Ardını oxu...
“Azərbaycan Dəmir Yolları” QSC-nin tərkibində olan Mərkəzi Dəmiryol Xəstəxanası bağlanıb. Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. Belə ki, tibb mərkəzi bağlandığı üçün həkimlər müxtəlif xəstəxanalarda çalışmağa üz tutublar. Bu günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına keçən Mərkəzi Dəmiryol Xəstəxanasının təyinatı məlum olub.
Nazir müavini Anar Əliyev mətbuata açıqlamasında bildirib ki, xəstəxana ən müasir standartlara cavab verən reabilitasiya mərkəzi olacaq: “Eyni zamanda, həmin mərkəzdə hərbi xidmətə çağırışla bağlı tibbi müayinələr keçiriləcək”.

Nazir müavini əlavə edib ki, hazırda aidiyyəti dövlət qurumları ilə birgə xəstəxananın təhvil-təslim işləri həyata keçirilir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Mətbuat Katibliyi Şöbəsinin rəisi Sənubər Nəzərova da açıqlamasında təsdiqləyib ki, Nazirlər Kabinetinin 2023-cü il 14 dekabr tarixli 945s nömrəli Sərəncamına əsasən, qurumun Həkim-Sanitar Xidmətinin Mərkəzi Dəmiryol Xəstəxanasının balansında olan bir sıra dövlət əmlakları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin həkim-sanitar xidmətinin 2 saylı dəmiryol poliklinikasının baş həkimi, “fəxri dəmiryolçu” Həmzə Həsənov deyəsən bu baş verənlərdən çox narahatdır. Yəqin düşünür ki, bu tendensiya davam edəcək, onun rəhbərlik etdiyi tibb müəssisəsi də ƏƏSMN-nin tabeliyinə verilə bilər. Bu halda böyük ehtimalla ilk görüləcək tədbir qocaman baş həkimin vəzifədən çıxarılması olacaq. Çünki eynən Mərkəzi Dəmiryol Xəstəxanasında olduğu kimi, ilk növbədə müəssisə təmirə bağlanılacaq. Yenidən işə düşəndə isə sükanın arxasında artıq başqa baş həkim olacaq. Hətta çətinliklə vəzifəsini qoruya biləcəksə də belə, onun üçün uzun illərdən bəri üzü-gözü alışdığı adamları təzə adamlara dəyişmək, “dil tapmaq” çətin olacaq. Ona görə də Həmzə Həsənov son günlər çox pərişan görünür. Redaksiyamıza daxil olmuş bir neqativ məlumatla bağlı münasibətini öyrənmək üçün baş həkimin telefonuna zəng vurduqda özümüz də bunun şahidi olduq. Elə jurnalist olduğumuzu bildirən kimi baş həkim acıqlı ritorika sərgilədi. Hətta deyinərkən, ağzından qeyri-etik ifadələr çıxardı, “oğraşlar…” – dedi. Ondan işlətdiyi təhqiramiz sözlərin konkret kimə ünvanlandığını soruşanda, “heç, sənlə deyiləm, qabaqda dayanan “qaişnikə” deyirəm”, – deyə cavab verdi.

Təxmin etmək olar ki, Həmzə Həsənov pasientlərlə və öz işçiləri ilə daha sərt rəftar edir. Siz deyin, onun daha vəzifədə qalması məqsədəuyğundurmu? Onu kreslodan düşürmək üçün mütləq müəssisənin tabe olduğu qurumun dəyişməsini gözləmək lazımdırmı? Əcəba, bu məsələdə süstlük göstərilsə, bir də görəcəyik ki, Həmzə Həsənov ƏƏSMN-də də özünə havadar tapıb.

“Həqiqət carçısı”
 
