"Mənim köküm bu şəhərə bağlıdır"
51 saylı Şirvan seçki dairəsi üzrə namizəd Peyman Sadıqov növbəti dəfə Şirvan sakinlərinə səslənib. Dövlətin imkanlarına arxalanaraq Şirvanımızı problemlərdən azad edək.
Peyman Sadıqov seçicilərdən kimə səs vermələrindən asılı olmayaraq, hamılıqla Sentyabrın 1-də seçkilərdə iştirak etməyi xahiş edib. O, öz seçicilərinə çağırış edərək bildirib ki, ilk növbədə hər bir seçici öz haqqı olan seçki marafonundan istifadə etməyi bacarmalıdır. “Bəzən heç vaxt seçkidə iştirak etməyən və seçki haqqında anlayışı olmayan birisi, hər yerdə çıxış edib millət vəkilini və namizədi belə ittiham edir. Yaxşı olardı ki, həmin insanlar da seçkilərə qatılıb həm öz namizədinin seçilməsinə yardımçı olsunlar, həm də səs verdikləri orqanın fəaliyyətindən xəbər tutsunlar. O zaman onların ittihamları da düzgün hədəfinə çatar və bu da həqiqi namizədin fəaliyyətinə müsbət təsir göstərər. Mən indiyə kimi 3 dəfə məhz Şirvan şəhərindən seçkilərdə iştirak etmişəm. Doğma Şirvanlıların düzgün seçim edəcəklərinə inanıram. Bir adam min adamı bir və ya iki dəfə aldada bilər. Lakin, bir adam kütləni heç vaxt aldada bilməz. Prezidentimizin əməyi sayəsində ölkəmiz durmadan inkişaf edir. Bu artıq özünü hər yerdə əyani şəkildə göstərir. İnkişaf edən ölkədə ara-sıra problemlərin özünü göstərməsi də təbii haldır. Bu problemlərin həllində yardımçı olmaq əvəzinə, ondan seçki qabağı bayraq kimi istifadə etmək düzgün deyil. İndi namizədlər var ki, bundan siyasi məqsəd kimi istifadə edir və fantastik şəkildə bütün məsələləri həll edəcəklərini vəd edirlər. Əzbərçi natiq olub xalqı aldatmaq sənəti bizim üçün deyil. Bu artıq millətin vəkili olmaq niyyətindən yox, onu aldatmaq niyyətindən xəbər verir. Onlar anlamalıdırlar ki, indi sürətlə inkişaf edən ölkəmizdə nəinki deputatlar, hətta nazirlər və icra başçıları belə birlikdə prezidentimizin gördüyü işin heç 10%-ni belə görə bilməzlər. Xalq üçün ölkədə Prezident var və onun qədər xalqını istəyən başqa birisi ola bilməz. Amma, indi bəzi deputatlığa namizədlər ölkə başçısının səlahiyyəti qədər camaata vəd verib onları aldadırlar. Əgər onlar xalqı istəsəydilər, ən azı bu gün insanları aldatmazdılar”,-deyə namizəd açıqlayıb.
Peyman Sadıqov qeyd edib ki, hər bir dairənin millət vəkili olmaq üçün, o insanların içində yaşamaq başlıca şərtdir.
“Mənim köküm bu şəhərə bağlıdır və burada da yaşayıb boya-başa çatmışam. Bu camaatın keçirdiyi bütün hisslərinə bələdəm. Lakin, indi elə namizəd var ki, məsələn, heç ömür boyu Şirvanda yaşamayıb, indidən şəhər camaatına yağlı vədlər verir. Bu tanımadığı yerdə bələd olmadığı problemi necə həll edəcək? Mən şəhər camaatımızı öz məqsədləri xatirinə şirinikləşdirici vasitələrə əl atan insandan qorunmağa çağırıram. Hər şeydən əvvəl sizi Setyabrın 1-də məntəqələrə gələrək kimə səs vermənizdən asılı olmayaraq seçkilərə qatılıb öz hüquqlarınızdan istifadə etməyə çağırıram. Dövlət xalqa bunun üçün yüksək şərait yaradıb”,-deyə Peyman Sadıqov bəyan edib. Əziz Şirvanlılar, Sizin etimadınızı doğrultmaq uğrunda mübarizədə qərarlıyam. Çünki Azərbaycanımızda demokratik və hüquqi cəmiyyət var.

Dünyapress TV

Xəbər lenti