Ardını oxu...
Azərbaycanın inşaat bazarının əsas oyunçularından olan “Mətanət-A” şirkəti ilə onun keçmiş direktoru Yakup Çimen arasında məhkəmə çəkişməsi davam edir.

Moderator.az xəbər verir ki, bu dəfə şirkət Yakup Çimeni məhkəməyə verib.

Birinci instansiya məhkəməsi artıq bitib. Qərar Yakup Çimeni qane etmədiyindən o, apellyasiya şikayəti verib.

Keçmiş direktorun şikayətinə Bakı Apellyasiya Məhkəməsində hakim Məmməd Məmmədovun sədrliyi ilə baxılacaq.

Məlumat üçün deyək ki, bundan əvvəl Yakup Çimen şirkəti məhkəmə verib.

2019-cu ildən 2021-ci ilədək “Mətanət-A” şirkətinin direktoru vəzifəsində işləyən Yakup Çimen işdən çıxdıqdan dərhal sonra məhkəməyə müraciət edib.

Onun iddia tələbi barədə dəqiq məlumat olmasa da, məhkəmə çəkişməsinin kökündə müqavilələrdən əmələ gələn öhdəliklərin yerinə yetirlməməsinin dayandığı bildirilir.

Yakup Çimen birinci instansiya məhkəməsini uduzub. Apellyasiya şikayəti verib. Bəzi məlumatlara görə, apellyasiya mərhələsi də Yakup Çimen üçün uğursuzluqla nəticələnib.

Yakup Çimenin hüquqi mübarizəsini davam etdirdiyini görən şirkət də hərəkətə keçməyi qərara alıb və keçmiş direktoru məhkəməyə verib.

“Mətanət-A” şirkətinin sahibi Elxan Bəşirovdur.
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi Ağstafa Rayon İcra hakimiyyəti tərəfindən rayonun mərkəzi küçəsində birabırçı yol təmirinə "imza atıb".

Yollarda qırlama işləri görməmiş asfltlamağa başlayıblar. Bu azmış kimi yeni çəkilən yola səhvlərini ört-bas etmək üçün "yamaq" da vurmağı unutmayıblar.
32gun.az xəbər verir ki, bu təmir işi ilə bağlı daha bir görüntü sosial şəbəkələrdə yayılıb.

Təmir işlərini "Maqro Construction" tərəfindən görülür. Şirkət nümayəndəsinə yaxınlaşıb niyə belə yol çəkilişinə yol verildiyini soruşduqda isə layihənin onlara bu cür təqdim edildiyi cavabı verilib.

Bildirilir ki, Yol təmirinə nəzarət edən şəxs nəzarət edən Ağstafa Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin Böyük məsləhətçisi (mühəndis) Məzahir Mirzaidir.

Şirkət əməkdaşı ildiri ki, yolun bu cür olmasəna səbəbkar icra hakimiyyətidir.

Xatırladaq ki, Ağstafa RİH başçısı Seymur Orucovdur.
Ardını oxu...
2022-ci ilin dekabr ayına qədər Naxçıvan Muxtar Respublikasından aldığımız məlumatlara təəccüblənmirdik. Çünki hesab edirdik ki, Vasif Talıbovun rəhbərlik etdiyi muxtar respublikada hər cür qanunsuzluq etmək mümkündür. Məsələn, hər ilə Naxçıvan şəhərində guya abadlıq işləri aparılırdı, silinən vəsaitlə Talıbovun övladlarına yeni-yeni obyektlər tikilirdi. Belə obyektlərdən biri də Naxçıvançay vadisində yaradılan istirahət mərkəzidir.

Talıbovun istefasından sonra muxtar respublika sakinləri inanmışdı ki, artıq Naxçıvanda belə qanunsuzluqlar, özbaşınalıqlar olmayacaq. Ancaq Naxçıvandan aldığımız məlumatlar, redaksiyamıza təqdim edilən faktlar ümidlərin doğrulmadığını göstərir.

