Ardını oxu...
Azərbaycan Dövlət Dəniz Akademiyası Publik Hüquqi Şəxsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Qüdrət 055” MMC adlı şirkət olub.

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat dövlət satınalmalarının vahid internet portalında yerləşdirilib.

Məlumatda bildirilir ki, Dövlət Dəniz Akademiyası iaşə xidmətinin satınalınması məqəsdiylə “Qüdrət 055” MMC-yə 557 min 500 manat ödəyəcək.
Tender müsabiqəsinin şərtlərinə görə, qalib şirkət Dövlət Dəniz Akademiyasının sifarişi ilə 25 min nəfər üçün səhər, 100 min nəfər üçün isə nahar yeməyi təqdim edəcək.
Müsabiqə ilə bağlı diqqət çəkən məqamlardan biri odur ki, dövlət satınalmalarının vahid internet portalında adı keçən “Qüdrət 055” MMC barəsində Vergilər Xidmətinin reyesterində heç bir məlumat mövcud deyil.
Hal-hazırda dövlət qeydiyyatında “Qüdrət 055” MMC adlı şirkət yoxdur.
Ardını oxu...
“Qüdrət 055” MMC adlı şirkət 17 sentyabr 2018-ci il tarixində qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Binəqədi rayonu, Biləcəri ŞTQ, Ordubadi ev 9V-də yerləşib.
Daha sonra (2021-ci ilin fevral ayından əvvəl) şirkətin adı dəyişdirilərək “Doydum Catering” MMC olub. Maraqlı haldır ki, 3 il əvvəl adı dəyişdirilən şirkət 557,5 min manatlıq tender müsabiqəsində mövcud olmayan ad altında iştirak edib və qalib olub.
Başqa bir maraqlı məqam isə odur ki, “Doydum Catering” MMC-nin rəsmi saytında şirkətin 1994-cü ildə təsis olunduğu qeyd edilib.
Onu da bildirək ki, tenderi keçirən Dövlət Dəniz Akademiyasının rektoru sabiq kənd təsərrüfatı naziri və Hesablama Palatasının keçmiş sədri Heydər Əsədovdur.
Onu da qeyd edək ki, ötən ilin dekabr ayına olan məlumata görə Qida Təhlükəsizliyi Agentliyi “Doydum Catering” MMC –nin qida təhlükəsizliyi qeydiyyatından imtina edib. Səbəb kimi sahibkarlıq subyektində müvafiq sanitar norma və qaydaların tələblərinə əməl etmədiyi göstərilib.
 
Ardını oxu...
Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin 3 ildir boş qalan qalan sədri vəzifəsi uğrunda gedən gizli savaş kulminasiya nöqtəsinə çatmaqdadır.

Məlumata görə 2020-ci ildən “Azərkontrakt” ASC sədri vəzifəsini müvəqqəti əvəz edən Güləddin Dadaşovun sədr olmaq arzusu müxtəlif səbəblərdən reallaşmadığı qeyd edilir.

AzFakt.com-un etibarlı mənbədən aldığı məlumatda 20 ildir ASC-də müavini kürsüsünü tutan Güləddin Dadaşov bütün vasitələrdən və əlaqələrindən istifadə edərək sədr olmaq istədiyi, ancaq Güləddin Dadaşovun sədr postunu tutmaq uğrunda göstərdiyi çabalar fayda vermədiyi deyilir. Buna səbəb isə Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətində korrupsiya hallarının olması barədə səslənən iddialardır.

İyirmi ildir ASC-də müavin vəzifəsində, son 3 ildə isə sədr səlahiyyətlərini icra edən Güləddin Dadaşovun narahat olduğu əsas məqamlardan biri isə onun və komandasının qeyri-şəffaf faəliyyəti ilə bağlı Prezident Administrasiyasına və digər rəsmi qurumlara ünvanlanan çoxsaylı şikayət məktublarıdır.

Güləddin Dadaşovun ASC-nin hazırkı biabırçı durumuna dözə bilməyən "üsyançı kollektivi"nə qarşı səlahiyyətlərindən istifadə edərək təsir etdiyi də bildirilir.

Belə ki, Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” ASC-də 2004-cü ildən indiyədək müavin, son 3 ildə isə sədr səlahiyyətlərini icra edən Güləddin Dadaşov qurumda daha bir strateji vəzifəni zəbt edə bilib.

O, son 5 ildir ki, müavin, sədr əvəzi vəzifəsini daşıya-daşıya eyni zamanda Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Səhmdar Cəmiyyətinin Apellyasiya Şurasının sədri vəzifəsini də ələ keçirib.

Güləddin Dadaşovun ASC-də mühüm vəzifələri ələ keçirdiyinə görə hüdudsuz səlahiyyət sahibi olduğu, onun əməllərinə boyun əymək istəməyən işçiləri isə bu səlahiyyətlərindən sui-istifadə edərək vəzifələrindən uzaqlaşdırdığı vurğulanır.

Qeyd edək ki, Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyəti 1996-cı ildə təsis edilib.