Ardını oxu...
Naxçıvan Perinatal Mərkəzinin (keçmiş Doğum Evi) yeni təyin olunmuş baş həkimi Nəzakət Gülmmədova vəzifəsinin icrasından imtina edib. Qadın və körpə ölümləri, rüşvət almaq iddialarına görə haqqında bir neçə cinayət işi açılmış ginekolog-cərrah Nəzakət Gülmməmədova yanvarın 11-də Naxçıvan səhiyyə nazirinin əmri ilə bu vəzifəyə təyin olunmuşdu. “Gündəlik Naxçıvan” bu məsələni işıqlandırdıqdan sonra, hadisə ictimaiyyətdə geniş rezonans doğurmuş, onun vəzifəyə gətirilməsi ciddi tənqidə tuş gəlmişdi.
Ardını oxu...
Mərkəzdəki mənbələrin “Gündəlik Naxçıvan”a verdikləri məlumata görə, bu məsələyə vətəndaşların sosail şəbəkələrdəki kəskin münasibətindən sonra Azərbaycan Səhiyyə Nazirliyi işə qarışıb və yeni baş həkimin öz xoşu ilə vəzifəsini tərk etməsini tələb edib:
“10 gündən artıq baş həkim vəzifəsini icra etdikdən sonra gəlib dedi ki, məni bu vəzifəyə məndən xəbərsiz təyin etmişdilər, işləmək istəmirəm, ona görə də istefa ərizəsi yazdım. Halbuki, bu təyinatdan sonra sevindiyindən qonaqlıq da vermişdi. Deyilənə görə, 80 min manat verib bağlatdırdığı cinayət işləri də yenidən davam etdirilir. Məsələ ictimailəşəndən sonra gördülər ki, Naxçıvan cammatı bunun əlindən nələr çəkib. Paylaşılan xəbərə yazılan 100-lərlə tənqidi şərhlərin yazılması buna sübutdur. Naxçıvanda elə bir ailə yoxdur ki, onun əlindən ziyan çəkməsin. Hazırda cərrah kimi fəaliyyətini davam etdirir. Ümid edirik ki, tezliklə səhiyyədən qovulacaq və törətdikləri qanunsuz əməllərə görə həbs olunacaq”.
Nəzakət Gülməmmədovanın istefa ərizəsinin rəsmi şəkildə qəbul olunub-olunmaması ilə bağlı məlumat verilmir.
66 yaşlı cərrah-ginekoloq bundan əvvəl bir neçə ana və uşaq ölümünə görə ittiham olunub. Çoxsaylı şikayətlərdən sonra bu qanunsuzluqlarla bağlı da cinayət işləri açılmışdı. Naxçıvan prokurorluğu bu işlərin aqibəti ilə bağlı indiyə kimi heç bir rəsmi məlumat yaymayıb.
 
Ardını oxu...
"DogruXeber.az" xəbər verir ki, hər gün olduğu kimi, bu gün də dövlət satınalma portalında 10-larla tender müqaviləsi barəsində məlumat yer alıb və onlardan bir neçəsinin - Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Üzrə Dövlət Agentliyi ilə "Deepfive" MMC, Bakı Sağlamlıq Mərkəzi ilə"Kommunal Xidmətlər Müəssisəsi" MMC və "Y.A.P.D."MMC arasında, Maliyyə Nazirliyi Yanında Maliyyə Elm-Tədris Mərkəzi ilə "tender fəalı" "Sınam" MMC arasında, "Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanası" Publik Hüquqi Şəxsi ilə "Azərbaycan Metrologiya İnstitutu " Publik Hüquqi Şəxsi arasında , "Masallı Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsi, "Cəlilabad rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsi və "Şirvan Şəhər Mərkəzi Xəstəxanası " Publik Hüquqi Şəxsi ilə "Frekans Construction and Energy Company" MMC arasında bağlanan müqavilələr və digər bağlanan bir çox müqavilələr barəsində ətraflı məlumat bölməsi ümumiyyətlə boş saxlanılıb ki, bu da toplumda milyonlarla manat məbləğin taleyinin sual altında olmasının göstəricisidir.

Bağlanan müqavilələr arasında daha çox diqqət cəlb edən bir gündə 3 rayonun mərkəzi xəstəxanası ilə müxtəlif məbləğlərdə - "Masallı rayon Mərkəzi Xəstəxanası" Publik hüquqi şəxsi ilə "əsas fondlara xidmət haqqı" üçün 10.761,6 (on min yeddi yüz altmış bir, altmış) AZN, 3 mərtəbəli "Cəlilabad Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsi ilə "Liftlərə servis xidmətinin satınalınması" üçün 16.299, 58 (on altı min iki yüz doxsan doqquz, əlli səkkiz) AZN, 4 mərtəbəli "Şirvan Şəhər Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsi ilə isə "liftlərə aylıq servis xidməti" üçün isə 7.788 (yeddi min yeddi yüz səksən səkkiz) manat məbləğin xərclənəcəyi qeyd olunub.

