapitalı ilə MMC kimi yaradılıb. Daha sonra bu məbləğ 1020 AZN-ə, 2020-ci ildə isə 10 000 AZN-ə çatdırılıb.

2020-ci ildə isə şirkətin təşkilati hüquqi forması dəyişdirilib və “Azəri Med” QSC-yə çevrilib.

“Azəri Med” QSC-nin tibb sektorunda əsas oyunçulardan biri olması təsadüfi deyil. Məsələ burasındadır ki, bu şirkətin sahibi Milli Məclisdə təmsil olunur. Söhbət 9 saylı Binəqədi seçki dairəsindən mandat qazanan Kəmaləddin Qafarovdan gedir.

“Azəri Med” QSC-nin Kəmaləddin Qafarova məxsus olması barədə mediada kifayət qədər yazılıb. Qarşı tərəf bu iddiaları indiyə qədər təkzib etməyib.

“Azəri Med” QSC demək olar ki, vaxtaşırı MOM-un iri məbləğli tenderlərinin qalibi seçilir. Bu da təsadüfi deyil.

Kəmaləddin Qafarov 2014-2015-ci illərdə MOM-un direktor müavini vəzifəsində işləyib. O, deputat olmasına baxmayaraq indi də qeyri-rəsmi olsa da, MOM-da səalihiyyət sahibi hesab olunur.
Mənbə: Reportyor.info
 
Ardını oxu...
Hər dəfə "Palmali" şirkətindən yazanda Mübariz Mənsimovun sosial şəbəkələrdəki trolları hücuma keçirlər.
Yenə elə olacağını bilirəm. Nə etmək olar, bunlar da evə çörəyi bu yolla aparırlar.
İstifadə olunmağı özlərinə yaraşdırırlarsa, nə mən, nə də kimsə başqası onları bundan sonra dəyişə bilməz.
Mübariz Mənsimov, onun şirkəti, gəmiləri, erməni iş adamı ilə münasibəti, cəmiyyətə sırıdığı xeyriyyəçi imici və s. və i.a. haqqında bir neçə dəfə yazmışam.
Dərhal da mənsimovçuların təzyiqlərinə məruz qalıram.
Xüsusən də onun İstanbulda fəaliyyət göstərən Hüseyn Cavid məktəbinə qarşı çirkin oyunları barədə məlumat verib məsələni ictimailəşdirmişəm.
İndi isə keçmiş gəmi aşpazının hazırda davam edən əməllərindən birini bildirim.
Mübariz Mənsimovun “Şəhid Adil İbrahimli” adını daşıyan tankeri var.
Bu tankerin bosmanı Nəsimi Şükürov işlədiyi şirkətin rəhbərliyinə məktub göndərib. Məktubun məzmunundan məlum olur ki, Şükürov Nəsimi Əliağa oğlu istehsalatda ciddi zədə alıb.
Ardını oxu...
27 oktyabr 2023-cü il tarixində gəmidə baş verən qəza nəticəsində 82°C hərarətində kimyəvi yuyucu maddə onun üstünə tökülür. Nəsiminin bədəninin aşağı hissəsi,qolları yanır. İzmail şəhərindəki (Odessa,Ukrayna)xəstəxanalardan birinə çatdırılan Şükürov orada 20 gün (27.10.2023-16.11.2023) müalicə olunur. Amma xəstəxanadakı antisanitar şərait onun orqanizmini başqa xəstəliklərə yoluxdurur.
Nəsimi Şükürov sağlamlığının bərpası üçün1570 manat xərci çıxdığını bildirir. Kompensasiya almaq üçün üz tutduğu “Palmali” şirkəti isə ona cəmi 2500 manat təklif edir. Şikayətçi deyir ki, ona daha çox kompensasiya ödənilməlidir: “Əvvəla, hadisə şirkətlə bağladığım kontraktın bitməyinə 3 ay qalmış baş verib.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Deməli, sağlamlıq səbəbindən işləmədiyim 3 aylıq maaşımı da verməlidirlər. İkincisi, sığorta pulu da ödəməlidir.
Doğrusu, indi baxıram ki, şirkətlə bağladığım müqavilədə sığortanın barədə heç nə göstərilməyib.
Bu isə iş qanunvericiliyinə ziddir. Bundan əlavə, müalicə pulu da alacağım vəsaitə əlavə olunmalıdır.
Şirkət isə mənə müalicəmdən başqa sanki 900 manat “sus” pulu ödəmək istəyir”.
Bosman Nəsimi Şükürov deyir “Palmali” şirkətlər qrupunun sədri Mübariz Mənsimov həbsdə yatanda çoxu onu ondan üz döndərən vaxt mən işi atıb qaçmadım.
Amma indi bu sadiqliyinin qarşılğını görmədiyinə görə heyfsilənir:
“Belə dilənçi insanlarla həyatda ilk dəfə rastlaşıram. Başqa şirkətlər Ukraynaya gedən dənizçilərə həyati təhlükəsi olduğuna görə kompensasiya ödəyir.
Mən isə faktiki iş qəzası kecirmişəm, hər gün həyacan siqnalı çalınan İzmail şəhərində 20 gün xəstə yatmışam, bunlar isə mənə heç bir şey etmək istəmirlər”.
Ardını oxu...
Hörmətli oxucular, bu da "xeyriyyəçi" Mübariz Mənsimovun tabeliyindəki əməkdaşına münasibəti.
Xəstənin pulunu kəsən işbaz işçisinin dar günündə özünün necə adam olduğunu nümayiş etdirir.
İnsanı istismar edib qədrini bilməyən birini bir daha tanıyın.
Sima Babayeva
TEREF: Xocanın Blogu
Səhifəmiz hamının fikirləri üçün açıqdır!
 