Nazirlər Kabinetinin 2020-ci ildə verdiyi Qərarla Azərbaycan Respublikasında daxili bazarda təbii qazın qaz istehsalçılarından satın alınması, onun nəqlinın, ölkədaxili paylayıcı və istehlakçılara satışının təşkil olunması “Azərkontrakt” ASC-yə həvalə edilib.

“Azərkontrakt” ASC tam təsərrüfat hesablı dövlət təşkilatıdır.
 
Ardını oxu...
Ötən gün 4 körpənin ölümü ilə nəticələnən, yanğın hadisəsinin baş verdiyi “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasına mərkəzləşmiş şəkildə istiliyin verilməməsinə aydınlıq gətirilib.
“Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sözügedən tibb müəssisəsi “Azəristiliktəchizat” in balansında olan mərkəzləşmiş istilik sistemlərinə qoşulmayıb. Xidmət rəisi bildirib ki, “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binası tibb müəssisəsinin özünün fərdi qazanxanası ilə istiliklə təmin olunurmuş.
Qeyd edək ki, hazırda 151 səhiyyə müəssisəsi mərkəzləşmiş qaydada "Azəristiliktəchizat” ASC tərəfindən istiliklə təmin edilir.

Onu da əlavə edək ki, yanğın zamanı tibb müəssisəsinin yanğın xəbərdarlığı vasitələrinin də işlək vəziyyətdə olmadığı üzə çıxıb. Bu isə haqlı olaraq Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin tibb müəssisəsində yoxlama aparıb-aparmadığı ilə bağlı suallar yaradıb. Elə bu sualla biz də FHN-ə müraciət etsək də, nazirlikdən hadisə ilə bağlı istintaq getdiyini, açıqlama vermək ixtiyarlarının olmadığını söylədilər.
Məlumat üçün onu da bildirək ki, dünən Azərbaycan Respublikasının Baş Prokurorluğu Perinatal Mərkəzdə baş vermiş yanğının ilkin səbəblərini açıqlayıb. Rəsmi açıqlamada bildirilir ki, Mərkəzin direktoru Mehriban Abasquliyeva tərəfindən müəssisədə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi işinin düzgün təşkil olunmaması, hadisənin baş verdiyi Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında tibbi avadanlıqların düzgün istismar olunmaması, palatada normadan artıq tibbi avadanlıqların istifadə edilməsi, habelə elektrik qidalandırıcılarda əvvəlki günlərdən yaranmış nasazlığın vaxtında aradan qaldırılmasını təmin etməməsinə əsaslı şübhələr müəyyən edilib.
Həmçinin, istintaqla Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin yanğın təhlükəsizliyinin təmin edilməsinə dair qaydaları pozmaları nəticəsində müəssisədə standartlara uyğun olmayan elektrik cihazlarından istifadə edilməsi, habelə istismara yararsız olan və qəza törədə bilən elektrik cihazlarındakı nöqsanların vaxtında aradan qaldırılmaması, bundan başqa çoxsaylı tibbi avadanlıqların elektrik xəttlərinin gücü və dözümlülüyü nəzərə alınmadan davamlı və nizamsız şəkildə xəstələrin müalicə alındığı palatalarda yerləşdirilməsi və istismarına əsaslı şübhələr müəyyən edilib.

Qeyd olunanlar nəticəsində infant inkubator körpə küvezi və yeni doğulmuş körpələrin müalicəsi üçün nəzərdə tutulmuş digər tibbi avadanlıqlarından təhlükəli şəkildə və standartlara uyğun olmadan istifadə edilib, yanğın xəbərdarlığı vasitələri işlək vəziyyətdə olmamış, elektrik xətlərində baş vermiş normadan artıq yüklənmədən törəyən yanğın otağa yayılıb, bununla da, 4 körpə ölmüş və müəssisəyə ciddi əmlak ziyanı dəyib.
İş üzrə üç vəzifəli şəxs - Hamlet Mustafayev və Elnur Əhmədli Cinayət Məcəlləsinin 225.3-cü, Mehriban Abasquliyevaya isə həmin Məcəllənin 314.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş, məhkəmənin qərarı əsasında hər üç təqsirləndirilən şəxs barəsində ev dustaqlığı və vəzifədən kənarlaşdırma növündə qətimkan tədbirləri seçilib.
Onu da xatırladaq ki, hadisə zamanı 4 körpə həyatını itirib.
 
 
 