Naxçıvançay vadisində tikilən istirahət mərkəzi ilə bağlı bizə sensasion məlumatlar göndərilib. Biz iddialara aydınlıq gətirilməsi üçün Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sorğu göndərdik. Təəssüf ki, komitə TNS-in sorğusuna cavab vermədi.

Sifarişçisi Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi olan əyləncə mərkəzinin ümumi ərazisi 51 min 362, tikinti sahəsi 2538 kvadratmetrdir. Tikintiyə ümumilikdə 15 milyon 830 min manat vəsait xərclənib. İstirahət mərkəzinin ərazisində 50 otaqlı otel, kafe-restoran, konfrans zalı, hovuz, sauna, idman zalı, mağazalar tikilib, avtomobil dayanacağı yaradılıb. Aquapark kimi fəaliyyət göstərməsi nəzərdə tutulan istirahət mərkəzinə Türkiyədən 1 milyon 475 min manat dəyərində avadanlıqlar alınıb gətirilib.

Biz hələlik dövlət vəsaiti hesabına tikilən əyləncə mərkəzinin aqibətini deyil, oraya gətirilən avadanlıqların necə "yoxa çıxmasını" araşdırmışıq.

Məlum olub ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həmin avadanlıqları Türkiyənin müxtəlif şirkətlərindən alıb. Su parkı atraksionlarından aquaparkın yaradılmasında istifadə olunacaqdı. Rəsmi sənədlərdən görünür ki, avadanlıqlar muxtar respublikaya 28 oktyabr 2022-ci ildə daxil olub.

Naxçıvançay vadisində tikilən əyləncə mərkəzində quraşdırlacaq su parkı atraksionları 2023-cü ildə müəmmalı şəkildə "yoxa çıxıb". Həmin avadanlıqların Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yeni rəhbərliyi tərəfindən Naxçıvanda ötən il yaradılan bir özəl şirkətə verildiyi ehtimal edilir.

İndi sual olunur. Dövlətin 1 milyon 475 min manat vəsaitinin sərf olunduğu avadanlıqlar hansı şirkətə verilib və nəyə görə? Əgər həmin su atraksionları satılıbsa, vəsait dövlət büdcəsinə köçürülübmü? Yoxsa, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yeni rəhbərliyi hesab edir ki, dövlət pulu ilə alınan avadanlıqları kiməsə hədiyyə edə bilər. Ümid edirik ki, komitə rəhbərliyi bu suallara və iddialara aydınlıq gətirəcəkdir.

Naxçıvanda tikinti sahəsində ciddi problemlər var. Bu sahədəki özbaşınalıq pik həddə çatıb. İsmayıl Əhmədov adlı bir şəxs MMC yaradıb, qanunsuz şəkildə tikintilərə nəzarət edir, hansı binanı istəyir sökdürürdü. Muxtar respublkanın hüquq-mühafizə orqanlarının müdaxiləsindən sonra hələlik bunların qarşısı alınıb. “Tikilməkdə olan layihələrin idarə edilməsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri İsmayıl Əhmədovun sökdürdüyü və sökdürmək istədiyi tikintilərin sifarişçisi Dövlət Şəhərsalma və Arxitektura Komitəsidir. Komitə rəhbərliyi isə bu qədər həngamənin qarşısında “müdrikcəsinə” susur. Komitə sədri İlqar Sadıqova xatırladırıq ki, Naxçıvanda tikinti sahəsində olan qanunsuzluqlar, özbaşınalıqlar araşdırılacaq və problemlər öz həllini tapacaqdır. Cənab komitə sədri, əmin olun, bütün qanunsuzluqlar üzə çıxarılandan sonra sizə bu susqunluğunuza görə “sağ ol” deməyəcəklər.