         
Ardını oxu...
Əməliyyat da daxil olmaqla müayinə və qida kimi xərclər vətəndaş üçün ödənişsiz göstərilir.

2021-ci ilin aprelindən Azərbaycanda tibbi sığorta bütün ölkə ərazisində işə düşüb. Haradasa, 3 ildir ki, vətəndaşlar bir çox tibbi müayinə və müalicələri pulsuz almaq imkanı qazanıblar. Bundan başqa sığorta bir çox cərrahiyyə əməliyyatını da qarşılamalıdır.

Bəs, 3 ildir tətbiq olunan Tibbi sığorta xəstəxanalarda rüşvətin kökünü kəsə bilibmi?

Daha ətraflı Azadlıq Radiosunun materialında:

 
 
 
Ardını oxu...
“Ödənişli Bakı-Quba yolunda sürət həddini göstərən yol nişanları sürücülərə xatırlatma məqsədilə qurulub. Kim istəyirsə artıq sürsün”.
BEY.AZ xəbər verir ki, bu sözləri AAYDA-nın idarə heyətinin sədri Saleh Məmmədov Baku TV-ə açıqlamasında deyib.
“Biz sürücülərə xəbərdarlıq üçün həmin nişanları quraşdırmışıq. Orada heç bir radar və nəzarət yoxdur. Sürət həddini 110 km/saat-dan yuxarı kim sürmək istəyirsə, sürsün”.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
“Xəbər Xətti”
 
 
 