Ardını oxu...
Ana və uşaq ölümləri, rüşvət alma iddialarına görə haqqında bir neçə cinayət işi açılmış ginekolog-cərrah Nəzakət Gülməmmədova Naxçıvan Perinatal Mərkəzinə (keçmiş Doğum Evi) baş həkim təyin olunur. Bu haqda „Gündəlik Naxçıvan“a Naxçıvan Səhyiyə Narizliyindəki mənbə məlumat verib. Mənbənin bildirdiyinə görə, daha doğrusu, artıq təyinat olub və bununla bağlı sərəncam yaxın günlərdə ictimailəşdiriləcək.
Nəzakət Gülməmmədovanın ittiham olunduğu son ölüm hadisəsi ötən ilin oktyabrında baş verib. Onun mərkəzdə əməliyyat etdiyi Babək qəsəbə sakini 43 yaşlı Sveta Xudiyeva bir neçə saat sonrs vəfat edib. Mərhumun qohumları “Gündəlik Naxçıvan”a bildirirdilər ki, onlardan 700 manat rüşvət ala bilsin deyə, Nəzakət Gülməmmədova əməliyyata fiziki cəhətdən hazır olmayan xəstəni bıçaq altına salıb. Hadisə ictimailəşdikdən sonra Naxçıvan prokurorluğu onun haqqında rüşvət alma və səhlənkarlıq səbəbindən ölümə səbəb olma ittihamı ilə müvafiq maddələrlə cinayət işi açmışdı.
Bu hadisədən sonra mərkəzin o vaxtkı baş həkimi Kifayət Məmmədova vəzifəsindən istefa vermişdi. Onun burda tüğyan edən, həddini aşmış rüşvətxorluq və müxtəlif səbəblərdən qarşısını ala bilmədiyi çoxsaylı ölüm hallarına etiraz olaraq istefa verdiyi bildirilir. Məlumata görə o, mərhum Sveta Xudiyevanın əməliyyat olunmasına qarşı çıxsa da, Nəzakət Gülməmmədova buna məhəl qoymayıb.
Nəzakət Gülməmmədovanın baş həkim təyin olunması ilə bağlı məlumatı Perinetal Mərkəzin əməkdaşları da təsdiq edirlər:
“Sveta Xudiyevanın xəstəxanadakı səs-küylü ölümündən sonra hamı onun həbs olunacağını gözləyirdi. Lakin, onu baş həkim təyin ediblər. Artıq, dünəndən bu vəzifədə fəaliyyətə başlayıb. Gəldi, dedi ki, 80 min manat verib, işi bağladım, məni istəməyənlər qalsınlar yana-yana. Xəstələri soyub, nazirliyə yaxşı pul qazandırdığı üçün onu gözlərinin üstündə tuturlar. Doğuşa gələn hər bir xəstəyə xüsusi iynə vurub, keysəriyyə əməliyyatına məcbur edir və hərəsindən min manat rüşvət alır. Başqa qanunsuz əməlləri ilə də pul qazanır. Təbii ki, bu pulu tək yemir, yarıdan çoxu yuxarıya gedir”.
66 yaşlı Nəzakət Gülməmmədova bundan əvvəl də bir neçə ana və uşaq ölümünə görə ittiham olunub. Çoxsaylı şikayətlərdən sonra bu qanunsuzluqlarla bağlı da cinayət işləri açılmışdı. Naxçıvan prokurorluğu bu işlərin aqibəti ilə bağlı indiyə kimi heç bir rəsmi məlumat yaymayıb.
Teref: Xocanın Blogu
 

Ardını oxu...
Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 843 saylı hərbi hissədə qeydiyyatda olan, Nizami rayonun Q.Qarayev prospekti, 117, mən., 83-də faktiki yaşayan Bəşirova Azadə Qinyaz qızı tərəfindən başda Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva olmaqla bir sıra aidiyyatı dövlət qurumlarının rəhbərlərinə Nizami rayonu ərazisində uzunmüddətli icarəyə götürdüyü torpaq sahəsi üzərində ictimai iaşə xidmətinin göstərilməsi üçün verilmiş icazə ilə fəaliyyətinə göstərilən süni maneələrin dərhal aradan qaldırılması barədə müraciət ünvanlanıb.

Bir surəti də Aktualinfo.org-a daxil olmuş müraciətdə deyilir:

Xatırlatmaq istəyirəm ki, 2005-cı ildə mən Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 255/57 saylı binanın qarşısında yerləşən 375 kv.m boş torpaq sahəsi Nizami Bələdiyyəsi tərəfindən 49 il müddətinə icarəyə götürmüşəm. Bu sahədə bir sıra ağaclar əkməklə xüsusi qulluq göstərib abadlaşdrmışam. Mənim həyat yoldaşım Bəşirov Elxan Bəşir oğlu 1-ci Qarabağ Müharibəsində 4 il iştirak etmiş, yaralanmış və sağalmışdır. O, müharibə iştirakçısıdır və hazırda ehtiyata buraxılan zabitdir. O müharibə dövüründə sağlamlığını müəyyən qədər itirdiyinə görə vaxtaşırı dərmanlara ehtiyac olur. Hazırda işsizəm. İki övladımız da buzim himayəmizdədir. Ailəmizin iqtisadi çətinliyini aradan qaldırmaq üçün həmişə istəmişik ki, yerli bələdiyyədən götürdüyümüz yerimizdə biz də bir Azərbaycan vətəndşı olaraq icarə müqailəsinə uyğun istifadə edib kiçik bizneslə məşğul olaq, ailəmizi birtəhər dolandıraq.