Qeyd edək ki, "servis" sözü Azərbaycan dilinə tərcümədə "xidmət" deməkdir. Maraqlıdır ki, yeni direktorunu təzəcə qarşılamış Şirvan şəhər mərkəzi xəstəxanasının, haqqındakı məlumatlar "sirr saxlanılan" tender müqaviləsində xidmətin adında "servis xidməti" sözü yer alır. Üstəlik də, bir gündə 3 xəstəxananın güya elan etdiyi tenderlərin hamısının "qalibi olan" və bunlardan ikisi barəsindəki məlumatları ictimaiyyətdən "gizlədən" "Frekans Construction and Energy Company" MMC -nin nə fəaliyyəti barəsində, nə şirkətin özü haqqında internet üzərindən heç bir məlumat tapa bilmədik.

Nizamnamə kapitalı cəmi 10 manat olan bu MMC 2009-cu ildə yaranıb. Əvvəlki hüquqi ünvanı Yasamal rayonu Ələsgər Ələkbərov küçəsi ev 93 olub, hüquqi şəxs Ömərov Qüdrət Bayram oğlu rəhbərliyi ilə 2023-cü ilin noyabr ayına qədər "Şəhərgah" MMC adı ilə, 2023-cü ilin noyabr ayından isə dəyişdirilərək, adı "Frekans Construction and Energy Company" MMC olub, hüquqi ünvanı Xətai rayonu Məhəmməd Hadi küçəsi ev 23 m, 137, hüquqi şəxs isə Məsimov Adil Bəhlul oğlu olub.

Hüquqi şəxslərin də hər ikisi barəsində heç bir məlumata rast gəlmədik. Lakin, internet üzərindən haqqında heç bir məlumatın olmadığı bu MMC-nin adı isə yarandığı vaxtdan bu vaxta qədər yalnız yüzlərlə müxtəlif tenderlərin qalibi kimi satınalma portalında tez-tez qeyd olunub.

Yeri gəlmişkən, biz bu barədə məlumat almaq üçün adları çəkilən xəstəxanaların üçünün də xidmət nömrələri ilə əlaqə saxlamağa çalışdıq, dəstəyi qaldıran olmadı.

Xatırladaq ki, "Şirvan şəhər Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsinin direktoru Pərviz Rüstəmbəyov 3 avqust 2023-cü il tarixində bu vəzifəyə təyinat alıb. Təyinata qədər isə TƏBİB -in ixtisaslı tibbi yardım departamentində ixtisaslaşmış tibbi yardım xidmətinin təşkili şöbəsinin baş mütəxəssisi vəzifəsində çalışıb.

"DogruXeber.az" olaraq adları çəkilən tərəflərin hər birinin mövqeyini dinləməyə hazırıq.

Dogruxeber.az
Ardını oxu...
“Araz” supermarketlər şəbəkəsinin Bakı şəhər Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən filiallardan birində vaxtı ötmüş məhsullar satılır.
News365.az xəbər verir ki, bu barədə sosial mediada video yayılıb.
Dünən aldığı kolbasanın videosunu paylaşan sosial media istifadəçisi onun istifadəyə yararsız olduğunu qeyd edib.
Paylaşılan videoda kolbasanın son istifadə tarixinin 9 noyabr 2023-cü il olduğu görünür.
Bakıvaxtı.az məsələ ilə bağlı “Araz” supermarketlər şəbəkəsinə sorğu göndərib.

 
 
 
Ardını oxu...
Bu gün evə gəlmişəm ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin direktor müavini Natiq Dadaşovun adından mənim şikayətimə cavab məktubu gəlib. Bu cavab məktubunun blankını, blank kağızını, imza nüsxəsinin ora əlavə edilməsini nəzərə alanda aşağı-yuxarı 10 manat edir. Bu adamlara kim ixtiyar verib ki, xalqın pulunu belə məsrəf edirlər? Bu adamın imzasını çox güman ki, dizayner işləyib. Bu imzanın dizaynerə sifariş vermək üçün Natiq Dadaşovun qazandığı pulların mənbəyini araşdırmaq mənə borc olsun.