Ardını oxu...
Teref. yazır ki, səhifəmizə müraciət edən vətəndaş yazır, cənab Prezident İlham Əliyev çıxışlarında bildirir ki, istənilən dövlət məmurları , istənilən sahibkarlar, istənilən fiziki şəxslər və hüquqi şəxslər əhaliyə gözəl xidmət etməlidirlər. O, cümlədən dövlətin qoyduğu qanunlara əsasən dövlətin vergisini də verməlidirlər. Yerindən və zamanından asılı olmayaraq olunan haqsızlığın qarşısında birbaşa durmaq lazımdır. Söhbət gedən yer isə Aztur Travel və Aztur Renta car kirayə maşınlar verilən yerə də aiddir. Nə işçilərin düzgün qaydada sənədləri var. Nə də ki, ödəniş zamanı belə orda heç bir qəbz verilmir. Kimə güvənilir? Bunun haqqında araşdırmalar aparılır lazımi tədbirlər görüləcəkdir!
Teref olaraq adı çəkilən şirkətlə əlaqə yaradaraq onlrında mövqeyini öyrənmək istəsəkdə baş tutmadı.
Qarşı tərəfin mövqeyinidə dərc etməyə hazırıq!
TEREF: Xocanın Blogu
Ardını oxu...
Sabirabad rayonunda insanların kompakt yaşadıqları Suqovuşan adlanan ərazidə eləcə də rayon mərkəzi ərazilərində ətraf mühütin mühafizəsi və qorunması nöqteyi nəzərindən vəziyyət çox acınacaqlıdır, bu da rayonda ağır xəstəliklərin yaranmasına ciddi səbəbdir.
Ekologiya.az bildirir ki, bu barədə Sabirabad rayon ziyalılarının şikayətində deyilir.
Ziyalıların iddiasına görə, rayonun mərkəzi adlanan ərazidə və Suqovuşan qəsəbəsində zibil qalaqları ilə bərabər kəsilmiş heyvan dəriləri, nəcisləri və çürümüş qalıqları yerli sakinlərin haqlı narahatlığına səbəb olub. Pis qoxu, zibil qalaqları, yandırılan və doğranan on illik ağaclar və pislik içində olan ərazidə yayıla biləcək ağır xəstəliklər həqiqətəndə yerli yerli icra hakimiyyətindəki vəzifəliləri nədənsə hələ də narahat etmir.
Göndərilən müraciətdə deyilir ki, yaranan problemlə bağlı dəfələrlə Sabirabad icra hakimiyyətində qəbulda olunub. Amma, bu da nəticə verməyib. Rayonda hər şeydən anında xəbardar olan icra hakimiyyəti nədənsə rayonu cənginə alan zibil qalaqlarına və yayılan üfunətə laqeyd və etinasız yanaşır deyən rayon ziyalıları öz müraciətlərində seçkiöncəsi prezidentdən də kömək istəyirlər.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühütün qorunması yolunda dayanıqlı mübarizəsi və həyata keçirdiyi təbiətin səhmana salınması və inkişaf etdirilməsi yolundakı siyasəti gərgin əməyin reallığıdır. Amma, nazirliyin əziyyətlə ərsə gətirdiyi ətraf mühütün qorunması yolunda inkişaf və mühafizə siyasətinə həmçini dövlət proqramına qarşı çıxan yerli icra orqanları görünür, fəaliyyətləri kimi çirkli ətraf mühütün olmasından da qazanc əldə edirlər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə yanaşı DİN-nin əməkdaşları ətraf mühitin mühafizəsi, ekoloji vəziyyətin yaxşılaşdırılması və təbii sərvətlərimizin qorunması üçün gərgin əmək sərf edir, ətraf mühütü qorumaq üçün vətəndaşları marifləndirir, qanunu pozanlara cərmələr yazılır, müvafiq cəzalar tətbiq edirlər.
Görünür Sabirabad rayon icra hakimiyyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi və DİN-nin gərgin əməyini yanlış dəyərləndirir. Elə bilirlər ki, ətraf mühitin mühafizəsi ilə yanaşı, zibillikləri təmizləmək də nazirlik və polisin işidir. Onlara düşən isə kreslolarında rahat oturub, inzibati binanın pəncərəsindən zibilliklərlə qalaqlanmış yol kənarları, bazar girişləri, içməli su hövzələri, kanal kənarları və rayonun açıq ağaclıq ərazidə aylarla yığılıb qalan tör-töküntü pisliyindən ətraf mühütdə yarana biləcək iyrənc xəstəlikləri müşahidə etməkdir...
Mövzu davam edəcək!
Ekologiya.az video və fotoları təqdim edir:


 
 
 

Ardını oxu...

Ötən gün saat 10 radələrində Sumqayıt şəhəri ərazisində "Archico” MMC-də fəhlə işləyən 1977-ci il təvəllüdlü Nazim Bağırov kanalizasiya xətti çəkilişi zamanı torpaq uçqunu altında qalaraq ölüb.

Yeniavaz.com xəbər verir ki, bu, "Archico” MMC-nin işçilərinin ölümünə səbəb olan ilk hadisə deyil.

Daha əvvəl "Archico” MMC-nin əməkdaşı Ceyhun Paşayev Yasamal rayonu, Moskva prospekti ev 75A, mənzil 30 ünvanında elektrik xəttində təmir işləri görən zaman elektrik cərəyanı vurması nəticəsində ölüb.

Məlumat üçün bildirək ki, "Archico” MMC 50 manat nizamnamə kapitalı ilə 2010-cu ildə təsis olunub. MMC-nin qanuni təmsilçisi Musayev Cavid Musa oğludur. Şirkətin hüquqi ünvanı "Bakı şəhəri, Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli ev 14A”da yerləşir. Şirkətin təsisçisi Məhəmməd Musayevdir.