Lakin üzləşdiyimiz bir sıra problemlərə görə normal kiçik biznesimizi qura bilmirik. Budur, 2021-ci ildə Bakı şəhər İcra Hakimiyyətinin Bakı şəhər Ticarət və Xidmət Depertamentinə rəsmi müraciət edərək kiçik ticarət fəaliyyətilə məşğul olmaq üçün icazə istəmişdik. Sağ olsun KOB sədr müavini cənab Namiq Həsənov məslənin həlli üçün köməklik göstərdi və bizə icarəyəyə götürdüyümüz yerdə ticarət fəaliyyətilə məşğul olmaq üçün 19 avqust 2021-ci il tarixli, 0601 saylı icazə verildi. Biz dərhal icazədən sonar əraziyə köşk qoyduq və su, işıqla bağlı sənədləşmə işləri apardıq. Elə bu anda Nizami rayon İcra Hakimiyyətində olan gizli qüvvələr gəlib köşkümüzün qarşısına dəmir məhəccər düzüb qoşdular ki, kimsə ticarət köşkümüzə yaxın dura bilməsin. Yəni, istəmədilər ki, minnətsiz düzələn işimiz rəvan getsin. İstəmədilər ki, bizim də ailə bir parça çörək qazana bilsin. Lakin bizim sağımızda və solumuzda yerləşən belə kiçik və böyük ticarət obyektlərinin qarşısına dəmir hasarla bağlanmayıb. Açıqdır.

Ona görə də bizə uzun müddətə icarəyə verilmiş torpaq sahəsi üzərində Bakı şəhər İcra Hakimiyyəti tərəfindən rəsmi olaraq iaşə obyekti üçün icazəsi verilmiş ticarət obyektinin fəaliyyəti üçün onun qarşısına süni maneə kimi sonradan çəkilmiş dəmir məhəccərin kiçiç hissəsindən qapı kimi istifadə etməyimizə icazə verilsə biz də işimizi davam etdirə bilərik. Çünki, belə kiçik bir ticarət obyektin işlədilməsinə Azərbaycanda şəhid ailələrindən və qazilərdən sonra ən çox haqqı olan bizim ailədir. Buna qəsdən maneçilik törədənlər isə sadəcə utanmalıdırlar. Həyat yoldaşım Elxan 4 il iştirak etdiyi müharibənin ən qızğın vaxtında sağlamlığını ona görə itirməyib ki, bu gün bizim obyektin fəaliyyətinə maneçilik törədən gizli qüvvələrin ailələri öz maddi maraqlarını güdərək belə qanunsuz hərəkət etsinlər. Əksinə onlar işə vicdanla yanaşaraq bizim ailəmizə köməklik etməli idilər.

Yuxarıda qeyd edilənləri və təqdim etdiyimiz sənədləri nəzərə alaraq cənab Ali Baş Komandan İlham Əliyev şəxsən Sizdən xahiş edirik ki, Nizami Bələdiyyəsi tərəfindən 49 il müddətinə icarəyə götürdüyümüz 375 kv m torpaq sahəsi üzərində yerləşdirdiyimiz kiçik ölçülü ticarət obyektinin normal fəaliyyəti üçün lazımı göstərişlərinizi aidiyyatı üzrə verib bizə köməklik göstərəsiniz. Əvvəlcədən təşəkkürlər.
Ardını oxu...
"İtə qotur yoluxduran" ağartı məhsulları

Ötən əsrin 80-ci illərində hər il yay tətilini Kəlbəcər yaylağında istirahət edərdik. Bizim istirahət üçün məskunlaşdığımız məkan "Ceyran" bulağından iki kilometrə yaxın məsafədə yerləşirdi. Günaşırı "Kiçik istisu" adlanan qeyzerdə (qeyzer - isti su çıxan çeşmə, bulaq) vanna qəbul edirdik. Günlərin birində qonşuluqdakı fermanın qadınları yağ düzəltmək məqsədi ilə südü əl ilə işləyın "seprator" qurğudan keçirib, yağı süddən ayırırdılar. Qurğunun bir tərəfindən qatılaşdırılmış süd (çiyə), digır tənəfindən isə üzsüz süd (tərkibi yağsızlaşdırılmış süd) axırdı. Biz, növbə ilə üzsüz süd vedrəsi dolduqca apatıb itin yalağına (bir kürək təhfəci dərinliyində qazılmış kiçik çala) tökür, itlər də bu südü iştahla - loqqhaloqla içirdi. Bu mənzərə bizim üçün də maraqlı görünürdü, həvəslə süd daşıyırdıq itlərə. Həm də bizə deyirdilər ki, itləri tez-tez yemləyin ki, sizi tanısın - gələndə sizə hürməsin. Bu amil də bizə bir qədər stimul verirdi. Həvəslə "işlədiyimiz" yerdə fermanın sürüsü otlaqdan arxaca (qoyunların nahar və sübh vaxtı yığıldığı yer) qayıtdı. Başında tüklü çoban papağı olan, "Qədim baba" deyə çağırdığımız kişi bu mənzərəni görüb havalandı: "Ay Avanesin qızları, ay Hacadurun qızları, (sonradan öyrəndim ku, Avanes və Hacadur Qədim babanın yadında asan qalan erməni adları imiş) sizə deməmişəm ku, itə üzsüz süd verməyin, indi o itlərin hamızı qotur tutacaq...". Biz də bayaqdan elə bilirdik ki, xeyirxah bir iş görürük - obanı qurd-quşdan qoruyan keşikçiləri yemləyirik.
Hazırda heyvandarlıqla məşqul olan rayonların kəndlərindən rəhmətlik Qədim babanın itlərinə belə, içməsini rəva bilmədiyi üzsüz südü əhalidən ucuz qiymətə (bir litri 12-13 qəpiyə) satın alırlar. Həmin südü 70 dərəcəyə qədər qızdırıb, ona marqarin, palma və digər bunun kimi ucuz yağları qarışdırıb, sentrafuqa aparatında bircinsli maye alınana qədər qarışdırırlar. Həmin üzsüz süddən yağlılığı 10-12% olan (adi inək südünün orta yağlılığı 3,6% təşkil edir) "süd" alırlar. Bakı şəhərinin bütün marketlərində parıltılı qablaşdırma ilə satılan ağartı məhsullarının 90%-i həmin süddən hazırlanmış mallardır. Yəni marketlərdə bəzəkli qablaşdırmalarda bizə təklif edilən ağartı məhsullarının (süd, qatıq, qaymaq, xama, pendir, kərə yağı, ayran, kəsmik, kefir, süzmə, şor və s.) 90%-i həmin "süd"dən hazırlanan məhsullardır. Laboratoriya müayinələri isə sadəcə məhsulun tərkibində süd turşularının müəyyən edilməsindən ibarıtdir ki, bu da üzsüz süd vasitəsi ilə məhsulun tərkibinə daxil edilib. Bununla da o nəticəyə gəlinir ki, məhsul tam təbii və orqanikdir. Halbuki, belə məhsullar insan orqanizmi üçün çox təhlükəlidir.