TNS avadanlıqların qoyuluğu anbardan müəmmalı şirkətə verildiyi anın görüntülərini əldə edib. Həmin görüntüləri təqdim edirik;
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
TNS
 
Ardını oxu...
Uşaq vaxtından qış fəsli daxil olan kimi böyük həvəslə qarı gözləyirdik. Yaş artdıqca, qar yağdıqdan sonra yaşadığımız problemləri gördükdə, qara olan sevgimiz də əridi. Gələk bu günlərdə qarın şəhərimizdə yaratdığı fəsadlara. Qar yağmağa başlayan kimi internet kəsildi, şəhərin hər yerində işıqlar söndü. Aramsız yağan qar səbəbindən, ağaclar elektrik naqillərinin üzərinə aşıb. Nəticədə şəhər sakinləri 48 saat işıqsız qaldı. Şəhərdə hərəkət iflic, səkilər, əsas yollar bərbad vəziyyətdə idi. Aşmış ağaclar və qırılmış naqillər, buz üstündə sürüşən maşınlar, hərəkətə mane olur və ciddi həyati təhlükə yaradırdı. Küçələri qardan təmizləyən isə elə şəhər əhalisi oldu. Hətta Həzi Aslanov adına 3- saylı məktəbin müəllimləri şagirdlərin buzda sürüşüb, qol- qıçlarını sındırmaması üçün əllərinə kürək götürüb, məktəbin yolunu canla- başla təmizləyirdilər. Fovqəltəbii bir hadisəyə görə 48 saat əhalini işıqsız qoymaq nə deməkdir? Və bir nüansı da geyd edim ki, kəndlərdə hələ də elektrik naqilləri bərpa olunmayıb. Lənkəranın kəndlərində camaat dörd gündən artıqdır ki, işıqsızdır! Dünyanın dörd bir yanında, hər il təkrarlanan bir fövqəltəbii hadisədən bəhs edirik. O insident ki, bizim ölkədə xaos səbəbi oldu. Evində körpəsi, xəstəsi olanlar var. Niyə aidiyyatı qurumlar bu hala hazırlıqlı deyil?! Ölkəmizə qar ilk dəfə yağırdı? Əsl biabrçılığın, qar əriməyə başlayıb, ətraf palçıq olduqdan sonra baş verdiyini şəkillərdən aydın görə bilərsiniz. Əhalinin əlindən problemlərin tezliklə aradan qaldırılmasını ümid etməkdən başqa heçnə gəlmir.
Leyla
TEREF: Xocanın Blogu

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 


 
Ardını oxu...

DogruXeber.az: - Dəfələrlə yol abadlaşdırılması ilə bağlı tender layihələr həyata keçirən Ağstafa Rayon İcra hakimiyyətinə rayonun mərkəzi küçələrindəki yolun biabırçı durumu görünür maraqlı deyil.

32gun.az-a daxil olan məlumata görə, qırlama işi görülmədən yollarda asfalt tökülüb.

Bu saytımıza daxil olan video və foto görüntülərdən də aydın olur.

Bu da görülən işin keyfiyyətsizliyini üzə çıxarır.

Məsələ bununla bitmir.

Təmir işi görülən yolda avtomobil hərəkətə hər iki tərəfdən bağlıdır. Lakin, təmir işi baş tutarkən yolun bir tərəfi açıq olmalıdır ki, təcili yardım və ya yanğın söndürən maşınları çağırılan ünvana vaxtında çata bilsin. Eləcə də digər avtomobillər üçün...

Ağstafa Rayon icra Hakimiyyətinin qırlanmamış yolda asfalt işlərimin görülməsi "əməliyyatı"nı ört-bas etmək üçün bu əmələ əl atdıqları da iddia edilir.

Məsələnin üstü açıldıqdan sonra və yolun bir hissəsində çöküntü qaldığına görə yenidən asfaltlanmış yolun bir hissəsi sökülüb, müəyyən qədər qırlama işləri görülüb. Daha sonra yenidən həmin hissə asfaltla yamaq vurularaq qapadılıb.

İşin digər biabırçı tərəfi yollara tökülən zibillər və mərkəzi küçədən gələn üfunət qoxusudur.

Yolun bağlı olma səbəbindən Rayonun Kommunal Müəssisələr Kombinatı (KmK) maşınıları həmin əraziyə girib zibilləri daşımaqda aciz qalır.