Ardını oxu...

Məhəmməd Musayev

"Archico” MMC həmçinin dövlət qurumlarının dəyəri milyonlarla manat olan çoxsaylı layihələrinin icraçısıdır. Şirkət hazırda Şuşa şəhərində yaşayış binaların tikintisi ilə də məşğuldur.

"Archico” MMC 2022-ci ildə "Azərsu” ASC-nin Novxanı və Saray qəsəbələrinin bir hissəsinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı keçirdiyi 9,4 milyon manatlıq tender müsabiqəsində qalib olub. Tender müsabiqəsinin icrası 2025-ci ilin sonuna kimi davam edəcək.
Ardını oxu...
Təkcə avadanlıqları 2 milyona başa gələn qazanxanaya nə qədər vəsait xərcləcənəcək? - BDU-da şübhəli qazanxana layihəsi...
Bakı Dövlət Universitetinin (BDU) ərazisində yeni qazanxana tikiləcək.

Reportyor.info xəbər verir ki, BDU artıq yeni tikiləcək qazanxana üçün avadanlıqların alınması ilə bağlı tenderə yekun vurub. Tenderin qalibi “A.E.S – Trading” MMC seçilib. Şirkətin təklifi 2 498 018,7 AZN-dir.
Universitet bu məbləğə qaz detektetoru, drenaj nasosu, qazan, odluq, dövriyyə nasosu, isti su sistemi üçün resirkulyasiya nasosu, kimyəvi su təmizləmə qurğusu və s. avadanlıqlar alacaq.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə “A.E.S-Trading” MMC 19 fevral 2-16-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ə.Qasımov küçəsi, ev 25-də yerləşir. MMC-nin qanuni təmsilçisi Əhmədov Elvin Valeryeviçdir.

Açıq mənbələrdə şirkət haqqında heç bir məlumat yoxdur. Elvin Əhmədov barəsində də hər hansı qeydə rast gəlinmir.

BDU-nun tenderi ötən ilin noyabrında elan edilib. Oktyabr ayında isə “A.E.S-Trading” MMC barəsində inzibati iş başlanıb. Şirkət barəsində bu tenderin qalibi seçilməmişdən əvvəl, daha dəqiqi ötən ilin oktyabrında inzibati iş başlanıb. Şirkətə qarşı İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə (Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) maddəsi ilə ittiham irəli sürülüb.

Bu maddədə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir.

İş baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. Nəticə barədə açıq mənbələrdə heç bir bilgi yoxdur.
Bundan başqa, şirkətin hazırda 1936 manat vergi borcu var.

“A.E.S-Trading” MMC dövlət satınalmalarında da fəal deyil. Dövlət satınalmalarının elektron portalındakı elanlardan məlum olur ki, şirkət yalnız bu yazıda bəhs etdiyimiz tenderin qalibi seçilib.
Beləliklə, BDU-nun populyar olmayan, maddi-texniki bazasının hansı vəziyyətdə olduğu bilinməyən, bir şirkətə milyonluq layihə həvalə edib. Bu isə universitetlə şirkət arasındakı sövdələşmədə hansısa qaranlıq məqamların olduğuna .şübhələri artırır.

BDU-nun rektoru Elçin Babayevdir. O, 2019-cu ildən universitetə rəhbərlik edir.
 
Ardını oxu...
Sabunçu rayon Məhkəməsində "Sea Breeze”dəki kütləvi dava ilə bağlı başlanmış üç cinayət işindən biri ilə bağlı məhkəmə araşdırması davam edir. Hakim Mirheydər Zeynalovun sədrliyi ilə keçirilən proses sona çatmaq üzrədir. Lakin hər dəfə uzun müddətli fasilə verilir deyə yekun nəticə meydana çıxmır. Bu isə iş üzrə zərərçəkən və təqsirləndirilənlərin valideynlərinin narazılığına səbəb olur.