Kolbasa və sosiskalarda ət varmı?

Qida sənayesinin zəhərləmələri yalnız bununla bitmir. Ölkənin marketlərində təklif edilən, yerli istehsal olan kolbasa və sosikaların hec biri sadə laborator testlərdən uğurla keçə bilmir. Müayinələr nəticəsində bəlli olur ki, bu məhsulların tərkibində yalnız ədviyyat, süni boyalar, doldurucu materiallar, marqarinlər, palma yağı və digər trans yağlardan ibarətdir. Bunlar isə bir çoxu - ən azı həmin yağlar, boyalar və doldurucu maddələr - insan orqanizmi üçün olduqca zərərlidir.
Məsələn, konkret olaraq marqarin yağları orqanik məhsul deyil, nüftdən alınır. Sadəcə onun tərkibinə rəng və dad vurmaqla kərə yağı görüntüsü və dadı verilir. İnsanlar isə heç də kərə yağından fərqlənməyən bu rəngə, dada və ucuz qiymətə aldanaraq bu qidaların müştərisinə çevrilir. Bir tərəfdən öz orqanizmini zəhərləyir, digər tərəfdən isə onu xəstəliklərə düçar edən sahibkarın biznesini maliyyələşdirir, onun çiçəklənməsinə vəsilə olur. Hələ biz bu qida məhsullarının hansı antisanitar mühitlərdə istehsal edilməsindən söhbət açmırıq.
Marqarinlər, palma yağı (palma toxumundan alınan yağlar) və eləcə də trans yağların molikulları həcminə görə digər heyvan və bitki yağlarına nisbətən böyük və ərimə temperaturu bədən temperaturundan yüksək olduğundan yağ həzm edilə bilmir. Belə yağların mütəmadi qəbul edilməsi bağırsaq mikroflorasını pozaraq, onun süzgəc (filtir) funksiyasını sıradan çıxarır. Nəticədə tam əriməyən və iri həcmə malik olan həmin yağ molikulları qana keçir və hüceyrələrə qədər daşınır. Ancaq hüceyrə qlafı (hüceyrə "dərisi") həmin yağ molikullarını stoplazmadan hüceyrənin daxilinə buraxmır. Nəticədə hüceyrəni qidalandırmalı olan həmin yağlar qan vasitəsi ilə geriyə - qara ciyərə qaytarılır və depolanmaq təyinatı alır. Beləcə həmin yağlar uzun müddət qara ciyərdə və bədənin müxtəlif yerlərində ehtiyat piy qatı kimi toplanır. Bununla da insanlar xəstəlik mənbəyi olan şişmanlıqdan - artıq çəkidən əziyyət çəkir.