Xatırladaq ki, Ağstafa RİH başçısı Seymur Orucovdur.

Ardını oxu...

Ardını oxu...

 

 
Ardını oxu...
Barat Yusubov "Yeni Klinika"ya rəhbər gələndən bəri müəssisədən "EGE Hospital"a yönləndirmələr çoxalıb.
Bununla bağlı AFN.az-a danışan mənbə iddia edir ki, demək olar, hər gün dövlət xəstəxanasından adıçəkilən özəl xəstəxanaya "müştəri" göndərilir: "EGE Hospital"a hazırda Barat Yusubovun xanımı Gültəkin Yusubova rəhbərlik edir. Barat Yusubov "Yeni Klinika"ya rəhbər təyin ediləndən bəri xəstələrin bir çox prosedurlar üçün - sığortalı-sığortasız "EGE Hospital"a yönləndirməsi halları çoxalıb. Belə çıxır ki, Barat Yusubov dövlət müəssisəsi olan "Yeni Klinika"dan öz şəxsi biznesini "çiçəkləndirmək" üçün istifadə edir".

Qeyd edilənlərlə bağlı "Yeni Klinika"nın mətbuat xidmətindən AFN.az-a bildirildi ki, müəssisədə icbari tibbi sığortanın Xidmətlər Zərfi daxilində tibbi xidmətlər təklif olunur: "Azərbaycan Respublikasının hər bir vətəndaşı tək şəxsiyyət vəsiqəsi ilə (qeydiyyat yeri nəzərə alınmadan) və ya göndərişlə tibb müəssisəsinə yaxınlaşaraq növbə götürməklə tibbi xidmətlərdən yararlana bilər.
Müraciət edən pasiyentə Xidmətlər Zərfi daxilində ehtiyac olan tibbi xidmət "Yeni Klinika"da mövcud deyilsə (bu çox məhdud sayda xidmətlərlə bağlıdır) müvafiq qaydaya uyğun olaraq həmin xidmətin təqdim olunduğu digər dövlət xəstəxanalarına göndəriş verilir. Göndərişin verildiyi tibb müəssisəsi imtina verdiyi təqdirdə isə ölkədə fəaliyyət göstərən özəl klinikalara göndərişlərin verilməsi təmin olunur.
Qeyd edək ki, özəl tibb müəssisələrində də Xidmətlər Zərfi daxilində göstərilən xidmətlər vətəndaş üçün tam ödənişsiz həyata keçirilir.
 
Ardını oxu...
Azərbaycanda mərc bazarında “Azərlotoreya”nın “Misli” markasıyla birlikdə monopoliya yaradan “Topaz” vətəndaşları qumara cəlb etməkdədir...

Əvvəlki yazılarımızda da qeyd etdiyimiz kimi, bazardakı rəqabətsizlikdən ilhamlanan bu iki şirkət aşağı əmsallar və məhdud seçimlə mərc həvəskarlarının əsəbləri ilə oynayır.

Amma bununla da kifayətlənmək fikrində deyillər. Bu iki şirkətin təbliğatı getdikcə sürətlənir, sadə insanlar da maddi problemlərinin həlli ümidi ilə “Topaz” və “Misli”nin toruna düşürlər.

Qurmar şirkətlərinin qurbanlarından biri sosial şəbəkə vasitəsiylə vətəndaşlara müraciət edib. Öz acı təcrübəsini digərləri ilə bölüşmək istəyən həmin şəxs insanlara çağırış edib: “Qumarbazlar, ayılın!”.