Tərəflər məhkəmənin süni şəkildə uzadıldığını dilə gətirir, övladlarının uzun müddət həbsdə saxlanılması üçün prosesin heç bir əsas olmadan uzadıldığı qənaətini bölüşürlər. Deyirlər ki, Azərbaycan məhkəmə-istintaq praktikasında xuliqanlıq maddəsi ilə həbsdə yatan yoxdur. Belə əməllərə yol verənlər əksər hallarda cərimə ödəməklə və ya şərti cəza ilə azadlıqda gəzdikləri bir vaxtda, onların övladları heç bir xuliqanlıq əməlinə yol vermədiklərinə baxmayaraq həbsdə saxlanılırlar. Heç bir əsas olmadan qanun ən sərt şəkildə övladlarına tətbiq olunur. Halbuki, övladları ali təhsillidirlər, gənc yaşlarına baxmayaraq nailiyyətləri, aralarında övlad sahibi olanları da var.

Vəkillər çıxışlarında da bu məqamlara xüsusi vurğu edirlər.

Sözügedən məhkəmə prosesi birinci cinayət işini əhatə edir və bu iş üzrə Elmir İsmayılov, Məhəmməd Həsənzadə, Peyman Vəlizadə və məktəbli Murad Əhmədli hakim qarşısına çıxarılıblar.

Zərərçəkən kimi isə Elnur Məmmədov və Cavad Muradov tanınıblar. Yanvarın 18-də keçirilən prosesə Elnur Məmmədov yenə də qatılmayıb. Hakim onun iştirakı olmadan prosesin keçirilməsi üçün tərəflərin münasibətini öyrənib. Etiraz olmadığından Elnur Məmmədovun məhkəməyə ərizəsini xatırladıb. Həmin ərizədə Elnur Məmmədov qarşı tərəflə barışdığını, təqsirləndirilənlər barəsində həbslə əlaqəli olmayan hökm çıxarılmasını xahiş edir.
Bundan sonra elmir ismayılovun vəkili Abbas Kərimbəyli müdafiə nitqi ilə çıxış etdi.

Dövlət ittihamçısı Amin Şəkərəliyevin çıxışına münasibət bildirən vəkil dedi ki, onun fikri ilə qəti şəkildə razı deyil: "Dövlət ittihamçısı ittihamı elan etdiyi kimi çıxışında da təqsirləndirilən şəxslərə cəza tələb etməsini əsaslandırmalı idi. Niyə görə həbslə əlaqəli ağır cəza tələb etməsini əsaslandırmalı idi. Hətta azyaşlıya da cəza istəməsini, 1 il 9 ay azadlıqdan məhrumetmə cəzası tələb etməsini əsaslandırmalı idi. Bunu etməməyinin də səbəbi başa düşürük, bilirik ki, əməldə ağırlaşdırıcı hallar yoxdur. Əksinə yüngüləşdirici hallar var. Elmir İsmayılov haqlı olaraq ittiham üzrə özünü təqsirli bilmir.

Videogörüntülərdən də aydın şəkildə görünür ki, ümumiyyətlə Elmir İsmayılov heç bir videoda yoxdur. Bu cinayət işi guya Elnur Məmmədova xəsarət yetirilməsinə görə başlanıb. Hadisə yerinin videosundan da aydın şəkildə görünür ki, orada olanlar yıxılır, amma Elnur Məmmədov yıxılmır. Dövlət ittihamçısı, elə zərərçəkən şəxslər göstərsinlər ki, videoda Elnur Məmmədova xəsarət yetirilib. Orada kimsə tərəfindən Elnura xəsarət yetirilməsini göstərsinlər. Belə bir video yoxdur. Burada bir video nümayiş etdirildi. Həmin video burada nümayiş olunsa da, bu hadisəyə heç bir şəkildə aidiyyəti yoxdur. O videoda olan görüntülərlə əlaqəli nə həbs var, nə cəlb var, nə də cinayət işi var. Orada görünür ki, bir nəfəri Elnur döyür və o yerə yıxılıb huşsuz vəziyyətdə qalır. İş materiallarında, ittihamda və videonun axırında da bilinmir ki, həmin adam kimdir, sağdır yoxsa ölüb? Orada görünür ki, maşından düşürlər və başlayırlar dava eləməyə. Həmin əlbəaxa dava zamanı Elnura xəsarət yetirilə bilərdi.