"Bəyaz ölüm" bizi hər addımda izləyir

Amma bununla da bizi zəhərləyən qidalar bitib-tükənmir, bu da son deyil. Əsrin bəlasına çevrilən titan-2-oksid (titandioksi - TiO₂ kimyəvi formula, E171 kodu ilə tanınır) ərzaq və gündəlik təlabat mallarını daha ağ və parlaq göstərmək, rütubətli saxlamaq üçün istifadə edilir. Bu nano hissəciklərdən ibarət olan maddə bütün yuxarıda sadalanan keyfiyyətləri ilə yanaşı toksik xassəyə malikdir. İnsan orqanizminə zəhərləyici təsir göstərir. Ona görə də bu maddənin qida məhsullarına aşağı dozalarda qatılmasına icazə verilir. Buna baxmayaraq, artıq inkişaf etmiş ölkələrdə titan-2-oksiddən qida sənayesində istifadə edilməsi qadağan olunub. Azərbaycanda isə belə bir qadağa mövcud deyil. Ona görə də E171 maddəsindən istifadə etməklə məhsullar həm ölkəmizdə istehsal edilir, bəm də idxal olunur. Bu məhsullara un, duz, qənd, düyü, şirniyyat kremləri, diş pastaları, müxtəluf kremlər, digər ağ rəngli kosmetik vasitələr, hər növdən olan ağ kağızlar, ağ boyalar, divar kağızları və s. aiddir. Yəni insanlar bu gün yalnız qida ilə deyil, məişətlə də, təhsillə də, təmirlə də zəhərlənir. Orta məktəbdə oxuyan uşaqlara aldığımız parlaq ağ dəftərlərin vərəqləri belə, E171 nano hissəciklərlə boyanır. Uşaqların əlini dəftərə vurduqdan sonra ağzına aparması, o dəftər-kitabın mühitində nəfəs alması belə, zəif zəhərlənməyə səbəb olur. Bu zəif zəhərlənmələr isə orqanizmdə konsentrasiya yaradaraq müxtəlif xəstəliklərə yol açır.
Azərbaycan xalqının qida sağlamlığına zərbə vuran digər amil isə geni dəyişdirilmiş məhsullardır (GMO). Ötən ilin əvvəlindən qüvvəyə minmiş qanuna görə ölkəyə GMO məhsulları yalnız təcrübə məqsədi ilə gətirilə bilər. Buna baxmayaraq, sözügedən qanun qüvvəyə minənə qədər ölkəyə kifayət qədər GMO mənşəli toxumlar və ağac tinkləri gətirilib. Beləcə artıq ölkənin daxilində neçə illərdir ki, GMO meyvələr və tərəvəzlər yetişdirir, onlardan ərzaq məhsulları hazırlayırıq. Buna baxnayaraq heç bir məhsulun üzərində məlumat yerləşdirilmir ki, bunun tərkibində filan qədər GMO mənşəli məhsul var. Biz bu yolla da genefondumuza zərbə vururuq. Son illər ərzində sindiromla və ya anormal doğulan uşaqların sayının artmasını məhz alimlər həm də bununla əlaqələndirirlər.
Bəli, əziz oxucular, gözümüz görə-görə həmvətənlərimiz, ermənilər yox, öz vətəndaşlarımız bizi zəhərləyir. Amma buna bir dur deyən, bunun qarşısını almağa, heç olmazsa, cəhd göstərən varmı? Əlbəttə yox. Bu işdə daha çox məsuliyyəti hökumət daşıyır - daha etibarlı qida təhlükəsizliyi sistemi qurulmalıdır. Ancaq hökumət bunu etmirsə, biz vətəndaş olaraq bunu ondan tələb etməliyik, bu da buzim məsuliyyətimizdir.

Akif Nəsirli - dia-az.info
 
Ardını oxu...
Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Sabko” MMC (VÖEN- 1402899701) olub.

Yeniavaz.com xəbər verir ki, “Sabko” MMC Elm və Təhsil Nazirliyinin sifarişi ilə Mingəçevir şəhəri və Yevlax rayonunun ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin 2024-cü il ərzində yeməklə təchizatını həyata keçirəcək.

Nazirlik yeməklər üçün “Sabko” MMC-yə 5 milyon 984 min 196 manat 12 qəpik ödəyəcək.

Məlumat üçün bildirək ki, “Sabko” MMC 1 sentyabr 2014-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Mikayıl Rəfili, ev 30, m. 5-də yerləşir. MMC-nin qanuni təmsilçisi Sadıqov Amil Telman oğludur.

Qeyd edək ki, “Sabko” MMC ötən il – 2023-cü ildə də Elm və Təhsil Nazirliyinin keçirdiyi analoji tender müsabiqəsinin qalibi olub. Bu şirkət 2023-cü ildə Mingəçevir şəhəri ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrini yeməklə təchiz edib və qarşılığında 4 milyon 702 min 748 manat 12 qəpik alıb.

Son 2 il ərzində Elm və Təhsil Nazirliyinin 10,7 milyon manatlıq tender müsabiqəsində qalib olan “Sabko” MMC-də 2021-ci ilin fevral ayında Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yoxlama keçirib.

AQTA-nın açıqladığı məlumatda göstərilir ki, Agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 8 ünvanında yerləşən “Sabko” MMC-yə məxsus anbarda yoxlama keçirilib. Keçirilən yoxlama zamanı məhsulların saxlanma qaydaları və temperatur rejiminin kobud şəkildə pozulduğu məlum olub. Belə ki, müəssisənin dondurucu və soyuducu kamerasında, rəflərdə məhsulların açıq vəziyyətdə, mal qonşuluğu qaydalarına, saxlanma temperaturuna riayət olunmadan, qida və qeyri-qida məhsularının eyni sahədə yanaşı saxlanıldığı müəyyən olunub, həmçinin istifadə müddəti bitmiş məhsullar aşkarlanıb. Eyni zamanda içkilərin saxlanma sahəsində divarın tamlığının pozulduğu, müəssisədə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, çalışan işçilərin ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi müəyyən olunub.
 