Onun ürək ağrısıyla söylədiklərini sizə təqdim edirik:

“Qumar çox axmaq şeydir, mən bunu yaşamışam. Burda sən milyon da uduzsan, hiss etmirsən. Amma 100 manat udanda sevinirsən, özünü qalib kimi hiss edirsən. Bu da səni aldadır. Nəticədə də sən başlayırsan oğurluq etməyə, hörmətdən düşməyə. Başlayırsan borc axtarmağa, ondan-bundan borc istəməyə. Cəmiyyətdə də sənə tullantı kimi baxırlar. Mən ağır qumarbaz, narkoman olmuşam. Qumar narkotikdən daha təhlükəlidir və sənə daha çox maddi ziyan vurur. Qumar sənin ailənə ziyan vurur, səni çökdürür. Buna görə də kimlər ki, gedir “Topaz”da, yaxud da digər mərc saytında qumar oynayır, o adamlar düşünməsin ki, narkomandan yaxşı gündədilər. Siz bu geduşlə narkomandan da betər vəziyyətə düşəcəksiz. Yadınızda saxlayın ki, qumarı oynayan heç vaxt udmur, qumarı oynadan udur. Bu birmənalıdır!”.

Göründüyü kimi, özlərinə qanuni adı verən mərc şirkətləri qumarı təbliğ etməklə vətəndaşları məhvə sürükləryirlər. Ümid edirik ki, bu çağırışdan sonra həmvətənlərimiz.

Ümid edirik ki, “Topaz”la “Misli”nin məntəqələrini, internetdəki saytlarını ziyarət etmək istəyəndə bir daha düşünəcəklər.

Poliqon.info
 
Ardını oxu...
İnsan hüquqları sahəsində əsas hüquqlardan biri istehlakçıların hüquqlarıdır. İstehlakçıların hüquqlarının qorunması dünyada ən aktual məsələlərdən biri hesab edilir. Buna görə də hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir.

Heç kəsə sirr deyil ki, son zamanlar mənşəyi bilinməyən, keyfiyyətsiz, standartlara cavab verməyən, uyğunluq sertifikatı olmayan və müxtəlif qatqılı ərzaq və qeyri-ərzaq malları hamını narahat edir. Odur ki, dünyanın sivil dövlətləri, o cümlədən Azərbaycan da istehlakçıların hüquqlarının daha etibarlı müdafiəsini təmin etmək yollarını təkmilləşdirir.

Təbii ki, bu gün istehsalda baş verən inkişaf istehlakçıya təqdim olunan məhsul növünü və çeşidini artırıb. Bu da bizə sərbəst seçim imkanı verir. Amma bəzən seçdiyimiz məhsul və ya xidmətin xüsusiyətləri ehtiyacımızı, ya da verdiyimiz pulun dəyərini ödəmir. Yəni belə demək mümkünsə, aldanırıq. Bəs istehlakçı hüquqlarımız pozulduğu zaman bu barədə hansı instansiyalara müraciət etməliyik?

Yeri gəlmişkən xatırladaq ki, 1995-ci il sentyabrın 19-da Azərbaycanda BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş “İstehlakçıların maraqlarını müdafiə etmək üçün rəhbər prinsiplər” əsasında işlənmiş və Azərbaycan Respublikasında belə münasibətlərin dünya təcrübəsinə uyğunlaşdırılmasına yönəldilmiş “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun qəbul olundu. Qeyd edək ki, bu Qanun Azərbaycan Respublikasının ərazisində istehlakçılar üçün bərabər mühit yaradılması məqsədilə alqı-satqı prosesində, iş görülməsində və xidmət göstərilməsində istehlakçı ilə istehsalçı, satıcı və icraçı arasında münasibətlərin eyni cür tənzimlənməsinin, habelə istehlakçıların hüquqlarının müdafiəsinin ümumi hüquqi, iqtisadi və sosial əsaslarını və mexanizmini müəyyənləşdirir. Bu Qanunla vətəndaşların istehlakçılıq hüququ qorunur, eyni zamanda, ticarət təşkilatlarının və xidmətlə məşğul olan sistemin hüquq və vəzifələri müəyyənləşdirilir.

Antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 2009-cu il 25 dekabr tarixli Fərmanı ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti yaradıldı. Yeni qurumun qarşısında inhisarçılığın qarşısının alınması, haqsız rəqabətlə mübarizənin gücləndirilməsi və istehlakçıların hüquqlarının etibarlı müdafiəsinin təmin olunması kimi mühüm vəzifələr qoyuldu. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 23 oktyabr tarixli Fərmanı ilə yaradılıb. Dövlət Xidmətinin əsas missiyası ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin edən azad rəqabətin və sahibkarlığın effektiv müdafiəsinin təmin olumasına şərait yaradılmasıdır. Dövlət Xidməti Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, habelə digər sahəvi qanunlarına əsasən istehlakçıların sərbəst seçim, keyfiyyətli və təhlükəsiz mal, iş və xidmətlər əldə etmək, məlumat almaq və digər hüquqlarının və qanuni maraqlarının qorunması, istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olması, bazara keyfiyyətsiz, təhlükəli malların çıxarılmasının qarşısının alınması sahəsində aidiyyəti dövlət orqanları ilə birlikdə tədbirlər görür, eləcə də ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələrində norma və qaydalara riayət olunmasına, istehlak bazarında malların (işlərin, xidmətlərin) keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsini təmin edir. Bununla əlaqədar, yararlılıq müddəti ötmüş, satışı qadağan olunmuş, saxta, mənşəyi məlum olmayan, istifadəyə yararsız, standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən, insanların həyatı, sağlamlığı, əmlakı və ya ətraf mühit üçün təhlükəli malların (işlərin, xidmətlərin), əmtəə partiyalarının satışının dayandırılması, satışdan (dövriyyədən) çıxarılması ilə bağlı tədbirlər görür.

Alınan hər hansı bir əşya sağlamlığa və yaxud əmlaka ziyan vurarsa, onda onun əvəzini bərpa etməyi tələb etmək hüququmuz var. Lazımi keyfiyyətli qeyri-ərzaq malı öz formasına, ölçüsünə, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının 14 gün ərzində həmin malı aldığı yerdə başqa mala dəyişdirmək hüququ var. İstehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini.

Ancaq bütün bunlara baxmayaqraq, hələ də bu sahədə müəyyən problemlər var. İstehlakçı hüquqlarının pozulması halları ilə əlaqədar redaksiyamıza şikayətlərin daxil olması faktı bunu bir daha sübut edir.

Elə həmin şikayət məktublarından biri bu günlərdə "Təzadlar"a elektron poçtla göndərilib. Belə ki, Bakı şəhər sakini Səlim Balayev istehlakçı hüququnun pozulması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etsə də, problem həll olunmayıb.

S.Balayev yazır ki, Bakı şəhəri, Qara Qarayev prospekti, “Qara Qarayev” metrostansiyasının yaxınlığında yerləşən "Panda Kids" mağazasından yaxın qohumu tərəfindən 26.12.2023 tarixdə azyaşlı qız nəvəsi üçün hədiyyə olaraq alınan üst uşaq geyiminin geri qaytarılmaması barədə 28.12.2023-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edib. Ancaq sonra bu müraciəti etməsinə peşman olub. Peşmanlığın səbəbi isə o olub ki, müraciətlə bağlı qurumun bir qrup əməkdaşı araşdırma ilə əlaqədar S.Balayevə qoyulan tələblərə müvafiq olaraq həmin üst uşaq geyimilə bağlı göndərdiyi elektron bildirişlərdən — məlumat sənəd-materiallardan başqa, əlavə olaraq “Alıcı”nın adından onun “Nümayədə”si olaraq ondan ETİBARNAMƏ tələb edilib. S.Balayev isə bu tələbi etik baxımdan qəbul etmədiyindən və yaxın qohumu olan “Alıcı”nın narahat olmamasından ötrü yerinə yetirə bilmədiyindən "Panda Kids" mağazasından alınan üst uşaq geyiminin geri qaytarılması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə etdiyi şikayət-müraciətini çox böyük narazılıq və təəssüf hissi ilə dayandırıb.

S.Balayev daha sonra yazır ki, məsələ ilə bağlı Azərbaycan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova müraciət edib. E.Hüseynov sözügedən "Panda Kids" mağazasının müdiri ilə telefon əlaqəsi saxlayıb və uşaq geyiminin geri qaytarılmasına nail olub.