Elmir tərəfindən ona xəsarət yetirilməsi ilə bağlı zərərçəkən şəxslərin heç biri demir. Elnurun baxış iclasında ifadəsində öz izahatını sərbəst şəkildə olduğu kimi dedi. İfadəsində də Elmirin onu döyməsini, maykasını cırmasını, xəsarəti kimin yetirməsini demədi. Dedi ki, ora restorandan çıxıb öz villama getdim, orada səs-küyə çıxdım, gördüm dava var, bəli, orada maykasız olan mənəm, bəli mən vurmuşam. Bir dəfə demədi ki, məni döyüblər, vurublar. Elmir İsmayılovun avtomobilinə zərbələrin vurulmasını hamı şahidlər dedi ki, bunu Elnur edib. Orada Elnur söyüş söyüb, təhqir edib və vadar edib ki, Elmir maşından düşsün, düşəndən sonra ona xəsarət yetirib. Elmirin kiməsə xəsarət yetirməsi barədə bir şahid yoxdur və olan şahidlər də bir söz demədi. Bütün şahidlər hamısı Elnurun adını çəkir. Onun söyüş söydüyünü, onun dava saldığını, onun xəsarət yetirdiyini deyirlər. Burada dedildi ki, guya Elnur Məmmədov barəsində ayrıca iş var. Xahiş edirik ki, bu haqda qərarı göstərin.

Bu iş əvvəldən qərəzli aparılıb. Şahidlər burada dedilər ki, orada Elnur Məmmədov "mən dava salacağam” deyib. Şamxal Məmmədov təqsirləndirilən şəxsdir, burada da məlum oldu ki, onun bu işə hər hansı bir formada aidiyyəti yoxdur. Elmir İsmayılovun qardaşı və digərilərinin hadisə zamanı orada olmadıqlarını mobil operatorların verdikləri lokasiya məlumatları da təsdiqlədi. Onlar dördü də bir yerdə Mərdəkanda olublar. Oradan da dava olub bitəndən saatlar sonra Nardarana gəliblər. Bütün bunlar istintaqın qərəzli şəkildə əleyhimizə yönəldiyi təsdiqlənir. Bu gün Elmir, Məhəmməd, Peyman və Murad heç bir səbəb olmadan təqsirləndiriləndir, Murad xaric digəriləri heç bir səbəb olmadan istinataq təcridxanasında saxlanılırlar. Bakı Dövlət Universitetinin hüquq fakültəsinin tələbəsi olub Elmir. Ona universitetdən, yaşayış yerindən, hərbi xidmət keçdiyi hissədən müsbət xasiyyətnamə verilib. Ona qarşı ittiham düzgün verilməyib. Elmir İsmayılova bəraət hökmü oxunmalıdır. Ona görə ki, heç bir sübutla, əsasla ittiham təqsirlənmir”.

Vəkil digər təqsirləndirilən şəxslər barəsində də bəraət hökmü çıxarılmasını istəyib.

Bundan sonra Murad Əhmədlinin, eyni zamanda Elmir İsmayılovun vəkili olan Ülvi Məmmədov müdafiə nitqi söylədi. Dedi ki, hadisə günü "Sea Breeze”də iki dava olub: "Həmin davalardan birincisində Elmir İsmayılova Elnur Məmmədov tərəfindən xəsarət yetirilib. İkinci hadisə isə təxminən 1 saat sonra baş verib. Hansının ki, burada videosu nümayiş olunub. Birinci hadisə zamanı təqsirləndirilən şəxslər, həmçinin Murad Əhmədli orada olmayıblar. Bunu lokasiya məlumatları da təsdiq edir. İlk iş üzrə Elmir İsmayılova Cinayət Məcəlləsinin 221.2 maddəsi ilə - yəni bir qrup şəxs tərəfindən xuliqanlıq ittihamının verilməsi absurddur. Çünki orada Elmir İsmayılova xəsarət yetiriləndə, o, tək olub. Digər təqsirləndirilən şəxslər ora bir neçə saat sonra gəliblər. Bunun də sübutları var. Anten məlumatları da təsdiq edir. İki nəfər arasında baş verən mübahisəyə qrup şəkilində xuliqanlıq ittihamı necə verilə bilər? Bu, istintaqın fərziyyəsidir. Təqsirləndirilən şəxslərin işə əlavə olunan ifadələri, hansılardan ki, belə nəticə çıxır ki, onlar özləri özlərinin əleyhinə ifadə veriblər, həmin ifadələrlə belə hadisənin baş vermə mexanizmi üst-üstə düşmür. Elmir İsmayılovun əməlində ümimiyyətlə cinayət tərkibi olmayıb. O, özü xəsarət almayıb, əksinə onun özünə xəsarət yetiriblər. Onun əməlində cinayət tərkibi olsa belə, 221-ci maddəyə tövsif oluna bilməzdi. Ən pis halda ona 128-ci maddə ilə - yüngül xəsarət yetirmə ilə ittiham verilə bilərdi. Tərəflər arasında barışıq olduğuna görə həmin maddəyə də istintaq zamanı xitam verilməli idi. Ancaq bu hadisəyə görə naməlum səbəbdən qrup halında xuliqanlıqla ittiham verilib. Murad Əhmədli isə ümumiyyətlə videoda yoxdur, o, hadisə yerində olmayıb. O, 3 aydır bura gəlib-gedir, heç kimin də yadına düşmür. Ona dövlət ittihamçısının tələb etdiyi cəza isə qanuna uyğun deyil. Azyaşlılara cəza tətbiqi fərqlidir. Bu, qanunun tələbidir. Bu şəxsin əməlində zorakı az ağır əməlin tərkibi olmadığına görə ona azadlıqdan məhrumetmə ilə bağlı cəza istənilməsi qanuni deyil. O, məktəbdə oxuyur, azyaşlıdır. Ümumiyyətlə dövlət ittihamçısının təqsirləndirilən şəxslərə istədiyi cəza Cinayət Prosessual Məcəllə ilə üst-üstə düşmür”.