        
Ardını oxu...
“Azercell” yeni ilə təzə tariflərlə başlayıb. Şirkət yanvar ayından etibarən internet paketlərinin qiymətlərini artıracağını açıqlayıb. Sözügedən artım yanvarın 8-də nəzərdə tutulsa da, bu müddət uzadılıb. Belə ki, “Buraxılmış zəng” xidməti, “Azercellim” tarif paketi və “İnternet” paketləri ilə bağlı qiymət dəyişikliyi fevralın 19-dan tətbiq ediləcək.

“Azercell”in son yeniliyinə əsasən isə, hazırda mövcud olan bəzi internet paketləri ləğv edilir və daha baha qiymətə yeni paketlər təqdim edilir. Belə ki, 500 MB internet paketinin tarifi 3 manatdan 4 manata, 30 GB internet paketi isə 25 manatdan 29 manata qaldırılıb. 1 GB internet paketi ləğv edilib, yeni 1,5 GB internet paketi yaradılıb və qiyməti 6 manat müəyyənləşib.

10 manata olan 5 GB internet paketi ləğv edilib, əvəzində 12 manatlıq 6 GB internet paketi yaradılıb.

15 manata olan 10 GB internet paketi ləğv edilib, əvəzində 19 manatlıq 12 GB internet paketi yaradılıb.

30 manata olan 50 GB internet paketi ləğv edilib, əvəzində 39 manatlıq 55 GB internet paketi yaradılıb.

Bundan əlavə, günlük paketlərin siyahısında da dəyişiklik edilib. Belə ki, günlük 50 qəpiyə olan 100 MB internet paketinin həcmi 250 MB-yə, qiyməti isə 80 qəpiyə qaldırılıb. Günlük 1,2 manat olan 500 MB internet paketinin həcmi 1000 MB-yə, qiyməti isə 1,5 manata qaldırılıb.

500 MB aylıq internet paketinə yeni qoşulmalar fevralın 19-dək dayandırılacaq. Həmin tarixədək paketi aktivləşdirən abunəçilər abunəlik ləğv edilənədək müvafiq internet paketindən istifadəyə davam edəcəklər. Göstərilən tarixədək aktiv olan aylıq və günlük internet paketləri üzrə müvafiq istifadə müddəti bitdikdən sonra yeni dəyişikliklər tətbiq ediləcək.

Ölkənin ən böyük mobil operatorunun son vaxtlar verdiyi qərarlar istifadəçiləri arasında ciddi narazılığa səbəb olub. Abunəçiləri “Azercell”in onların cibinə girdiyini artıq açıq şəkildə dilə gətirirlər. İstifadəçilərin şikayəti bununla da bitmir. Onlar bildirirlər ki, qiymətlər yüksəlsə də, xidmət səviyyəsi qat-qat aşağıdır.

Statistikaya baxanda görmək olur ki, mobil operatorun təqdim etdiyi orta keyfiyyətli xidmətlər orta hesabla dünya qiymətlərindən bir neçə dəfə bahadır. Qonşu ölkələrdə isə mobil tariflər gündən-günə ucuzlaşır. Təbii ki, istifadəçilərin qiymət fərqi ilə barışması mümkünsüz görünür.

Çünki bu, istifadəçilərin “Azercell”ə qəzəbinin artmasına səbəb olur. “Azercell”in son tarifləri abunəçilərini kobud şəkildə desək, “Kasıbsansa, abunəçim olma!” fikrinə gətirib çıxarır.

Şirkət isə bahalı trafiki, bahalı datanı satmaqla işinin bitdiyini hesab edir. Halbuki, əhalinin mütləq əksəriyyəti internetdən istifadə etdiyi üçün qiymətlərə yenidən baxılmalı və ya qiymətlər əlçatan səviyyəyə endirilməlidir.

“Azercell” verdiyi qərarlarla gəlirlərini artırmağı düşünsə də, görünür, itirəcəyi abunəçi sayını nəzərə almayıb. Bəlkə də, “Azercell” istifadəçiləri üzərində “qələbə” qazanacaq. Amma ümid edək ki, ölkənin ən böyük mobil operatorlarından biri olan “Azercell”in qələbəsi “Pirrin qələbəsi”nə dönməyəcək.

Sonda isə nə deyək? “Qazanc”ın bol olsun, “Azercell”! (Sfera.az)
 