"Azərbaycan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov sağ olsun ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin istehlakçıların pozulan hüquqlarının müdafiəsi ilə bağlı görməli olduğu işi o, bir telefon zəngi ilə həll etdi", - S.Balayev məktubunu yekunlaşdırıb.

Sonda bir daha xatırlatmaq istəyirik ki, istehlakçı şəxsi tələbatını ödəmək məqsədilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. Yəni cəmiyyətdəki bütün şəxslər istehlakçıdır. Bu baxımdan, istehlakçı hüquqlarının qorunması insanların hüquqlarının qorunması deməkdir. O da həqiqətdir ki, Azərbaycanda tez-tez istehlakçıların hüquqlarının pozulması hallarına rast gəlinir. Bəs bu halda hüququ pozulan istehlakçı nə etməlidir?! Sual açıq qalır...
 
Ardını oxu...
12.01.2024-cü il tarixində "Dövlət satınalma portalında"Sabunçu Tibb Mərkəzi" Publik hüquqi şəxsinin "Premium Təchizat" MMC ilə tender imzaladığı barəsində məlumat yerləşdirilib.

Sözügedən müqavilədə satınalma predmeti olaraq, "digər malların alınması" üçün 25.683,22 (iyirmi beş min altı yüz səksən üç, iyirmi iki) AZN məbləğin xərclənəcəyi qeyd olunub.

Ətraflı məlumat bölməsinin boş saxlanıldığı müqavilə barəsində məlumat almaq üçün "Sabunçu Tibb Mərkəzi" Publik hüquqi şəxsinin internet üzərindən əldə etdiyimiz yeganə (+99455) 429 64 50 telefon nömrəsi ilə əlaqə saxladıq, təəssüflər olsun ki, iş saatı olmasına baxmayaraq, telefona cavab verilmədi.

Qeyd edək ki, Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirovadır.

O, Nurəngiz Bəşirova ki, əvvəllər Xocavənd rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. Barəsində korrupsiya faktları olduğuna görə, tutduğu vəzifədən azad olunmuşdu. Lakin, bir müddət sonra, Beyləqan rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsinə təyinat aldı, orada da uzun müddət baş həkim vəzifəsində çalışıb, özü haqqında kifayət qədər narazılıqlar yaradan Nurəngiz Bəşirova uzun müddət sonra oradakı vəzifəsindən azad edildi. Xocavənd rayon sakinlərinin sözlərinə görə Xocavənd icra başçısı Eyvaz Hüseynovla yaxın münasibətləri olan Nurəngiz xanımın adı illərdir ki, mətbuatda qalmaqallı mövzularda çəkilir. Xəstə yaxınlarına, xəstələrə, eləcə də xəstəxana çalışanlarına qarşı kobud davranışları ilə "şöhrət qazanan" bu xanımın, eyni zamanda rüşvətxor olduğu və müxtəlif səbəblərlə Beyləqan rayon mərkəzi xəstəxanasında müxtəlif məbləğlərdə pullar mənimsədiyi barəsində məlumatlar da yerli saytlarda qeyd edilir.

Yuxarıda sadaladığımız məlumatlardan sonra Nurəngiz Bəşirova tutduğu vəzifədən azad ediləndə sözün əsl mənasında sevinən soxsaylı Beyləqan sakinləri və xəstəxana işçiləri onun həbs ediləcəyini deyirdilər. Lakin, çox qısa zamanda o, Sabunçu Tibb Mərkəzinə direktor vəzifəsinə təyinat aldı. İllərdir ki, hətta, "ölüxana" adı ilə dillərə düşən tibb mərkəzi Nurəngiz Bəşirovanın gəlişi ilə fəaliyyətində müsbətə doğru heç nə dəyişmədi, lakin ara-sıra tez-tez mərkəzin adı imzaladığı tender müqavilələri ilə Satınalma portalında yer alır.