Vəkil məhkəmədən hər iki müvəkkili barəsində bəraətverici əsaslarla hökm çıxarılmasını xahiş edib.

Vəkili Faiq Nəcəfli hakimin diqqətini "Sea Breeze”də davanın harada olmasına yönəldib: "Restorandan kənarda, dayanacaqda olub. Ora ictimai yer deyil. Elnur Məmmədov burada Elmir İsmayılov tərəfindən ona hər hansı bir xəsarət yetirildiyini demədi. Əgər ona orada xəsarət yetirilsəydi belə, bu əməl 221-ci maddə ilə tövsif oluna bilməzdi. Xahiş edirik ki, qərar qəbul edilərkən tövsif məsələsinə diqqət yetirilsin”.

Vəkil bildirib ki, Elnur Məmmədov məhkəmə prosesində çıxış edərkən zalda ajiotaj yaranıb: "Əgər həmin vaxt burada hər hansı bir itələşmə olsaydı, belə çıxır ki, bizi də ittiham etməliydilər ki, burada olmuşuq? Ora Məhəmməd, Peyman Elmiri hadisə olub bitəndən sonra həkimə aparmağa gəliblər. Ora kim gəlibsə, xuliqandır?”

Vəkil bildirib ki, orada iki şəxs arasında mübahisə olub və bu, heç bir halda qrup şəkilində xuliqanlıq əməli kimi tövsif oluna bilməzdi: "Heç bir şahid Elmirə qarşı ifadə vermədi. Onun kiməsə xəsarət yetirməsini demədi. Əksinə ona xəsarət yetirilməsini dedilər. İttiham tərəfi dövləti təmsil edir deyə, məhkəməyə təsiri olmamalıdır. Murada məhkəmədə hətta "sən kimsən” şəkilində sual da verildi. O, heç kimin yadına düşmədi. Onun xuliqanlıq etməsini dövlət ittihamçısı nə ilə sübut etdi? İttiham aktında ümumi sözlərlə insanların taleyi ilə oynamaq olmaz. Konkret sübutlar olmalıdır. Yoxdur! İstintaq dövründə bütün ifadələr şablon şəkilində yazılıb və hamısına da təqsirləndirilənləri aldatmaqla imzalatdırıblar. Oxumadan imza atdırıblar”.
Vəkil müvəkilinə bəraət verilməsini xahiş edib.

Məhəmməd Həsənzadənin vəkili Vüsal Orucov müdafiə çıxışı etmək istəsə də, hakim prosesin təxirə salındığını elan etdi. Vəkil Vüsal Orucov nə üçün, niyə sualları ilə hakimə müraciət etdi. Hakim ondan başqa bir vəkilin də çıxış etməli olduğunu deməklə prosesi təxirə saldığını elan etdi. Hər dəfə uzun fasilə verilməsi tərəflərdə narazılıq yaratsa da, hakim qərarını dəyişmədi.

qaynarinfo.az
 

Dünyapress TV

Xəbər lenti