Ardını oxu...
Deputat Zahid Oruc nazir Sahil Babayevdən qazinin ərizəsinə baxmağı xahiş edib
Milli Məclisin insan hüquqları komitəsinin sədri , Prezidentliyə namizəd Zahid Oruc 1-ci dərəcəli Qarabağ qazisinin dələduzluqla kəsilən pensiyasının bərpası ilə bağlı ƏƏSMN naziri Sahil Babayevə müraciət edib. Millət vəkili 23.11.2023-cü il tarixli qəbulunda qazinin təqdim etdiyi 4 vərəqdən ibarət sənədləri də qoşaraq nazirdən ərizəyə baxılmasını və nəticəsi barədə göstəriş verilməsini xahiş edib.
MM-dən ƏƏSMN-ə göndərilən sənədlər isə DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktoru Şahin Əliyevin 26.01.2023 tarixli, müavini Elnur Qurbanovun 22.02.2023 tarixli, digər müavini Kərim Sarıyevin 08.04. 2022 tarixli məktubları və 1 BİİM-in ( hakim Elçin Məmmədov) 05.07.2017 tarixli , 2-1(81)-1889/17 saylı qərarından çıxarışdır. Bu sənədlərdə Qarabağ qazisinin pensiyasının məhkəmə qərarı ilə ayrılan 110 manatla birgə hesablandığı yazılıb. Di gəl , həmin borclu Filial 01.04.2023-cü ildən məhkəmə qərarını görməzliyə vurur, 1-ci dərəcəli əlilin pensiyasına əlavə olunan 110 manatı kəsərək, daha 138.79 manat azaldıb. Cinayətkar saxtalığa baxın, üzərinə öhdəlik qoyulan pensiya orqanı dövlətin adından çıxarılan məhkəmə qərarını pensiyaçı qazinin şəxsi işindən yoxa çıxarıb !(?) Bu yekəlikdə korrupsiya, dövlətə- Prezidentə, MM-ə, məhkəməyə hörmətsizliyə 10 aydır qiymət verilmir. Cinayətkar saxtalıq o həddədir ki, hətta qərarı qəbul edən Bakı İnzibati Məhkəməsi də 6 ildən ( artıq 7 ildən) sonra məhkəmə qərarının yoxa çıxmasını qanuni sayır. Borclu DSMF-in pensiya filialı hamını Azərbaycanda Konstitusiyanın qüvvədə olmadığına inandırıb ki, qazinin pensiyasına əlavə “Əmək pensiyaları haqqında” qanunun 19.1.7 maddəsi əsasında verilib və bu maddə 2021-ci ildə ləğv olunduğundan hələ pensiyaçının büdcəyə 3188.79 manat borcu var. Halbuki məhkəmə qərarında 19.2.5 maddəsi əsasında baza hissəsinin 100 faizi həcmində əlavənin 2007-ci ildən hesablanıb ödənilməsi qərara alınıb. İstənilən halda qanunun ləğv edilməsi ilə nə məhkəmə qərarı ləğv oluna bilər , nə də pensiyaya əlavə olunan məbləğ.
Hələ ki nazir Sahil Babayevin deputat sorğusuna reaksiyası bəlli deyil. Onu da vurğulayaq ki, MM-in insan hüquqları komitəsinin sədrinin 18.12.2023 tarixli qəbulunda da 1-ci dərəcəli Qarabağ qazisi eyni sənədləri təqdim edib və pozulmuş insan hüquqlarının bərpasını diləyib.
Məğrur Bədəlsoy
Teref: Xocanın Blogu
Ardını oxu...
 
Ardını oxu...
"Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin strateji planlaşdırma şöbəsinin rəisi İlqar Həbiyev xidmətdəki mövqeyindən, nüfuz və səlahiyyətindən istifadə edərək çalışdığı qurumu sözün həqiqi mənasında bazara çevirib".

Məqalənin əvvəli burada:

Davamı burada:

"Maraqlıdır ki, gecə-gündüz fərdi maraqları üçün çalışan İlqar Həbiyev həm də siyasi intriqa
ustası və daha yüksək vəzifələrə hədsiz iddialı şəxs kimi tanınmaqdadır. Şöbə rəisi hesab edir ki,
onun bu qurumdakı “çoxillik zəhmətləri” lazımınca qiymətləndirilməyib, onun “daha ciddi
vəzifələrdə təmsil olunmaq haqqı” tapdanıb. Bu səbəbdən də Əmlak Məsələləri Dövlət
Xidmətində özü üçün potensial təhlükə hesab etdiyi şəxsləri ləkəmə, gözdəns alma kampaniyası
həyata keçirən şöbə rəisi, bununla “yüksək vəzifəyə layiq yeganə namizəd” statusu
formalaşdırmağa çalışır. Nəticədə, dövlətə vicdanla xidmət edən şəxslər əsassız iddialarla
gözdən salınır, İlqar Həbiyevin qanunsuz əməllərinə etiraz edən, bu əməlləri ifşa edən şəxslər
şöbə rəisi tərəfindən böhtanlara hədəf seçilir.
İlqar Həbiyevin hansı vəzifəyə göz dikdiyi, kimlərə qarşı hansı böhtan kampaniyaları apardığı,
dövlət vəsdaiti hansı üsullarla mənimsədiyi, sabiq komitə sədri Kərəm Həsənovla
münasibətlərinin keçmiş və hazırkı vəziyyəti, sahib olduğu daşınmaz əmlaklar, Cəlilabad
reyestrində müdir vəzifəsində çalışan qardaşının qanunsuz əməllərini necə ört-basdır etdiyi və s.
ilə bağlı növbəti yazıda sizə ətraflı məlumatlar təqdim edəcəyik..."

Bizi izləyin...

dia-az.info

Dünyapress TV

Xəbər lenti