Natiq Dadaşovun sədr müavini olduğu AYNA bilməlidir: Tələb etdikləri 10 manatı qazanmaq üçün mən 4-5 saatdan artıq yuxu yatmıram. Məni tanıyanlar bilir, xəsis, çürükçü adam deyiləm, dövlətin vergisini, rüsümunu, cəriməsini ödəməkdən də heç zaman çəkinməmişəm. Amma indi məsələ bir qədər fərqlidir. Mən bir jurnalist, QHT sədri, ictimai-siyasi fəal, yazıçı, 44 günlük savaşın veteranı, hüquqşünas olaraq LƏYAQƏT davası aparıram. Mənə "sən parkinq ödəməsi etmədən qaçmısan" demək, şərəf və ləyaqətimi aşağılamaq deməkdir. Bunu heç kəsə bağışlamaram!

Əgər mənim sürücü olaraq parklanma haqqını ödəməkdən qaçmaq niyyətim yoxdursa, ancaq AYNA-nın tələb etdiyi metodlarla ödəniş edə də bilmirəmsə, nə etməliyəm?

AYNA-ya məhz bu barədə sual vermişəm və aldığım, yumşaq desək, "şablon" cavabda AYNA İH sədr müavini mənim həyat təcrübəmi, ağlımı, savadımı, şəxsiyyətimi dolayısı ilə təhqir edərək bildirir ki, inzibati tənbehə layiqəm!

Təhqirə keçməyəcəm, amma bir daha publik şəkildə AYNA-dan suallarıma cavab istəyirəm:

1) Azərbaycan Respublikasının Konstitusiyana əsasən, mənim yanımda mobil telefon daşımaq kimi bir öhdəliyim varmı?

2) Mən parklanma üçün, sizin təbirinizcə desəm, lazım olan mobil telefondan istifadə etmirəmsə, onu evdə unutmuşamsa, yaxud mobil telefonumda gərəkli kontur və internet limiti yoxsa, parklanma üçün hansı ƏSAS (mobil metodlar ƏSAS deyil və ola da bilməz, bunu qanunlar deyir) ödəniş üsullarından istifadə etməliyəm?

3) Siz necə müəyyən etmisiniz ki, mən ödənişi SON ZƏRURƏT HALINDA deyil, QƏSDƏN etməmişəm? Sizin motiv ölçən cihazınız varmı?

Natiq Dadaşov, baxın, mədəni şəkildə xahiş edirəm, bu suallara cavabı özünüz və öz dəsti-xəttinizlə yazın. Yazın, görək, Siz, ümumiyyətlə, tutduğunuz vəzifə üçün gərəkli olan elementar inşa qabiliyyətinə maliksinizmi?

ƏN NƏHAYƏT, Sizin Azərbaycan Respublikasının milli valyutasına və Azərbaycan dövlətinə bağlı adamlara qarşı bu hücumlarınız nə ilə bağlıdır?

Əgər bütün bunları qəsdən edirsinizsə, mən qanımı qaşığa qoyub bu davanı apararam!
Taleh ŞAHSUVARLI
demokrat.az
Ardını oxu...
"Deməli, bu şəkli 135 nömrəli avtobusda çəkmişəm..."
Dia-az.info bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Rüfət Bayramlı adlı istifadəçi giley edir.
Ardını oxu...
Narazı vəttəndaş daha sonra qeyd edir: "135 və 119 nömrəli avtobusların əksəriyyətində dayanma düyməsi bu gündədir.

"Faiqoğlu" şirkəti görəsən, avtobuslarında bunları görmürmü? Təbii ki, görməz. Onu ancaq pul maraqlandırar.

Avtobusun dayanması üçün sərnişin ya qışqırmalı, ya qapını qırmalıdır ki, bu dayanacaq tanımayan sürücülər saxlasın. Hələ biraz gecikən kimi də ümumiyyətlə, dayanacaq da onları maraqlandırmır..."
 
Ardını oxu...
“Araz Supermarket” vaxtından 2 həftə keçmiş yumurta satır.

Pravda.az-ın xəbərinə görə, bu iddia ilə sosial şəbəkə istifadəçilərindən biri çıxış edib.

“Diqqətsizlik edib istifadə tarixinə baxmadan almışdım. Vitrinin önünə rahat-rahat da yığıb satırlar. Bir-iki gün keçmiş olsa, hansısa işçini qınamaq olar ki, vitrinlərə baxmır və s. Amma 2 həftə ərzində vitrindən bu mal yığışdırılmırsa, deməli, “kimə gedər-gedər” deyib hər şeyi də satırlar”, - o qeyd edib.