Sabunçu Tibb Mərkəzinin 25.683 (iyirmi beş min altı yüz səksən üç) manatlıq "digər mallar" alacağı "Premium Təchizat" Məhdud Məsuliyyətli Cəmiyyətinə gəldikdə isə internet üzərindən barəsində geniş axtarış aparsaq da heç bir məlumata rast gəlmədik ki, bu da yaranmış şübhələri daha da artırır.

Bundan əlavə, eyni gündə Ərazi Tikinti-planlaşdırma mərkəzi də iki tender müqaviləsi imzalayıb.

"Azərmemarlayihə" Dövlət Baş Layihə İnstitutu (VÖEN: 1400126121) ilə Naxçıvan şəhərinin Baş Planının hazırlanması xidmətləri üçün olan müqavilədə 1.286.200 (bir milyon iki yüz səksən altı min iki yüz) AZN, Chapman Taylor LLP ilə Naxçıvan şəhərinin Baş Planının strateji konseptual layihəsinin, ayrı-ayrı binaların və ictimai məkanların memarlıq həlləri üçün bağlanmış müqavilədə isə 9.015.855,55 (doqquz milyon on beş min səkkiz yüz əlli beş, əlli beş) AZN xərclənəcəyi qeyd edilib.

Lakin, bu müqavilələrdə ətraflı məlumat bölməsinin boş olmasından əlavə daha bir diqqətçəkən məqam tenderin qalibi kimi göstərilən Chapman Taylor LLP şirkətinin vergi ödəyicisi nömrəsi yerində sadəcə 0000000000-lar qeyd edilmiş olmasıdır.

Qeyd edək ki, "DogruXeber.az" olaraq, məlumatla bağlı Ərazi Tikinti-planlaşdırma mərkəzi ilə telefon əlaqəsi saxlamağa çalışdıq, lakin, uzun müddət xəttə gözləyib, operatorla əlaqə yarada bilmədik.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
 

Ardını oxu...
Dövlət Məşğulluq Agentliyi bir mənbədən satınalma formasında keçirdiyi tender müsabiqəsinin nəticəsinə əsasən “Real Təhlil İnformasiya Mərkəzi” MMC (VÖEN – 1503952561) ilə müqavilə imzalayıb.
Yeniavaz.com xəbər verir ki, Agentlik maarifləndirici xarakterli məlumatların və informasiyanın yayılması xidmətlərinə görə “Real Təhlil İnformasiya Mərkəzi” MMC-yə 2024-cü il ərzində 60 min manat ödəyəcək.
Məlumat üçün bildirək ki, ölkənin aparıcı televiziya kanallarından biri olan REAL TV tenderin qalibi olan “Real Təhlil və İnformasiya Mərkəzi” MMC-yə məxsusdur.
“Real Təhlil İnformasiya Mərkəzi” MMC 22 fevral 2018-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 2, ev 21 ünvanında yerləşir. “Real Təhlil İnformasiya Mərkəzi” MMC-nin qanuni təmsilçisi Mirşahin Mirdilavər oğlu Ağayevdir.
Məlumat üçün bildirək ki, 14 iyul 2023-cü il tarixində Prezident İlham Əliyev “Dövlət satınalmaları haqqında” yeni Qanunu təsdiq edib. 1 yanvar 2024-cü ildən qüvvəyə minən yeni Qanunun 49.1.1. maddəsində açıq şəkildə göstərilir ki, satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda tender müsabiqəsi bir mənbədən satınalma metodu ilə keçirilə bilər.
Qeyd edək ki, tender müsabiqəsində nəzərdə tutulan xidmətləri - maarifləndirici xarakterli məlumatların və informasiyanın yayılmasını yalnız REAL TV-i təqdim etmir. Hazırda onlarla şirkət (təchizatçı) bənzər xidmətlər təqdim edirlər. Bu səbəbdən Dövlət Məşğulluq Agentliyinin müsabiqəni bir mənbədən satınalma metodu ilə həyata keçirməsi başa düşülən deyil.

Dünyapress TV

Xəbər lenti