Pravda.az “Araz supermarket” MMC—yə sorğu ünvanlayıb.

Fotoları təqdim edirik
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Cümhuriyyət dövrünə aid "pryanik" satışa çıxarılıb.
14 sentyabr 1918-də istehsal olunub.
Ən maraqlısı da saat 27:04-də.
Kilosu da cəmi 2300 manat.

P.S. Dedik... güləsiniz...

dia-az.info
 

Ardını oxu...
Növbədənkənar prezident seçkilərində Azərbaycan Respublikasının bütün ərazisində müşahidə aparılmasına dair ərizələrin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi müddəti başa çatıb.

APA xəbər verir ki, Seçki Məcəlləsinə əsasən, seçkilərin təyin edildiyi gündən başlayaraq seçkilərin keçirilməsi gününə 10 gün qalanadək aktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşı (öz təşəbbüsü ilə, habelə qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında), beynəlxalq (xarici) müşahidəçilər (qanunla müəyyənləşdirilmiş qaydada müvafiq dəvət əsasında Azərbaycan Respublikasına gələrkən Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçməklə) Azərbaycan Respublikasının bütün ərazisində müşahidə aparılmasına dair ərizələrini Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər.

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu müddət 2024-cü il yanvarın 28-dək olan dövrü əhatə edir.

Həmçinin, səsvermə gününədək seçki komissiyalarının iclaslarını müşahidə etmək üçün qeydiyyatdan keçməklə xüsusi icazə almaqdan ötrü Mərkəzi Seçki Komissiya­sına müraciət edilməsi müddəti də 2024-cü il yanvarın 28-dək nəzərdə tutulub.
 
Ardını oxu...
"Üzərindən 1 həftə keçməsinə baxmayaraq, xadimənin haqlı tələblərinə Naxçıvan MR Səhiyyə Nazirliyi tərəfindən müsbət cavab verilməyib". Dia-az.info bildirir ki, bu açıqlama ilə tanınmış jurnalist Heydər Oğuz çıxış edib.

Jurnalis keçən günlərdə qaldırdığı problemin - vətəndaş gileyinin hələ də həllini tapmadığını vurğulayaraq əlavə edir:

"Onun tələb etdiyi yerə də hələ ki heç bir xadimə işə götürülməyib. Nazirliyin "burda mənəm, Bağdadda kor xəlifə" inadkarlığı ucbatından deyəsən kənd xəstəxanası xadiməsiz qalacaq..."


***

Dia-az.info olaraq keçən günlərdəki şikayətin mətnini də təqdim edirik...

Bir müddət əvvəl Naxçıvandakı mənbələrimizə istinad edərək, bildirmişdik ki, bu diyarın səhiyyə sistemində hətta xadiməlik belə hərraca çıxarılıb. Özü də babat qiymətə - 3000-5000 manata.
Babək rayonunun Sıxmahmud kənd sakini Mehdiyeva Bahar Abdulla qızının redaksiyamıza göndərdiyi səs mesajı da bu iddianı təsdiqləyir. Onun iddiasına görə, 4 ildir xadimə işləmək üçün növbədədir. Babək rayonunda xəstəxanalardan birində xadiməlik yeri də boşalıb. O, ailə vəziyyətini əsas götürüb bir çox ünvanlara müraciət edib, bu iş yerində çalışmaq istədiyini bildirib. Təsəvvür edin, hətta Naxçıvan MR Ali Məclisinin faktiki sədri Anar İbrahimov belə, onun bu istəyinə müsbət cavab verib. Amma yenə işi düzəlməyib. Niyə? Çünki onun bu işə düzəlmək üçün rüşvət verməyə pulu yoxdur.
Maraqlıdır ki, Bahar xanım bu şikayətlə Naxçıvan MR Səhiyyə nazirinin də qəbulunda olub. Nazir isə onun şəkilini çəkərək nazirliyin sosial şəbəkələrində paylaşıb. Adını da qoyub: “vətəndaşların şikayətinə baxıram”. Şikayətə baxmağının nəticəsi isə xadiməni əliboş yola salmaq olub.

dia-az.info
 

Dünyapress TV

Xəbər lenti